Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-23/2022 05.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Gədəbəy rayonu, Şahdağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində Gədəbəy- Yeni Saratovka yolunun Gədəbəy rayon Yenikənd kəndindən keçən hissəsində yolun kənarında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla vuraraq ona sol göz ətrafı yumşaq toxumaların şişkinliyi, qançırı, bumun şişkinliyi və qançırı ilə müşayiət olunan burun tağının yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyır, onunla iki ay bundan qabaq məşğulluq idarəsində kursda olmuşdur. 23 fevral 2022-ci il tarixdə Gədəbəy rayon məşğulluq mərkəzindən ona zəng edib avadanlıqların gəldiyini bildirmişlər və onu avadanlıq götürməyə çağırmışlar. 24 fevral 2022-ci il tarixdə 14.00 radələrində o Gədəbəy rayonu, Novosaratovka kəndində Zakirin maşını ilə keçdiyini görmüş, ona əli ilə saxlamasını işarə etmişdir. Zakir maşını saxlamış, avadanlıqları götürməyə getdiyini bildirib onunla getməsini təklif etmişdir. O razılaşmış, Zakirin maşınının qabaq sağ oturacağında oturmuşdur. Gədəbəy rayon Böyük Qaramurad kəndindən keçərkən İlqar adlı şəxs də maşına minmiş və onlar Gədəbəy şəhərinə gəlmişlər. İlqar Gədəbəy rayon Yenikənd kəndi ərazisində kafedə çay içməyi təklif etmiş və avadanlıqların da həmin yerə gətiriləcəyini bildirmişdir. Zakir Gədəbəy rayon Yenikənd kəndi ərazisində ot bağlamaları satılan yerin yaxınlığında maşını saxlamışdır. Maşından düşən zaman Zakir yol pulunu ondan tələb etmiş, o isə pulunun olmadığını, avadanlıqları aparmaq üçün yol pulu verildikdə onun pulunu verəcəyini bildirmişdir. O gedib rayondan borc pul alıb geri qayıtmış, pulu Zakirə uzadıb sonuncudan ona niyə söyüş söydüyünü soruşmuşdur. Zakir “yaxşı edirəm” deyib üzərinə gəlib onu vurmaq istəyən zaman o, Zakirin zərbəsindən yayınmış və yumruqla Zakirin sifət nahiyəsinə vurmuşdur. O, həmçinin bildirmişdir ki, əməlindən səmimi peşmandır, Zakirlə barışmışlar. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. 24 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində Gədəbəy rayon Saratovka kəndindən gələn zaman şlaqbaunun yanında Zakir ona əl etmişdir. O, maşını saxlamış, ona benzin pulunu əvvəllər vermədiyini demişdir. Niyazi ona yanacaqdoldurma məntəqəsində pul verəcəyini demişdir. Yolda o. Niyazidən pul istəməmiş, Gədəbəy rayon Yenikənd kəndi ərazisində mal bazarının yanma çatanda, maşını pres satılan yerdə saxlayıb Niyaziyə benzin pulunu verməsini demişdir. Niyazi ona “pul vermirəm nə edirsən et” demişdir. Ona görə də Niyazi ilə aralarında mübahisə düşmüş, Niyazi onu vurmuşdur. Sonra o, 102 xidmətinə zəng etmişdir. Hazırda onlar barışmışlar və Niyazidən şikayət və tələbi yoxdur. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır, Gədəbəy rayonu Böyük Qaramurad kənd sakini Zərərçəkmiş şəxs və Şahdağ kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onlarla düşmənçiliyi, ədavəti, yaxud ziddiyyətli münasibəti yoxdur və olmamışdır. Zakir və Niyazi ilə təxminən 2-3 ay bundan əvvəl məşğulluq ilə əlaqədar təşkil olunmuş təlimdə tanış olmuşdur. 23 fevral 2022-ci il tarixdə ona məşğulluq idarəsindən zəng edib avadanlıqların gəldiyini deyib aparmağını bildirmişlər. 24 fevral 2022-ci il tarixdə səhər o, Zakirə zəng edib avadanlıqların gəldiyini demişdir. Zakir ona xəbərinin olmasını, günorta gedəcəyini, Böyük Qaramurad kəndinə gələrkən, birlikdə getmələrini demişdir. Ona görə də həmin gün saat 13 radələrində Böyük Qaramurad kəndinə yolun kənarına gəlmişdir. Zakir özünə məxsus avtomobillə gəlmiş və həmin vaxt Niyazi Zakirin avtomobilinin qabaq sağ oturacağında oturmuşdur. Onlar Gədəbəy şəhərinə çatmış, avadanlıqları Gədəbəy rayonu Yenikənd kəndi ərazisində yerləşən mal bazarının yaxınlığından götürməli olduqlarına görə birlikdə oraya gəlmişlər. Mal bazarının yaxınlığında yerləşən ot bağlamaları satılan yerin yaxınlığında Zakir avtomobili dayandırmışdır. Üçü də avtomobildən yerə düşmüşlər. Zakir pulunu istəyib “siqaret almağa gedirəm" demişdir. Niyazi Zakirə “indi üstümdə pul yoxdur, pulum olanda sənin pulunu verərəm” demişdir. Həmin vaxt Zakir Niyaziyə “mənim pulumu verməyənin.." deyib nalayiq söyüşlər söymüşdür. Niyazi oradan aralaşıb başqa maşınla Gədəbəy şəhəri istiqamətinə getmiş, az sonra geri qayıdıb əlində gətirdiyi 4 manat pulu Zakirə tərəf uzadıb “pula görə niyə söyüş söyürdün” demişdir. Zakir pulu götürmədiyinə görə Niyazi ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Niyazi yumruqla Zakirin sifətinə vurmuşdur. Bu zaman o aralığa girib Zakirlə Niyazini aralaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini və işdə olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş; - məhkəmə-tibbi ekspertizasının 24 fevral 2022-ci il tarixli, 121 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol göz ətrafı yumşaq toxumaların şişkinliyi, qançırı, burnun şişkinliyi və qançırı ilə müşayiət olunan burun tağının yerdəyişməyən sınığı, sağ dirsək oynağının şişkinliyi KÜT əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 24 fevral 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, qeyd olunan xəsarətlərin özü-özünə yetirilməsi inandırıcı olmamaqla öz boyu səviyyəsindən yıxılmaya xarakterik deyil. - Materiala əlavə edilmiş Gədəbəy rayon X3 X6 Poliklinika Şöbəsi tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixli, 120 və 121 nömrəli arayışlardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs narkoloji xəstə kimi qeydiyyatda durmurlar. - Materiala əlavə edilmiş Gədəbəy rayon X3 X6 Poliklinika Şöbəsi tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixli 131 və 132 saylı arayışlardan görünür ki, X4 və X5 ruhiəsəb xəstəsi kimi qeydiyyatda durmurlar. - Materiala əlavə edilmiş Gədəbəy RHİB Şahdağ və Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəlikləri tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunurlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.03.2022-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 19.11.2015-ci il tarixli Hökmü ilə AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il şərti sınaq müddəti təyin edilməklə 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 09.03.2022-ci il tarixli, 220003 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy RİPŞ-nin icraatında şərti məhkum olunması ilə bağlı məhkəmə qərarı yoxdur. AR CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilmişdir. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, onlardan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmalarını, zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-23/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-23/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver