Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-23/2024 30.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, onların müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 15 avqust 1992-ci ildə Gədəbəy rayonu Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşaq olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu Arıqdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, 01 aprel 1990-ci ildə Gədəbəy rayonu Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşaq olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan,Gədəbəy rayonu Arıqdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və 13 iyul 1992-ci ildə Gədəbəy rayonu Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki nəfər azyaşlı uşaq olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu Arıqdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-2 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 16 dekabr 2023-cü il tarixdə dövlət və ictimai əhəmiyyətli Qızıl Mədəni- Novosaratovka kənd hava xəttinin təmir bərpa işlərinin aparılması üçün Gədəbəy rayonu, Qarıkənd kəndi ərazisində elektrik dirəklərinin yanında saxlanılan "xxxx" ASC-yə məxsus AS-120 markalı, 358 metr uzunluğunda, 176 kiloqram çəkidə 1074 (min yetmiş dörd) manat dəyərində dövlət və ictimai əhəmiyyətli elektrik naqilini gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 16 dekabr 2023-cü il tarixdə dövlət və ictimai əhəmiyyətli Qızıl Mədəni-Novosaratovka kənd hava xəttinin təmir bərpa işlərinin aparılması üçün Gədəbəy rayonu, Qarıkənd kəndi ərazisində elektrik dirəklərinin yanında saxlanılan "xxxx" ASC-yə məxsus AS-120 markalı, 358 metr uzunluğunda, 176 kiloqram çəkidə 1074 (min yetmiş dörd) manat dəyərində dövlət və ictimai əhəmiyyətli elektrik naqilini gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 16 dekabr 2023-cü il tarixdə dövlət və ictimai əhəmiyyətli Qızıl Mədəni-Novosaratovka kənd hava xəttinin təmir bərpa işlərinin aparılması üçün Gədəbəy rayonu Qarıkənd kəndi ərazisində elektrik dirəklərinin yanında saxlanılan "xxxx" ASC-yə məxsus AS-120 markalı, 358 metr uzunluğunda, 176 kiloqram çəkidə 1074 (min yetmiş dörd) manat dəyərində dövlət və ictimai əhəmiyyətli elektrik naqilini gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Azərbaycan Beynəlxalq Əməliyyat Mədən Şirkətində kimyəvi işlər üzrə operator kimi işləyir. VAZ-21100 minik markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmkəndliləridir. 16 dekabr 2023-cü il tarixdə saat 17 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Gədəbəy rayonu Arıqdam kəndində yerləşən “Ləzzət” kafedə görüşmüşlər. Kafedə yemək yeyib spirtli içki qəbul etmişlər. Söhbət zamanı hər üçü maddi sıxıntılardan danışmışlar. Görüş zamanı Təqsirləndirilən şəxs2 2023-cü ilin yaz aylarında daş çıxarmaq üçün getdiyi Gədəbəy rayonu, Qarıkənd kəndində elektrik dirəklərinin aşmasını və yanlarında alüminium naqillərin olmasını gördüyünü və sahibsiz halda orada olduğunu bildirmişdir. Ülfət həmin naqillərin istifadə olunmadığını bildirib naqilləri satmaq barədə təklif etmişdir. Ramin ilə naqillərinin istifadə edilmədiyini düşünüb razılşamışlar. “Ləzzət” kafedə yerləşən marketdən içmək üçün spirtli içki olan araq, yemək üçün kolbasa və bir-iki ərzaq məhsulu almışlar. Ona məxsus olan VAZ-21100 minik markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə Gədəbəy rayonu, Düzyurd kəndi istiqamətində getmişlər. Avtomobil ilə naqillərin yanına kimi qalxa bilməmişlər. Avtomobili saxlamış və piyada bir qədər gedib naqillərin yanına çatmışlar. Orada elektrik naqillərinin yerdə olmasını, dirəklərə bağlanmamasını görmüşlər. Avtomobilində olan kəlbətin və dəmir kəsmək üçün nəzərdə tutulan mişar ilə həmin naqilləri kəsərək avtomobilin yanına endirmişlər və naqilləri avtomobilinin yük yerinə və arxa oturacağının üzərinə yığmışlar. Sonra aralarında olan razılığa əsasən naqilləri satmaq üçün Gəncə şəhərinə yola düşmüşlər. 17 dekabr 2023-cü il tarixdə saat 05 radələrində ona məxsus olan avtomobil ilə Şəmkir rayonu ərazisində hərəkətdə olan zaman X7 əməkdaşları avtomobilin işığının biri yanmadığı üçün onları saxlamışlar. Avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerində və salonda arxa oturacağın üzərində naqilləri görmüşlər. Polis əməkdaşları onları Polis şöbəsinə təhvil vermişlər. Azərişıq ASC-yə vurduqları maddi ziyanı ödəmişlər. Əməllərindən səmimi peşmandır. Vətən müharibəsində iştirak etmiş və medalları vardır. Himayəsində iki nəfər azyaşlı uşağı var. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləridir. Əvvəllər aralarında heç bir narazılıq və ədavət olmamışdır. 16 dekabr 2023-cü il tarixdə saat 17 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən “Ləzzət” kafedə görüşmüşlər. Görüş zamanı 2023-cü ilin yaz aylarında daş çıxarmaq üçün getdiyi Gədəbəy rayonu, Qarıkənd kəndində elektrik dirəklərinin aşmasını və yanlarında alüminium naqillərin olmasını gördüyünü demişdir. Ramin və İsmətə həmin naqilləri kəsərək satmaq barədə təklif etmiş, Ramin və İsmət onun bu təklifi barədə razılşamışlar. “Ləzzət” kafedə yerləşən marketdən içmək üçün spirtli içki, yemək üçün kolbasa və bir iki ərzaq məhsulu almışlar. Təqsirləndirilən şəxs1 məxsus olan VAZ-21100 minik markalı, **-BH-*** avtomobil ilə Gədəbəy rayonu, Düzyurd kəndi istiqamətində getmişlər. İsmət avtomobil ilə naqillərin yanına kimi qalxa bilməmiş, ona görə də qalan yolu piyada qalxmışlar. İsmətin avtomobildə olan kəlbətin və dəmir kəsən mişarla həmin naqilləri kəsib, avtomobilin yanına endirmiş və avtomobilin yük yerinə və arxa oturacağının üzərinə yığmışlar. Həmin naqilləri satmaq üçün Gəncə şəhərinə gətirərkən, 17 dekabr 2023-cü il tarixdə saat 05 radələrində Şəmkir rayonu ərazisində X7 əməkdaşları avtomobilin işığının biri yanmadığı üçün onları saxlamışlar. Polis əməkdaşları avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerində və salonun arxa oturacağının üzərində naqillərin olduğunu görmüşlər. Polis əməkdaşları onları aidiyyəti üzrə təhvil vermişlər. Azərişıq ASC-yə vurduqları maddi ziyanı ödəmişlər. Himayəsində iki nəfər azyaşlı uşaq var. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Azərbaycan Beynəlxalq Əməliyyat Mədən Şirkətində daş karxanasında fəhlə işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məmin həmkəndliləridir. Aralarında heç bir narazılıq və ədavət yoxdur. O, məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə uyğun ifadə verdi, maddi ziyanın tam ödənildiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində iki nəfər azyaşlı uşaq olduğunu, eləcə də əlil olduğunu bildirib bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2015-ci ilin aprel ayından hal-hazıradək "xxxx" ASC-nin Hüquq idarəsinin regionlarla iş şöbəsinın hüquqşünası işləyir. İşlədiyi idarənin tabeliyində Gədəbəy Elektrik şəbəkdə vardır. 17 dekabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Azərişıq ASC-yə məxsus olan və Gədəbəy rayonu Qarıkənd kəndi ərazisində olan ümumi uzunluğu 358 metr AS-120 markalı elektrik naqili Gədəbəy rayon, Aqırdam kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Həmin şəxsləri tanımır, aralarında heç bir narazılıq və ədvət olmamışdır. Naqillərin oğurlanması nəticəsində Azərişıq ASC-yə maddi ziyan dəymiş, həmin ziyan tam ödənilmişdir. Azərişıq ASC-nin hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbləri yoxdur. X1 məhkəmə iclasında ifadəsində göstərdi ki, 2020-ci ildən Gədəbəy Elektrik şəbəkədə işləyir. Gədəbəy rayonu Arıqdam kənd sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 06 mart 2023-cü il tarixdə Gədəbəy rayonu ərazisində güclü külək Qızılmədəni yarımstansiyasından çıxan 35 kilovotluq Qızılmədəni-Saratovka hava elektrik xəttinin Qarıkənd ərazisindən keçən 07 ədəd elektrik dirəklərini aşırmışdır. Abonentlərin işıqsız qalmaması üçün həmin xətlərin bir hissəsi təmir edilmiş, qalan hissəsinin təmir edilməsi məqsədi ilə AS-120 markalı alüminium naqillər 2023-cü ilin mart ayından dirəklərin yanına yığılmışdır. Həmin naqillər istismar üçün yararlı olmuşdur. Hava şəraitinə və vaxt məhdudiyyətinə görə bərpa oluna bilməmişdir. 17 dekabr 2023-cü il tarixdə Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən elektrik şəbəkəyə məlumat verilərək alüminium materialından olan elektrik naqillərinin oğurlanması bildirilmişdir. Elektrik naqillərinə baxış keçirilməsində iştirak etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 25 dekabr 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy şəhəri-Novosaratovka avtomobil yolunun Qarıkənd kəndində keçən hissəsində yolun sağ kənarında, yolun hərəkət hissəsindən 2,5 kilometr sağ tərəfdə yerləşən dağlıq ərazidir. Həmin əraziyə qalxmaq üçün yol relyefi çətindir. Hadisə yerində yerə dirəklərin yanında uzadılmış elektrik naqilləri vardır. Baxışda iştirak edən Gədəbəy EŞ-nin baş mühəndisi Pərvin Quliyev xx.xx.2023-cü il tarixdə naqillərin oradan kəsilərək aparılmasını bildirmişdir. - Avtomobilə baxış keçirilməsi haqqında 17 dekabr 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, baxış Gədəbəy rayon Polis şöbəsinin inzibati binasının həyətində keçirilmiş, baxış keçirilən avtomobil zümrüdü rəngli Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21100 minik markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobildir. Avtomobilə baxış zamanı avtomobilin yük yerində və salonun arxa oturacağın üstündə müxtəlif ölüçlərdə kəsilmiş alüminum materialından olan naqillərin olması müəyyən edilmişdir. Həmin naqillər saxlanması üçün Gədəbəy rayon Polis şöbəsinin məsul saxlancına təhvil verilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 fevral 2024-cü il tarixli, 9/9907 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən X6 Təchizat və Satışı İdarəsi tərəfindən tərtib edilmiş arayışda göstərilən məlumatlardan istifadə edilməklə, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 358 metr uzunluğunda, üzərində markalanma yazısı olmayan, izolyasiyasız, 16 damarı burulmuş məftil şəkillərində olan, alüminium əsaslı ərintidən hazırlanmış AS-210 tipli elektrik naqilinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 1 metrinin 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3,00 manat, 358 metri 1074,00 manat müəyyən edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. - Gədəbəy rayon İHB-nın Arıqdam İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. - Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2005-ci il təvəllüdlü Xədicə və xx.xx.2017-ci il təvəllüdlü Onur adlı iki nəfər azyaşlı uşaq var. - 125054 saylı vəsiqədən, 1-5909, 1-17557 saylı vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Vətən müharibəsində iştirak etmiş və medallarla təltif edilmişdir. - Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Ayxan və xx.xx.2017-ci il təvəllüdlü İbrahim adlı iki nəfər azyaşlı uşaq var. -Gədəbəy rayon İHB-nın Arıqdam İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2014-cü il təvəllüdlü Dəniz və xx.xx.2015-ci il təvəllüdlü Zəhra adlı iki nəfər azyaşlı uşaq var. - “Azərişıq ASC”-dən daxil olmuş məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri etirafları ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkət protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır və işə baxılan zaman mübahisə doğurmur. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilməsi ilə razılaşır. Ona görə də onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təyin ediləcək cəza və onun həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, dəymiş zərərin ödənilməsini, yaşayış yerləri üzrə müsbət xarakterizə olunmalarını, himayələrində azyaşlı uşaq olmasını, o cümlədən Təqsirləndirilən şəxs1 İkinci Qarabağ müharibəsində fəal iştirak etməsi və medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, eləcə də onların əməlində cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halın olmamasını nəzərə alıb belə hesab edir ki, onlara cəmiyyətdən tam təcrid etmədən islah etmək mümkündür, ona görə də onlara cinayət hadisəsi törədərkən qüvvədə olan cinayət qanununun sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, maddi sübut Gədəbəy rayon Polis şöbəsinin maddi sübutlar saxlanc yerində saxlanılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış 176 kiloqram çəkidə alüminium naqillər zərər çəkmiş şəxs Azərişıq ASC-yə qaytarılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübut - Gədəbəy rayon Polis şöbəsinin maddi sübutlar saxlanc yerində saxlanılan, 176 kiloqram çəkidə alüminium naqillər zərər çəkmiş şəxs "xxxx" ASC-yə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülsün. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-23/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-23/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver