Məhkəmə qərarları › İş №1(042)-24/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-24/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-24/2022 23.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X26 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, xx.xx.2011-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 228.1 və 66.3-cü maddələri ilə təqsirli bilinib 11 il 3 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 23 sentyabr 2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 və xx.xx.1990-cı il tarixdə Masallı rayonu, Qodman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Qodman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 06 oktyabr 2021ci il tarixdən həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 26 iyun 2021-ci il tarixdə günorta saatlarında, yəni saat 16-17 radələrındə idarə etdiyi Ford Transit markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu, Arıxdam kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən həmin kənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan və sahibsiz şəkildə yolun kənarında otlayan 1 baş, bir illik, yerli dişi cins, diri çəkisi 95 kiloqram çəkidə 450 manat dəyərində olan tünd olan boz rəngli iri buynuzlu dananı ətrafda heç kəsin olmadığına əmin olandan sonra avtomobilə mindirib özgə əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakın gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 06 avqust 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Masallı rayonu Qodman kəndindəki birmərtəbəli fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 1 ədəd 255 manat dəyərində taxta materialdan hazırlanmış və üzərinə bəzəkli dəmir vurulmuş sandığı və həmin sandığın içərisində olan 7000 manat nağd pulu, 1 cüt 583 əyarlı Rusiya istehsallı, 4 qram çəkidə dörd düymə formalı 300 manat dəyərində qızı sırğanı 1 cüt 583 əyarlı, Rusiya istehsallı sadə formalı 5 qram çəkidə 375 manat dəyərində qızıl sırğanı, 1 cüt 583 əyarı, Rusiya istehsallı sadə formalı 4 qram çəkidə 300 manat dəyərində qızıl sırğanı, 1 ədəd 583 əyarlı, Rusiya istehsallı 4,5 qram çəkidə üzəri tək brilliant qaşlı 475 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 750 əyarlı, Rusiya istehsallı 4 qram çəkidə 380 manat dəyərində sadə formalı qızıl qadın üzüyünü, 1 ədəd 588 əyarlı, Rusiya istehsallı 6,6 qram çəkidə 495 manat dəyərində minperial boyunbağını, 1 ədəd 3 qram çəkidə 285 manat dəyərində "Qəhrəman Ana” medalının qızıl klonu, 1 ədəd 583 əyarlı Rusiya istehsallı 5 qram çəkidə 375 manat dəyərində qızıl bilərziyi, 25 qram çəkidə qarnitur olmaqla 1875 manat dəyərində içərisində hər biri Rusiya istehsallı, 583 əyarlı 1 ədəd qızıl boyunbağını, 1 dəst 583 əyarlı Rusiya istehsallı 4,5 qram çəkidə sadə formalı 337,50 manat dəyərində sırğanı, 1 ədəd 583 əyarlı Rusya istehsallı üzəri qaşsız 225 manat dəyərində qızıl üzüyü, 1 ədəd, 583 əyarlı, Rusiya istehsallı, 4,5 qram çəkidə, sadə formalı, 370 manat dəyərində qızıl qolbağını gizli yolla talayaraq, ümumilikdə 13047,50 (on üç min qırx yeddi manat əlli qəpik) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakınnı gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil edərək 05 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrınində Şəmkir rayonu Çənlibel kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz tövləyə daxil olub Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 1 baş, 2 yaşlı, diri çəkisi 60 kq olan 330 manat dəyərində dişi toğlunu, 1 baş, diri çəkisi 35 kiloqram 205 manat dəyərində olan erkək quzunu, 10 baş, diri çəkiləri 35-40 kiloqram çəkidə 1 başının qiyməti 205 manat təşkil edən 2050 manat dəyərində quzunu, 13 baş, 2 yaşlı, diri çəkiləri 50-60 kiloqram, 1-ci, 2-ci balaya doğan 1 başının qiyməti 270 manat təşkil edən 3510 manat dəyərində damazlıq dişi qoyunları, ümumilikdə 6095,00 (atı min doxsan beş) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərə çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı X27 ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək 21 sentyabr 2021-ci il tarixdə gecə saatlarında təxmin saat 01 radələrində Gədəbəy rayonu Xarxar kənd sakini Zərərçəkmiş şəxs4 yaşadığı kənd ərazində yerləşən Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab olunan fermaya giriş qapısını açma yolu ilə qanunsuz daxil olub fermadan Zərərçəkmiş şəxs4 mülkiyyətində olan 8 baş, 2-3 illik yerli dişi cins, orta köklükdə, iki qarın doğmuş, 1 başının qiyməti 160 manat təşkil edən 1280 manat dəyərində qoyunları, 6 baş 1 illik Qazaxıstan cinsi, orta köklükdə hər birinin diri çəkiləri 35-36 kiloqram olan, 1 başının qiyməti 170 manat təşkil edən 1020 manat dəyərində qoyunları, 9 baş yerli cins, 1 illik, orta köklükdə təxmini diri çəkiləri 36 kiloqram olan və 1 başının qiyməti 220 manat təşkil edən 1980 manat dəyərində quzuları və həmin fermada Zərərçəkmiş şəxs5 mülkiyyətində olan 4 baş yerli cins, 1 illik, orta köklükdə təxmini diri çəkiləri 36 kiloqram olan 1 başının qiyməti 220 manat təşkil edən 880 manat dəyərində quzuları, ümumilikdə 5160,00 (beş min yüz altmış) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmada oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 06 avqust 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Masallı rayonu Qodman kəndindəki birmərtəbəli fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs2 mülkiyyətində elan 1 ədəd 255 manat dəyərində taxta materialdan hazırlanmış və üzərinə bəzəkli dəmir vurulmuş sandığı və həmin sandığın içərisində olan 7000 manat nağd pulu, 1 cüt 583 əyarlı Rusiya istehsallı, 4 qram çəkidə dörd düymə formalı 300 manat dəyərində qızıl sırğanı, 1 cüt 583 əyarlı, Rusiya istehsallı sadə formalı 5 qram çəkidə 375 manat dəyərində qızıl sırğanı, 1 cüt 583 əyarlı, Rusiya istehsalı sadə formalı 4 qram çəkidə 300 manat dəyərində qızıl sırğanı, 1 ədəd 583 əyarlı, Rusiya istehsallı 4,5 qram çəkidə üzəri tək brilliant qaşlı 475 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 750 əyarlı, Rusiya istehsallı 4 qram çəkidə 380 manat dəyərində sadə formalı qızıl qadın üzüyünü, 1 ədəd 588 əyarlı, Rusiya istehsalı, 6,6 qram çəkidə 495 manat dəyərində minperial boyunbağını, 1 ədəd 3 qram çəkidə 235 manat dəyərində “Qəhrəman Ana” medalının qızıl klonu, 1 ədəd 583 əyarlı Rusiya istehsallı 5 qram çəkidə 375 manat dəyərində qızıl bilərziyi, 25 qram çəkidə qarnitur olmaqla 1875 manat dəyərində içərisində hər biri Rusiya istehsallı, 583 əyarlı 1 ədəd qızıİ boyunbağını, 1 dəst 583 əyarlı Rusiya ıstehsallı 4,5 qram çəkidə sadə formalı 337.50 manat dəyərində sırğanı, 1 ədəd 583 əyarlı Rusya istehsallı üzəri qaşsız 225 manat dəyərində qızıl üzüyü, 1 ədəd. 583 əyarlı, Rusiya istehsalı, 4,5 qram çəkidə, sadə formalı, 370 manat dəyərində qızıl qolbağını gizli yolla talayaraq, ümumilikdə 13047,50 (on üç min qırx yeddi manat əlli qəpik) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmış şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil edərək 05 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Şəmkir rayonu, Çənlibel kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus evin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz tövləyə daxil olub Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 1 baş, 2 yaşlı, diri çəkisi 60 kq olan 330 manat dəyərində dişi toğlunu, 1 baş, diri çəkisi 35 kiloqram 205 manat dəyərində olan erkək quzunu, 10 baş, diri çəkiləri 35-40 kiloqram çəkidə 1 başının qiyməti 205 manat təşkil edən 2050 manat dəyərində quzunu, 13 baş. 2 yaşlı, diri çəkiləri 50-60 kiloqram, 1-ci, 2-ci balaya doğan 1 başının qiyməti 270 manat təşkil edən 3510 manat dəyərində damazlıq dişi qoyunları, ümumilikdə 6095,00 (atı min doxsan beş) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğlu ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İfadələr ilə razıdır, yalnız onu qeyd edir ki, Şəmkir rayonu, Çənlibel kəndindəki oğurluq məsələsində Təqsirləndirilən şəxs2 olmamışdır. 2021-ci ilin oktyabr ayında Şəmkir rayon Polis şöbəsinə gətirilmiş və Şəmkir rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyən Cahangirov Elşən və digər polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalmış, təyziq əsasında o, istintaqa Təqsirləndirilən şəxs2 adını vermişdir. O, Şəmkir rayonu, Çənlibel kəndində tək oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. X7 mülkiyyətində olan Ford Transit markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili bacısı oğlu X19 icarəyə götürərək həmin avtomobili idarə edib səyyar şəkildə kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmaq üçün ona vermişdir. Həmin avtomobili idarə edərək müxtəlif rayonlarda kənd təsərrüfatı mallarının səyyar satışı ilə məşğul olmuşdur. 26 iyun 2021-ci il tarixdə idarə etdiyi Ford Transit markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu Arıxdam kəndi ərazisində olan zaman yolun kənarında sahibsiz halda boğazında iplə otlayan bir baş tünd rəngli dişi dananın olduğunu görmüşdür. Avtomobilini yolun kənarında saxlayıb ətrafda heç kimi olmadığına əmin olduqdan sonra avtomobili saxlamış, avtomobildən düşərək bir daha ətrafa göz gəzdirmiş, heç kimin görmədiyinə əmin olub dananı boğazında olan ipdən tutaraq avtomobilin yük yerinə mindirmişdir. Sonra yaşadığı Şəmkir rayonu Könüllü kəndinə aparmışdır. Heç kim şübhələnməsin deyə dananı özünə məlum olan yerdə gizlətmiş və səhərisi gün Gəncə şəhərində olan heyvan bazarında tanımadığı şəxsə 420 manata satmışdır. Dananın satışından əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə, Masallı rayonu Qodman kənd sakini Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanışlığı yaranmışdır. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə əlaqələri davam etmişdir. Təqsirləndirilən şəxs2 bir neçə dəfə istifadəsində olan mobil telefona zəng edərək ona iş tapmağı xahiş etmişdir. Bir müddət sonra İrşada Şəmkir rayonu, Aşağı Keçili kəndində yerləşən istilikxanada fəhlə kimi iş tapması barədə məlumat vermişdir. İrşad həmin vaxtdan Şəmkir rayonuna gəlib işləməyə başlamışdır. Bir müddət İrşad onunla birlikdə meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. 05 avqust 2021-ci il tarixdə İrşad ona əmisi arvadının vəfat etməsini və yaşadığı kəndə gedəcəyini bildirmişdir. İrşada onunla birlikdə Masallı rayonu Qodman kəndinə getmək istədiyini və hüzür mərasimində iştirak edəcəyini demişdir. Bundan sonra, o tanışı Gəncə şəhər sakini X8 mobil telefonla zəng etmiş, İrşadla onu Masallı rayonuna idarə etdiyi avtomobillə aparmasını və ona taksi pulu ödəyəcəklərini demişdir. İrşadla birlikdə 05 avqust 2021-ci il tarixdə saat 18 radələrində Şəmkir rayonundan Gəncə şəhərinə gedib oradan Elnur Quliyevə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes E class” markalı avtomobillə Masallı rayonu, Qodman kəndinə getmişlər. Saat 01 radələrində kəndə çatmışlar. Gəncə şəhərində Elnurun idarə etdiyi avtomobilə ilkin olaraq İrşad 40 manatlıq benzin vurmuşdur. Avtomobilin ön sərnişin oturacağında o, arxa sərnişin oturacağında isə İrşad əyləşmişdir. Yol boyu avtomobildə ümumi söhbət etmişlər. Razılığa əsasən İrşadla hüzür mərasimində iştirak etdikdən sonra Elnur onları yenidən Gəncə şəhərinə qaytarmalı idi. Elnurdan yol boyu bir neçə dəfə avtomobili istirahət etmək məqsədilə bir neçə dəqiqəlik saxlamasını xahiş etmişlər. Həmin vaxtı İrşadla avtomobildən birlikdə aşağı düşüb ayaqyoluna getmişlər. İrşad ilə aralarında Masallı rayonundan oğurluq etmək barədə söhbətləri olmuşdur. İrşaddan yaşadığı kənddə kimdən oğurluq edə biləcəyi barədə soruşan zaman İrşad həmkəndlisi və uzaq qohumu Zərərçəkmiş şəxs2 yaşadığı evindən oğurluq edə biləcəklərini və həmin evdə pul və ya qızıl zinət əşyaları olmasına kifayət qədər ehtimal olduğunu demişdir. İrşaddan həmin evə hansı üsulla daxil olacaqları soruşan zaman İşrad evin köhnə olduğunu və pəncərədən evə daxil ola biləcəklərini demişdir. Elnur avtomobildə əyləşdiyi üçün onların söhbətindən məlumatı olmamışdır. Həmin vaxt İrşad Elnura yolu göstərmiş və Elnura avtomobili yolun kənarında saxlamasını demişdir. Elnura İrşad ilə hüzür mərasimində iştirak edib qayıdacaqlarını demişdir. Onlar köhnə tikili olan evin həyətinə çatmışlar. Razılığa əsasən o, həyətdə dayanıb kiminsə gəlib getməməsinə nəzarət edəcək, İrşad isə evə daxil olacaqmış. Razılaşdıqları kimi, İrşad köhnə tikili olan evin yan tərəfinin pəncərinin şüşəsini çıxardıb yerə qoymuş, pəncərədən evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra İrşad evin giriş qapısından çıxıb yanına gələrək evə daxil olduğunu, evin yataq otağında sandıq olduğunu, sandığın kilidlə bağlandığını, sandığı çölə çıxartmaq lazım olduğunu bildirmişdir. İrşad ilə giriş qapıdan evə daxil olub sandığı oradan birlikdə götürüb çölə çıxartmışlar. Həmin vaxt ətrafda heç kim olmamış və saat təxminən 04 radələri olmuşdur. İrşadla birlikdə həmin sandığı evdən təxminən 800 metr məsafədə kənd ərazisində yerləşən gölün yanına aparmışlar. Sandığı üzü üstə çevirib təpiklə alt hissəsindən vuraraq taxtaları sındırmışlar. İrşadla birlikdə sandığın içinə baxdıqda orada köhnə sənədlər, müxtəlif kağız pul əskinazlarının və bir neçə ədəd qızıl zinət əşyalarının olmasını görmüşlər. Daha sonra İrşadla kağız pul əskinazlarını və qızıl-zinət əşyalarını götürmüşlər. Kağız pul əskinazlarını saydıqda ümumilikdə 7000 manat pul olduğunu bilmişlər. Bundan sonra sandıqda olan qızıl-zinət əşyalarını götürmüşdür. Həmin vaxt pulları və qızıl-zinət əşyalarını götürüb oradan uzaqlaşmışlar. Sandıqda başqa qiymətli əşya olmamış və olan əşyalar istifadəyə yararsız köhnə kağızlar olmuşdur. 7000 manat pulu öz cibinə, qızıl zinət əşyalarını isə İrşad öz cibinə qoymuşdur. İrşadla oğurluq niyyətlərini yerinə yetirdikdən sonra yenidən gəldikləri yol ilə piyada hərəkət edib Elnurun avtomobili saxladığı yerə çatmışlar. Avtomobilin yanına çatdıqda avtomobilin şüşəsini döyərək Elnuru yuxudan oyatmışlar. Həmin vaxtı yenidən avtomobilinin ön sərnişin oturacağına, İrşad isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişdirlər. Elnura avtomobili geriyə Gəncə şəhərinə idarə etməsini demişdir. Elnur onlardan başqa heçnə maraqlanmamışdır. Elnur İrşadın dediyi istiqamətdə avtomobili idarə etmişdir. Elnur Hacıqabul rayonu ərazisində yerləşən yeməkxanaların birində avtomobili saxlamışdır. Həmin vaxtı 06 avqust 2021-ci il saat 05 radələri olmuşdur. Adını xatırlamadığı kafedə əyləşib səhər yeməyi yemişdir. Həmin vaxtı cibindən topa halda pulu, İrşad isə cibindən qızıl zinət əşyaları çıxartmışdır. Elnur onlardan bunların nə olduğunu soruşduqda İrşadın qohumunun evindən oğurluq etdiklərini demişdir. Elnur onlardan hüzura ya oğurluğa gəldiklərini soruşaraq başqa heç bir söz deməmişdir. Həmin vaxtı Elnura yol üçün 200 manat taksi pulu vermişdir. Elnur stoldan qalxaraq maşına tərəf getmişdir. Bundan sonra İrşadla oğurladıqları pulları bölmək qərarına gəlmişlər. İrşada 7000 manat puldan 3200 manat pul vermiş, qalıq 3600 manat pulu isə özünə götürmüşdür. Oğurladıqları qızıl zinət əşyalardan 1 cüt qızıl dörd düymə sırğa, 2 qızıl cüt sırğa və 1 ədəd qızıl boyunbağını İrşad özünə götürmüşdür. Qalan 1 ədəd qızıl medal, 1 ədəd qızıl bilərzik və sep dəstini isə ona vermişdir. Daha sonra İrşadla avtomobilə gedib əyləşmiş və oradan yenidən yola düşmüşlər. Yol boyu Elnura başqa heç bir söz deməmişlər. Elnur onları Şəmkir rayonu Könüllü kəndinə aparmışdır. Şəmkir rayonu, Çənlibel kənd sakini Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Şəmkir rayonu, Çənlibel kəndinə idarə etdiyi Ford Transit markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müxtəlif nov meyvə-tərəvəz aparıb satan vaxtı yolun sol kənarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evi və evin üst tərəfində dağlara doğru ərazidə yerləşən həyətyanı sahəsində xırdabuynuzlu heyvanlarını görmüşdür. Həmin yeri yadında saxlamışdır. Evin həyətyanı sahəsinin üst tərəfində çəpər olmadığına görə xırdabuynuzlu heyvanları oradan oğurlayıb rahatlıqla çıxara biləcəklərini düşünmüşdür. Buna görə də Masallı rayonundan olan həbsxana yoldaşı İrşadla danışıb ona bu barədə deyib birlikdə oğurluq etməyi təklif etmişdir. İrşad Masallı rayonundan olsa da, həmin vaxtlarda Şəmkir rayonunda yerləşən “Şəmkir Səbəti” bazarına fəhlə işləmişdir. İrşadla “Şəmkir Səbəti” bazarında görüşüb söhbət edib ona Şəmkir rayonu Çənlibel kəndində olan ev və xırdabuynuzlu heyvanlar barəsində demişdir. Oradan oğurluq etməyin asan olacağını bildirib birlikdə xırdabuynuzlu heyvanları oğurlayıb sataraq əldə etdikləri pulu bölməyi təklif etmişdir. İrşad onunla razılaşmışdır. 05 sentyabr 2021-cı tarixdə saat 01 radələrində İrşadla Şəmkir rayonunda görüşüb idarə etdiyi Ford Transit markalı, 99-DD- 386 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu, Çənlibel kəndinə getmişlər. Kəndə çatanda orada olan “Göyçə” kafesinin yaxınlığında sola doğru gedən yola dönüb avtomobil ilə Zərərçəkmiş şəxs3 heyvanlarını saxladığı tövlənin yaxınlığına dağın ətəyinə çatıb avtomobili dayandırmışdır. İrşadla birlikdə avtomobildən düşüb piyada tövlənin olduğu yerə tərəf getmişdir. Zərərçəkmiş şəxs3 evi çökəklikdə olduğundan evi rahatlıqla görə bilmişdir. Təxminən saat 02 radələrinə qədər onların yatmasını gözləmişdir. Onların getmədiklərini görüb gec olduğundan heyvanları oğurlamaq üçün onların olduğu çəpərə alınmış yerə yaxınlaşmışdır. Girişdə olan çəpərdən düzəldilmiş qapını əli ilə götürüb kənara qoymuşdur. İrşadla birlikdə sakitcə içəri girmişlər. Heyvanları ürküdüb tövlədən çıxardaraq qabaqlarına salıb üzü dağlara tərəf avtomobili saxladıqları yerə aparmışlar. Heyvanlar qorxmayıb avtomobilin yük yerinə çıxması üçün heyvanlardan 2 baş quzunu götürüb yük yerinin nisbətən qabaq hissəsində kəndirlə boyunlarından bağlayıb ipin bir ucunu da avtomobilin içərisinə bağlamışdır. Heyvanlardan quzu, erkək və daha kiçik olanlarını seçib avtomobilə yükləmişlər. Digər heyvanları dağın ətəyində qoyub İrşadla birlikdə avtomobilə minərək oradan Gəncə şəhəri mal bazarı istiqamətinə getmişlər. Təxminən saat 06 radələrində Gəncə şəhəri mal bazarına çatmışlar. Avtomobili bazarda bir tərəfdə saxlamışdır. Heyvan alverçiləri yanlarına gələrək heyvanların qiyməti ilə maraqlanmışdırlar. Heyvanları tanımadıqları ayrı-ayrı şəxslərə cəmi 18 ədədini satmışlar. Qoyunları 60-80 manat arası, quzuları isə 100-110 manat arası satmışlar. Ümumilikdə 1950 manat pul əldə etmişlər. Bundan sonra birlikdə onun yaşadığı Şəmkir rayonu, Könüllü kəndinə gəlmişlər. 7 baş xırdabuynuzlu heyvanları yaşadığı evdə tövləyə salmışdır. Avtomobili təmizlədikdən sonra "Şəmkir Səbəti” bazarında heyvanları sataraq əldə etdikləri pul ilə soğan, bibər, pomidor, xiyar və digər meyvələrdən alıb Gədəbəy istiqamətinə getmişlər. Hadisə ilə bağlı maraqlanmaq üçün oğurluq etdikləri evin qarşısına gedib meyvə-tərəvəz satdıqlarını bildirmişdir. Orada olanda qadın şikayət edərək 25 baş xırdabuynuzlu heyvanlarının oğurlandığını bildirmişdir. Meyvə-tərəvəzi satdıqdan sonra yaşadığı kəndə qayıtmışlar. Sonra İrşad kirayədə qaldığı yerə getmişdir. Bir neçə gündən sonra onun yaşadığı evdə olan 7 baş xırda buynuzlu heyvanları satmaq üçün həftənin 5-ci günü Masallı rayonunda olan mal bazarına getmişlər. İrşadı yaşadığı Qodman kəndinə aparmışdır. Heyvanları İrşadla yaşadığı kəndə boş əraziyə düşürmüşdür. İrşad heyvanları qabağına qatıb getmişdir. İrşad heyvanları mal bazarında satdıqdan sonra ona 400 manat vermişdir. İrşad heyvanları Masallı rayonunda olan mal bazarında tanımadığı şəxslərə 940 manata sata bilmişdir. Həmin pul ilə Ağcabədi rayonuna gedib soğan məhsulu aldıqdan sonra Gədəbəy rayonuna getmişdir. Gədəbəy rayonu, Xarxar kənd sakini Zərərçəkmiş şəxs4 əvvələr tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Gədəbəy rayonuna idarə etdiyi “Ford Transit” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib-gedən zaman Xarxar kəndi ərazisində yolun sağ kənarında yerləşən fermanı görmüşdür. Həmin fermanı yadında saxlamışdır. xx.xx.2021-ci il tarixdə tanışı olan Gəncə şəhər sakini Rövşən adlı şəxslə idarə etdiyi “Ford Transit" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Samanlıq kəndində armud almaq üçün gəlmişdir. Həmin tarixdə gecə saatlarında Gədəbəy rayonunun girəcəyinə çatan zaman yanında olan Rövşən adlı şəxsə yolun sağ kənarında ferma olduğunu bildirib oradan oğurluq etməyi təklif etmişdir. Rövşən onun fikri ilə razılaşmışdır. Oğurluq etmək niyyəti ilə idarə etdiyi Ford Transit markalı avtomobili Gədəbəy rayonu Xarxar kəndinin girəcəyində saxlamış və piyada kəndin kənarı ilə həmin fermaya getmişdir. Fermanın həyətində bir neçə it olduğunu görmüşdür. Həmin it bir qədər hürsə də, iti sakitləşdirmişdir. Fermada kiminsə olmasını güman edib qapını çöldən iplə bağlamışdır. Bundan sonra heyvanlar saxlanılan yerə gedərək qapını açmış və orada olan xırdabuynuzlu heyvanları kəndin kənarı ilə dağlıq ərazi ilə avtomobili saxladıqları yerə kimi hava qaranlıq olduğu üçün təxminən 3 saata aparmışlar. Orada avtomobilin yük yeri tutan qədər heyvanı yığmışlar. Qalan heyvanları isə orada qoymuşlar. Onun idarə etdiyi avtomobil ilə aralarında olan razılığa əsasən heyvanları Rövşənin yerbəyer etməsi üçün Şəmkir rayonu vasitəsi ilə Göygöl rayonu ərazisində yerləşən Daşkəsən yolu adlanan yerə getmişlər. Oraya çatan zaman artıq hava aydınlaşmağa başlamışdır. Yorğun olduğunu bildirib yatacağını bildirmişdir. Rövşən isə heyvanları yerbəyer etmək üçün avtomobildən düşmüşdür. Təxminən saat 12 radələrində yuxudan oyanmış, həmin vaxtı Rövşən heyvanları yerləşdirə bilmədiyini heyvanlardan bir neçəsini satdığını bildirmişdir. Heyvanları yerbəyer etmək üçün geri qayıdan zaman Şəmkir rayonu, Könüllü kəndinin giriş hissəsində Gədəbəy RPŞ-nin əməkdaşları onu saxlamışlar. Həmin şəxslər ona özlərini təqdim edib Gədəbəy rayonu, Xarxar kənd sakini Zərərçəkmiş şəxs4 heyvanlarının oğurlanmasında şübhəli olduğunu bildirmişlər. Etdiyi əməli səmimi olaraq etiraf etmiş və heyvanların avtomobilin yük yerində olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə Gədəbəy RPŞnə gəlmişlər. Gədəbəy RPŞ-nin inzibati binasının həyətində onun öz istəyi ilə təyin edilmiş müdafiəçinin, Zərərçəkmiş şəxs4 və polis əməkdaşlarının iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin yük yerindən aşkar edilmiş 14 baş xırda buynuzlu heyvanı Zərərçəkmiş şəxs4 təqdim etmişlər. Həmin şəxs heyvanların ona məxsus olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla təsdiq etmişlər. Zərərçəkmiş şəxs4 fermasından Rövşən adlı şəxs ilə birlikdə oğurluq hadisəsini törətmiş, həmin vaxtı orada onlardan başqa heç kim olmamışdır. Rövşən adlı şəxs ilə təxminən 1-2 aydır təsadüfən tanış olmuşdur. Onun Gəncə şəhərində yaşadığını bilir, bundan başqa heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs4 əskik olan 13 baş xırda buynuzlu heyvanını o, yatan zaman Rövşən aparmışdır. Gədəbəy rayonu, Xarxar kənd sakini Zərərçəkmiş şəxs4 fermasından oğurluq yolu ilə ələ keçirdikləri 27 baş xırda buynuzlu heyvanları Rövşən Hüseynov ilə birlikdə həmin günü onun idarə etdiyi Ford Transit markalı **-DD-*** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhərinə aparmışlar. Gəncə şəhərinə çatan zaman tanışları olan X8 zəng vuraraq şəhərin girəcəyində olduğunu bildirmişdir. Elnur Quliyev onun istəyi ilə oraya gəlmişdir. Hər üçü birlikdə heyvanları satıb pulunu bölmək barədə razılaşmışlar. Rövşən Hüseynovun və Elnur Quliyevin köməkliyi ilə adını sonradan bildiyi Şahid4 Gəncə şəhəri Fəttula Həsənov küçəsində yerləşən “İslam” Halal ət dükanına aparmışlar. Orada Rövşən özü Gəncə şəhərində yaşadığı üçün Şahid4 ilə heyvanların alqı satqısı barədə danışmışdır. Şahid4 ilə Rövşən heyvanların diri çəkisini hər kiloqramı üçün 5 manat 50 qəpiyə danışıb razılaşmışdır. Şahid4 təklifinə əsasən idarə etdiyi avtomobili onun Gəncə şəhəri Əbilüla Gəncəvi küçəsində yerləşən evinə sürmüşdür. Orada avtomobili evin həyətinə salmışdır. Evin həyətində Şahid4 işçiləri olan adlarını bilmədiyi 2 nəfər şəxs 10 baş quzunu avtomobildən düşürüb tövləyə yığmışdır. Rövşən ilə Şahid4 arasında olan razılaşmaya əsasən 10 baş xırda buynuzlu heyvan üçün 320 manat pulu Rövşənə vermişdir. Pulu götürüb oradan getmişlər. Rövşənin sözünə əsasən avtomobili Gülüstan qəsəbəsi ATS 58-in qarşısında yerləşən Ramin ət dükanına sürmüşdür. Elnur Quliyev isə idarə etdiyi “Mercedes” markalı avtomobil ilə onların arxasınca gəlmişdir. Rövşən və Elnur Quliyev adını sonradan bildiyi Şahid3 ilə heyvanların alqı-satqısı ilə bağlı danışmışdır. Şahid3 istəyi ilə avtomobilin yük yerini açmış, həmin şəxs heyvanlara baxaraq heyvanların içərisində olan 3 baş quzunu seçmişdir. Rövşən və Elnur Şahid3 ilə heyvanları avtomobildə olan tərəzi ilə çəkmişlər və diri çəkisini 5 manat 50qəpiyə danışıb razılaşmışlar. Ramin 3 baş quzu üçün onlara 280 manat pul vermişdir. Orada 13 baş xırda buynuzlu heyvanı satıb əldə etdikləri 1600 manat pulu Rövşənin, Elnur Quliyevin və onun arasında hərəyə 500 manat olmaq ilə bölmüşlər. Qalan 100 manatı isə qalan xərclərə hesablamışlar. Pulu böldükdən sonra Elnur Quliyev orada onlardan ayrılıb bilmədiyi istiqamətdə getmişdir. Rövşən isə onun ilə birlikdə Daşkəsən yoluna kimi gəlib orada ondan avtomobili saxlamağını istəmişdir. Avtomobili saxladıqda isə avtomobildən düşüb ona məlum olmayan istiqamətdə getmişdir. Heyvan satdığı şəxslərə heyvanların oğurluq olması barədə heç bir məlumat verməmişdir. X32 Quliyev satdığı üçün onların heyvanların oğurluq olması barədə onlara hər hansı bir məlumat vermələrini bilməmişdir. Təqsirləndirilən şəxs1 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, ibtidai istintaq zamanı ifadəsinə dair dindirmə protokolunu o imzalamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir, sadəcə olaraq Şəmkir rayon, Çənlibel kəndindəki oğurluq məsələsində Təqsirləndirilən şəxs2 onunla olmamışdır. Ona məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsini qalan hissədə təsdiq edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Rspublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini qismən təsdiq edir. Belə ki, o, Şəmkir rayonu, Çənlibel kəndindəki oğurluq o olmamışdır. 2021-ci ilin oktyabr ayında Şəmkir rayon Polis şöbəsinə gətirilmiş və Şəmkir rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyən Cahangirov Elşən və digər polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qaldığından Şəmkir rayonu, Çənlibel kəndindəki oğurluqda da iştirak etdiyini demişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Masallı rayonu Qodman kəndində ailə üzvlərilə birlikdə yaşayır. 2011-ci il may ayının 4də əmisi qızı X9 qəsdən öldürdüyü üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2011-cı il tarixli hökmü ilə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2011-ci il tarixdən 2017-ci ilin sentyabr ayınadək cəzasını Bakı şəhəri Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Həmin cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi müddətdə orada məhkumluq həyatı yaşayan Şəmkir rayonu Könüllü kənd sakıni X21 ilə tanış olmuş, onunla məhkum yoldaşı kimi münasibətləri həmin vaxtdan yaranmışdır. Eldəniz quldurluq cinayət əməli törətdiyinə görə ondan bir neçə il əvvəl həmin cəzaçəkmə müəssisəsində cəzasını çəkmişdir. 2017-ci ilin sentyabr ayından etibarən cəzasın, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyə başmışdır. Həmin vaxtdan Eldənizlə əlaqəsi itmişdir. 2019-cu il tarixdə cəzanın sonu ilə əlaqədar olaraq azadlığa buraxıldıqdan sonra yaşadığı kənddə yaşayıb fəhləliklə məşğul olmağa başlamışlar. Təqsirləndirilən şəxs1 2019-cu il tarixdə azadlığa buraxıldıqdan sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb hal-əhval tutumuşdur. Həmin vaxt Eldənizə onun ücün iş tapmasını xahiş etmişdir. Eldəniz ona Şəmkir rayonu, Aşağı Keçili kəndində yerləşən istilikxanada fəhlə kimi iş tapmışdır. Həmin vaxtdan Şəmkir rayonuna gedib orada işləməyə başlamışdır. Eldəniz isə özünə məxsus avtomobili ilə meyvə-tərəvəz alveri etmişdir. O da bir müddət sonra Eldənizlə birlikdə meyvə-tərəvəz alveri etməyə başlamışdır. Əvvəllər bir neçə dəfə Eldəniz ondan yaşadığı kənddə imkanlı şəxslərlə maraqlanmışdır. xx.xx.2021-ci il tarixdə Şəmkir rayonunda olduğu zaman əmisi oğlu X47 oglu telefonla zəng edərək əmisi Nicat Mürşüdovun arvadı Töhfə Mürşudovanın vəfat etməsi barədə məlumat vermişdir Bu səbəbdən yaşadığı ünvana qayıtmaq qərarına gəlmişdir. Həmin vaxt Eldənizə əmisi arvadının vəfat etməsini və yaşadığı kəndə getməyinin zəruri olduğunu bildirmişdir. Eldəniz bundan sonra onunla birlikdə yaşadığı Masallı rayonu Qodman kəndinə getmək istədiyini və hüzür mərasimində iştirak etmək istədiyini demişdir. Eldənizlə birlikdə xx.xx.2021-ci iİ tarixdə saat 18 radələrində Şəmkir rayonundan Gəncə şəhərinə gedib oradan Eldənizin tanışı Gəncə səhər sakini X8 məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes E class” markalı avtomobillə Masallı rayonu Qodman kəndinə həmin günü saat 01 radələrində çatmışdır. Eldəniz Elnur ilə aralarında olan danışığına əsasən Masallı rayonuna aparıb gətirməsi üçün Elnura taksi pulu ödəyəcəkdi. Gəncə şəhərində Elnurun idarə etdiyi avtomobilə ilkin olaraq 40 manatlıq benzin vurmuşdur. Avtomobilin ön sərnişin oturacağında Təqsirləndirilən şəxs1, arxa sərnişin oturacağında isə özü əyləşmişdir. Yol boyu avtomobildə ümumi sohbət etmişlər. Razılığa əsasən Eldənizlə birlikdə hüzür mərasimində iştirak etdikdən sonra Elnur onları yenidən Gəncə şəhərinə gətirməliymiş, Elnurdan yol boyu bir neçə dəfə avtomobili istirahət etmək məqsədilə bir neçə dəqiqəlik saxlamasını Eldənizlə birlikdə xahiş etmişdir. Həmin vaxtı Eldəniz avtomobildən birlikdə düşüb ayaqyoluna getmişlər. Eldəniz ilə aralarında Masallı rayonundan oğurluq etmək barədə söhbət etmişlər. Eldəniz yaşadığı kənddə kimdən oğurluq edə biləcəyi barədə soruşan zaman Eldənizə həmkəndlisi və uzaq qohumu olan Zərərçəkmiş şəxs2 yaşadığı evindən oğurluq edə biləcəklərini və həmin evdə pul və ya qızıl-zinət əşyaları olmasına kifayət qədər ehtimal olduğunu demişdir. Eldəniz həmin evə hansı üsulla daxil olacaqlarını soruşan zaman ona evin köhnə olmasını və pəncərədən evə daxil ola biləcəklərini demişdir. Elnur avtomobildə əyləşdiyi üçün onların söhbətindən məlumatı olmamışdır. 06 avqust 2021-ci il tarixdə saat 01 radələrində Elnurun idarə etdiyi avtomobillə Masallı rayonuna çatmışlar. Həmin vaxtı yolu göstərmiş və Elnura avtomobili yolun kənarında saxlamasını demişdir. Elnurun avtomobili saxladığı yer Masallı-Yardımı avtomobil yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində, su kanalının kənarında olmuşdur. Elnurun maşının yaşadığı kəndə daxil olmaması, Elnurun oğurluq edəcəklərindən məlumatı olmaması üçün ondan avtomobili orada saxlamasını, Eldəniz ilə hüzür mərasimində iştirak edib qayıdacaqlarını demişdir. Elnura başqa heç bir söz deməmişlər. Ərkivan qəsəbəsində yerləşən su kanalının yanında piyada çöllük sahə ilə yaşadığı kəndə Eldəniz ilə birlikdə getmişdir. Qohumu Zərərçəkmiş şəxs2 yaşadığı köhnə tikili olan evin həyətinə çatmışlar. Həmin vaxtı aralarında olan razılığa əsasən Eldəniz həyətdə dayanıb kiminsə gəlib getməməsinə nəzarət edəcəkmiş. Bundan sonra ilk öncə köhnə tikili olan evin yan tərəfinin pəncərinin şüşəsini səssizcə çıxardıb yerə qoymuş və həmin pəncərədən evə daxil olmuşdur. Həmin vaxtı evin ümumi zalına daxil olaraq orada qohumu yaşlı qadın Şahid1 ümumi zalda yatdığını görmüşdür. Şahid1 yatdığı çarpayıda ayaq tərəfi olan otağa daxil olmuşdur. Həmin vaxtı otaqda sandıq və sandığın 3 ədəd kilidlə bağlandığını görmüşdür. Sandığı aça bilməyəcəyini görmüş və sandığı evdən çıxartmaq ağlına gəlmişdir. Lakin sandıq ağır olduğundan və fiziki gücü sandığı oradan götürüb çölə çıxartmağına imkan verməmişdir. Evin giriş qapısına tərəf gedərək arxa tərəfdən qapının kilidini açıb çölə çıxmışdır. Həmin vaxtı Eldənizə evə daxil olmasını, evin yataq otağında sandıq olduğunu, sandığın kilidlə bağlandığını, sandığı çölə çıxartmaq lazım olduğunu bildirmişdir. Eldəniz giriş qapıdan evə daxil olub sandığı oradan birlikdə götürüb çölə çıxartmağa razılaşmışdır. Həmin vaxt sandığın yerləşdiyi otağa daxil olub oradan sandığı Eldəniz ilə yerindən götürüb giriş qapısından çölə çıxartmışlar. Həmin vaxt ətrafda heç bir şəxs olmamış, saat təxminən 04 radələri olmuşdur. Eldəniz birlikdə həmin sandığı evdən təxminən 800 metr məsafədə kənd ərazisində yerləşən gölün yanına aparmışlar. Ora çatan zaman Eldəniz sandığı üzü üstə çevirib təpiklə alt hissəsindən vuraraq taxtaları sındırmağa başlamışdır. Eldəniz sandığı sındırdıqdan sonra 2 nəfər birlikdə sandığın içinə baxmışlar. Həmin vaxt sandığın içərisində köhnə sənədlər, müxtəlif kağız pul əskinazlarının və bir neçə ədəd qızıl zinət əşyalarının olmasını görmüşdür. Daha sonra Eldənizlə kağız pul əskinazlarını və qızıl-zinət əşyalarını götürmüşlər. Eldəniz kağız pul əskinazlarını saydıqda orada ümumilikdə 7000 manat pul olduğu məlum olmuşdur. Bundan sonra Eldəniz sandıqda olan qızıl-zinət əşyalarını götürmüşdür. Qızıl-zinət əşyalarına baxan zaman orada bir cüt dörd düymə sırğa, 2 cüt sadə sırğa, 1 ədəd minperial boyunbağı, 1 ədəd qızıl medal, 1 ədəd qolbaq və sep dəstinin olmasını aşkar etmişlər. Həmin vaxt pulları və qızıl-zinət əşyalarını götürüb oradan uzaqlaşmışlar. Sandıqda başqa qiymətli əşya olmamış və olan əşyalar istifadəyə yararsız köhnə kağızlar olmuşdur. Eldəniz 7000 manat pulu öz cibinə, qızıl zinət əşyalarını isə o öz cibinə qoymuşdur. Eldənizlə oğurluq niyyətini yerinə yetirdikdən sonra yenidən gəldikləri yol ilə piyada hərəkət edib Elnurun avtomobili saxladığı yerə çatmışlar. Avtomobilin yanına çatdıqda avtomobilin şüşəsini döyərək Elnuru yuxudan oyatmışlar. Həmin vaxtı Eldəniz yenidən avtomobilinin ön sərnişin oturacağına, o, isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Eldəniz Elnura avtomobili geriyə Gəncə şəhərinə idarə etməsini demişdir. Elnur onlardan başqa heç nə maraqlanmamışdır. Elnur onun dediyi istiqamətdə avtomobili hərəkət edirmişdir. Elnur Hacıqabul rayonu ərazisində yerləşən yeməkxanaların birində avtomobili saxlamışdır. Həmin vaxtı 06 avqust 2021-ci il saat 05 radələri olmuşdur. Adını xatırlamadığı kafedə əyləşib səhər yeməyi yemişlər. Həmin vaxtı Eldəniz cibindən topa halda pul, o isə cibindən qızıl zinət əşyaları çıxartmışdır. Elnur onlardan bunların nə olduğunu soruşduqda, Eldəniz onun qohumunun evindən oğurluq etdiklərini demişdir. Elnur onlardan hüzürə ya oğurluğa gəldiklərini soruşmuşdur. Elnur onlara başqa heç bir söz deməmişdir. Həmin vaxtı Eldəniz Elnura yol üçün 200 manat taksi pulu vermişdir. Elnur stoldan qalxıb maşına tərəf getmişdir. Bundan sonra Eldənizlə oğurladıqları pulları bölmək qərarına gəlmişlər. Eldəniz 7000 manat puldan ona 3200 manat vermiş, qalıq 3600 manat pulu isə özünə götürmüşdür. Oğurladıqları qızıl zinət əşyalardan 1 cüt qızıl dörd düymə sırğa, 2 qızıl cüt sırğa və 1 ədəd qızıl boyunbağını özünə götürmüşdür. Qalan 1 ədəd qızıl medal, 1 ədəd qızıl bilərzik və sep dəstini isə Eldənizə vermişdir. Pulu və qızılları böldükdən sonra avtomobilə əyləşib yenidən yola düşmüşlər. Yol boyu Elnura başqa heç bir söz deməmişdirlər. Gəncə şəhərinə çatıb Eldənizilə onu Şəmkir rayonu Könüllü kəndinə Elnur idarə etdiyi avtomobil ilə aparıb düşürmüşdür. Daha sonra səhəri gün Gəncə şəhərinə gedib oradan yenidən Masallı şəhəri Seybətin küçəsinə gəlmişdir. Daha sonra yolun kənarında bir neçə dəqiqə piyada hərəkət edərək Masallı şəhəri İsgəndərli dairəsinə yaxınlaşmışdır. Oradan tanımadığı şəxsə məxsus avtomobillə yaşadığı Masallı rayonu, Qodman kəndinə getmişdir. Həmin gün axşam saat 23 radələrində yaşadığı evə gəlmişdir. Bundan sonra bir neçə dəfə Eldəniz ilə mobil telefonda danışmışdır. Ötən müddət ərzində Şəmkir rayonuna işləməyə yenidən getmiş və oğurladığı qızıl zinət əşyalarından onun payına düşən hissəsini orada tanımadığı şəxslərə satmışdır. Bundan başqa Şəmkir rayonu, Çənlibel kənd sakini Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. X1 mülkiyyətində olan Ford Transit markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək səyyar şəkildə kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuşdur. Şəmkir rayonunda yerləşən “Şəmkir Səbəti” bazarında işləmişdir. Təxminən 2021-ci ilin sentyabr ayının 1 və ya 2-si Eldəniz ilə “Şəmkir Səbəti” bazarında görüşüb söhbət etmişdir. Eldəniz ona Şəmkir rayonu, Çənlibel kəndində yerləşən bir evin həyətindən xırdabuynuzlu heyvanları oğurlamaq üçün əlverişli şərait olmasını demişdir. Onunla birlikdə oradan oğurluq etməyi heyvanları sataraq əldə edəcəkləri pulu bölməyi təklif etmişdir. Onunla razılaşıb gecə vaxtı həmin yerə gedib planlanan kimi oğurluq etmək qərarına gəlmişdir. 05 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Eldənizlə Şəmkir rayonunda görüşüb onun idarə etdiyi Ford Transit markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu Çənlibel kəndinə getmişlər. Kəndə çatanda orada olan "Göyçə” kafesinin yaxınlığında sola doğru gedən yola dönüb avtomobil ilə Zərərçəkmiş şəxs3 heyvanlarını saxladığı tövlənin yaxınlığına, dağın ətəyinə çatıb avtomobili dayandırmışlar. Eldənizlə birlikdə avtomobildən düşüb piyada tövlənin olduğu yerə tərəf getmişlər. Zərərçəkmiş şəxs3 evi çökəklikdə olduğundan evi rahatlıqla görə bilmişlər. Təxminən saat 02 radələrinə qədər onların yatmasın gözləmişlər. Onların getmədiklərini görüb gec olduğundan heyvanları oğurlamaq üçün onların olduğu çəpərə alınmış yerə yaxınlaşmışlar. Girişdə olan çəpərdən düzəldilmiş qapını Eldəniz əli ilə götürüb kənara qoymuşdur. Eldəniz ilə birlikdə sakitcə içəri girmişlər. Heyvanları hürküdüb tövlədən çıxarıb qabaqlarına salaraq üzü dağlara tərəf avtomobili saxladıqları yerə aparmışlar. Eldəniz avtomobilin qapısını açmışdır. O, heyvanları avtomobilə tərəf yönəldirmişdir. Heyvanlar qorxmayıb avtomobilin yük yerinə çıxması üçün Eldəniz heyvanlardan 2 baş quzunu götürüb yük yerinin nisbətə qabaq hissəsində kəndirlə boyunlarından bağlayıb ipin bir ucunu da avtomobilin içərisinə bağlamışdır. Heyvanlardan quzu, erkək və daha kiçik olanlarını seçib avtomobilə yükləmişlər. Digər heyvanları dağın ətəyində qoyub Eldənizlə birlikdə avtomobilə minərək oradan Gəncə şəhəri mal bazarı istiqamətinə getmişlər. Təxminən saat 06 radələrində Gəncə şəhəri mal bazarına çatmışlar. Eldəniz avtomobili bazarda bir tərəfdə saxlamışdır. Heyvan alverçiləri yanlarına gələrək heyvanları maraqlanmışlar. Heyvanları tanımadıqları ayrı-ayrı şəxslərə cəmi 18 ədədini satmışlar. Qoyunları 60-80 manat arası, quzuları isə 100-110 manat arası satmışlar. Ümumilikdə 1950 manat pul əldə etmişlər. Bundan sonra birlikdə Eldənizin yaşadığı Şəmkir rayonu, Könüllü kəndinə gəlmişlər. 8 baş xırdabuynuzlu heyvanları Eldənizin yaşadığı evdə tövləyə salmışlar. Avtomobili təmizlədikdən sonra “Şəmkir Səbəti' bazarında heyvanları sataraq əldə etdikləri pul ilə soğan, bibər, pomidor, xiyar və digər meyvələrdən alıb Gədəbəy istiqamətinə getmişlər. Eldəniz hadisə ilə bağlı maraqlanmaq üçün oğurluq etdiyi evin qarşısına gedib meyvə-tərəvəz satdığını bildirmişdir. Bir neçə gündən sonra Eldənizin yaşadığı evdə olan 8 baş xırda buynuzlu heyvanları satmaq üçün həftənin 5-ci günü təxminən gecə 01-02 radələrində Masallı rayonunda olan mal bazarına getmişlər. Eldəniz onu yaşadığı Qodman kəndinə aparmışdır. Heyvanları onun yaşadığı kənddə boş əraziyə düşürmüşlər. Heyvanları qabağına qatıb getmişdir. Heyvanları Masallı rayonunda olan heyvan bazarına aparmışlar. Eldəniz də oradan yolun kənarında olan oteldə qalmaq üçün getmişdir. Heyvanları mal bazarında tanımadığı şəxslərə 940 manata satdıqdan sonra Eldənizə 400 manat vermişdir. Bundan sonra Eldəniz oradan getmişdir. Satdığı heyvanların oğurluq olması barədə heç kimə deməmişdir. Qeyd etdiyi oğurluqdan başqa heç bir oğurluq etməmişdir. Təqsirləndirilən şəxs2 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, ibtidai istintaq zamanı ifadəsinə dair dindirmə protokolunu o imzalamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni qismən təsdiq edir. O, Şəmkir rayonu, Çənlibel kəndindəki oğurluqda iştirak etməmişdir. Onun həmin oğurluqdan xəbəri olmamışdır. Onu Şəmkir rayonuna gətirmişlər, həmin oğurluğu üstünə götürməyə məcbur etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 şikayətçi olan zaman tanımışdır. “X6 Company” də, yəni Gədəbəy rayonunda yerləşən Qızıl mədənində operator vəzifəsində işləyir. Təsərrüfatında 3 baş iri buynuzlu heyvanı vardır. 26 iyun 2021-ci il tarixdə təsərrüfatında olan heyvanlardan 2 baş inəyi yaşadığı kəndin örüş sahəsinə buraxmış, bir baş bir illik dişi dananı isə qonşu Cavanşir İsgəndərovun ətrafı dəmir torla əhatə edilmiş evinin bağçasına bağlamışdır. Həmin günü saat 18 radələrində yaşadığı evə gəlmişdir. Heyvana baxmağa gedən zaman heyvanın yerində olmadığını aşkar etmişdir. Heyvanı bir qədər axtarsa da tapa bilməmiş, ona görə də heyvanının itməsini zənn edib bu barədə rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Özünə məxsus 55 baş xırda buynuzlu heyvanı vardır. Heyvanları özünə məxsus Şəmkir rayonu Çənlibel kəndində yerləşən evinin üst tərəfində dağın ətəyində yerləşən həyətyanı sahənin içərisində çəpərə alınmış tövlədə saxlayır. Həmçinin həyətyanı sahənin ətrafında olan çəpərin bir hissəsi əyilmiş və tam bağlanmamışdır. Hər gün səhər həmin heyvanları çıxarıb örüş sahəsində otarmış və axşam saat 19-20 radələrində isə evə qaytarıb tövləyə salmışdır. 04 sentyabr 2021-ci il tarixdə də saat 20 radələrində heyvanları tövləyə salıb çəpərdən hazırlanmış qapını da çəkib bağlamışdır. Bundan sonra yaşadığı evə getmişdir. 05 sentyabr 2021-ci il tarixdə saat 07 radələrində yuxudan oyanıb tövləyə tərəf getdikdə tövlənin girişində olan çəpərdən hazırlanmış qapının kənara qoyulmuş və açıq vəziyyətdə olduğunu, həmçinin içərisindəki 55 baş xırda buynuzlu heyvanlarının da yerində olmadığını, oğurlandığını aşkar etmişdir Bundan sonra ailə üzvlərini də çağırıb dağın ətəklərində örüş sahəsində heyvanları axtarmağa başlamışdır. Bir qədər yüksəkliyə çıxdıqda isə düzənlik ərazidə ona məxsus heyvanların bir qismini orada görüb dərhal onlara yaxınlaşmışdır. Heyvanları saydıqda 30 baş xırdabuynuzlu qoyun və keçilərin yerində olduğunu, lakin cəmi 25 baş xırdabuynuzlu erkək, quzu və toğluların yerində olmadığını aşkar etmişdir. Heyvanlar tapa bilmədiyi üçün bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış xırda buynuzlu heyvanların hər birinin təxmini qiyməti 200-250 manat olmuşdur. Ona təxminən 5000 manat miqdarında maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, yaşadığı Gədəbəy rayon Xarxar kəndinin ərazisində ona məxsus ferma vardır. Həmin fermada özünə məxsus olan 40 baş və qardaşı oğlu Zərərçəkmiş şəxs5 məxsus 8 baş xırda buynuzlu heyvanı saxlamışdır. Heyvanlar kəndin örüş sahəsində otarmışdır. 20 sentyabr 2021-ci il tarixdə heyvanları örüş sahəsində otarıb saat 20:40-dəqiqədə fermaya salaraq fermanın olacaq adlanan hissəsində yatmağa getmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 04:05 radələrində oyanıb siqaret çəkmək uçur həyətə çıxmış, bu vaxt taxta qapının çöldən bağlandığını görmüş, qapının qırılmış yuxarı hissəsindən əlini salaraq qapıya bağlanmış ipi açmışdır. Həyətə çıxıb ilkin olaraq heyvanları saxladığı yerə baxmış, bu zaman 48 baş xırda buynuzlu heyvanın yerində olmadığını müəyyən etmişdir. Buna görə qardaşı oğlu X22 zəng vurub heyvanların oğurlanmasını bildirib DİN-in 102 xidmətinə məlumat verməsini xahiş etmişdir. İlkin olaraq yanına qardaşı oğlu Röyal və Zərərçəkmiş şəxs5 gəlmişlər. Birlikdə heyvanları axtarmağa başlamışlar. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Heyvanları axtaran zaman kəndin Dəmirçi adlanan sahəsindən heyvanlarn 21 başını polis əməkdaşları taparaq ona təhvil vermişlər. Heyvanları saymış və 26 başının əskik olmasını görmüşdür. Ondan oğurlanmış olan 26 baş heyvandan 14 başı sonradan qaytarılmış, qalan 12 başı isə hələdə qaytarılmamışdır. 12 baş heyvandan 4 başı Raminə məxsusdur. O, təqsirləndirilən şəxslərin onun heyvanlarının dəyərini ödəməsini tələb edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, heyvandarlıqla məşğuldur. Yaşadığı Gədəbəy rayon Xarxar kəndinin ərazisində əmisi Şəxavətə məxsus ferma vardır. Əmisi Şəxavət həmin fermada özünə məxsus olan 40 baş və ona məxsus olan 8 baş xırda buynuzlu heyvanı saxlayaraq həmin heyvanları kəndin örüş sahəsində otarmışdır. 21 sentyabr 2021 -ci il tarixdə saat 04 radələrində əmisi Şəxavət istifadəsində olan mobil nömrəyə zəng vuraraq heyvanların oğurlandığını bildirmişdir. Buna görə həmin fermaya getmişdir. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir Röyal, əmisi Şəxavət və polis əməkdaşları heyvanları axtarmışlar. Heyvanları axtaran zaman kəndin Dəmirçi adlanan sahəsindən heyvanların 21 başını polis əməkdaşları taparaq onlara təhvil vermişlər. Tapılan heyvanlardan 4 başı onun olmuşdur. Hazırda onun 4 baş xırdabuynuzlu heyvanı qaytarılmamış, dəyəri ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onkoloji xəstəliklə bağlı 2-ci qrup əlildir. Masallı rayonu Qodman kəndindəki evdə anası Şahid1, arvadı X23 və az yaşlı övladı Fatimə ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində yuxudan oyanmış və mal-qaranı yerbəyer edib onları otlaq sahəsinə aparmışdır. Saat 07:30 radələrində heyvanları otlaq sahəsinə ötürüb evə qayıdan zaman evin həyətinə çatanda arvadı Sevanə evdə olan adətən qış aylarında oturduqları otaqdakı içərisində ona məxsus 7000 manat nağd pul, 5000 min manat dəyərində qızıl-zinət əşyaları, azyaşlı övladı Fatiməyə məxsus doğum haqqqında şəhadətnamə, ona məxsus nikah şəhadətnaməsinin və başqa sənədlərin olduğu qıfılla kilidlənmiş sandığın yerində olmadığını aşkar etdiyini bildirmişdir. O, dərhal evə daxil olub sandığın yerində olmadığını görmüş, sandığın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını yəqin etdiyi üçün DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra yaşadığı evə Masallı RPŞ-nin polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Həmin gün saat 10 radələrində yaşadığı kəndə evindən təxminən 700-800 metr aralıda yerləşən kəndin örüş sahəsində olan gölün yaxınlığından oğurlanmış sandıq polis əməkdaşları tərəfindən baxış keçirələrkən aşkarlanmışdır. Oğurlanan əşyalara 1 ədəd 255 manat dəyərində taxta materialdan hazırlanmış və üzərinə bəzəkli dəmir vurulmuş sandıq, həmin sandığın içərisində olan qızıl zinət əşyalarına 1 cüt 583 əyarlı, Rusiya istehsallı, 4 qram çəkidə dörd düymə formalı 350 manat dəyərində qızıl sırğa, 1 cüt 583 əyarı Rusiya istehsallı sadə formalı 5 qram çəkidə 400 manat dəyərində qızıl sırğa, 1 cüt 583 əyarlı, Rusiya istehsallı sadə formalı 4 qram çəkidə 320 manat dəyərində qızıl sırğa, 1 ədəd 583 əyarlı, Rusiya istehsallı 4,5 qram çəkidə üzəri tək brilliant qaşlı 500 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 750 əyarlı, Rusiya istehsallı 4 qram çəkidə 460 manat dəyərində sadə formalı qızıl qadın üzüyü, 1 ədəd 588 əyarlı, Rusiya istehsallı, 6,6 qram çəkidə 700 manat dəyərində minperial boyunbağı, 1 ədəd 3 qram çəkidə 270 manat dəyərində qızıl medalın klonu, 1 ədəd 583 əyarlı, Rusiya istehsallı 5 qram çəkidə 500 manat dəyərində qızıl bilərzik, ümumi çəkisi 25 qram qarnitur olmaqla 1500 manat dəyərində içərisində hər biri Rusiya istehsallı, 583 əyarlı 1 ədəd qızıl boyunbağı, 1 dəst qızıl sadə formalı sırğa, 1 ədəd üzəri qaşsız qızıl üzük, 1 ədəd qızıl qolbaq, 475 manat dəyərində, 01 ədəd 583 əyarlı, 4,5 qram çəkidə, Rusiya istehsalı üzəri tək biriliant qaşlı qadın üzüyü, 370 manat dəyərində 01 ədəd, 583 əyyarlı, sadə formalı, 4,5 qram çəkidə, Rusiya istehsalı olan qızıl qadın qolbağı və 285 manat dəyərində, xx.xx.1983-cü i tarixdə keçmiş SSRİ tərəfindən verilmiş üzərində 3 qram qızılı olan “Qəhrəman Ana” orderinin qızıl klonu olmuşdur. Oğurlanan qızıl zinət əşyaların ümumi dəyəri 5000 manat təşkil etmişdir. Hadisə zamanı evindən oğurlanmış qızıl zinət əşyalarından 01 ədəd, 583 əyarlı, Rusiya istehsallı, üzəri qaşsız qadın üzüyü və 01 ədəd, 750 əyarlı, 04 qran çəkidə, Rusiya istehsalı, sadə formalı qadın üzüyü sandığın qırıldığı yerdə tapılmışdır. Sonradan hər iki qızı üzüyü və taxta materialından olan sındırılmış sandıq Masallı RPŞ-ni əməkdaşları tərəfindən ona qaytarılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, anası Şahid1 ağır yorğan-döşək xəstəsidir. Şahid həyat yoldaşı Şahid2 isə xəstə anasına qulluq edir. Ona görə də, həmin şahidlərin məhkəmədə iştirak etmələri mümkün olmamışdır. Eləcə də, o zərər çəkmiş şəxs kimi istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bağışlayır. Təqsirləndirilən şəxslərin ona vurduğu ziyan Təqsirləndirilən şəxs2 atası X40 tərəfindən ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Şahid X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. 13 saylı X37 bir yerdə cəza çəkmişdir. Masallı rayonu, Qodman kənd sakini Təqsirləndirilən şəxs2 əvvəllər tanışı Təqsirləndirilən şəxs1 yanında görmüş və onunla həmin vaxtdan tanışlığı yaranmışdır. Günlük icarə əsasında idarə etdiyi “Mercedes E 220 CDE” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olur. 05 avqust 2021-ci il tarixdə təqribən saat 17 radələrində Gəncə şəhərində olarkən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsilə zəng edərək tanışı Təqsirləndirilən şəxs2 yaxın qohumu rəhmətə getdiyini və onları Masallı rayonuna aparmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona taksi pulu verəcəyini və onları Masallı rayonuna aparıb gətiricəyini demişdir. Eldəniz ilə razılaşmışdır. Həmin günü saat 18 radələrində Eldəniz və İrşad ilə Gəncə şəhərində görüşmüşdür. Onları idarə etdiyi avtomobil ilə Gəncə şəhərindən Masallı rayonuna gətirmişdir. İlk öncə Gəncə şəhərində yerləşən yanacaq doldurma məntəqəsində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə 40 manatlıq yanacaq vurmuşdur. Avtomobilin ön sərnişin oturacağında Təqsirləndirilən şəxs1, arxa sərnişin oturacağında isə Təqsirləndirilən şəxs2 əyləşmişdir. Yol boyu avtomobildə ümumi söhbət etmişdirlər. 06 avqust 2021-ci il tarixdə saat 01 radələrində idarə etdiyi avtomobilə Masallı rayonuna çatmışdırlar. Həmin vaxtı avtomobili Təqsirləndirilən şəxs2 dediyi istiqamətdə sürərək Masallı rayon Qodman kəndinə gəlmişdir. Oraya çatan zaman Eldəniz və İrşad avtomobili yolun kənarında saxlayaraq gözləməsini, hüzur mərasiminə baş çəkib geri qayıdacaqlarını bildirmişdirlər. Eldəniz və İrşad onun bilmədiyi istiqamətə getmişlər. Yorğun olduğu üçün kondisoneri qoşub avtomobilin qapılarını kilidləyib yatmışdır. Təxminən 2 saat sonra Eldəniz və İrşad avtomobilin yanına gəlib onu yuxudan oyatmışlar. Eldəniz avtomobilin qabaq oturacağında, İrşad isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. İrşadın dediyi istiqamətdə avtomobili ipək yolu ilə sürərək gəlmişdir. 06 avqust 2021-cı il tarixdə saat 05 radələrində adını xatırlamadığı kafedə əyləşib səhər yeməyi yemişlər. Həmin vaxtı Eldənız cibindən topa halda pul, İrşad isə cibindən qızıl zinət əşyaları çıxarmışdır. Eldənız və İrşaddan bunların nə olduğunu soruşduqda, Eldəniz İrşadın qohumu evinə oğurluğa girdiklərini bildirmişdir. Eldəniz ona yol pulu üçün 200 manat pul vermişdir. Eldəniz və İrşada 2-3 dəqiqə masada əyləşib söhbət etdikdən sonra, gəlib avtomobildə əyləşmişlər. Eldəniz və İrşadı Şəmkir rayonu, Könüllü kəndində Eldənizin yaşadığı evə aparıb düşürmüşdür. Eldəniz və İrşad avtomobildən düşərkən ona heçnə deməmişdirlər. Eldəniz və İrşadın Zərərçəkmiş şəxs2 evindən etdikləri oğurluq hadisəsndə iştirak etməmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Gəncə şəhərinə gəldiyini bildirmişdir. Eldəniz və Rövşən Eldənizin idarə etdiyi Forc Taransit markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərində yerləşən 3 nömrəli şəhər xəstəxanasının yanında görüşmüşlər. Eldəniz ilə görüşməyə gələn zaman əvvələr tanıdığı Rövşən Hüseynovun da onun yanında olmasını görmüşdür. Eldəniz ondan yenidən həmin heyvanları satmağa kömək etməyini istəmişdir. Ona qəssabları tanıdığı bildirib kömək etməyə razılaşmışdır. Buna görə də onları İslam ət dükanı adlanan yerə aparmışdır. Orada adını sonradan öyrəndiyi Şahid4 ilə heyvanların alqı-satqısı barədə Eldəniz ilə həmin şəxs danışmışdır. Şahid4 avtomobildə olan heyvanlara baxmışdır. Şahid4 heyvanları almaq niyyəti olduğu üçün Eldənizidən onun arxasınca gəlməsini istəmişdir. Etibarnamə ilə idarə etdiyi Mercedes Benz markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs1 isə öz idarə etdiyi Ford Transit markalı avtomobil ilə Şahid4 yaşadığı evə gəlmişdir. Orada Eldəniz avtomobili içəri salmışdır. Onlar arasında olan razılaşmaya əsasən Şahid4 sayını xatırlamadığı quzunu avtomobildən düşürüb tərəzidə çəkərək evinin həyətində olan tövləyə yığmışdır. Avtomobilin qarşısında dayandığı üçün Şahid4 Eldəniz və Rövşən Hüseynova nə qədər pul verdiyini görməmişdir. Eldəniz Şahid4 heyvanları satdıqdan sonra avtomobilində 3-4 baş quzu qalmasını həmin quzuları da satmağa kömək etməyini istəmişdir. Heyvanların qalanını satmaq üçün Gülüstan qəsəbəsinə əvvələr tanıdığı Şahid3 ət dükanına getmişdir. Raminə Eldəniz və Rövşənin onun dostları olduqlarını Daşkəsən rayonundan gəldiklərini onların satılıq heyvanlarının olmasını bildirmişdir. Ramin Təqsirləndirilən şəxs1 ilə heyvanların qiyməti barədə razılığa gəlmiş, avtomobildən 3 baş quzunu düşürüb tərəzi ilə çəkmişdir. Ramin aralarında olan razılaşmaya əsasən quzuların pulunu Təqsirləndirilən şəxs1 vermişdir. Eldəniz pulu aldıqdan sonra Rövşən ona 100 manat pul verərək bazarlıq etməyini istəmişdir. Mağazadan təxminən 20 manatlıq bazarlıq etmiş və pulun qalan hissəsini geri qaytaran zaman Rövşən pulu götürməyərək onda qalmasını bildirmişdir. O da 80 manat pulu götürərək, sonra sağollaşıb ayrılmışdır. 3- 4 gün sonra Rövşən Hüseynov onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq haləhval tutmuşdur. Telefon danışığı zamanı Rövşən ona Eldənizi heyvanları Gəncə şəhərində satıb qayıtdıqdan sonra avtomobilə birlikdə gedən zaman polis əməkdaşları tərəfindən tutulmasını bildirmişdir. Bundan sonra Rövşəni bir daha görməmişdir. Şahid1 cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarından etibarən yaşadığı evdə 80 illik yubileyi ilə əlaqədar yığıncaq keçirmişlər. Həmin vaxt evdə övladları və gəlinləri olmuşdur. Bundan başqa RF-da yaşayan oğlu Fəxrinin arvadı Qumral da evdə olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 01 radələrinədək evdə yığıncaq olmuşdur. Evdə olan qonaqlar getdikdən sonra xx.xx.2021-ci il tarixdə saat 02 radələrində səhər yuxudan oyandıqda gəlini Sevanədən yatdığı zalın yanında yerləşən orta otaqda olan içərisində pul və qızıl zinət əşyalarının olduğu sandığın yerində olmadığını eşitmişdir. Bundan sonra oğlu Xəyal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Evdə yatdığı vaxt hər hansı bir şübhəli məqam hiss etməmiş və görməmişdir. Sonradan hadisənin həmkəndlisi X28 və Şəmkir rayon sakini Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini bilmişlər. Şahid2 cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarından etibarən yaşadığı evdə qaynanası Şahid1 80 illik yubileyi ilə əlaqədar yığıncaq keçirmişlər. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində yuxudan oyanıb evin həyətini süpürməyə başlamışdır. Həmin vaxt əri Xəyal da mal-qaranı yerbəyer edib otlaq sahəsinə aparmağa hazırlaşmışdır. O, evə daxil olduqdan sonra orta otaqda olan içərisində pul və qızıl zinət əşyalarının olduğu sandığın yerində olmadığını görmüşdür. Sandığın yerində olmadığını qaynanasına həyəcanlanmasın deyə deməmiş, əri Xəyalın otlaq sahəsindən qayıtmasını gözləmişdir. Xəyalın həyətə girdiyini görüb sandığın yerində olmadığını ona demişdir. Xəyal dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Evdə yatdığı vaxt hər hansı bir şübhəli məqam hiss etməmiş və görməmişdir. Sonradan hadisənin həmkəndlisi Təqsirləndirilən şəxs2 və Şəmkir rayon sakini X15 tərəfindən törədildiyini bilmişlər. Şahid3 cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və X20 tanımır, əvvələr aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. X29 Gəncə şəhər Gülüstan qəsəbə sakini kimi tanımış, onunla aralarında heç bir narazılıq və ədavət olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsi ATES 58 qarşısında yerləşən ət satdığı mağazada olan zaman Gülüstan qəsəbə sakini kimi tanıdığı Elnur Quliyev yanında olan adlarını bilmədiyi iki nəfər şəxs ilə oraya gəlib xırda buynuzlu heyvanlarının olmasını bildirmişdir. Ondan nə quzu olmasını soruşduqda Elnur Quliyev ona yanında olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 təqdim edərək dostu olduğunu, Daşkəsən rayonu Qabaqtəpə kəndində gətırdiyini, heyvanları satıb maşını düzəltdirəcəyini, narahat olmamağı, öz heyvanı olmasını və onu tanımasını bildirmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Ford Transit markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerini açıb heyvanlara baxmışdır. Eldənizə heyvanların yanında olan 3 baş quzunu almaq istədiyini bildirib qiymət deməsini istəmişdir. Eldəniz ona heyvanları çəki ilə satdığın, demişdir. Ət satdığı dükanda olan tərəzi ilə həmin heyvanları Rövşən Hüseynovun və Təqsirləndirilən şəxs1 köməkliyi ilə çəkmişdir. Heyvanların diri çəkisi 19 kiloqram, 20 kiloqram və 21 kiloqram gəlmişdir. Aralarında olan razılaşmaya əsasən heyvanların diri çəkisi 2-yə bölünmüş və hər çəkisi 11 manatdan hesablayıb ümumilikdə Təqsirləndirilən şəxs1 dükanın qarşısında Rövşən Hüseynovun və Elnur Quliyevin yanında 320 manat pul vermişdir. Eldəniz pulu aldıqdan sonra hər üçü Ford Transit markalı avtomobilə əyləşib getmişlər. Şahid4 cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, X20 və X10 tanımır. Aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gəncə şəhərində ət kəsib onların satışı ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində istifadəsində olan mobil nömrəyə tanımıdağı sonradan adım bildiyi Elnur Quliyev zəng edərək satılıq xırda buynuzlu heyvan olmasını bildirmişdir. Həmin heyvanlara baxmaq üçün Gəncə şəhərində 3 nömrəli xəstəxananın qarşısında yerləşən ət satdığı mağazaya gəlmişdir. Bir qədər sonra oraya iki nəfər şəxs gəlib onlar satlıq quzu oıdugunu bildirmişlər. Ağ rəngli Ford Transit markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Eldəniz adlı şəxs öz fermasından gətirdiyi xırda buynuzlu heyvanları satmaq istədiyini bildirmişdir. Avtomobilin yük yerində olan heyvanlara baxmışdır. Eldəniz və Elnur adlı şəxslərə heyvanları kəsib ətinin çəkisini bildikdən sonra qiymətləşməyi təşkil etmişdir. Onlar onun ilə razılaşmamış və heyvanları diri çəkiylə hesablayıb satacaqlarını bildirmişlər. Orada heyvanların diri halda hər kiloqramını 5 manat 50 qəpikdən hesablaşmışlar. Həmin şəxslər qiymət ilə razılaşdıqdan sonra onlarda heyvanları tərəzi ilə çəkmək və heyvanları tövləyə boşaltmaq üçün Gəncə şəhəri Əbilüla Gəncəvi küçəsində yerləşən evinə gətirməklərini istəmişdir. X55 markalı avtomobil ilə yaşadığı evə gəlmişlər, orada heyvanları tərəzi ilə çəkmişlər. Heyvanların diri çəkiləri təxminən 20-26 kiloqram olan 10 baş kəsilməli yerli cinsdən olan quzuları evin həyətində yerləşən tövləyə teyvan satmağa gəlmiş şəxslər boşaltmışlar. Onlara heyvana görə 1280 manat, bir ədəa 6-7 aylıq qurbanlıq kimi aldığı erkək quzu üçün isə 150 manat pul vermişdir. Elnur ilə Eldəniz pulu aldıqdan sonra avtomobillə çıxıb getmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Prokurorluğu Şəmkir rayon Prokurorluğu tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 195-c-22 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2021-ci ilin oktyabr aylarının sonlarında Şəmkir rayon Polis Şöbəsinə gətirilməsi və Şəmkir rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyən X16 və digər polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalmaları ilə bağlı müraciətinin əsasında rayon prokurorluğunda ilkin yoxlama aparılmışdır. Aparılmış ilkin yoxlama zamanı Şəmkir rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnikleytnantı X4 və Şəmkir rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı X24 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikasının Cinayət Prosssual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X17 xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd dilmişdir. - hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyun 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayon Arıxdam kəndi ərazisində Zərərçəkmiş şəxs1 yaşadığı evin arxa tərəfində yerləşən örüş sahəsidir. Ətrafda kənd tipli yaşayış sahələri və həyətyanı sahələr vardır. Bir baş dananın həmin yerə kəndirlə bərkidildiyi yerdə dananın olmaması aşkar olunmuşdur. - hadisə yerinə baxış keçirilməsi haqqında 06 avqust 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Masallı rayon Qodman kəndində Zərərçəkmiş şəxs2 yaşadı fərdi yaşayış evidir. Baxış keçirilən evin giriş darvazası yoxdur. Evin taxta materialından olan giriş qapısı var, həmin qapı kilid ilə bağlanılır. Xəyal Müşrüdov evin sol tərəfində olan pəncərəni təqdim edərək həmin pəcərənin şüşəsinin çıxarılmasını və evin divarına söykənilməsini bildirmişdir. Həmin evə daxil olduqda şüşəsi çıxarılmış pəncərənin evin giriş pəncərəsinə çıxması müəyyən edilir. Evin zal və 3 yataq otağından ibarət olması müəyyən edilir. Zərərçəkmiş şəxs2 həmin otaqlardan birində divarda olan yeri təqdim edərək orada köhnə cehiz sandığının olmasını bildirmişdir. Sadığın olduğu otaqa və digər otaqlara baxış keçirilən zaman hər hansı bir iz aşkar edilmədiyi, otaqların dağıdılmadığı müəyyən edilmişdir. Hadisə baş verən evdən 700 metr aralıda açıq sahədə su tutarının ərtafında baxış davam etdirilərkən bir ədəd sındırılmış halda olan sandıq olması və sandığ n içərisində ətrafa səpələnmiş köhnə kağız sənədlər və şəffaf rəngli selofan torbada iki ədəd üzük aşkar edilmişdir. Zərərçəkmiş şəxs2 həmin sandığın və oradan aşkar edilmiş iki ədəd qızıl üzüyün ona məxsus olmasını bildirmişdir. Ətrafda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. - hadisə yerinə baxış keçirilməsi haqqında 05 sentyabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Şəmkir rayon Çənlibel kəndində yolun sol kənarında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı bir mərtəbəli kürsülü fərdi yaşayış evidir. Evin giriş darvazasından sağ tərəfə yuxarıya doğru həyət yanı sahəyə yel gedir. Ümumilikdə 20 set ərazidə heyvan saxlamaq üçün nəzərdə tutulmuş və ətrafı dəmir torla əhatə edilmiş yer vardır. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs3 naməlum şəxs və ya şəxslərin heyvan saxladığı yerdən ümumilikdə 55 baş xırda buynuzlu heyvanı çıxararaq dağlara doğru aparmasını, heyvanlarının 25 başını oğrulayıb apardıqlarını, qalanlarını isə orada qoyduqlarını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet aşkar edilməmişdir. - hadisə yerinə baxış keçirilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Şəmkir-Gədəbəy avtomobil yolunun Xarxar kəndi ərazisindən keçən hisəsinə yolun asfalt örtüyündən 1 kilometr kənarda yerləşən Zərərçəkmiş şəxs4 heyvan saxladığı bir mərtəbəli 3 ədəd giriş qapısı olan fermadır. Fermanın ətrafı açıqdır, ətrafa dəmir tor və ya hər hansı bir maneə çəkilməmişdir. Fermanın həyətində təsərrüfat təyinatlı əşyalar yığılmışdır. Fermanın sağ tərəfində giriş qapısı göy rəngli olan yaşayış otağı vardır. Ondan solda giriş qapısı dəmir olan saxlanc yeri kimi istifadə olunan otaq vardır Həmin otaqdan solda girişi qapısı taxta olan heyvan şaxlarılınaq üçün nəzərdə tutulmuş və ilkin baxış zamanı heyvan saxlanıldığı görünən yer vardır. Baxış zamanı Zərərçəkmiş şəxs4 ona məxsus fermadan 48 baş xırdabuynuzlu heyvan oğurladığını və hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə ətrafa baxdıqda 21 baş heyvanın Dəmirçi yaylağından tapıldığını bildirdiyi üçün həmin 21 baş heyvan Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. - əşyaya baxış keçirilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Transit” markalı, **-DD-*** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə saat 17:51 dəqiqədə Gədəbəy RPŞ-nin İnzibati Binasın həyətində baxış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilin salon hissəsini təqdim etdikdə, avtomobilin salon hissəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin yük yerini təqdin edən zaman yük yerində 14 baş xırda buynuzlu heyvan olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin heyvanları Şəmkir rayonu Atabəy kəndinə gedən yolun qarşısında Gədəbəy rayon Xarxar kəndi ərazisində yerləşən fermadan oğurlayaraq avtomobilinə yığmasını bildirrnişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 həmin heyvanların xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə onun fermasından oğurlanmış 27 baş xırda buynuzlu heyvanların bir hissəsi olmasını, heyvanının 13 başının əskik olmasnı bildirmişdir. Sonra heyvanlar sayılaraq Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. - əşyaya baxış keçirilməsi və götürülməsi haqqında olan 29 sentyabr 2022-ci il tarixi istintaq hərəkəti protokolundan görünür ki, X18 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan kamera görüntülərinə baxış keçirilən baxış zamanı xx.xx.2021-ci il tarixdə saat 11:43 dəqiqədə Təqsirləndirilən şəxs1 idarə etiyi Ford Transit markalı avtomobilə oxşar ağ rəngli Ford Transit marka avtomobilin ünvan 2 ünvanında yerləşən Elnu Quliyevin yaşadığı fərdi yaşayış evi və ət dükanı yerləşən evin giriş hissəsi olan dəm darvazanın açılaraq avtomobilin arxa-arxaya həmin yerə daxil olmasını görünür. Avtomob içəri daxil olduqdan sonra kamera görüntüsü yoxdur. - X13 21 oktyabr 2021-ci il tarixli, 21986 nömrəli məktubla daxil olmuş 1 ədəd diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdə saat 23:48 dəqiqədə Şəmkir rayonu, Çənlibel kəndi ərazisində, 20.09 2021-ci i tarixdə saat 23:10 dəqiqədən saat 23:48 dəqiqəyə kimi Şəmkir rayonu, Çənlibel kəndi ərazisində, xx.xx.2021-ci il tarixdə saat 01:21 dəqiqədə Gədəbəy rayonu, Xarxar kəndi ərasizində, xx.xx.2021-ci il tarixdə saat 01:52-də Gədəbəy rayon Slavyanka kəndi ərazisində xx.xx.2021-ci il tarixdə saat 02:43 dəqiqə Gədəbəy rayonu, Xarxar kəndi ərazisində, xx.xx.2021-ci il tarixdə saat 02:56 dəqiqədə Şəmkir rayonu, Dağ Cəyir kəndi ərazisində, xx.xx.2021-ci il tarixdə saat 03:14 dəqiqədən saat 03:40 dəqiqəyə kimi Gədəbəy rayonu, Xarxar kəndi ərazisində, 21 .09.2021-ci il tarixdə saat 03:46 dəqiqədə Şəmkir rayonu, Çənlibel kəndi ərazisində, xx.xx.2021-ci il tarixdə saat 04:13 dəqiqədə Şəmkir rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə saat 10:30 dəqiqədə Gəncə şəhəri ərazisində antena dairəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 01:21:40 (həmin günü saat 04:39:53-dək Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə X5 istifadəsində olan 077 ***-**-** saylı mobil nömrə arasında ümumilikdə 12 dəfə telefon danışığı olmuşdur Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 20-21 sentyabr 2021-ci il tarixlərdə iş üçün əhəmiyyət kəsb edən "xxxx"-lər daxil və xaric olmamışdır. - Azerfon MMC-dən 04 noyabr 2021-ci il tarixli AZF/LGL-27444/21 nömrəli məktuba daxil olmuş 1 ədəd diskə baxış keçirməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdə saat 19:44 dəqiqədə Gədəbəy rayonu Samanlıq kəndi ərazidində anten dairəsində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 21 sentyabr 2021-ci il tarixdə və ondan sonrakı tarixlərdə hansı ərazilərdə anten dairəsində olması göstərilməmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 20-21 sentyabr 2021-cı il tarixlərdə iş üçün əhəmiyyəi kəsb edən "xxxx"-lər daxil və xaric olmamışdır. - məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2021-ci il tarixli 9/7254 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda göstərilən mal-qaranın 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5160,00 manat müəyyən edilir. O cümlədən 8 baş 2-3 illik yerli cins dişi orta köklükdə, iki qarın doğmuş olan qoyunlar-1280 manat (8 baş*160 manat ), 6 baş 1 illik Qazaxıstan cinsi orta köklükdə hər birinin dirİ çəkiləri 35-36 kiloqram olan qoyunlar-1020 manat (6 baş*170 manat), 9 baş yerli cins, 1 illik orta köklükdə təxmini diri çəkiləri 36 kiloqram olan quzular-1980 manat (9 baş*220 manat), 4 baş yerli cins 1 illik orta köklükdə təxmini diri çəkiləri 36 kiloqram olan quzular-880 manat (4 baş*220 manat) olduğu göstərilmişdir. - məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 dekabr 2021-ci il tarixli 9/8126 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda göstərilən ekspertiza təyin haqqında qərarda göstərilən 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6095,00 manat müəyyən edilir. O cümlədən 1 baş 2 yaşlı, diri çəkisi 60 kq olan toğlu-330 manat, 1 baş diri çəkisi 35 kiloqram olan erkək quzu- 205 manat, 10 baş diri çəkiləri 35-40 kiloqram olan quzu - 2050 manat (10 baş*205 manat), 13 baş 2 yaşlı diri çəkiləri 50-60 kiloqram, 1-ci, 2-ci balaya doğan damazlıq dişi qoyunlar- 3510 manat (13 baş*270 manat) olduğu göstərilmişdir. - məhkəmə əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2021-ci il tarixli 9/9187 saylı ekspert rəyindən görünür ki, rəyində ekspertiza rəyin haqqında qərarda göstərilən 01 baş, bir illik, yerli cins, diri çəkisi 95 kiloqram çəkidə olan tünd olan boz rəngli dişi iri buynuzlu heyvanın 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi bazar qiyməti nəzəri qaydada təxminən 450 manat olduğu göstərilmişdir. - məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 mart 2022-ci il tarixli 9/804 saylı rəyində ekspertiza təyin haqqında qərarda göstərilən 1 cüt 583 əyarlı, Rusiya istehsallı, 4 qram çəkidə dörd düymə formalı 300 manat dəyərində qızıl sırğa,1 cüt 583 əyarlı, Rusiya istehsallı sadə formalı 5 qram çəkidə 375 manat dəyərində qızıl sırğa, 1 cüt 583 əyarlı, Rusiya istehsallı sadə formalı 4 qram çəkidə 300 manat dəyərində qızıl sırğa, 1 ədəd 750 əyarlı, Rusiya istehsallı 4 qram çəkidə 380 manat dəyərində sadə formalı qızıl qadın üzüyü, 1 ədəd 588 əyarlı, Rusiya istehsallı, 6,6 qram çəkidə 495 manat dəyərində minperial boyunbağı, 1 ədəd 583 əyarlı Rusiya istehsallı 5 qram çəkidə 375 manat dəyərində qızıl bilərziyi, 25 qram çəkidə qarnitur olmaqla 1875 manat dəyərində içərisində hər biri Rusiya istehsallı, 583 əyarlı 1 ədəd qızıl ooyunbağı, 1 dəst 583 əyarlı Rusiya istehsallı 4,5 qram çəkidə sadə formalı 337,50 nanat dəyərində sırğa, 1 ədəd 583 əyarlı Rusya istehsallı üzəri qaşsız 225 manat dəyərində qızıl üzük 09 adda qızıl-zinət əşyalarının 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə urnumi dəyəri təxminən 4662,50 manat müyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. Digər ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 583 əyarlı, Rusiya istehsalı üzəri tək biriliant qaşlı qadın üzüyünün üzərindəki qaşları istehsal yeri keyfiyyəti, növü ölçüləri, təmizliyi və s. Barədə məlumat olmadığından qiymətləndirilmə aparılmamışdır. Qərarın təsviri hissəsində göstərilən 01 ədəd 1933-cü ildə keçmiş SSRİ tərəfindən verilmiş “Qəhrəman ana" medalının, qızıl klonun əyyarı barədə məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. 01 ədəd qızıl qolbağın əyyarı, çəkisi barədə məlumatlar olmadığından qiymətləndirilmə aparılmamışdır. - qəbzdən görünür ki, Masallı rayonu, Qodman kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlanmış bir ədəd sandıq və iki ədəd qızıl qadın üzüyü saz vəziyyətdə Masallı RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Miramil Baxışova tərəfindən zərərçəkmiş şəxsə geri qaytarılmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ -dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1,181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 11 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən edilmiş qaydada və müddətə ödənilməmiş və götürülməmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Mürşüdov X31 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Görürdüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada və müddətə ödənilməmiş və götürülməmişdir. - Şəmkir RİH Başçısının Könüllü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı kənddə müsbət xarakterizə olunur. - Masallı RİH Başçısının Qodman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı kənddə müsbət xarakterizə olunur. -Masallı RİH Başçısının Qodman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020ci il təvəllüdlü Mətanət Mürşüdova və xx.xx.2021-ci il təvəllüdlü Alışan Mürşüdov adlı iki nəfər azyaşlı uşaq var. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Mərkəzi Rayon Xəsəxansının “X57" X2 xx.xx.2021-ci il tarixli 840 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabnetlərində qeydiyyatda dayanmır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Psixiatrıya Xəstəxanasının xx.xx.2021 -ci il tarixli 748 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 X3 qeydiyyatda dayanmadığı göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər X11 və Təqsirləndirilən şəxs2 onların 2021-ci ilin oktyabr ayında Şəmkir rayon Polis şöbəsinə gətirilmələri və Şəmkir rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyən Cahangirov Elşən və digər polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalmaları barədə məhkəmə iclasında verdiyi ifadələrinin yoxlanılması üçün Azərbaycan Respublikası Prokurorluğuna məlumat göndərilmiş, Şəkmkir rayon Prokurorluğundan alınmış xx.xx.2022-ci il tarixli məktubda göstərilən xüsusatların araşdırılması və təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi bildirilmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən onlara təzyiq göstərilməsi, təqsirləndirilən şəxs İ.A.Mürşidovun ona qarşı elan olunmuş Şəmkir rayonu, Çəlibel kəndində törədilmiş oğurluq cinayət hadisəsində iştirak etməməsi barəd ifadələrinə tənqidi yanaşır, həmin ifadəni özünü müdafiə cəhdi kimi qiymətləndirir və bütün məhkəmə iclasında tədqiq olunmuş sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edib qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X11 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi ilə razılaşır və hesab edir ki, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təyin ediləcək cəza və onun həddi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə dəymiş zərərin qismən ödənilməsini, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşaq olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə dəymiş zərərin qismən ödənilməsini, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1.181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 11 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla müəyyən edilmiş qaydada və müddətə ödənilmədən və ya götürülmədən qəsdən yenidən cinayət əməli törətdiyindən onun əməli cinayətin residivini yaradır ki, bu da cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Mürşüdov X31 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla müəyyən edilmiş qaydada və müddətə ödənilmədən və ya götürülmədən qəsdən yenidən cinayət əməli törətdiyindən onun əməli cinayətin residivini yaradır ki, bu da cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və X25 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, eləcə də onların əməlində cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olduğunu, cinayətin residivi olduğunu nəzərə alıb belə hesab edir ki, onlara cinayət hadisəsi törədərkən qüvvədə olan cinayət qanununun sanksiyası həddində daha ciddi cəza növünün yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi yeri xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs1 və X33 öz cinayət əməlləri ilə cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətlərinin əvvəli onların şübhəli şəxs kimi tutulduqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və X33 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.5, 132.1.6 və 132.1.7-ci maddəsinə əsasən, maddi sübutlar - 14 baş xirdabuynuzlu heyvan Zərərçəkmiş şəxs4, 01 ədəd 583 əyyar qızıldan, 03 qram çəkidə olan Rusiya istehsallı qaşsız qadın üzüyü, 01 ədəd, 750 əyarlı qızıldan, 04 qram çəkidə Rusiya istehsallı, sadə formalı qadın üzüyü və sandıq Zərərçəkmiş şəxs2 sahibliyində saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 232 manat 40 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülməlidir. Hökmün icrası Azərbaycan Respublikası Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197-198, 344- 347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar - 14 baş xırdabuynuzlu heyvan Zərərçəkmiş şəxs4, 01 ədəd 583 əyyar qızıldan, 03 qram çəkidə olan Rusiya istehsallı qaşsız qadın üzüyü, 01 ədəd, 750 əyarlı qızıldan, 04 qram çəkidə Rusiya istehsallı, sadə formalı qadın üzüyü və sandıq Zərərçəkmiş şəxs2 sahibliyində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 232 manat 40 qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar