Məhkəmə qərarları › İş №1(042)-24/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-24/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-24/2025 19.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının X10 prokuroru X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 2002-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olmaqla Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 85-də yaşayan barəsində 23 may 2024-cü il taixdən başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1999-cu ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu, Qovlar şəhəri, A.Feyzullayev küçəsi, ev 11-də qeydiyyatda olmaqla Tovuz rayonu, Qovlar şəhəri, Təzə Məhəllədə yaşayan, barəsində 24 dekabr 2023-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətiimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, o, 27 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yerləşən “X5” giriş qapısının qarşısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmasından sonra sonuncunun nalayiq ifadələr işlətməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ictimai qaydanı, ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq, sonuncuya sağ dirsək oynağının arxa səthinin qançırı, sıyrığı, sağ dizin ön səthinin əzilmiş, səthi yarası,sol diz oynağının arxa səthinin sıyrıqları,sağ göz altının qançırı, qaş arası nahiyənin şişkinliyi və sıyrıqları kimi dərəcəsi təyin edilməyən, burunun şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ilə ittiham edilmişdir ki, ona görə ki, o, 27 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsi,4B ünvanında yerləşən “X5” giriş qapısının qarşısında Zərərçəkmiş şəxs onun dostu Şahid5 “Sən get işinlə ol, nəyinə lazımdır” deməsindən hiddətlənib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ictimai qaydanı, ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq, Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs əl zərbələriilə vuraraq, sonuncuya sağ dirsək oynağının arxa səthinin qançırı, sıyrığı, sağ dizin ön səthinin əzilmiş, səthi yarası,sol diz oynağının arxa səthinin sıyrıqları,sağ göz altının qançırı, qaş arası nahiyənin şişkinliyi və sıyrıqları kimi dərəcəsi təyin edilməyən, burunun şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, bildirmişdir ki, 27 fevral 2023-cü il tarixdə Şahid5 onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq, bacısı oğlunun gəldiyini, bacısı oğlunu gəzdirmək istədiyini, bunun üçün də onu Gədəbəy rayonuna gətirmək istədiyini bildirmişdir. O, Şahid5 “problem yoxdur gətir” demişdir. Həmin gün saat 21 radələrində Şahid5 Gədəbəy rayonuna çatdığını bildirmişdir. O, Şahid5 və sonuncu ilə birlikdə gəlmiş Kənan Quliyev, X7, Şahid6, X4 və Şahid3 Gədəbəy şəhəri, 20 yanvar küçəsində pivə-bar kimi fəaliyyət göstərən yerə aparmış, ikinci mərtəbədə yerləşən pivə-barda oturmaq istədikdə onlara oturmaq üçün yer olmadığını bildirmişlər. Buna görə də zalda olan bir neçə Gədəbəy rayon sakininin əyləşdiyi masada birlikdə əyləşmişlər. Həmin pivə-barda onların arxa tərəfində, sol tərəfdə əyləşmiş Zərərçəkmiş şəxs əl-qol ilə onların əyləşmiş olduğu masa tərəfə işarə edərək, yanında oturan tanımadığı şəxsə nəsə demişdir. O, Zərərçəkmiş şəxs dediklərinə əhəmiyyət verməmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs masadan qalxaraq həyətə çıxmışdır. Zərərçəkmiş şəxs getdikdən təxminən 15 dəqiqə sonra bir nəfər tanımadığı şəxs içəri daxil olub onların əyləşdiyi masaya tərəf gəlib “durun hamınız düşün aşağı” demişdir.O, həmin şəxsdən nə üçün onları aşağı dəvət etdiyini soruşmuşdur. Həmin şəxs ona yenidən “gəlin düşək aşağı” demişdir. Həmin an Zərərçəkmiş şəxs içəri daxil olmuş və ona yaxınlaşaraq “qonaqlarını da götür durun düşün aşağı” demişdir. O, Zərərçəkmiş şəxs nə baş verdiyini, nə üçün aşağı düşmələrini istədiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona düş aşağı sənə deyəcəm demişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə aşağı düşmüşdür. Onlar aşağı düşən zaman qapının qarşısında Şahid5 ilə rastlaşmışlar. Şahid5 Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs Şahid5 “sən səsinin tonunu aşağı sal sənlik deyil” deyib ona əl-qol atmağa başlamışdır. Zərərçəkmiş şəxs Şahid5 əl-qol atan zaman onlarla birlikdə aşağı düşmüş Təqsirləndirilən şəxs2 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurduqdan sonra sonuncu onların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin an mübahisə başlamışdır. Həmin mübahisə zamanı yaranmış qarışıqlıqda Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyi üçün o, Zərərçəkmiş şəxs baş və sifət nahiyyəsinə bir neçə yumruq zərbəsi endirmişdir. Yanlarında olan şəxslər onları ayırmağa çalışmışlar. Mübahisə edən zaman o, Zərərçəkmiş şəxs üzərində olan bıçağı çıxarmasını görmüşdür. O, Firdovsinin onu vurmasından ehtiyatlanıb, sonuncunu vurmağı dayandıraraq bir qədər geri çəkilmişdir. Firdovsi əlində olan bıçaq ilə onların üzərinə gələn zaman o, rayon mərkəzi istiqamətində qaçmışdır. Şahid5 Zərərçəkmiş şəxs və digər şəxslər isə orada qalmışlar. O, bir qədər qaçdıqdan sonra “Çempion” marketin yanında geri qayıdıb hadisə yerinə gəlmişdir. O, həmin yerə qayıdan zaman Zərərçəkmiş şəxs əlində olan bıçaq ilə orada olan şəxslərin üzərinə gəlməsini görüb yenidən gəldiyi istiqamətdə qaçmışdır. O, rayon ərazisində yerləşən “Kapital Bankın” Gədəbəy Rayon Filialının yanına kimi qaçmışdır. Bir neçə dəqiqə sonra geri qayıtdıqda Şahid5 və digərlərinin orada olmadığını görmüşdür. Orada olan şəxslərdən biri ona Şahid5 bıçaqlanmasını və Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılmasını bildirmişdir. O, bundan sonra xəstəxanya getmiş və orada Şahid5 bıçaq xəsarəti ilə xəstəxanaya daxil olmasını öyrənmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişlə barışmışlar. Ona görə də onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 27 fevral 2023-cü il tarixdə o, Tovuz rayonu, Qovlar şəhər sakini Şahid6 idarə etdiyi “NAZ LİFAN” markalı avtomobillə öz həmyerliləri Şahid5, Xəyal İsmayılov, Kənan Quliyev, Şahid3lə Gədəbəy şəhərinə gəlmişdir. Şəhər ərazisindəki avtovağzalda yerləşən birinci mərtəbəsi hamam, ikinci mərtəbəsi isə kafe kimi fəaliyyət göstərən obyektə getmişlər. Pilləkənlərlə ikinci mərtəbədə yerləşən kafeyə qalxmış, orada bütün masaların dolu olduğunu görmüşlər. Kafeyə daxil olduqdan sonra öndə Cavid arxada isə onlar girişlə üzbəüz yerləşən masaya yaxınlaşmışlar. Həmin masaya yaxınlaşdıqda orada təxminən 6- 7 nəfər əvvəllər tanımadığı şəxslərin oturduğunu və çay içdiklərini görmüşdür. Cavid masadakı şəxslərlə salamlaşıb, həmin masa ətrafında oturduğu üçün onlar da Cavidlə birlikdə stul götürüb həmin masa arxasında oturmuşlar. Cavid onlara masada əyləşən Qinyaz adlı şəxsi təqdim edib Gədəbəy rayon sakini olduğunu demişdir.Sonra o və Xəyal içmək üçün bir bakal pivə sifariş vermiş, onlarla birlikdə gələn şəxslərdən bəziləri pivə, bəziləri isə çay sifariş vermişlər. Təxminən 30-40 dəqiqə sonra Cavid masadan qalxıb onun tanımadığı şəxslə kafedən çıxıb getmişdir. O, Cavidin hara getdiyini bilməmişdir. O, Elvin, Xəyal, Orxan və Kənan isə kafedə qalıb masa arxasında oturaraq, söhbət etmişlər. Cavid getdikdən sonra o və Xəyal masadan qalxaraq, masanın arxasında yerləşən birinci bilyard masasına yaxınlaşıb oynamağa başlamışlar. Onlar bilyard oynayarəkən Qinyaz adlı şəxslə tanımadığı şəxsin üzbəüz dayanaraq söhbət etdiklərini görmüşdür. Bilyard oynamağa davam etmiş, başını qaldırdıqda Orxanın da Qinyaz və həmin tanımadığı şəxsin yanında dayanadığını görmüşdür. Lakin buna əhəmiyyət verməmiş və oyuna davam etmişdir. Qinyaz və tanımadığı şəxs sözlə mübahisə etmişlər. Bar tərəfdən bir nəfər tanımadığı şəxs gələrək kütləyə daxil olub hamının çölə çıxmasını, səs-küy salmamasını tələb etmişdir. Qinyazın yanındakı şəxs ona aşağı düşməyi təklif etmişdir. Həmin şəxsin sonradan Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Beləliklə kütlənin aşağı, yəni kafedən çölə getdiklərini görüb o, da onlara qoşularaq pilləkənlərlə aşağı enmişdir. Kənan da onunla gəlmiş, kafenin qarşısına çıxdıqda Qinyaz və həmin tanımadığı şəxs, yəni Zərərçəkmiş şəxs bir biriləri ilə qışqıraraq danışmağa başlamışlar. Cavid də ora gəlmişdir. Həmin an Firdovsi onu və Cavidi itələmiş, o, həmin vaxt Firdovsinin sol böyründə dayanmışdır. Belə olduqda o, Firdovsinin sifətindən sağ əlinin yumruğu ilə bir dəfə vurmuşdur. Həmin mübahisədə Firdovsini birinci vuran o, olmuşdur. Sonra ara qarışmışdır. Birdən Cavidin və Firdovsinin yerə yıxıldığını görmüşdür. Mübahisə kafenin qarşısında davam etmiş, Firdovsi və Cavid ayağa qalxmışlar, Firdovsi Cavidə doğru irəliləmiş, onun əlində bıçaq olmuşdur. Firdovsi əlində bıçaqla Cavidə hücum etmək istəmiş, ətrafdakılar və o, Firdovsinin əlindən bıçağı almaq istədikdə bunu bacarmamışlar. Firdovsinin əlində bıçaqla əsəbi halda Cavidə tərəf getdiyini görüb qorxaraq oradan qaçmışdır. Onun arxasında Qinyaz da qaçmışdır. O, qaçaraq yanacaq doldurma məntəqəsinə sarı getmiş və arxasına baxdıqda Xəyal və Orxanın olduğunu görmüşdür. Lakin Qinyazın hara getdiyini bilməmişdir. O, Xəyal və Orxanla birlikdə parkın içərisindən keçərək asfalt yola çıxmış, Elvinin avtomobili ilə aşağı tərəfdən gəldiyini görmüşlər. Yolu keçdikdə Elvin avtomobili saxlamış və onlar əyləşmişlər. Avtomobilə əyləşdikdə Elvin avtomobili rayonun çıxışına tərəf, yəni gəldikləri yol istiqamətində idarə etmişdir. Onlar Elvinin idarə etdiyi avtomobil ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisinə çatdıqda arxadan gələn ağ rəngli “Vaz 2106” markalı avtomobil işıq siqnalı verərək, Elvinin avtomobilini dayandırmışdır. Daha sonra Cavid və Kənan həmin avtomobildən düşərək Elvinin avtomobilinə əyləşmişlər və onlar yola davam etmişlər. Həmin vaxt Cavidin əynindəki paltarların yaxa hissəsinin qana bulaşdığını görüb nə baş verdiyini soruşduqda Cavid mübahisə zamanı bıçaqla xəsarət aldığını demişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişlə barışmışlar. Ona görə də onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, 27 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “X9” o, saat 18 və ya 19 radələrində Şəmkir rayon sakini Yunis adlı şəxslə birlikdə istirahət etmək üçün getmişdir. Orada Yunislə o, təxminən 3-4 saat birlikdə oturub istirahət etmişlər. Onların oturduğu yer ikinci mərtəbədə yerləşən çay evinin giriş qapısından daxil olduqda sağda yerləşən bir və ya ikinci kabinet olmuşdur. O, Yunislə masada oturduqdan sonra dostu Elçin də oraya gəlmiş və onlar Elçinin gətirdiyi 0.5 litrlik arağı birlikdə içmişlər. Təqsirləndirilən şəxs1 5-6 ildir ki tanıyır. Tovuz rayon sakinləri Şahid5, Şahid6, Təqsirləndirilən şəxs2, Şahid3, X7, X8 əvvəllər tanımamışdır. Həmin şəxslərlə onun arasında heç vaxt düşmənçilik və ədavət olmamışdır. 27 fevral 2023-cü il tarixdə o, dostları Elçin və Yunislə çay evində masa arxasında əyləşib yemək yeyərək sirtli içki qəbul etmişlər. Həmin tarixdə mübahisədən təxminən 1 saat qabaq Tovuz rayon sakinləri Cavid, Elvin, Rəhman, Orxan, Xəyal və Kənan da həmin çay evinə gəlmiş və Qinyazla bir masa arxasında əyləşmişlər. Təxminən saat 23 radələrində o, çay evindən çıxmış, bu vaxt Yunisin bir nəfər tanışı gəlmiş, onlar yenidən çay evinə qayıtmış, həmin şəxs çay evində Qinyazı görüb onunla mübahisə etmişdir. O, belə başa düşmüşdür ki, yəqin həmin tanımadığı şəxslə Tovuz rayonundan gələnlərin əvvəldən nəsə mübahisələri olmuşdur və mübahisə də Tovuz rayonundan gələnlərin çay evində səs-küy salmaları ilə bağlı olmuşdur. Həmin mübahisə sonradan səs-küyə səbəb olmuş və belə olduqda kafeni işlədən Vasif adlı dostu mübahisə edənə çay evini tərk etmələrini bildirmişdir. Çay evinin içərisində mübahisə qısa müddət ərzində olmuş və onlar çölə çıxmışlar. Onun çay evinin zalında olarkən yalnız mübahisəsi Qinyazla olmuşdur. Buna səbəb isə Qinyazın yüksək səlsə danışması və sonuncuya onun bu barədə irad bildirməsi olmuşdur. Onun çay evində Tovuz rayonundan gələn şəxslərin heç biri ilə mübahisəsi olmamışdır. Vasifin tələbi ilə onlar birlikdə çay evini tərk edib pilləkənlə aşağı düşmüşlər. Pilləkənin qarşısında, çay evinin giriş hissəsində dörd nəfər şəxsin ona tərəf gəldiklərini görmüşdür. Həmin şəxslərdən biri sonradan tanıdığı Tovuz rayon sakini Şahid5 olmuşdur. Cavid onun qarşısında dayanan kimi ona nə baş verdiyini soruşmuşdur. Bu zaman Qinyaz da ona mübahisə etməmələrini demişdir. Aralarında mübahisə yaranmış həmin an üzünün sağ tərəfindən yumruq dəymişdir. Zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Burnundakı xəsarəti həmin vaxt almışdır. Yerə yıxılan zaman bədəninə və başına yenə də zərbələr dəydiyini hiss etmişdir. Hava qaranlıq olduğundan yumuruqla sifətinə vuran, daha sonra isə yerdə olanda ona təpiklə və yumruqla zərbələr endirən şəxslərin kimlər olmasını görməmişdir. Sifətinə dəyən zərbədən sonra burnundan dayanmadan qan açılmışdır. O, burnundan qan axdığını görüb özünü müdafiə etmək məqsədilə yerdən qalxmaq istəyəndə yerdə bıçaq olduğunu görmüş, bıçağı yerdən götürəndə qarşısında Cavidin dayandığını görmüşdür. Bıçağı nümayiş etdirməkdə məqsədi həm özünü qorumaq, həm də kənardakıları qorxutmaq olmuşdur ki, həmin şəxslər onun üstünə gəlib onu döyməsinlər. Həmin vaxt o, Cavidlə qarşılaşmışdır. Cavid əlindəki dəmir alətlə onun başına zərbə endirib qaçmışdır. Bu zaman o, Cavidin arxasınca qaçmışdır. Cavid yerdən dibçəyi götürüb ona atmaq istəyəndə yerə yıxılmış, həmin an o, Cavid onu vurduğu üçün bir dəfə kürəyindən bıçaqla vurmuşdur. Bıçağı sağ əlində tutmuşdur. Cavidi vurduqda sonuncu onun əlindən çıxıb qaçmış, o, da Cavidin arxasınca qaçmışdır. Cavid qaçaraq avtovağzala doğru getmiş, o, da Cavidin arxasınca əlində bıçaq qaçmışdır. Ondan arxada kimlərin gəldiyini bilməmişdir. Həmin vaxt Cavid qaçaraq “Vaz” markalı avtomobilin ətrafında dövrə vurmuşdur. Cavid dövrə vuranda ona arxadan çatıb bir dəfə də də bıçaqla kürəyindən vurmuşdur. Cavid dövrəni tamamlayıb geriyə çay evinə doğru qaçmışdır. O, yenə Cavidin arxasınca qaçmışdır. O, Cavidin arxasınca qaçanda çay evinin yan tərəfində ayaqyolunun qarşısına Cavid prospektə tərəf qaçmışdır. O, həmin ayaqyolunun qarşısında Cavidə doğru əlində bıçaqla bir daha gedib bıçağı sonuncuya tərəf atmışdır. Bundan sonra Cavid qaçaraq parka tərəf getmişdir. O, da Cavidin getdiyi istiqamətdə bir qədər gedib, daha sonra sola dönərək bıçağı ayaqyolunun arxasına tullamışdır. Bundan sonra polislər gəlmiş və onu polis şöbəsinə aparılmışdır. O, polis şöbəsinə getdikdən sonra orada sərxoşluq müayinəsindən keçirilmişdir, bıçağın da yerini söyləmiş, törətdiyi əməli səmimi danışmışdır. Təqsirləndirilən şəxsləri bağışlayır. Onlardan şikayəti yoxdur. Onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, Tovuz rayon sakini Təqsirləndirilən şəxs2 İsa oğlunu uşaq yaşlarından tanıyır. X12 onun qohumudur. Kənan Türkiyə Respublikasının İstanbul şəhərində adını bilmədiyi universitetdə ali təhsil alır və orada yaşayır. Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs1la da tanışdır. Təqsirləndirilən şəxs1la dostluq münasitbəti olmasa da, arabir telefonla danışıb bir-birilə hal-əhval tutmuşlar. 27 fevral 2023-cü il tarixdə günorta saat 14 radələrində o, Kənan Quliyevi birlikdə yaşadığı evdən çıxmış və bir qədər Qovlar şəhərində gəzmiş, sonra Gədəbəy rayonuna getmək qərarına gəlmişlər. O, tanışı Şahid6 zəng edib ondan xahiş etmişdir ki, onları Gədəbəy rayonuna aparsın. Lakin Elvin işi olduğu üçün onları Gədəbəy rayonuna apara bilməyəcəyini söyləmişdir. Həmin tarixdə təxminən saat 18-19 radələrində o, Kənanla birlikdə çay içmək üçün Qovlar şəhərində yerləşən “145 çay evinə” getmişdir. Çay evində Xəyal İsmayılov, Şahid3 və Təqsirləndirilən şəxs2 bir masa ətrafında əyləşib çay içdiklərini görüb Kənan Quliyevlə birlikdə onlarla eyni masa arxasında əyləşmişlər. Bir qədər çay içib söhbət etdikdən sonra onlara Gədəbəyə getməyi təklif etmişdir. Onlar Şahid6 idarə etdiyi avtomobillə Gədəbəy şəhərində avtovağzalın yaxınlığında yerləşən çay evinə gəlmişlər. Oraya çatdıqda təxminən saat 22 radələri olmuşdur. O, Elvin, Rəhman, Orxan, Xəyal və Kənan birlikdə çay evinə qalxmışlar. Zalda boş yer olmamış, bu vaxt çay evinin giriş qapısı ilə üzbəüz yerləşən masada əyləşən əvvəldən tanıdığı Qinyaz onu görüb ayağa qalxaraq onlarla görüşmüşdür. O, Qinyaza buraya çay içməyə, gəzməyə gəldiklərini bildirdikdə Qinyaz oturduğu masaya onları dəvət etmişdir.. Onlar salamlaşıb bir masa ətrafında əyləşərək çay içib söhbət etməyə başlamışlar. O, bir bakal pivə içmiş və qəlyan çəkmişdir. Çay evində təxminən bir saat oturduqdan sonra qohumu Zaman Əsgərova zəng edib ona Gədəbəy rayonunda olduğunu və onlara gəlmək istədiklərini demişdir. Zaman isə ona Gədəbəy şəhərində ağ rəngdə “Niva” markalı avtomobil olduğunu, həmin avtomobiln Gədəbəy şəhərinin mərkəzində olduğunu, əgər istəsə həmin avtomobillə onlara gəlməsini söyləmişdir. O, maşının sürücüsü ilə görüşüb ona bir qədər onları gözləməsini, əgər mümkündürsə onlarla birlikdə çay içib sonra Şahdağ kəndinə getməyi demək üçün Elvinin avtomobilinin açarını götürüb həmin vaxt çay evində tanış olduğu Babək adlı şəxlə birlikdə Gədəbəy şəhərinin mərkəzinə getmişdir. O, Şahdağ kəndinə gedəcək “Niva” markalı avtomobilin sürücüsü ilə maraqlanmış və artıq onun çıxıb getdiyini öyrənmişdir. Belə olduqda o, yenidən çay evinə qayıtmışdır. Pilləkənlə yuxarı qalxmaq istəyən zaman Qinyaz və tanımadığı bir neçə nəfər şəxsin pilləkənlə aşağı düşdüklərini görüb yuxarı qalxmamışdır. O, Tovuz rayonundan onunla birlikdə gələn şəxslərin kiminləsə mübahisəsi düşməsini düşünmüşdür. Pilləkənlə düşən şəxslər çay evinin giriş qapısının qarşısında dayanmışlar. Həmin şəxslər uca səslə mübahisə etmişlər. Bu vaxt onlarla birlikdə Gədəbəy rayonuna gələn şəxslər də mübahisə olan yerə gəlmişlər. Çay evinin giriş qapısının qarşısında sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs ona “get işinlə məşğul ol, sənin nə işinə qalıb” demişdir. Zərərçəkmiş şəxs bu sözü deyən zaman kimsə onu vurmuşdur. Zərərçəkmiş şəxs büdrəmiş və yıxılarkən onun yaxasından tutduğu üçün Zərərçəkmiş şəxsla birlikdə o da yerə yıxılmışdır. Onlar qalxanda Zərərçəkmiş şəxs bıçaqla onu vurmaq istəmişdir. O, qaçmış, Zərərçəkmiş şəxs da onun arxasınca qaçmışdır. Belə olduqda o, çay evinin qarşısındakı məhəccəri atlamış və yerdə olan içərisi torpaqla dolu dibçəyi götürmüşdür ki, özünü müdafiə etsin. Bu zaman Zərərçəkmiş şəxs ona çatmış və onlar orada əlbəyaxa olmuşlar. O, Zərərçəkmiş şəxs əlindən çıxıb avtovağzal istiqamətində qaçmış, Zərərçəkmiş şəxs da onu təqib etmişdir. O, avtovağzalda olan xatırlamadığı avtomobilin ətrafına dövr edib yenidən çay evi istiqamətinə getmişdir. Çay evinin yaxınlığında yolun kənarında olan ayaqyolunun qarşısına gəlib çatarkən Zərərçəkmiş şəxs da oraya gəlmişdir. Firdovsi onu görüb üstünə cummuş və əlindəki bıçaqla onun ürək nahiyəsindən bir dəfə zərbə endirmişdir. O, həmin zərbənin təsirindən büdrəmiş, lakin yerə yıxılmadan xilas olmaq üçün oradan yola tərəf qaçmışdır. Bir qədər getdikdə ürək nahiyəsindən qan gəldiyi və ürəyi bərk sancdığı üçün yolun kənarında olan “Niva” markalı avtomobilə söykənib dayanmış və özünü itirdiyi üçün yerdə oturmuşdur. Geri baxanda onu vuran şəxsin, yəni Zərərçəkmiş şəxs tutulub saxlanıldığını görmüşdür. Bundan sonra onu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını hiss etmişdir. Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs tanımamış, onunla ədavəti, düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Şahid5 tanıyır, dostluq münasibətləri var aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 27 fevral 2023-cü il tarixdə Cavid, Kənan, Orxan, Rəhman və Elvinlə ilə Gədəbəy rayon avtovağzalında yerləşən hamamın ikinci mərtəbəsində yerləşən çay evinə gəlmişlər. Oraya gəldikdə saat təxminən 21 radələri olmuşdur. Çay evinə girdikdə orada böyük stolda təxminən 10-15 nəfər adam olmuşdur. Orada olan şəxslərdən heç kəsi tanımamış, Cavid isə orada olan Qinyaz adlı şəxsi tanımışdır. Onlar təxminən iki saat oturub çay içib söhbət etmiş, saat 23 radələrində Rəhmanla o, birinci masada bilyard oynamış, bu zaman adını sonradan bildiyi Firdovsi və yanında bir nəfər tanımadığı başqa şəxs içəri daxil olub oradan Qinyaza yaxınlaşıb aşağı çağırmışlar. Bundan sonra hamı ayağa qalxıb onlara yaxınlaşmışdır. Bundan sonra həmin şəxslərlə birlikdə Rəhman və Qinyaz da həyətə düşmüşlər. Aradan bir neçə dəqiqə keçmişdir ki, aşağıdan səs-küy gəlmişdir. Bu zaman yanında olan Cavidin qohumu Kənana Cavidə zəng etməsini demişdir. Həmin vaxt Cavid telefona cavab vermiş, telefon səsucaldanda olduğu üçün o, gələn səsləri eşitmişdir. Telefondan səs-küy gəlməsini eşidib onlar da hamamın həyətinə düşmüşlər. Əvvəlcə avtovağzalın həyətində Rəhmanla Orxanın arxasınca qaçmış, daha sonra qorxub Elvinin avtomobilinə qayıtmışdır. Onlar yəni, Orxan, Elvin və Rəhman Gədəbəy rayonu, Novo Saratovka istiqamətində getməyə başlamış, rayondan xeyli uzaqlaşmışlar ki, arxaları ilə bir ağ rəngli VAZ 2106 markalı avtomobilin gəlməsini görmüşlər. Həmin avtomobil işıq siqnalları vasitəsi ilə avtomobili saxlamalarını işarə etmişdir. Onlar avtomobili saxladıqda Cavidin həmin avtomobildən qanın içərisində düşməsini görmüşlər. Daha sonra Cavidi öz avtomobillərinə mindirmiş, bu zaman Cavidin vəziyyətinin yaxşı olmamasını görüb təcili tibbi yardıma zəng etmişdir. O, hadisə zamanı aşağıda olmadğından kimin kimi vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, 27 fevral 2023-cü il tarixdə Tovuz rayonu, Qovlar şəhərində yerləşən “145 çay evində” Şahid5, onun qohumu Kənan Quliyev, Təqsirləndirilən şəxs2 və Şahid6 ilə birlikdə oturub çay içmişlər. Bu zaman Şahid5 zəng gəlmiş və sonuncu çölə çıxıb telefonla danışaraq geriyə qayıdıb onları Gədəbəy rayonuna qonaq çağırdıqlarını demişdir. Bundan sonra Şahid6 idarə etdiyi avtomobil ilə saat təxminən 21 radələrində Gədəbəy rayon avtovağzalında yerləşən hamamın ikinci mərtəbəsində yerləşən pivə-bara gəlmişlər. Daha sonra hamısı ikinci mərtəbəyə qalxıb zalda olan masaya yaxınlaşmışlar. Həmin masada onlardan əvvəl bir neçə tanımadığı şəxs əyləşmişdir. Şahid5 onları həmin şəxslərə təqdim etmiş, hər biri həmin masanın ətrafından əyləşmişlər. İlkin olaraq içmək üçün çay və şokolad şifariş vermişlər. Orada təxminən bir saat oturduqdan sonra Şahid5 tanımadığı Gədəbəy rayon sakini ilə birlikdə masadan qalxaraq ona məlum olmayan istiqamətdə getmişdir. Həmin masada tanımadıqları şəxslər ilə birlikdə təxminən 2 saat söhbət etmişlər. Rəhman və Xəyal masadan qalxaraq bilyard oynamış, bir neçə dəqiqə sonra əvvəllər tanımadığı Zərərçəkmiş şəxs və yanında olan adını bilmədiyi bir nəfər şəxs içəri daxil olmuş və onların masasına yaxınlaşmışdır. Masada olan şəxslər ayağa qalxıb salam vermiş, Zərərçəkmiş şəxs onların masasına tərəf nə isə demişdir. Onlarla bir masa ətrafında əyləşmiş Qinyaz adlı şəxs masadan qalxaraq, Firdovsiyə tərəf getmiş və üzbə-üz söhbət etmişlər. Bir neçə dəqiqə sonra Qinyaz, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onların yanında olan adını bilmədiyi şəxs zaldan çıxaraq pilləkənlər ilə aşağı düşmüşlər. Bir neçə dəqiqə sonra aşağıdan səs-küy gəlməsini eşitmiş və nə baş verdiyini öyrənmək üçün həyətə düşmüşdür. Həyətdə olan zaman Təqsirləndirilən şəxs2 qaçmasını, Zərərçəkmiş şəxs əlində bıçaq ilə Şahid5 qarşısında dayanmasını görmüşdür. Bunu gördükdə yerdəki döşəmə silmək üçün olan süpürgəni özünü müdafiə etmək üçün yerdən götürmüşdür. Şahid5 onun əlindən süpürgəni alaraq Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə zərbə endirməsinin, Zərərçəkmiş şəxs isə əlində olan bıçaq ilə Şahid5 vurmasını görmüşdür. Rəhman və Xəyal sağ tərəfə qaçmış, Qinyaz, Təqsirləndirilən şəxs2, Xəyal İsmayılov və o, isə avtomobil yolu tərəfə qaçmışlar. Bir qədər qaçdıqdan sonra arxaları ilə gələn Şahid6 idarə etdiyi Naz Lifan markalı avtomobilə əyləşib Tovuz rayonu istiqamətində getmişlər. Bir neçə kilometr getdikdən sonra arxada gələn tanımadığı şəxsin idarə etdiyi, sonradan tanıdığı Şahid4 avtomobil işığı ilə siqnal vermişdir. Elvin avtomobili saxladıqdan sonra onlar Şahid5 həmin avtomobildə olmasını görmüşlər. Cavidi Elvinin idarə etdiyi avtomobilə mindirdib Tovuz rayonu istiqamətində getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, xx xxxxxxx 2000-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuşdur. Rəsmi olaraq heç yerdə işləmir. Subaydır. Heç vaxt ruhi-əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar hər hansı xəstəxana və ya müalicə müəssisəsində qeydiyyatda olmamışdır. Hazırda ailə üzvləri ilə birlikdə Gədəbəy şəhərində yaşayır. Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, aralarında tanışlıq münasibəti olmuş, düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. Tovuz rayon sakini Şahid5 Təqsirləndirilən şəxs1 vasitəsilə təxminən 1 il öncə tanımışdır. Şahid5la münasibəti, qohumluğu, düşməçiliyi və ədavəti olmamışdır. Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs təxminən 2 ildir ki tanıyır, aralarında dostluq münasibəti olmuş, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxsla qohumluğu yoxdur. 27 fevral 2023-cü il tarixdə gün ərzində işlədiyi “park” marketdə olmuşdur. Belə ki, o, həmin marketdə satıcı işləmişdir. Axşam saat 20 radələrində işdən çıxıb istirahət etmək məqsədilə Gədəbəy şəhər avtovağzalının yanında yerləşən çay evinə, yəni “Gənclərin əyləncə mərkəzinə” getmişdir. Həmin çay evində dostları Gədəbəy şəhər sakinləri Rizvan, çay evini işlədən Vasiflə görüşüb, bilyard oynamışlar. Təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs1 və Şahid5 yanlarında tanımadığı bir neçə şəxslə çay evinə daxil olmuşlar. Masa arxasında Cavid, Qinyaz, Məhəmməd, tanımadığı bir neçə Tovuz rayon sakini və o, əyləşmişlər. Bir qədər keçmişdir ki, çay evində səs-küy olduğundan Cavidə “gəl aşağı düşək dərdləşək” demişdir. Belə olduqda Cavidlə masadan qalxmış, ikinci mərtəbədə pilləkənlərin qarşısındakı foyedə dayanmışlar. Orada Cavidə “gəl aşağı düşək, maşınla gəzək söhbət edək bura səs-küydür” demişdir. Belə olduqda Cavid geri qayıdıb masada əyləşən tanışından avtomobilin açarlarını almışdır. O, Cavidlə çay evindən çölə çıxmış, çöldə Cavidə “içəridə səs-küy çoxdu, içkili adamlar var, qonaq gəlmisiniz, belə yerdə oturmayın, dostlarını da götürək buradan gedək” demişdir. Cavidlə bu mövzuda söhbət edərək Tovuz rayonundan gəldiyi “Naz lifan” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə əyləşmişlər. Avtomobili Cavid idarə etmiş və Gədəbəy şəhərində yerləşən mərkəzi dairəyə doğru getmişlər. Yolda Cavidlə qeyd etdiyi mövzuda söhbət etmişlər. Cavid həmin çay evində oturmaq istəmədiyini bildirdikdə çay evinə qayıdıb Tovuz rayonundan gələn dostlarını çağırıb başqa yerə getmək qərarına gəlmişlər. Orada Cavid giriş qapısının yaxınlığında avtomobili saxlamış və avtomobildən düşmüşlər. Cavid çay evinin girişinə doğru getmiş, o, Cavidə “özüm qalxıb uşaqları çağıracam, sən gözlə, düşək gedək burdan, sən yuxarı qalxma” demişdir. O, çay evinin pilləkənlərinə çatdıqda yuxarı qalxmamış, ikinci mərtəbədən səs-küy gəldiyini eşitmiş və dərhal yuxarı mərtəbəyə çıxmışdır. Çay evinin girişindəki ikinci mərtəbədə olan foyedə Firdovsi və Vasiflə rastlaşmışdır. Həmin vaxt Vasifin Firdovsiyə “lazım deyil, sakit ol” dediyini eşitmişdir. Vasif Firdovsini sakitləşdirməyə çalışmışdır. Cavid ikinci mərtəbəyə qalxmamışdır. Çay evinin içərisində Qinyazın tanımadığı şəxslər tərəfindən sakitləşdirildiyini, içəridə çox sayda şəxsin bir yerə toplaşdığını görmüşdür. Bunu görüb içəri daxil olmuş, Firdovsi də onun ardınca gəlmişdir. İçəridə səs-küy və qarışıqlıq olmuşdur. Kimsə Qinyazı sakitləşdirməyə çalışmışdır. Belə başa düşmüşdür ki, Firdovsi ilə Qinyaz arasında mübahisə olub. Qinyazla Firdovsinin arasına girib sakitləşmələrini bildirmiş, lakin mübahisənin nə səbəbə başladığını bilməmişdir. Mübahisə Firdovsi ilə Qinyaz arasında olmuşdur. Firdovsiyə yaxınlaşıb boynundan qucaqlayaraq “sakit ol, lazım deyil” demiş, həmin vaxt arxadan kiminsə Firdovsiyə gəl düşək aşağı deməsini eşitmişdir. Onun üzü Firdovsiyə tərəf olduğundan bunu kimin deməsini bilməmişdir. Bundan sonra Qinyaz, Firdovsi və o, çay evinin qarşısına çıxmışlar. Çay evində olan şəxslər də onların ardınca çölə çıxmışlar. Giriş qapısının qarşısında, çöl tərəfdə çardağın yanında dayandıqda kimsə Firdovsini yumruqla vurmuş, o, Firdovsini vuranın kim olduğunu görə bilməmişdir. Həmin vaxt o, da büdrəmiş, lakin yerə yıxılmamışdır. Firdovsi və Cavid yerə yıxılmışlar. Firdovsi ayağa qalxanda yaxınlaşıb onu sakitləşdirməyə çalışmışdır. Yerə yıxılanların bir-birini vurmamasına çalışmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinə əsasən istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan X17 X2 görünür ki, hadisənin baş verdiyi yer ünvan 1 ünvanında yerləşən (Mərkəzi avtovağzalın yaxınlığı) hüquqi adı “Gənclərin əyləncə mərkəzi” ikimərtəbəli obyekt və həmin obyektin qarşısıdır. Həmin obyektə Gədəbəy şəhərində yerləşən mərkəzi dairədən üzü Arıxdam kəndinə gedən yol ilə təxminən 500 metr gedərək işıqfora çatmamış yolun sağ kənarında yerləşən “İnzibati mərkəzin” aşağı tərəfindəki yolayrıcından sağ tərəfə dönüb daha 100 metr düz istiqamətdə irəlilədikdə sol tərəfə dönərək çatmaq mümkündür. Həmçinin mərkəzi dairəni təxminən 30 metr keçdikdə sağ tərəfə ayrılan yolayrıcından üzü rayon polis şöbəsinin inzibati binasına gedən yol ilə təxminən 300 metr gedib sağ tərəfdə yerləşən yanacaqdoldurma stansiyasının qarşısından sol tərəfə dönən yol ilə daha 100 metr getdikdə həmin obyekt yolun sağ kənarında yerləşir. Həmin obyektin qarşısında avtobus dayanacağı, dayanacağın sol aşağı tərəfində avtomobil təmiri sexləri, avtoyuma məntəqəsi, sağ tərəfdə ikinci mərtəbəsi ticarət obyekti, birinci mərtəbəsi isə anbar kimi istifadə olunan tikili, hadisənin baş verdiyi obyektlə üzbəüz dayandıqda sağ tərəfdə tualet, daha sonra Gədəbəy şəhər sakini X3 məxsus ərzaq mallarının pərakəndə satışı mağazası, həmin mağazaya bitişik otel, qeyd olunan obyektlərlə üzbəüz isə 1 mərtəbəli digər obyektlər vardır. Hadisənin baş verdiyi obyekt iki mərtəbəlidir. Həyəti metal məhəccərlərlə əhatələnmişdir. Həyətdə 10,5 x 25 metr sahədə avtomobil dayanacağı vardır. Həyətə daxil olduqda sağ tərəfdə avtomobillər üçün nəzərdə tutulmuş dayanacaq, sol tərəfdə isə 4,10 x8 metr ölçüdə ətrafı məhəccərlə əhatə olunmuş yer vardır. İşdə olan Videogörüntülərə baxış X2 görünür ki, saat 23:35:45-də üzləri görünməyən bir neçə şəxs pilləkənlərdən düşərək “X5” giriş qapısının qarşısına toplaşırlar. Saat 23:36:12-də “X5” giriş qapısının qarşısında münaqişə baş verir. Üzü görünməyən, əynində boz rəngdə kapşonlu papaq olması görünən şəxs yumruqla əynində tünd rəngdə gödəkçə olan, üzü görnməyən şəxsi yumruqla vurur. Bundan sonar onun yanında olan bir nəfər şəxs də həmin tünd rəngdə gödəkçə geyinən şəxsi vurur. İşdə olan Məhkəmə tibbi Ekspertizasının 28 fevral 2023-ci il tarixli, 69 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ göz altının qançırı, qaş arası nahiyənin şişkinliyi və sıyrıqları, sağ dirsək oynağının arxa səthinin qançırı, sıyrığı, sağ dizin ön səthinin əzilmiş, səthi yarası, sol diz oynağının arxa səthinin sıyrıqları, burunun şişkinliyi və qaçırı ilə müşaiyət olunan burun sümüyünün yerdəyişməyən sınığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 28 fevral 2023-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burunun şişkinliyi və qaçırı ilə müşaiyət olunan burun sümüyünün yerdəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 dekabr 2023-cü il tarixdə tutulmadan azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan yaşayış yeri üzrə verilmiş Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə müsbət xarakterizə edilirlər. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin və zərərçəkmişin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 o, 27 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yerləşən “X5” giriş qapısının qarşısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmasından sonra sonuncunun nalayiq ifadələr işlətməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ictimai qaydanı, ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq, sonuncuya sağ dirsək oynağının arxa səthinin qançırı, sıyrığı, sağ dizin ön səthinin əzilmiş, səthi yarası,sol diz oynağının arxa səthinin sıyrıqları,sağ göz altının qançırı, qaş arası nahiyənin şişkinliyi və sıyrıqları kimi dərəcəsi təyin edilməyən, burunun şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, qərəzli xuliqanlıq hərəkətləri etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 27 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində Gədəbəy şəhəri, 20 Yanvar küçəsi,4B ünvanında yerləşən “X5” giriş qapısının qarşısında Zərərçəkmiş şəxs onun dostu Şahid5 “Sən get işinlə ol, nəyinə lazımdır” deməsindən hiddətlənib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ictimai qaydanı, ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq, Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs əl zərbələriilə vuraraq, sonuncuya sağ dirsək oynağının arxa səthinin qançırı, sıyrığı, sağ dizin ön səthinin əzilmiş, səthi yarası,sol diz oynağının arxa səthinin sıyrıqları,sağ göz altının qançırı, qaş arası nahiyənin şişkinliyi və sıyrıqları kimi dərəcəsi təyin edilməyən, burunun şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, qərəzli xuliqanlıq hərəkətləri etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir İş maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmün icrası təqsirləndirlən şəxslərin yaşayış yerləri üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə və Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1nın üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzrəində 2(iki) il 11 (onbir) ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Tovuz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaların icrası müddəti məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablansın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə və Tovuz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar