Məhkəmə qərarları › İş №1(042)-25/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-25/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-25/2021 11.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamış, Gədəbəy şəhəri, Qumlu yaşayış massivində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə əvvəlcədən öz aralarında danışıb razılaşdıqdan sonra evlənmək məqsədilə 16 yaşının tamam olmamasını aşkar surətdə bilərək Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan xx xxxxx 2003-cü ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs özü ilə Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yerləşən ata evinə aparıb həmin günü onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yaşayır. Zərərçəkmiş şəxs tanıyır və onu sevdiyi üçün valideynlərini iki dəfə Turanə gilə elçiliyə göndərmişdir. Turanəni valideynləri Rəna Kərimova və Şahid2 birinci dəfə yox desələr də, ikinci dəfə Turanə ilə onun evlənməsinə razılıq vermişlər. Buna baxmayaraq, Turanə ilə tez evlənmək qərarına gəlmişlər. xx xxxx 2019-cu ildə Turanənin qardaşı Tural ona zəng edərək Turanəni evlərinin üst tərəfinə gətirdiyini və gəlib aparmasını demiş, o da atla gələrək Turanəni Gədəbəy rayonu Qumlu massivində yaşayan əmisi Ramizin evinə gətirmiş, lakin anası Əzizə Turanəni onların tələbi ilə öz valideynlərinə geri qaytarmışdır. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində Turanənin qardaşı Tural təkrarən ona zəng edərək at gətirməsini və Turanənin şirkətin yanından qaçırmasını ona təklif etmiş, o da iki dəst at gətirmiş, birinə Tural, o birinə isə o minmiş, Turanəni isə atın tərkinə mindirib birlikdə Gədəbəy şəhəri Qumlu massivində yaşayan bacısı Ayşənin qaynanası Sədaqətin evinə gəlmişlər. Bir neçə saatdan sonra Turanəni oradan öz ata evinə gətirmiş, həmin gün gecə könüllü razılığı əsasında Turanə ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra Turanə ilə ona kiçik yığıncaq təşkil olunmuşdur. Onun valideynləri Turanənin valdeynigilə getmiş və barışıq olmuşdur. Turanə ilə ər-arvad kimi bir il yarım yaşamışlar. Birgə yaşayışdan bir uşaqları vardır. Rəna Kərimova onların yaşayışlarına imkan verməmiş, daim gələrək davadalaş salmışdır. Ona görə də, Turanəni evlərinə aparmışdır. O, ailəni bərpa etmək istəsə də. Turanə və valideynləri buna razılıq vermirlər. Həmçinin o, bildirdi ki, Turanənin yaşının 16 yaşdan az olmasını və 8-ci sinifdə oxuduğunu bilmiş, lakin qanunun bu yaşda evlənməni qadağan etdiyini bilməmişdir. Şahidlər Şahid4 və Şahid5 Qələndar oğlu Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadələr verdi. Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs tanıyır. O, xx xxxxx 2003-cü ildə anadan olmuşdur. 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs atası Razim və anası Əzizə ona elçi gəlmiş, birinci gəlişlərində razılıq verilməsə də, ikinci gəlişlərində valideynləri razılıq verərək onu Əsədə ərə getməyinə razılıq vermişdir. Onun orta məktəbin Vİİİ sinifdə oxumağını bilmişlər. Yetkinlik yaşına çatmadan ailə həyatı qurmağın qanunsuz olduğunu bilsə də xx xxxx 2019-cu il tarixdə küçədə Təqsirləndirilən şəxs onu “Juqli" markalı sürücüsünü və dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilə mindirib evlənmək məqsədilə Gədəbəy şəhəri, Qumlu massivində yaşayan əmisi Ramizin evlərinə qaçırıb gətirmiş, həmin vaxtı 16 yaşı tamam olmadığına görə anası Rəna gəlib onu evlərinə aparmışdır. xx xxxx 2019-ciil tarixdə Təqsirləndirilən şəxs təkrar onu “Juqli” markalı, sürücüsünü və dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilə mindirib evlənmək məqsədi ilə bacısı Ayşənin qaynənəsi Sədaqətin evinə qaçırıb bir neçə saatdan sonra evlərinə aparmış və həmin gecə Əsədlə öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Bir müddət sonra uşağa hamilə qalmış və doğuşun vaxtına az qalmış Əsəd onu ata evinə apardığı üçün xx xxxxxx 2019-cu ildə ata evində dünyaya bir qız uşağı gətirmişdir. Əsədin atası və anası gəlib onu və uşağı evlərinə aparmışlar. Əsəd və qayınanası Əzizə onu incitdikləri və uşağı da götürüb ata evinə getməyi tələb etdikləri üçün xx xxxx 2020-ci il tarixdə qızı Damla ilə birlikdə Söyüdlü kəndinə ata evinə getmişdir. Şahidlər yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X7 və Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdilər. Eləcə də, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi anası Şahid1 ifadəsində əvvəlcə təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin birgə yaşamalarının mümkün olmamasını, lakin təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini, uşağın atalığı müəyyən edilməklə aliment verilməsi ilə kifayətlənilməsini bildirsə də, məhkəmə çıxışında təqsirləndirilən şəxsin və onun valideynlərinin ifadələrindən əsəbləşdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Söyüdlü kəndində yaşayır. Şahid5, sonuncunun arvadı Şahid4, oğlu Təqsirləndirilən şəxs tanıyır. Əvvəllər aralarında ədavətləri və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ilə bacısı Zərərçəkmiş şəxs bir-birini sevdikləri üçün Əsədin valideyinləri 2019-cu ilin fevral ayının əvvəllərində Turanəyə elçi gəlmiş, valideynləri razılıq verərək Turanə ilə Əsədi bir-birinə dehləmiş, xx xxxx 2019-cu il tarixdə Turanənin evdə olmadığını görüb narahat olaraq sonuncunu axtaranda Təqsirləndirilən şəxs evlənmək məqsədilə Turanəni qaçırdığını bilmişdir. Həmin vaxt atası Nazim, anası Rəna və o, Turanənin arxasınca Şahid5 evinə getmişlər. Turanənin orada deyil, Əsədin əmisi Ramizin evində olduğunu bilib gedib Turanəni götürüb evlərinə aparmışlar. xx xxxx 2019-cu il tarixdə Əsəd ilə Turanə öz aralarında razılaşmışlar və Əsəd Türanəni yenidən özü ilə götürüb qaçırmış, həmin vaxtı Turanə ata-anasının sözünü eşitməyib qoşulub getdiyinə görə arxasınca getməmişlər. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs əvvəlcə Turanəni qohumu Sədaqətin evinə aparsa da bir neçə saatdan sonra öz evlərinə apararaq həmin günü Turanə ilə könüllü cinsi əlaqədə olmuşlar. Bir müddət keçdikdən sonra Turanə uşağa hamilə qalmış və doğuşuna təxminən bir ay qalmış Turanə Söyüdlü kəndinə evlərinə gəlmiş, xx xxxxxx 2019-cu il tarixdə Turanə evlərində dünyaya bir qız uşağı gətirmişdir. 2 aydan sonra Əsəd, atası Razim, anası Əzizə gələrək Turanəni uşağı Damla ilə birlikdə götürüb öz evlərinə aparmışlar. Təxminən bir ay sonra Əsəd yaşamaq istəməyərək Turanəni onlara təhvil verib getmişdir. xx xxxx 2019-cu il tarixdə, istərsə də xx xxxx 2019-cu il tarixdə bacısı Turanəni aparması üçün Əsədə bıçaqla hədə qorxu gəlməmiş, özü öz bacısı Turanəni məcburi qaydada, istərsə də belə Əsədin evinə və yaxud onun qohumlarının evinə aparmasını şəxsiyyətinə sığışdırmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 35 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanuna zidd əməllər zamanı xx.xx.2019-cu il tarixdə öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, həmçinin ona qarşı törədilən qanuna zidd əməlin mahiyyətini və nəticələrini başa düşmüşdür. Zərərçəkmiş şəxs onunla baş vermiş qanuna zidd əməli qavramaq və həmin əməl barəsində düzgün ifadə vermək qabiliyyətindədir. Komissiyasının bu nəticəyə gəlməsinə Zərərçəkmiş şəxs psixiatriya stasionarında müalicədə olmaması, həkim psixiatrın nəzarəti altında ambulator müalicə qəbul etməməsi, həkim nevropatoloqun nəzarəti altında 2017-ci ilədək qeydiyyatda durması, sonralar tibbi yardım üçün Gədəbəy poliklinikasına müraciət etməməsi, 2016-ci ildə X5 stasionar şəraitdə müalicə olunaraq “Toksiki ensefalopatiya qıcolma sindiromu ilə intellekt zəifliyi (aşağı düşmə) psixoastenil hal” dioqnozu qoyulması, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək baş vermiş hadisəni təsvir etməsi, hazırki ekspert zamanı düşünülmüş və məqsəd yönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (halliinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas vermişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin 22 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəlikləri qeydiyyatında durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin 17 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji xəstəliklərin qeydiyyatında durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin 16 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs narkoloji xəstəlikləri qeydiyyatında durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinin 21 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs ruhi-əsəb xəstəliklər qeydiyyatında durur. - Gədəbəy rayonu Söyüdlü kənd həkim tibb məntəqəsinin müdiri X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 18 saylı tibbi arayışdan görünür ki, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Söyüdlü kəndində ev şəraitində bir qız uşağı dünyaya gətirmiş və uşaq hal-hazırda salamatdır. - Gədəbəy rayon İcra Hakimiyyətinin Söyüdlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04 saylı arayışdan görünür ki, X1 Turanə Nazim qızının qızıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib edilmiş tələbnamədən görünür ki, məhkumluğu yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmış Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olmamışdır. Əməlindən səmimi peşman olması və cinayəti evlənmək məqsədi ilə törətməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını agırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, zərər çəkmiş şəxslə birgə yaşayışdan bir nəfər az yaşlı uşaq olmasını nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanı çəilib-çəkməməsi məsələsini müzakirə edərək aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuş, təqsirləndirilən şəxs valideynlərini zərər çəkmiş şəxsgilə adət-ənənə ilə elçi göndərmişdir. Hətta birinci dəfə zərər çəkmiş şəxsin valideynləri razılıq verməsə belə, təqsirləndirilən şəxs ikinci dəfə valideynlərini elçi göndərmiş, zərər çəkmiş şəxs və valideynləri onların evlənmələrinə razılıq vermişdir. Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs bundan sonra birlikdə razılaşaraq tez evlənmək qərarına gəlmişlər və qanunla qadağan olunsa da, könüllü, fiziki və ya psixoloji təsirlər olmadan cinsi əlaqədə olmuşlar. Həm təqsirləndirilən şəxsin valideynləri, həm də zərər çəkmiş şəxsin valideynləri bu evliliklə barışmış, zərər çəkmiş şəxs 16 yaşı tamam olmasa da, bu cinayət faktı barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Eləcə də, bir ildən artıq təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs ər-arvad münasibətlərində yaşamışlar. Bu birgə yaşayışdan bir uşaq da doğulmuşdur. Bu sübut olunmuş hallar onu göstərir ki, təqsirləndirilən şəxs 16 yaşına çatmamış zərər çəkmiş şəxslə cinsi əlaqəyə girməsi cinayət qanunu ilə təhdid altında olsa belə, niyyəti ailə qurmaq olmuş və bununla həm zərər çəkmiş şəxs, həm də onun valideynləri razılaşmışlar. Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslə ailə münasibətlərinin pozulması və bərpa edilməməsində təqsirləndirilən şəxslə birlikdə zərər çəkmiş şəxsin də rolu vardır. Bu hal təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəliyini və şəxsiyyətinin təhlükəliliyini azaldır. Eləcə də, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxsdən şikayətini əsas götürməklə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunması qənaətinə gəlinməsi ədalətli hesab edilə bilməz. Belə ki, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi əvvəlki məhkəmə iclasında təqsirləndirilən şəxsin tutulmamasını bildirsə də, sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxsin valideynlərinin şahid kimi ifadələrindən əsəbləşərək onun tutulmasını tələb etdiyini bildirmişdir. Zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin formal və qərəzli şikayəti ilə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunması gələcəkdə ailənin bərpa edilməsi ehtimalına, eləcə də azyaşlı uşağın saxlanması və böyüməsi üçün maneələr yarada bilər. Qeyd olunanları əsas götürərək məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid etmədən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunması ilə də təqsirləndirilən şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə sınaq müddətində Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsində nəzərdə tutulan onun islah olunmasına kömək edən bəzi vəzifələrin qoyulması da məqsədəmüvafiqdir və zəruridir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut və mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, eləcə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə birgə yaşayışdan anadan olmuş azyaşlı uşağın saxlanmasında iştirak etmək və uşağa qayğı göstərmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar