Məhkəmə qərarları › İş №1(042)-25/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-25/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-25/2022 12.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kamil qızı və onların müdafiəçisi Müdafiəçi iştirakları ilə, 01 oktybar 1959-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yаşаyаn, bаrəsində bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1961-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, evdar qadın, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yаşаyаn, bаrəsində bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 Kamil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 12 may 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 03 dekabr 2021-ci iл tarixdə Gədəbəy Rayоn Мərкəzi Xəсtəxanası X12 inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyəsindən yaxı götürmə üsulu ilə analiz verib 04 dekabr 2021-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranмalı, digər şəxslərlə minimum kоntaktda оlmalı, insanların sıx tоplaıdığı yеrlərə gеtməməli, xüsusi karantin rежiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq 04 dekabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşadığı evdən çıxıb, həmin kənddə yaşayan tibb bacısı işləyən qohumu Şahid2 yaşadığı evə, oradan isə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getməklə еpidеmiya əlеyhinə, еləcə də, karantin rежimlərini pоzaraq “CОVİD-19” xəstəliyinin yayılması üçün rеal təhlükə yaratdığına görə Azərbaycan Rerspublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilmişdir. Təqsirləndirilən şəxs2 Kamil qızı 03 dekabr 2021-ci il tarixdə Gədəbəy Rayоn X7 Hüquqi Şəxsin inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyəsindən yaxı götürmə üsulu ilə analiz verib, 04 dekabr 2021-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kоntaktda оlmalı, insanların sıx toplaŞdığı yеrlərə Gеtməməli, xüsusi karantin rежiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 04 dekabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşadığı evdən çıxıb həmin kənddə yaşayan tibb bacısı işləyən qohumu Şahid2 yaşadığı evə getməklə еpidеmiya əlеyhinə, еləcə də, karantin rежimlərini pоzaraq “CОVİD-19” xəstəliyinin yayılması üçün rеal təhlükə yaratdığına görə Azərbaycan Rerspublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində ailə üzvləri ilə yəni, arvadı Təqsirləndirilən şəxs2 Kamil qızı, nəvəsi azyaşlı X8 ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. 2021-ci ilin noyabr ayında qonşuluqda yaşayan əmisi Binnət Aslanov vəfat etmişdir. Onu dəfn etmək üçün başqa qohumu olmadığı üçün dəfn işlərini, həmçinin yas mərasimini özü təşkil etmişdir. Həmin günlərdə səhhətində nasazlıq hiss etməyə başlamışdır. Ondan başqa arvadı Təqsirləndirilən şəxs2 da xəstələnmişdir. 03 dekabr 2021-ci il tarixdə arvadı Təqsirləndirilən şəxs2 ilə birgə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getmiş, COVİD-19 xəstəliyi ilə bağlı analiz vermişlər. Həmin gün axşam saatlarında adı və mobil nömrəsi yadında qalmayan özünü Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs zəng edərək verdikləri analizin nəticəsinin pozitiv olmasını, yəni, onlarda virus aşkar olunduğunu, yaşadıqları evi tərk etməməli olduqlarını bildirmişdir. Bundan başqa, 04 dekabr 2021-ci il tarixdə saat 09:06:35 dəqiqədə istifadəsində olan ***-***-**-** nömrəyə verdiyi analizin nəticəsinin pozitiv olması barədə sms daxil olmuşdur. Həmçinin 04 dekabr 2021-ci il tarixdə saat 09:18:42 dəqiqədə arvadı Təqsirləndirilən şəxs2 da analizinin nəticəsinin pozitiv olması barədə mobil telefonuna sms daxil olmuşdur. Analizin nəticəsinin pozitiv olmasına baxmayaraq, səhhəti normal olmuşdur. Ancaq arvadı Mahizərin səhhəti normal olmamış və müalicə alması lazım gəlmişdir. 04 dekabr 2021-ci il tarixdə özünə məxsus Vaz 2106 markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə arvadı Mahizəri qonşuluqda yaşayan və tibb bacısı işləyən Şahid2 yaşadığı evə sistem vurması üçün aparmışdır. Mahizəri orada qoyub özü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxananın həkimi Afina adlı şəxsdən Səhiyyə Nazirliyi tərəfindən ona və arvadı Təqsirləndirilən şəxs2 ayrılmış dərman paketini qəbul etmiş və dərhal geri qayıtmış, Mahizəri də götürüb evinə getmişdir. Evi tərk etdiyi üçün gəlmiş polis əməkdaşları onun və Mahizərin evi tərk etməməli olduğunu izah etmiş, bu barədə videoçəkiliş aparılmışlar. Verdiyi analizin nəticəsinin pozitiv olması və yaşadığı evi tərk etməməli olduğu barədə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq, yaşadığı evi tərk etmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində ailə üzvlərilə yəni, əri Təqsirləndirilən şəxs1, nəvəsi azyaşlı X8 ilə birgə yaşayır, evdar qadındır. 2021-ci ilin noyabr ayında qonşuluqda yaşayan ərinin əmisi Binnət Aslanov vəfat etmişdir. Onu dəfn etmək üçün başqa qohumları olmadığı üçün, dəfn işlərini, həmçinin yas mərasimini əri Təqsirləndirilən şəxs1 təşkil etmişdir. Həmin günlərdə səhhətində nasazlıq hiss etməyə başlamışdır. Həmçinin Arif də xəstələnmişdir. Covid-19 xəstəliyindən şübhələndikləri üçün 03 dekabr 2021-ci il tarixdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gedib analiz vermişdir. Həmin gün axşam saatlarında Gədəbəy Rayon Polis Şöbəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan telefona zəng edilmiş, verdikləri analizin nəticəsinin pozitiv olmasını, hər ikisində virus aşkar olunduğunu, ona görə də yaşadıqları evi tərk etməməli olduqlarını bildirmişlər. 04 dekabr 2021-ci il tarixdə saat 09:06:35 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə onun verdiyi analizin nəticəsinin pozitiv olması barədə sms daxil olmuşdur. Həmçinin 04 dekabr 2021-ci il tarixdə saat 09:18:42 dəqiqədə Arifin verdiyi analizinin nəticəsinin pozitiv olması barədə sms daxil olmuşdur. Ondan xəstəlik əlamətlərindən ürək bulanması və baş ağrısı olmuşdur. Bu səbəbdən 04 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobillə onu qonşuluqda yaşayan tibb bacısı işləyən qohumu Şahid2 evinə sistem vurması üçün aparmışdır. Arif özü isə sistem vurdurmamış, onu orada qoyub Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Arif xəstəxanadan dərman götürmək üçün getmişdir. Bir müddət sonra Arif geri qayıdıb, Covid-19 virus daşıyıcısı ola ola evi tərk etdikləri üçün evlərinə polis gəldiyini bildirmişdir. Bu səbəbdən onlar evə qayıtmışdırlar. Polis əməkdaşları onun və əri Arifin evi tərk etməməli olduqlarını izah edib bu barədə videoçəkiliş aparmışlar. O, törətdiyi əməldən peşmandır. Yüngül cəza verilməsini xahiş edir. Məhkəm iclasında iş üzrə şahid qismində dindirlmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis X3 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kamil qızını əvvəllər tanımamış və onlarla hər hansı münasibəti olmamışdır. Gədəbəy rayonu, Dəyirmandağ kəndi xidməti ərazisidir. Digər aktiv korona xəstələri ilə olduğu kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb pandemiya qaydalarına uyğun olaraq təcridolma müddətinin sonunadək yaşadıqları evi tərk etməməli, ətrafdakı insanların virusa yoluxması üçün təhlükə yaratmamalı olduqlarını bildirmişdir. 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində xidməti ərazidə sahə polis nəfəri Şahid5 ilə xidmət aparan zaman Gədəbəy rayonu, Dəyirmandağ kənd sakinləri virus daşıyıcıları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evi tərk etmləri barədə ona şifahi telefon məlumatı daxil olmuşdur. Həmin məlumat daxil olduqdan sonra bu barədə Gədəbəy RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə olub-olmadıqlarını dəqiqləşdirmək üçün gəlmiş və onların yaşadıqları evi tərk etdiklərini müəyyən etmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqlar evə qayıtmışlar. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evi niyə tərk etdikləri soruşmuş, Arif arvadı Mahizəri sistem vurdurmaq, özünün isə dərman almaq üçün Gədəbəy rayon mərkəzinə getdiklərini bildirmişdir. Bir qədər sonra polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri həmin yerə gəlmişlər. Karantin qaydalarında uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təcridolma müddətinin sonunadək yaşadıqları evi tərk etməməli olduqlarını bir daha izah etmiş və aktiv COVİD-19 virusunun daşıyıcıları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evi tərk etmələri ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iş üzrə şahid Əliyev X5 Samral Rüstəm oğlu ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy RİHB-nin Dəyirmandağ Kənd İƏD üzrə Nümayəndəsi vəzifəsində işləyir. Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kamil qızını tanıyır. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Gədəbəy rayonu, Dəyirmandağ kəndi xidməti iş yeri olduğu üçün, həmin kənddə yaşayan aktiv korona xəstələrinin ev şəraitində müalicə almaları və yaşadıqları evi tərk etməmələri ilə bağlı polis əməkdaşları ilə qarşılıqlı əlaqədə işlər aparılmışdır. 04 dekabr 2022-ci il tarixdə saat 11 radələrində polis sahə rəisi Şahid4 onunla telefon əlaqəsi saxlayaraq, aktiv korona xəstələri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evə gəlməsini xahiş etmişdir. O, həmin evə gələrkən sahə rəisi Şahid4 və köməkçisi Şahid5 orada olduqlarını görmüşdür. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evi tərk etmələrini ona bildirmişlər. Bundan sonra isə Şahid4 tərəfindən onun və Şahid5 iştirakı ilə protokol tərtib olunmuşdur. Daha sonra Şahid4 Təqsirləndirilən şəxs1la mobil telefon əlaqəsi saxlamış, telefon əlaqəsi zamanı Arif arvadı Mahizərin sistem vurdurmaq, özü isə dərman preperatları almaq üçün Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getdiyini bildirmişdir. Təxminən, yarım saatdan sonra, Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobillə arvadı Təqsirləndirilən şəxs2 ilə birgə yaşadıqları evə qayıtmış, onlara bir daha təcridolma müddətinin sonunadək yaşadıqları evi tərk etməməli olduqları, etdikləri əməlin cinayət olduğu izah olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş X4 ifadə verərək, bildirmişdir ki, 2009cu ildən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında həkim terapevt vəzifəsində işləyir. Gədəbəy rayonu, Dəyirmandağ kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsən tanımır. Onlarla heç bir yaxın münasibəti, həmçinin ədavəti və düşmənçiliyi yoxdur. 03 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Covid-19 virusu ilə bağlı yaxma üsulu ilə test analizi vermiş, 04 dekabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdikləri analizin nəticəsinin pozitiv olması barədə poliklinika şöbəsində ona məlumat verildikdən dərhal sonra istifadəsində olan 051.841-55-22 saylı sim nömrədən həmin şəxslərin istifadəsində olan ***-***-**-** saylı sim nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 analizlərinin nəticəsinin pozitiv olması, 14 gün müddətində yaşadıqları evi tərk etməməli olduqları barədə məlumat verərək, əks halda qanunvericiliklə nəzərdə tutulan məsuliyyət daşımaları barədə xəbərdarlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ev şəraitində müalicə olunmaları üçün Səhiyyə Nazirliyi tərəfindən ayrılmış Covid-19 paketini götürməsi üçün yaxın qohumlarından kimisə göndərmələrini bildirmişdir. 04 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumu olan adı yadında qalmayan şəxs poliklinika şöbəsinə gəlib, ayrılmış paketləri qəbul etmişdir. Təqsirləndirilən şəxs1 həmin gün dərman paketini götürmək üçün xəstəxanaya, konkret olaraq onun iş otağına gəlməmişdir. Təqsirləndirilən şəxs1 xəstəxananın digər şöbəsinə və ya digər həkiminə müraciət edib-etməməsi barədə məlumatı yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan 04 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayan Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 Kamil qızı ilə birgə yaşadıqları evi tərk etmiş, Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 sistem vurdurması üçün avtomobili ilə həmin kənddə yaşayan qohumunun evinə aparmış, özü isə Gədəbəy şəhərində yerləşən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getmiş, polis əməkdaşlarının evinə gəlməsini bilərək, yaşadığı evə qayıtmış, bununla da hər iki şəxs COVİD-19 virusunun yayılması üçün real təhlükə yaratmışlar. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş 21.02.2022-ci il tarixli 020-2785-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 (AA 0*******) “COVİD-19” virusuna yoluxduğu və 03.12.2021-ci il saat 12:00:51-dən 17.12.2021-ci il saat 12:00:51-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən 03.12.2021-ci il saat 18:40:02-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İşdə olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X11 Poliklinika Şöbəsinin 09.02.2022-ci il tarixli 108 nömrəli arayışından görünür ki, 03.12.2021-ci il tarixdə Aslanov X9 RMX-nin Poliklinika şöbəsində “COVİD-19” virusuna qarşı test müayinəsindən keçmiş, müayinənin cavabı Pozitiv (+) olmuş, virus aşkar edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X11 Poliklinika Şöbəsinin 09.02.2022-ci il tarixli 109 nömrəli arayışından görünür ki, 03.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Kamil Gədəbəy RMX-nin Poliklinika şöbəsində “COVİD-19” virusuna qarşı test müayinəsindən keçmiş, müayinənin cavabı Pozitiv (+) olmuş, virus aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kamil qızı əvvəllər məhkum olunmamışlar. İşdə olan Gədəbəy RİHB-nın Çaldaş Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kamil qızı müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarala müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 03 dekabr 2021-ci il tarixdə Gədəbəy Rayоn Мərкəzi Xəсtəxanası X12 inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyəsindən yaxı götürmə üsulu ilə analiz verib 04 dekabr 2021-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranмalı, digər şəxslərlə minimum kоntaktda оlmalı, insanların sıx tоplaıdığı yеrlərə gеtməməli, xüsusi karantin rежiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 04 dekabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşadığı evdən çıxıb, həmin kənddə yaşayan tibb bacısı işləyən qohumu Şahid2 yaşadığı evə, oradan isə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getməklə еpidеmiya əlеyhinə, еləcə də, karantin rежimlərini pоzaraq “CОVİD-19” xəstəliyinin yayılması üçün rеal təhlükə yaratmış və bununla da Azərbaycan Rerspublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Kamil qızı 03 dekabr 2021-ci il tarixdə Gədəbəy rayоn X7 Hüquqi Şəxsin inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyəsindən yaxı götürmə üsulu ilə analiz verib, 04 dekabr 2021-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kоntaktda оlmalı, insanların sıx toplaŞdığı yеrlərə Gеtməməli, xüsusi karantin rежiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 04 dekabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşadığı evdən çıxıb həmin kənddə yaşayan tibb bacısı işləyən qohumu Şahid2 yaşadığı evə getməklə еpidеmiya əlеyhinə, еləcə də, karantin rежimlərini pоzaraq “CОVİD-19” xəstəliyinin yayılması üçün rеal təhlükə yaratmış və bununla da Azərbaycan Rerspublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 Kamil qızının əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Kamil qızının Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kamil qızına azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qərara gəlir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia yоxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Kamil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Kamil qızının üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Kamil qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Kamil qızının barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar