Məhkəmə qərarları › İş №1(042)-25/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-25/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-25/2023 25.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və müəllim-psixoloq X2 iştirakları ilə, xx xxxx 2006-cı ildə Gədəbəy rayonu, Zəhmətkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gədəbəy rayon Zəhmətkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, məhkum olmamış, işləməyən, Gədəbəy rayonu, Zəhmətkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi Volkswagen Bora minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyi avtomobilin sükanını yol örtüyünün hamar olmaması səbəbindən qəfildən sağa-sola çəkdiyinə görə sükana idarəetməni itirib avtomobili Gədəbəy şəhəri istiqamətində yolun sol ehtiyat hissəsinə çıxararaq yolun kənarında olan ağaca çırpması nəticəsində ehtiyyatsızlıqdan avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 sağlamlığına qarının sol yan səthinin əzniyi qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, Zərərçəkmiş şəxs4 sağlamlığına sol qalça nahiyyəsinin əzniyi qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra idarə etdiyi avtomobil yolun sol kənarına çıxaraq hərəkətdə olan piyadalara dəyməsi nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına sol qamış sümüyünün aşağı üçdə birinin qapalı, yerini dəyişən sınığı qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər, Zərərçəkmiş şəxs1 sağlamlığına başın hematoması ilə müşaiyət olunan sol gicgah sümüyünün basılmış sınığı, sol tərəfli epidural hematoma qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər, sol diz oynağının əzilmiş-cırılmış yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və idarə etdiyi Qanuni nümayəndə1 mülkiyyətində olan Volkswagen Bora minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bildi və qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, Gədəbəy rayonu Zəhmətkənd kəndində yaşayır. Heç bir yerdə işləmir. Gədəbəy rayon Zəhmətkənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların ailələrini əvvəllər tanıyır. Onlarla həmkəndlidir, aralarında düşmənçilik və ədavət olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə saat 18:10 radələrində etibarnamə ilə atası Qanuni nümayəndə1 məxsus olan Volkswagen Bora minik markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı evin həyətindən götürüb sürərək Gədəbəy rayonu Zəhmətkənd kəndinin mərkəzinə getmişdir. Həmin vaxt atası Qanuni nümayəndə1 Bakı şəhərində olmuş və avtomobilin açarı avtomobilin salonunda olmuşdur. X10 məktəbdən gətirməyə gedərkən Zəhmətkənd kəndinin mərkəzində sinif yoldaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Şahid2 və Şahid3la rastlaşmışdır. Sinif yoldaşları avtomobil ilə onları Zəhmətkənd kəndinin Qarabulaq küçəsinin girişinə aparmağı xahiş etmiş və o, razılaşmışdır. Şahid2 avtomobilin salonunda qabaq oturacaqda, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Şahid3 isə arxa oturacaqda əyləşmişdir. Gədəbəy Şəmkir avtomobil yolu ilə üzü Şəmkir şəhəri istiqamətində **-OJ-*** dövlət nömrə nişanlı Volkswagen Bora markalı avtomobili idarə etməyə başlamışdır. Yoldaşları ilə avtomobillə gəzməyi qərara almışlar. Ona görə Qarabulaq küçəsinin girişini keçib Gədəbəy rayonu Zəhmətkənd və Xarxar kəndləri arasında olan Şamlıq adlanan yerə qədər gedib oradan geri qayıtmışlar. Geri qayıdarkən üzü Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan zaman Şəmkir- Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu Zəhmətkənd kəndi ərazisindən keçən hissəsində yolun kələ-kötür olması səbəbindən sükanı sağa-sola çəkdiyi üçün idarəetməni itirmiş, avtomobil əvvəlcə yolun sağ ehtiyat hissəsinə istiqamətlənsə də sonradan avtomobilin arxası sürüşdüyü üçün avtomobil yolun sol ehtiyat hissəsinə çıxmışdır. Orada avtomobili dayandırmaq üçün əyləci sıxmış, sonra isə əl əyləcini çəkmişdir. Həmin vaxt avtomobilin arxa tərəfi yolun kənarında olan ağaca dəymiş, avtomobilin qabaq sol tərəfi isə orada olan azyaşlı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymişdir. Həmin vaxt orada 6-7 nəfər məktəbli uşaq olmuşdur. Onlardan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Digər uşaqlar isə xəsarət almamışdır. O, dayısı X8 zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra dayısı Famil Quliyev, sonra isə polis əməkdaşları oraya gəlmişdir. Həyəcanlı olduğu üçün ona su və dərman verib Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Baş vermiş hadisəyə görə çox peşmandır. 11-ci sinif şagirdidir, kolleclərdə təhsil almaq istəyir. Bunun nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 bildirdi ki, o, Firuzun atasıdır. Zərər çəkmiş şəxs Yagmura ilk vaxtlarda tibbi yardım göstərmişlər. Onun tibbi müayinədən keçirilməsi, əməliyyat və müalicə xərclərini etmişlər. Hazırda da, 1000 manat pul taparaq Yagmurun atasına müalicənin davam etdirilməsi üçün təklif edir. Lakin qəbul etmir. Onların başqa imkanları yoxdur. Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müəllim-psixoloq X2 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. Gədəbəy rayonu Zəhmətkənd kənd tam orta məktəbinin ikinci sinif şagirdidir. 27 oktyabr 2022-ci il tarixdə anası Şahid1 onu məktəbdən evə apararkən yaşadığı Zəhmətkənd kənd Qarabulaq küçəsinin giriş hissəsinə çatan zaman bir avtomobilin fırlana-fırlana ona tərəf gəldiyini görmüşdür. Həmin avtomobil ona dəyib onu kənara atmışdır. O, yerə yıxılmışdır. Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirdi ki, avtomobil qarşıdan surətli gəlmiş, həmin vaxt yanında Mədinə, Məryəm və Surxay olmuşdur. Avtomobil ona və Mədinəyə dəymişdir. Avtomobil dəydikdən sonra o dərəyə yıxılmışdır. O, altı gün xəstəxanada qalmışdır. Başı və sağ qolu ağrıyır. Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 bildirdi ki, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Aslanov X4 müalicəsi və müayinəsi üçün əvvəllər bir az xərc çəkib. Sonradan müalicəyə kömək etməmişdir. 1000 manat pul istəmir. O, qızı Yagmurun müalicə etdirilməsini istəyir. Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə3 və müəllim-psixoloq X2 iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Zəhmətkənd kəndində yaşayır. Gədəbəy rayonu, Slavyanka kənd 2 saylı tam orta məktəbinin ikinci sinif şagirdidir. 27 oktyabr 2022-ci il tarixdə məktəbdən evə gedərkən Zəhmətkənd kəndinin Qarabulaq küçəsinin giriş hissəsinə çatan zaman göy rəngli bir avtomobilin fırlana-fırlana ona tərəf gəldiyini, yolu toz-duman etdiyini görmüşdür. Həmin avtomobil ona dəyib, onu yerə yıxmışdır. Özünə gələndə xəstəxanada olmuşdur. Yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirdi ki, məktəbə Yağmur, Yusif və Zəhra bir yerdə gəlmişlər. Avtomobil ona dəyməmiş, avtomobilin küləyi onu dərəyə atmış və ayağı daşa dəymişdir. Yağmurun isə başı daşa dəymişdir. Hadisədən sonra onu həkimə aparmışlar. Onu xəstəxanaya apardıqdan sonra xəsarəti olmaması müəyyən edilmiş və evə buraxılmışdır. Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə3 bildirdi ki, Mədinəyə dəymiş zərər aradan qaldırılıb. Onun Firuzdan şikayət və tələbi yoxdur. Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Zəhmətkənd kəndində yaşayır. xx xxxxxxx 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun qızıdır. Təqsirləndirilən şəxs tanıyır. Həmkəndlisidir, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində qızı Zərərçəkmiş şəxs1 və oğlu Yusif Allahverdiyevi məktəbdən evə gətirən zaman Zəhmətkənd kəndinin Qarabulaq küçəsinin girişinə çatarkən Gədəbəy- Şəmkir avtomobil yolu ilə Şəmkir rayonu tərəfdən Gədəbəy şəhəri istiqamətində bir avtomobilin yüksək surətlə gəldiyini, yolun asfalt hissəsində sağa-sola sürüşdüyünü, daha sonra isə onların yaşadıqları küçə tərəfə yəni, Gədəbəy şəhəri istiqamətində yolun sol ehtiyat hissəsinə çıxaraq onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt o, oğlu Yusifin əlindən tutmuş, qızı Zərərçəkmiş şəxs1 isə onların arxasınca gəlmişdir. Həmin avtomobil Zərərçəkmiş şəxs1 dəyib kənara atmışdır. Avtomobil Zərərçəkmiş şəxs1 dəydikdən sonra orada olan Zərərçəkmiş şəxs2, daha sonra isə küçənin giriş hissəsində olan ağaca dəyib dayanmışdır. Hadisədən sonra yoldan keçən tanımadığı bir avtomobilin sürücüsü onları Gədəbəy rayon xəstəxanasına gətirmişdir. Zərərçəkmiş şəxs1 Gəncə şəhər X5 aparmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs1 əməliyyat xərclərini ödəsə də, hal-hazırda müalicə xərclərini ödəmir. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Zəhmətkənd kəndində yaşayır. Heç bir yerdə işləmir. Gədəbəy rayon Zəhmətkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. 27 oktyabr 2022-ci il tarixdə sinif yoldaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Şahid3la Zəhmətkənd kəndinin mərkəzində dayanmışdır. Təxminən saat 18 radələrində digər sinif yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Bora markalı **-OJ-*** dövlət nömrə nişanlı minik avtomobili ilə oraya gəlmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 xahiş etmişlər ki, Təqsirləndirilən şəxs avtomobili ilə onları Zəhmətkənd kəndinin Qarabulaq küçəsinə aparsın. Təqsirləndirilən şəxs razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Bora markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Gədəbəy Şəmkir avtomobil yolu ilə üzü Şəmkir rayonu istiqamətində hərəkət edib Xarxar kəndinə qədər gedib oradan geri qayıtmışlar. Geri qayıdarkən üzü Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarəetməni itirmiş və avtomobil yolun hərəkət hissəsində sağa-sola doğru gedib sol ehtiyat hissəyə çıxmışdır. Avtobilin arxası yolun kənarında olan ağaca dəymişdir. Avtomobil ağaca dəyən zaman ağacın yanında təxminən 5-6 nəfər azyaşlı məktəbli uşaq olmuşdur. Avtomobildən düşdükdən sonra həmin uşaqlardan həmkəndlisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə nəticəsində xəsarət alıb yerə yıxıldığını görmüşdür. Uşaqlardan başqa heç kim xəsarət almamışdır. Avtomobilin salonunda qabaq oturacaqda oturmuş və hadisə nəticəsində xəsarət almamışdır. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Zəhmətkənd kəndində yaşayır. Heç bir yerdə işləmir. Gədəbəy rayon Zəhmətkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. 27 oktyabr 2023-cü il tarixdə sinif yoldaşları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Şahid2la Zəhmətkənd kəndinin mərkəzində dayanmışlar. Təxminən saat 18:10da digər sinif yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Bora markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobil ilə oraya gəlmişdir. Onlar Firuzun idarə etdiyi avtomobilə əyləşmişlər. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 xahiş etmişlər ki, Firuz avtomobili ilə onları yaşadıqları Zəhmətkənd kəndinin Qarabulaq küçəsinə aparsın. Firuz razılaşmış və həmin istiqamətdə hərəkətə başlamışdır. Firuz qərara almışdır ki, Zəhmətkənd kəndi ilə Xarxar kəndinin arasında yerləşən “şamlıq” adlanan yerə qədər gedib oradan geri qayıtsınlar. Firuzun idarə etdiyi Volkswagen Bora markalı **-OJ-*** dövlət nömrə nişanlı avtomobillə Gədəbəy Şəmkir avtomobil yolu ilə üzü Şəmkir rayonu istiqamətində hərəkət edib “şamlıq” adlanan yerdə dönüş edib oradan geri qayıdarkən Təqsirləndirilən şəxs idarə etməni itirmiş və avtomobili yolun sol ehtiyat hissəsinə çıxarmış, İdarəetməni bərpa edə bilməyib yolun kənarında olan ağaca çırpmışdır. Həmin vaxt o, hadisənin təsirindən özünü itirmişdir. Avtomobildən düşən zaman orada bir neçə məktəbli azyaşlı uşağın olduğunu, onlardan Zərərçəkmiş şəxs1 hadisə nəticəsində xəsarət alıb yerə yıxılmış halda olduğunu görmüşdür. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Firuz avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslər ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini və işdə olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - hadisə yerinə baxış keçirilməsi haqqında 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu Zəhmətkənd kəndi ərazisindən keçən hissəsidir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən zaman quru, düz olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş avtomobil yolunun ümumi eni 7 metrdir. Yolun hər iki tərəfindən ehtiyyat hissəsi, ehtiyyat hissəsindən sonra isə yol çiyni yerləşir. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran xətt düz xətt vardır. Piyadaların vurulma yeri Şəmkir rayonu istiqamətində yolun sağ tərəfində yerləşən küçəsinin giriş hissəsində olan irigövdəli ağacın qarşısıdır. - məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 664 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-başın hematoması ilə müşaiyət olunan sol gicgah sümüyünün basılmış sınığı, sol tərəfli epidural hematoma, sol diz oynağının əzilmiş-cırılmış yarası küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 27 oktyabr 2022-ci il tarixli avtomobil qəzası-avtomobilin piyadanı vurması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən başın hematoması ilə müşaiyət olunan sol gicgah sümüyünün basılmış sınığı, sol tərəfli epidural hematoma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2022-ci il tarixli 735 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət-sol qamış sümüyünün aşağı üçdə birinin qapalı, yerini dəyişən sınığı küt əşyanın təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 27 oktyabr 2022-ci il tarixli avtomobil qəzasıavtomobilin piyadanı vurması nəticəsində törənmişdir. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. - 09 dekabr 2022-ci il tarixli 8/3325 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Volkswagen Bora markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Volkswagen Bora markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. -cinayət işinə əlavə edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılan 27 oktyabr 2022-ci il tarixli 535 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. - Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Tovuz rayonlararası qeydiyyat idarəsi və texniki baxış şöbəsindən daxil olmuş 01 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Həmin şəxsin adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. DİN-in BDYPİ-in “X1 Sistemi”-nə əsasən **-OJ-*** qeydiyyat nişanlı Volkswagen Bora markalı avtomaşın 10 iyun 2020-ci il tarixdə Samux rayonu İnstitut qəsəbəsində qeydiyyatda olan X3 adına qeydiyyata alınmışdır. Həmin avtomaşın etibarnamə əsasında 31 oktyabr 2022ci il tarixdən 31 oktyabr 2023-cü il tarixdək Gədəbəy rayonu Zəhmətkənd kəndində yaşayan Qanuni nümayəndə1 istifadəsinə verilmişdir. Avtomaşına aid etibarnamənin kompyuter çıxarışından görünür ki, **-OJ-*** qeydiyyat nişanlı Volkswagen Bora markalı avtomobil 08 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixədək X9 tərəfindən Qanuni nümayəndə1 etibar edilmişdir. Həmin avtomobil yenidən 31 oktyabr 2022-ci il tarixdə 31 oktyabr 2023-cü il tarixədək Qanuni nümayəndə1 etibar edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Tibbi Ərazi Bölmələrini X11 Hüquqi Şəxsin “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli PHŞ-6-38/2-218/2023 nömrəli məktubdan görünür ki, Aslanov X6 rayon mərkəzi xəstəxananın poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstə kimi qeydiyyatda durmur. - Qazax-Tovuz Regional Təhsil İdarəsi Gədəbəy rayon Təhsil Sektoru Zəhmət kənd tam orta məktəbi tərəfindən verilmiş 07 may 2023-cü il tarixli, 02 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2022/2023-cü tədris ilində Gədəbəy rayonu, Zəhmət kənd Tam orta məktəbin 11-ci sinifində oxuyur. - Qazax-Tovuz Regional Təhsil İdarəsi Gədəbəy rayon Təhsil Sektoru Zəhmət kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu müddətdə müsbət xarakterizə olunmuşdur. Məhkəmə cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı toplanmış sübutları ayrı-ayrılıqda və müqayisəli təhlil edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə istintaqı zamanı cinayət işi materiallarında olan hadisə yerinə baxış protokolu və əlavə edilmiş sənədlərdə əks olunan məlumatlar məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrindəki məlumatlara tam uyğun gəlmiş, onların həqiqiliyinə şübhələr müəyyən edilməmiş, həmin sübutları da təqsirləndirilən şəxs F.M. Aslanovun etirafedici ifadəsi ilə üst-üstə düşdüyündən Təqsirləndirilən şəxsa qarşı elan olunmuş ittihamın əsası kimi qəbul edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyart cinayət hadisəsi törətməsi tam sübuta yetir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 263-1.2 maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti və onlara cəza təyin etmə CM-nin 84-92-ci maddələrində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla həll edilməlidir. Belə ki, CM-nin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən, təqrləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını, ilk dəfə hadisələrin təsadüfü axarı zəminində ehtiyatsısızlıqdan az ağır cinayət törətməsini, zərər çəkmiş şəxsin birinə vurulmuş zərərin tam aradan qaldırılmasını və onun təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, digər zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılması üçün cəhdlər edilməsini, oxuduğu məktəbdə müsbət xarakterizə olunduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın həmin şəxsin həyat və tərbiyə şəraitinə, psixi inkişaf səviyyəsinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə və kənar şəxslərin ona təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 84-92-ci maddələrində nəzərdə tutulan xüsusiyyətlər nəzərə alınmaqla ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilib-çəkilməməsi məsələsini müzakirə edərkən yüngülləşdirici halları və onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi tərədildikdən sonra əməlindən səmimi peşmançılıq çəkdiyini nümayiş etdirmişdir. Onun valideynləri zərər çəkmiş şəxslərə tibbi yardım və müalicəsinin aparılması, onlara vurulmuş ziyanın aradan qaldırılması üçün tədbirlər görmüşdür. Onlar yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müayinəsi, əməliyyat xərcini çəkmiş, eləcə də Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qəbul etməsədə, onun müalicə pulu üçün 1000 manat maddi köməklik təklif etmişdir. Digər zərər çəkmiş şəxs və qanuni nümayəndəsi isə təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmuş, kolleclərdə oxumaq istədiyini, bununla əlaqədar imtahanda iştirak etdiyini bildirmişdir. Cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəza çəkmədən islah olunmasının mümkün sayılmasına əsas verir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldıqdan sonra hesablanmalı, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Eləcə də, məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs şagirddir, onun müstəqil əmlakı və qazancı yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinə əsasən, məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, məhkəmə məsrəflərini ödəməyə imkanı olmadığından yekinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri kimi 85 manat pulun ödənilməsindən azad edilməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri kimi 85 manat pul vəsaitini ödəməkdən azad edilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar