Məhkəmə qərarları › İş №1(042)-26/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-26/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-26/2024 02.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Tovuz rayonu, Qovlar şəhəri, X.Məmmədov küçəsi, ev 14-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin aprel-oktyabr ayları ərzində Gədəbəy rayonu, Arıqıran kənd sakini Zərərçəkmiş şəxs bibisi Təranə Allahverdiyevaya İ qrup əlillik dərəcəsi ilə əlillik pensiyası düzəldəcəyi adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs inandırıb, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni, 2022-ci ilin aprel ayında istintaqa məlum olmayan tarixdə əlbəəl Tovuz rayonu, Qovlar şəhəri ərazisində 400 manat, 19 iyul 2023-cü il tarixdə tanışı Şahid adına olan "xxxx" ASC-ə məxsus 4169-7388-1845-7545 saylı karta 300 manat, 01 avqust 2023-cü il tarixdə saat 10:43:24-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “ Milliön” ödəmə sistemi vasitəsi ilə 100 manat, 04 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “ Milliön” ödəmə sistemi vasitəsi ilə 50 manat, 07 avqust 2023-cü il tarixdə saat 10:20-də həmin karta “ Birbank” tətbiqi vasitəsi ilə 50 manat, 07 avqust 2023-cü il tarixdə saat 10:43:24-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “ Milliön” ödəmə sistemi vasitəsi ilə 100 manat, 21 avqust 2023-cü il tarixdə saat 14:54:38-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 150 manat, 24 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 200 manat, 28 avqust 2023-cü il tarixdə saat 15:28:39-da Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 100 manat, 08 sentyabr 2023-cü il tarixdə saat 11:12-də həmin karta “Leo bank” tətbiqi vasitəsi ilə 50 manat, 10 sentyabr 2023-cü il tarixdə saat 14:08:56-da Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 250 manat, 14 sentyabr 2023-cü il tarixdə saat 17:21:13-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 50 manat pul göndərilməsini tələb edərək, ümumilikdə, qeyd edilən dövr ərzində 1800 (bir min səkiz yüz) manat pulu ələ keçirib, dələduzluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 22 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, islah işləri cəzasına məhkum olunmuşdur. Gədəbəy rayonu, Arıqıran kənd sakini Zərərçəkmiş şəxs və onun bibisi X1 təxminən, 3 il bundan əvvəl taksi fəaliyyəti ilə məşğul olanda tanımışdır. Təxminən, 3 il bundan əvvəl Qovlar Şəhər Xəstəxanasının qarşısında olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs əl edərək ondan avtomobili saxlamasını istəmiş, onları Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanaya aparmasını xahiş etmişdir. Onları VAZ-2106 minik markalı avtomobillə Gəncə şəhərinə aparmışdır. Orada onu həkim müayinə etdikdən sonra Təranənin əməliyyat olmalı olduğunu bildirmişdir. Onların pulu olmadığı üçün Xəyalənin oğlu Ruzi ilə pul gətirmək üçün Gədəbəy rayonuna gəlmişlər. Ruzi ona bir bağlamada qızı-zinnət əşyları vermişdir. Həmin qızıl zinnət əşyalarını Gəncə şəhərinə gətirib orada Xəyaləyə vermişdir. Bundan sonra ondan taksi pulunu alıb ayrılmışdır. 2023cü ilin mart ayının sonlarında Təranə Allahveriyeva onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, ayağının kəsildiyini İ qrup əlillik dərəcəsi ilə pensiya düzəldilməsinin mümkün olub-olmadığını soruşmuşdur. O, Bakı şəhərində Valeh adlı həkim tanışı olduğunu bildirmişdir. Təranəyə Valeh adlı həkim ilə görüşmək üçün Bakı şəhərinə gedəcəyini və buna görə yol pulu istəmişdir. Təranə bu barədə qohumu olan Xəyaləyə məlumat verəcəyini bildirmişdir. O, Xəyalə ilə mobil telelfon vasitəsi ilə danışmışdır. Xəyalənində inandırdıqdan sonra qonşusu olan Şahid istifadəsində kart olmasını bildiyi üçün onun yanına gedib, qızı Minayənin səhhətində olan problemlərə görə yardım yığdığını və kartını ona verməsini istəmişdir. Şahindən kartı aldıqdan sonra Xəyaləyə kartın nömrəsini yazaraq göndərmişdir. O da onun istəyi ilə 100 manat pulu qonşusu Şahid adına olan Kapital Bank ASC-ə məxsus olan karta göndərmişdir. Həmin 100 manatı Qovlar şəhərində kartdan çıxarıb xərcləmişdir. Sonradan Xəyaləyə zəng vuraraq, Valeh həkimin İ qrup dərəcəsi ilə pensiya düzəldilməsinin mümkün olmadığını bildirməsi barədə məlumat vermişdir. Xəyalə onun dedikləri ilə razı olmuşdur. Xəyaləyə bibisinin İİ qrup dərəcəsi ilə olan əlilliyin bir aya düzəldəcəyini bildirib, ondan müxtəlif vaxtlarda ümumilikdə 2023-cü ilin sentyabr ayına qədər 1100 manat pulu dələduzluq yolu ilə ələ keçirib şəxsi ehtiyacları üçün xərcələmişdir. Sonradan Xəyalə bu barədə məlumatı olduqda İİ qrup dərəcəsi ilə əlilliyin pulsuz düzəldiyini bildirmiş və ondan verdiyi pulları tələb etmişdir. Ondan pulu qaytarmaq üçün vaxt istəmiş maddi imkanı yaxşı olmadığı üçün pulu ödəyə bilməmişdir. Təranənin pensiyasının düzəldilməsi üçün Xəyalədən ümumilikdə 1100 manat pul almışdır. Valeh adlı şəxsi Xəyaləni inandırmaq üçün özü uydurmuşdur. Valeh adlı şəxs tanımır. Təranə Allahverdiyevanın pensiyasının düzəldilməsi ilə bağlı aldığı pulları özü tək xərcləmiş, başqa şəxslərə verməmişdir. Törətdiyi əməldən peşmandır. O, hazırda zərərçəkmişlə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Arıqıran kənd sakini X4 bibisidir.O, şəkər-diabet xəstəsi olduğu üçün ona əlillik dərəcəsi ilə pensiya düzəltmək istəmişdir. Tovuz rayon sakini olan Təqsirləndirilən şəxs 2020-ci ildə bibisini Tovuz rayonunda xəstəxanaya aparan zaman tanımışdır. Təqsirləndirilən şəxs həmin vaxtdan bibisinin xəstəxanaya aparılıb gətirilməsində iştirak etdiyi üçün ona inanmışdır. 2023-cü ilin aprel ayında bibisi Təranə Anar ilə mobil telefon vasitəsi ilə danışan zaman İİ qrup dərəcəsi ilə əlilliyə görə pensiya düzəldəcəklərini bildirmişdir. Anar bibisinə tanış adamının olduğunu və bibisi üçün İ qrup dərcəsi ilə pensiya düzəldə biləcəyini demişdir. Bibisi Təqsirləndirilən şəxs tanıdığı üçün ona inanmış və bu barədə ona məlumat vermişdir. Anar ilə əlaqə saxlayan zaman o, İ qrup dərəcəsi ilə pensiyanın düzəlməsi üçün 2600 manat pul verməli olduğuqlarını bildirmişdir. Təqsirləndirilən şəxs həmin məbləği verməyə gücünün çatmadığını bildirdikdə, Anar hissəhissə verməsiə razı olduğunu demişdir. Anara inandığı üçün ona Qovlar şəhərində 400 manat vermişdir. 2023-cü ilin iyul ayında Anar zəng edərək, karta 300 manat göndərməsini istəmişdir. 19 iyul 2023-cü il tarixdə Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən “Al marketdən” 300 manat həmin karta göndərmişdir. Bundan sonra Anar ona müxtəlif bəhanələr gətirərək, ondan pul istəmişdir. Təqsirləndirilən şəxs ona əlavə pul atsa iş düzələcək, atmasa düzəlməyəcəyini demişdir. Təqsirləndirilən şəxs sözlərinə əsasən pul göndərmək üçün verdiyi karta 19 iyul 2023-cü il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “ Milli ön” ödəmə sistemi vasitəsi ilə 300 manat, 01 avqust 2023-cü il tarixdə 100 manat, ondan üç gün sonra 04 avqust 2023-cü il tarixdə 50 manat, 07 avqust 2023-cü il tarixdə 150 manat, 21 avqust 2023-cü il tarixdə 150 manat, 24 avqust 2023-cü il tarixdə 200 manat, 28 avqust 2023-cü il tarixdə 100 manat, 08 sentyabr 2023-cü il tarixdə 50 manat,10 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istəyinə əsasən bibisin pensiyası ilə bağlı “forma 88” adlanan sənədin götürülməsi üçün 250 manat, sonuncu dəfə 14 sentyabr 2023-cü il tarixdə 50 manat göndərmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə, 1800 manat alaraq, dələduzluq etmişdir. Anar 16 sentyabr 2023-cü il tarixdə bibisinin pensiyasının hazır olacağını bildirmişdir. Anar ona bibisinin pensiyasını Bakı şəhərində olan adı xatırlamadığı tanışının vasitəsi ilə düzəldəcəyini demişdir. Onu və bibisini həmin şəxs ilə görüşdürməmişdir. Sonradan Vüsal və Vüqar adlı şəxsin adını çəksə də həmin şəxslərin kim olmasını bilmir. Vüsal və Vüqar adlı şəxslər ilə ünsiyyətdə olmamışdır. Onların kim olması barədə heç bir məlumatı yoxdur. Anarın ona göndərdiyi kart hesabının kimə məxsus olmasını bilmir. Anar onları heç bir kənar şəxslə görüşdürməmişdir. Anar bibisi Təranəni heç bir tibb müəssisəsinə aparmamışdır. Anara pul göndərdiyi barədə olan çeklərin bəzilərini itirsə də bir qismi qalmışdır. Anara verdiyi pulların bir qismini dəqiq tarixi yadında qalmayan vaxtlar əlbəəl, qalan hissəsini isə pul göndərmək üçün verdiyi karta göndərmişdir. Bibisinin pensiyasının düzəlməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 1800 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı aradan qaldırmışdır. Ona görə də onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək, bildirmişdir ki, Tovuz rayonu, Qovlar şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yaxşıdır. Gədəbəy rayonu, Arıqıran kənd sakini X3 əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 4169-7388-1845-7545 saylı kartı Tovuz rayonunda yerləşən Asan Xidmət Mərkəzində yerləşən Kapital Bank ASC-nin filalından öz şəxsi ehtiyaclarını ödəmək üçün almışdır. Təqsirləndirilən şəxs qızı Minayə anadangəlmə xəstədir. 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək, qızı Minayəyə yardım üçün tanışlarının pul göndərəcəyini bildirib, ondan istifadəsində olan Kapital Bank ASC-ə məxsus olan kartı istəmişdir. O da bir həmkəndli və qonşu kimi Anara etiraz etməmiş və kartını ona vermişdir. Kartı Təqsirləndirilən şəxs verən zaman kartın PİN kodunu da ona demişdir. Kart təxminən bir necə ay onda qalmışdır. Sonradan kartı alaraq, vətən müharibəsi iştirakçısı olan oğlu Eltun Məmmədova vermişdir. Müxtəlif yerlərdə işlədiyi üçün kartı evdə qoyub getmişdir. Hazırda kartı itirmiş, kartın harada olmasını dəqiq olaraq bilmir. Anarın kartdan hansı niyyətlə istifadə etməsi, Zərərçəkmiş şəxs nə qədər pul alması bardə heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il saat 21:51:33–də, xx.xx.2023-cü il tarixdə saat 09:35:47də, həmin günü saat 11:24:04-də, xx.xx.2023-cü il tarixdə saat 19:31:04-də, xx.xx.2023-cü il tarixdə saat 12:22:46-da, xx.xx.2023-cü il tarixdə saat 14:57:56-da, xx.xx.2023-cü il tarixdə saa 16:17:12-də, xx.xx.2023-cü il tarixdə saat 09:18:57-də, 19.07. 2023-cü il tarixdə saat 11:12:03-də, xx.xx.2023-cü il tarixdə saat 11:18:15-də, həmin tarixdə saat 14:36:26-da, xx.xx.2023-cü il tarixdə saat 17:29:03-də, xx.xx.2023-cü il tarixdə saat 13:53:40-da, xx.xx.2023-cü il tarixdə saat 07:13:51-də, xx.xx.2023-cü il tarixdə saat 11:34:36-da, xx.xx.2023-cü il tarixdə saat 09:46:35-də, xx.xx.2023-cü il tarixdə saat 15:30:00-da, həmin günü saat 16:19:09-da, xx.xx.2023-ci il tarixdə saat 17:09:27-da, xx.xx.2023-cü il tarixdə saat 11:49:51-də, xx.xx.2023-cü il tarixdə saat 09:59:51-də, xx.xx.2023-cü il tarixdə saat 12:42:47-də, xx.xx.2023-cü il tarixdə saat 10:11:30-da, xx.xx.2023-cü il tarixdə saat 14:09:06-da, xx.xx.2023-cü il tarixdə saat 19:32:55-də, xx.xx.2023-cü il tarixdə saat 19:51:44-də, xx.xx.2023-cü il tarixdə saat 10:29:00-da, xx.xx.2023-cü il tarixdə saat 11:33:33-də, xx.xx.2023-cü il tarixdə saat 12:38:31-də, xx.xx.2023-cü il tarixdə saat 11:11:08-də, xx.xx.2023-cü il tarixdə saat 11:32:35-də, xx.xx.2023-cü il tarixdə saat 11:34:10-də və bundan sonra olan təqvim ili ərzində müxtəlif vaxtlarda telefon danışıqları olmuşdur. Diskə baxış zamanı iş üçün əhəmiyyət ksəb edən heç bir mesaj daxil və xaric olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 27 gün islah işləri cəzasına məhkum olunmuşdur. İşdə olan Tovuz Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işləri cəsasına məhkum edilmişdir. Həmin cəza "Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə" amnistiya elan edilmasi haqqında xx.xx.2013-cü il tarixli qərarın təsir dairəsinə düşdüyünə görə cəzadan azad edilmiş və şəxsi iş qeydiyyatdan çıxarılmışdır. Qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və götürülmüşdür. İşdə olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmış və cinayət işinin icraatına хitam vеrilməsini хahiş еtmişlər. İşdə olan Arayışdan görünür ki, 2009-cu ildə doğulmuş X8 və 2016-cı ildə doğulmuş X5 Anar Hidayıt oğlunun himayəsindədirlər. İşdə olan Tovuz RİHB-nın Qovlar Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin aprel-oktyabr ayları ərzində Gədəbəy rayonu, Arıqıran kənd sakini Zərərçəkmiş şəxs bibisi Təranə Allahverdiyevaya İ qrup əlillik dərəcəsi ilə əlillik pensiyası düzəldəcəyi adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs inandırıb, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni, 2022-ci ilin aprel ayında istintaqa məlum olmayan tarixdə əlbəəl Tovuz rayonu, Qovlar şəhəri ərazisində 400 manat, 19 iyul 2023-cü il tarixdə tanışı Şahid adına olan "xxxx" ASC-ə məxsus 4169-7388-1845-7545 saylı karta 300 manat, 01 avqust 2023-cü il tarixdə saat 10:43:24-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “ Milliön” ödəmə sistemi vasitəsi ilə 100 manat, 04 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “ Milliön” ödəmə sistemi vasitəsi ilə 50 manat, 07 avqust 2023-cü il tarixdə saat 10:20-də həmin karta “ Birbank” tətbiqi vasitəsi ilə 50 manat, 07 avqust 2023cü il tarixdə saat 10:43:24-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “ Milliön” ödəmə sistemi vasitəsi ilə 100 manat, 21 avqust 2023-cü il tarixdə saat 14:54:38-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 150 manat, 24 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 200 manat, 28 avqust 2023-cü il tarixdə saat 15:28:39-da Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 100 manat, 08 sentyabr 2023-cü il tarixdə saat 11:12-də həmin karta “Leo bank” tətbiqi vasitəsi ilə 50 manat, 10 sentyabr 2023-cü il tarixdə saat 14:08:56-da Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 250 manat, 14 sentyabr 2023-cü il tarixdə saat 17:21:13-də Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən “Al marketdə” yerləşən “Milliön” ödəmə sistemi vasitəsi ilə 50 manat pul göndərilməsini tələb edərək, ümumilikdə, qeyd edilən dövr ərzində 1800 (bir min səkiz yüz) manat pulu ələ keçirib dələduzluq etmiş, yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bununla beılə, o, törətdiyi əməldən pеşman olmuş, zərərçəkmiş şəхsə dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə еtmişdir. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 39.1.11; 346-347; 356 və 358-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və apеllyasiya prоtеsti vеrilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar