Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-27/2023 18.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, X5ində qeydiyyatda olan və Gəncə şəhəri, Tağı Arani küçəsində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 may 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ittiaham edilmişdir ki, ona görə ki, o, 2022-ci ilin noyabr ayının sonunda istintaqa məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri, Tağı Arani küçəsində qonşusu və tanışı Şahid1 zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı bir ədəd ov bıçağını 35 manata alaraq, əldə edib 27 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində üzərində gəzdirərkən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin bıçaq ondan götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, X5ində qeydiyyatda olmaqla Gəncə şəhəri, Tağı Arani küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2022-ci ilin noyabr ayının ortalarında Gəncə şəhərində qonşusu olan Şahid1 qara rəngli üzərində kompas olan ümumi uzunluğu təxminən 30 sm olan bir bıçaq olduğunu görmüşdür. 27 noyabr 2022-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndinə toya gələgəyi üçün fikirləşmişdir ki, həmin bıçağı Şahid1 alıb toya gedən zaman üzərində aparsın. Təxminən 24 yaxud 25 noyabr 2022-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Tağı Arani küçəsində dəmiryolunun yaxınlığında Şahid1 ilə görüşüb, həmin bıçağı ona satmasını xahiş etmişdir. Şahid1 əvvəlcə bıçağı satmaq istəmədiyini bildirmişdir. Bıçaqdan xoşu gəldiyi üçün yenidən Mədətdən xahiş etmişdir ki, bıçağı ona satsın. Şahid1 evlərinə gedib bir-iki saat sonra onun mobil telefonuna zəng etmiş, bıçağı 35 manata satmağa razı oıduğunu bildirmişdir. Telefon danışığından sonra həmin yerdə yəni, yaşadığı Tağı Arani küçəsində dəmiryolunun yaxınlığında Şahid1la görüşmüş və bıçağı 35 manata almışdır. Bıçağı aldıqdan sonra yaşadığı evə apararaq, yatağının altında gizlətmişdir. Evdə heç kimin bıçaqdan xəbəri olmamışdır. 27 noyabr 2022-ci il tarixdə dayısı Şahid4 ilə birlikdə Gədəbəy rayonu, Arıqıran kəndinə qohumunun toy məclisinə gəlmişlər. Toya gələrkən bıçağı yatağının altından götürüb şalvarının bel kəmərinin altına yerləşdirmişdir. Şahid4 onun üzərində bıçaq olmasından xəbəri olmamışdır. Toyda spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş, qayıdarkən avtomobildə nalayiq söyüş söymüş, dayısı Şahid4la mübahisə etmiş, o, əsəbləşib Gədəbəy rayonu, X6 Məktəbinin yanında avtomobildən düşüb piyada Kiçik Qaramurad kəndinin mərkəzinə gəlmişdir ki, oradan taksi ilə Gəncə şəhərinə getsin. Yolda gələrkən bıçağı bel kəmərindən çıxarıb şalvarının arxa sol cibinə kəsici hissəsi yuxarı vəziyyətdə qoymuşdur. Kiçik Qaramurad kəndinin mərkəzində polis əməkdaşları cibində olan bıçağı görüb, ona yaxınlaşmış, onu Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişlər. Gədəbəy RPŞ-nin inzibati binasında növbətçi hissənin qarşısında üzərində olan bıçağı təqdim etmiş və bu protokollaşdırılmışdır. Törətdiyi əməldən peşmandır. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Tağı Arani küçəsində yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirilən şəxslə aralarında düşmənçilik və ədavət yoxdur. 2022-ci ilin noyabr ayının ortalarında Gəncə şəhərində “rəməlik” adlanan yerdə olan zibillikdən taxta yığan zaman ümumi uzunluğu təxminən 30 sm olan və üzərində kompas olan qara rəngli bir bıçaq tapmışdır. Həmin bıçağı götürüb yaşadığı evə gətirmişdir. Təxminən bir həftə sonra, Təqsirləndirilən şəxs həmin bıçağı onda görmüş, bıçaqdan xoşu gəldiyini bildirərək bıçağı ona satmasını xahiş etmişdir. Əvvəlcə razılaşmamış və bıçağı Pərvinə satmamaq üçün sonucuya bildirmişdir ki, guya həmin bıçağı ona hədiyyə veriblər. Lakin pula çox ehtiyacı olduğu üçün bir-iki saat sonra Təqsirləndirilən şəxs zəng edib bıçağı 35 manata satmağa razılaşmışdır. Telefon danışığından təxminən bir saat sonra yaşadığı Gəncə şəhəri, Tağı Arani küçəsində dəmiryolunun yaxınlığında Təqsirləndirilən şəxslə görüşüb bıçağı ona vermişdir. Bıçağı almaq üçün həmin vaxt Təqsirləndirilən şəxs ona 20 manat, 2-3 gün sonra 15 manat pul vermişdir. Beləliklə 35 manata həmin bıçağı Təqsirləndirilən şəxs satmışdır. Bıçağı Təqsirləndirilən şəxs satdıqdan 2-3 gün sonra eşitmişdir ki, Pərvin həmin bıçağı Gədəbəy rayonuna aparıb və orada polis əməkdaşları bıçağı Pərvinin üzərində gəzdirdiyini görüb polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, 2021-ci ildən Gədəbəy Rayon Polis X4 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və hər hansı münasibəti olmamışdır. 27 noyabr 2022-ci il tarixdə təxminən saat 18:00-da Gədəbəy Rayon Polis X4 Xidməti Bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid2 ilə birlikdə dislokasiya üzrə rayonun Kiçik Qaramurad kəndi ərazisində xidmətdə olan zaman piyada hərəkətdə olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin şalvarının arxa sol cibində kəsici hissəsi yuxarı vəziyyətdə olan bıçaq olduğunu görmüş, həmin şəxsə yaxınlaşıb üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs şalvarının arxa sol cibindən təxminən 25 sm uzunluğu olan həmin bıçağı çıxarıb göstərərək bıçaqdan xoşu gəldiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Gədəbəy RPŞ-ə aparmışlar. Bununla bağlı şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra müstəntiq tərəfindən onların və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs həmin bıçaq götürülmüş və müvafiq qaydada sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Gəncə şəhəri, keçmiş Kəpəz rayonu ərazisində yerləşən Dəmiryolaltı yaşayış ərazisi adlanan yerdə yaşayır. Təqsirləndirilən şəxs onun bacısıoğludur. Aralarında düşmənçilik və ədavətləri yoxdur. 27 noyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə özünə məxsus avtomobillə yaşadığı Gəncə şəhərindən Gədəbəy rayonu, Arıqıran kəndinə qohumunun toy məclisinə gəlmişdir. Təqsirləndirilən şəxs da onunla birlikdə həmin toya gəlmişdir. 27 noyabr 2022-ci il tarixdə saat 18 radələrində toydan qayıdarkən Təqsirləndirilən şəxs avtomobildə sərxoş halda nalayiq ifadələr işlətmişdir. Həyat yoldaşı X2 da avtomobildə olduğu üçün Pərvinin hərəkətinə əsəbləşmiş və onunla aralarında mübahisə yaranmışdır. Yolun Gədəbəy rayonu, X6 Məktəbinin yanından keçən hissəsində Təqsirləndirilən şəxs ondan acıq edib avtomobildən düşmüşdür. O, Təqsirləndirilən şəxs arxasınca düşüb sakitləşdirib avtomobilə mindirmək istəsə də, o, razılaşmamış, piyada Gədəbəy rayonu, Kiçik Qaramurad kəndinə, oradan isə yol maşınları ilə Gəncə şəhərinə gedəcəyini bildirib, onun avtomobilinə minməmişdir. Avtomobildən düşərkən Təqsirləndirilən şəxs şalvarının kəmərində qara rəngli bıçaq olduğunu görüb həmin bıçağı kimdən aldığını, nə üçün üzərində gəzdirdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin bıçağı qonşusu Şahid1 aldığını və xoşu gəldiyi üçün üzərində toya gətirdiyini demişdir. Təqsirləndirilən şəxs inadla onun avtomobilinə minmədiyini görüb, çıxıb getmişdir. Təqsirləndirilən şəxs isə piyada Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi istiqamətində getməyə başlamışdır. Gəncə şəhərinə çatdıqdan sonra eşitmişdir ki, həmin gün Kiçik Qaramurad kəndində polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində bıçaq olduğunu aşkar edib, Gədəbəy Rayon Polis Şöbəsinə aparmışlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Əşyaya baxış keçirilməsi və götürülməsi barədə 27 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd qara rəngli, üzərində “Columbia” yazısı olan bıçaq baxış keçirilərək ondan götürülmüşdür. İşdə olan 29 dekabr 2022-cü il tarixli 16/1397 nömrəli məhkəmə ballistik ekspertizasının Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İşdə olan Məhkəmə-psixatriya еkspеrtizasının 07 fevral 2023-cü il tarixli 80 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu оna şamil еdilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xaraktеrini dərk еtmək, öz hərəkətlərini idarə еtmək imkanına malik оlmuşdur, yəni anlaqlı оlmuşdur. Təqsirləndirilən şəxs оğlunun əməli Azərbaycan Rеspublikası CM-nin 21.1 вə 22-ci maddələrinin təsiri altına düşmür вə оnun hal-hazırda məcburi müalicəyə еhtiyacı yоxdur. Təqsirləndirilən şəxs оğlu hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək вə hərəkətlərini idarə еtmək iqtidarındadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın X5 İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteizə edilir. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq, qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla-üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının sonunda istintaqa məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri, Tağı Arani küçəsində qonşusu və tanışı Şahid1 zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı bir ədəd ov bıçağını 35 manata alaraq, əldə edib 27 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində üzərində gəzdirərkən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin bıçaq ondan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.2; 59.2-ci maddələrinə əsasən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, törətdiyi əməli etiraf etməsi, əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakrerizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış soyuq silah hesab edilən bir ədəd bıçaq hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1; 197.1.4; 198.1. və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 31,5 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən alınaraq,dövlət büdcəsinə köçürülməlidir. Hökmün icrası Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək;elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə soyuq silah hesab edilən bir ədəd bıçaq hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. İş üzrə 31,5 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-27/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-27/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver