Məhkəmə qərarları › İş №1(042)-27/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-27/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-27/2025 12.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- fərdi qaydada vəkillik fəaliyyəti gösətərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonu, Arıqdam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yеrə gеtməməк haqqında iltizam qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, o, 2023-cü ilin yay aylarından dekabr ayınadək оlan müddətdə istintaq zamanı dəqiq müəyyən еdilməmiş tarixdə qanunla müəyyən еdilmiş mülkiyyət, istifadə вə icarə hüququ оlmadan Gədəbəy rayоnu, Arıqdam kəndində yaşadığı evin yaxınlığında yеrləşən Gədəbəy rayonu, Arıqdam Bələdiyyəsinin mülkiyyətində оlan bələdiyyənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 240 kvadrat metr tоrpaq sahəsini özbaşına tutaraq, həmin tоrpaq sahəsində Azərbaycan Rеspublikası Nazirlər Kabinеtinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq еdilmiş “Təsdiq оlunmuş şəhərsalma sənədləri üzrə yеni оbyеktlərin yеrləşdirilməsi, bina вə qurğularda yеnidən planlaşdırma aparılması, mövcud şəhərsalma оbyеktlərində dəyişikliklər еdilməsinin tərtibatçılarla və sənədləri təsdiq еdən müvafiq icra hakimiyyəti оrqanları ilə razılaşdırılması Qaydalarının” tələblərini kоbud surətdə pоzaraq qəsdən bələdiyyənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid tоrpaq sahəsinin üzərində Azərbaycan Rеspublikasının qanunvеriciliyi ilə müəyyən еdilmiş qaydada müvafiq icazə almadan qum və daşdan istifadə еdib özbaşına ümumi sahəsi 230.1 kvadrat metr təşkil edən 7.8 mеtr еnində və 29.5 mеtr uzunluğunda tövlə inşa еtdirməklə qanunla müəyyən еdilmiş mülkiyyət, istifadə və ya icarə hüququ оlmadan bələdiyyənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid tоrpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, Arıqdam kəndində yaşayır. Gədəbəy rayonu, Arıqdam kəndində yaşadığı evin yanında boş torpaq sahəsi olmuşdur. Təsərrüfatında iribuynuzlu heyvanlar var. O, 2023-cü ilin may ayında evinin yanında yerləşən həmin torpaq sahəsində tövlə tikmək qərarına gəlmiş, boş torpaq sahəsinə sənəd almaq üçün bələdiyəyə müraciət etsə də, bələdiyyə həmin yer üçün sənəd verə bilməyəcəyini demişdir. Buna görə də özü orada özbaşına tikinti işləri aparmaq qərarına gəlmişdir. 2023-cü ilin yayında əvvəlcə uzunluğu 30, eni 8 metr olan 240 kvadrat metr ərazidəki torpaq sahəsini qazdırmış, bundan sonra Gədəbəy rayonu, Qumlu kənd sakini Turxanla danışıb razılaşmış, sonuncu bir nəfər fəhlə ilə tövləni hörməyə başlamışdır. 20 sentyabr 2024-cü il tarixdə yaşadığı evdə olan zaman bələdiyyə sədri Ramiq və onunla birikdə Etibar adlı şəxs tikintini apardığı əraziyə gəlib tikintini dayandırmasını tələb etmiş, bu barədə akt tərtib etmişlər. O, həmin vaxt akta imza etməmiş, onlara tikinti işlərini aparmayacağını deyib bir qədər söküntü etsə də, üç gün sonra tikintini davam etdirmək qərarına gəlmişdir. Buna görə o, Turxana zəng edib tikintini davam etdirməsini xahiş etmiş və Turxan tikintini başa vurduqdan sonra dam örtüyü vurdurmaq üçün materiallar alıb Şəmkir rayonundan Nazim və İntiqam atdlı ustaları çağrıb 1300 manat pul verib tövlənin üstünə dam örtüyü vurmasını xahiş etmiş, sonra İntiqam Nazimlə birlikdə həmin tövlənin dam örtüyünü vurub başa çatdırmışlar. Qeyd olunan tikinti işlərini 2023-cü ilin dekabr ayına qədər davam etdirmişdir. Hazırda tikitnti işlərini dayandırmışdır, törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs olan Gədəbəy Rayon Arıqdam Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadə verərək, bildirmişdir ki, o, 2005-ci ildən Gədəbəy rayonu, Arıqdam bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır və əvvəllər aralarında heç bir narazılıq, ədavət baş verməmişdir. 2022-ci ilin yay aylarında Asifin evinin yaxınlığında ekskavator işləməsini görüb oraya yaxınlaşmış, Asifin orada qazıntı apardığını görmüşdür. O, həmin gün Asifə şifahi qaydada xəbərdarlıq edib torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və orada aparılan işlərin qanunsuz olduğunu bildirmişdir. Asif həmin gün başa düşdüyünü desə də 2023-cü ilin sentyabr ayında yenidən Asifin bələdiyyə torpağında usta işlətməsini görüb 20 sentyabr 2023-cü il tarixdə monitorinq qaydasında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Şahid1la oraya yaxınlaşıb akt tərtib etmişdir. Həmin gün Asif aktı imzalamaqdan imtina etmişdir. O, Etibarla birlikdə aktı tərib etdikdən sonra ustaya və Asifə bir daha tikinti aparmamaları barədə xəbərdarlıq etmişlər. Həmin gün Asif yenə başa düşdüyünü desə də tikintini dayandırmayaraq qəsdən Gədəbəy rayonu, Arıqdam bələdiyyəsinin 240 kvadrat metr sahəsi olan kəndin presektiv inkişaf torpağını zəbt edərək tövlə tikib, tikinti işləri aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunda yaşayır. Fərdi qaydada bənna işləyir. Gədəbəy rayonu, Arıqdam kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti, düşmənçilik və ədavəti olmamışdır. 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs hörgü hördürmək üçün daş ustası axtardığını bilmiş və o, daş ustası olduğunu Asifə deyərək bu barədə söhbət etmişlər. Həmin gün Asiflə hörgünün 1 kvadrat metrini 10 manat qarşılığında bütün xərclər özünlük olmaqla razılığa gəlmişlər. Bundan 1-2 gün sonra o, Asifin evinin yaxınlığında 8 metr enində və 30 metr uzunluğunda qazılmış ərazidə hörgü işlərinə başlamışdır. Həmin yerdə o, üç ay işləmiş, bunun Təqsirləndirilən şəxs ümumilikdə 2700 manat zəhməthaqqı almışdır. Həmçinin o, işə başladıqdan 10 gün sonra Gədəbəy rayonu, Arıqdam bələdiyyəsi işin dayandırılması üçün onun yanında Asifə xəbərdarlıq etmişdir. Bundan sonra o, işi dayandırıb evlərinə gəlmişdir. Bundan üç gün sonra Asif ona yenidən zəng edib bələdiyyə ilə razılığa gəldiyini və işi davam etməsini ondan xahiş etmişdir. Bundan sonra o, gedib orada işləri davam etdirib hörgünü yekunlaşdırmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid4 ifadəsindən görünür ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi qaydada taxta ustası işləyir. Gədəbəy rayonu, Arıqdam kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibətləri, düşmənçilik və ədavətləri olmamışdır. 2024-cü ilin yanvar ayında kürəkəni İntiqam ona Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində tövlə üstü olduğunu və həmin tövlənin üzərinə dam örtüyü vurmaq lazım olduğunu demişdir. İntiqam tövlənin sahibi Təqsirləndirilən şəxsla ümumilikdə 8 metr enində və 30 metr uzunluğunda tövlənin üzərinə dam örtüyü vurmaq üçün 1300 manat pula razılaşmışlar. Bundan sonra kürəkəni İntiqamla gedib həmin tövlənin üzərinə 10 gün müddətində dam örtüyünü vurmuşlar. İşin sonunda Asif ona və İntiqama 1300 manat pul vermişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, etibarnamə əsasında idarə etdiyi MAZ-5549 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə yük daşıyıb gündəlik dolanışığını təmin edir. X3 həmkəndlisidir. Onunla normal münasibətlər olmuş, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2022-2023-cü illərdə Asifin xahişi ilə Gədəbəy rayonu, Arıqdam kəndi ərazisindən keçən Çolpan çayından Asifə daş yığımağa getmişdir. Həmin vaxt daşları Asif özü və tutduğu fəhlə ilə avtomobilinə yükləmişdir. O, hər bir maşın üçün ondan 60 manat almışdır. Daş aparan zaman Asif ona evinin yaxınlığında tövlə tikmək üçün daşları apardığını demişdir. Sonuncu dəfə həmin tövlənin künclüyünə qoyması üçün Gədəbəy rayon Mərkəzi Bazarından 200 ədəd mişar daşı aparmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. 2015-ci ildən hazıradək ƏMDX-nin Qazax Ərazi Şöbəsində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyir. Onların işi toprağa nəzarət qaydasında monitorinq keçirməkdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Arıqdam kəndində monitorinq aparan zaman Gədəbəy rayonu, Arıqdam kənd sakini Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan bələdiyyənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 120 kvadrat metr torpaq sahəsində özbaşına tikinti işləri aparmasını aşkar etmişlər. Təqsirləndirilən şəxsla görüşərək, ona tikintinin dayandırılması ilə bağlı şifahi xəbərdarlıq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onların iştirakı ilə həmin tikintinin bir qismini sökmüşdür. Digər qismini isə tamamilə sökəcəyinə dair onlara söz vermişdir. İşdə olan 29 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığıdır. Baxış keçirilən həmin yeri təqdim edən Təqsirləndirilən şəxs bir neçə il bundan əvvəl həmin 240 kvadrat metrlik torpaqda iribuynuzlu heyvanlar üçün tövlə tikməyə başladığını sonradan həmin tikintini bələdiyyə və əmlak məsələləri dövlət xidmətinin tələbiylə dayandırdığını tikdiyi tövləni dağıtdığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-n xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-5223/2024 saylı arayışından görünür ki, mübahisəli əraziyə baxış keçirmək üçün mühəndis İlqar Məmmədovun iştirakı təmin olunmuşdur. Mütəxəssis tərəfindən ölçü işləri aparılmış, kameral şəraitdə elektron baza məlumatlarına əsasən araşdırma aparılarkən mübahisələndirilən 0.0228 ha tövlənin torpaq sahəsinin bələdiyyə mülkiyyəti olan torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmin tikili ilə bağlı (ölçülər və koordinatlar sxem və cizgidə göstərilmişdir) hər hansı sənəd təqdim olunmamışdır. İşdə olan Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/3298 nömrəli rəyindən görünür ki,

1. Gədəbəy rayonu Arıqdam kəndində aparılmış tikinti işlərinin ümumi sahəsi 230,1 kv.m., o cümlədən eni 7.8 metr uzunluğu 29.5 metr təşkil edir. Həmin işlərin tikinti işlərinə aid olması müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-15039/2023-cü il tarixli məktubuna əsasən Gədəbəy rayonu, Arıqdam kəndində Təqsirləndirilən şəxs tərəfindən aparılmış tikinti işlərinin yerləşdiyi torpaq sahəsi bələdiyyənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. 3.Gədəbəy rayonu, Arıqdam kəndində Təqsirləndirilən şəxs tərəfindən aparılmış tikinti işləri zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “ Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının tələblərinin pozulduğu müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Arıqdam Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir 6ki, onun Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların, ağırlaşdırıcı haldan artıq olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə yaşayış yerini saat 00:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul A. Abbasovdan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, hökmün icrası Gədəbəy Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 00:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar