Məhkəmə qərarları › İş №1(042)-28/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-28/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-28/2021 06.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Səbətkeçməz kəndində yаşаyаn, bаrəsində 31 yanvar 2021ci il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 may 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə Gədəbəy Mərkəzi Rayon X3 Şəxsin inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar test analizi vermiş, 29 noyabr 2020-ci il tarixdə saat 12:23-də “İTS.GOV.AZ”-dan onun kürəkəni Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Hörmətli Təqsirləndirilən şəxs Sizin 26 noyabr 2020-ci il tarixində “COVİD-19”-la bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, Siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozuduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda bildiriş daxil olmuş, bu barədə kürəkəni tərəfindən ona məlumat verilməsinə baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda, bunlara əməl etməyərək, 30 noyabr 2020-ci il tarixdə saat 06 radələrində kürəkəni Şahid1 idarə etdiyi Vaz-2107 markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomaşına minib Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən yaşadığı evi tərk edərək, müayinə olunmaq məqsədilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinin həkimi X4 yanına getmiş, orada torakal kompüter tomoqrafiya müayinəsindən keçib, yenidən Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən evinə qayıtmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratdığına görə Azərbaycan Rerspublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, hazırda Gədəbəy rayonu, Səbətkeçməz kəndində yaşayır. 2020-ci ilin noyabr ayının ortalarında bədən istiliyinin yüksək olmasından, möhkəm öskürməyindən, hər hansı bir ciddi xəstəliyə tutulmağından şübhələndiyinə görə 26 noyabr 2020-ci il tarixdə oğlu Bəhruzun ***-***-**-** nömrəsindən təcili tibbi yardıma zəng edib xəstə olduğunu və evdə ailə üzvləri ilə birlikdə yaşadığını bildirərək, tibb işçilərindən evinə gəlib, ondan analiz nümunəsi götürmələrini xahiş etmişdir. Lakin təcili tibbi yardım əməkdaşları xəstələrin sayının çox olduğunu bildirmiş və ona xəstəxanaya gəlməsini təklif etmişlər. Ona görə də özü Gədəbəy Rayon Poliklinikasına gəlib “Koronavirus pondemiyyası ilə əlaqədar olaraq “Test” müayinəsindən keçmişdir. Bu zaman ondan əlaqə saxlamaq üçün telefonunun nömrəsini tələb etmişlər. O, mobil telefondan istifadə etmədiyinə görə Gəncə şəhərində yaşayan qızı Ayşənin həyat yoldaşı Şahid1 ***- ***-**-** telefon nömrəsini vermişdir. 29 noyabr 2020-ci il tarixdə Şahid1 ona Covid-19 virusu xəstəsi olması barədə telefonuna mesaj gəldiyini bildirmişdir. O, səhhətinin hansı vəziyyətdə olmasını, ciyərlərində ləkələr olub-olmamasını dəqiqləşdirmək üçün Famildən onu aparıb dəqiq müayinə etdirməsini xahiş etmişdir. Famil razı olmuş və 30 noyabr 2020ci il tarixdə idarə etdiyi Vaz-2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu və Şəmkir rayonunun Sarıtəpə kəndində yerləşən hərbi hospitala aparmışdır. Hospitalda qeydiyyata alınmış və həkim müayinəsindən keçib koronavirus xəstəsi olduğuna dair müayinə sənədinin surətini almışdır. Həkim ona məsləhətlər verərək, pandemiyyanın şərtlərinə əməl etməsini tövsiyə etmişdir. O, hərbi hospitalı tərk etmiş, telefon vasitəsi ilə Bakı şəhərində yaşayan və işləyən Səidə adlı həkimlə əlaqə saxlamış, koronavirus xəstəliyinə tutulduğunu bildirərək müalicəsi üçün ona köməklik etməsini xahiş etmişdir. Həkim məsləhət bildiyi dərmanların adlarını Familin telefonuna göndərmiş və o, Şəmkir rayonunda aptekdən dərmanları almışdır. Təxminən saat 13 radələrində evə gəlmiş və dərmanları qəbul edərək müalicə olunmuşdur. 07 yanvar 2021-ci il tarixdə təkrar olaraq analiz vermiş və ona sağalması barədə məlumat verilmişdir. 01 dekabr 2020-ci il tarixdə həyat yoldaşı Şahid3 və gəlini X2 də analiz vermiş, onlarda da Covid-19 virusu aşkar edilmiş və onlar da müalicə edilmişlər. O, evi yalnız müalicə edilməsi üçün tərk etmiş, tibbi maskadan istifadə etmiş və insanlarla ara məsafəsi saxlamışdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirlmiş Şahid1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Flüseyn qızı ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun Səbətkeçməz kəndində yaşayır. Təqsirləndirlən şəxs həyat yoldaşıdır. 2020-ci ilin noyabr ayının sonlarında həyat yoldaşının və gəlini Günayın xəstələndiyini hiss etmişlər. Onlar 26 noyabr 2020-ci il tarixdə təcili tibbi yardıma zəng etmiş və müayinə edilmələrini xahiş etmişlər. Lakin təcili tibb yardım işçiləri müraciət edənlərin çox olduqlarını bildirib onların özlərinin gəlmələrini xahiş etmişlər. Ona görə də təqsirləndirlən şəxsi Gədəbəy Rayon Poliklinikasına aparmışlar. Şəhla analiz verərkən öz telefonu olmadığına görə tibb işçiləri ilə əlaqə saxlamaq üçün kürəkəni Familin ***-***-**-** telefon nömrəsini vermişdir. 29 noyabr 2020-ci il tarixdə Familin telefon nömrəsinə SMS bildiriş gəlmiş, Şəhlada Covid-19 virusunun olduğunun müəyyən edildiyi və həm özünün, həm də ailə üzvlərinin yaşayış yerlərini tərk etməmələri barədə xəbərdarlıq edilmişdir. Bununla belə, Şahid1 Şəhlanın səhhətinin yaxşı olmadığını görüb 30 noyabr 2020-ci il tarixdə saat 06 radələrində şəxsi Vaz-2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu Şəmkir rayonunda yerləşən Hərbi Hospitala aparmışdır. Hospitalda da Şəhlanın xəstə olması təqsdiq edildikdən sonra, zəruri dərmanlar almış və onu yenidən Gədəbəyə gətirmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayonuna gedərkən tibbi maskadan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Təqsirləndirilən şəxs kürəkəni Şahid1 istifadəsində olan 23 GAXF markalı ***-***-**-** nömrəli telefonun SMS bölməsində olan məlumatlara baxış protokolundan görünür ki, telefonun SMS bölməsində «Hörmətli Təqsirləndirilən şəxs Sizin 26.11.2020-ci il tarixində «Covid 19»la bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR, xahiş olunur ki, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz və karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikasının inzibati xətalar və cinayət məcəllələrində nərərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. Tel:1542 gündüz 12:23. İşdə olan Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən hərbi hospitalın radiologiya şöbəsinin 30.11.2020-ci il tarixli torakal kompüter tomoqrafiya müayinə sənədindən görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mediastinumda subsaantimetrlik limfa düyüünləri izlənir. Ağ ciyərlərin parenximlərinin müayinəsində: hər iki ağcyərin bütün paylarında tək-tək çoxsaylı periferal tutulum üstünlüyü təşkil edən hər iki ağciyərin təqribən 5-10% -ni tutan buzlu şüşə mənzərəsində kölgəliklər izlənilir (ilkin olaraq viral pnevmoniya lehinə dəyərləndirilir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Gədəbəy rayon Xəstəxanası” X6 Konsultativ Poliklinika şöbəsinin 13 saylı 08.01.2021-ci il tarixli arayışından görünür ki, 07.01.2021-ci il tarixdə “Koronavirus Pandemiyası” ilə əlaqədar test müayinəsindən keçmiş Təqsirləndirilən şəxs müayinə cavabı neqativ olmuş, virus aşkarlanmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Çaldaş Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarala müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə Gədəbəy Mərkəzi Rayon X3 Şəxsin inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar test analizi vermiş, 29 noyabr 2020-ci il tarixdə saat 12:23-də “İTS.GOV.AZ”-dan onun kürəkəni Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə “Hörmətli Təqsirləndirilən şəxs Sizin 26 noyabr 2020-ci il tarixində “COVİD-19”-la bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozuduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda bildiriş daxil olmuş, bu barədə kürəkəni tərəfindən ona məlumat verilməsinə baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda, bunlara əməl etməyərək, 30 noyabr 2020-ci il tarixdə saat 06 radələrində kürəkəni Şahid1 idarə etdiyi Vaz-2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşına minib Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən yaşadığı evi tərk edərək, müayinə olunmaq məqsədilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinin həkimi X4 yanına getmiş, orada torakal kompüter tomoqrafiya müayinəsindən keçib, yenidən Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən evinə qayıtmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış və bununla da Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qərara gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar