Məhkəmə qərarları › İş №1(042)-28/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-28/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-28/2022 07.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, şahidlərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tаrixdə Gədəbəy rayonunda doğulmuş, Аzərbaycan Rеspublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2art 2022-ci il tariхdən başqa yеrə gеtməmək haггında iltizam qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 iyun 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Gədəbəy şəhəri, Cavanşir Abdullayev küçəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs əli ilə qəsdən vuraraq ona başın şişkinliyi və qançırı ilə müşaiyət olunan beyin silkələnməsi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, övladları ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. Həmin qadını barəsində şikayət etdikdən sonra polis şöbəsində tanımışdır. Onun övladları küçədə olan zibil qutularından lazımsız dəmir tullantılarını toplayıb satır və bununla çörəkpulu qazanırlar. Özü isə xəstə olduğu üçün heç bir yerdə işləmir. Mərhum əri X8 03 yanvar 2015-ci ildə şəhid olmuşdur. 29 dekabr 2021-ci il tarixdə saat 12 radələrində azyaşlı oğlu Şahid3 evə gəlib qızı Şahid1 ilə böyük oğlu X7 bir nəfər qadının dəmir yığmağa qoymadığını və onlara mane olduğunu demişdir. Övladlarının xəbərsiz dəmir yığmağa getdiyi üçün əsəbləşmiş və Hüseynlə birlikdə onun dediyi yerə getmişdir. Həmin yerə gedən zaman qızı Samirənin zibil qutusunun yanında dəmir yığdığını, oğlu Ümidin isə əl arabasının yanında dayandığını görmüşdür. Onlardan 100-150 metr aralıda isə bir nəfər qadının diziüstə dayanıb qışqıraqışqıra əlləri ilə başına döydüyünü görmüşdür. Özünü döyən qadının Zərərçəkmiş şəxs yoxsa başqa bir qadın olduğunu dəqiq bilməmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Ümid Məmmədov zibil qutusundan arabaya yığdığı dəmirlərlə birlikdə arabanı sürüb həyətlərinə gətirmişdir. Sonra Vüsal adlı dəmir alan şəxsə zəng edib, gəlib dəmirləri aparmasını xahiş etmişdir. Həmin şəxs gəlib həyətdə olan dəmirləri cəmi, 60 manata alıb aparmışdır. Zərərçəkmiş şəxs dedikləri tamamilə yalandır. O, Zərərçəkmiş şəxs yaxınlaşmamış, onu vurmamış, ona xəsarət yetirməmişdir. Ona görə də bəraət verilməsini xahiş edir. 24 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. 29 dekabr 2021ci il tarixdə saat 12 radələrində həyətlərindən dəmir səsinin gəldiyini eşidib evdən çıxmışdır. Evin arxa hissəsinə keçərkən orada iki oğlan və bir qız uşağı olduğunu görmüşdür. Oğlanlar həyətin çəpərinin bayır tərəfində, yəni küçədə olmuşlar. Onların yanında əl arabası və bir it olmuşdur. Qız uşağı isə həyətdə olmuşdur. Uşaqlardan iti aralamalarını xahiş etmiş, bu zaman qız uşağı onu nalayiq söyüşlərlə söymüşdür. Uşaqlar həyətdə olan dəmirləri əl arabasına yığmışlar. O, arabanın üstündən həmin dəmirləri götürmək istəyərkən, Şahid1 onu öldürməklə hədələmiş, azyaşlı oğlan uşağını anasını çağırmaq üçün evə göndərmişdir. Təxminən, 7-8 dəqiqə sonradan tanıdığı Təqsirləndirilən şəxs uzaqdan nalayiq söyüşlər söyə-söyə gəldiyini görmüşdür. O, bunu görüb, polisə məlumat verəcəyini bildirmiş, Şahid1 polislərin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt uşaqların anası Təqsirləndirilən şəxs oraya çatmışdır. Təqsirləndirilən şəxs onun paltarının yaxasından tutub silkələyərək yerə yıxmışdır. Həmin vaxt başı yerə dəymiş və başında ağrılar hiss etmişdir. Yerə yıxıldıqdan sonra Ceyhunə əli ilə onun başına vurmuşdur. Sonra Ceyhunə, Samirə və orada olan Ceyhunənin adını xatırlamadığı böyük oğlu onu yerdə döyməyə başlamışlar. Yerdə olduğu zaman huşunu itirdiyinə görə bədəninin hansı nahiyyələrinə vurduqlarını dəqiq xatırlaya biləmişdir. Özünə gələndə artıq xəstəxanada olmuşdur. Xəstəxanada olarkən cibində olan pul qabının boş olduğunu görmüşdür. Hadisədən əvvəl həmin pul qabında təxminən 44-45 manat pul olmuşdur. Hadisə zamanı yerə yıxılıb huşunu itirdiyinə görə həmin pulun cibindən necə götürüldüyünü və kimin götürdüyünü görə bilməmişdir. Pulu həmin şəxslərin götürdüyünü və ya hadisə zamanı oraya düşüb itdiyini zənn etmişdir. Hadisənin baş verməsinə səbəb Samirə və qardaşlarının arabaya yığdıqları dəmirləri apararkən onlara maneə olmağı olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt orada kənar şəxslər olmamışdır. Təqsirləndirlən şəxslə barışıq əldə etməyə çalışsa da, o, təqsirinin olmadığını bildirmişdir. Ona görə də ona qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə baxış iclasında şahid qismində dindirlmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy şəhəri, F.Xoyski küçəsi, ev 14 ünvanında yaşayır. Təqsirləndirilən şəxs anasıdır. Kasıb olduqları üçün qardaşları ilə birlikdə Gədəbəy şəhərinin küçələrində olan zibil qutularından lazımsız dəmir tullantılarını toplayıb satırlar. Anası xəstə olduğu üçün işləyə bilmir. 29 dekabr 2021-ci il tarixdə saat 12 radələrində qardaşları Ümid və Hüseynlə birlikdə Gədəbəy şəhəri, Cavanşir Abdullayev küçəsində zibil qutularından lazımsız dəmirləri yığırmışlar ki, satsınlar. Həmin vaxt əvvəllər tanımadığı, sonradan Zərərçəkmiş şəxs kimi, tanıdığı qadın onlara yaxınlaşıb qardaşı Ümid Məmmədovu itələyib, dəmirləri yığdıqları arabanın əl tutulan yerindən tutub arabanın içində olan dəmirləri yer tökmüş, dəmirlərin onun olduğunu bildirmişdir. O, dəmirləri zibil qutularından yığdıqlarını bildirib, yenidən yerdə olan dəmirləri arabaya yığmağa başlamışdır. Həmin vaxt kiçik qardaşı Şahid3 qorxub evilərinə qaçmış və anası Ceyhunəni çağırmışdır. Ümid Məmmədov arabanı sürüb evlərinə tərəf getmək istəyən zaman Təqsirləndirilən şəxs və Şahid3 gəlib onlarla rastlaşmışlar. Əvvəlcə Təqsirləndirilən şəxs evdən icazəsiz çıxdıqlarına görə onlara irad bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onlardan təxminən, 100 metr aralıda olmuş, qışqıraraq əlləri ilə öz başına döymüşdür. Təqsirləndirilən şəxs onları danlayıb evlərinə gətirmişdir. Ümid Məmmədov isə onlardan qabaqda arabanı və arabada olan dəmirləri aparıb evlərinə getmişdir. Anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşmamış, onunla mübahisə etməmiş, onu vurmamışdır. İş üzrə şahidlər X12 оğlu və Şahid3 оğlu anaları olan Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə iclasında ifadə verməkdən imtina etmişlər. Şahid X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında təhqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs anasıdır. Zərərçəkmiş şəxs Əli qızını isə əvvəllər tanımamışdır. Kasıb olduqları üçün qardaşı Hüseyn və basxısı Samirə ilə birlikdə Gədəbəy şəhərinin küçələrində olan zibil qutularından lazımsız dəmir tullantılarını toplayıb satır və bununla dolanırlar. Anası xəstə olduğu üçün işləyə bilmr. 29 dekabr 2021-ci il tarixdə saat 12 radələrində qardaşı Hüseyn və bacısı Samirə ilə birlikdə Gədəbəy şəhəri, Cavanşir Abdullayev küçəsində zibil qutularından lazımsız dəmirləri yığırmışlar ki, satıb çörəkpulu etsinlər. Həmin vaxt sonradan Zərərçəkmiş şəxs kimi tanıdığı bildiyi qadın onlara yaxınlaşmış, onu itələyib, dəmirləri yığdıqları arabanın əl tutulan yerindən tutub arabanın içində olan dəmirləri yer tökmüş, dəmirlərin onun olduğunu bildirmişdir. Həmin qadına lazımsız dəmirləri küçədən yığaraq satıb çörəkpulu etdiklərini demiş, yenidən yerdə olan dəmirləri arabaya yığmışlar. Kiçik qardaşı Şahid3 isə qorxub evlərinə qaçmış və anaları Ceyhunəni çağırmışdır. Onlar arabanı sürüb evlərinə tərəf gedərkən anaları Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Anaları evdən icazəsiz çıxdıqlarına görə onlara irad bildirmiş və danlayıb evə aparmışdır. Zərərçəkmiş şəxs dedikləri tamamilə yalandır. Anaları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməmiş və onlar Səməyə Məmmədovanın pullarını götürməmişlər. Zərərçəkmiş şəxs onlara böhtan atır. Zərərçəkmiş şəxs məhləsinə girməmişlər, sadəcə olaraq küçədə olan lazımsız dəmirləri yığmışlar. Şahid3 ibtidai istintaq zamanı eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X6 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspеrtizasının 29 dekabr 2021-ci il tarixli 798 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın şişkinliyi və qançırı ilə müşaiyət olunan beyin silkələnməsi küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri 29 dekabr 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyələrinə əsasən demək olar ki, qeyd olunan xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, göstərdiyi şəraitdə ala bilməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfəindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan Şəxsiyyət Vəsiqələrinin surətləri və Arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladları X9 11 avqust 2007-ci il tarixdə, Şahid3 isə xx xxxx 2010-cu il tarixdə doğulmuşlar. İşdə olan Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəlki soyadı Qurbanova, adı isə Vəzifə olmuşdur. İşdə olan X3 surətindən görünür ki, X8 04 yanvar 2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məcəllənin 139.0. və 139.0.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir: Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsah Hüquqları Məhkəməsinin “Hoanq Fransaya qarşı” işdə müəyyyən etdiyi hüquqi mövqetə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məcəllənin 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məcəllənin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Gədəbəy şəhəri, Cavanşir Abdullayev küçəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs əli ilə qəsdən vuraraq, ona başın şişkinliyi və qançırı ilə müşaiyət olunan beyin silkələnməsi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə araşdırmaları zamanı zərərçəmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onu itələdiyini, nəticədə yıxılraq, xəsarət aldığını bildirmişdir. Lakin təqsirləndirlən şəxs həm ibtidai, həm də məhkəmə istintaqı zamanı zərərçəkmişlə heç bir mübahisə və münaqişəsinin olmadığını, onu vurmadığını və itələmədiyini bildirmişdir. İş üzrə Şahid1 da həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində təqsirləndirlən şəxsin zərərçəkmişə yaxınlaşmadığını, onu vurmadığını bildirmişdir. İttiham tərəfinin digər şahidləri X9 və Şahid3 məhkəmə istintaqı zamanı anaları Təqsirləndirilən şəxs təqsirləndirildiyi iş üzrə ifadə vermək istəməmişlər. Lakin onların məhkəmə iclasında elan edilmiş və təhqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar hadisənin baş verməsi ehtimal olunduğu 29 dekabr 2021-ci il tarixdə təqsirləndirlən şəxslə zərərçəkmiş arasında hər hansı br mübahisə və münaqişənin olmadığını, təqsirləndirlən şəxsin zərərçəkmişə yaxınlaşmadığını xəsarət yetirmədiyini bildirmişlər. Yəni, istintaq orqanı yalnız zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibb ekspertizasının zərərçəkmişdə xəsarətlərin olması, xəsarətlərin törənmə müddətlərinin 29 dekabr 2021-ci il tarixə uyğun gəlməsi, xəsarətlərin xarakterinə, yerləşmə nahiyələrinə əsasən özü-özünə yetirə bilməsinin inandırıcı olmaması və göstərilən şəraitdə yetirə bilinməsi ehtimallarına istinad edərək, Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb etmiş və ona ittiham elan etmişdir. Halbuki, məhkəmənin qənaətinə görə ekspert rəyi dəqiq və birmənalı olmalı, onda ehtimal xarakterli mülahizələrə yol verilməməli və istintaq orqanı kifayət qədər dəqiq olmayan rəyə istinad etməklə Təqsirləndirilən şəxs ittiham elan etməməli idi. Məhkəmə bu halları, təqsirləndirilən və şahidlər tərəfindən təqsirləndirlən şəxs tərəfindən zərərçəkmiş şəxsə hər hansı bir xəsarət yetirilmədiyi haqqında həm ibtidai, həm də məhkəmə istintaq zamanı verilmiş ifadələrə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirlirləndirlən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslılığında şübhələr var, bu şübhələr ibtidai istintaq orqanı tərəfindən aradan qaldırılmamışdır və Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmiş hesab edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs bəraət verilməli, o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli, ona qanunsuz olaraq təqsirləndirlən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiq edilməsi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah olunmalı və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349; 350; 352-353; 356.5; 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq təqsirləndirlən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiq edilməsi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar