Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-28/2023 07.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən faktiki olaraq Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs 19 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 100 manat, iki uşağa cəmi 200 manat sabit pul məbləğində alimenti uşaqları - 04 yanvar 2011-ci il təvəllüdlü X3 və 05 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 dekabr 2015-ci il tarixli, 2(076)-4901/2015 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Gədəbəy Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(042)-248/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün və 29 noyabr 2021-ci il tarixli, 3(042)- 325/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi gün müddətdə inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 22 dekabr 2021 -ci il, 10 yanvar 2022-ci il, 11 mart 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 18 mart 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 15200,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, ali təhsillidir. Hazırda işləmir. Zərərçəkmiş şəxs ilə 2010-cu ildə evlənmiş, birgə nikahlarından X6 və X5 doğulmuşdur. 2015-ci ildə Zərərçəkmiş şəxs ona qarşı aliment tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə iki uşağa cəmi 200 manat sabit pul məbləğində aliment ondan tutularaq övladları Uğurun və Turacın saxlanması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmişdir. İcra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Gədəbəy Rayon Məhkəməsinin qərarları ilə iki dəfə-20 gün bir dəfə, 15 gün də bir dəfə həbs edilmişdir. Sonra icra məmuru ona yeni müddət təyin etmiş, rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Həmçinin, o bildirdi ki, hər iki uşağı 2016-cı ildən dövlətin sığınacaq yerinə verilib. Həmin uşaqlar Zərərçəkmiş şəxs himayəsində deyillər. Ona görə də, o alimenti Vüsaləyə ödəməmişdir. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə evlənmiş, birgə nikahlarından X6 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2015-ci ildə ona qarşı aliment tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 18 dekabr 2015ci il tarixli, 2(076)- 4901/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş və əvvəli 19 noyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 100,00 manat, iki uşağa cəmi 200,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları 04 yanvar 2011-ci il təvəllüdlü U.Quliyevin və 05 dekabr 2011-ci il təvəllüdlü T.Quliyevin yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Gədəbəy rayon icra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Gədəbəy Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(042)-248/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün və 29 noyabr 2021 -ci il tarixli, 3(042)-325/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimentin ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Həmçinin o, bildirdi ki, hər iki uşaq 2018-ci ildən uşaq evində saxlanılır. Şahid Gədəbəy rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, əvvəli 19 noyabr 2015-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 100,00 manat, iki uşağa cəmi 200,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 04 yanvar 2011-ci il təvəllüdlü X3 və 05 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 dekabr 2015ci il tarixli 2(076)-4901/2015 saylı qətnaməsi icra edilməsi üçün Gədəbəy rayon icra və probasiya şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini müxtəlif vaxtlarda yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Gədəbəy Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(042)-248/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün və 29 noyabr 2021-ci il tarixli, 3(042)-325/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi gün müddətində inzibati həbs edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Şahid Gədəbəy rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - 20 fevral 2020-ci il, 02 noyabr 2020-ci il, 13 noyabr 2020-ci il, 04 dekabr 2020-ci il, 22 dekabr 2021-ci il, 10 yanvar 2022-ci il, 11 mart 2022-ci il tarixli xəbərdarlıqdan və Gədəbəy Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(042)- 248/2020 saylı və 29 noyabr 2021 -ci il tarixli, 3(042)-325/2021 saylı qərarlarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvədə olan 18 dekabr 2015-ci il tarixli, 2(076)-4901/2015 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. - Şəmkir Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli 2(076)-4901/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı aliment tələbi qismən təmin edilmiş, 19 noyabr 2015-ci il tarixdən başlayaraq 04 yanvar 2011-ci il təvəllüdlü X3 və 05 dekabr 2011-c il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, 2(076)-4901/2015 saylı xx.xx.2015 tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016 tarixli borclunun (onun əmlakının və ya avtomaşının) axtarılması haqqında qərardan görünür ki, borclu Gədəbəy rayon Novo Saratovka kənd sakini Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 262642/2017-42-3 nömrəli xx.xx.2020ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi rəhbər tutulmaqla barəsində protokol tərtib olunacağı bildirilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, borclu, Gədəbəy rayon Novo Saratovka kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin 3(042)-248/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və o, 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 394-16 saylı xəbardarlıq məktubundan görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 394-16 nömrəli sonuncu xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə sonuncu dəfə xəbərdarlıq edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin 8(042)-117/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, xx.xx.1980-ci il tarixdə Gədəbəy rayonu Novo Saratovka kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin borclunun axtarışı haqqında qərarından görünür ki, borclu, xx.xx.1980-ci il təvəllüdlü Gədəbəy, Novo Saratovka kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin 3(342)-325/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və o, 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 44851 nömrəli, xx.xx.2022-ci il tarixli və 44851-16 nömrəli son xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfə xəbərdarlıq edilmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhəri Nizami rayonu 1 nömrəli uşaq evinin xx.xx.2023-cü il tarixli 74 saylı məktubundan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdən Şəmkir rayon İHB-nın xx.xx.2018-ci il tarixli sərəncamı və Bakı şəhər Məktəbəqədər Təhsil müəssisələri və Uşaq Evləri İdarəsinin 114 nömrəli göndərişinə əsasən, Nizami rayon 1 nömrəli uşaq evinə qəbul edilmişdir. Hal-hazırda Uşaq evinin himayəsində yaşayıb təhsil alırlar. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihamın həcmi ilə razılaşmır. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə Təqsirləndirilən şəxs 19 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 100 manat, iki uşağa cəmi 200 manat sabit pul məbləğində alimenti uşaqları - 04 yanvar 2011-ci il təvəllüdlü X3 və 05 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsi qət edilmişdir. Şəmkir rayon İHBnın xx.xx.2018-ci il tarixli sərəncamı və Bakı şəhər Məktəbəqədər Təhsil müəssisələri və Uşaq Evləri İdarəsinin 114 nömrəli göndərişinə əsasən, 04 yanvar 2011-ci il təvəllüdlü X3 və 05 dekabr 2011-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixdən Nizami rayon 1 nömrəli uşaq evinə qəbul edilmişdir. Hal-hazırda Uşaq evinin himayəsində yaşayıb təhsil alırlar. İbtidai istintaq orqanı tərəfindən bu hallar araşdırılmamış, Zərərçəkmiş şəxs uşaqların Uşaq evində saxlanıldığı müddət üçün hesablanmış aliment məbləği üzrə də zərər çəkmiş şəxs kimi tanınmış, Təqsirləndirilən şəxs verilmiş hazırkı ittihamda Zərərçəkmiş şəxs ödənilməli məbləğin həcmi 18 mart 2021-ci il tarixədək hesablanmaqla 15200 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Uğur Quliyevin və X7 evində saxlanıldığı müddətə görə Zərərçəkmiş şəxs zərər çəkmiş kimi tanına bilməz və təqsirləndirilən şəxsə hazırkı ittiham üzrə ödənilməmiş alimentin məbləği xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmalı, onun üzərində bu həcmdə ittiham saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 2-ci və 3-cü hissəsində göstərilmişdir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 100 manat, iki uşağa cəmi 200 manat sabit pul məbləğində alimenti uşaqları - 04 yanvar 2011-ci il təvəllüdlü X3 və 05 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 dekabr 2015-ci il tarixli, 2(076)-4901/2015 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Gədəbəy Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 3(042)-248/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün və 29 noyabr 2021-ci il tarixli, 3(042)-325/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi gün müddətdə inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 22 dekabr 2021-ci il, 10 yanvar 2022-ci il, 11 mart 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq 09 sentyabr 2018-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 6740 (altı min yeddi yüz qırx) manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. Azadlığın məhdudaşdırılması, ictimai işlər və islah işlərindən hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, daha səmimiyyət göstərib ibtidai istintaq və məhkəmə mərhələsində ödəniş edən, cəzasını yüngülləşdirən halları olan təqsirləndirilən şəxslərlə ödəniş etməyib belə yüksək aliment borcu yığılan şəxs arasında fərqlilik baxımından hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından birinin təyin edilməsi cəzanın məqsədinə xidmət etməyəcəkdir. Həm də ona görə ki, təqsirləndirilən şəxs aliment ödəməli olduğunu bildiyi ilk vaxtda, sonradan icra məmurları icra sənədini məcburi icraya yönəldərkən, istintaq dövründə və məhkəmə baxışının ilkin mərhələlərində, yəni azadlıq hüququ məhdudlaşdırılmamış olanda valideynlik öhdəliyinin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməyib, qərəzli şəkildə öz üzərinə yüksək məbləğdə aliment borcu yığmışdırsa, hazırda ona ictimai işlər, islah işləri və ya azadlığın məhdudaşdırılması cəzası təyin ediləcəyi təqdirdə aliment borcunu ödəməyə və ondan sonra davamlı olaraq alimenti vaxtlı-vaxtında verəcəyi və bunula da cəzanın məqsədinə nail olunacağı inandırıcı görünmür. Eləcə də, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin obyektini ədalət mühakiməsi sahəsində yaranan ictimai münasibətlər təşkil etdiyindən ona hazırkı halda yüngül cəza təyin edilməsi ədalət mühakiməsinin nüfuzunun möhkəmləndirilməsi, məhkəmə qərarlarının daha səmərəli icrasının təmin edilməsi üçün cəzanın tərbiyəedici funksiyasının həyata keçirilməsi baxımından da effektiv və adekvat deyildir. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmadığını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, Quliyev X4 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixdə tutulmuş, 01 iyun 2023-cü il tarixədək həbsdə saxlanmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 8 gün müddət də təyin ediləcək azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmalıdır. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq, Gədəbəy RPŞ-nə gətirilmiş və MSY-nə təqdim edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən, 25 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 08 gün müddət təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi və ya həbsdə saxlandığı istintaq təcridxanası vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-28/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-28/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver