Məhkəmə qərarları › İş №1(042)-29/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-29/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-29/2024 18.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci ildə Gədəbəy rayonu, Göyəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, ali təhsilli, işsiz, Gədəbəy rayonu, Göyəlli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən X2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, mərhum babası X5 ona miras qalmış 01 (bir) ədəd odlu yivli silahı, yəni, Rusiya dövlətində İjevsk silah zavodunda istehsal edilmiş, atəş açmaq üçün yararlı və texniki cəhətdən saz olan, 7,62 mm kalibrli, “Mosin” konstruksiyalı 3991 nömrəli sürgülü karabini yaşadığı evdə saxlamış, 16 yanvar 2024-cü il tarixdə saat 12 radələrində həmin yivli odlu karabin Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinin əməkdaşları tərəfindən onun yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, günorta saatlarında özlərinə məxsus evdə olan zaman 2 nəfər mülki formada olan polis əməkdaşının onu çağırmasını bildirmişlər. O, bayıra çıxdıqda 2 nəfər şəxsin tanıdığı polis əməkdaşları olmasını görmüş, həyətə çıxdıqda X9 Bölməsinin rəisi Yaşar müəllim həyətə daxil olmuş və ondan onu tanıyıb, tanımamasını soruşmuşdur. O isə cavabında tanıdığını bildirmişdir. Yaşar müəllim onda silah olması barədə məlumat daxil olmasını bildirmiş, o, bu məlumatın doğru olduğunu demişdir. O və polis əməkdaşları evə daxil olmuş, evdə açıq halda olan silahı polislərə təhvil vermiş, polislər başqa silah olub-olmamasını soruşduqda onda olan və patronu olmayan digər silahı da polislərə təhvil vermiş və polisləri öz razılığı ilə evinə buraxmağı barədə ərizə yazmışdır. Polislərə təhvil verdiyi ikinci silah ona babasından qalmış, hətta həmin silahdan dünya müharibəsində də istifadə olunma ehtimalı vardır. Onun əmiləri Böyük vətən müharibəsində iştirak etmiş, atası həmin vaxt balaca olduğu üçün döyüşə aparılmamışdır. 1990-cı illərdə ermənilər tərəfindən onların kəndində 3 nəfər azərbaycanlı öldürülmüş, bundan sonra polislər gəldikdə onu da özləri ilə bələdçi kimi aparmış, o həmin silahı da həmin vaxt özü ilə götürmüş, polislər özləri ilə gətirdikləri patronları ona vermiş, o isə həmin patronlardan sadəcə səs salmaq üçün istifadə etmiş, silah ilə heç kimi hədələməmiş və başqa məqsədlər üçün istifadə etməmişdir. Seyfəddin Səfərov əlavə olaraq bildirdi ki, silah gözünü açandan onda olmuşdur. O, silahı şəraitlə əlaqədar olaraq təhvil verməmişdir. Belə ki, onların yaşadığı yer ermənilərin görüş məsafəsində olmuş və özünü qorumaq məqsədi olmuşdur. Patronu olmamış, ehtiyac olacağı təqdirdə polislərdən patron almaq fikrində olmuşdur. Silah babasından ona miras qalmış, babası 1942-ci ildə vəfat etdiyi üçün sənədi olmamışdır. O silah ilə heç kəsi hədələməmiş, ova getməmiş, silah 1942-ci ildən orada qalmışdır. 5 açılan silahın içi paslanmış və istifadəyə yararsız olmuşdur. O, silahı bir-iki dəfə polislərlə birlikdə müharibə vaxtı atmış, özü beş il döyüşlərdə iştirak etmişdir. O, müharibə veteranıdır. Bacısının yoldaşı şəhid olmuş, əmisi isə itkin düşmüşdür. İkinci silah o uşaq olan zaman atası almış, ov silahı olmuş, silahın sənədi olmuş, polislər götürmüş, lakin qaytarmamışlar. Şahid5 məhkəmə iclasında göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, ərinə məxsus silahı ilk dəfə müharibə vaxtı qayınatası yağı düşmənin qarşısına çıxan zaman görmüşdür. Silahı onun əri yadigar olaraq saxlamış, başqa məqsədlər üçün istifadə etməmişdir. Şahid5 əlavə olaraq bildirdi ki, polis əməkdaşları gəlmiş, Seyfəddinə onda silah olmasını bildirmiş, Seyfəddin isə silahları ona təhvil vermişdir. Əvvəllər döyüşlər zamanı onların kəndi sərhədə yaxın olduğundan polislər onlara gələrək qaynatasını bələdçi kimi özləri ilə aparmış, silahı da o zaman özü ilə götürmüşdür. O, 1979-cu ildə həmin evə gəlin gəlmiş, gəldikdən silahı orada görmüşdür. Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildən DİO-da xidmət etməklə, 2022-ci ilin dekabr ayından Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Gədəbəy rayonu, Göyəlli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 16 yanvar 2024-cü il tarixdə icraatına Gədəbəy rayonu, Göyəlli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat aidiyyəti üzrə şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Yeni Saratovka polis bölməsinin polis sahə rəisi polis baş leytenantı, Şahid3 və Yeni Saratovka polis bölməsinin sahə polis nəfəri polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Yeni Saratovka polis bölməsindən Təqsirləndirilən şəxs yaşadığı Gədəbəy rayonu Göyəlli kəndinə getmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək qanunsuz olaraq odlu silah saxlayıb-saxlamadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən ikinci otaqdan bir ədəd, lülə atlığında və çaxmağın yuxarı hissəsində “E-17291” yazısı olan, tək lüləli ov silahını və eyvanın girişi ilə üzbə-üz sağdakı otaqdan bir ədəd tək lüləli silahı gətirərək təqdim etmişdir. Baxış zamanı həmin silahın çaxmaq hissəsində “CT-104” yazısının olması silahın tək lüləli olması taxta qundaqlı, qundağın yaşıl rəngli yapışqanla bərkidilməsi müəyyən edilmişdir. Bundan sonra silah hal şahidlərinin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq 202 nömrəli möhürlənmiş və götürülmüşdür. Şahidlər Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Şahid7 ifadəsində göstərdi ki, Gədəbəy rayon İHB Göyəli kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. Gədəbəy rayonu Göyəlli kənd sakini Təqsirləndirilən şəxs tanıyır həmkəndlisidir, əvvəllər aralarında heç bir narazılqı və ədavət baş verməmişdir. 16 yanvar 2024-cü il tarixdə yaşadığı Gədəbəy rayonu Göyəlli kəndində olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib hal şahidi kimi iştirak etməklərini təklif etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişdirlər. Evin həyətində ona və hal şahidi kimi iştirak edən Şahid8 hüquq və vəzifələri elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək qanunsuz olaraq odlu silah saxlayıb-saxlamadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən ikinci otaqdan bir ədəd silahı və bundan başqa Təqsirləndirilən şəxs eyvanın girişi ilə üzbə-üz sağdakı otaqdan bir ədəd tək lüləli silahı gətirərək təqdim etdi. Baxış zamanı həmin tək lüləli silahın çaxmaq hissəsində “CT-104” yazısının olması silahın taxta qundaqlı, qundağın yaşıl rəngli yapışqanla bərkidilməsini görmüşdürlər. Bundan sonra silahlar onların iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq 202 nömrəli möhürlənərək götürülmüşdür. Şahid8 məhkəmə iclasında Şahid7 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baxış aparılması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerini Gədəbəy rayonu Göyəlli kəndində Təqsirləndirilən şəxs yaşadığı iki mərtəbəli yaşayış evidir. Həyətə giriş 2 taylı boz rəngli qapının açılması ilə mümkündür. Həyətə girdikdən sonra sağda ev sonra isə yardımcı tikili tövlə görünür. Evin sağ kənarından daxil olmaqla daş pilləklə evin eyvanına daxil olunur. Əvvəlcə eyvan sonra isə digər üç otaq yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs eyvana daxil olduqda ikinci otaqda bir ədəd tək lüləli ov silahı və həmin ov silahına aid 16 kalibirli 17 ədəd patron üç ədədi dolu qalanı boş olan patronları təqdim etdi. Baxış zamanı silahın lüləsində, lülə atlığında və çaxmağın yuxarı hissəsində “E-17291” yazısının olması müəyyən edildi. Həmçinin qundağın taxta hissəsi yaşıl rəngli yapışkanla bərkidilmişdir. Silah 16 kalibirli olmaqla 1962-ci il istehsalıdır. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs eyvana girişlə üzbə-üz sağdakı otaqdan bir ədəd digər silahı gətirib təqdim etdi. Baxış zamanı həmin silahın çaxmaq hissəsində “CT-104” yazısının olması silahın tək lüləli olması taxta qundaqlı, qundağın yaşıl rəngli yapışqanla bərkidilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin silahlardan atəş açmadığını və təqdim etdiyi ikinci silahın güllə və patronlarının olmadığını bildirmişdir. Həmin silahlar və patronlar məhkəmə balistik ekspertizasına təqdim olunması üçün 202 nömrəli möhürlə möhürlənərək qablaşdırılaraq götürüldü. - Məhkəmə-balistik ekspertizasının 18 yanvar 2024-cü il tarixli 24\134 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, süngüsündə 3991 nömrəsi olan silah, Rusiya dövlətində, İjevks silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibirli olmaqla, Mosin konstruksiyalı sürgülü karabindir, odlu silah yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Ekspertimental atəş zamanı əldə olunmuş güllə və giliz DİN-in KTİ-də yerləşən güllə-giliz kartorekasında olan acılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. - Gədəbəy rayon İcra hakimiyyəti başçısının Göyəlli kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində nizam-intizamlı olmağı ilə kənd sakinlərinin hörmətini qazanmışdır. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara mümkünlüyü, mənsubiyyəti və mötəbərlyinə görə ayrı ayrıkıqda tədqiq edərək hesab edir ki, ittiham tərəfindən təqdim edilən sübutlarda şübhələr yoxdur, ona görə də məhkəmə ittiham tərəfindən təqdim edilmiş sübutları S.Səfərova qarşı irəli sürülmüş ittihamın əsası olaraq qəbul etmişdir. Təqsirləndirilən şəxs S.Səfərovun etirafedici ifadəsi məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla tam yoxlanılmış və tam təsdiq olunduğundan məhkəmə onun etirafını da ona qarşı elan olunmuş ittihamın əsası kimi qəbul etmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Səfərov Seyfəddin X1 01 (bir) ədəd odlu yivli silahı, yəni, Rusiya dövlətində İjevsk silah zavodunda istehsal edilmiş, atəş açmaq üçün yararlı və texniki cəhətdən saz olan, 7,62 mm kalibrli, “Mosin” konstruksiyalı 3991 nömrəli sürgülü karabini yaşadığı evdə saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə X3 cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs X2 1-ci Qarabağ müharibəsi veteranı olması və yaşayış yeri üzrə müsbət xarakterizə olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə X4ə cəza təyin etmə məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, cəza təyin edərkən şəxsiyyətini səciyyələndirən digər hallarla yanaşı, cəzanı yüngülləşdirən hal olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 islah işləri cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə X2 barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilibdəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə X2 məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, cəza çəkmə müddətinin əvvəli S.Ş.Səfərovun qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 132.1.4-ci maddəsinə əsasən, iş üzrə maddi sübut süngüsündə 3991 nömrəsi olan silah, Rusiya dövlətində, İjevks silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibirli, Mosin konstruksiyalı sürgülü karabin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. X4 cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. X4 barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübut- süngüsündə 3991 nömrəsi olan silah, Rusiya dövlətində, İjevks silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibirli, Mosin konstruksiyalı sürgülü karabin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar