Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-3/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, XX.XX.1946-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, təqaüdçü, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Zamanlı kəndində yаşаyаn, bаrəsində xx xxxx 2020-ci il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tаriхdə sааt 12 rаdələrində Gədəbəy rayonu, Zamanlı kəndində qonşusu Zərərçəkmiş şəxs istifadəsində olan əkin sahəsinin hasarını sökərək onun istifadəsində olan biçənək sahəsinə gedən yola tərəf çəkməsini gördüyünə görə Zərərçəkmiş şəxs və Şahid1 irаd tutаrkən, sonuncular оnа еtirаz еtdiyi üçün şəхsi münаsibətlər zəminində аrаlаrındа yаrаnmış münаqişə zаmаnı Zərərçəkmiş şəxs yaxın qоhumu olan oğlu Şahid1 məhəl qоymаyıb bir-birinə əziz вə dоğmа оlаn qеyd оlunаn şəхsin gözü qarşısında оnа xüsusi əzab вə iztirаb verdiyini əvvəlcədən dərk еdib аrzulаyаrаq xüsusi amansızlıqla Zərərçəkmiş şəxs sağ qolundan tutub yerə yıxıb sürüməklə qəsdən sağ qolunu burub ona sağ saidin şişkinliyi ilə yanaşı, sağ mil sümüyünün tipik yerinin az yerdəyişən sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurduğuna görə Azərbaycan Rerspublikası CM-nin 127.2.2-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, hazırda arvadı Şahid2 ilə birlikdə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. X4, onun övladları Şahid1 və X6 həmkəndliləri olmaqla yanaşı qonşularıdır. Almaz, Səbuhi və Ayazla əvvəllər münasibətləri normal olmuş, onlara qarşı düşmənçiliyi və ya ədavəti olmamışdır. Bir neçə il bundan əvvəl Almaz və ailə üzvləri çöllük sahədə yerləşən biçənəyini biçidiklərinə görə aralarında bir neçə dəfə münaqişələri olmuşdur. Lakin həmin münaqişələrə görə polisə və ya başqa hüquq mühafizə orqanlarını şikayət ərizəsi ilə müraciət etməmişdir. 2019-cu ilin payız aylarında Səbuhi və Ayazın atası Araz evinə gedən 70 illik yola qum töküb bağlamışdır. Yaşadığı evə başqa yol olmadığına görə həmin yolu açmalarını xahiş etsə də, onlar yolu açmamışlar. O, məcbur olub sonradan öz vəsaiti hesabını həmin yolu düzəltdirmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində arvadı Nulifərlə yaşadığı evdə olan zaman Səbuhi və Ayazın biçənək sahəsinə gedən yolun kənarındakı dəmir tordan olan hasarı söküb yola tərəf təzə dəmir torla hasar çəkdiklərini görmüşdür. Ona görə də arvadı Nulifərlə evdən çıxıb oraya getmişlər. O, Ayaz və Səbuhiyə hasarı söküb biçənək sahəsinə gedən yola çıxdıqlarına görə iradını bildirmişdir. Ayaz və Səbuhi ona cavab qaytarmış və nəticədə mübahisə yaratmışlar. Mübahisə zamanı Səbuhi yabanın, Ayaz isə belin sapıyla ayaq və arxa nahiyələrinə vurmuşlar. Həmin vaxt Almaz ona yaxınlaşmış, yaxasından tutub çəkməyə başlamışdır. Almaz yaxasından tutub çəkən zaman hər ikisi həyətin kənarındakı uçurumdan axan çayın içinə yıxılmışlar. O, yerə yıxılan zaman huşunu itirmişdir. Amma çayın suyu bədəninə dəydiyinə görə özünə gəlb ayılmışdır. Çayın suyu gur axdığına görə onu yıxıldığı yerdən 10-15 metr aralıya qədər aparmışdır. Sonra o, çaydan çıxıb arvadı Nulifər ilə evlərinə gəlmişdir. Daha sonra rayon polis şöbəsinə şikayət etmişdir. Həmin mübahisə 3-4 dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı orada səs-küy və nalayiq söyüşlər olmamışdır. Mübahisəni kənardan heç kim görməmişdir. Zərərçəkmişə xəsarət yetirməmiş, onunla barışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. Şahid1 və X6 doğma övladlarıdır. Təqsirləndirilən şəxs həmkəndlisi və qonşusudur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. xx xxxxx 2020-ci il tarixdə oğlu Səbuhi həyətlərinin kənarından keçən çəpəri düzəltməyə getmişdir. Saat 12 radələrində evdə olan zaman Səbuhi onu köməyə çağırmışdır. O, Səbuhi ilə birlidkə çəpəri düzəldən zaman Telman və arvadı Nulifər gəlmiş, onlardan yolu bağlamamağı, çəpəri yuxarı çəkməyi tələb etmişlər. Səbuhi isə buna etiraz etmiş, öz çəpərlərini çəkdiklərini bildirmişdir. Bu vaxt Telman çəpərə basdırdıqları armaturu əli ilə çıxarmaq istəmişdir. X8 armaturu çıxarmasına imkan verməmiş, ona mane olmuşdur. Telman ağac parçası ilə Səbuhinin başından vurmuşdur. O, Telmanın əlindən ağacı almaq istəmiş, lakin Telman onun sağ qolundan tutub yerə yıxmış, yerdə sürümüşdür. Telman onu yerdə sürüyən zaman alt çənəsinə əli ilə xəsarət yetirmiş və sonra sağ qolunu burub qırmışdır. Sonra Telman sağ qolundan tutaraq sürüyüb çaya atmaq istəyəndə ayağı dolaşmış və hər ikisi çayın içinə düşmüşlər. Həmin günü Telman ilə aralarında olan münaqişə 4-5 dəqiqə davam etmiş. Mübahisə zamanı orada səs-küy və nalayiq söyüşlər olmamışdır. Mübahisə zamanı orada Telmanın arvadı Nulifər olmuşdur. Kənardan heç kim mübhahisəni görməmiş oraya toplaşmamışdır. Hazırda təqsirləndirilən şəxs ondan üzr istəməmiş, onlar barışmamışlar. Ona görə də ona qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, o, hazırda ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. Zərərçəkmiş şəxs anas, X6 qardaşıdır. Təqsirləndirilən şəxs həmkəndlisidir. O, qonşuluqdakı evdə yaşayır. Telmana qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb həyətlərinin kənarından keçən çəpəri düzəltmişdir. Sonra çəpər çəkməkdə ona kömək etməsi üçün anası Almazı çağırmışdır. Həmin günü saat 12 radələrində anası ilə birlikdə çəpər çəkən Telman və arvadı Nulifər gəlmişlər. Nulifər anasından çəpəri yuxarı çəkməyi tələb etmişdir. Onlar isə razılaşmamışlar. Həmin vaxt Telman onun çəpərə basdırdığı armaturu əli ilə çıxarmaq istəmişdir. Lakin o, armaturu çıxarmasına imkan verməyib ona mane olmuşdur. Telman ağac parçası ilə onun baş nahiyəsindən bir dəfə vurmuşdur. Almaz Telmanın əlində olan ağacı almaq istəmişdir. Lakin Telman anasının sağ qolundan tutub yerə yıxmış və sürümüşdür. Telman anası Almazı sürüyən zaman alt çənəsinə əli ilə xəsarət yetirmişdir. O, Telmanı sakitləşdirmək istəmişdir. Mübahisə zamanı Telman anasının sağ qolunu burmuş və yaxınlığından keçən çaya atmaq istəyəndə ayağı dolaşmışdır. Telmanın ayağı dolaşdığına görə hər ikisi çaya yıxılmışlar. O, çaya girib anasını çaydan çıxarmışdır. Bundan sonra Telman və Nulifər çıxıb getmişlər. Həmin günü Telman ilə münaqişə 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada səs-küy və nalayiq söyüşlər olmamışdır. Kənar heç kim mübhahisəni görməmiş oraya toplaşmamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o, əri Təqsirləndirilən şəxs ilə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. Zərərçəkmiş şəxs, Şahid1 və X6 həmkəndliləri olmaqla qonuşuluqda yaşayırlar. Onlarla əvvəllər münasibətləri normal olmuş, onlara qarşı əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Almaz və ailə üzvləri onlara məxsus biçənəyə gedən yola qum töküb bağlamışlar. Ona görə də aralarında bir neçə dəfə münaqişələri olsa da heç bir yerə şikayət etməmişlər. Onlara gediş-gəliş üçün yol açmalarını demişlər. Lakin onlar biçənəyə gedən yolu açmamışlar. Əri Telman məcbur qalıb yolu düzəltdirmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində əri Telmanla evdə olan zaman Almazın oğulları Səbuhi və Ayazla həyətlərinin köhnə çəpərini söküb yola tərəf təzə çəpər çəkdilərini görmüşlər. Telmanla birlikdə evdən çıxıb onların yanına getmişlər. Telman onlara yaxınlaşıb niyə görə icazəsiz çəpəri dağıdıb yola tərəf çəkdiklərini soruşmuş və onlara iradını bildirmişdir. Həmin vaxt Səbuhi və Ayazın anası Almaz da Telmanın yanına gəlmişdir. Onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Səbuhi yabanın sapı ilə, Ayaz isə belin sapı ilə əri Telmanın ayaq nahiyələrinə vurmuşlar. X11 yaxasından tutub dartışdırmağa başlamışdır. Almaz Telmanın yaxasından tutub dartdığına görə hər ikisi həyətin yanından axan çayın içinə yıxılmışlar. Həmin günü əri Telmanla Səbuhi, Ayaz və Almaz arasında olan münaqişə 3-4 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada səs-küy olmamış, söyüş söyülməmişdir. Orada kənar şəxslər olmamış, mübahisəni kənardan heç kim görməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Gədəbəy Rayon Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Şöbəsinin xx xxxxx 2020-ci il tarixli 227 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–alt çənənin şişkinliyi, qançırı, sağ saidin şişkinliyi ilə müşayiət olunan sağ mil sümüyünün tipik yerinin az yerdəyişən sınığı, döş qəfəsinin arxa səthinin qançırı, sağ dizin sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ saidin şişkinliyi ilə müşayiət olunan sağ mil sümüyünün tipik yerinin az yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 28 aprel 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Zamanlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyatyanı sahəsindən kənara çıxan kimi hasardan çaya tərəf hissəsində yerləşən təpəli-enişli yerdir. xx xxxxx 2020-ci il tаriхdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin yerdə vurub xəsarət yetirmişdir. İşdə olan Gədəbəy RPŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayonu Zamanlı kəndində Zərərçəkmiş şəxs, Şahid1 və X6 istifadələrində olan torpaq sahəsinə çəpər çəkən zaman həmkəndliləri Təqsirləndirilən şəxs ona məxsus biçənək sahəsinə gedən yola çıxdıqları üçün iradını bildirdikdə aralarında şəxsi münasibətlər zəmnində münaqişə baş vermişdir. Münaqişə zamanı Təqsirləndirilən şəxs taxta parçası ilə Şahid1 baş nahiyəsinə vurduğuna görə sonuncu qardaşı A.Hüseynov və anası Zərərçəkmiş şəxs ilə birlikdə bel və yabanın sapı ilə ilə Təqsirləndirilən şəxs vuraraq ona xəsarət yetirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs sağ qoluna xəsarət yetirmişdir. Hadisə zamanı səs-küy və nalayiq söyüşlər olmamış, kənar şəxslərdən münaqişəni görən şəxslər və şahidlər müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs, Şahid1 və X13 ilə Təqsirləndirilən şəxs arasında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs Şahid1 baş nahiyəsinə vurduğu taxta parçası, Şahid1 və X7 Albabayevə vurub xəsarət yetirdikləri bel və yabanın yerinin müəyyən edilib istintaqa təqdim edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X1 2005-ci ildə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Mormor Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikasl İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin İTB-ə göndərilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.2-ci maddəsinə əsasən isə eyni əməllər xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmişi vurmadığını, ona hər hansı bir xəsarət yetirmədiyini, bununla belə, zərərçəkmişlə birlikdə çaya yıxıldığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs xəsarətin ona məhz təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. İş üzrə Şahid1 da zərərçəkmişin sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuş xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən də görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş çaya yıxılmışlar. Məhkəmə iş üzrə zərərçəkmişin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edərək, tərəflər arasında yaranmış münaqişənin xarakterini və davamlılığını, hadisə nəticəsində tərəflərin qarşılıqlı olaraq xəsarətlər almasını nəzərə alaraq və öz daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tаriхdə sааt 12 rаdələrində Gədəbəy rayonu, Zamanlı kəndində qonşusu Zərərçəkmiş şəxs istifadəsində olan əkin sahəsinin hasarını sökərək onun istifadəsində olan biçənək sahəsinə gedən yola tərəf çəkməsini gördüyünə görə Zərərçəkmiş şəxs və Şahid1 irаd tutаrkən, sonuncular оnа еtirаz еtdiyi üçün şəхsi münаsibətlər zəminində аrаlаrındа yаrаnmış münаqişə zаmаnı Zərərçəkmiş şəxs sağ qolundan tutub yerə yıxıb sürüməklə qəsdən sağ qolunu burub ona sağ saidin şişkinliyi ilə yanaşı, sağ mil sümüyünün tipik yerinin az yerdəyişən sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirlən şəxsin əməlində onun törətdiyi əməlin xüsusi amansızlıq kimi tövsüf edilməsi üçün zəruri olan halların məcmusu yoxdur. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, əməlin xüsusi amansızlıqla törədəilməsinin tövsüf edilməsi üçün təqsirləndirilənin bu əməli hər hansı başqa amansızlıq deyil, məhz xüsusi amansızlıq, yəni, müstəsna rəhmsizlik və qəddarlıqla törətməsi sübut edilməlidir. Lakin tərəflər arasında dava qısa zaman kəsiyi ərzində davam etmiş, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xəsarət yetirmək niyyəti və qəsdi müəyyən edilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən 127.1-ci maddəsinə tövsüf edilməli və təqsirləndirlən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.1; 59.1.4. və 59.2-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ahıl yaşını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, ahıl yaşda olması, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-3/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-3/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver