Məhkəmə qərarları › İş №1(042)-3/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-3/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-3/2022 28.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X7 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs6 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Şəmkir rayon məhkəməsində baxılan cinayət işi ilə bağlı onun xeyrinə hökm çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs6 aldadıb 2014-cü ilin iyun ayının sonundan avqust ayının sonunadək olan müddət ərzində Şəmkir şəhərində hissə-hissə ümumilikdə 6350 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir şəhərində yaşayan Zərərçəkmiş şəxs2 X8nu əvvəllər işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir regional Mühafizə İdarəsinə işə bərpa etdirəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs2 aldadıb 2018-ci ilin may ayında Şəmkir şəhərində ümumilikdə 2000 (iki min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs4 mülki işlə bağlı Ali Məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək Zərərçəkmiş şəxs4 aldadıb 2019-cu ilin aprel ayındar 2020-ci ilin fevral ayının sonlarınadək olan müddət ərzində Şəmkir, Bakı və Gəncə şəhərlərində hissə-hissə ümumilikdə 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs1 oğlu X15 Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə işə düzəldəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs1 aldadıb 2020-ci ilin mart ayı ərzində Bakı, Gəncə və Şəmkir şəhərlərində hissə-hissə ümumilikdə 9002 (doqquz min iki) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Gəncə şəhəri Kəpəz rayonunda yaşayan Zərərçəkmiş şəxs3 oğlu Şahid4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini Şəmkir rayon X18 Şöbəsinə işə düzəldəcəyi yalandan vəd edərək Zərərçəkmiş şəxs3 aldadıb 2019-cu ilin sentyabr ayından 2020-ci ilin iyun ayının sonlarınadək olan müddət ərzində Bakı və Şəmkir şəhərlərində hissə-hissə ümumilikdə 2710 (iki min yeddi yüz on) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Eləcə də, o təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs5 Ələddi qızının oğlu Nicat Şirinovun verilməsi dayandırılmış əllik təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək Zərərçəkmiş şəxs5 aldadıb 2021-ci ilin aprel ayının sonlarında Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evində 1000 (min bir) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, törətdiyi əməllərinə görə peşmandır. Özündən aşlı olmayan səbəblərdən belə bir vəziyyətə düşmüşdür. Belə ki, o, Zərərçəkmiş şəxs2 tanıyır. O, 2018ci ilin may ayında X19 əvvəllər çalışdığı, sonra işdən azad olunduğu Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Şəmkir rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəsifəsinə bərpa olunmasında köməklik etməyini xahiş etmişdir. Ona yalandan Bakı şəhərində yaşayan X16 adında tanıdığı bir nəfər şəxsin bu işdə köməklik göstərəcəyini demişdir. O, Sümana İnqilabın bunun üçün 1000 manat məbləğində pul istədiyini demiş, həmin pulu X28 şəhəri Nizami Gəncəsi küçəsində yerləşən hüquqi xidmətləri ofisində ona vermişdir. O, Şahid5 həmin pulu İnqilab Əsgərova Bakı şəhərində verdiyini demişdir. Təxminən bir neçə ay sonra Sona ilə əlaqə saxlamış, İnqilabın ona zəng edərək əlavə 500 manat məbləğində pul lazım olduğunu ona dediyini bildirmişdir. O, bu barədə Sümana da demiş, Süman onunla razılaşmışdır. Ü.Həcibəyov küçəsi ev 45 ünvanında yerləşən evinin qarşısında Süman və arvadı Sona ona əlavə olaraq 500 manat məbləğində pul vermişlər. O, həmin pulu da Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında İnqilab Əsgərova verdiyini onlara demişdir. Bir müddət keçdikdən sonra işi həll edə bilmədiyi üçün onlar pulu geri tələb etməyə başlamışlar. 30 dekabr 2020-ci il tarixdə Süman Məmmədov arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə onun yaşadığı evə gəlmiş və onunla münaqişə edərək pullarını geri tələb etmişlər. Hazırda Zərərçəkmiş şəxs2 olan borcunu tam qaytarmışdır. Bu barədə zərər çəkmiş şəxs notarial qaydada ərizə vermişdir. Bundan başqa, o göstərdi ki, təxminən 2020-ci ilin mart ayında Sərdar adlı tanışı onunla əlaqə saxlayıb Samir adlı şəxs olduğunu, Zərərçəkmiş şəxs1 işə düzəlmək istədiyini bildirmiş, ona problem olmadığını, kömək edəcəyini demişdir. O, Samirə ilkin olaraq 8000 manata həmin işi həll edəcəyini demiş, onunla razılaşdıqdan sonra həmin axşam Şəmkir rayonu, Kür qəsəbəsində Rizvan, Sərdar, Samir və tanımadığı bir nəfər şəxslə görüşmüşlər. Söhbət edən zaman Samiri Gəncə şəhərində Beynəlxalq hava Limanına işə düzəltmək barədə razılaşmışlar. Həmin vaxt ona işi 8000 manata həll etmək haqqında razılaşmış, Rizvan pulun bir qismini, yəni 4000 manat olan hissəsini sabahsı gün verəcəyini, qalan hissəsini isə daha sonra verəcəyini demişdir. O, Rizvanla razılaşmışdır. Sabahsı gün Rizvan onunla əlaqə saxlayıb kredit götürdüyünü, Gəncə şəhərində "xxxx"da olduğunu demiş, ondan həmin yerə gəlməsini xahiş etmişdir. O, Gəncə şəhəri “Expressbank”ın yanına getmiş, orada Rizvan və onun arvadı Roza ilə görüşmüşdür. Onlar bankdan 3050 manat kredit götürmüşlər. Həmin pulun üzərinə 950 manat pul əlavə edib Rizvan arvadı Rozanın iştirakı ilə ona 4000 manat pul vermişdir. Bundan sonra həmin yerdən Sərdarla birlikdə ayrılıb Gəncə Apellyasiya məhkəməsinin yanma getmişlər. Sərdar ondan həmin iş barədə soruşduqda tezliklə işin həll olacağını demiş, həmin yerə getdikdən sonra orada Sərdara işi olduğunu başqa yerə getməli olduğunu deyərək onunla sağollaşıb həmin yerdən uzaqlaşmışdır. O, Rizvangilə Samirin 10 mart 2020-ci il tarixədək işə çıxacağını demiş, dəfələrlə Rizvangillə danışan zaman tezliklə işin həll olacağını bildirmişdir. O, Samiri hava limanına işə düzəltmək üçün çalışsa da, ayrı-ayrı yerlərə müraciət etsə də, bunu bacara bilməmiş, 2020-ci ilin yay aylarında Rizvanla təkrar əlaqə saxlayan zaman ona işin alınmadığını, lakin Samiri başqa yerə işə düzəldə biləcəyini demiş, ona həmin işdə Samirin iki aklad üzrə vəzifə maaşı alacağını demişdir. Bunun müqabilində onların əlavə olaraq 4000 manat verməli olduqlarını demişdir. O, onlardan hissə-hissə bank vasitəsilə və onların evinə gedərək əlavə olaraq müxtəlif vaxtlarda 4000 manat pul almış, lakin Samiri işə düzəldə bilməmişdir. O, bir neçə dəfə Samiri özü ilə birlikdə Bakı şəhərinə həkim yoxlanışına aparmış, ona qalan işləri özünün həll edəcəyini demiş, Bakı şəhərinə onunla birlikdə Beynəlxalq hava limanına getmişlər. Təxminən 2020-ci ilin avqust axında Rizvan onları aldatdığını başa düşdüyü üçün pullarını geri tələb etməyə başlamışdır. Hazırda Zərərçəkmiş şəxs1 olan borcunu tam qaytarmışdır. Bu barədə zərər çəkmiş şəxs notarial qaydada ərizə vermişdir. Bundan başqa, 2019-cu ilin oktyabr ayında Sərdar onunla telefonla danışan zaman Elxan adlı tanışı olduğunu, Elxanın oğlu Rövşəni işə düzəltmək lazım olduğunu demişdir. O, Sərdara özü onlarla danışdığını, lazım olan sənədlərin surətlərini aldığını, həmin işin həlli üçün 2500 manata razılaşdığını demişdir. O, problem olmadığını demiş, 2019-cu ilin sentyabr ayında həmin şəxslərlə Şəmkir şəhərində Nizami küçəsində yerləşən ofisdə görüşmüşdür. Elxan dostu Bəxtiyar və Sərdarla birlikdə ora gəlmişdir. Sərdar Elxana onun Fövqəladə Hallar Nazirliyinin işçisi olduğumu demiş, Elxan Sərdarın yanında ona paket çıxarıb vermiş, Sərdar ondan paketdəki pulu saymağını istəmişdir. Həmin vaxt pulu saymağa ehtiyac olmadığını demiş, lakin Sərdar israr etdikdə onların yanında pulu saymış, 2300 manat pul olmuşdur. O, həmin pulu götürmüş, bu barədə Elxana qəbz yazıb vermişdir. O, Elxana əlavə olaraq idman komissiyası üçün 300 manat pul lazım olduğunu demiş, Elxandan əlavə 300 manatda almışdır. Elxan yanındakı şəxslə birlikdə getmiş, Sərdarda onlar getdikdən sonra çıxıb getmiş, Sərdara Elxandan aldığı puldan hər hansı məbləğdə pul verməmişdir. Təxminən 2-3 ay keçdikdən sonra Elxanla təkrar əlaqə saxlayıb ona oğlunun işinin həll olunduğunu, əlavə olaraq forma verilməsi üçün 110 manat pul verməli olduğunu demiş, Rövşənlə əlaqə saxlamış, Rövşən onun dediyi karta əlavə olaraq 110 manat məbləğində pul göndərmişdir. Lakin həmin şəxsə hər hansı köməklik etməmişdir. Həmin şəxsi aldadaraq ona məxsus 2710 manat məbləğində pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 da pulunu tam qaytarmışdır. Bundan başqa Şəmkir rayonu, Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs4 2019-cu ilin aprel ayında arvadı İradə ilə birlikdə Şəmkir şəhərində Nizami küçəsində ona məxsus ofisə gəlmiş, onlar oğlunun məhkəmədə olan işinin həll edilməsində ona kömək etməyi xahiş etmişlər. O, sənədlərə baxan zaman həmin işi həll edə biləcəyini, həmin sənədləri Bakı şəhərinə aparıb hakimlə məsləhət etməli olduğumu demiş, həmin vaxt onlardan 100 manat pul istəmiş, sənədləri götürüb Bakı şəhərinə getmişdir. Əzizə həmin işi Əhməd Əhmədov vasitəsilə həll edəcəyini demiş, Bakı şəhərinə getdikdən sonra məhkəmədə məsləhət etdikdə həmin işi həll etməyin mümkün olmadığını demişlər. Əzizlə əlaqə saxlayıb işlərini həll etmək üçün əlavə 500 manat pul göndərməli olduğunu demiş, Əziz onun adına poçt vasitəsilə 13 aprel 2020-ci il tarixdə 500 manat pul göndərmiş, həmin pulu Bakı şəhərində 28 may metrostsansiyasının yaxınlığında poçtdan çıxarmış, daha sonra isə 16 aprel 2020-ci il tarixdə isə yenə eyni vədlərlə həmin şəxsdən əlavə 200 manat göndərməsini istəmişdir. O, həmin pulu da eyni ünvandan çıxarmışdır. Təxminən 6-7 ay keçdikdən sonra həmin işin həll olduğunu demiş, Əzizlə əlaqə saxlayıb ona əlavə olaraq rüsum olaraq 1000 manat məbləğində pul verilməli olduğunu demişdir. O, 21 fevral 2020ci il tarixdə Gəncə şəhərində Heydər Əliyev adını parkın yaxınlığında Əziz və arvadı İradə ilə görüşüb ondan 1000 manat pulu dövlət rüsumu adı ilə almışdır. Əziz onu aldatdığını başa düşdüyü üçün pulunu geri tələb etməyə başlamışdır. Həmin pulu hissə hissə tam qaytarmışdır. Bundan başqa, Şəmkir rayon sakini X17 təxminən 2014-cü il tarixdən tanıyır. 2014cü il tarixdə Alıyev X20 rayon Məhkəməsində ona yaxınlaşaraq köməklik etməyi istəmişdir. Onunla danışmış, Faiq Şəmkir rayon məhkəməsində onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə işinə baxıldığını demiş, həmin işdə ona köməklik etməsini istəmişdir. O, Faiqlə razılaşaraq köməklik edəcəyini demiş, tarixini dəqiq xatırlamasa da X9 onun məhkəmədə olan işini həll etmək adı ilə 2014-cü ilin iyun ayından 2014-cü ilin avqust ayının sonlarınadək olan vaxt ərzində Şəmkir rayon Məhkəməsində və öz yaşadığı evdə ümumilikdə 4000 manat pul almışdır. Onun da pulunu tam olaraq qaytarmışdır. Bundan başqa Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs5 tanıyır. O, Faqəti təxminən 2021-ci ilin fevral-mart aylarında Şəmkir rayonu, Təzəkənd kəndinə Faiqin bacısı Gülnazla görüşmək üçün gedən zaman tanımışdır. Faqətin oğlu Nicatın xəstə olduğunu və təqaüdünün kəsildiyini bilmiş, ona kömək edə biləcəyini, oğlu Nicatın penisyasını bərpa etdirə biləcəyini demişdir. Faqətə bunun qarşılığında 1000 manat pul verməli olduğunu demişdir. 2021 -ci ilin aprel ayının sonlarında Şəmkir rayonu Təzəkənd kəndində yerləşən Zərərçəkmiş şəxs5 yaşadığı evdə ondan 1000 manat məbləğində pul almış, ona köməklik etmək məqsədilə bir neçə yerə məktublar yazmışdır. Aldığı pulu tam geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun oğlu Samir 2020-ci ilin yanvar-mart aylarında heç bir yerdə işləməmiş, onlar həmin vaxt Samiri işə düzəltmək istəmişlər, lakin iş yeri tapa bilməmişlər. Həmin vaxt oğlunun tanıdığı Sərdar adlı şəxslə tanış olmuşlar. Sərdar adlı şəxs Samirə onu işə düzəldə biləcəklərini demişdir. Onlar bununla əlaqədar olaraq Sərdarla telefon vasitəsilə danışmışlar. Sərdar telefonda tanışı olduğunu, həmin işi tanışının həll edəcəyini demiş, onlara həmin tanışı ilə görüşə biləcəklərini bildirmişdir. Onlar Sərdarın vasitəsilə 2020-ci ilin fevral ayının sonlarında Şəmkir rayonu, Kür qəsəbəsində abidənin qarşısında Şəhrizadla görüşmüşlər. Sərdar Şəhrəzadın Bakıda “AZAL" şirkətinin nümayəndəsi kimi işlədiyini və həmin şəxsin işləri həll edə biləcəyini demişdir. Onlar həmin yerdə Şəhrizadla söhbət edən zaman Şəhrizad onlara oğlu Samiri "xxxx" Şirkətinin Gəncə şəhəri üzrə filialına nəzarətçi kimi işə düzəldəcəyini bildirmişdir. O, bunun müqabilində 5000 manat pul verməli olduğunu demiş, Şəhrizad həmin pulun 4000 min manatının işin düzəlməsi üçün Bakıya aparıb lazımı adamlara verəcəyini demiş, 1000 manat pulun isə onların özlərinə çatacağını bildirmişdir. Şəhrizad ona məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini əlaqə saxlamaq üçün yazıb ona vermişdir. Sabahısı gün saat 10-11 radələrində Şəhrizad onun yaşadığı evə gəlmiş, onlara işə qəbul etdirmək üçün lazım olan sənədlərin siyahısını yazıb vermişdir. Həmin sənədləri topladıqdan sonra onunla əlaqə saxlamağını bildirmişdir. Bütün sənədləri topladıqdan sonra Şəhrizadın dediyi pulu təşkil etməyə çalışmışlar. Onların maddi vəziyyətləri yaxşı olmadığı üçün pulu bankdan götürmək qərarına gəlmişlər. Sənədləri toplayan müddətdə Şəhrizad dəfələrlə onların yaşadığı ünvana gəlib işin nə yerdə olması ilə maraqlanmış, pulu hazır edib etmədiklərini soruşmuşdur. Onlar Gəncə şəhəri "xxxx" ASC-yə gedib kredit götürmək istəmişlər. Şəhrizad onların Gəncə şəhərinə gedib kredit götürmək istədikləri bankın yerini bilmiş, 06 mart 2020-ci il tarixdə Gəncə şəhərinə İcra Hakimiyyətinin yaxınlığında yerləşən “Expressbank”ın filialına getmişlər. 06 mart 2020-ci ildə arvadı Rozanın adına qızılları girov qoyub 3050 manat pul götürmüşlər. Kredit götürən zaman Şəhrizad və Sərdar da onların yanında olmuşlar. 950 manat pulu həmin 3050 manat pulun üzərinə qoyub ümumilikdə 4000 manat pulu Şəhrizada vermişlər. X23 birlikdə apeliyasiya məhkəməsində işləri olduğunu deyib çıxıb getmişlər. Sabahısı gün Şəhrizad ona zəng edib həmin iş yerinin artıq dolu olduğunu, onlara başqa iş düzəldə biləcəyini demiş, həmin işdə Samirin iki vəzifəni icra edəcəyini və hər iki vəzifəyə görə maaş alacağını, ümumilikdə 1100-1200 manat maaş alacağını demişdir. O, vədlər verərək yenə onu aldatmış, ikinci işə görə əlavə olaraq 5000 manat pul verməli olduqlarını demişdir. Onunla razılaşmışlar. İki-üç gün keçdikdən sonra Şəhrizad ona yeniden zəng edib Samirin Bakı şəhərinə gedib komisiyadan keçməli olduğunu, 500 manat əlavə pula ehtiyac olduğunu demişdir. Samirin komissiyadan keçməsi adı ilə 2020-ci ilin mart ayının birinci on günlüyündə 500 manat pulu Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evlərindən götürmüş, Samirlə birlikdə Bakı şəhərinə getmişdir. Samir geri qayıtdıqdan sonra Bakı, şəhərində Biləcəri adlanan ərazidə tanımadığı poliklinikada müayinədən keçdiyini demiş, Bakı şəhərindən qayıtdıqları günün sabahsı Şəhrizad təkrar əlaqə saxlamış, siğortaya görə əlavə olaraq 282 manat pul göndərməli olduqlarını demişdir. Onlar terminal vasitəsilə onun şəklini atdığı kart nömrəsinə 282 manat pul göndərmişlər. Bir gün keçdikdən sonra Şəhrizad əvvəlcədən zəng edib sənədləri iş yerinə vermək üçün əlavə olaraq 1000 manat pul verməli olduqlarını demiş, həmin gün Şəhrizad onların yaşadıqları evə gəlib ondan əlavə olaraq 1000 manat pul götürmüşdür. Şəhrizad onlara işi həll etmək üçün Bakı şəhərinə gedəcəyini demiş, Şəhrizad onlarla əlaqə saxlayıb pulun qalan hissəsini çatdırmaq lazım olduğunu demiş, onlara bankamat kartına pulları göndərmələrini bildirib pulun qalan hissəsini göndərsələr işi həll edib başa çatdıracağını, Samirin ayın sonunadək işə çıxacağını demişdir. Bundan sonra arvadı Roza və oğlu Samir bir günün içində 1000 manat bir dəfə və 1000 manat bir dəfə Şəhrizadın göndərdiyi karta pul göndərmişlər. Bir-iki gün sonra əlaqə saxlayaraq 500 manat əlavə göndərmək lazım olduğunu, həmin Turqut adlı şəxsə verməli olduğunu demişdir. Samir 500 manat pulu da Şəhrizadın dediyi karta göndərmiş, bundan iki üç gün keçdikdən sonra 2020-ci ilin mart ayında təkrar 720 manat pul verməli olduqlarını demişdir. O, yaşadığı evə gələrək əlavə olaraq əmrin verilməsi üçün 720 manat pul Şəhrizada vermişdir. O, Samiridə götürüb özü ilə Bakı şəhərinə aparmış, O, Samirin əmrinin veriləcəyini demiş, Samir Bakı şəhərindən qayıtdıqdan sonra "AZAL' şirkətinə getmişlər. Lakin müdriyyətin orada olmadığını, bu səbəbdən əmrin verilmədiyini demiş, bundan sonra qarantin rejimi tətbiq edilmişdir. Onlar iki-üç ay ərzində ondan işin nə vaxt düzələcəyini soruşduqda tezliklə düzələcəyini deyərək onları aldatmağa başlamışdır. Şəhrizadla Bakı şəhərində görüşmüş, ona işi düzəldən adamla onu tanış etməsini bildirmiş, həmin yerə bir yaşlı adam gəlmiş, Şəhrizad həmin işi İnqilab adlı həmin adamın düzəldəcəyini demişdir. Həmin adamda bir on gün gözləmək lazım olduğunu demiş, həmin vaxt onlara inanmamışdır. O, növbəti dəfə Şəhrizadla əlaqə saxladıqda Bakı şəhərində olduğunu demiş, Şəhrizada Bakı şəhərinə gələcəklərini demişdir. Şəhrizad İnqilabın Bakıda olmadığını, İnqilabın Naxçıvanda olduğunu 10-15 günə gələcəyini demiş, artıq tam olaraq onu aldatdıqlarını başa düşdüyü üçün ondan pulu geri qaytarmasını tələb etmişdir. Ona vurulmuş zərər tam öşdənilmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X2 2017-ci il tarixdən tanıyır, Həmin vaxt Şəhrizad əri Sümanın məhkəmədə olan mülki işində köməklik göstərərək yaşayış hüququ verilməsini təmin etmişdir. X8 əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir rayonlararası Mühafizə şöbəsində polis nəfəri kimi xidmət etmişdir. 11 il 5 ay xidmət etdikdən sonra iş yerində ixtisarlar olduğu üçün tutduğu vəzifədən azad edilmişdir. X34 tutduğu vəzifəyə bərpa etdirmək istəmiş, əri Sümanla Şəhrizad söhbət edən zaman Şəhrizad Sümanın işdən azad edildiyini bilmişdir. Şəhrizad onunla telefon vasitəsilə əlaqə saxlayıb Sümanı işə bərpa etdirə biləcəyini demişdir. Onlar telefonla danışan zaman Şəhrizad həmin işi həll etmək üçün 2000 manat pul verməli olduğunu demiş, onunla razılaşdıqdan sonra həmin günü pulu çatdırmalı olduqlarını demişdir. Onlar həmin gün ərzində 2000 manat pulu təşkil etmişlər. Şəhrizadın dediyi 2000 manat pulu hazır etdikdən sonra 2018-ci ilin may ayının əvvəlində əri Sümanla birlikdə Şəhirzadın yaşadığı Şəmkir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 45 ünvanında yerləşən evə getmişlər və əri Sümanın iştirakı ilə 2000 manat məbləğində pulu, işə bərpa olunmaq üçün lazım olan hərbi bilet, əmək kitabçası, diplomu Şıhrizada vermişlər. Bir müddət keçdikdən sonra Şəhrizaddan işin necə olması ilə maraqlandıqda hər dəfə müxtəlif bəhanələr gətirərək işin tezliklə həll olunacağını demişdir. Zərər çəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş əriza verərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayının sonlarında oğlu Şahid4 ona qardaşı oğlu Xəyyamın onların qonşularında Sərdar adlı şəxs olduğunu həmin şəxsin tanışı olduğunu onun vasitəsilə Fövqəladə Hallar Nazirliyində iş təşkil edə biləcəyini demişdir. Sərdarla danışmış, söhbət zamanı Sərdar onlara həmin işi həll edə biləcəyini. Fövqəladə Hallar Nazirliyinin Kür qəsəbəsi ərazisində yerləşən bölməsində dörd vəzifə ştatının vakant olduğunu demişdir. Həmin yerə tanışının vasitəsilə Rövşəni işə düzəldə biləcəyini demiş, həmin vaxt həmin işi nazirlikdən gələn adamın vasitəsilə həll edəcəyini demişdir. Sərdar həmin vaxt işin həll edilməsi üçün 2500 manat pul verməli olduğunu demişdir. Ondan nə əcəb, həmin işin belə ucuz həll olduğunu soruşduqda Bakıdan gələn şəxsin nazirliyin öz əməkdaşı olduğunu, birinci əl şəxs olduğunu, bu səbəbdən də işin ucuz həll olunduğunu demişdir. Sərdar bundan sonra qardaşıgilin evində həmin işə düzəlmək üçün lazım olan sənədlərin siyahısını yazıb ona vermişdir. Həmin sənədləri hazır etməyini istəmiş, işə qəbul olunmaq üçün müraciət edilməsi haqqında ərizə, şəxsiyyət vəsiqəsinin kserosurəti, hərbi biletin kserosurəti və 3x4 ölçüdə fotoşəkillər və s., hazır etmələrini demişdir. Sərdar həmin sənədləri onlardan aldıqdan sonra sənədləri pulla birlikdə nazirlikdən gələn əməkdaşa verəcəklərini demişdir. Sərdar ona məxsus dəqiq xatırlamadığı ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrdən birini vermiş, həmin telefon nömrələri ilə onunla əlaqə saxlamışdır. Təxminən iki-üç gün keçdikdən sonra “Bank of Baku”dan 2500 manat kredit götürmüşlər. Onlar həmin günü axşam saat 17 radələrində dostu Şahid3la birlikdə Şəmkir şəhərinə gəlmiş, Şəmkir şəhərində Təhsil şöbəsinin yaxınlığında Sərdarla görüşmüşlər. Sərdarın yanında pulu saymış, onun üzərində 2500 manat pul olmuş, Sərdar telefon vasitəsilə əlaqə saxlayıb telefonda olan şəxsdən gəlib-gəlmədiklərini soruşmuşdur. Onlar həmin vaxt oturub çay içmiş, təxminən beş-on dəqiqə keçdikdən sonra Sərdar təkrar kiməsə zəng edib gəlibgəlmədiklərini soruşmuş, həmin şəxs gəldiklərini dedikdən sonra Sərdar ona getmək lazım olduğunu demişdir. Onlar Sərdarla birlikdə təxminən 15-20 metr yuxarı istiqamətdə getmişlər. Həmin yerdə balaca bir otaq olmuş, Sərdar həmin yerin onların ofisi olduğunu demişdir. Sərdar onlardan bir qədər qabaq hərəkət edib həmin yerə daxil olmuş, həmin yerdə Sərdar və yanında isə bir nəfər qadın olmuşdur. Sərdar həmin qadını onlara təqdim edib həmin qadının nazirliyin işçisi olduğunu, pulun hamısını ona verməli olduqlarını demişdir. Həmin qadın özünü təqdim edib nazirliyin işçisi olduğunu demiş, işin necə həll olunacağını soruşduqda Şəhrizad iki-üç ay ərzində tam işin həll olunacağını, dekabr ayının sonunadək Rövşənin artıq işə çıxacağını demişdir. O. Bəxtiyarın və Sərdarın yanında 2300 manat məbləğində olan pulu sayıb Şəhrizada vermiş, Şəhrizad həmin vaxt kağız parçasına oğlu Rövşəni işə düzəltmək məqsədilə ondan 2300 manat pul alması haqqında qeydiyyat aparıb həmin kağız parçasını ona vermişdir. Həmin vaxt Şəhrizad və Sərdar ona Rövşənin idman və tibbi müayinədən keçməli olduğunu, bunun üçün əlavə olaraq 300 manat pul verməli olduqlarını demişlər. Şəhrizad əgər pulu verməsə, Rövşəni get-gələ salacaqlarını, işin uzanacağını demiş, onlara Rövşənin idmançı olduğunu özünün komissiyadan keçə biləcəyini dedikdə onunla razılaşmamışlar. Onun üzərində pul olduğu üçün əlavə olaraq Şəhrizada 300 manat pul vermiş, onunla sağollaşıb həmin yerdən uzaqlaşmışlar. 2020-ci ilin yay aylarınadək olan vaxt ərzində hər dəfə işi həll edəcəyini bildirsə də, həmin vaxtadək heç bir iş həll etməmişdir. 2020-ci ilin may-iyun aylarında Şəhrizad təkrar oğlu Rövşənlə əlaqə saxlayıb əlavə olaraq forma verilməsi üçün 110 manat pul göndərmək lazım olduğunu demiş. Rövşən işdə olduğu üçün onunla əlaqə saxlayaraq Şəhrizadın dediklərini deyib əlavə pul lazım olduğunu demişdir. O, bundan sonra Şəhrizadın dediyi adını, soyadını və ata adını xatırlamadığı adamın adına 110 manat pul göndərmişdir. Xeyli müəddət keçməsinə baxmayaraq, Şəhrizad onların işini həll edə bilməmiş, bir neçə yerdə Şəhrizadın barəsində maraqlandıqda Şəmkir rayonunda yaşayan tanışları onun dələduzluqla məşğul olduğunu demişlər. Şəhrizad onu oğlu Rövşəni işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 2710 manat pulunu ələ keçirmişdir. Zərər çəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs evində kirayə yaşadığı X3 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs Gülnazgilin evinə qonaq gəlmiş, onunla söhbət edən zaman təsadüfən onun oğlu Nicatı görmüşdür. Onun oğlu Nicat əqli qüsurludur və 16 yaşına çatmamışdır. O, Şəhrizadla söhbət edən zaman Şəhrizad ondan Nicatın pensiya alıbalmadığını soruşmuş, ona Nicatın əvvəllər pensiya aldığı, lakin 2019-ci il tarixdən sonra pensiyasının kəsildiyini demişdir. Şəhrizad ona tanış adamı olduğunu və Nicatın pensiyasını bərpa etdirməyin mümkün olduğunu demişdir. Təqsirləndirilən şəxs bunun üçün ondan 1000 manat məbləğində pul istəmişdir. O, Şəhrizadla razılaşdığı üçün həmin vaxt söhbət etdikdə yanında olan Gülnazın yanında Şəhrizada 1000 manat pul vermiş, Şəhrizad bundan sonra çıxıb getmişdir. Şəhrizad bundan sonra öz vədinə əməl etməmiş, onun barəsində maraqlandıqda onun dələduzluqla məşğul olduğunu öyrəndiyi üçün polisə müraciət etmişdir. Şəhrizad onu aldadaraq ona məxsus 1000 manat məbləğində pulu 2020-ci ilin aprel ayının sonlarında onun kirayədə yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən Gülnaza məxsus evdə ələ keçirmişdir. Zərər çəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş əriza verərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təsadüfən tanımış, onun oğlu X25 2017-ci il tarixdə arvadı X12 ilə Şəmkir rayon Məhkəməsinin qərarı ilə boşanmışdır. Onların gəlinləri ilə aralarında qızıllara münasibətdə mülki iddia yaranmış, bununla əlaqədar olaraq Şəmkir rayon Məhkəməsinə müraciət etmişlər. Onlar yerli məhkəmədə iddianı uduzmuşlar. Məhkəmə onların əleyhinə qərar çıxarmış, bundan sonra apellyasiya məhkəməsinə müraciət etmişlər. Lakin həmin məhkəmədən də onların əleyhinə qərar çıxarılmış, bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etsələr də iddiaları təmin edilməmişdir. Onların əleyhinə qərarlar çıxarılmış, onlar bundan sonra nə etmək lazım olduğunu bilməmişlər. O arvadı Şahid7 ilə 2019-cu ilinin aprel ayında İradənin işlədiyi Şəmkir rayon Təhsil şöbəsinin inzibati binasından çıxaraq piyada hərəkət etmişlər. Həmin vaxt təhsil şöbəsinin yaxınlığında yerləşən yerdə ofisin qarşısında hüquq məsləhətxanası yazısı yazıldığı yer olduğunu görmüşlər. Birlikdə həmin yerə daxil olmuş, həmin yerdə ilk dəfə Şəhrizadla tanış olmuşlar. Onlar əllərində olan qətnaməni Şəhrizada göstərmişlər, Şəhrizad elə məhz həmin işlə məşğul olduğunu demişdir. Şəhrizad Ali məhkəmədə Əhməd Əhmədov adlı tanışı olduğunu demiş, həmin şəxsin vasitəsilə işlərini həll edəcəyini demiş və onlar inanmışlar. Şəhrizad sənədləri Bakı şəhərinə aparıb göstərmək üçün 100 manat pul verməli olduqlarını demiş, onunla razılaşmışlar. O, sənədlərin hamısını və 100 manat pulu arvadı İradənin yanında Şəhrizada vermişdir. Şəhrizad bir neçə gün sonra onunla mobil telefonla əlaqə saxlayaraq işin həll olunması üçün pul lazım olduğunu demişdir. O, Şəhrizada inandığı üçün razılaşmış, Şəhrizad ona həmin pulu ayrı-ayrı adamlara onların işlərini həll etmək üçün verəcəyini demişdir. İlk dəfə 13 aprel 2020-ci il tarixdə 500 manat poçt vasitəsilə Təqsirləndirilən şəxs adına göndərmiş, təxminən iki gün sonra 16 aprel 2019-cu il tarixdə Şəhrizad təkrar onunla əlaqə saxlayıb göndərdiyi pulun azlıq etdiyini və əlavə olaraq 200 manat pul göndərməli olduğunu demişdir. O, 16 aprel 2019-cu il tarixdə eyni məqsədlə poçt vasitəsilə Təqsirləndirilən şəxs adına 200 manat pul göndərmişdir. 23 aprel 2019-cu il tarixdə Şəhrizad onunla telefonla əlaqə saxlayıb 24 aprel 2019-cu il tarixdə Ali Məhkəmədə onların işinə baxılacağını demiş və 24 aprel 2019-cu il tarixdə Bakı şəhərində Şəhrizadla Ali Məhkəmədə görüşmüşdür. Şəhrizad ona qarşı tərəfin gəlmədiyi üçün məhkəmə prosesinin təxirə salındığını demiş, həmin yerdə olan məhkəmə işçilərinə hörmət etmək lazım olduğunu deyib 150 manat pul istəmiş, ona 150 manat pul vermişdir. Sonra Şəmkir rayonuna geri qayıtmışdır. Sonra özünü Əhməd Əhmədov kimi təqdim edən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlayıb ona işlərinə məhkəmə prosesində baxıldığını, qısa zaman ərzində həll olunacağını demiş, 21 fevral 2020-ci il tarixdə həmin şəxs təkrarən onunla qeyd etdiyi nömrələrlə əlaqə saxlayıb, Şəhrizadın onun yanında olduğunu, əlavə olaraq 1000 manat pul vermək lazım olduğunu demişdir. Şəhrizada ilk əvvəl həmin pulun çox olduğunu, həmin pulu tapa bilməyəcəyini demiş, Şəhrizad isə həmin pulun işə baxılması üçün rüsum olduğunu demiş, üç-dörd gün sonra geri qayıdacağını bildirmiş, bundan sonra məcbur qalıb pul tapmalı olmuşdur. Arvadı İradə ilə birlikdə Gəncə şəhərinə getmiş, Gəncə şəhərində "Acces Bank" dan 1000 manat kredit götürmüş, Gəncə şəhərində "Yeni Gəncə" adlanan hissədə olan Heydər Əliyev adına parkın qarşısında saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs ilə görüşüb 1000 manat pulu ona vermişlər. Bir neçə müddət keçdikdən sonra işin cavabının gələcəyini demiş, dəfələrlə Bakı şəhərində olan şəxsə zəng etsələr də telefona cavab verilməmişdir. Onlar Şəhrizadın yaşadığı evə getdikdə orada olan şəxslərdən həmin şəxsin çox insanı aldatdığını öyrənmiş, pulunu tələb etməyə başlamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, bacısı X4 Şəmkir rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində etmiş olduğu müraciət ilə tanış olmuş, Təqsirləndirilən şəxs təxminən 2014-cü il tarixdə tanımış, onunla Şəmkir rayon Məhkəməsində tanış olmuşdur. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış, təsadüfən Şəhrizadla qarşılaşdıqda onunla söhbət edən zaman Şəhrizad ona təyin olunacaq 6000 manat məbləğində cəriməni sildirib onun işini xitam etdirəcəyini demişdir. O, Şəhrizada inanmış, təxminən 2014-cü ilin iyul ayında Şəhrizada məxsus ofisdə ona 1700 manat, təxminən bir ay keçdikdən sonra eyni məqsədlə Şəmkir rayon məhkəmə sədrinə verib işini xitam etdirmək adı ilə 1500 manat, sonra isə 700 manat pul vermişdir. İşinin Gəncə appeliyasiya məhkəməsinə verildiyi üçün həmin işi orada həll etmək adı ilə təxminən bir ay sonra məhkəmədə ona 550 manat, daha sonra 700 manat pul vermişdir Bundan 15-20 gün keçdikdən sonra 2014-cü ilin sentyabr ayında Şəhrizadın yaşadığı evdə ona əlavə 1200 manat pul vermişdir. Şəhrizad onu aldadaraq 6350 manat pulunu ələ keçirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ərizə göndərərk ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Şahid1 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun əri, Şahid2 isə oğludur. Təqsirləndirilən şəxs Şəmkir rayon sakini kimi tanımış, əvvəllər onunla düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs oğlu Samiri işə düzəltmək adı ilə aldadaraq onlardan cəmi 9000 manat pul almış və oğlunu işə düzəltməyərək onları aldatmışdır. Şəhrizadın istədiyi pulu vermək üçün onlar bankdan kredit götürmüş, 4000 manat əvvəlcə, 5000 manat isə sonradan hissə-hissə Təqsirləndirilən şəxs pul vermişlər. Təqsirləndirilən şəxs verdiyi vədləri yerinə yetməmişdir. Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs Şəmkir rayon sakini kimi tanımış, əvvəllər onunla düşmənçiliyi və ədavəti olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 atasıdır. Təqsirləndirilən şəxs ilə onları Şahid6 tanış etmiş, onlarla danışıqları atası aparmışdır. Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün istədiyi pulu əvvəlcə 4000 manat Gəncə şəhərində yerləşən “Ekspress Bank” dan götürərək Şəhrizada vermişlər. Sonra iki dəfə hər dəfə 1000 manat olmaqla Şəhrizadın təqdim etdiyi karta göndərmişlər. Pulun qalan hissəsini isə valdeynləri hissəhissə Şəhrizada vermişlər. X29 adlı şəxs tanış etmişdir. Belə ki, Sərdar həmin vaxt polisdə işləmiş, o, Sərdara iş axtardığını bildirmiş, Sərdar isə ona tanışı olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. Söhbətdən 3-4 gün sonra onu Təqsirləndirilən şəxs ilə tanış etmiş və ona Şəhrizadın nazirliyin əməkdaşı olduğunu, əlinin hər yerə girdiyini bildirmişdir. Şəhrizad və Sərdarla iş barəsində söhbətləri atası Rizvan və anası etmiş, o söhbətlərdə iştirak etməmiş, sadəcə 4000 manatın Şəhrizada verilməsində iştirak etmişdir. Danışıqlardan sonra o, Şəhrizadla Bakı şəhərində görüşmüşlər, Şəhrizad ona işə düzələcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs cəmi 9002 manat pul vermişlər. Şahid X19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun mülki işi ilə bağlı olmuş məhkəmə iclasında nümayəndəsi olmuş, əvvəllər onunla düşmənçiliyi və ədavəti olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun arvadıdır. O, Şəmkir rayon Mühafizə Polisində polis nəfəri kimi işləmiş, o ixtisara düşmüş və işdən azad olunmuşdur. Şəhrizad isə onu yenidən işə qaytaracağına dair vəd vermişdir. Şəhrizad Məmədova bu məqsədlə onlardan 2000 manat pul almışdır. Aradan xeyli müddət keçdikdə onlar işdən bir xəbər çıxmadığını görüb Təqsirləndirilən şəxs bu barədə soruşmuşlar. Təqsirləndirilən şəxs onlara hər dəfə fərqli bəhanələr gətirərək yayınmışdır. Bir dəfə Rövşən Əliyev adlı şəxs Şəhrizadın onları işə düzəltməyəcəyini, verdikləri pulları geri almalarını bildirmişdir. Onlar bu barədə Şəhrizada bildirmişlər. Şəhrizad isə işin düzələcəyini bildirmiş, onları aldatmaqda davam etmişdir. Onlar Şəhrizadın onları aldatdığını görüb pullarını geri istəmişlər. Şahid6 ibtidai istintaq zamanı vediyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3-4 il olar ki Şəhrizad adlı qadını tanıyır və həmin şəxsin vəkillik fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Onun Şəhrizadla aralarında normal münasibətləri olmuş, onu hazırda vəfat etmiş dostu Qaçay Gözəlovun vasitəsilə tanımışdır. O, onu Qaçayın ofisində görüb tanımış. Qaçay ona Şəhrizadın vəkil olduğunu demişdir. O, Şəhrizadın hüquq məsləhətxanasında işlədiyini bilmiş, 2019-cu ilin oktyabr ayında Şəmkir rayonu, Kür qəsəbəsində onunla qonşuluqda yaşayan Xəyyam ona yaxınlaşaraq əmisi oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiklərini demiş, Xəyyam ondan bu işlə əlaqədar olaraq kömək edə biləcək şəxs tapıb onlara köməklik etməyi xahiş etmişdir. Onun həmin vaxt ağlına hüquqşünas kimi tanıdığı Şəhrizad adlı qadın gəlmiş, Şəhrizad onunla tanış olan zaman ona bir neçə nazirliyin hüquq işləri ilə məşğul olduğunu nazirliklərdə əlaqələrinin olduğunu demişdir. Xəyyam əmisi Elxanı özünün yaşadığı evə çağırmış, həmin evdə Elxanla görüşüb söhbət etmiş, Elxana tanış adam olduğunu adının Şəhrizad olduğunu demişdir. O, həmin işin həll olunması üçün lazım olan sənədlərin siyahısını onlara demiş, onlara sənədlərin siyahısını verdikdən sonra Şəhrizadın əlaqə nömrəsini vermişdir. Elxan ondan ona köməklik edib Şəhrizadla görüşməyii təmin etməsini xahiş etmiş, ona problem olmadığını demişdir. Onlar söhbət edən zaman səhhətində problemlər olduğunu dediyi üçün həmin şəxs ona dostunun həkim olduğunu demişdir. O, bununla əlaqədar ondan dostunun da gəlməsini xahiş etmiş, Elxanla əlaqə saxlayıb 03 oktyabr 2019-cu il tarixdə Şəmkir rayonunda Təhsil Şöbəsinin inzibati binasının yaxınlığında Elxan və yanında gəlmiş dostu Bəxtiyarla görüşüb çayxanada çay içmişlər. Elxanla həmin yerdən bir qədər qabaqda yerləşən Şəhrizadın ofisinin yerləşdiyi yerə getmişlər. Onlar həmin yerdə Şəhrizadla görüşmüşlər. Şəhrizad Elxanla onun oğlunu işə düzəltmək haqqında danışmış, o, Elxanın dostu Bəxtiyarla öz aralarında tibb haqqında söhbətlər etmişlər. Ona səhhəti ilə əlaqədar köməklik etməsini xahiş etmiş, Elxanla Şəhrizad öz aralarında danışıb razılaşdıqdan sonra Elxan Şəhrizada paket vermiş, Elxan Şəhrizaddan saymasını istəmiş, Şəhrizad ehtiyac olmadığını demişdir. O, bundan sonra Şəhrizadın aldığı paket haqqında onlara qəbz yazıb verməsini demiş. Şəhrizad özü bu barədə qəbz yazıb Elxana vermişdir. O, Elxanla və yanında gələn dostu Bəxtiyarla mütəmadi olaraq əlaqə saxlamış, Bəxtiyar ona xalq təbabətindən məhlular düzəldib qəbul etməyində köməkliklər etmişdir. O, müalicə almış və hazırdada münasibətləri davam edir. Bir müddət keçdikdən sonra Elxan ona zəng edərək Şəhrizad tərəfindən aldadıldığını bildirmiş, Elxandan onunla görüşdükdən sonra Şəhrizadla təkrar görüşlib-görüşmədiklərini, ona hər hansı məbləğdə pul verib vermədiklərini soruşmuş, Elxan ona Şəhrizadla daha sonralarda görüşdüyünü ona əlavə olaraq pullar verdiyini demişdir. O, onlara irad bildirərək əgər işləri alınmırdısa hansı səbəbdən Şəhrizada əlavə olaraq pullar verdiklərini demişdir. O, bundan sonra Şəhrizadla telefon vasitəsilə əlaqə saxlayıb hansı səbəbdən əlavə olaraq pul aldığını bildirmiş, Şəhrizad ona ’’sənlik deyil, biz öz aramızda danışacıq, mən bilərəm , o bilər" demişdir. O, Şəhrizada ’’necə mənlik heç bir şey yoxdur" deyərək Elxanın onunla əlaqə saxlayıb onları tanış etdiyini deyərək ona narazılıq etdiyini demişdir. O, Şəhrizada Elxanla görüşüb aralarında olan problemi həll etmələrini bildirmiş, bundan sonra həmin işlə əlaqədar maraqlanmamışdır. Daha sonra Elxan onunla əlaqə saxlayıb polisə müraciət etdiyini demişdir. Təxminən 2020-ci ilin fevralmart aylarında Samir adlı şəxs onunla əlaqə saxlayıb işi ilə bağlı ona köməklik etməyini xahiş etmiş, Samirə bu işlərlə məşğul olmadığını, ancaq Şəhrizad adlı şəxsin ona köməkilik edə biləcəyini demişdir. O, Şəhrizadın mobil telefon nömrəsini Samirə verib onunla əlaqə saxlamasını demişdir. Samir bir il keçdikdən sonra onunla əlaqə saxlayıb ona Şəhrizadla əlaqə saxlaya bilmədiyini, Şəhrizadın onun telefon zənglərinə cavab vermədiyini dedikdə Samirə Şəhrizadı yaxşı tanımadığını demiş, Samirin onu narahat etməməsini istədiyi üçün onun mobil telefon nömrəsini telefonun əngəllənən şəxslərin siyahısına daxil etmişdir. Elxanla qardaşı oğlu Xəyyamın evində görüşüb söhbət etmiş, lakin həmin şəxslə pul barədə aralarında heç bir razılaşma və söhbət olmamışdır. Azərbaycan Respublikası ərazisində müxtəlif dövlət orqanlarına işə qəbulun hansı qaydada həyata keçirildiyindən məlumatı olmamış, bununla ümumiyyətlə maraqlanmamışdır. Təqsirləndirilən şəxs bunu hansı qaydada həyata keçirməsindən məlumatı olmamış, o, sadəcə həmin şəxsləri tanış etmiş və Şəhrizadın bunu hansı qaydada həyata keçirməsini bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Şəmkir rayon Konsultativ Poliklinikasının məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİ idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Şəmkir RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İşdə olan Samux rayon Məhkəməsinin hökmü və Gəncə Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin 16.9.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 01 il 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək, “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı məhkum Ş.F.Məmmıədova barəsində tətbiq edilməklə üzərində qəti olaraq 10 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İşdə olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Ş.F.Məmmıədovaya təyin olunmuş 10 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla qəti olaraq ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi onun qismən etirafı ilə yanaşı zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və digər mötəbər dəlillərlə tam sübuta yetirildi. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə və 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.14. və 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, təqsirini səmimi etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını və agırlaşdıran halların olmadığını, təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı davranışnı nəzərə alaraq, belə qənaətə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan hədddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. İş materiallarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və qəti olaraq ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ona istinad edilən cinayət əməllərini Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən edilərsə, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı hökmlə təyin ediləcək cəza ilə Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onun haqqında məhkəməyədək icraat zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış disklər və qəbzlər cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin edilmiş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında olan yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanımış disklər və qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar