Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-3/2023 28.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi Gəncə Asan Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1939-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, təqaüdçü, Gədəbəy rayonu, Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1, xx xxx 1955-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Gədəbəy rayonu, Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və 18 may 1979-cu il tarixdə Gədəbəy rayonu, Plankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində “Oliqofrenyia – orta debillik dərəcəsində” və Gəncə şəhər Psixiatriya Xəstəxanasında “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olan, Gədəbəy rayonu, Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 157.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs1, özü və bütün ailə üzvlərinin Gədəbəy rayonu, Plankənd kəndi ərazisində yerləşən bacısı Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 86,3 kvadrat metr, köməkçi sahəsi 45,1 kvadrat metr, yaşayış sahəsi 41,35 kvadrat metr olan 4 otaqlı yaşayış evindən çıxarılması ilə bağlı Gədəbəy rayon Məhkəməsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 09 iyun 2004-cü il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş 22 oktyabr 2003-cü il tarixli qətnaməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə icra edilərək o və ailə üzvləri əşyaları ilə birlikdə qeyd olunan evdən məcburi çıxarılmaqla ev Zərərçəkmiş şəxs təhvil verildikdən sonra, 07 mart 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində «Oliqofreniya - orta debillik dərəcəsində» və Gəncə şəhər Psixiatriya Xəstəxanasında «Orta dərəcəli əqli gerifik» diaqnozu ilə qeydiyyatda olan qızı Təqsirləndirilən şəxs3 qeyd olunan evə gəlib qapının üzərindəki kilidi sındırdıqdan sonra o, arvadı Təqsirləndirilən şəxs2 və qızı Təqsirləndirilən şəxs3 ilə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmaqla, sonuncunun mənzil toxunulmazlığını pozmuşdur. İttiaham aktına görə, Təqsirləndirilən şəxs2, əri Təqsirləndirilən şəxs1 və sonuncunun bütün ailə üzvlərinin Gədəbəy rayonu, Plankənd kəndi ərazisində yerləşən baldızı Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 86,3 kvadrat metr, köməkçi sahəsi 45,1 kvadrat metr, yaşayış sahəsi 41,35 kvadratmetr olan 4 otaqlı yaşayış evindən çıxarılması ilə bağlı Gədəbəy rayon məhkəməsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 09 iyun 2004-cü il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş 22 oktyabr 2003-cü il tarixli qətnaməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə icra edilərək o və ailə üzvləri əşyaları ilə birlikdə qeyd olunan evdən məcburi çıxarılmaqla ev Zərərçəkmiş şəxs təhvil verildikdən sonra, 07 mart 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində «Oliqofreniya - orta debillik dərəcəsində» və Gəncə şəhər Psixiatriya Xəstəxanasında «Orta dərəcəli əqli gerilik» diaqnozu ilə qeydiyyatda olan qızı Təqsirləndirilən şəxs3 qeyd olunan evə gəlib qapının üzərindəki kilidi sındırdıqdan sonra o, əri Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs3 ilə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmaqla, sonuncunun mənzil toxunulmazlığını pozmuşdur. İttiaham aktına görə, Təqsirləndirilən şəxs3, atası Təqsirləndirilən şəxs1 və sonuncunun bütün ailə üzvlərinin Gədəbəy rayonu, Plankənd kəndi ərazisində yerləşən bibisi Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 86,3 kvadrat metr, köməkçi sahəsi 45,1 kvadrat metr, yaşaşyış sahəsi 41,35 kvadrat metr olan 4 otaqlı yaşayış evindən çıxarılması ilə bağlı Gədəbəy rayon məhkəməsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 09 iyun 2004-cü il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş 22 oktyabr 2003-cü il tarixli qətnaməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə icra edilərək o və ailə üzvləri əşyaları ilə birlikdə qeyd olunan evdən məcburi çıxarılmaqla ev Zərərçəkmiş şəxs təhvil verildikdən sonra, 07 mart 2022-ci il tarixdə saat 16 radələrində qeyd olunan evə gəlib qapının üzərindəki kilidi sındırdıqdan sonra anası Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmaqla, sonuncunun mənzil toxunulmazlığını pozmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, onların əməlində mənzil toxunulmazlığı cinayətinin tərkib ələmətlərinin mövcud olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Zərərçəkmiş şəxs onunla birlikdə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ata mülklərində yaşayır. Həmin mülk 0,12 ha həyətyanı torpaq sahəsində inşa edilmişdir. İki mərtəbəlidir, hər mərtəbəsində iki otaq var. O, əvvəllər öz ailəsi və bacısı Səmayə ilə birlikdə evin birinci mərtəbəsində yaşasa da, aralarında mübahisə yarandıqdan sonra o və ailə üzvləri ikinci mərtəbəyə köçmüş, Səmayə isə birinci mərtəbədə yaşamışdır. Anası Gövhər 1999-cu ildə, atası Həsən isə 2000-ci ildə vəfat etmiş, bundan sonra bacısı Zərərçəkmiş şəxs ilə onun arasında ata mülkü üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mübahisələri yaranmışdır. Belə ki, o, ata mülkünün öz adına, Səmayə isə öz adına sənədləşdirilməsini istəmişdir. Bu məsələ ilə bağlı 2003-cü ildə Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin Plankənd kəndində yerləşən evdən çıxarılmaları ilə bağlı Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin hakimi tərəfindən onun və ailə üzvlərinin həmin evdən çıxarılmaları ilə bağlı qətnamə qəbul edilmiş və qeyd olunan qətnamə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bundan sonra o, 2007-ci ildə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin hakimi tərəfindən qətnamə çıxarılaraq, anası Gövhər Tağıyevadan miras qalmış Gədəbəy rayonu, Plankənd kəndində yerləşən mülkün 1/7 hissəsi üzərində mülkiyyət hüququ tanınmış, 1/7 hissəsi üzərində bacısı Səmayənin mülkiyyət hüququ saxlanılmış, digər 5/7 hissəsi üzərində isə digər qardaş və bacılarına münasibətdə açıqda saxlanılmışdır. Həmin qətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarış almışdır. 17 fevral 2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları onu və ailə üzvlərini yaşadıqları evdən məcburi şəkildə çıxarmış, əşyalarını da Plankənd kənd bələdiyyəsinin binasına yerləşdirmişlər. Evin isə qapısını kilidləyib açarını Zərərçəkmiş şəxs təhvil vermişlər. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarına Gədəbəy rayonu ərazisində yaşamağa evinin olmadığını bildirmişdir. 07 mart 2022-ci il tarixə kimi qohumları X7 evində yaşamış, 07 mart 2022-ci il tarixdə təxminən saat 16 radələrində epilepsiya xəstəliyindən əziyyət çəkən qızı Təqsirləndirilən şəxs3 həmin evin qapısını sındırıb içəri daxil olmuş və onlar da yaşamağa evləri olmadığı üçün Təqsirləndirilən şəxs3 ardınca evə daxil olmuşlar. Gədəbəy rayonu ərazisində yaşamağa başqa evi yoxdur, daim həmin evdə yaşamış, uşaqları həmin evdə böyümüşdür, həmin evdən çıxmayacaqdır. Onun həmin evə pay hüququ vardır. Həmin ev faktiki olaraq bacısı Zərərçəkmiş şəxs məxsus olsa da, onun da ata mülküdür, həmin evdə pay hüququnun olmasını, buna görə də cinayət törətmədiyini güman edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əri Təqsirləndirilən şəxs1 doğma bacısıdır. Səmayə də əri Təqsirləndirilən şəxs1 ilə birlikdə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ata mülklərində yaşamışdır. Əvvəllər onlar hamısı birlikdə birinci mərtəbədə yaşamışdır. X6 1999-cu ildə, qaynatası Həsən Tağıyev isə 2000-ci ildə vəfat etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs1 arasında ata mülkü üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mübahisə yaramışdır. 2003-cü ildə Səmayə əri Təqsirləndirilən şəxs1, onun və digər ailə üzvlərinin Plankənd kəndində yerləşən evdən çıxarılmaqları ilə bağlı Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Onların həmin evdən çıxarılmaqları ilə bağlı qətnamə qəbul edilmiş, həmin qətnamə Gəncə Apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sonra əri Təqsirləndirilən şəxs1 2007-ci ildə Gədəbəy rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin hakimi tərəfindən qətnamə çıxarılmış, qaynanası Gövhər Tağıyevadan miras qalmış Gədəbəy rayonu, Plankənd kəndində yerləşən mülkün 1/7 hissəsi üzərində əri Təqsirləndirilən şəxs1, 1/7 hissəsi üzərində baldızı Səmayənin mülkiyyət hüququ saxlanılmış, geri qalan 5/7 hissəsi üzərində isə açıqda saxlanılmışdır. Həmin qətnamə əsasında əri Təqsirləndirilən şəxs1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarış almışdır. Qapını əri Təqsirləndirilən şəxs1 yox, qızı Könül sındırmışdır. Onların Gədəbəy rayonu ərazisində yaşamağa başqa evi yoxdur. Həmin ev əri Təqsirləndirilən şəxs1 ata mülküdür və o evdə yaşamaq hüquqlarının olmasını güman edir. O, güman etmir ki, cinayət törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ifadəsində göstərdi ki, anası Təqsirləndirilən şəxs2, atası Təqsirləndirilən şəxs1 və oğlu X4 ilə birlikdə Gədəbəy rayon Plankənd kəndində yerləşən nənəsi Gövhərə məxsus evdə yaşayırlar. O, həmin evdə doğulub, böyümüşdür. Səmayə onun bibisidir. Onlar həmişə Zərərçəkmiş şəxs ilə birlikdə həmin evdə yaşamışlar. Nənəsi öldükdən sonra bibisi Səmayə onları məhkəməyə verib evdən çıxarmaq istəmişdir. Məhkəmələr də onların evdən çıxarılmaları ilə bağlı qərar çıxarmışdır. Tarix yadında deyil. 2022-ci ilin mart ayında məhkəmə işçiləri gələrək onları əşyaları ilə birlikdə evdən çıxarmışdır. Bu zaman o, atası, anası və oğlu ilə birlikdə xalası Zərifənin Plankənd kəndində yerləşən evində qalmışdır. Onların evi olduğu halda həmin evdən çıxarılmalarına əsəbləşmiş və gedib evin qapısındakı qıfılı sındıraraq içəri daxil olmuşdur. Bundan sonra valideyinləri və oğlu ilə həmin evdə yaşamışdır. Qaldıqları həmin ev onun baba mülküdür. Onların rayonda başqa yerdə evləri yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Plankənd kəndində valideyinlərindən ona miras qalan fərdi yaşayış evində yaşayır. Həmin yaşayış evi üzərində mülkiyyət məhkəmə qərarı ilə ona verilmişdir. Heç bir yerdə işləmir və həmin evdə fərdi təsərrüfatla məşğul olur. Valideyinləri öldükdən sonra digər qardaş və bacıları həmin ev üzərində vərəsəlikdən onun xeyrinə imtina etmişlər və ev məhkəmə qərarı əsasında onun mülkiyyətinə keçmişdir. Təxminən 2022-ci ilin fevral ayında qardaşı Təqsirləndirilən şəxs1 ona məxsus olan evdən çıxarılması ilə bağlı Gədəbəy rayon Məhkəməsi tərəfindən onun xeyrinə qətnamə qəbul edilmiş və icraya yönəldilmişdir. 2022ci ilin fevral ayında icra məmuru tərəfindən qardaşı əşyaları ilə birlikdə həmin evdən çıxarılaraq ev ona təhvil verilmişdir. Lakin 07 mart 2022-ci il tarixdə axşam saatlarında qardaşı Təqsirləndirilən şəxs1, qardaşı arvadı Təqsirləndirilən şəxs2 və qardaşı qızı Təqsirləndirilən şəxs3 evinin həyətində olan qapını sındıraraq içəri daxil olmuşlar. Bu zaman qardaşı Təqsirləndirilən şəxs1 əlindəki balta ilə evin çöl qapısını sındırmış, daha sonra evin giriş qapısını da çəkiclə sındırmışdır. Həmin şəxslərə evə girməmələrini demiş və bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs onun doğma əmisi uşaqlarıdır. 07 mart 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 həyat yoldaşı Təqsirləndirilən şəxs2 və qızı Təqsirləndirilən şəxs3 ilə birlikdə Miskinli kənd sakini Müşfiq adlı şəxsə məxsus "ZİL 131” markalı yük maşını ilə ev əşyalarını Zərərçəkmiş şəxs məxsus evə gətirmişlər. Bu zaman Zərərçəkmiş şəxs yük maşınının qarşısını kəsərək onlara əşyaları evinə boşaltmağa icazə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, həyat yoldaşı Təqsirləndirilən şəxs2, qızları Könül və Elnarə ilə birlikdə yük maşınında olan ev əşyalarını yerə boşaltmışlar. Bundan sonra Müşfiq və yük maşınını idarə edən digər şəxs çıxıb getmişlər. Təqsirləndirilən şəxs1, arvadı Təqsirləndirilən şəxs2, qızları Könül və Elnarə boşaltdıqları əşyaları əlləri ilə Zərərçəkmiş şəxs evinə daşımışlar. Şahid3 ifadəsində göstərdi ki, o, özünə məxsus olan “ZİL 131” markalı yük avtomobili ilə sürücü kimi fəaliyyət göstərir. 2022-ci ilin mart ayının dəqiq xatırlamadığı tarixində kəndlərində əvvəllər feldşer həkim kimi işləyən İslam ona telefonla zəng edərək harda olduğunu soruşmuş, o isə evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan Miskinli kənd bələdiyyəsinin binasında ev əşyalarının olduğunu, həmin əşyaları istifadəsində olan yük maşını ilə gətirməyin mümkün olub-olmadığını soruşmuşdur. O isə Təqsirləndirilən şəxs1 boş olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 onu əşyaları aparmaq üçün Miskinli kənd bələdiyyəsinin binasına çağırmışdır. O, yük maşını ilə Miskinli kənd bələdiyyəsinin binasına getdiyi zaman orada İslam həkim və arvadı Təqsirləndirilən şəxs2 olmuşdur. O, yük maşınını orada saxlamış və yükü doldurduqdan sonra ona xəbər vermələrini demişdir. Yükü doldurduqdan sonra İslam həkim ona zəng edərək gəlib yükü aparmağı bildirmişdir. Saat 17-18 radələrində İslam həkimin dediyi ünvana az qalmış Səmayə adlı şəxs qəflətən özünü yük maşınının qabağına atmışdır. O, dayanmış və maşından enmişdir. Bu zaman Zərərçəkmiş şəxs evin özünə məxsus olduğunu və əşyaları evinə boşaltmağa icazə vermədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə İslam həkim və ailə üzvləri arasında mübahisə yaranmışdır. İslam ona yük maşınını evə sürməyi dedikdə o, Təqsirləndirilən şəxs1 etiraz etmiş və Zərərçəkmiş şəxs aid olan evə yükü boşaltmayacağını demişdir. İslam və ailə üzvləri maşında olan yükü yola boşaltmışlar, o da çıxıb getmişdir. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Plankənd kənd sakini Zərərçəkmiş şəxs onun doğma bibisidir. Zərərçəkmiş şəxs heç vaxt ailə həyatı qurmayıb. Zərərçəkmiş şəxs da atası Təqsirləndirilən şəxs1 ilə birlikdə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ata mülklərində yaşamışdır. Həmin mülk 12 sot həyətyanı torpaq sahəsində tikilib. İki mərtəbəlidir, hər mərtəbəsində iki otaq vardır. Əvvəllər onlar hamısı birlikdə birinci mərtəbədə yaşamışlar. Aralarında mübahisə yarandıqdan sonra valideynləri və evdə olan bacısı Təqsirləndirilən şəxs3 ikinci mərtəbəyə köçmüşdür. Zərərçəkmiş şəxs isə özü təkcə birinci mərtəbədə yaşamışdır. Təxminən 2003-cü ildən bibisi Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs1 arasında ata mülkü üzərində mübahisə yaranmışdır. Bu məsələ ilə bağlı 2003-cü ildə Səmayə onun valideynlərinin Plankənd kəndində yerləşən evdən çıxarılmaları ilə bağlı Gədəbəy rayon Məhkəməsinə ərizə vermişdir. Məhkəmə tərəfindən İslamgilin həmin evdən çıxarılmaları ilə bağlı qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin evə çıxarış almışdır. O, hadisəni görməmiş, hadisə yerinə sonradan gəlmiş və Səmayə onu orada gördüyü üçün adını çəkmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Gədəbəy rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 2-301/2007 nömrəli qətnaməsindən görünür ki, mərhum X1 miras qalmış Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ümumi sahəsi 86.2 kv metr yaşayış sahəsi, 41.35 kv metr köməkçi sahəsi, 45.1 kv metr olan 4 otaqlı miras mülk vərəsələr arasında bərabər hissələrə bölünməsi, iddiaçı Təqsirləndirilən şəxs1 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququnun tanınması, cavabdeh Zərərçəkmiş şəxs 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququ tanınması, miras mülkünün 5/7 hissəsi açıq saxlanılması qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xitməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, cinayət işi üzrə fərdi yaşayış evinin 5/7 hissəsi X2, 1/7 hissəsi Təqsirləndirilən şəxs1 və 1/7 hissəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir. - Əmlak Məsələləri Dövlət Xitməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, çıxarış Təqsirləndirilən şəxs1 verilmişdir ondan ötrü ki, Gədəbəy rayonu Plankənd kəndində istifadədə olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs1 1/7 hissə, Zərərçəkmiş şəxs 1/7 hissə, X2 5/7 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azəarbaycan Respublikası CM-nin 157.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma cinayət məsuliyyəti yaradır. Mənzil toxunulmazlığını pozma cinayətinin obyektini Azərbaycan Respublikası Konstitutsiyasında və qanunlarında nəzərdə tutulmuş mənzil hüquqlarının həyata keçirilməsi ilə əlaqədar ictimai münasibətlər təşkil edir. Azəarbaycan Respublikası Konstitutsiyasının 24-cü maddəsində göstərilmişdir: İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. [8] Konstitutsiyanın 33-cü maddəsində göstərilmişdir: İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İİ. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Göründüyü kimi, digər hüquqlar kimi, şəxsin mənzil hüquqları da toxunulmazdır, pozulmazdır. Obyektiv cəhətcə, qeyd olunan mənzil toxunulmazlığı cinayəti mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmada ifadə olunur. Eləcə də qanuni əsasların olmaması da həmin cinayətin obyektiv cəhətinin zəruri əlaməti olaraq cinayət tərkibinə daxil edilmişdir. Odur ki, cinayətin obyektiv əlamətinin mövcudluğu üçün mənzilə daxil olma həm mənzildə yaşayanın iradəsi ziddinə olmalı, həm də daxil olma üçün təqsirkar şəxsin qanuni əsasları olmamalıdır. Cinayətin subyektini 16 yaşa çatmış, anlaqlı, mənzilə daxil olma üçün qanuni əsasları olmayan hər kəs ola bilər. Subyektiv cəhətcə bu cinayət təqsirin qəsd forması ilə törədilir. Azərbaycan Respublikası CM-nin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxslərin əməlində CM-nin 157.1-ci maddəsinin subyektiv cəhətinin əlamətlərinin olması üçün təqsirləndirilən şəxslər mənzilə daxil olmaq üçün qanuni əsaslarının olmadığını bilməli, bunu dərk etməli, eləcə də mənzildə yaşayan razılıq verməsə də, etirazını bildirsə də, onun iradəsi ziddinə mənzilə daxil olmalıdılar. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikasının CM-nin 157.1-ci maddəsinin tərkibi olması üçün qeyd edilən cinayətin bütün əlamətləri mövcud olmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X12 Tağıyevanın bacısıdır. Digər təqsirləndirilən şəxslər isə Təqsirləndirilən şəxs1 ailə üzvləridir. Onların arasında mübahisəli olan mənzil isə Gədəbəy rayonu, Plankənd kəndində yerləşir. Gədəbəy rayon Məhkəməsinin 2003-cü il tarixli qətnaməsi ilə fərdi yaşayış evinin mülkiyyətçisi SaTəqsirləndirilən şəxs2 iddiası üzrə Təqsirləndirilən şəxs1 və onun ailə üzvlərinin qeyd olunan fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə qəbul olunmuş, həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Qətnamə icraya yönəldilmişdir. 2022-ci ilin fevral ayında icra olunmuş və icraata xitam verilmişdir. 2007-ci ildə X10 rayon Məhkəməsində iddia qaldıraraq, Gədəbəy raon Plankənd kəndində yerləşən evdən ona düşən payın ayrılıb verilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmiş, Təqsirləndirilən şəxs1 1\7 hissədə, Zərərçəkmiş şəxs 1\7 hissədə payları müəyyən edilərək onların mülkiyyət hüquqları tanınmış, 5\7 hissədə pay açıq saxlanmışdır. 2008-ci ildə İ.Tagıyev Gədəbəy rayon Məhkəməsinə yenidən iddia qaldıraraq onu ailə üzvləri ilə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən mübahisəli evdəki payına köçürülməsini xahiş etmiş, qiyabi qətnamə qəbul edilmiş, iddia təmin edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən 2011-ci ildə Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmçinin, Gədəbəy rayon Məhkəməsinin 2008-ci il tarixli qiyabi qətnaməsi Zərərçəkmiş şəxs etirazı əsasında ləgv edilərək yenidən iddiaya baxılmış, məhkəmə iclasında Zərərçəkmiş şəxs “ İslam Tagıyevin 1\7 hissdə payının dəyərinin ona verilməsi” barədə qarşılıqlı iddia vermiş, qəbul edilmiş xx.xx.2009-cu il tarixli 2-118 saylı qətnamə ilə Təqsirləndirilən şəxs1 ilk iddiası rədd edilmiş, Zərərçəkmiş şəxs verdiyi İslam Taıyevin 1\7 hissdə payının dəyərinin ona verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 qətnamədən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti qismən təmin olunaraq Gədəbəy rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs1 mübahisəli Gədəbəy rayonu Plankənd kəndində yerləşən evə 1\7 hissədə payı müəyyən olunduqdan sonra həmin paya hüquqlar Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və müvafiq xx.xx.2008-ci il tarixli ******* saylı çıxarış verilmişdir. 07 mart 2022-ci ildə Təqsirləndirilən şəxs1 və ailə üzvləri Plankənd kəndində yerləşən fərdi yaşayış evinə daxil olarkən qeyd olunan çıxarış qüvvədə olmuş və hazırdada qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan hüquq normaları baxımından reyestrin məzmunu həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Qeyd olunan xx.xx.2008-ci il tarixli ******* saylı İ.Tagıyevin mübahisəli evə 1\7 hissədə payının mülkiyyət hüququ üzrə qeydiyyatı üçün əsas olmuş Gədəbəy rayon Məhkəməsinin qətnaməsi Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, qeydiyyat üçün əsas qüvvədə olmasa da, icraya dönüş aparılmamış, reyestrdə aparılmış qeydin ləğvi və ya düzəlişlə bağlı məhkəmədə iddialar qaldırılmamış, bununla əlaqədar aidiyyatı təşkilatlara etirazlar verilməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında da, onun evə payının olduğunu və sənədi olduğunu bildirmiş, reyestrdən çıxarışı təqdim etmişdir. Məhkəmə qeyd edir ki, 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən fərdi yaşayış evi kimi mənzilə daxil olarkən onda həmin evdən 1/7 hissədə payının olduğunu təsdiq edən ləğv edilməmiş və qüvvədə olan reyestrdən çıxarış olmuşdur ki, bu da Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin həmin evə daxil olmaları üçün qanuni əsas hesab olunur. Azərbaycan Respublikasının 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd olunan hüquq normasına əsasən, qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs2 İslam Tagıyevin arvadı, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 qızı olduğundan ailə üzvü olaraq onların da mübahisələndirilən Gədəbəy rayonu, Plankənd kəndində yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs1lə birlikdə daxil olmaları üçün qanuni əsaslar mövcud olmuşdur. Məhkəmə hesab edir ki, S.Tağıyev Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin mübahisəli mənzilə girməsinə etiraz etsə də, onun iradəsi ziddinə mənzilə daxil olma baş versə də, bunun üçün qanuni əsas mövcud olması Təqsirləndirilən şəxs1, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində mənzil toxunulmazlığı hüququnun pozulması cinayətinin bütün tərkib əlamətlərinin olmaması qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) . Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nın 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Odur ki, məhkəmə bütün qeyd olunan ziddiyyətli və şübhə doğuran halların təqsirləndirilən şəxslərin xeyrinə qiymətləndirilməsini əsas götürərək, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsinin tərkibi yoxdur və onlara həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barələrində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində olan qətimkan tədbirləri ləğv edilməlidir. Maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz sayılsın və ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz sayılsın və ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz sayılsın və ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barələrində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində olan qətimkan tədbirləri ləğv edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-3/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-3/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver