Məhkəmə qərarları › İş №1(042)-30/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-30/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-30/2021 20.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olmamış, Gədəbəy rayon N.İsgəndərov adına İnəkboğan tam orta məktəbində müəllim işləyən, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 24 noyabr 2020-ci il tarixdə Gədəbəy Mərkəzi rayon X4 Şəxsin inzibati binasında “Covid-19" virusu ilə əlaqədar test analizi vermiş, 26 noyabr 2020-ci il tarixdə saat 17:59 radələrində “İts.gov.az”-dan onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Hörmətli Təqsirləndirilən şəxs Sizin 24 noyabr 2020-ci il tarixdə “Covid-19”-la bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur. Siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda bildiriş daxil olmuş, həmin bildirişlə tanış olmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda bunlara əməl etməyərək, 30 noyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixə keçən gecə qardaşı oğlu Şahid4 məxsus Vaz-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşına özü ilə birlikdə arvadı Şahid1, oğlu Şahid2 və qızı Şahid3 olmaqla minib Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən yaşadığı evi tərk edərək, müalicə olunmaq məqsədi ilə Gədəbəy mərkəzi rayon xəstəxanasına gəlmiş və oradan qayıdaraq Gədəbəy şəhərinin mərkəzindən ailə üzvləri ilə birlikdə Şahid5 məxsus Vaz-2107 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib Şəmkir rayonuna gedərkən Gədəbəy rayonu, Xar-Xar kəndində komendat postunda polis əməkdaşları tərəfindən saxlanaraq onun koronavirus pandemiya xəstəsi olduğu aşkar edilərək, həmin avtomobillə Gədəbəy Mərkəzi rayon Xəstəxanasına qaytarılmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq "Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, İnəkboğan kəndində yaşamaqla Gədəbəy rayonu İnəkboğan kənd tam orta məktəbində müəllim işləyir. 16 noyabr 2020-ci il tarixdə səhhətində çətinliklər yaranaraq istiliyi normadan artıq olduğunu, halsızlıq kimi halların olmasını görüb Gədəbəy Mərkəzi rayon Xəstəxanasına gəlib “Covid-19” xəstəliyi ilə bağlı analiz vermiş və evinə qayıtmışdır. 19 noyabr 2020-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefonuna koronovirus “Covid-19” xəstəliyi aşkar edilməməsi barədə sms gəlmişdir. Buna baxmayaraq günü-gündən səhhəti ağırlaşdığı üçün 24 noyabr 2020-ci il tarixdə yenidən Gədəbəy mərkəzi rayon xəstəxanasına gəlib təkrar analiz vermiş və 26 noyabr 2020-ci il tarixdə koronavirus “Covid-19” xəstəsi olması haqqında ***-***-**-** nömrəli mobil telefonuna sms gəldiyi üçün 103 təcili tibbi yardıma zəng edərək xəstəliyini deyib evə həkim çağırmışdır. Həkim gəlib ona iynə vurub getmişdir. Ailə üzvlərinin aptekdən aldıqları dərman, sistemi ev şəraitində qəbul etmişdir. Səhhətində müəyyən problemlər yaranaraq özünü yaxşı hiss etmədiyinə görə 30 noyabr 2020-ci il tarixdə saat 17 radələrində təcili tibbi yardıma zəng edərək dəvət etdiyi üçün təcili tibbi yardımdan həkim gəlib ona ilkin yardım göstərib koronavirus xəstəsi olduğuna görə xəstəxana şəraitində müalicə olunmasını məsləhət bilmişlər. 30 noyabr 2020-ci il tarixdə saat 20 radələrində huşunu itirdiyini görərək arvadı Şahid1, oğlu Şahid2 və qızı Şahid3 köməkli onu qardaşı oğlu Şahid4 idarə etdiyi Vaz-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Gədəbəy Mərkəzi rayon Xəstəxanasına gətirmişlər və xəstəxanada ona hər hansı bir tibbi yardım göstərməmişlər. Şəmkir rayonu, Kür qəsəbəsində xüsusi “koronavirus” xəstələri üçün yaradılmış xəstəxanaya getməsini məsləhət bilmişlər. 30 noyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixə keçən gecə xəstəxanadan çıxıb Gədəbəy şəhərinin mərkəzində olan dairənin yanına gəlmiş və oradan Gədəbəy rayonu, Moruxlu kənd sakini Şahid5 idarə etdiyi Vaz- 2107 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minib ailə üzvləri ilə birlikdə Şəmkir rayonuna xəstəxanaya gedərkən Gədəbəy rayonu, Xar-Xar kəndində polis əməkdaşları tərəfindən qurulmuş karantin postunda onları saxlamışlar. Yoxlama aparılarkən onun koronavirus (Covid-19) xəstəsi olduğunu bilmişlər və onları həmin avtomobil ilə Gədəbəy Mərkəzi rayon Xəstəxanasına qaytarmışlar. O, yanında olan arvadı Validə, oğlu Rövşən və qızı Jalə ilə birlikdə xəstəxanada qalaraq 01 dekabr 2020-ci il tarixdə Gədəbəy Mərkəzi rayon Xəstəxanasından verilmiş göndəriş əsasında Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanaya gedib orada stasionar qaydada bir həftə müalicə olunduqdan sonra evə buraxılmışdır. 25 dekabr 2020-ci il tarixdə təkrar analiz vermiş və 26 dekabr 2020-ci il tarixdə ***-***-**-** nömrəli mobil telefonuna SMS gəlmiş ki, onda koronavirus “Covid-19” xəstəliyi aşkar edilməmişdir. Əməlindən səmimi peşmandır. Səhəti ağır olduğu üçün evi tərk etmişdir. Şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verdilər. Şahid4 ifadəsində göstərdi ki, 2016-ci ildən Gədəbəy rayon İnəkboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi, baş mühasib işləyir. Təqsirləndirilən şəxs onun əmisi olmaqla münasibətləri yaxşıdır və aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. 30 noyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixə keçən gecə saat 00:25 radələrində əmisi Mübarizin oğlu Şahid2 ona zəng edərək atasının səhhətində problem yaranaraq huşunu itirdiyini və gəlib onun atasını xəstəxanaya aparmasını xahiş etmişdir. O, Vaz-2106 markalı, **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobilini idarə edərək əmisi Mübarizin evinin həyətinə getmiş və sonuncunun səhhətinin həqiqətən ağır olduğunu görmüşdür. Şahid2 avtomobilin qabaq sağ oturacağında, əmisi Mübariz, arvadı Validə və qızı Jalə isə arxa oturacaqlarda oturmuşlar. X7 rayon Xəstəxanasına gətirmişdir. Xəstəxanada tibb işçilərdən əmisi Təqsirləndirilən şəxs koronavirus “Covid-19” xəstəsi oluğunu eşidib bilmişdir. Şahid5 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olsa da, Şəmkir şəhərində ailə üzvləri ilə birlikdə yaşayır və Gədəbəy rayonunda Qızıl emalı şirkətində sürücü işləyir. Onun Vaz-2107 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Boş vaxtlarında həmin avtomobillə Şəmkir rayonuna gedib-gələndə taksilik edir. 30 noyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Gədəbəy rayonu, Qızıl emalı şirkətində iş növbəsini təhvil vermişdir. Bir nəfər şirkətdə işləyən Rasim adlı şəxs ona zəng edib Gədəbəy şəhəri mərkəzi dairənin yanında müştəri olduğunu demiş, o da mərkəzi dairəyə gəlmişdir. Xəstələri olduğu üçün müştərilərlə gediş haqqı danışmamış və fikirləşmişdir ki, onsuz da evinə gedir, neçə manat versələr olar. Cavan oğlan qabaqda, kişi axa salonda sağda, ortada qadın, solda isə qız oturmaqla, hər biri maskadan istifadə etmişlər. Onun özü də maskadan istifadə etmişdir. Avtomobilini idarə edərək Gədəbəy rayonu, Xar-Xar kəndinə çatanda polis əməkdaşları onun avtomobilini saxlatmışlar. Yoxlama aparılarkən komendat saatını və xüsusi karantin rejim qaydalarını pozduqlarını bildirib müştəriləri Gədəbəy Mərkəzi rayon Xəstəxanasına qaytarılmalarını tələb etmişlər. O, müştəriləri Gədəbəy Mərkəzi rayon Məstəxanasına gətirmişdir. Müştərilərdən cavan oğlan 10 manat verdikdən sonra o, çıxıb getmişdir. Səhərisi günü onun apardığı müştərilərdən arxada oturmuş kişinin, sonradan adını bildiyi Mübarizin koronavirus (Covid-19) xəstəsi oluğunu eşitmişdir. O, həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs onun maşınına minərkən özünü idarə edə bilmiş, müştərilərdən heç biri huşsuz vəziyyətdə olmamışdır. Şahid X6 ifadəsində göstərdi ki, o Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayır. 12 ildir ki, təcilli tibbi yardım xidmətində həkim işləyir. Təqsirləndirilən şəxs tanıyır. Onlara vəziyyətinin pis olması barədə müraciət edilib, o da gedərək Təqsirləndirilən şəxs tibbi yardım göstərmişdir. Onlar çağırışa getdikdə Təqsirləndirilən şəxs tempuraturunun yüksək olduğunu görmüş və ona karonavirus “Covid 19” xəstəsi olduğunu, bununla bağlı müalicə almalı olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs yardım etməli olmasalar da, tempuraturunun yüksək olmasına görə ona iynə vurmuşlar. Təqsirləndirilən şəxs tempuraturu olsa da, ağır vəziyyətdə olmamışdır. Odur ki, iynə vurduqdan sonra iş yerinə qayıtmışdır. Şahid X2 ifadəsində göstərdi ki, Gədəbəy şəhərində yaşayır və rayon poliklinikasında həkim teropevt vəzifəsində işləyir. Təqsirləndirilən şəxs karonavirus xəstəsi kimi tanıyır. Təqsirləndirilən şəxs analiz verib və “Covid 19” virusuna yoluxduğu aşkar edilmiş, ona bu barədə məlumat verilmiş, ambulator müalicə olunması üçün dərmanlar yazılmışdır. Afina İbrahimova əlavə olaraq bildirdi ki, onlar axşam saatlarında işləmirlər və Təqsirləndirilən şəxs axşam vaxtı poliklinikaya gəlməsini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olan “SAMSUNG DUOS" markalı ***-***-**-** nömrəli telefonun SMS məlumatlar yazışmalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19.11.2020 Per. "Hörmətli Təqsirləndirilən şəxs Sizin 16.11.2020-ci il tarixində “Covid-19” ilə bağlı verdiyiniz analizin nəticəsi neqativdir, virus aşkar edilmədi. Tel: 1542 saat 09:19; 26.11.2020 Per. Təqsirləndirilən şəxs. Sizin 24.11.2020-ci il tarixində “Covid-19” ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur ki, Siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə. Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. Telefon : tel: 1542. Saat 17:59. Bundan başqa 24.12.2020 Per. Hörmətli Təqsirləndirilən şəxs, Siz və sizinlə eyni evdə yaşayan şəxslərin “Covid-19” ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun. Saat 09:12; 26.12.2020 Cts.Hörmətli Təqsirləndirilən şəxs. Sizin 25.12.2020-ci il tarixində verdiyiniz “Covid-19” analizinin nəticəsi neqativdir, virus aşkar edilmədi. İD: **********. Tel. 1542. 10:52.” məzmunlu smslərin olması aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin mətinlər çap edilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Gədəbəy rayon Xəstəxanası" X9 Konsultativ Poliklinika şöbəsinin 155 saylı 13.02.2021 -ci il tarixli arayışından görünür ki, 24.11.2020-ci il tarixdə “Koronavirus Pandemiyası” ilə əlaqədar test müayinəsindən keçmiş Təqsirləndirilən şəxs müayinə cavabı pozitiv olmaqla virus aşkarlanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gədəbəy rayon Xəstəxanası" X8 Konsultativ Poliklinika şöbəsinin 90 saylı, 12.02.2021 -ci il tarixli arayışından görünür ki, X1 narkoloji xəstəliklərin qeydiyyatında durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Gədəbəy rayon Xəstəxanası" X9 Konsultativ Poliklinika şöbəsinin 105 saylı 12.02.2021 -ci il tarixli arayışından görünür ki, X1 ruhi-əsəb xəstəliklərin qeydiyyatında durmur. - Gədəbəy rayonu N.İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 05 saylı arayışdan görünür ki, X1 hal-hazırda Gədəbəy rayonu N.İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbində müəllim işləyir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib edilmiş tələbnamədən görünür ki, X1 məhkum olmamışdır. -cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onun məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışlar. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Hadisələrin təsadüfü axarı zəminində tibbi ehtiyaclarını ödəmək üçün ilk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunması, əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətini səciyyələndirən digər hallar nəzərə alınmalı və o təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilib çəkilməməsi məsələsini müzakirə edərkən məhkəmə iclasında müəyyən edilmiş yüngülləşdirici və şəxsiyyətini səciyyələndirən digər halların məcmusunu əsas götürməklə onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini mümkün sayır. Belə ki, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı evi xəstəliyinə görə tibbi ehtiyaclarını ödəmək üçün tərk etmişdir. Birbaşa xəstəxanaya getmiş, vəziyyəti ağır olduğu üçün bir həftə stasionar müalicədə olmuşdur. Məhkəmə, “Covid-19” pandemiyasının yayılma sürəti və yayılma mənbələrinin çoxluğu səbəbindən onun hərəkətləri digər şəxslər üçün real təhlükələr yaratsa da, cəzanın fərdiləşdirilməsi prinsipini rəhbər tutaraq müxtəlif ictimai yerlərdə (mağazalarda, parklarda, insanların sıx olduğu nəqliyyat vasitələrində, yas və ya digər mərasimlərdə) bu cür ictimai təhlükəli əməli törədənlərə nisbətdə onun davranışının və şəxsiyyətinin az ictimai təhlükəli olmasını, onun əməlində cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı davranışını cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxslərin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəza çəkmədən islah olunmasının mümkün sayılmasına əsas verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldıqdan sonra hesablanmalı, barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar