Məhkəmə qərarları › İş №1(042)-30/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-30/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-30/2022 01.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Dəmir Yolları QSC-də mühafizə departamentində atıcı vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, 2-ci döngə ünvanında qeydiyyatsız olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə saat 15:30 dəqiqədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı vəzifəsində işləyən baş çavuş Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, həmkəndlisi Şahid8 hansı səbəbə görə hərbi xidmətə aparılmadığını və sonuncu 2020-ci ilin yanvar ayı ərzində həqiqi hərbi xidmətə aparılmayacağı təqdirdə 9 ay müddətində həqiqi hərbi xidmətə aparılmadığına görə kompensasiya alacağını bildirib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, özü, habelə ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb nalayiq ifadələr işlədərək ona izah verən Zərərçəkmiş şəxs2 xidməti geyim formasından, yəni yun poluver və paqonundan tutub dartaraq, poluverin sol çiyin nahiyyəsinin sökülməsi və paqon bərkidilməsi üçün nəzərdə tutulmuş düymənin qoparılması ilə nəticələnən 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dəyərində özgə əmlakını zədələməklə öz xuliqanlıq hərəkətlərini davam etdirən zaman yaranmış səs-küyə oraya gəlmiş həmin şöbədə X1 Bölməsinin zabiti vəzifəsində işləyən baş leytenant Zərərçəkmiş şəxs1, yəni ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərib əli ilə sonuncunu itələyib yerə yıxaraq ona başın şişkinliyi və qançırı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə 35-40 dəqiqə ərzində şöbənin iş rejiminin pozulmasına səbəb olan və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə 2020-ci il 14 yanvar tarixində baş vermişdir. Həmin vaxt o, kənddən rayona toya gələrkən qonşuları Şahid8 ondan xahiş etmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində işi olduğu üçün onunla birlikdə rayona getsin. O, qonşusu Novruzu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə aparan zaman Novruz orada Zərərçəkmiş şəxs2 yaxınlaşıb, ona nə zaman çağırış vərəqəsinin veriləcəyini soruşmuşdur. Novruz çağırış vərəqəsinin nə olduğunu bilməmiş, onun sözündə anlaşılmazlıq olmuş və onlar bir-birini başa düşməmişlər. O, Novruzun qonşusu və dostu kimi Zərərçəkmiş şəxs2 yaxınlaşaraq Novruzun ondan çağırış vərəqəsini soruşmasını bildirdikdə, Zərərçəkmiş şəxs2 ona aqresiv cavab verərək “sənin nə işin var? O, da soruşur, səndə soruşursan” deyə bildirmiş, o, isə Novruzun hərbi xidmətə getmək istədiyini və ona diqqət ayırmaq lazım olduğunu bildirmişdir. Fərhad isə ona “sənlik deyil, o bilər biz bilərik” deyə cavab vermişdir. Onun Zərərçəkmiş şəxs2 ilə heç bir kobud rəftar etməməsinə və hətta “cənab serjant” deyə müraciət etməsinə baxmayaraq, Fərhadın ona aqressiv cavab verdiyini gördükdə yuxarı şöbə rəisinin otağına qalxmışdır. Girəcəkdə telefonunu alıb gözləməsini bildirmişlər. Daha sonra oraya Fərhad müəllim və başqa bir mayor rütbəli şəxs gəlmiş, şöbə rəisi ondan kim olmasını soruşmuşdur. O, isə vətəndaş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Burada nə işi olduğunu soruşduqda qonşusu ilə birgə gəldiyini demişdir. Ondan vəsiqəsini istəmiş, o, isə şəxsiyyət vəsiqəsinin avtomobildə olduğunu, məlumatlarını deyə biləcəyini bildirmişdir . Şöbə rəisi ondan vəsiqəni gətirməyi demiş, o da aşağı düşərək avtomobildən vəsiqəni götürərək geri qayıtmış və vəsiqəni təqdim etmişdir. Şöbə rəisi ondan nə istədiyini soruşduqda, heç bir şey istəmədiyini, Novruzun onu nə zaman hərbi xidmətə aparacaqlarını soruşmasını bildirmiş, şöbə rəisi “onu valideyinləri soruşa bilər. Sən kimsən” deyə bildirmişdir. O, şöbə rəisinə Novruzun qonşusu və dostu olduğunu, sadəcə söz soruşduğunu bildirdikdə ona “olmaz, çölə çıx” demişdir. O da Novruza “gəl çıxaq” demiş, bu zaman şöbə rəisi ona “Novruz qalsın, ərizə yazsın” dedikdə o, ehtiyac olmadığını və baş idarəyə şikayətlərini bildirəcəklərini demişdir. Onlar bayıra çıxan zaman Zərərçəkmiş şəxs2 qarşılarını kəsərək “sən kimsən? Kimi müdafiə edirsən? Özünü nə hesab edirsən?” deyə bildirmiş, o isə ona “icazə ver keçim” demiş, Fərhad yenə eyni ifadələrlə davam etdikdə ona əynində forma olmasını, etik qaydalara riayət etməsini və çıxıb getməklərinə icazə verməsini bildirmişdir. O, “əynimdəki formanı çıxardıb gəlib səni axşam evindən götürərəm” dedikdə ona “götürmüyənin var yoxu belə-belə olsun” demiş, bu zaman Fərhad onun üstünə cumaraq “sən kimsən mənə belə deyirsən” demişdir. Digər zabit gizirlərdə onu tutub dartışdıraraq “otağa keç səni başa salarıq” dedikdə o qaçmaq istəmiş, bu zaman yuxarıdan şöbə rəisinin səsini eşitmiş, şöbə rəisi qapını bağlamaqlarını bildirmişdir. Şöbənin əməkdaşları qapını bağlamışlar, o çıxa bilməmişdir. Qapının yuxarısında armatur olmuş, o, həmin armaturdan tutmuşdur ki, şöbənin əməkdaşları onu çəkə bilməsinlər. Şöbənin əməkdaşları onu çəkərək qapının yanında yerləşən növbətçi otağına salmaq istəmişlər. O özünü saxlaya bilməmiş və növbətçi otağının içərisinə yıxılmışdır. O yerə yıxılan zaman şöbənin əməkdaşları onu vurmuşlar. Həmin vaxt kiminsə kənardan buraxın deməsini eşitmiş və şöbənin əməkdaşları onu buraxmışlar. O yerdə olarkən polkovnik leytenant rütbəsi görmüş, başını qaldırıb yuxarı baxdıqda görmüşdür ki, həmin rütbə şöbə rəisinin rütbəsidir və rütbəsini sökərək yerə atmışdır. Şöbənin əməkdaşları bildirmişlər ki, bu məsələ burada bağlansın, onlardan şikayət etməsin, onlar da ondan şikayət etməsinlər. Həmin vaxt onun boğazına da iz düşmüşdür. O, bildirmişdir ki, hadisə baş veribsə hüquqi qiymət verilməlidir və o şikayət edəcəkdir. Şöbənin əməkdaşları bildirmişlər ki, “onda biz də şikayət edəcəyik, biz çoxuq, sən azsan” və polis çağırmışlar. Polis gəlmiş, o, polis şöbəsinə getmiş, şikayətini bildirmiş, sonra qarşı tərəfdə şikayətini bildirmişdir. Sonra o, prokurorluqda şöbənin əməkdaşlarının şikayəti ilə tanış olan zaman bilmişdir ki, guya o, Fərhadın rütbəsini sökmüş, onu vurmuş və o yerə yıxılmışdır. Bunlar tamamı ilə cəfəngiyat olmuş və həqiqətə uyğun olmamışdır. Həqiqət o, dediyi kimi olmuşdur. Bildirir ki, zərərçəkmiş odur, onlar deyildir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, Şahid8 onun Novosaratovka kəndində yanbayan qonşusu olmuş, onlar hadisə günü onun avtomobili ilə hərbi komissarlığa gedib söz soruşub qayıtmalı imişlər. O, həmin gün Gədəbəy şəhərinə toy məclisi üçün gəlmiş, lakin içkili olmamışdır. Zərərçəkmiş şəxs2 onunla kobud rəftar edərək, “onun kim olmasını, gəlib kimisə soruşmasını, özünü nə hesab etməsini bildirmişdir. Həmin vaxt dava-dalaş olmamış, dava-dalaş şöbə rəisinin otağından çıxdıqdan sonra olmuş, dava-dalaşda olanlar Fərhad, Hikmət və adları yadında olmayan digər şəxslər olmuşdur. Həmin vaxt Novruz müdaxilə etməmiş, şöbənin əməkdaşları ona növbətçi otağının içərisində zərbə endirmişlər. Şöbə rəisi də orada olmuşdur. Onun şöbənin əməkdaşları ilə əvvəlcədən bir tanışlığı olmamışdır. O, Hikmət və Fərhada heç bir zərbə endirməmişdir. Yırtıq polver iki ildən sonra ekspertizaya daxil olmuşdur ki, həmin polveri özləri də yırtıb vermiş ola bilərlər. Hadisə zamanı Zərərçəkmiş şəxs2 üzərində kitel olmuş, o isə ifadəsində sviteldə olmasını bildirmişdir ki, yalan ifadə verməsi bundan da bilinmişdir. O, şöbə rəisinin yanından çıxdıqdan sonra Fərhad gəlmiş, orada mübahisə olmuş və o aşağıya düşdükdən sonra da mübahisə davam etmişdir. O, Fərhada söyüş söymüş, söyüncü ünvansız olmuş, Fərhad bundan sonra əsəbiləşmiş, ona söyünc söyməməsini bildirmişdir. Həmin vaxt onu vurmamışlar, şöbənin qarşısı olduğu üçün onu otağa salmaq istəmişlər. O, qaçmaq istəyən zaman qapını bağlamışlar. Otağa yıxılmış və orada bədən nahiyyəsinə vurmuşlar. Ekspertizadan keçən zaman onda xırda xəsarətlər aşkar edilmişdir. Otaqda olanları Novruz görməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Hadisənin xidməti vəzifəsi ilə əlaqədar canlı şahidi olmuş və zərərçəkmiş şəxs qismində iştirakçısı olmuşdur. Hadisənin üzərindən xeyli müddət keçməsinə görə tarixi dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxs tanışı Şahid8 ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə gələrək çağırış şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs müraciət etdiyi çağırış şöbəsi onun xidmət etdiyi şöbə olmamış, inzibati binanın bir başında çağırış şöbəsi, digər başında o, xidmət etdiyi şöbə yerləşmişdir. Ona görə də, Təqsirləndirilən şəxs çağırış şöbəsinə müraciət edən zaman orada olmadığı üçün nə formada müraciət etməsi və hadisənin necə başlaması haqqında məlumatı olmamışdır. Hadisədə onun iştirakı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 bir-birinin ünvanına nalayiq söyüşlər söyərək pilləkənlərdən düşdüklərini görən zaman olmuş, o, Təqsirləndirilən şəxs intizama dəvət edərək ona oranın dövlət idarəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonunu əlində tutaraq, “bu uşaq niyə əsgərliyə getmir, sizə kompensasiya ödədəcəm, siz pul istəyirsiz ki, bu uşaq əsgərə getməsin?” kimi ifadələr işlətmiş və iş yoldaşları Zərərçəkmiş şəxs2lə xoşagəlməz ab-havanın yaranmasını görmüş, onunla birlikdə hadisə yerinə digər əməkdaşlar, mülki işçilər də toplaşmışlar. Təqsirləndirilən şəxs bir neçə dəfə nizam-intizama dəvət etsə də, o, sakitləşməmiş, hətta o aralaşdırmaq istəyərkən onu da itələmiş və nəticədə başı sütuna dəymişdir. Təqsirləndirilən şəxs günahkar olsa da, bu prosesin uzun çəkəcəyini, Təqsirləndirilən şəxs Vətən Müharibəsi zamanı könüllü şəkildə döyüşlərdə iştirak etməsini nəzərə alaraq ondan şikayətçi olmadığını bildirir. Onların işlə bağlı hər dəfə məhkəmə iclasına gəlib-getməklərində problem olduğu üçün Təqsirləndirilən şəxs şikayətinin olmaması və gələn məhkəmə iclaslarında iştirakı olmadan işə baxılması barədə məhkəməyə yazılı formada ərizə təqdim edir. Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirdi ki, orada nə eşitməsini deyə bilməz, amma Təqsirləndirilən şəxs özü də ifadə verən zaman nalayiq ifadələr işlədərək “var yox söyüşü” etdiyini qəbul etmişdir. Onların dava etmələrinin səbəbi bir-birinə qarşı hər hansı bir xoş sözünün nəticəsi olmamışdır. O, Təqsirləndirilən şəxs söyüş eşitməmişdir. O, yıxılıb yerdə qalmamış, başı dəymiş və ayağa qalxmışdır. Hadisənin üzərindən çox vaxt keçmişdir və kimin onu qaldırmasını yadda saxlamaq məcburiyyətində deyildir. Təqsirləndirilən şəxs çəkiliş etmək üçün telefonunu istəmiş, onun çəkiliş etməsini isə başqa idarələrdə də eyni şeyi etməsindən bilmişdir. Təqsirləndirilən şəxs bir neçə əməkdaş ilə birlikdə növbətçi otağına aparmışlar. Təqsirləndirilən şəxs dövlət orqanında etik davranmadığı üçün ona uyğun aparmışlar. Hadisə yerində çox adam olmuş və hamı hər şeyi görmüşdür. O, Zərərçəkmiş şəxs2 paqonunu yerdə görməmiş, ancaq üzərində bir paqon olmadığını görmüşdür. O, mübahisə səsi eşitmiş, hadisə 5-10 dəqiqə çəkmiş, o bayıra çıxdığında ən azı iki nəfər görmüş, dərhal oraya getdikdə Raci ilə Fərhadın tutaşmasını görmüş və bir qardaş kimi yaxınlaşaraq xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Racinin davası Fərhadla olmuş, o aralamaq istədikdə onu itələmiş və onun başı dəymiş, lakin hər hansı bir söyüşlər eşitməmiş, təhdidlər eşitmişdir. Racinin növbətçi otağına aparılmasında məqsəd hüquq mühafizə orqanlarına məlumat vermək olmuşdur. O, ifadəsini olduğu kimi bildirmiş, lakin hazırda tam yadında qalmamışdır. O, Racinin Fərhadı vurmasını görməmiş, özü yıxıldıqdan sonra dərhal qalxmış və mübahisəyə davam etdiklərini görmüş, onları orada olan adamlar aralaşdırmışdır. Raciyə qarşı hər hansı zorakılıq edilməsini görməmişdir. Racini içəri aparan zaman müqavimət göstərmiş, özü də polis əməkdaşlarının gəlməsini demişdir. Onlar da məqsədlərinin polisin gəlməsi və hüquqi qiymət verilməsi olduğunu bildirmişlər. Polis əməkdaşları gələnədək Raci içəridə oturmuş, polisin nə vaxt gəlməsi dəqiq yadında olmasa da tez gəlmişlər. Bölmənin qapısı bağlanmış və əməkdaşların hər biri çöldə olmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2020-ci il 14 yanvar tarixində öz iş otağında olan zaman Şahid8 xidməti otağının qarşısına gəlmiş və ondan hərbi xidmətə nə zaman gedəcəyini soruşmuşdur. Şahid8 əvvəlcədən tibbi komisyadan keçmiş və hərbi xidmətə yararsız olması barədə rəy verilmişdir. Buna görə Novruzun atası da gəlib narazılığını bildirmiş, onlar Novruzdan bununla bağlı ərizə almış və Novruzu yenidən çağırışa cəlb edərək yenidən tibbi baxışdan keçməsi üçün göndəriş vermişlər. Tibbi yoxlanışın nəticələri onlara 21 gün müddətinə poçt vasitəsilə gəlmişdir. Raci yanvar ayının 14-ü ona yaxınlaşıb Novruzun niyə hərbi xidmətə göndərilmədiyini soruşduqda ona, “hələ nəticənin gəlmədiyini, gələn zaman əyər yararlı olarsa, hərbi xidmətə göndəriləcəyini” bildirmişdir. Raci bildirmişdir ki, Novruz hərbi xidmətə getməlidir, əgər getməsə, kompensasiya ödəməli olacaqlar. O, Raciyə bildirmişdir ki, Novruzun hərbi xidmətə yararsız olmasını atasına da bildirmişlər və gəlib nəticəni götürməsini dedikdə o gəlib götürməmiş və oğlunun hərbi xidmətə göndərilməsini istədiyini dediyi üçün onlar Novruzu yenidən yoxlanışa cəlb etmişlər. Bu zaman Raci ona “sən kimsən?” dedikdə o, Raciyə danışığına fikir verməsini, səfərbərlik xidmətinin işçisi olmasını bildirən zaman Raci ona “buranın yiyəsi kimdi vobşe?” deyən zaman o, şöbə rəisi polkovnik leytenant Şahid1 olmasını və ikinci mərtəbədə oturduğunu bildirmişdir. Raci onun yanına getmək istədiyini bildirdiyi üçün o, Racinin telefonunu almış və ikinci mərtəbəyə qalxaraq şöbə rəisinə bir nəfər vətəndaş olduğunu və aqresiv danışdığını bildirmişdir. Rəis bölmə rəisi mayor Abbasovun, Zərərçəkmiş şəxs1 və özünün gəlməsini, bir yerdə qarşılayaraq, problemin aydınlaşdırılmasını ona bildirmişdir. Onlar otağa gəldikdə şöbə rəisi Racidən kim olmasını soruşmuş, Raci ona kim olmasının işə dəxli olmamasını bildirmişdir. Rəis ondan şəxsiyyət vəsiqəsini istədikdə Raci maşında olmasını bildirmiş, daha sonra gedib şəxsiyyət vəsiqəsini maşından gətirmişdir. Onun Novruzun nəyi olmasını soruşduqda “nə dəxli var kiməm?, Uşağı aparmırsız ona görə kompensasiya ödəyəcəksiz” deyə bildimişdir. Şöbə rəisi Raciyə çölə çıxmasını, Novruzun özünə məlumat veriləcəyini bildirmişdir. Raci Novruzu da çölə çıxararaq, Novruzun onunla gəldiyini və o nə desə onu da edəcəyini bildirmişdir. Onlar çölə çıxan zaman rəis Novruzun ərizəsini almağı və ərizəsinə qanuni qaydada cavab verməyi tapşırmışdır. Onlar Raciyə çağırışçının ərizə yazmalı olduğunu bildirdikdə Raci ərizə yazmayacağını demiş və kobud danışmağa başlamışdır. Həmin vaxtı orada şöbənin işçiləri, iki nəfər usta, çağırışçı Novruzun özü də olmuşdur. Raci aqressiv danışaraq əl qol atmağa başlamış, Hikməti itələmişdir. Bu zaman Hikmətin başı dəymişdir. Hadisələr növbətçi otağının yanında baş vermişdir. Bunu şöbə rəisi çıxıb görmüş, Racini növbətçi otağına salmışlar və şöbə rəisi Polis şöbəsinə məlumat vermişdir. Polislər gəlib Racini aparmışlar. Hadisədən sonra o, Gəncə şəhərinə getməli olmuşdur. Bununla bağlı mütəmadi şöbənin işçiləri ilə əlaqə saxlayıb işin nə yerdə qalmasını soruşmuşdur. Sonuncu dəfə də şöbə rəisindən soruşduqda Racinin müharibədə iştirak etmək üçün gəldiyini və onu bağışladıqlarını bildirmişdir. Raci müharibəyə gedib gəldikdən sonra söhbətin yenidən açıldığını eşitmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq bildirdi ki, hadisə şöbənin həyətində başlamış, dava olmamış, Raci ona əl qol atmış, Hikmət aralamaq istəyəndə onu itələmiş, Hikmətin başı dəymişdir. Raci şöbə rəisinin otağından çıxdıqda qışqıra-qışqıra gedirmiş, onlar o zaman rəisin otağında olmuşlar. Orada söyüş söyülməsi yadına gəlməmiş, o, Raciyə artıq söz deməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onların svitel geymələrini bildirmişdir. Onlar qış olduğu üçün svitel geymişlər, svitelin üstündə də paqon olmuş, kitel əynində olmamışdır. Təqsirləndirilən şəxs qaçıb getmək istəmiş, şöbə rəisi göstəriş vermişdir ki, onu növbətçi otağına salsınlar, polis gəlib aparsın. Onlar Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. O, Raci ilə barışmaq mövqeyi tutmuş, pislik etmək fikri olmamış, lakin Raci onlara qarşı qərəzli danışmışdır. Üzbəüz söhbət edən zaman Raciyə Novruzun ərizə yazmalı olmasını bildirmiş, məcbur ərizə yazdırmamış, şifahi dediyi sözlərə poçt vasitəsilə rəsmi qaydada məktub göndərib izah etmək istəmişlər. O, izahatında Zərərçəkmiş şəxs1 özündən getməsini deməmiş, başının dəyməsini demişdir. Raci pilləkənlərdən düşmüş gəlmiş, ona əl-qol atanda Hikmət araya girmiş, onda Hikməti itələmiş Hikmətin başı bardiyora dəymişdir. Raci onun paqonunu növbətçi otağının qarşısında əl qol atan zaman sökmüş, əvvəlcə paqonu sökmüş, sonra Hikməti itələmişdir. Onlar Racini normal qaydada növbətçi otağına aparmış, onda şöbə rəisi demişdir ki, Bəhman müəllimə zəng etsinlər. Raci növbəçi otağında oturub gözləmişdir. Onlar Racini vurmamışlar. Şöbə rəisinin otağından çıxan zaman şöbə rəisi demişdir ki, Novruz oturub ərizəni yazsın, Raci isə demişdir ki, ərizə yazmayacaq o, nə desə Novruz onu da edəcək. Otaqdan əvvəlcə Raci, arxasınca isə onlar çıxmışdır. Raci ilk dəfə ona yaxınlaşan zaman kobud danışmış, sonra pilləkanlarda davam etmişdir. O, pilləkanları düşən zaman Raci aşağıda olmuş, davaya ilk reaksiyanı Hikmət vermişdir. İşçilər üçü də şöbə rəisinin otağından bir yerdə çıxmışlar. Raci pilləkanların ayağında artıq Hikməti itələmiş, onun paqonunu cırmış, şöbə rəisi demişdir polisə desinlər. Racini növbətçi otağına aparmaq şöbə rəisinin göstərişi olmuş, onun isə buna səlahiyyəti olmamışdır. Raci bütün olanları görmüş, ona görə sakitləşmişdir. Racinin söyüş söyməsini eşitməmişdir. Raci əlini ona atmış, o heç bir şey deməmiş və mübahisə yaranmışdır. Ona qarşı Raci tərəfindən zərbə olmamış, hadisə hardasa 1 saat 40 dəqiqə çəkmişdir. Onlar Novruzu heç nəyə məcbur etməmiş, Raci onlara deyəndəki onlardan kompensasiya alacaq onlar demişdir ki, ərizə yazsın ərizə ilə müraciət etsin. Novruz ərizə vermək istəmiş, Raci imkan verməmiş, hadisə də bundan sonra başlamışdır. Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə rəis təyin olunmuş, 2021-ci ilin 31 mart tarixinədək həmin vəzifədə işləmişdir. Şahid8 2019-cu ildə xəstəliklə bağlı ehtiyata buraxılmış, lakin onun özü və valideyinləri qərar ilə razı olmamışlar. Onların qərar ilə razı olmamalarına görə və onlardan yuxarı orqan olan həkim komissiyası Novruzu ehtiyata verdiyi üçün o, Novruzun valideyinlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin qəbuluna, Şəmkir şəhərinə göndərmişdir ki, onlar qərar ilə razı olmadıqlarını xidmət rəisinə bildirsinlər və xidmət rəisi Novruzun yenidən müayinə olunması, qərarın dəyişdirilməsi üçün proses başlatsın. Qəbuldan sonra həmin proseslər başlamış, Novruz yenidən yoxlanışa cəlb edilmiş, onlar Novruzun sənədlərini yenidən həkim komissiyasına təqdim edərək cavab gözləmişlər. Həmin proses bir az vaxt aparmış, bu vaxt ərzində də Novruzun valideyinləri dəfələrlə gələrək məlumat almaq isdədikdə onlara ancaq cavab geldikdən sonra qərar verə biləcəklərini bildirmişlər. 2020-ci ilin 14 yanvar tarixində saat təxminən 15:00 radələrində Şahid8 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə gəlmiş, bildiyinə görə əvvəlcə baş icraçının daha sonra onun otağına gəlmişlər və Novruzun nə səbəbdən hərbi xidmətə göndərilməməsini soruşmuşlar. O, Təqsirləndirilən şəxs kim olmasını aydınlaşdırmaq üçün şəxsiyyət vəsiqəsini tələb etmiş, Raci vəsiqəsini gətirdikdə onun Novruzun qohumu olmaması məlum olmuş, bunu Racinin özü də etiraf etmişdir. O, Racidən otağı tərk etməsini, çağırışçıya hər şeyi izah edəcəyini bildirmişdir. O, Novruza ərizə ilə müraciət etməsini bildirdikdə Raci səs-küy salmağa başlamış və Novruzun ərizə yazmasına imkan verməmişdir. Həmin vaxt otaqda onlardan başqa mayor Şahid2 və Zərərçəkmiş şəxs2 da olmuşlar. Onlar çıxdıqdan sonra Raci bayırda onlarla dalaşmağa başlamış, qapı açıq olduğu üçün o da bunları eşitmiş, söyüş söyülmüşdür. Səs-küyə çölə çıxan zaman onların birinci mərtəbəyə düşdüklərini və dava-dalaşa orada davam etdiklərini, söyüş söyüldüyünü görmüşdür. Həmin yerə digər işçilərdən də gələnlər olmuş, Fərhadın üzərindəki paltarların səliqəsiz hala düşməsini görmüş, daha sonra Raci Hikməti itələmişdir və Hikmət yıxılmış, Racı bunu gördükdə ərazini tərk etmək istəmiş, o qərara gəlmişdir ki, Racini saxlasınlar və hüquq mühafizə orqanlarına təhvil versinlər. Onun tapşırığına əsasən qapını bağlayaraq Racini növbətçi otağına aparmışlar. O, həmçinin bildirdi ki, polis əmkdaşları təxminən 15 dəqiqəyə gəlmişlər. Eşitmiş olduğu söyüşlər Zərərçəkmiş şəxs2 ünvanlanmışdır. Təqsirləndirilən şəxs qaçmaq istədiyi üçün ona dəfələrlə gözləməyi təklif etmişlər, lakin, Raci razı olmadığı üçün onu növbətçi otağına aparmış və polisə təhvil vermişlər. Hadisə zamanı döyülən və söyülən onlar olmuşlar. Racini növbətçi otağına apardıqdan sonra polis əməkdaşlarını çağırmışlar. Hadisə baş verən zaman otaqda olmuş, otağının qapısı açıq olmuş, səs-küyə çıxan zaman Racinin Hikməti itələməsini və Hikmətin yerə yıxılmasını görmüşdür. Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Gədəbəy rayonuna yeni təyin olunduğu vaxtlarda onların bir əməkdaşı gələrək müraciət etmişdir ki, bir nəfər vətəndaş çağırışçının yanında gələrək şöbə rəisinin yanına girmək istəyir. O, həmin əməkdaşa vətəndaşı çağırmasını, yanına gəlməsini və ona ətraflı məlumat verəcəyini bildirmişdir. Həmin əməkdaş bildirmişdir ki, həmin şəxs onun yox, birbaşa şöbə rəisinin yanına girmək istəyir. O da şöbə rəisinin yanına girə biləcəyini, vətəndaş kimi onun hüququ olduğunu bildirmişdir. O, Racini və yanında olan Novruzu şöbə rəisinin yanına apararkən ondan böyük olduğunu, nə lazımdısa ona bildirməyə hazır olduğunu demiş, Raci isə ancaq şöbə rəisinin yanına girmək istədiyini demişdir. Raci və Novruz onlarla birgə şöbə rəisinin yanına daxil olmuşlar. Orada şöbə rəisi, onların əməkdaşları və həmin şəxslər arasında ziddiyətlər yaranmışdır. Təqsirləndirilən şəxs yanındakı şəxsin hərbi xidmətə aparılmamasını, yoxlanılmamasını və sairə bildirmiş, onların əməkdaşla, yəni Fərhadla aralarında mübahisə yarandıqda o yenə ondan böyük olduğunu, bir-birini təhqir etməmələrini, artıq söhbət etməmələrini, oranın dövlət binası olmasını, inzibati qurum olmasını bildirsə də, xeyri olmamış və onlar əlbəyaxa olmağa başlamışlar. Bir-birini itələmiş, qarşılıqlı çəkişmişlər. O, Raciyə yenə xəbərdarlıqlar etmiş, hərbi quruma telefonla girməməsini də bildirmişdir. Onların mübahisəsindən saat yarım keçdikdən sonra Novruz barəsində qərar qəbul olunaraq onlara teleqram göndərilmişdir ki, o, hərbi xidmətə yararlıdır. Daha sonra isə o hərbi xidmətə getmişdir. Şahid həmçinin bildirdi ki, mübahisə təxminən yarım saat çəkmiş, şöbənin iş fəaliyyəti təxminən üç saat pozulmuşdur. Racinin təşəbbüsü ilə çəkişmə başlamış, qarşılıqlı olmuş, birinci səbəbkar Raci olmuş, hörmətsizlik etmiş, o hətta iş yoldaşına onun səsini kəsməsini demişdir. Hadisə uzun müddət getmiş, arada döyüşlər olmuş, çox gərginliklər yaşanmışdır. Hazırda konkret olaraq otaqdan kim birinci çıxdı deyə bilməz, amma üçü bir yerdə çıxmışlar. Onlar ikinci mərtəbənin dəhlizində mübahisə etməyə başlamışlar. Orada “var yox” söyüşü olmuş, Fərhadın paqonunun sökülməsini növbətçi hissədə görmüşdür. O, oraya sonradan gəlmiş, Racini qucaqlayıb sakitləşdirməyə çalışmışdır. O, Racinin növbətçi hissəyə aparılmağında iştirak etməmiş, orada olan iki nəfər yaşlı kişi müdaxilə etmək isdədikdə onlara tərəf gedib arxaya çəkmişdir. Dava-dalaş növbətçi hissənin qarşısındakı pilləkənin qabağında olmuş, onlar mübahisə etmiş, Raci Fərhadı vurmuşdur. O, aralaşdırmağa çalışıb ortalıqda ola-ola hadisə baş vermişdir. Hikmət Racini sakitləşdirmək istəmişdir. Əsas mübahisə ikinci mərtəbədən başlamış, bir birinə əl atmışlar, birinci mərtəbədə mübahisə daha da alovlanmışdır. Raci yıxılmamış, içəridə oturmuş, üzərində zorakılıq izləri olmamışdır. Onların əməkdaşlar qapının ağzında olmuşlar. Şöbə rəisi Racini aparmaları üçün hüquq mühafizə orqanlarına məlumat verildiyini demişdir. Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində birinci mərtəbədə başda yerləşən xidməti otağında Zərərçəkmiş şəxs1 ilə bir yerdə olan zaman bayırdan səs-küy gəlməsini eşitmiş və onlar bayıra çıxdıqda Fərhad və Racinin söyüşlər söyərək aşağı düşmələrini görmüş, lakin kimin kimə söydüyünü bilməmişdir. Daha sonra Raci və Fərhad dava etmiş, o onları aralaşdıraraq söyüş söyməmələrini bildimiş, Raci Hikməti itələmiş və Hikmətin başı sütuna dəymiş, onlar daha sonra polisə məlumat vermiş, polis gələrək Racini aparmışdır. O, həmçinin bildirdi ki, o, Hikmətlə birlikdə onları aralaşdırmış, sonra o getmişdir. Sonradan demişlər ki, polis gəlmişdir. Hadisənin nə üstündə baş verməsini bilməmişdir. Fərhadın rütbəsinin yırtılmasını, Racinin Hikməti itələyib yıxmasını görməmiş, Hikmət yerə yıxılmamış, Raci onu çəkişdirərkən başı dəymişdir. Hadisə zamanı şöbə rəisinin rütbəsinin sökülməsini görməmişdir. Aradan xeyli vaxt keçdiyi üçün hadisə tam yadında qalmamışdır. İstintaq zamanı ona zor tətbiq etməmişlər və ifadəsinə özü qol çəkmişdir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi və elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 1982-ci ildən hal-hazıra kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin Səfərbər Hazırlıq və Səfərbərlik Bölməsində müfəttiş işləyir. Gədəbəy rayonun Novosaratovka kəndində yaşayan Şahid8 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlar ilə heç bir narazılıqları və ədavətləri olmamışdır. O, şöbənin inzibati binasının birinci mərtəbəsində yerləşən otaqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon X2 və Səfərbərlik bölməsinin rəisi baş leytenant Zərərçəkmiş şəxs1 ilə bir otaqda oturur. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 15.50 radələrində otaqda işlədiyi vaxt həyətdən səs-küy, kiminsə nalayiq sözlərlə söyməsini eşitmişlər. Diqqət yetirsələr də söyüş söyən şəxsi səsindən tanıya bilməmişlər və Zərərçəkmiş şəxs1 ilə bərabər o, tez otaqdan həyətə çıxmışlar. Sonradan tanıyıb bildiyi Təqsirləndirilən şəxs şöbənin əməkdaşı baş çavuş Zərərçəkmiş şəxs2 yaxasından tutub dartışdırdığını, mayor Şahid2 Zərərçəkmiş şəxs2 isə belə qanunsuz hərəkət etmək olmaz deyərək Təqsirləndirilən şəxs əlindən Fərhadı almağa çalışmasını görmüşlər. Hikmətlə o da onları aralamağa çalışmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs2 ilə dalaşmağa mübarizə aparırmış və onu döymək istəyirmiş. Onlar isə Racini sakitləşdirməyə çalışarkən qəflətən Hikməti itələməsi nəticəsində Hikmət yerə yıxılmış və onun başı daş sütuna dəyib zədələnmişdir. O da hirslənib Təqsirləndirilən şəxs “ay bala bu nə hərəkətdir, niyə söyürsən, dalaşırsan” deyə iradını bildirmişdir. Səs-küyü eşidən şöbə rəisi heyətə düşmüş və Racinin hərəkətlərini görərək polisə məlumat verilmişdir. Onlara tapşırılmışdır ki, polis gələnə kimi Təqsirləndirilən şəxs aparıb şöbənin növbətçi otağında saxlasınlar. Təqsirləndirilən şəxs həmin vaxt qaçıb getmək istəsə də şöbənin əməkdaşları mayor Abbasov, gizir Şahid6 və Fərhad Şıxaliyev onun qaçmasına imkan verməmiş, Racinin qolundan tutub növbətçi otağına aparmışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Şahid3 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, sadəcə olaraq Zərərçəkmiş şəxs1 yerə tam olaraq yıxılmamışdır. Qalan hissədə istintaqa verdiyi ifadəsini təsdiq edir. Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 14 yanvar 2020-ci il tarixində öz iş otağında olan zaman bayırdan səs-küy gəlməsini eşitmiş və nə baş verməsini görmək üçün bayıra çıxmış, bu zaman iş yoldaşı Hikmətin vurulmuş olduğunu görmüşdür. Nə baş verməsini soruşduqda Təqsirləndirilən şəxs gəlməsini və onu vurmasını bildirmişlər. İşçilərin Racini növbətçi otağına aparmaq barədə danışmalarını eşitmiş və xidməti otağına qayıtmışdır. Hadisə barədə bundan başqa bir şey görməmişdir. O, həmçinin bildirdi ki, onun xidməti otağı birinci mərtəbədədir. Racinin Hikməti itələməsini dediklərini eşitmiş, səs-küy onlar ikinci mərtəbədən düşən zaman nərdivanın aşağısından gəlmişdir. Orada olan şəxslərdən yadında qalanı Hikmət müəllim, Pərviz müəllim və vətəndaşlar olmuşdur. O, otaqda olmuş, kimin kimi vurmasına şahid olmamış, otaqda olanda səs-küyə çıxmışdır. O, oraya gəldikdə Hikmətin qolundan tutduqlarını görmüş, onun vəziyyəti özündə olmuşdur. O, ibtidai istintaqda ifadəsini özü vermişdir. O, söyüş eşitməmiş, qarışıq səsə çıxmışdır. Hadisə baş verən yer ilə otağı arası təxminən on metr məsafə olmuş, otağı birinci mərtəbədə axırda yerləşmişdir. Səs-küyü nərdivanın ayağında eşitmişdir. Raciyə demişlər ki, növbətçi otağına getsin. Hikmətin qolundan nə üçün tutmalarını bilməmiş, Racini qapıdan çıxanda görmüş, onun üzərində qan izi, xəsarət görməmişdir. Şahid B.Şahid4 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid B.Şahid4 ibtidai istintaq zamanı verdiyi və elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 1987-ci ildən hal-hazıra kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsində Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsində müfəttiş vəzifəsində işləyir. Hazırki vəzifədə isə 10 dekabr 2012-ci il tarixdən işləyir. Gədəbəy rayonu, Novosaratovka kənd sakini Şahid8 təxminən 7-8 ay olar ki, həqiqi hərbi xidmətə çağırışçı kimi tanıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir ünsiyyəti, əlaqəsi olmamış və yalnız 14 yanvar 2020-ci il tarixdə tanımışdır. Onun xidməti iş yeri şöbənin inzibati binasının birinci mərtəbəsində yerləşir. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 15.30 radələrində otaqda işlədiyi vaxt həyətdən səs-küy, kiminsə nalayiq söyüş söyməsini eşitdikdə bir qədər dinlədikdən sonra otaqdan həyətə çıxmışdır. O, inzibati binanın həyətinə çıxdıqda şöbənin əməkdaşları mayor Şahid2, baş çavuş Zərərçəkmiş şəxs2, gizir Şahid6 həyəcanlı vəziyyətdə baş leytenant Zərərçəkmiş şəxs1 yerdən qaldırdıqlarını görmüşdür. Həmin vaxt o, yaxınlaşaraq nə baş verməsi ilə maraqlandıqda bildirmişlər ki, Təqsirləndirilən şəxs nalayiq sözlərlə söyəndən sonra Zərərçəkmiş şəxs1 itələyərək yerə yıxmış və sonuncunun başı beton sütuna dəyərək xəsarət almışdır. O, təmkinli formada Racini nizam-intizamlı olmağa dəvət edərək, sonuncunu sakitləşdirməyə çalışmışdır. İnzibati binanın qarşısında Racinin nalayiq söyüşlərini və Fərhadı hədələməsini eşidən şöbə rəisi polkovnik-leytenant Eldəniz Süleymanov da həyətə düşmüş, Təqsirləndirilən şəxs şöbədə etdiyi hərəkətlərinə görə sonuncunu şöbənin növbətçi otağına aparılmasını tapşırmışdır. Təqsirləndirilən şəxs polisə məlumat verildiyini eşitdikdə qaçıb getmək istəmiş, lakin hamısı sonuncunun qolundan tutaraq qaçmasına imkan verməyərək mayor Şahid2, gizir Şahid6 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Racini növbətçi otağına aparmışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və araşdırma aparılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Gədəbəy rayonu, Novosaratovka kənd sakini Şahid8 həqiqi hərbi xidmətə çağırışçı olduğu üçün sonuncunu tanımış və səhhətində olan problem ilə bağlı Novruzun bir neçə ay xidmətə göndərilməsi mümkün olmamışdır. Eşidib bildiyinə görə Təqsirləndirilən şəxs yanında Şahid8 olmaqla 14 yanvar 2020-ci il tarixdə saat 15:30 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinə gəlmiş və birinci Zərərçəkmiş şəxs2, sonra da şöbə rəisinin qəbulunda olmuşlar. Lakin Təqsirləndirilən şəxs şöbə rəisinin qəbulunda olarkən özünü qeyri-səmimi apararaq kobud davranmış və rəisin yanından çıxaraq pilləkənlərdən düşərkən kobud davranışına görə Zərərçəkmiş şəxs2 ilə aralarında mübahisə yaranmış və Raci inzibati binanın qarşısında Fərhada söymüş və həmin vaxt söyüşlərini eşidərək çölə çıxmış və bundan sonra da Raci ilə Zərərçəkmiş şəxs2 mübahisələrinin və Zərərçəkmiş şəxs1 yerə yıxılmasının şahidi olmuşdur. Şöbənin rəisi Eldəniz Süleymanov və əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamış, təpiklə döyülməmiş və sonuncuya müqavimət göstərilməmişdir. Ancaq Təqsirləndirilən şəxs səs-küy yaratmış, nalayiq söyüşlər söymüş, Fəhradı vurmaq istəmiş, Hikməti itələyib yıxaraq xəsarət yetirmişdir. Bundan başqa eşitdiyinə görə Fərhadın paqonunu qoparmışdır. O, həyətdə səs-küyü eşidib çölə çıxdıqda kiminsə Racini döyməsini, sonuncunu vurmasını, kiminsə Raciyə zor tətbiq etməsini və ya xəsarət yetirməsini görməmişdir. Əksinə Racinin şöbənin əməkdaşı Zərərçəkmiş şəxs2 ünvanına nalayiq sözlər deməsini, səs-küy etməsini eşitmişdir. Mayor Şahid2 və Şahid6 Zərərçəkmiş şəxs1 qolundan tutaraq yerdən qaldırmalarını görmüşdür. Həmçinin o, yerdə paqon olduğunu, həmin paqonun Zərərçəkmiş şəxs2 paqonu olduğunu və Raci Zərərçəkmiş şəxs2 müqavimət göstərdiyi vaxt paqonundan dartmasına görə yerə düşməsini bilmişdir. Şöbənin heç bır əməkdaşı Təqsirləndirilən şəxs döyməmiş, qolundan tutub şöbənin növbətçi otağına aparılmasını görsə də həmin vaxt sonuncunu sürüməmişlər, qolundan burmamışlar və kimsə Racini təpikləməmişdir. Əksinə Təqsirləndirilən şəxs onlara müqavimət göstərib qaçmaq istədiyini görmüşdür. Təqsirləndirilən şəxs növbətçi otağına aparıldıqdan sonra o, həyətdə qalıb növbətçi otağına getməsə də növbətçi otağının qapısı açıq olmuş, orada kiminsə Racini döyməsini görməmişdir. Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə olduğunu görsə də gödəkçəsində söküntü olduğunu, cibindən də pul və ya başqa nəsə düşdüyünü görməmişdir. 14 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs inzibati binanın qarşısında nalayiq söyüşlər söyməsi, Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək sonuncunun üstünə hücum edərək vurmaq istəməsi, Zərərçəkmiş şəxs1 itələyərək yıxıb xəsarət yetirməsi təxminən 15-20 dəqiqə davam etmiş, həmin səs-küyü Təqsirləndirilən şəxs yaratmış, şöbənin iş rejimi pozulmuş, şöbənin əməkdaşları xidməti otaqlarından səs-küyə çölə çıxmış, həyətdə olan fəhlələr Təqsirləndirilən şəxs hərəkətlərini eşitmiş və görmüşlər. Lakin həmin vaxtı kənar şəxslərdən kimlərin Təqsirləndirilən şəxs səs-küyünü eşidərək gəlmələrini və görmələrini bilməmişdir. Şahid B.Şahid4 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, məhkəmə iclasında vermiş olduğu ifadəsini təsdiq edir, onun 60 yaşı var. Hadisə də çoxdan baş vermişdir. Onların oturduqları otaq idarədə ən çox vətəndaş gəldiyi otaq olmuş, orada 16 yaşlı uşaqların qeydiyyatını aparmışlar. Həmin vaxt da orada vətəndaş çox olmuş, o, hadisə baş verən yerdə çox qalmamışdır. Hazırda verdiyi ifadəni istintaq zamanı da vermişdir. Məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir. Şahid5 Məhəmməd oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər komissarlığa gəlmiş vətəndaş kimi tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, hadisə baş verən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsində növbətçi olmuş, o, işləyən vaxtı bayırdan səs-küy gəlməsini eşitmiş, bayıra çıxdıqda xeyli insanın toplaşmasını görmüş. Zərərçəkmiş şəxs2 da orada olmasını və kiməsə də söyüş söyməməsini deməsini eşitmişdir. O, oraya yaxınlaşmaq istədikdə yanındakı vətəndaşlar getməməsini, onların uzaq yoldan gəlmələrini, onları yola salmasını bildirmişlər. O, vətəndaşları yola salıb çıxana kimi hadisə yekunlaşmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs hansısa çağırışçının yanında gəlmiş, şöbənin əməkdaşları çağırışçıya ərizə yazmasını bildirməsinə baxmayaraq Raci buna imkan verməmişdir. O, həmçinin bildirdi ki, o, Racinin çağırışçının nəyi olmasını bilməmiş, hadisədən sonra Zərərçəkmiş şəxs2 görmüş, Fərhad formada olmuş, üst başı qaydasında olmuş, onun rütbəsinin sökülməsini görməmişdir. O, Hikmətin vurulmasını görməmiş, deyilənlərə əsasən bilmiş, söyüşləri eşitməmiş, sadəcə Fərhadın “söyüş söymə” deməsini eşitmiş, şöbə rəisinin rütbəsinin sökülməsini görməmişdir. Mübahisə pilləkanlardan aşağıda başlamış, orada çoxlu adamlar olmuş, o, içəridə olmuş, Racinin döyülməsini görməmişdir. Şahid M.Şahid5 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid M.Şahid5 ibtidai istintaq zamanı verdiyi və elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon X2 və Səfərbərlik Bölməsində müfəttiş işləyir. xx.xx.2020-ci il tarixdə şöbə üzrə növbətçi olmuşdur. Nahar fasiləsindən sonra təxminən saat 15:50 radələrində şöbənin növbətçi otağında oturmuşdur. Çöldə bərk səs-küy olduğunu eşitmiş və bayıra çıxmışdır. Çıxanda görmüşdür ki, səfərbərlik bölməsinin qeydiyyat otağının önündə koridorda Şahid8 ilə birlikdə gəlmiş sonradan tanıdığı Təqsirləndirilən şəxs şöbənin işçiləri ilə münaqişə zəmnində söhbətlər edir. O, onlara yaxınlaşanda görmüşdür ki, Təqsirləndirilən şəxs əl-qol ataraq şöbənin əməkdaşı baş çavuş Zərərçəkmiş şəxs2 yaxasından tutmağa çalışır, lakin Fərhad ona imkan verməyərək arxaya çəkilir və bölmə rəisi mayor Şahid2 ilə Zərərçəkmiş şəxs2 isə belə qanunsuz hərəkət etmək olmaz deyərək Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmağa çalışır. Onların səs-küylərini, Racinin nalayiq söyüşlər işlətdiyini eşidərək şöbənin işçilərindən Zərərçəkmiş şəxs1, Şahid6, X3 və Şahid4 iş otaqlarından çıxaraq yaxınlaşıb Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da heç kimə məhəl qoymayaraq yalnız Zərərçəkmiş şəxs2 ilə dalaşmağa mübarizə aparmış və nalayiq söyüşlər edərək onu döymək istəmişdir. Əməkdaşlar Racini tutub saxlayaraq nizam-intizama dəvət etsə də lakin onlara demişdir ki, onu buraxsınlar onlarla işi yoxdur, yalnız Fərhad ilə məsələni həll edəcək və onun payını verəcəkdir. Həmin vaxtı Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Hikməti itələməsi nəticəsində Hikmət yerə yıxılmış və onun başı daş sutuna dəyib əzilmişdir. Səs-küyü eşidən şöbə rəisi polkovnik-leytenant Eldəniz Süleymanov həyətə düşmüş və Racinin hərəkətlərini görərək polisə məlumat verilmiş və onlara tapşırmışdır ki, polis gələnə kimi Təqsirləndirilən şəxs aparıb şöbənin növbətçi otağında saxlasınlar. Raci Sətərov həmin vaxt qaçıb getmək istəsə də şöbənin əməkdaşları mayor Abbasov, gizir Şahid6 və Zərərçəkmiş şəxs2 onun qaçmasına imkan verməmiş, Racinin qolundan tutub növbətçi otağına aparmışlar. Raci çəkib Fərhadın paqonunu qoparmışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Şahid M.Şahid5 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, o, istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmir. O, məhkəmə iclasında vermiş olduğu ifadısini təsdiq edir. Bildirir ki, o istintaq zamanı olan ifadəsinə oxumadan qol çəkmişdir. Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə 14 yanvar 2020-ci il tarixində nahar fasiləsindən sonra baş vermişdir. Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinə gələrək birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkənlərdə onların iş yoldaşı Zərərçəkmiş şəxs2 təhqir edərək üzərinə hücum çəkmək istəmiş, Zərərçəkmiş şəxs1 onu aralaşdırmaq istədikdə, Raci Hikməti itələmiş, Hikmətin başı sütuna dəymişdir. Onlar hadisə zamanı Təqsirləndirilən şəxs yanında gəlmiş çağırışçı Şahid8 yazılı ərizə ilə müraciət etməsini bildirmişlər, lakin Novruz bununla razılaşmamışdır. Səs-küyə şöbə rəisi gəlmiş, səssizlik yaranması və Təqsirləndirilən şəxs söyüşlər söyməməsi, hadisə yerindən qaçmaması üçün onun növbətçi otağına aparılmasına dair göstəriş vermişdir. O, həmçinin bildirdi ki, o, Zərərçəkmiş şəxs1 yerə yıxılmasını görmüş, Raci Hikməti itələmiş və onun başı sütuna dəymiş, Raci Hikmətə işinin onunla olmamasını demişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 rütbəsi Təqsirləndirilən şəxs tərəfindən yırtılmışdır. Hadisə barədə şöbə rəisi tərəfindən polisə məlumat verilmiş, onlar Racini pilləkənlərin yanında tutmuşlar. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 söyməsini eşitmişdir. Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə vaxtı onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsində təmir işində işləmiş, birdən səsküy gəlməsini eşitmişlər. Səs küy artmağa başlamış, onlar söyüş eşitmiş, nə baş verməsini görmək üçün pilləkənlərdən düşən zaman Raci və Fərhadın bir-biri ilə tutaşmaq istəməsini görmüşlər. Digər şəxslər onları aralaşdırmaq istəsələr də, onlar dalaşmağa başlamışlar. Zərərçəkmiş şəxs1 Raci ilə Fərhadı aralaşdırmaq istəyən zaman onun yıxılmasını görmüş, lakin onu Racinin yıxmasını, ya da ayağının dolaşaraq yıxılmasını bilməmişdir. İşçilərin davadan sonra növbətçi otağına gedib orada söhbət etmək barədə danışmalarını eşitmişdir. Fərhadla Raci dalaşan zaman rütbə cırılmasını görməmişdir. Onlar ikinci mərtəbədə olmuşlar. Davanı Hikmət, şöbə rəisi və digər şəxslər aralaşdırmışdır. O, həmçinin bildirdi ki, hadisə təxmini yarım saat çəkmiş, o söyüş eşitmiş, lakin kimin kimə söyməsini bilməmişdir. O, rəisi hadisədən sonra görmüş, polislər Racini apardıqdan sonra rəisin üst başı səliqəli olmuşdur. Ona ifadəsində heç kəs təsir etməmiş, o hadisə zamanı ikinci mərtəbədə işləmiş, oradan pilləkənlərin qurtaracağı görsənmiş, Hikmətin yıxılmasını, başının sütuna dəyməsini və başını tutmasını görmüşdür. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid7 ibtidai istintaq zamanı verdiyi və elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonun Miskinli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və tikinti-təmir işləri ilə məşğul olur. Qarşılıqlı razılaşma əsasında o, 2020-ci ilin yanvar ayının əvvəllərindən Gədəbəy rayonu, Miskinli kəndində yaşayan həmkəndlisi X9 ilə bərabər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin inzibati binasında təmir işləri ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində bərabər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin inzibati binasının 2-ci mərtəbəsində Həsənov Vüqarla yerləşən pilləkənə yaxın otaqda işləmişlər. Həmin vaxt kiminsə nalayiq söyüşlər etdiyini eşitdikdə maraqlanıb tez otaqdan dəhlizə çıxmışdır. Görmüşdür ki, tanımadığı bir gənc oğlan mülkü şəxsin, ondan qabaqda şöbənin keçmiş əməkdaşı Fərhad Şıxaliyevin, Şahid2 və ondan da lap qabaqda bir mülkü şəxsin pilləkənlə aşağı düşdüklərini, söyüş edən şəxsin isə lap qabaqda gedən adını sonradan bildiyi həmin Raci adlı şəxs olduğunu bilmişdir. Şahid2, istərsə də Fərhad Şıxaliyev söyüş söyən Racini sakitləşdirməyə çalışmışlar və ona “ayıbdır söyüş söymə” demişlər. Ondan bir neçə dəqiqə keçmiş Vüqarla otaqdan çıxmışlar. Raci adlı şəxsin Fərhadın ünvanına nalayiq söyüşlər söydüyünü, Fəhradın ona “sən artıq həddini aşırsan” deməsini eşitmişdir. Onlar inzibati binanın həyətinə düşmüşlər. Səs-küyün kəsilmədiyini görüb, o da Vüqarla onların arxasınca pilləkənlərlə həyətə düşmüşlər. Onlar həyətə düşdükdə Raci adlı şəxsin şöbənin əməkdaşı Fərhadın yaxasından tutub dartışdığını, Şahid2 onu ayırmağa çalışdığını və həmin vaxt şöbənin əməkdaşı Hikmət, Aydın, Pərviz həmdə qeyriləri otağından çıxıb onları ayırmağa çalışdığını görmüşdür. Raci əlləri ilə Hikməti kobud formada itələmiş və Hikmət arxası üstə gedib başı binanın daş sütununa dəymiş və əlləri ilə başını tutmuşdur. Artıq səs-küyü eşidən şöbənin rəisi Eldəniz müəllimdə xidməti otağından çıxaraq Racinin hərəkətlərinin şahidi olub rayon polis şöbəsinə zəng edib bu barədə məlumat verməsini deyərək, əməkdaşlarına göstəriş vermişdir ki, Racini aparıb növbətçi otağında saxlayıb polisə təhvil versinlər. Raci bunu eşidən kimi qaçmaq istəsədə, onu tutub növbətçi otağına aparmışlar. Bundan 3-5 dəqiqə sonra eşidib bilmişlər ki, polis əməkdaşları Racinin etdiyi qanunsuz hərəkətlərə görə onu rayon polis şöbəsinə aparmışlar. Şahid7 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, o, məhkəmə iclası zamanı vermiş olduğu ifadəni təsdiq edir. Bildirir ki, o dava gedən zaman aşağı düşməmiş, onlar getdikdən sonra düşmüşdür. Adam çox olduğu üçün Racinin Hikməti itələdiyini görməmiş, Hikmətin yıxılaraq başının sutuna dəydiyini görmüşdür. Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi və uzaq qohumu kimi tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 Hərbi səfərbərlik şöbəsinin işçisi kimi tanımış və onunla aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, hərbi çağırışı ilə bağlı məlumat almaq üçün Gədəbəy rayonu hərbi səfərbərlik şöbəsinə getməli olmuşdur. Təqsirləndirilən şəxs da həmin gün Gədəbəy rayonuna toy məclisində iştirak etmək üçün gedəcəyi üçün onunla birgə getmişdir. Raci toy məclisində iştirak etmiş, o, isə həmin vaxt onu bayırda gözləmişdir. Raci çıxdıqdan sonra onlar bir yerdə hərbi səfərbərlik şöbəsinə getmişlər. Onun həmin vaxtlarda yaşı az və təcrübəsiz olduğuna görə komissarlığa getdikdə tam cavab ala bilməmişdir ki, nə üçün onu hərbi xidmətə aparmırlar. Bu səbəbdən də hərbi səfərbərlik şöbəsinə Raci ilə birlikdə yaxınlaşmışdır. Onlar hərbi səfərbərlik şöbəsinin birinci mərtəbəsində şöbənin əməkdaşına yaxınlaşmışlar. Raci onu nə üçün hərbi xidmətə aparmadıqlarını soruşduqda, həmin əməkdaş Raciyə “sən kimsən?, nə üçün gəlmisən?” demiş, Raci isə əgər bilmirsə, o zaman komissara, yəni rəisə yaxınlaşmaq istədiyini bildirmişdir. O, isə rəisin ikinci mərtəbədə olmasını bildirmişdir. Onlar bir yerdə rəisin otağına qalxmışlar. Şöbə rəisinin yanına girən zaman Raci onun nə üçün hərbi xidmətə aparılmamasını soruşmuş, rəis isə Racidən kim olmasını soruşaraq özünü təqdim etməsini bildirmişdir. Raci özünü təqdim etmiş, bu zaman rəis ondan şəxsiyyət vəsiqəsini istədikdə Raci maşında olmasını bildirdi və düşərək aşağıda maşından şəxsiyyət vəsiqəsini gətirərək təqdim etdi. Bundan sonra rəis heç bir məlumat verməmiş və onlar çölə çıxmışlar. Fərhad da orada olmuşdur. Raci ilə aralarında söz-söhbət olmuş və onlar Racini sürüyə-sürüyə növbətçi otağına aparmışlar. Həmin vaxt Racinin gödəkcəsi də cırılmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Onun hadisə barədə yadında qalanlar bunlardan ibarət olmuşdur. Çünki o, döyüşlərdə iştirak etmiş və döyüş zamanı xəsarətlər aldığına görə çox şeylər yaddaşından çıxmışdır. Bunlar isə sonradan yadına düşmüşdür. O, həmçinin bildirdi ki, Raci rayona toya gəlmiş, onunla gəlməsi üçün dəvət etmiş, ona “gəl gedək görək məni niyə aparmırlar, mən çox şeyi bilmirəm” demişdir. Onu hərbi xidmətə aparmamışlar və heç bir sənəd ona göstərməmişlər. O, bilmək istəmişdir ki, nə üçün onu hərbi xidmətə aparmırlar, onun nə qüsuru var. Cavab verməmişlər, o sadəcə hərbi xidmətə getmək istəmişdir. Hərbi səfərbərlik şöbəsində dava- dalaş olmuş, hərbi səfərbərlik şöbəsinin həyətində təxminən 5-10 dəqiqə çəkmiş, o, kənarda durmuşdur. Şöbənin rəisi, Fərhad və başqa işçilər də orada olmuşlar. Onlar bir yerdə rəisin otağından çıxmış, o da, arxadan gəlmişdir. Raci və Fərhad, söyüş deyə bilməz, ancaq aralarında birbirinə nəsə deyirdilər. Sadəcə o həmin söhbət vaxtı aralıda olmuşdur. Həmin vaxtı video çəkmək istəmişdir. Bunu ona Raci demişdir. Lakin telefonunu əlindən almışlar. Onun valideyini xəstədir və ali təhsili, savadı olmamışdır ki, həmin vaxt özləri öyrənib başa düşsünlər vəziyyəti. O, sadəcə həmin vaxt bilmək istəmişdir ki, hərbi xidmətə nə üçün getmir. Racidən də o xahiş etmişdir ki, onunla birgə gedib hərbi xidmətə aparmamalarının səbəbini öyrənsinlər. Onlar ora dava etmək və yaxud da başqa bir məqsəd üçün getməmişlər. Raci ilə Fərhad əlbə-yaxa olmuşlar. Aralarında dartışma olmuşdur. O, həmin vaxtı orada olmuş, lakin tam yadında qalmamışdır. Onları aralaşdırmamışdır. Racini sürüyərək növbətçi otağına aparmışlar. Hadisə yerində təxminən 5-6 nəfər olmuşlar. Sonradan içəridə nə olduğunu görməmiş, polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları Racini aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 01 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasının həyətidir. Həmin inzibati binaya giriş dəmir qapıdandır, həmin qapının sol tərəfində 2 taylı dəmir darvaza yerləşir. Giriş qapısından daxil olduqda sağ tərəfdə növbətçi otağı vardır. Həmin otaqda 1 ədəd çarpayı, 1 ədəd stul, 1 ədəd masa, televizor və kompyuter dəsti mövcuddur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasının həyəti 60 x 25 metr ölçüdədir. Şöbənin həyətində xidməti avtomobillər və mülki vətəndaşlar vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 14 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə şöbənin sabiq əməkdaşı Zərərçəkmiş şəxs2 arasında baş vermiş mübahisənin şöbənin 1-ci mərtəbəsindən 2-ci mərtəbəsinə qalxan pilləkənlərin qarşısında baş verdiyini və həmin vaxt onları ayırarkən Təqsirləndirilən şəxs onu itələməsi nəticəsində başının sütuna dəydiyini, nəticədə xəsarət aldığını bildirmiş və hadisənin baş verdiyi yeri göstərmişdir. Zərərçəkmiş şəxs1 göstərdiyi yer Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasının 1-ci mərtəbəsindən 2-ci mərtəbəsinə qalxan pilləkənlərin qarşısıdır. Pilləkənlə aşağı düşdükdə sağ tərəfdə 1 ədəd iri həcmli, binanın dayanıqlılığını təmin edən daş sütun vardır. - Götürmə aparılması və baxış keçirilməsi haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd tünd yaşıl rəngdə, yun materialdan hazırlanmış jaketin sol çiyini üzərində rütbə birləşdirmək üçün nəzərdə tutulan hissə qopmuş və həmin hissədə 12 sm ölçüdə tikişlər sökülmüşdür. Lakin təqdim olunan 1 ədəd rütbə üçün nəzərdə tutulan paqonun üzərində isə zədə yoxdur. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 14 yanvar 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri törədərkən sonuncu onun əynində olan jaketin üzərindəki paqonu dartıb sökməklə həmin jaketi zədələmişdir. - Məhkəmə tibbi ekspertizasının 16 yanvar 2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - başın şişkinliyi və qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 14 yanvar 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. - Məhkəmə trasoloji ekspertizasının 15 mart 2022-ci il tarixli, 16/299 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, təqdim olunan zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş poluverin üzərində 02 ədəd “a”, “b” zədələri fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-sökülmə, qopma zədələridir. - Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi Şahid1, mayor Şahid2, baş-leytenantı Zərərçəkmiş şəxs1, gizir Şahid6, baş çavuş Zərərçəkmiş şəxs2, müfəttiş Şahid5 iştirakları ilə tərtib olunmuş 14 yanvar 2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 15:30 radələrində çağırışçı Şahid8 və yanında tanımadıqları şəxs, çağırışçı ilə heç bir qohumluq əlaqəsi və vəkillik etibarnaməsi olmayan Səfərov X4 və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinə gələrək həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş məsul icraçısı baş çavuş Zərərçəkmiş şəxs2 müraciət etmiş və Zərərçəkmiş şəxs2 bu barədə bölmənin rəisinə məlumat vermişdir. Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, baş məsul icraçı, çağırışçı və yanında gələn vətəndaş şöbə rəisinin qəbuluna qalxmışdır. Bu zaman Təqsirləndirilən şəxs şöbə rəisini və baş məsul icraçını təhqir etməyə başlamış və otaqdan çıxmışdır. Otaqdan çıxarkən şöbə rəisinin haqqında “sən kimsən”, “sənə kimliyimi göstərəcəm” ifadələrini işlətmiş, buna etiraz olaraq bölmə rəisi mayor Abbasov və baş çavuş Şıxəliyev Təqsirləndirilən şəxs düzgün və nizam-intizamlı danışmağa dəvət etməsinə baxmayaraq, baş məsul icraçını çox nalayiq şəkildə söyüşlə təhqir etmiş, kişisənsə gecə mənimlə görüşməyənin demiş, pis söyüşlər işlətmiş, fiziki güc tətbiq edərək hərbi rütbəsini cırmış və bu səs küyə səbəb olmuşdur. Bu zaman baş leytenant Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsində normal etik qaydalara əməl etməsini bildirsə də vətəndaş Təqsirləndirilən şəxs baş leytenant Zərərçəkmiş şəxs1 üzərinə yeriyərək mübahisə etmiş, əli ilə itələməsi nəticəsində Zərərçəkmiş şəxs1 müvazinətini itirmiş, geriyə yıxılaraq başı yerə dəymiş və zədə almışdır. Bu hadisədən sonra Təqsirləndirilən şəxs erazini tərk etməsinə imkan verməyərək Gədəbəy RPŞ-nə məlumat verib sonuncunu polis nəfərlərinə təhvil vermişlər. - Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsindən alınmış xx.xx.2020-ci il tarixli 96 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasında mövcud olan videogörüntü cihazları gündəlik baxış üçün nəzərdə tutulduğuna görə (yaddaş bloku mövcud deyil), videogörüntünün təqdim edilməsi mümkün olmamışdır. - Gədəbəy rayon Polis şöbəsinin 05 oktyabr 2020-ci il tarixli, 198-16814-1120 nömrəli məktubundan görünür ki, 14 yanvar 2020-ci il tarixdə saat 15:30 dəqiqədə Gədəbəy rayonu, Novo-Saratovka kənd sakini Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati binasında həqiqi hərbi xidmətə çağırışçı Şahid8 hərbi xidmətə göndərilməsi ilə əlaqədar olaraq əvvəlcə həmin şöbənin əməkdaşlarına hədə-qorxu gələrək inzibati binada normal etik davranış qaydalarına əməl etməsini bildirdikdə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinin sabiq baş məsul icraçısı baş çavuş Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söymüş, müqavimət göstərərək hərbi rütbəsini cırmış, bu zaman ictimai qaydanın pozulmasının qarşısını alan baş leytenant Zərərçəkmiş şəxs1 müqavimət göstərərək sonuncunu itələyib yıxması nəticəsində Zərərçəkmiş şəxs1 baş nahiyyəsi beton dayağa dəyərək ona başın şişkinliyi və qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli hərəkətlər-xuliqanlıq etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati binası qapalı və hər tərəfdən hasarlı olması səbəbindən orada yalnız təmir işləri aparan 2 nəfər usta olmuşdur. Həmin şəxslər Gədəbəy rayon Miskinli kənd sakinləri Şahid7 və X7r. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinin 28 mart 2022-ci il tarixli, 296 saylı məktubundan görünür ki, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə məxsus bir ədəd yun kjaketin dəyəri 48.20 (qırx səkkiz manat, iyirmi qəpik), bir ədəd paqonun dəyəri 4,80 (dörd manat səksən qəpik) təşkil edir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində tərtib edilmiş tələbnamədən görünür ki, Səfərov X10 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 ay islah işləri cəzasına məhkum edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 04 aprel 2022-ci il tarixli 64164/21 nömrəli məktubundan görünür ki, Səfərov X10 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 ay islah işləri cəzasına məhkum edilmiş, onun barəsində olan hökm 22 mart 2019-cu il tarixdə icraata daxil olmuş, 19 iyun 2020-ci il tarixdə cəzası başa çatdığından onun üzərindən probasiya nəzarəti və məhdudiyyət götürülmüşdür. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin subyektiv əlaməti həmin cinayətin birbaşa qəsdlə törədilməsi və xuliqanlıq motivi təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bütün məhkəmə iclasında tədqiq olunmuş sübutlar məhkəmə tərəfindən həm ayrıayrılıqda, həm də bir-biri ilə müqayisəli təhlil edilərək qiymətləndirildi. Məhkəmə iclasında zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrində bəzi ziddiyyətlərlə bağlı xüsusatlara qiymət verərək məhkəmə belə qənaətə gəldi ki, şahid ifadələrində olan fərqliliklər ifadələrin iş üçün əhəmiyyətliliyinə təsir etməyən sadəcə şahidin hadisəni qavrama və fərdi xüsusiyyətlərilə bağlı olan hallar olduğundan və cinayət hadisəsindən uzun müddət keçməsi ilə əlaqədar olduğundan ifadələrin mötəbərliliyinə və həqiqiliyinə şübhə yaratmır. Odur ki, məhkəmə məhkəmə iclasında tədqiq olunmuş bütün ifadələri, o cümlədən ekspert rəylərini, istintaq hərəkəti protokollarını və digər sübutları həqiqi, mötəbər və iş üçün əhəmiyyəti olan sübutlar kimi qəbul edərək ittihamın həlli üçün etibarlı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən, qeyd edir ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasında yaxın qohumu olmayan və ya təmsilçilik səlahiyyəti olmadan həqiqi hərbi xidmətə çağırışçı Şahid8 aid olan hərbi xidmətə dair məlumatları əldə etməyə cəhd etməklə bu məlumatları ala bilmədikdən sonra “Novruzu xidmətə aparmasanız, şikayət edib kompensasiya tələb edəcəyəm” deməklə şöbənin əməkdaşlarına hədə gəlməsi, hərbi çağırışçıya rəsmi məlumat verilməsi üçün onun şöbəyə təklif olunan ərizə yazmağa imkan verməməsi, bununla da məqsədinin heç də Şahid8 köməklik etməsi deyil, Şahid8, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasında olan əməkdaşlar və digər qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək istəməsi, eləcə də şöbə rəisinin otağından çıxdıqdan sonra nalayiq söyüşlər işlədib qeyri etik davranış nümayiş etdirməsi, bunu əvvəlcədən planlaşdırılması qənaətinə gəlinməsinə əsas verən, tapşırığı ilə Novruz Məmmədov tərəfindən olanların telefonla çəkilişinin aparılmasına cəhd edilməsi ilə ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən hərəkətlər etmiş, Zərərçəkmiş şəxs2 xidməti geyim formasından, yəni yun poluver və paqonundan tutub dartaraq, poluverin sol çiyin nahiyyəsinin sökülməsi və paqon bərkidilməsi üçün nəzərdə tutulmuş düymənin qoparılması ilə nəticələnən 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dəyərində özgə əmlakını zədələmiş, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi şöbədə X1 Bölməsinin zabiti vəzifəsində işləyən baş leytenant Zərərçəkmiş şəxs1, yəni ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərib əli ilə sonuncunu itələyib yerə yıxaraq ona başın şişkinliyi və qançırı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq etmişdir ki, bu da Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin obyektiv cəhətinin əlamətlərinin olması qənaətinə gəlinməsinə əsas verir. Eləcə də, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2ci maddəsinin digər tərkib əlamətlərinin, cinayətin obyekti, subyekti və subyektiv cəhətinin olması da tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində zərər çəkmiş şəxs F.Şıxaliyevin onun üzərinə kobud sözlər işlətməklə hücum çəkməsi, sonra onun qaçmasının qarşısını alaraq sürüməklə məcbur növbətçi otağa aparıb şöbə əməkdaşları tərəfindən döyülməsi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı hər hansı xuliqanlıq hərəkətləri törətməməsi barədə bildirdiklərinə tənqidi yanaşır və belə hesab edir ki, onun bildirdiyi arqumentlər müdafiəsi üçün nəzərdə tutulmuş təsdiq olunmayan mülahzələridir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini sübuta yetirmək üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. R,Səfərovun yuxarıda qeyd edildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasında yaxın qohumu olmayan və ya təmsilçilik səlahiyyəti olmadan digər bir şəxs olan həqiqi hərbi xidmətə çağırışçı Şahid8 aid olan hərbi xidmətə dair məlumatları əldə etməyə cəhd etməsi, bu məlumatları ala bilmədikdən sonra “Novruzu xidmətə aparmasanız, şikayət edib kompensasiya tələb edəcəyəm” deməklə şöbənin əməkdaşlarına hədə gəlməsi, hərbi çağırışçıya rəsmi məlumat verilməsi üçün onun şöbəyə təklif olunan ərizə yazmağa imkan verməməsi, bununla da məqsədinin heç də Şahid8 köməklik etməsi deyil, özünün Şahid8, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin inzibati binasında olan əməkdaşlar və digər qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək istəməsi, eləcə də şöbə rəisinin otağından çıxdıqdan sonra nalayiq söyüşlər işlətməklə qeyri etik davranış nümayiş etdirməsi, bunu əvvəlcədən planlaşdırılması qənaətinə gəlinməsinə əsas verən, tapşırığı ilə Novruz Məmmədov tərəfindən olanların telefonla çəkilişinin aparılmasına cəhd edilməsi cinayət hadisəsinin Təqsirləndirilən şəxs təşəbbüsü ilə başlanılması nəticəsinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları və ya digər şəxslər tərəfindən döyülməsi və ya zorakılığa məruz qalması məhkəmə iclasında tədqiq olunmuş heç bir sübutla müəyyən edilmir. Eləcə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədildikdən sonra saxlanılması barədə olan hərəkətlər isə cinayət törətmiş şəxsin hüquq mühafizə orqanlarına məlumat verilməklə qaçmasının qarşısını almaq üçün edilən zəruri hərəkətlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qanuna və öz daxili inamına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs F.Şıxaliyevin onun üzərinə kobud sözlər işlətməklə hücum çəkməsi, sonra onun qaçmasının qarşısını alaraq sürüməklə məcbur növbətçi otağa aparıb şöbə əməkdaşları tərəfindən döyülməsi barədə bildirdikləri zərər çəkmiş şəxslərin ifadələri, həmin ifadələrə uyğun gələn və bir-birini tamamlayan şahid ifadələri, ekspert rəyləri və digər sübutetmə vasitələri ilə tam təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan olunmuş ittihamın həcminə təsir edə biləcək məqamlar müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 gicgah nahiyyəsinə yumruqla zərbə vuraraq fiziki ağrı yetirməsi barədə də ittiham verilmiş, lakin məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə istintaqı zamanı bu ittiham təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs F.Şəxəliyev məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun gicgah nahiyəsinə yumruqla vurulmasını təkzib etdi, eləcə də digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 gicgah nahiyəsinə yumruqla vurduğunu görmədiklərini bildirdilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 gicgah nahiyyəsinə yumruqla zərbə vuraraq fiziki ağrı yetirməsini təsdiq edən heç bir sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsi qeyd olunan epizod üzrə ittiham etmək təqsirsizlik prezumpsiyasına ziddir. Azərbaycan respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 2-ci və 3-cü hissəsində göstərilmişdir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 gicgah nahiyyəsinə yumruqla zərbə vuraraq fiziki ağrı yetirməsi hissəsi Təqsirləndirilən şəxs elan olunan ittihamdan xaric edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə tövsif olunması ilə razılaşır və hesab edir ki, o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etməklə medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək utulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü islah işlərinin üç gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilib seçilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd poluver qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur . Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək tutulduğu 2 gün müddət islah işləri cəzasının üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli qazancından tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd poluver qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar