Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-30/2023 20.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə 27 iyul 1973-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus olan Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən anbarın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub, saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan 480 manat dəyərində 16 kisə Rusiya Federasiyasının "xxxx" şirkətində istehsal olunmuş gübrəni gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, 28 iyun 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Azərbayan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda 12 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tanıyır, əvvəllər aralarında narazılıq və ədavət baş verməmişdir. Tovuz rayonu, Öskən kənd sakini Şahid1 ilə yaşadığı kənd ərazisində həmkəndlisi Şahid2 icarə əsasında işlətdiyi kafedə tanış olmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində Şahid1 təklifi ilə zərərçəkmişə məxsus anbara daxil olub, beş kisə gübrəni götürmüşlər. Lakin anbarın qıfılını sındırmamışlar. Şahid1 idarə etdiyi avtomobillə həmin gübrəni satmaq üçün həmkəndlisi X5 evinə aparmış, 100 manata satmış, sonra yenidən kafeyə qayıtmışlar. Orada pulu Rasimə vermişdir. Rasim gübrənin satışından əldə etdikləri puldan 20 manat ona, 10 manat Şahid1 vermiş, 70 manatı isə özünə götürmüşdür. Bundan sonra kafedə qalıb yenidən spirtli içki qəbul etmişdir. Zərərçəkmişə dəymiş ziyanı ödəmiş, onunla barışıq əldə etmişdir. Himayəsində yetkinlik yaşına çatmayan övladı var. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır və fərdi əməklə məşğul olur. Özünə məxsus 1,30 ha torpaq sahəsi üçün 2021-ci ilin sentyabr ayında dövlət tərəfindən ona 8 kisə Rusiya Federasiyasında Nevinnomısk Azot şirkətində istehsal olunmuş 50 kiloqramlık azot gübrəsi verilmişdir. Gübrənin bəs etmiyəcəyini düşünüb bir kisəsini 30 manatdan olmaqla daha 12 kisə eyni markalı gübrə almış və gübrələri əkin vaxtı əkin sahəsinə vermək məqsədilə yaşadığı evinin həyətində yerləşən təssərrüfat təyinatlı tikilinin içərisinə yığmışdır. 2022-ci ilin fevral ayının əvvələrində gübrələri yığdığı yerə baş çəkən zaman ilkin olaraq 3-4 kisə gübrənin yerində olmadığını müəyyən etsə də, gübrələri kiməsə verdiyini düşünüb səthi yanaşmışdır. Bundan bir neçə gün sonra yenidən gübrə yığdığı yerə baş çəkən zaman tikilinin girişində olan taxta qapının üzərində olan açarla bağlamadığı qıfılın açıq olmasını görüb, içəri baxış keçirərkən oraya yığdığı 20 kisə gübrədən 4 kisə gübrə qalmasını müəyyən etmişdir. Buna görə də Gədəbəy Rayon Polis X8 Polis Bölməsinə bu barədə ərizə ilə müraciət etmişdir. Gübrələrin oğurlanması nəticəsində ona 480 manat maddi ziyan dəymişdir. Təqsirləndirlən şəxs ona dəymiş ziyanı ödəmişdir. Onadan heç bir şikayəti yoxdur. Ona görə də qərar çıxarılarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Zərərçəkmiş şəxs həmkəndli kimi tanıyır, onunla aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan Şahid2 və Təqsirləndirilən şəxs da həmkəndli kimi tanıyır, aralarında ədavət yoxdur. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında Şahid2 icarə əsasında işlətdiyi Novosaratovka kəndindi ərazində yerləşən Paşanın kafesi adlanan yerdə olan zaman Təqsirləndirilən şəxs sərxoş halda Müseyb Məmmədovun kafenin həyətində anbar kimi istifadə etdiyi tikilidə olan gübrələri aparıb satmağı təklif etmiş, Şahid1 da onun dediyi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs və Şahid1 oğurluqdan çəkindirməyə çalışmış, Müseyibə deyəcəyini bildirmişdir. Lakin onlar ona qulaq asmamışlar. Şahid1 idarə etdiyi VAZ-21074 markalı avtomobili ora vermiş, Rauf və Yusif oradan hər biri 50 kiloqram olan iki kisə gübərəni avtomobilin yük yerinə yığmışlar. Şahid1 Təqsirləndirilən şəxs ilə birlikdə avtomobili idarə edərək oradan getmişlər. Həmin gün gübrəni sata bilməmişlər. O, biri gün gübrəni yaşadığı kənddə yerləşən Quşçu küçəsində yaşayan Elnur adlı şəxsə satmışlar. O, bu hadisə barədə Şahid2 məlumat vermişdir. Şahid2 Təqsirləndirilən şəxs onun yanında kafenin həyətindən gübrəni apardıqları üçün irad bildirmişdir. Bundan sonra orada baş verənlər barədə heç bir məlumatı olmamışdır. Onun yanında Şahid1 və Təqsirləndirilən şəxs avtomobilin yük yerinə iki kisə gübrə yığımışlar. Sonradan oradan nə qədər gübrə aparılması barədə heç bir məlumatı olmamışdır. Şahid1 həmin gübrələrin Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır həmkəndlisidir, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına kimi Zərərçəkmiş şəxs yaşadıqları Novosaratovka kəndində yerləşən kafesini icarə əsasında işlətmişdir. Gədəbəy rayonu, Novosaratovka kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid3 həmkəndlilərdir, heç biri ilə arasında narazılıq və ədavəti yoxdur. Tovuz rayonu, Öskən kənd sakini Şahid1 işlətdiyi kafeyə gələn müştəri kimi tanımış, onunla münasibəti oradan yaranmışdır. 2022-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs ona anbara yığdığı gübrələrin bir neçəsinin əskik olmasını bildirmişdir. Bu barədə məlumatı olmadığını demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs onun anbarından gübrələri Təqsirləndirilən şəxs və Şahid1 aparmasını bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşan zaman gübrələri Şahid1la birlikdə apardığını və həmkəndlisi Elnura satdığını bildirmişdir. Elnurun həmin gübrələri aldığını bildikdə, Emin Musayevlə birlikdə onun yaşadığı evə gedib gübrələri həmin şəxslərin oğurlayaraq satdıqlarını bildirmişdir. Elnurdan həmin gübrələri neçəyə verməsini soruşmasa da, özü gübrənin bir kisəsini 20 manata aldığını və gübrələrin oğurluq olmasından xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Qəribli inzibati ərazi dairəsinin Öskən kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, 3-cü qurup əlil olduğuna görə təqaüd alır. X1 onkoloji xəstədir. Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan Şahid2 təxminən bir ay olar ki, qonşusu Fikrətin Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan qızı Vüsalənin əri Bəxtiyar Həsənova və onun oğlu Zülfüqara görə tanımışdır. Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Təqsirləndirilən şəxs Şahid2 görə tanımamışdır. Belə ki, Şahid2 işlətdiyi kafeyə gedib-gələrkən Təqsirləndirilən şəxs də orada görüb tanış olmuşdur. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında Şahid2 işlətdiyi Novosaratovka kəndi ərazisində yerləşən Paşanın kafesi adlanan yerdə olan zaman Təqsirləndirilən şəxs cibindən bir ədəd plastik kart çıxararaq “mənim torpağımın kartıdır, azot gübrəsi verilib, kafenin həyətində olan anbara yığımışam, alıcı var aparaq ona verək“ deyib ondan taksi kimi getməyini xahiş etmişdir. O da buna görə təxminən saat 22 radələrində idarə avtomobilə gübrələr yığılmış yerə vermişdir. Rauf və o, 2 kisə gübrəni avtomobilin yük yerinə yığmışlar. Həmin gübrələri Novosaratovka kəndi ərazisində yerləşən Quşçu küçəsində tanımadığı bir nəfər şəxsin qapısına aparmışdır. Həmin şəxs gübrənin bir kisəsini 20 manatdan hesablamış və ona 40 manat pul vermişdir. Gübrələri ora düşürdüb geri qayıtdıqda ona yol haqqı kimi 5 manat pul vermişlər. Bundan sonra müxtəlif günlərdə hər dəfə iki kisə olmaqla əlavə 4 kisə azot gübrəsini də həmin tanımadığı şəxsin evinə aparıb düşürmüşdür. Hər dəfədə gedəndə yol pulu kimi ona 5 manat pul vermişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2022-ci il tarixli 9/3118 nömrəli Rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 kisə Rusiya Federasiyasında Nevinnomisk Azot şirkətində istehsal olunmuş 50 kiloqramlıq Azot gübrəsinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 30,0 manat, 16 kisə 480,0 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamə və Gədəbəy Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(042)-31/2022 saylı Hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29, 120.2.4, 134 və 66.3-cü maddələri ilə təqsirli bilinib 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli 1657 saylı Əhv Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətə məhkumluğu ödənilməmiş və götürülməmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 1(042)-31/2022 saylı Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, üzərində qəti olaraq, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 iyun 2022-cı il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 25 yanvar 2023-cü il tarixli 17/27-242 saylı məktubundan görünür ki, Gədəbəy rayonu, Novo Saratovka kənd sakini Quliyev X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. İşdə olan İttiham Aktının surətindən görünür ki, Şahid1 başqa cinayət işi üzrə digər əməllərlə bərabər, həm də 05 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, Zərərçəkmiş şəxs məxsus olan Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən anbarın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub, saxlanc yeri hesab edilən anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan 480 manat dəyərində 16 kisə Rusiya Federasiyasının "xxxx" Şirkətində istehsal olunmuş gübrəni gizli yolla taladığına görə ittiham edilmişdir. İşdə olan Ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini bildirmiş, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan Arayışdan görünür ki, 14 mart 2006-cı il tarixdə doğulmuş X3 Rauf Bəndalı oğlunun himayəsindədir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Novosaratovka Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus olan Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən anbarın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub, saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan 480 manat dəyərində 16 kisə Rusiya Federasiyasının "xxxx" şirkətində istehsal olunmuş gübrəni gizli yolla talayıb oğurluq etmişdir. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məcəllənin 15.5-ci və təqsirləndirilən şəxsin əvvəllər məhkum edildiyi 29,120.2.2, 29,120.2.4-cü maddələrdən görünür ki, həmin cinayətlər xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Məcəllənin 83.3.5-ci maddəsindən görünür ki, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yəni, təqsirləndirlən şəxsin məhkumluğu ödənilməmişdir. Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və o, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Yəni, onun əməlində cinayətlərin residivi var. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödəməsini, 59.2-ci maddəsinə əsasən yaşayışüzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrü bəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, onun yaşını, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, habelə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın ədalətli olması və şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyaları həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirlən şəxs bu cinayəti hazırda məhkum olduğu cinayət işi üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi üçün onun barəsindıə eyni qaydalarla hökm çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası təqsirləndirilən şəxsin Gədəbəy Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tapşırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələrinə əsasən hazırkı iş üzrə təyin edilmiş cəza müddətinin ona əvvəlki hökm ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanması yolu Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-30/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-30/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver