Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-30/2024 13.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Gədəbəy rayonu, Qalakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qalakənd kəndində yaşayan, 11 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamə qanuni qüvvəsini aldığı xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat məbləğində aliment alınaraq, X5 ödənilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Gədəbəy Rayon Məhkəməsinin 3(042)-28/2020 saylı xx.xx.2020-ci il və 3(042)-276/2022 saylı xx.xx.2022ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək ümumilikdə 30 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə xx.xx.2022-ci il tarixədək 4701 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X5 ödəməyərək, sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə nikah bağlamadan ailə qurmuşdur. Zərərçəkmiş şəxs ilə ailə münasibətlərindən xx.xx.2009-cu il tarixdə Ömər Vəliyev doğulmuşdur. Evli olduqları müddətdə o, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olurmuş və orta hesabla aylıq gəliri 200-300 manat olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2011-ci ildə Zərərçəkmiş şəxs ayrılaraq, uşaqla birlikdə valideyinlərinin yanına getmiş və bundan sonra atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvvəllüdlü Ömər Vəliyevin atası olması faktı təsdiq edilməklə, xx.xx.2011-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 45 manat məbləğində alimentin alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə aliment məbləğini Zərərçəkmiş şəxs xeyrinə tam şəkildə ödəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, xx.xx.2009cu ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin ondan alınıb Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2015-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək, tələbin dərhal icra edilməsinə dair bildirişlə birlikdə ünvanına göndərilmişdir. Həmin dövürdə maddi vəziyyəti yaxşı olmadığına görə yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Yaranmış aliment borcunu ödəmədiyinə görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə inzibati qaydada 30 gün, daha sonra isə xx.xx.2020-ci il tarixli qərarı ilə 20 gün müddətinə həbs olunmuşdur. İnzibati həbsdən sonrada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Yaranmış aliment borcunu ödəmədiyinə görə yenidən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı icra məmuru tərəfindən ona məsuliyyətim elan olunmaqla dəfələrlə izahatı alınaraq, rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq,tələbi və qətnamənin icrasını təmin edə bilməmişdir. İcra məmuru tərəfindən cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 6861 manat aliment borcundan icra dövründə ümumilikdə 2160 manat ödəmiş, ödənilməmiş 4701 manat aliment borcu olmuşdur. Həmin aliment borcundan da istintaq dövründə yəni, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2024-cü il tarixdə isə 720 manat ödəmişdir. Zərərçəkmiş şəxs ayrıldıqdan sonra o, yenidən ailə qurmuş, həmin nikahdan da bir uşağı var. Hazırda Bakı şəhəri ərazisində fərdi qaydada fəhlə kimi işləyir və orta hesabla aylıq gəliri 500-600 manat olur. Aylıq qazancını bir azyaşlı uşağının və ailənin saxlanılması üçün xərcləyir. Aliment borcunun yarandığını bilir. Həmin məbləği bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Bununla belə, məhkəmə istintaqı dövründə də cəmi, 650 manat ödəniş etmişdir və bundan sonra da hər ay 500 manat ödniş edəcəyi barədə söz verir. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə nikah bağlamadan ailə qurmuşlar. Təqsirləndirilən şəxs ilə olan nikahlarından xx.xx.2009-cu il tarixdə X12 doğulmuşdur. Evli olduqları müddətdə Təqsirləndirilən şəxs fərdi qaydada təsərrüfat işləri ilə məşğul olurmuş və orta aylıq gəliri 200-300 manat olmuşdur. Əvvələr Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Təqsirləndirilən şəxs ona və övladına baxmamışdır. Bu səbəbdən 2011-ci ildə ondan ayrılmış, uşaqla birlikdə valideyinlərinin evinə köçmüşdür. Bundan sonra atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Ömər Vəliyevin atasının Təqsirləndirilən şəxs olması faktı təsdiq edilməklə, xx.xx.2011-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 45 manat məbləğində alimentin alınara, ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə aliment məbləği ona tam şəkildə ödənilmişdir. Bundan əlavə aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq, X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 80 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2015-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs yaranmış aliment borcunu tam ödəmədiyinə görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 20 gün müddətinə həbs olunmuşdur. İnzibati həbsdən sonrada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aliment borcunu tam şəkildə ödəməmişdir. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinin qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən yaranmış aliment borcunu ödəmədiyinə görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla dəfələrlə izahatı alınaraq rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq tələbi və qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs hazırda yaşadığı kənd ərazisində fərdi qaydada təsərrüfatla məşğul olur və kifayət qədər qazanc əldə edir. Borclu Təqsirləndirilən şəxs ödənilməmiş 4701 manat aliment borcu qalmışdır. O, hazırda hər ay 500 manat ödəniş edəcəyini bildirir. Əgər vədinə əməl edəcəksə, ona yüngül cəza verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı artırılaraq, Təqsirləndirilən şəxs hər ay 80 manat sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2015-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq tələbi təmin etməkdən imtina etmişdir. Tələbin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini qərəzli olaraq icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün aidiyyəti məhkəməyə təqdim edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsdən sonra Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, tələbi tam icra etməmişdir. İcra məmurunun təqdimatı əsasında Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu görülmüş məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmamış, izahatlarında maddi imkanının olmadığını əsas gətirərək, yaranmış aliment borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun anuni tələblərini qərəzli olaraq, bir daha icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün aidiyyəti məhkəməyə təqdim edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borcluya məsuliyyəti elan olunmaqla dəfələrlə izahatı alınaraq, rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, tələbi icra etməməkdə davam etmişdir. Bundan əlavə tələbkar Zərərçəkmiş şəxs alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etdiyinə görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən qətnamə qanuni qüvvəsini aldığı xx.xx.2022-ci il tarixindən başlayaraq, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, hər ay 80 manat alimentin miqdarı artırılaraq, hər ay 150 manat miqdarında alimentin Təqsirləndirilən şəxs alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qeyd olunan qətnamənin də icrasını qərəzli olaraq təmin etməmişdir. Çağrışlara gəlmədiyinə görə həmin qətnamə üzrə Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb etmək hazırkı tarixə kimi mümkün olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimat verilərkən yalnız Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi göstərilmişdir. Borclunun 4701 manat aliment borcu qalmışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 eyniməzmunlu ifаdə vеrmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan sənədlərdən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)- 858/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 80 manat məbləğində alimentin alınaraq, X5 verilməsi qət edilmişdir. Həmin icra sənədi xx.xx.2015-ci il tarixdə Gədəbəy Rаyоn İcrа və Prоbаsiyа Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 8(042)-40/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İşdə olan X7 X6 Filialının Arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sistemində işaxtaran şəxs kimi qeydiyyata alınması üçün müraciət etməmişdir. İşdə olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Bildiriş və xx.xx.2021-ci il tarixli Xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2018-ci il tarixli 2(042)-771/2018 saylı qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 31 mayr 2021ci il tarixdə inzibati qaydada məsuliyyətə cəlb edilərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs fərdi qaydada fəhləliklə məşğul olaraq qazancı orta hesabla aylıq 500-600 manat təşkil etdiyi halda, icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən çıxma hüququnun məhdudlaşdırılmasına baxmayaraq, məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu 4701 manat aliment borcundan istintaq dövründə cəmi, 720 manat ödəniş etmişdir. İşdə olan xəbərdarlıq məktublarından, eyni zamanda Gədəbəy Rayon Məhkəməsinin inzibati xəta haqqında qərarlarından və digər sənədlərdən görünür ki, Vəliyev X11 Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi alimentin aylıq miqdarı hissəsində Gədəbəy Rayon Məhkəməsinin 2(042)-990/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment müəyyən edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-990/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlanılmışdır. Vəliyev X11 Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, hazırkı tarixə kimi Gədəbəy Rayon Məhkəməsinin 2(042)-990/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Konistitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarı nəzərə alınaraq, xx.xx.2023-cü il tarixli təqdimatda cavabdeh Təqsirləndirilən şəxs hər iki qətnamə üzrə deyil yalnız Gədəbəy Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Lakin həmin təqdimatda Gədəbəy Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə yaranmış aliment borcu həmin qətnamənin xx.xx.2022-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq, aliment borcu qeyd olunan təqdimat verilən tarixə kimi hesablanmışdır. Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə kimi ödəməli olduğu 6861 manat aliment borcundan icra dövründə ümumilikdə, 2160 manat ödəniş etmiş, ödənilməmiş 4701 manat aliment borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan X8 surətindın görünür ki, Təqsirləndirilən şəxs övladı X13 05 yanvar 2013-cü il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Miskinli Kənd İƏD Üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədn görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə borcundan 650 manat ödəniş etmişdir. İşdə olan Ərizədən görünür ki, Təqsirləndirilən şəxs hər ay borcundan 500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan Protokollardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2024-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs, zərərçəkmiş və şahidlərin ifadələri, işdə olan istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə müəyyən olunmuşdur ki, Vəliyev X14 cavabdeh kimi ondan qətnamə qanuni qüvvəsini aldığı xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80,00 manat məbləğində aliment alınaraq, X5 ödənilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 2(041)-858/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Gədəbəy Rayon Məhkəməsinin 3(042)-28/2020 saylı xx.xx.2020-ci il və 3(042)-276/2022 saylı xx.xx.2022ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək ümumilikdə 30 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə xx.xx.2022-ci il tarixədək 4701 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X5 ödəməyərək, sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4: 59.1.14. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşağın olmasını, vurulmuş zərərin bir hissəsini ödəməsini, təqsirini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini təqsirləndirlən şəxs əliyev Nürəddin Əziz oğlunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs əliyev Nürəddin Əziz oğlunun himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmişə vurduğu ziyanın bir hissəsini ödəməsini, təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə bərabər, nəzərə alır ki, təqsirləndirilən şəxs borcunu tam olaraq ödəmək barəsində üzərinə öhdəlik götürmüşdür. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. yoxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və X10 həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 (bir) gün tutulması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 11 ay 28 gün azadlığın məhdulaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-30/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-30/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver