Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-30/2025 15.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1984-cü il tаriхdə Gədəbəy rayonunda doğulmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, оrtа təhsilli, subay, hazırda işləməyən, əvvəllər məhkum оlunmаmış, ünvan 1 ünvanında yaşayan, bаrəsində polisin nəzarəti altına vermə qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə 2024-cü ilin iyul ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda tanışı Zərərçəkmiş şəxs Qabil oğluna məxsus “Hyundai Santafe” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan müvəqqəti istifadə üçün alaraq Gədəbəy şəhəri, Heydər Əliyev prospektində, Gədəbəy rayon Peşə məktəbinin arxa hissəsində yerləşən ünvansız əraziyə doğru idarə edərək həmin yerdə saxlamış və avtomobilin yük hissəsində olan Zərərçəkmiş şəxs məxsus çantanın içərisindən 01 ədəd 720 manat dəyərində, 06 qram çəkisi olan, 750 əyyarlı, italyan qızılı, klounsuz nazik qızıl sepi, 01 ədəd 630 manat dəyərində, 07 qram çəkisi olan, 585 əyyarlı, (sep 05 qram, klon 02 qram) klonlu nazik qızıl sepi, 01 komplekt 900 manat dəyərində, ümumilikdə 10 qram çəkisi olan, 583 əyyarlı, sadə göy qaşlı 01 cüt qızıl sırğa və üzüyü, 01 cüt 360 manat dəyərində, 04 qram çəkisi olan, 583 əyyarlı, qırmızı sadə qaşlı qızıl sırğanı, 01 dəst 3000 manat dəyərində, ümumi çəkisi 24 qram olan, brilyant qaşlı, 585 əyyarlı, 01 ədəd qızıl klonu, 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğanı, 01 cüt 180 manat dəyərində, 02 qram çəkisi olan, 583 əyyarlı, xırda qırmızı sadə qaşlı qızıl sırğanı, 01 cüt 270 manat dəyərində, 03 qram çəkisi olan, 583 əyyarlı, paxlava formalı qızıl sırğanı, 01 cüt 360 manat dəyərində, 04 qram çəkisi olan, 585 əyyarlı, qızıl sırğanı, 01 dəst 360 manat dəyərində, ümumilikdə 04 qram çəkisi olan, 585 əyyarlı, “Şahmeran” adlanan qızıl üzüyü və qolbağı, 01 ədəd 198 manat dəyərində, 2,2 qram çəkisi olan, 583 əyyarlı, qızıl dairəvi (kalso) üzüyü, 01 ədəd 153 manat dəyərində, 1,7 qram çəkisi olan, 583 əyyarlı, qızıl dairəvi (kalso) üzüyü, 01 cüt 90 manat dəyərində, 01 qram çəkisi olan, 585 əyyarlı, balıq formalı qızıl uşaq sırğasını, 01 cüt 90 manat dəyərində, 01 qram çəkisi olan, 585 əyyarlı, uzun nazik qızıl sırğanı, 01 ədəd 225 manat dəyərində, ümumilikdə 2,5 qram çəkisi olan (sep 01 qram, klon 1,5 qram), 585 əyyarlı, nazik klonlu sepi, 01 dəst 495 manat dəyərində, ümumilikdə 5,5 qram çəkisi olan, 585 əyyarlı, ürək formalı qızıl üzüyü və 01 cüt sırğanı, 01 cüt 90 manat dəyərində, 01 qram çəkisi olan, 585 əyyarlı, kəpənək formalı qızıl sırğanı, 01 ədəd 630 manat dəyərində, 07 qram çəkisi olan, 583 əyyarlı, qızıl bilərziyi və Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan məzənnəsinə əsasən 3259,2 manat ekvivalentində olan 168 000 (bir yüz altmış səkkiz min) Rus rubulunu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 12010,2 (on iki min on manat iyirmi qəpik) manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikasi CM-nin 177.2.4-cü maddəsilə ittiham edilmişdir. Məhkəmə iclasinda təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Zərərçəkmiş şəxs ilə arasında yaxın münasibət olmuş, heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. O, əvvəllər Fövqəladə Hallar Nazirliyinin dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Dövlət Yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində işləmiş, 29 noyabr 2024-cü il tarxidə işdən çıxmışdır. Zərərçəkmiş şəxs ilə arasında yaxın münasibət olduğundan tez-tez ona məxsus “Hundai Santafe” markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. O, üç övladının saxlanılması üçün aliment ödədiyindən, maddi vəziyyəti yaxşı olmamışdır. Zərərçəkmiş əvvəllər onun yanında avtomobilin yük hissəsində olan qara rəngli çantadan pul götürdüyündən, həmin çantada pul olduğunu bilmişdir. 2024-cü ilin iyul ayında, dəqiq xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs avtomobili ona verməsini istəmiş, Zərərçəkmiş şəxs da avtomobilin açarını ona vermiş, o, avtomobili Gədəbəy şəhəri ərazisində bir qədər idarə etdikdən şəhər ərazisində yerləşən Baxşəlinin sexinin arxa tərəfinə sürmüş, orada heç kəs olmadığından əmin olduqdan sonra maşından düşüb yük hissəsini açmış, Zərərçəkmiş şəxs qızıl və pullarını saxladığı qara rəngli əl çantasını tapmış, açaraq politilen materialdan olan torba içərisindən qızıl-zinət əşyalarının və pulların bir hissəsini götürmüşdür. Bundan sonra qara əl çantasını yerinə qoymuşdur. Avtomobili bir qədər idarə etdikdən sonra isə geri Zərərçəkmiş şəxs qaytarmışdır. 06 noyabr 2024-cü il tarixdə onlar Zərərçəkmiş şəxs ilə birlikdə olmuşlar. Bu zaman Xaliq yük yerində olan çantasından fləşkartını götürərək, mahnı yazdırmaq istəmiş, həmin vaxt çantanı açdıqda qızıl və pullarının tam yerində olmadığını demiş, Zərərçəkmiş şəxs qızılları oğurladığını bildirməmişdir. Bundan sonra onlar birlikdə Zərərçəkmiş şəxs arvadı Şahid1 iş yerindən götürmüş və Gədəbəy RPŞ-ə getmiş, Zərərçəkmiş şəxs ərizə ilə müraciət etmişdir. O, şöbədə qızılları oğurladığını etiraf etmişdir. O, həqiqətən də Zərərçəkmiş şəxs məxsus 168 000 rus rublunu, 01 ədəd italyan qızılı klounsuz nazik qızıl sepini, 01 ədəd klonlu nazik sepini, komplekt olaraq sadə göy qaşlı bir cüt sırğa və üzüyünü, 01 cüt qırmızı sadə qaşlı sırğasını, dəst olaraq brilyant qaşlı 01 klon, 01 üzük və 01 cüt sırğasını, 01 cüt xırda qırmızı sadə qaşlı sırğasını, 01 cüt paxlava formalı sırğasını, 01 cüt sırğasını, Şahmeran adlanan üzük və qolbağını, 02 ədəd kalso üzüklərini, 01 cüt balıq formalı uşaq sırğasısını, 01 cüt uzun nazik sırğasını, 01 ədəd nazik klonlu sepini, ürək formalı üzüyünü, 01 cüt sırğasını, 01 cüt kəpənək formalı sırğasını və 01 ədəd bilərziyini oğurlamışdır. Dəqiq xatırlamadığı tarixdə oğurladığı qızılların bir hissəsini Şəmkir rayonu ərazisində yerləşən bazarda qızıl satan Rəfail adlı şəxsə 2660 manata satmış və əldə etdiyi pulu borclarını qaytarmaq üçün istifadə etmişdir. Bundan başqa kredit borclarını və aliment borclarını da ödəmişdir. Qızılların qalanını dəqiq xatırlamadığı tarixdə Şəmkir rayonu ərazisində yerləşən lombarda qoymuş, əldə etdiyi pulu isə borcları və şəxsi məqsədləri üçün istifadə etmişdir. O, Zərərçəkmiş şəxs məxsus pul və qzıl-zinət əşyalarını bir dəfəyə talasa da, ayrı-ayrı vaxtlarda sataraq şəxsi məqsədləri üçün istifadə etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq edir, lakin maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilmir, zərəri hər ay 500 manat miqdarında olmaqla hissə-hissə ödəməkdən imtina etmir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, təqsirləndirlən Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onun sürücülük vəsiqəsi olduğuna və avtomobili olmadığına görə bəzən özünə məxsus “Hyundai Santafe” markalı ** XL *** dövlət nömrə nişanlı avtomobilini idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. 2024-cü ilin iyun ayında avtomobil aldıqdan sonra vəfat etmiş qızına və arvadına məxsus qızıl-zinət əşyalarını, 228000 Rus rublunu və 300 ABŞ dollarını avtomobilin yük yerindəki ehtiyyat təkərin altında olan kiçik saxlama yerinə qoymuşdur. 06 noyabr 2024-cü il tarixdə, təxminən saat 12 radələrində o, avtomobilinin yük yerinə qoyduğu pul və qızılın yerində olub-olmadığını yoxlamaq üçün baxarkən qızıl və 228000 rubl pulundan 168000 rublun götürüldüyünü aşkar etmişdir. Bu barədə ailə üzvlərinə məlumat vermiş və ailə üzvləri pul ilə qızılı oradan götürmədiklərini demişlər. O, avtomobilini yalnız özü idarə etmiş və heç vaxt Təqsirləndirilən şəxs başqa şəxsə verməmişdir. Bu səbəbdən o, avtomobilində olan qızıl və pulların Təqsirləndirilən şəxs tərəfindən öğurlanmasını başa düşmüşdür. Nicat tərəfindən ona məxsus 168000 rubl pul və xeyli sayda qızıl-zinət əşyalarım oğurlanmışdır. Oğurlanmış qızılları təxmini çəkisi 06 qram olan 750 əyyar, 01 ədəd italyan qızılı kulounsuz nazik qızıl sep-təxmini qiyməti 780 manat, 01 ədəd 585 əyyar təxmini olaraq ümumi çəkisi 07 qram olan sep 05 qram, kulon 02 qram, kulonlu nazik sep-təxmini qiyməti 700 manat, komplekt olaraq təxmini çəkisi 10 qram olan 583 əyyar sadə göy qaşlı bir cüt sırğa və üzük-təxmini qiyməti 850 manat, təxmini çəkisi 04 qram olan 583 əyyar qırmızı sadə qaşlı sırğa-təxmini qiyməti 400 manat, dəst olaraq təxmini çəkisi 24 qram olan brilyantqaşlı 585 əyyar 01 kulon, 01 üzük və 01 cüt sırğa -təxmini qiyməti 3000 manat, təxmini çəkisi 02 qram olan 583 əyyar 01 cüt xırda qırmızı sadəqaşlı sırğa-təxmini qiyməti 200 manat, təxmini çəkisi 03 qram olan, 583 əyyar 01 cüt paxlava formalı sırğa-təxmini qiyməti 300 manat, təxmini çəkisi 04 qram olan 585 əyyar 01 cüt sırğa-təxmini qiyməti 470 manat, dəst halda təxmini çəkisi 04 qram olan 585 əyyar şahmeran adlanan üzük və qolbaq-təxmini qiyməti 400 manat), təxmini çəkisi 2,2 qram olan 583 əyyar 01 ədəd üzük-təxmini qiyməti 220 manat, təxmini çəkisi 1,7 qram olan 583 əyyar 01 ədəd üzük-təxmini qiyməti 170 manat, təxmini çəkisi 01 qram olan 585 əyyar 01 cüt balıq formalı uşaq sırğası-təxmini qiyməti 115 manat, təxmini çəkisi 01 qram olan 585 əyyar 01 cüt uzun nazik sırğa-təxmini qiyməti 115 manat, ümumi halda təxmini çəkisi 2,5 qram olan sep 01 qram, kulon 1,5 qram 585 əyyar 01 ədəd nazik kulonlu sep təxmini qiyməti 285 manat, təxmini çəkisi dəst halda 5,5 qram olan 585 əyyar ürək formalı üzük və 01 cüt sırğa-təxmini qiyməti 640 manat, təxmini çəkisi 01 qram olan 585 əyyar 01 cüt kəpənək formalı sırğa-təxmini qiyməti 115 manat, təxmini çəkisi 07 qram olan 583 əyyar 01 ədəd bilərzik-təxmini qiyməti 670 manat olmuşdur. Nicatdan şikayətçidir, həmçinin dəymiş ziyan ona ödənilməmişdir, ona görə də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirlmiş Şahid1 ifаdə verərək, bildirmişdir ki, zərərçəkmiş şəxsin həyat yoldaşıdır. Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs uzun müddət əri Zərərçəkmiş şəxs ilə dostluq etmişlər. Təqsirləndirilən şəxs bəzən ərinin “Hyundai Santafe” markalı avtomobilini idarə etmək üçün götürmüş, sonra isə avtomobili Zərərçəkmiş şəxs geri vermişdir. Zərərçəkmiş şəxs 2 il əvvəl mərhum həyat yoldaşı və iki övladı dəm qazından zəhərlənərək ölmüşlər. Həmin vaxtdan Zərərçəkmiş şəxs vəfat etmiş qızı və həyat yoldaşının qızıl-zinət əşyalarını özündə saxlamışdır. 2024-cü ilin iyun ayında “Hyundai Santafe” markalı avtomobili aldıqdan sonra həmin qızıl-zinət əşyalarını və pulunu həmin avtomobilin yük yerindəki ehtiyyat təkərin altında olan kiçik saxlama yerinə qoymuşdur. Avtomobilin qapıları da daim açar vasitəsilə bağlanmışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq onların avtomobilindən şəxsi işləri üçün istifadə etmiş və bu səbəbdən pul və qızılların yerini bilmişdir. 06 noyabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində o Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində işdə olduğu zaman əri Zərərçəkmiş şəxs ona zəng edərək avtomobilin yük hissəsində saxladığı qızılların bir hissəsinin və 168 000 rubl pulun yoxa çıxdığını bildirmiş, ondan həmin pul və qızılları götürüb-götürmədiyini soruşmuşdur. O, qızıl və pulları götürmədiyini, əgər ona lazım olsa özünə deyərək götürəcəyini bildirmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxsla iş yerinə gəlmiş və o, avtomobilə əyləşmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “yaxşı fikirləş bəlkə sən götürüb evə qoymusan yadından çıxıb” demiş, o, Təqsirləndirilən şəxs qızılları evə qoymadığını bildirmiş və Zərərçəkmiş şəxs polisə müraciət etmələrini demişdir. Bundan sonra onlar birlikdə Gədəbəy RPŞ-ə getmişlər. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat da vermişdir. Bundan sonra Gədəbəy rayon polis şöbəsində əri Zərərçəkmiş şəxs ərizə ilə müraciət etmişdir. Avtomobildən 168 000 rubl pul və xeyli sayda qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Məhkəmə iclasinda şаhid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, 2021-ci ildən etibarən Şəmkir rayonu ərazisində yerləşən “Günəş” ticarət mərkəzinin yaxınlığında özünə məxsus qızıl mağazalarını işlədir. Vətəndaşlardan qızıl-zinət əşyalarının alışı şəxsən onun tərəfindən həyata keçirilir. 29 iyul 2024-cü il tarixdə mağazada olduğu zaman Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşmışdır. Özündə bir qədər qızıl-zinət əşyalarının olduğunu bildirmiş və onları satmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs ona qızılların öz ailə üzvlərinə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs alqı-satqı şərtləri ilə razılaşmış və üzərində gətirdiyi zinət əşyalarını ona təqdim etmişdir. O, həssas elektron tərəzi vasitəsilə zinət əşyalarının çəkmiş və ümumi çəkidən qaşların çəkisini çıxmış və yekunda 37.4 qram qızıl hesablamışdır. 2024cü ilin iyul ayının məzənnəsinə uyğun olaraq qramı təxminən 71 manat olmaqla ümumilikdə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarına görə 2660 manat ödəmişdir. Təqsirləndirilən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş və qızılların ailə üzvlərinə məxsus olmasını bildirmişdir. Bu səbəbdən o, qızılların oğurluq olmasını güman etməmiş və almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona satılmış qızılların zahiri əlamətlərini xatırlamır. Lakin həmin zinət əşyaları üzük, sep, sırğa və qolbaqlardan ibarət olmuşdur. Təqsirləndirilən şəxs ona satdığı qızılları o, mağazalarında vitrinə qoymuş və sonrakı müddətdə həmin qızıllar satılmışlar. Lakin həmin qızılların nə vaxt və kimlərə satılmasını xatırlamır. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, "xxxx" MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. O, "xxxx" MMC-də müdir vəzifəsində işləsə də, hazırda "xxxx" MMC-də kredit üzrə əməkiyyatçı vəzifəsindədir. xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs "xxxx" MMC-ə müraciət edərək qızıl-zinət əşyaları girov qoymuş və 860 manat məbləğində kredit götürmüşdür. Bundan sonra 24 iyul 2024-cü il tarixdə təkrar olaraq, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə müraciət edərək 930 manat məbləğində yenidən kredit götürmüşdür. İlk olaraq götürdüyü kredit məbləğini təxminən 3 ay ərzində hissə hissə ödəmiş, daha sonra isə tam şəkildə bağlamışdır. Lakin 930 manat məbləğində götürdüyü kredit məbləği üzrə ödənişləri ödəməmiş, bununla bağlı Nicat Məmmədova zəng edildikdə o, krediti ödəmək üçün maddi imkanının olmadığını və qızıl-zinət əşyalarının satılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə girov olaraq qoyduğu 583 əyyar qaşlı çəkisi 12.8 qram, qaşsız çəkisi 10 qram olan komplekt və 583 əyyar qaşlı çəkisi 4.2 qram, qaşsız çəkisi 3,5 qram olan 01 ədəd üzük satılmışdır. Lakin həmin qızıl-zinət əşyalarının kimə satılmasını xatırlamır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMC-ə 583 əyyar 4, 35 qram çəkidə üzük və 500 əyyar, 9.9 qram çəkidə qolbaq girov qoyaraq 860 manat kredit götürmüş, həmin kredit məbləği Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə geri ödənildiyindən girov qoyulmuş qızıl-zinət əşyaları ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş və bu zaman həmin qızılların oğurluq olmasını ehtimal etməmişlər. Azərbaycan Respublikasi CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokollari; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmiş bütün sübutlarin məcmusuna isə ittihamin həlli üçün onlarin kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçi, müstəntiq, prokuror, hakim qanunu və vicdanini rəhbər tutaraq sübutlarin məcmusunun hərtərəfli, tam və obyektiv baxilmasina əsaslanmaqla öz daxili inamina görə sübutlari qiymətləndirirlər. İşdə olan Baxış keçirilməsi haqqında 06 noyabr 2024-cü il tarixli protokol, Hadisə yerinə baxış keçirilməsi haqqında 19 noyabr 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs həmin əməli törətməsi təsdiq edilmişdir. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 yanvar 2025-ci il tarixli 9/9945 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 16 adda zərgərlik məmulatlarının 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5751 manat (dəyəri 720 manat olan təxmini çəkisi 06 qram, 750 əyyar, 01 ədəd italyan qızılı klounsuz nazik qızıl sep, dəyəri 630 manat olan 01 ədəd, 585 əyyar, təxmini ümumi çəkisi 07 qram olan (sep 05 qram, klon 02 qram) klonlu nazik sep, dəyəri 900 manat olan komplekt olaraq təxmini çəkisi 10 qram, 583 əyyar, sadə göy qaşlı bir cüt sırğa və üzük, dəyəri 360 manat olan təxmini çəkisi 04 qram, 583 əyyar, 01 cüt qırmızı sadə qaşlı sırğa, dəyəri 180 manat olan təxmini çəkisi 02 qram, 583 əyyar, 01 cüt xırda qırmızı sadə qaşlı sırğa, dəyəri 270 manat olan təxmini çəkisi 03 qram, 583 əyyar, 01 cüt paxlava formalı sırğa, dəyəri 360 manat olan təxmini çəkisi 04 qram, 585 əyyar, 01 cüt sırğa, dəyəri 360 manat olan dəst halda təxmini çəkisi 04 qram, 585 əyyar, şahmeran adlanan üzük və qolbaq, dəyəri 198 manat olan təxmini çəkisi 2,2 qram, 583 əyyar 01 ədəd kalso üzük, dəyəri 153 manat olan təxmini çəkisi 1,7 qram, 583 əyyar, 01 ədəd kalso üzük, dəyəri 90 manat olan təxmini çəkisi 01 qram, 585 əyyar, 01 cüt balıq formalı uşaq sırğası, dəyəri 90 manat olan təxmini çəkisi 01 qram, 585 əyyar, 01 cüt uzun nazik sırğa, dəyəri 225 manat olan ümumi halda təxmini çəkisi 2,5 qram (sep 01 qram, klon 1,5 qram), 585 əyyar, 01 ədəd nazik klonlu sep, dəyəri 495 manat olan təxmini çəkisi dəst halda 5,5 qram, 585 əyyar, ürək formalı üzük və 01 cüt sırğa, dəyəri 90 manat olan təxmini çəkisi 01 qram, 585 əyyar, 01 cüt kəpənək formalı sırğa, dəyəri 630 manat olan təxmini çəkisi 07 qram, 583 əyyar, 01 ədəd bilərzik) müəyyən edilir. Digər 1 adda zərgərlik məmulatının üzərində olan brilyant qaşların sayı, ölçüsü, keyfiyyəti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İşdə olan Baxış keçirilməsi haqqında 29 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, müvafiq internet brauzeri vasitəsi ilə “https://www.cbar.az” saytına daxil olduqda ilk öncə saytın əsas menyusu qarşıya çıxır. Əsas menyuda, səhifəsin yuxarı sağ tərəfində yerləşən alt menyulardan “AZN Məzənnəsi” menyusuna daxil olduqda qarşıya aylar və günlər üzrə Azərbaycan Respublikası Manatının Rusiya Ruluna münasibətdə məzənnəsinin qeyd edildiyi bölmə çıxır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Rusiya Rublunun Azərbaycan Respublikası Manatına münasibətdə 23 ayrı-ayrı gün üzrə məzənnəsi qeyd edilmişdir. Həmin günlər üzrə Rus Rublunun məzənnəsi ədədi orta yolu ilə hesablandıqda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Rusiya Rublunun orta aylıq məzənnəsi 0,0194 AZN olmuşdur. Həmin sayta baxış zamanı müəyyən olundu ki, 168000,00 Rusiya Rublu xx.xx.2024-xx.xx.2024cü il tarixləri əhatə edən dövr ərzində 3259,2 Azərbaycan manatı ekvivalentində olmuşdur. İşdə olan Təqsirləndirilən şəxs və GRAND 1 LOMBARD MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli F7895 nömrəli müqavilənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən GRAND 1 LOMBARD MMC-dən 01 ədəd, 583 əyyar, qaşsız çəkisi 4.33 qram olan qızıl üzük və 500 əyyar qaşsız çəkisi 9.9 qram olan qolbaq girov qoyulmaqla 860 manat məbləğində kredit götürülmüşdür. İşdə olan Təqsirləndirilən şəxs və GRAND 1 LOMBARD MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli F7977 nömrəli müqavilənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən GRAND 1 LOMBARD MMC-dən 583 əyyar, qaşsız çəkisi 10 qram olan 01 komplekt qızıl və 583 əyyar, qaşsız çəkisi 3,5 qram olan üzük girov qoyulmaqla 930 manat məbləğində kredit götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalstik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-12077/2024 nömrəli məktubun surətindən görünür ki, Gədəbəy RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-74/2-20078/2024 nömrəli məktubu vasitəsilə xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri ərazisində Zərərçəkmiş şəxs məxsus Az **-XL-*** d.q.n.n-lı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİyə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 02 ədədi (d/x İAMAS-ın məlumat bankında olan) xx.xx.1983-cü ildə Gədəbəy rayonuda anadan olmuş Zərərçəkmiş şəxs (baqaj hisədən götürülmüş) sağ əlinin orta və adsız barmaqları ilə, 02 ədədi (d/x Gədəbəy RPŞ-dən ADİS məlumat bankına daxil oian) xx.xx.1984-cü ildə Gədəbəy rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin (künc tərəfdə şüşə üzərindən) orta (02 dəfə) barmağı ilə eynilik müəyyən edildi. Digər eynilik müəyyən edilməmişdir. İşdə olan DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan X2 surətindən görünür ki, təqsirləndirlən şəxsin övladı X1 29 yanvar 2014-cü il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, xx.xx.1984-cü il tarixdə Gədəbəy şəhərində doğulmuş subay, orta təhsilli Təqsirləndirilən şəxs Gədəbəy şəhərində qeydiyyatdadır və yaşadığı müddətdə onun barəsində Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət xarakterli material daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olması öz təsdiqini tapır, o, həmin maddə ilə təqsirli bilinib cəzalarındırılmalıdır, əməlinin cinayət olmasini aradan qaldiran hal, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Nicat İsgənədorun səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışmağa cəhd göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasi CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasi CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzani yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 sayli Qərarinin 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşilmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarnın həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarin 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasi azadliqdan məhrumetmə ilə yanaşi yüngül cəza növləri də nəzərdə tutursa, hökm çixarılarkən azadliqdan məhrumetmə cəzasi təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs nəzərə alir ki, təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu zərəri aradan qaldırmamış, zərərçəkmişlə barışıq əldə etməmiş, zərərçəkmiş ona ağır cəza verilməsini xahiş etmişdir. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasi CM-nin 177.2.4-cü maddəsinin sanksiyasinda nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə xərci- aparlmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə yuxarida göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 15 may 2025-ci il tarixdən hesablansin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalinda həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci- aparlmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-30/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-30/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver