Məhkəmə qərarları › İş №1(042)-31/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-31/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-31/2021 09.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, оrtа təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul оlаn, Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatda оlаn və yаşаyаn, bаrəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, 15 yanvar 2016-cı il tarixdən hesablanmaqla 13 may 2000-ci il təvəllüdlü X3 və 24 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 234,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(008)-1007/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gədəbəy Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 20 may 2019-cu il və 19 dekabr 2019-cu il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 10.01.2020-ci il və 24.01.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 mart 2020-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 5434,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, həqiqətən 1999-cu ildə Zərərçəkmiş şəxs ilə qeyri rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Nikahlarını 09 sentyabr 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan olan övladları Təhminə Musayeva 13 may 2000-ci il tarixdə, Əminə Musayeva isə 24 aprel 2004-cü il tarixdə doğulmuşlar. Ailə qurduqdan sonra uzun müddət ailə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2015-ci ildə faktiki olaraq ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Mehriban aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan 15 yanvar 2016-cı il tarixdən hesablanmaqla 13 may 2000- ci il təvəllüdlü X3 və 24 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi, 234 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 02 iyun 2016-cı il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Ötən müddətdə imkanı daxilində ödənişlər etsə də müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəyə bilməmişdir. İstintaq dövründə aliment borcundan 500 manat ödəmişdir. 02 mart 2020-ci il tarixədək 5434 manat aliment borcunun yarandığını bilir. Hazırda həmin məbləği ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, həqiqətən o, 1999-cu ildə Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs ilə qeyri rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Nikahlarını 09 sentyabr 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan olan övladları Təhminə Musayeva 13 may 2000-ci il tarixdə, Əminə Musayeva isə 24 aprel 2004-cü il tarixdə doğulmuşlar. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və 2015-ci ildə faktiki olaraq ayrılmışlar. Ayrı yaşadıqları müddətdə Sakit uşaqları ilə maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin ailə münasibətlərinin bərpa edilməsi də mümkün olmamışdır. Odur ki, o, aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iddiasını təmin edərək nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 15 yanvar 2016-cı il tarixdən hesablanmaqla 13 may 2000-ci il təvəllüdlü X3 və 24 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi, 234 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 02 iyun 2016-cı il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini vaxtı- vaxtında və tam olaraq ödəməmişdir. Ona görə də o, müxtəlif dövlət orqanlarına müraciətlər etmişdir. Müraciətlərindən sonra Təqsirləndirilən şəxs barəsində inzibati tədbir görülmüş və bundan sonra Sakit ödənişlər etməyə başlamış, lakin aliment borcunu tam olaraq ödəməmişdir. Təhminə adlı övladları iki ildir ki, yetkinlik yaşına çatmışdır və artıq ona aimentin hesablanması dayandırılmışdır. Yalnız bir uşağa görə aylıq 117 manat aliment ödəməli olsa da, Sakit aylıq alimen məbləğini, eyni zamanda yaranmış aliment borcunu da ödəməkdən yayınır. Hazırda Sakit işləyir və onun normal qazancı vardır. O, istəsə aliment borcunu tam olaraq ödəyə bilər. Buna baxmayaraq aralarında olan münasibətlərə görə qərəzli olaraq qətnamənin icrasından yayınır. Uşaqlar böyüdüyündən onların maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı vardır. Təqsirləndirlən şəxsə ittihamla müəyyən edilmiş borcunu ödəməsi təklif edilmiş, o, yalan vəd verərək, borcunu ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmiş, məhkəmə istintaqından yayınmış, onun barəsində axtarış elan edilmiş, barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Ona qanunda nəzərdə tutlmuş ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid ifadə verərək, bildirmişdir ki, 20 sentyabr 2016-cı il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(008)-1007/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2016-cı il tarixdən hesablanmaqla 13 may 2000-ci il təvəllüdlü X3 və 24 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs müvafiq bildiriş verilmişdir. Lakin verilmiş müddətdə borclu tələbin icrasını təmin etməmişdir. Ona görə də məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu icra qurumuna çağırılmış, icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuşdur. Həmçinin, borcunu ödəməyəcəyi təqdirdə, məsuliyyətə cəlb ediləcəyi diqqətinə çatdırılmışdır. Lakin borclu həmin tarixə yaranmış aliment borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmənin 04 mart 2019-cu il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, tələbkar 05 mart 2019-cu il tarixdə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxslə aralarında alimentin hər ay 300 manat olmaqla ödənilməsi barədə razılaşma olduğunu və bunun nəzərə alınmasını xahiş etmişdir. Ərizə nəzərə alınaraq borcluya razılaşmaya uyğun ödəniş etməsi üçün vaxt verilmişdir. Lakin 14 aprel 2019-cu il tarixdə tələbkar yenidən ərizə ilə müraciət edərək, alimentin məcburi qaydada alınıb ona verilməsini xahiş etmişdir. Ona görə də Təqsirləndirilən şəxs yenidən İcra və Probasiya Şöbəsinə çağırılmış, icra sənədinin icrası bir daha ondan tələb olunmuş, izahatı alınmışdır. Borclu heç bir ödəniş etməmiş və izahat verərək yaranmış aliment borcunu ödəmək imkanının olmadığını bildirmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli 3(042)-74/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, müəyyən edilmiş alimentin ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Lakin borclu qətnamənin icrasını təmin etməmişdir. Ona görə də borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 3(042)-221/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası üçün yeni icra müddəti təyin edilmiş və alimentin ödənilməsi ondan tələb olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxslə icra sənədinin icrası istiqamətində fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin borclu Təqsirləndirilən şəxs icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, tələbin icrası üçün dəfələrlə müddətin verilməsinə, iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, habelə məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilməsinə baxmayaraq, alimentin vaxtı-vaxtında ödənilməsini təmin etməmişdir. Nəticədə 02 mart 2020-ci il tarixə 5434 manat aliment borcu yaranmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya Şöbəsinə müraciət edərək maddi vəziyyətlərinin olduqca ağır olduğunu və uşaqların maddi tələbatlarının xeyli artdığını bildirərək Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış aliment borcunun alınıb ona verilməsini xahiş etmişdir. Lakin borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi 15 yanvar 2016-cı il tarixdən hesablanmaqla 13 may 2000-ci il təvəllüdlü X3 və 24 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi, 234 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 02 iyun 2016-cı il tarixli 2(008)-1007/2016 saylı qətnamə çıxarmışdır. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icraata qəbul edilərək tələbin icrası üçün borcluya Bildiriş göndərilmişdir. Borclu verilmiş müddətdə tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuş, borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb ediləcəyi nəzərinə çatdırılmışdır. Lakin borclu həmin tarixə yaranmış aliment borcunu ödəməmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmənin 04 mart 2019-cu il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Tələbkar 05 mart 2019-cu il tarixdə Ərizə ilə müraciət edərək borclu ilə aralarında alimentin hər ay 300 manat olmaqla ödənilməsi barədə razılaşma əldə etdiklərini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Ərizə nəzərə alınaraq, borcluya razılaşmaya uyğun ödəniş etməsi üçün vaxt verilmişdir. Lakin 14 aprel 2019-cu il tarixdə tələbkar yenidən ərizə ilə müraciət edərək alimentin məcburi qaydada alınıb ona verilməsini xahiş etmişdir. Odur ki, borclu çağırılaraq icra sənədinin icrası bir daha ondan tələb olunmuş, izahatı alınmışdır. Borclu heç bir ödəniş etməmiş və izahat verərək, yaranmış aliment borcunu ödəmək imkanının olmadığını bildirmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli 3(042)-74/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzabati tənbeh təyin edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, müəyyən edilmiş alimentin ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Lakin borclu bundan sonra da qətnamənin icrasını təmin etməmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə 06 may 2020-ci il tarixdə Təqdimat göndərilmişdir. İşdə olan 05 fevral 2021-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, ibtidai istintaq dövründə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs borcundan 500 manat ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan X7 X5 və Tutulmuş şəxsin Azad edilməsi Haqqında Qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə tutlmuş və 05 fevral 2021-ci il tarixdə azad edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli Qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İşdə olan X7 X2 görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə tutulmuş və Gədəbəy RPŞ-nin MSY-ə yerləşdirilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 15 yanvar 2016-cı il tarixdən hesablanmaqla 13 may 2000-ci il təvəllüdlü X3 və 24 aprel 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117,00 manat, cəmi 234,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(008)-1007/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gədəbəy Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 may 2019-cu il və 19 dekabr 2019-cu il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 10 yanvar 2020-ci il və 24 yanvar 2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 mart 2020-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi, 5434 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14. və 59.2-ci maddələrinə əsasən ibtidai istintaq zamanı zərərçəkmişə vurduğu ziyanın bir hissəsini ödəməsini və təqsirini etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1. və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərərçəkmişə vurduğu ziyanın bir hissəsini ödəməsini və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı borcunu ödəyəcəyini vəd edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bundan sonra da borcunu ödəməmiş, məhkəmədən yayınmış və yalnız əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, yenidən istintaq cəlb edilmiş, bu vaxt ərzində borcundan heç bir ödəniş etməmişdir. Onun barəsində qanunda nəzərdə tutulan daha ağır cəzanın tətbiq edilməyəcəyi təqdirdə, zərərçəkmişin borcunun ödənilməyəcəyi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasının və ədalət mühakiməsinin nüfuzunun bərpa edilməsinin mümkün olmayacağı haqqında real ehtimallar vardır. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmənin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə tutulması, 05 fevral 2021-ci il tarixdə azad edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01 il 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar