Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-31/2023 20.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs “Azərbaycan İnterneyşnl Mayninq Limited Kompani” şirkətinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi, Azərabaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Lerik rayonu, Hamarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə və xx.xx.1999-cu ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 nəfər azyaşlı uşaq olan, işləməyən, məhkumluğu olmayan, 2-ci Qarabag müharibəsi iştirakçısı, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə gecə saat 01 radələrində işlədiyi Gədəbəy rayonu ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Limited Kompani” şirkətinin mülkiyyətində olan 1 metrinin qiyməti 46,699 manat təşkil edən 15 metr uzunluğunda 700 manat 48 qəpik dəyərində olan mis kabeli şirkətin “Qədr” tunelinin içərisində olan 1542-ci sahəsindən gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən 29 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 oğurladığı Gədəbəy rayonu ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Limited Kompani” şirkətinin mülkiyyətində olan 1 metrinin qiyməti 46,699 manat təşkil edən 15 metr uzunluğunda 700 manat 48 qəpik dəyərində olan mis kabeli cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə edib sahibliyində saxlayaraq həmin kabeli Gədəbəy rayonu Söyüdlü kənd Şahid4 627 manat pula satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona CM-nin 177.1 maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Mərdəkan qəsəbəsində yaşayır. Evlidir, himayəsində iki azyaşlı uşağı var. O, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində AİMC də podratçı şirkət olan "xxxx" MMC-nin nümayəndəsi və çilingər vəzifəsində çalışmışdır. Nümayəndəsi olduğu "xxxx" MMC-nin sürücüsü Şahid3 29 dekabr 2022-ci il tarixdə saat gecə 01 radələrində ona zəng edib idarə etdiyi UAZ markalı avtomobilinin işləmədiyini demişdir. Bu səbəbdən Gədəbəy rayonu Qızıl mədəninə getmişdir. Qızıl mədəninə getdikdə Şahid3 Qədir tunelində yerləşən yeməkxananın qarşısında olduğunu öyrənmişdir. O, özü idarə etdiyi Toyota Prado markalı avtomobillə “Qədir” tunelin Fərdinin yanına getmişdir. Fərdinin idarə etdiyi UAZ markalı avtomobilin matorxanasının naqilləri qırılmışdır. O, avtomobili təmir edib daha sonra mühərriki işə salmışdır. O, avtomobili təmir edən zaman hava soyuq olduğu üçün Şahid3 yeməkxanada əyləşib orada onu gözləmişdir. O, avtomobili işə salmaq üçün üzü aşağı idarə etmişdir. O, Qədir tunelində yerləşən 42-ci sahəyə çatdıqda avtomobili döndərən zaman orada kəsilmiş vəziyyətdə yoğun kabelləri görmüşdür. Həmin vaxt oğurluq etmək qərarına gəlmişdir. O, Fərdinin avtomobilini saxlayıb həmin kabellərdən təxminən 10-15 metrini UAZ markalı avtomobilə yığmışdır. Bunda sonra avtomobili idarə edib yeməkxananın qarşısına gəlmişdir. Orada Fərdini çağırıb avtomobilini təmir etdiyini bildirmişdir. Avtomobili Fərdiyə verən zaman ona avtomobilə kabel yığması barədə heç bir məlumat verməmişdir. Bundan sonra idarə etdiyi Toyota Prado markalı avtomobilə əyləşib tuneldən çıxmışdır. Fərdi isə avtomobili idarə edib onun arxasınca tuneldən çıxmışdır. Bir qədər getdikdən sonra Şahid3 ona zəng edib avtomobilində kabellərin olduğunu və həmin kabelləri nə üçün oraya qoyduğunu soruşmuşdur. O Şahid3 həmin kabellərin lazımsız kabel olduğunu və kabelləri onun qoyduğunu demişdir. Bu zaman Fərdi əsəbləşib telefonu söndürmüş, avtomobilindən düşüb kabelləri yerə tökmüşdür. O geriyə qayıdıb həmin kabelləri öz avtomobilinə yükləyib şirkətin ərazisindən çıxmışdır. Oradan Gədəbəy rayonu Xar-Xar kəndinə getmişdir. Orada boş bir ərazidə kabellərin üzünü yandırmış, kirayədə yaşadığı evin qarşısına gəlmiş, sonra kabelləri Təqsirləndirilən şəxs2 avtomobilinin yük yerinə yığmışdır. Növbəti gün öz avtomobili ilə işə gedən zaman orada öyrənmişdir ki, Şahid3 oğurluq etməsi barədə mühafizə işçilərinə məlumat vermişdir. Ona görə də Elməddinə zəng edib ona maşınında olan kabelləri şirkət ərazisindən oğurladığını deyib kabelləri aparıb itirməsini tapşırmışdır. Təqsirləndirilən şəxs2 onun oğurluq etməsindən xəbəri olmamış, yalnız Elməddin maşınında kabelləri görüb ona zəng edəndə həmin kabellərin oğurluq olduğunu demişdir. O, ümumiyyətlə oğurluq əməlini tək törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Rspublikası CM-nin 194.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayır. AİMC-də podratçı şirkət olan "xxxx" MMC-nin sürücüsü işləyir. Ona Mitsubişi L200 markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. X3 tanıyır. Belə ki, Emin Əsgərov onunla eyni şirkətdə usta işləmişdir. 28 dekabr 2022-ci il tarixdə özünə məxsus VAZ 2107 markalı avtomobilini Emin Əsgərova vermişdir. 29 dekabr 2022-ci il tarixdə Emin Əsgərovun qaldığı yataqxananın qarşısına gəlib avtomobilini ondan götürmək üçün rayon mərkəzinə getmişdir. O, avtomobilini götürməyə gedən zaman Emin Əsgərov ona zəng edib avtomobilinə şirkət ərazisindən oğurladığı mis kabellər yığdığını, həmin mis kabelləri satmağını və ya haradasa basdırmağını ona tapşırmışdır. Bundan sonra o, özünə məxsus olan VAZ 2107 markalı avtomobilini gəlib Gədəbəy rayon mərkəzindən Emingilin qaldıqları yataqxanının qarşısından götürmüşdür. O, bundan sonra avtomobili ilə yaşadığı kəndə gəlib həmin kabelləri fərdi qaydada tullantı metal alan Aminə satmaq istəmişdir. O, avtomobilini sürüb Aminin evinə getmişdir. Orada yanmış mis kabellərin bir kiloqramını 9 manat 50 qəpiyə satmağa razılaşmışlar. Həmin mis kabelləri tərəziyə qoyub çəkmişlər. Kabellərin çəkisi 66 kiloqram olmuş, o, həmin kabelləri ümumilikdə 627 manat pula Aminə satmışdır. Zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində inzibati işlər üzrə məmur vəzifəsində işləyir. 29 dekabr 2022-ci il tarixdə Gədəbəy rayon Qızıl Mədənində yerləşən Qədir tunelinin 42-ci sahəsindən bir metrinin dəyəri 46.699 manat təşkil edən mis kabellər talanmışdır. Həmin talama cinayəti nəticəsində Şirkətə ümumilikdə 700 manatdan çox maddi zərər dəymişdir. Sonradan həmin cinayət əməlini Emin Əsgərovun törəməsi müəyyən edilmişdir. Qeyd edilən cinayət işi üzrə Şirkətin hüquqlarını mənafelərini müdafiə etməyi üçün Şirkət rəhbərliyi tərəfindən etibarnamə verilmişdir. Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində mühafizə işləri üzrə nəzarətçi işləyir. 29 dekabr 2022-ci il tarixdə ərazidə xidmətdə olan zaman Qədir tunelinin içərisində yerləşən 42-ci sahəyə baxış keçirən zaman orada olan təxminən 15-20 metr uzunluğunda mis kabellərin orada olmadığını görmüşdür. O, həmin kabellərin istehsalatda istifadə edilib-edilməməsi ilə maraqlanmış, istifadə edilmədiyini öyrənib kabellarin oğurlanması qənaətinə gəlmiş, Gədəbəy rayon Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Soyuqbulaq kəndində yaşayır və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətində mühafizə işləri üzrə nəzarətçi köməkçisi işləyir. 29 dekabr 2022-cü il tarixdə mühafizə işləri üzrə nəzarətçi olan Şahid1 ərazidə xidmətdə olan zaman Qədir tunelinin içərisində yerləşən 42-ci sahəyə baxış keçirən zaman orada olan təxminən 15-20 metr uzunluğunda mis kabellərin orada olmadığını görmüşdür. Onlar şirkət işçilərindən həmin tunelə kimlərin girib-çıxdığını maraqlandıqda Şahid3 adlı sürücü 29 dekabr 2022-ci il tarixdə saat 12 radələrində ona yaxınlaşıb kabelləri 29 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Emin Əsgərov adlı ustanın oğurladığını demişdir. Şahid3 onlara həmçinin bildirmişdir ki, həmin gün gecə saat 01 radələrində onun idarə etdiyi UAZ markalı avtomobildə nasazlıq yarandığından onların avtomobil ustası Emin Əsgərova zəng etmişdir. Emin həmin vaxt idarə etdiyi Prado Markalı avtomobillə Qədir tunelinə gəlib girmiş, avtomobili təmir etdikdən sonrada Qədir tunelinin içərisində yerləşən yeməkxananın qarşısından üzü 42-ci sahəyə tərəf idarə etmiş orada onun avtomobilinə kabelləri yığıb geriyə qayıtmış və avtomobili ona vermişdir. O, avtomobili idarə edib tuneldən çıxdıqdan sonra avtomobilində kabellərin olmasını görüb Emin Əsgərova zəng edib avtomobildə kabellərin olmasını deyib nə üçün həmin kabelləri avtomobilinə yığmasını soruşmuşdur. Emin Əsgərov cavabında həmin kabelləri satmaq üçün oradan götürdüyünü demişdir. Bundan sonra o, avtomobilini yol kənarında saxlayaraq Emin Əsgərovun avtomobilinə yığmış olduğu kabelləri avtomobilindən yerə tökmüşdür. Bundan sonra Emin idarə etdiyi avtomobillə geriyə qayıdaraq yerə tökülmüş olan kabelləri avtomobilinə yığılmış və mühafizə postunda avtomobili yoxlamaya təqdim etmədən ərazidən kənarlaşmışdır. Şahid3 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayır. AİMC-də podratçı şirkət olan "xxxx" MMC-nin sürücüsü işləyir. UAZ markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına təhkim edilmişdir. xx.xx.2022-ci il tarixdə saat gecə 01 radələrində idarə etdiyi UAZ markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin matorxanasından səs gəldiyini və qaz verdikdə getmədiyini görmüşdür. Bundan sonra o, usta Emin Əsgərova zəng etmişdir ki, gəlib avtomobili təmir etsin. Bundan təxminən yarım saat sonra Emin Əsgərov avtomobili düzəltmək üçün idarə etdiyi Toyota Prado markalı avtomobillə Qızıl Mədənində yerləşən Qədir tunelinə onun yanına gəlmişdir. Həmin vaxt hava soyuq olduğuna görə o, avtomobili Qədir Tunelinin içərisində yerləşən yeməkxananın qabağında qoyub yeməkxanaya getmişdir. Emin isə avtomobili təmir etmək üçün avtomobilin yanında qalmışdır. Mən bir qədər sonra bayıra çıxdıqda Emin avtomobilin mühərrikini işə salıb 42-ci sahə istiqamətində getdiyini görmüşdür. Tunelin həmin hissəsində avtomobili döndərə bilmədiyi üçün avtomobili döndərib geri qayıdacağını düşündüm və yenidən yeməkxanaya girmişdir. Aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra Emin avtomobillə yeməkxananın qarşısına gəlib avtomobili ona verib avtomobili təmir etdiyini demişdir. O, bundan sonra avtomobilə əyləşib Tuneldən çıxmışdır. O, Tuneldən çıxdıqdan sonra avtomobilində hissə-hissə doğranmış təxminən 10-15 metr kabel olduğunu görüb avtomobili dayandırmış və Eminə zəng edib həmin kabellərin nə olduğunu soruşmuşdur. Bu zaman Emin həmin kabelləri avtomobilə onun yığdığını və aparıb satacağını ona demişdir. O da buna görə əsəbiləşib avtomobilə yığılmış kabelləri orada yol kənarına tökmüşdür. O, kabelləri yol kənarına tökdükdən sonra Emin qayıdıb kabelləri öz avtomobilinə yığmışdır. O, sonra avtomobili gətirib qarajda saxlamışdır. Həmin gün başqa maşın götürüb işinə davam etmişdir. O, Eminin bu hərəkətləri barədə Şirkət rəhbərliyinə məlumat vermək qərarına gəlmişdir. O, həmin gün orada tanıdığı mühafizə işləri üzrə nəzarətçi köməkçisi işləyən Şahid2 axtarıb tapmışdır. Həmin gün saat təxminən 12 radələrində Vüqarı tapdıqdan sonra ona hadisə barədə məlumat vermişdir. Daha sonra Vüqarla birlikdə gəlib polis şöbəsində bu barədə izahat vermişdir. Emin ilk dəfə şirkət ərazisindən oğurluq etməsinin şahidi olmuşdur. Bu barədə də o, aidiyyəti şəxslərə məlumat vermişdir. O, Eminə heç bir şəkildə köməklik etməmişdir. Onun oğurluq etməsini görüb bu barədə rəhbərliyə məlumat vermişdir. Şahid4 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, bəzən tullantı metalları yığıb alıbsatmışdır. Təqsirləndirilən şəxs2 tanıyır. Elməddin onun həmkəndlisidir. Onunla münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 yaşadığı evə avtomobili ilə gəlib avtomobilində mis məftillər olduğunu demişdir. O da mis məftillərə baxanda yanmış mis kabellərdən əldə olunmuş mis olmasını görmüşdür. Həmin misə baxdıqdan sonra mis naqilləri 9 manat 50 qəpiyə ala biləcəyini demişdir. Bundan sonra o, həmin naqilləri almağa razılaşmış mis naqilləri tərəzi ilə çəkdikdə naqillərin 66 kiloqram olduğunu görmüşdür. Bundan sonra o, 627 manat pul verib naqilləri alıb götürmüşdür. Sonradan Elməddinin ona satmış olduğu mis naqillər Qızıl Mədəni ərazisindən oğurlanmasını bilmişdir. O da həmin mis kabelləri könülü olaraq gətirib Gədəbəy rayon Polis Şöbəsinə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 kabelləri almaq üçün verdiyi 627 manat pulu Təqsirləndirilən şəxs2 ona təqdim etmişdir. Onun hazırda heç bir şikayəti və tələbi yoxdur. Şahid X1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olmaqla yaşayır. AİMC-də podratçı şirkət olan "xxxx" MMC-nin mətbəx köməkçisi işləyir. O, Gədəbəy rayonu Qızıl Mədənində olan Qədir Tunelinin içərisində yerləşən yeməkxanada işçilərə yemək verir. 28 dekabr 2022-ci il tarixdə saat gecə 11 radələrində mərkəzi yeməkxanadan yeməkləri sürücü Fərdinin idarə etdiyi avtomobilə əyləşib tuneldə yerləşən yeməkxanaya gedərkən avtomobilin yaxşı işləmədiyini görmüşdür. Fərdi isə onu düşürdükdən sonra gedib fəhlələri saat təxminən 23:55-də yeməkxananın qarşısına gətirmişdir. Bundan sonra fəhlələr və Fərdi də oturub yeməkxanada yemək yemişlər. Fərdi avtomobilinin nasaz olduğunu demiş, başqa sürücü gəlib işçiləri oradan aparmışdır. Fərdi isə yeməkxana da onun yanında əyləşmiş, avtomobili təmir etmək üçün Eminə zəng etdiyini demişdir. Aradan təxminən yarım saat keçdikdən sonra Emin oraya gəlmişdir. Orada Emin avtomobili təmir edərkən Fərdi yeməkxanada oturmuşdur. Emin avtomobili təmir etdikdən sonra Fərdi də çıxıb hər ikisi avtomobildə tunelin əlavə çıxışına tərəf getmişlər. O, onların oğurluq etmələrini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Azərbaycan İnterneyşnl Mayninq Kompani Limted Şirkətinin Gədəbəy rayonu Qızıl mədənində yerləşən Qədir Tunelinin içərisində 1542 saylı sahədir. Baxışda iştirak edən Şahid1 29 dekabr 2022-ci il tarixdə həmin həmin yerdən 15 metr uzunluğunda mis kabellərin oğurlamasını bildirmişdir. Tunelin içərisində yerləşən 1542 saylı yerdən 120 metr uzaqlıqda tunel yeməkxanası yerləşir. - 02 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs2 aldığı 66 kiloqram yanmış vəziyyətdə olan mis kabelləri Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında təqdim etmişdir. Şahid4 könüllü olaraq təqdim etdiyi yanmış vəziyyətdə olan 66 kiloqram çəkidə, topa qarışıq topa vəziyyətdə mis naqillərin olması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid4 baxış zamanı qeyd edilən mis kabellərin Gədəbəy rayonu Qızıl Mədənindən oğurlanmış olan mis kabellərin olduğunu, həmin kabellərin üzərində olan rezin materialın yandırıldığını bildirmişdir. - Azərbaycan İnterneyşl Mayninq Kompani Limited Şirkətinin 29 dekabr 2022-ci il tarixli 175 saylı məktubundan görünür ki, Azərbaycan İnterneyşl Mayninq Kompani Limited Şirkətinin Qədir tnelindən uzunluğu 15 metr NYY, 3x70+1 x35mm2, 0,6/1 kv Pover mis kabel (dəyəri 1m - 46.699 azn) naməlum şəxslər tərəfindən talanmışdır. Oğurluq hadisəsi nəticəsində Şirkətlərinə 700.485 manat ziyan dəymişdir. - Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olmamışdır. - Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olmamışdır. Məhkəmə bütün məhkəmə iclasında tədqiq olunmuş sübutları ayrı- ayrılıqda və birbiri ilə müqayisəli təhlil edib qiymətləndirmişdir. Təqsirləndirilən şəxs Emin Əsgərov və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda özlərini təqsirli bilmişlər və etirafedici ifadələr vermişlər. Onların etirafları məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri ilə tam uyğun gəlmiş, digər sübutlarla üst-üstə düşərək tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Emin Əsgərovun Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 CM-in 194.1ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə tam sübut edilir. Odur ki, məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Emin Əsgərovun əməlinin Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 194.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır və hesab edir ki, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təyin ediləcək cəza və onun həddi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə dəymiş zərərin qismən ödənilməsini, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşaq olmasını, Təqsirləndirilən şəxs2 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmə məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ona cəza təyin edərkən şəxsiyyətini səciyyələndirən hallar, cəzasını yünülləşdirən halların olması, cəzanı ağırlaşdıran halın olmadığı nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 11 mart 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 11 mart 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmə məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ona cəza təyin edərkən şəxsiyyətini səciyyələndirən hallar, cəzasını yünülləşdirən halların olması, cəzanı ağırlaşdıran halın olmadığı nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onların islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.5, 132.1.6 və 132.1.7-ci maddəsinə əsasən, maddi sübutlar – 66 kiloqram çəkid mis materialdan olan kabellər zərər çəkmiş şəxs “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin sahibliyində saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 hissəsində Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197-198, 344- 347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 mart 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək tutulduğu üç gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində olan başqa yerə etməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədəbəy rayonu, Söyüdlü kəndi ünvanında yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində olan başqa yerə etməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – 66 kiloqram çəkid mis materialdan olan kabellər zərər çəkmiş şəxs “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin sahibliyində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 hissədə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-31/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-31/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver