Məhkəmə qərarları › İş №1(042)-31/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-31/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-31/2024 16.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan olan, Gədəbəy rayonu Söyüdlü kəndində qeydiyyatda olmaqla həmin ünvünda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi VAZ-2101 minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Gədəbəy rayonu, Söyüdlü kəndində döngəli yolda hərəkətdə olarkən, döngəni dönüb 16,95 metr məsafə qət etdikdən sonra yolun sağ kənarında avtomobil dayandığı üçün yolun sol kənarı ilə hərəkətini davam etdirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib, yolun sol tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq, ona sağ ağ ciyərin arteriyasının trombemboliyası ilə fəzasdlaşmış sağ baldır sümüklərinin qapalı, oynaq daxili sınığı, sağ ayağın 1-ci barmağının dırnaq falanqasının, sol ayağın 5-ci barmağının proksimal falanqasının sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, aldığı həmin xəsarətlərlə bağlı 03 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Gədəbəy rayon Mərkəzi Xəstəxanasına gətirilən Zərərçəkmiş şəxs yolda sağ ağ ciyər arteriyasının trombemboliyası nəticəsində ehtiyatsızlıqdan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir. VAZ-2101 minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili sürücülük vəsiqəsi ilə idarə edir. Gədəbəy rayonu, Söyüdlü kənd sakini Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Heç vaxt aralarında narazılıq və ədavət olmayıb. 16 noyabr 2023-cü il tarixdə saat 16 radələrində avtomobillə yaşadığı evdən asfalt yolla kəndin “Mollalı” küçəsində yerləşən bulaqdan su gətirmək üçün gedirmiş. Bulağın yaxınlığında olan yol ayrıcında olan sol tərəfdən Vüsal adlı həmkəndlisinin idarə etdiyi “Niva” markalı avtomobil bulağın yanında dayanmışdır. Bulağa tərəf dönən zaman həmkəndlisi Zərərçəkmiş şəxs görməmiş və avtomobilin sol tərəf ilə Rayanı vurmuşdur. O, Zərərçəkmiş şəxs oğlu Şahin və digər şəxslərlə birlikdə Gədəbəy rayon Mərkəzi xəstəxanasına aparmışlar. Gədəbəy rayon mərkəzi xəstəxanasında vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs Gəncə şəhərində yerləşən Abbas Səhət adına xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs orada müayinə etmişlər. Zərərçəkmiş şəxs özünü yaxşı hiss etdiyi üçün yaşadığı evə gətirmişlər. Ailə üzvlərilə birlikdə onu ziyarət etmişlər. 03 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs özünü pis hiss etdiyi üçün onu Gədəbəy rayon Mərkəzi xəstəxanasına gətirmişlər. Yolda olan zaman Zərərçəkmiş şəxs vəfat etmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, avtomobildə yük olmamış, həmin vaxtı sərxoş olmamışdır. Sola dönmə əməliyyatı edən zaman Zərərçəkmiş şəxs ümumiyyətlə görməmişdir. Həmin vaxtı dönmə əməliyyatı etmiş və surəti təxminən 20 km/saat olmuşdur. O, Zərərçəkmiş şəxs ilə qonşudur. O, həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs hüquqi varisi ilə barışmışlar. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 göstərdi ki, Gədəbəy rayonu, Söyüldü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Gədəbəy rayonu, Söyüdlü kənd sakini Zərərçəkmiş şəxs arvadı olmuşdur. 16 noyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı kəndə olan zaman ona arvadı Zərərçəkmiş şəxs Gədəbəy rayon mərkəzi xəstəxanasına aparılmasını bildirmişlər. O, Gədəbəy rayon mərkəzi xəstəxanasına gəlmiş və oradan isə Gəncə şəhərində yerləşən Abbas Səhət adına xəstəxanaya aparmışlar. Rayanı ayağından əməliyyat etmişlər və bir neçə gün xəstəxanada qalmışdır. Sonra onu yaşadıqları evə gətirmişlər. 03 dekabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman özünü yaxşı hiss etmədiyi üçün Zərərçəkmiş şəxs Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmışlar. Yolda olan zaman arvadı Zərərçəkmiş şəxs ölmüşdür. Onunla birlikdə xəstəxanaya həmkəndlisi Təqsirləndirilən şəxs və qardaşı Vüsal Süleymanov gəlmişlər. Hal-hazırda da Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Nazim oğlu həmkəndliləridir. Onların heç biri ilə arasında narazılıq və ədavət olmamışdır. 16 noyabr 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus **-UN-*** dövlət nömrə nişanlı, VAZ- 21214 markalı avtomobili yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində “Mehralı Yalı” adlanan yerdə yolun kənarında saxlayıb həmkəndlisi Şahid2la onlara gedən yolda oturacağın yanında söhbət edərkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 2101 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı ev istiqamətindən gəlmişdir. Natiq avtomobil ilə yol ayrıcından sola yəni bulaq tərəfə dönmüşdür. Həmin vaxtı Natiq idarə etdiyi avtomobillə bulaqda su dolduran Zərərçəkmiş şəxs vurmuşdur. Rayanın vurulmasını gördükdən sonra onu yerdən qaldırıb ilkin tibbi yardım üçün Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmışlar. 03 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs vəfat etmişdir. Şahid2 ifadəsində göstərdi ki, mərhum anası Zərərçəkmiş şəxs onunla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs həmkəndlisidir. 16 noyabr 2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi Şahid1 ilə birlikdə yaşadığı evə gedən yolda olan oturacaqda əyləşib söhbət etmişlər. Bir qədər sonra onlardan təxminən 20-30 metr kənardan səs gəldiyini eşitmişdir. Həmin vaxtı oraya baxan zaman anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobil ilə vurmasını görmüşdür. Təqsirləndirilən şəxs hadisə zamanı qorxduğu üçün ona təskinlik vermiş və bir yerdə anası Rayanı Gədəbəy rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncəyə aparmışlar. Orada anası əməliyyat olmuşdur. Sonra anasını evə gətirmişlər. 03 dekabr 2023-cü il tarixdə anası özünü pis hiss etdiyi üçün onu Gədəbəy rayon mərkəzi xəstəxanasına aparan zaman yolda vəfat etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 25 noyabr 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Söyüdlü kəndinin Mollalı adlanan ərazisində yerləşir. Hadisə yeri torpaq örtüklü olmaqla 8 metr enindədir. Hadisə yerindən asfalt yola qədər 16,95 metr məsafə vardır. Hadisə baş verən bulaq torpaq örtüklü yolun sol kənarıdır, yolun hərəkət hissəsindən 1 metr məsafədə yerləşir. - avtomobilə baxış keçirilməsi haqqında 25 noyabr 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, baxış keçirilən avtomobil qırmızı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2101 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobildir. Avtomobilin üzərində istismara xarakterik zədələr vardır. Avtomobilin ön sol duman farasının üzlüyü sınmış haldadır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs avtomobil həmin hissəsinin 16 noyabr 2023-cü il tarixdə yaşadığı kənddə Zərərçəkmiş şəxs vuran zaman sınmasını bildirmişdir. Avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. - meyitə baxış keçirilməsi haqqında 03 dekabr 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 155 sm-dir. Əllə toxunduqda meyit bir qədər istidir. Meyit qacıması müayinə olunan əzələlərdə zəif inkişaf etmişdir. Gövdənin arxa səthində zəif çəhrayımtıl rəngli adacıq formalı meyit ləkələri vardır ki, barmaqla təzyiq etdikdə itir, 3-4 dəqiqədən sonra əvvəlki vəziyyətinə bərpa olunur. Başın tüklü hissəsində hər hansı bir xəsarət və deformasiya yoxdur. Göz qapaqları örtülüdür, bəbəklər dairəvi olub, 0,7 sm diametrindədir, ağlı qişalarda qansızma yoxdur. Burun sümük və qığırdaqları əllədikdə tamdırlar, burun boşluğundan ifrazat yoxdur. Ağzı qapalı vəziyyətdədir, dil ağız boşluğunda sərbəst yerləşir, dişləri protez dişlərdir. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və qalınlıqdadır. Döş qəfəsi silindirik olub, simmetrikdir. Qarnı qabırğa qövsü səviyyəsindədir, köpməmişdir. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün formalaşmışdır. Sol ayağın üst səthində 1-5-ci daraq sümüyü proyeksiyasında uc hissələrində tikişlər olan 18x6sm ölçüdə iltihabi xarakterli yara vardır. Sol baldırın arxa səthində 25 x 8 sm ölçüdə sarımtıl-qonur rəngli qançır vardır. Sağ baldırın orta və yuxarı üçdə birinin ön səthində boylama istiqamətli, kənarlarında çoxsaylı tikişlər olan 20 sm uzunluğunda əməliyyat kəsiyi vardır. Sağ baldırın yuxarı üçdə birinin bayır səthində kənarlarında 2 ədəd tikiş olan 1,5 x 0,3 sm ölçüdə yara vardır. Sağ ayağın 1-ci barmağının dırnağı yerində yoxdur, dırnaq yatağında 1,5 x 2 sm ölçüdə qonur qartmaqlı yara vardır. Sağ ayağın 1-ci barmağının iç-alt səthində kənarlarında tikişlər olan 3,5 x 0,3 sm ölçüdə nahamar kənarlı yara vardır. Sağ baldırın orta və yuxarı üçdə birinin iç səthində 16x 6 sm, sağ budun aşağı üçdə birinin iç səthində 5 x 3 sm ölçüdə sarımtıl qonur rəngli qançır vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi. - Məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2023-cü il tarixli 26 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ ağ ciyər arteriyasının tromemboliyası ilə fəsadlaşmış sağ baldır sümüklərinin qapalı, onyaq daxili sınığı, sağ ayağın 1-ci barmağının dəmaq falanqasının, sol ayağın 5-ci barmağının proksimal falanqasının sınığı küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 16 noyabr 2023-cü il tarixli avtomobil qəzası-avtomobilin piyadanı vurması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri əlamələrinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ağ ciyər arteriyasının trombemboliyası olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü ilə avtomobil qəzası zamanı aldığı travma arasında səbəbli əlaqə vardır. - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 23 fevral 2024-cü il tarixli, 8/525 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2101 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi BD-311179 saylı B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və həmin vətəndaşın adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı toplanmış sübutları ayrı-ayrılıqda və müqayisəli təhlil edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsini, məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri və digər sübutlarla müqayisəli təhlil edib həmin sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasları kimi mötəbər sübutlar kimi qəbul edir, həmin sübutları qiymətləndirərək belə nəticəyə gəlir Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsi, səmimi peşmançılıq nümayiş etdirərək hadisədən dərhal sonra zərər çəkmiş şəxsə lazımi yardım göstərilməsi, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmaması, himayəsində bir nəfər azyaşlı uşaq olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını cəza təyini zamanı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şikayət və tələbinin olmamasını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilib-çəkilməməsi məsələsini müzakirə edərkən yüngülləşdirici halları, hazırkı cinayət hadisənin törədilməsində iştirakı dərəcəsini, onun cinayət hadisəsi baş verərkən və ondan sonrakı davranışını və əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, təqsirləndirilən şəxs cinayət hadisəsi törədildikdən sonra əməlindən səmimi peşmançılıq çəkdiyini nümayiş etdirmişdir. O, hadisədən dərhal sonra zərər çəkmiş şəxsin xəstəxanalara aparılmasında, zərərin aradan qaldırılması üçün fəal iştirak etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəza çəkmədən islah olunmasının mümkün sayılmasına əsas verir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldıqdan sonra hesablanmalı, barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Azərbaycan Respublikası CPM-nin 197-ci və 197.1.4-cü maddəsinə əsasən, mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi materiallarından görünür ki, iş üzrə məhkəmə ekspertizaları keçirilmiş, ekspertə ödənilməli haq 85 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 85 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.1 və 132.1.5-ci maddələrinə əsasən, iş üzrə maddi sübut olan, VAZ-2101 minik markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qanuni sahibində saxlanmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri- 85 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – VAZ 2101 minik markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs sahibliyində saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətinə Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar