Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-32/2020 06.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruVerdiyev Mövlamverdi Allahverdi oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsxx xxxxxx 2020-ci il tarixdə saat 23.30 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən evinə bitişik olan mağazasına giriş qapısının cəftəsini sındırma yolu ilə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan 335 manat pulunu və hər birinin qiyməti 2 manat olan cəmi 08 manat dəyərində 4 ədəd “Winchester” markalı siqaretlərini, ümumilikdə 343 manat dəyərində özgə əmlakını gizli talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi iləelan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gədəbəyrayonu, Yenikənd kəndində valideyinləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Ədalətin yaşadığı evinə bitişik mağazası vardır. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində həmkəndlisi və dostu Şahid1 və onun xalası oğlu Xəzərlə kənddə gəzmişlər. Onlar birlikdə kontur almaq üçün Ədalətin mağazasına getmişlər, lakin mağaza bağlı olduğundan, digər mağazaya gedib kontur almışlar. Ədalətin evinin işığının yanmadığını görmüş, Ədalətin və ailəsinin evdə olmadığını hiss edib mağazadan oğurluq etmək qərarına gəlmişdir. Baris və Xəzərdən evə getmək bəhanəsi ilə ayrılmış, onlardan aralandıqdan sonra yenidən Ədalətin evinin yanına gəlmişdir. Evin həyətinə gəlmiş, həyətdən mağazaya giriş qapısını bir az özünə doğru bərk çəkərək qapını açmışdır. Sonra mağazaya girmiş və sağda yerləşən dolabın altındakı kartonqutununiçərisinəbaxmışdır. Qutudabir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq və 40 manat da 20-lik və 10-luq olmaqla cəmi 190 manat olduğunu görmüş, həminpulu götürüb şalvarının yan cibinə qoymuşdur. Qutunun yanında olan qəpikləri də götürmüşdür. Həmin dolabın üstündə 4 ədəd «Winchester» markalı siqaretləri də gödəkçəsinin cibinə qoymuş və qapını örtüb çıxmışdır. Sonra evlərinin yaxınlığında olan və ona məxsus köşkə gəlmiş, qəpik pulları saymış, 145 manat olmuşdur. Qəpikləri dolabın içərisinə qoymuş, 190 manatı isə cibinə qoyub evinə getmişdir. Səhərisi gün ünvan 1inə gəlib üstündə olan 190 manatdan 35 manatını qəssab Elşəndən aldığı ətdən qalan borcuna vermişdir. 4 ədəd siqareti mağazası olan Rəhman adlı şəxsə birini 2 manatdan olmaqla satıb 8 manat ondan pul almışdır. Həmçinin ac olduğu üçün Novosaratovka kəndində İbrahimin yeməkxanasında bir porsiya dolma sifariş verib yemiş və yeməyə görə 5 manat ödəmişdir. Həmin gün onu Gədəbəy rayonu X5 bölməsinə çağırmışlar. Törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Əməlindən səmimi peşmandır. Vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunmuş digər sübutetmə vasitələri ilə tam sübuta yetirilir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Yenikənd kəndində arvadı Vüsalə və oğlu Vəfadarla birlikdə yaşayır. Yaşadığı evinə bitişik mağazası var. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ailəsi ilə birlikdə Yenikənd kəndində yaşayan qaynı Eldənizgilə qonaq getmiş və saat 12 radələrində evə qayıtmışlar. Həyətə girəndə işığın yanmadığını görmüş, işığı yandırmış, həyətdən mağazaya giriş qapısının cəftəsinin sındırıldığını və qapının açıq olduğunu görmüşdür. Mağazaya oğru girməsindən şübhələnmişdir. Mağazaya girdikdə girişdən solda qoyduğu dolabın altında qutuya qoyduğu 400 manat pulunyerindəolmadığınıaşkar etmişdir. Oğurlanmışpul 290 ədəd 50 qəpiklik olmaqla 145 manatı qəpik pullar olmuş, onu oğlu Toğrul alveredənzaman ayrıca yığmış, qalanı isə 100-lük, 50-lik, 20-lik, 5-lik və manatlıqlar olmuşdur. Diqqətlə yoxlayanda hər birinin dəyəri 2 manat olan dörd ədəd “Winchester” siqaretlərinin də oğurlandığını görmüşdür. O, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəngeləmiş, mağazasından 400 manat dəyərində oğurluq olması barədə məlumat vermiş, sonra Gədəbəy RPŞ-nin X5 bölməsindən gəlmişlər. Ərizədə 440 manat pulunun oğurlandığını göstərmiş, lakin sonradan dəqiqləşmə aparılarkən 335 manat pul və hər birinin dəyəri 2 manat olan 4 ədəd Winchester markalı siqaretin oğurlandığını bilmişdir. Sabahısı gün onun mağazasından oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ona dəymiş ziyan ödənilmişdir, Seymurdan hər hansı şikayəti və ya tələbi yoxdur. Şahid2 ifadəsində göstərdi ki, valideyinləri ilə birlikdə Arıqıran kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Yenikənd kəndində yaşayan xalası oğlu Barisə zəng edib onlara gələcəyini, axşam vaxtı olduğuna görə onu qarşılamasını bildirmişdir. Həmingünü saat 21 radələrində Yenikənd kəndinə çatmamış qəbirstanlığın yanına çatanda xalası oğlu Baris yanında bir nəfər başqa oğlanla onu qarşılamışdır. Barisin yanındakı oğlanın adı Seymur olduğunu bilmişdir. O, Seymuru əvvəllər tanımamışdır. Onlar kontur almaq üçün bir mağazaya yaxınlaşmışlar. Mağaza bağlı olmuş, ona görə də digər mağazaya gedib kontur almışlar. Tanımadıqları bir evin yanında Seymur evə getmək istədiyini deyib onlardan ayrılıb çıxıb getmişdir. Sonradan eşitmişdir ki, Seymur mağazaya girib oradan pul və siqaretlər oğurlamışdır. Şahid3 ifadəsində göstərdi ki,Gədəbəy rayonu. Novosaratovka kəndində qəssablıqla məşğuldur. Bu ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs ondan 35 manatlıq nisyə quzu əti almışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında onun yanına gəlib borclu olduğu 35 manat pulu verib getmişdir. Sonradan polis əməkdaşları gəlib Seymurun verdiyi pulu Yenikənd kəndində Ədalətin mağazasından oğurladığını bildirmişlər. Həmin pulu könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları gələnədək Seymurun ona verdiyi pulun oğurluq olduğunu bilməmişdir. Şahid4 ifadəsində göstərdi ki, ünvan 1ində icarəyə götürdüyü ərzaq mağazasında işləyir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Gədəbəy rayonu, Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs onun yanına gəlib hərbi xidmətə çağırıldığını, dayısı oğlunun ona 4 ədəd “Winchester” siqareti pay verdiyini, siqaretləri satıb yol pulu etmək istədiyini demiş və siqaretləri satın almağı xahiş etmişdir. Seymura yazığı gəlmiş və satış qiymətinə, birini 2 manatdan hesablayaraq 8 manat verib ondan 4 ədəd həmin siqaretləri almışdır. Sonradan polis əməkdaşları gəlib həmin siqaretlərin Gədəbəy rayonu, Yenikənd kəndində Ədalətin mağazasından oğurlandığını bildirmişlər.O, Seymurdan aldığı həmin siqaretləri polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları gələnədək o, Seymurun ona verdiyi siqaretlərin oğurluq olduğunu bilməmişdir. Şahid5 ifadəsində göstərdi ki,ünvan 1ində icarəyə yeməkxana görüb işlədir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Gədəbəy rayonu, Yenikənd kənd sakini Seymur kimi tanıdığı şəxs onun yeməkxanasına gəlib dolma sifariş vermiş, o salatla birlikdə ona bir nəfərlik dolma vermişdir. Seymur yeyib qurtaranda yeməyinin dəyəri olaraq 5 manat ödəmişdir. Sonradan polis əməkdaşlarından eşitmişdir ki, Seymur həmin gündən bir gün əvvəl gecə Gədəbəy rayonu, Yenikənd kəndində Ədalətin mağazasına girmiş, oradan pul və siqaret oğurlamışdır. Onun yeməkxanasında verdiyi 5 manat da həmin oğurladığı puldan olmuşdur. Polis əməkdaşlarından eşidənə qədər Seymurun onun yeməkxanasında xərclədiyi 5 manat pulun oğurluq olduğunu bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs mağazası Gədəbəy rayonu, Yenikənd kəndində yerləşir. Sahəsi 20 kv.m, hündürlüyü 2 metr 10 sm, iki girişli, yol tərəfdən dəmir qapısı, evin həyəti tərəfdən taxta qapısı olan orta təmirli, üstü şiferdən olan mağazadır. Mağaza Zərərçəkmiş şəxs evinə bitişikdir. Mağazanın həyət tərəfdən qapısının cəftəsi sınmış vəziyyətdədir. Mağazada piştaxtalar vardır. Həmçinin satıcı dayandığı piştaxtanın altında satışdan əldə edilən pulu yığmaq üçün karton qutu vardır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən evinə bitişik olan mağazasına giriş qapısının cəftəsini sındırma yolu ilə qanunsuz daxil olub 335 manat pulunu və hər birinin qiyməti 2 manat olan cəmi 08 manat dəyərində 4 ədəd “Winchester” markalı siqaretləri, ümumilikdə 343 manat dəyərində özgə əmlakını gizli talayıb oğurluq etmişdir. Odur ki, onun əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayət və tələbinin olmaması, maddi ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını agırlaşdıran hal yoxdur. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən, cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs Əsgərov X3 rayon Polis şöbəsinin istintaq bölməsinin xx.xx.2020-cu il tarixli qərarı ilə şübhəli şəxs kimi tutulmuş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki olaraq xx.xx.2020-ci il tarixdən həbsə alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində olan həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmiş və həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün müddət və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 8 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının bir günü həbsdə saxlamanın iki gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar olmadığından hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 8 gün, cəmi həbsdə saxlanıldığı 11 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 il 5 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 7:00-dək ünvan 1i ünvanda olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-32/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-32/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver