Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-32/2021 24.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Azərbaycan Republikası CM-nin 128-ci maddəsilə ilə məhkum olunmuş, Gədəbəy rayonu, Səbətkeçməz kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 iyun 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə Gədəbəy Mərkəzi Rayon X10 Şəxsin inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə analiz vermiş, həmin tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Hörmətli Təqsirləndirilən şəxs Sizin 20 noyabr 2020-ci il tarixində “COVİD-19” virusu ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, Siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozuduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda bildiriş daxil olmuş, bundan sonra 22 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olub evə buraxılarkən, ona yazılı şəkildə evdən çıxmaması izah edilməsinə baxmayaraq, bilə-bilə özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda, bunlara əməl etməyərək, 30 noyabr 2020-ci il tarixdə saat 09 radələrində özünə məxsus Chevrolet-Niva markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşına minib Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən yaşadığı evi tərk edərək, müayinə olunmaq məqsədilə Şəmkir şəhəri, S.Vurğun küçəsində özünə məxsus avtomaşını saxlayaraq tanımadığı taksi ilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinin həkimi Şahid5 yanına getmiş, orada torakal kompyuter tomoqrafiya müayinəsindən keçib yenidən həmin taksi ilə maşınını saxladığı ünvana qayıtmış, qeyd edilən ünvanda yerləşən “Zəfəran” Aptekinə daxil olaraq oradan tibbi ləvazimatlar alaraq yenidən Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən evinə qayıtmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratdığına görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonunun Səbətkeçməz kəndində yaşayır. 2001-ci ildən 2011-ci ilədək daxili işlər orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və aldığı travma səbəbindən əlilik dərəcəsi ilə təqaüdə göndərilmişdir. Hal-hazırda təqaüd almaqla heç bir yerdə işləmir. Koronavirus pandemiyası dövründə səhhətində narahatçılıq hiss etməyi səbəbindən atası Şahid2lə birlikdə 20 noyabr 2020-ci il tarixdə Gədəbəy Mərkəzi Rayon Polikilinikasında Covid-19 testi vermişdir. Testin nəticələri həmin gün axşam saatlarında bilinmişdir. Test nəticələrindən aydın olmuşdur ki, o, və atası Şahid2 Covid-19 virusuna yoluxmuşlar. Virusa necə və nə vaxt yoluxduqlarını bilmirlər. Həmin gün axşam saatlarında onun mobil nömrəsinə atası Şahid2 və onun virusa yoluxmaları haqqında bildiriş SMS-i gəlmişdir. Bundan sonra həmin gün DİN-nin 102 xidmətinə məlumat verib xəstəxanaya yerləşdirilmələrini xahiş etmişlər. Onlar virusa yoluxduqdan 3 gün sonra yaşadıqları ünvandan X17 maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər. Həmin xəstəxanada atasını və onu Aybəniz adlı həkim müalicə etmişdir. 22.11.2020-ci il tarixdən 27.11.2020-ci il tarixədək beş gün müddətində həmin xəstəxanada müalicə almışlar. Müalicənin yaxşı keçdiyindən onları evə göndərmişlər ki, artıq sağalmısınız. Evə buraxıldıqda formaya qol çəkdirib müalicə almaları barədə arayış vermişlər. Evə buraxılarkən həkim mobil telefon nömrəsini verib səhhətlərində narahatçılq olduğu halda, əlaqə saxlamaqlarını bildirmişdir. Bundan başqa həmin gün həkim onların kompyuter tomaqrafiyasından keçməli olduqlarını demişdir. Qeyri-iş günü olduğundan Şəmkir rayonunda yerləşən Hərbi Hospitalda tomaqrafiya şöbəsi işləməmişdir. Ona görə də həkim iş günü yəni 30.11.2020-ci il tarxirdə Kompyuter Tomaqrtafiyasından keçmələrini məsləhət görmüşdür. Həmin gün evlərinə gəlmişlər. 30.11.2020-ci il tarixdə o, Aybəniz həkimlə əlaqə saxlayıb kompyuter tomaqrafiyasının işləyib-işləməməsini soruşmuşdur ki, gəlib “KT” etdirsin. Həkim ona gəlib Kompyuter Tomaqrafiyasından keçə biləcəyini demişdir. X2 keçmək istəmədiyi üçün o, öz şəxsi avtomobili ilə Şəmkir rayonuna getmişdir. Şəmkir rayonu, Hərbi Hospitalın yerləşdiyi yeri tanımaması səbəbindən maşını Şəmkir şəhəri, S.Vurğun küçəsində saxlayıb tanımadığı VAZ- 2106 markalı avtomobil ilə Hospitala getmişdir. Hospitalda tanımadığı kişi həkim “KT” müayinəsinə salıb ciyərlərinin təmiz olduğunu və heç bir xəstəliyinin olmadığını bildirərək, müayinənin nəticəsi haqında ona müavfiq sənədləri təqdim etmişdir. O, həmin taksi ilə də qayıdıb maşınını saxladığı yerə gəlmiş və oradan yenidən Aybəniz həkimin mobil nömrəsinə zəng vurub müayinənin nəticələri haqında ona məlumat vermişdir. Aybəniz həkim müalicəyə ehtiyac olmadığını və heç bir xəstəliyinin olmadığı üçün evə getməli olduğunu ona bildirmişdir. Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Zəfəran Aptekdən” ev üçün lazım olan yod, pambıq və spirt alıb şəxi maşını ilə evlərinə qayıtmışdır. Şəmkir rayonu ərazisində hərəkət edərkən tibbi maskadan və tibbi əlcəklərdən istifadə etmiş və heç kəslə ünsiyyətdə olmamışdır. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Səbətkeçməz kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Onunla 2001-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından 3 uşaqları vardır. 19.11.2020-ci il tarixdə qaynatası Şahid2 və əri Təqsirləndirilən şəxs səhhətlərində olan narahatçılıqla bağlı Covid-19 testi vermişlər. Həmin gün axşam saatlarında onların hər ikisinin virusa yoluxmaları barədə Asəfin mobil telefonuna bildiriş SMS gəlmişdir. Bundan 3 gün sonra 22.11.2020-ci il tarixdə əri Asəflə qaynatası Oktayı Şəmkir rayonuna aparıb stasionar xəstəxanaya yerləşdirilmişlər. Bundan sonra ondan və digər ailə üzvlərindən Covid-19 virusu ilə bağlı test nümunələri götürüblər. Test nəticələrinə görə digər ailə üzvlərindən təkcə o, yoluxmuşur. Ona görə də onu da 25.11.2020-ci il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişlər. O da 2 gün xəstəxanada qaldıqdan sonra əri Asəf və qaynatası Oktayla birlikdə evlərinə qayıtmışlar. Onlara 14 gün müddətində evdən çölə çıxmamaları, təcrid olunmuş qaydada müalicələrini davam etdirmələrini izah etmişlər. 30.11.2020-ci il tarixdə əri Asəf səhhətində narahatlıq hiss etdiyinə görə o, Aybəniz həkimlə danışmış və həkim ona “KT” müayinəsindən keçməyi məsləhət görmüşdür. Bu səbəbdən Asəf şəxsi avtomobili ilə Şəmkir rayonuna Hərbi Hospitala getmiş və həmin gün saat 16 radələrində evlərinə qayıtmışdır. Onun ailə üzvlərindən əri Asəf və qaynatası Oktay Covid-19 virusuna yoluxduqdan sonra o da analiz verdiyində virusa yoluxduğunu müəyyən edilmişdir, ancaq o heç kəsi yoluxdurmamışdır. O, evi tərk edib heç yerə getməmiş və koronavirus xəstələri qeydiyyatı sistemində mobil telefonu olamdığından əri Asəfin nömrəsi qeyd olunmuşdur. Asəf evi 30.11.2020-də tarixdə tərk edib getsə də o, evi tərk etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Səbətkeçməz kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. 20.11.2020-ci il tarixdə səhhətində narahatlıq hiss etdiyinə görə oğlu Asəflə birlikdə Gədəbəy Rayon Poliklinkasına müraciət etmişlər. Onlar xəstəxanada Covid-19 virusundan test vermişlər. Həmin gün axşam saatlarında oğlu Təqsirləndirilən şəxs mobil telefonuna hər ikisinin də Covid-19 virusuna yoluxmaları barədə bildiriş gəlmişdir. Bundan sonra 3 gün müddətində yaşadıqları evdə Asəflə ikisi bir otaqda ayrıca qalıb müalicə olunmuş, lakin sağalmamışlar. Bu səbəbdəndə onlar 102 xidmətinə müraciət edib stasionar xəstəxanaya yerləşdirilmələrini xahiş etmişlər 22.11.2020-ci il tarixdə qonşu kənd sakini Rizvan, o və oğlu Təqsirləndirilən şəxs 102 xidmətinə məxsus X17 maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilmişlər. Onlar xəstəxanaya yerləşdirildikdən sonra ailələrinin digər üzvləri də Covid-19 testi veriblər. Testin nəticəsinə görə gəlini Şahid1 da koronavirusa yoluxmuşdur. Onlar Şəmkir Rayon Mərkəzi xəstəxanasında 27.11.2020-ci il tarixədək qalaraq stasionar qaydada müalicə almışlar. 27.11.2020-ci il tarixdə onlara müalicə reseptləri yazılmış və onlar evə buraxılmışlar. Onlara gedib ev şəraitində müalicə almaları, 14 gün müddətində evdən çıxmamaları izah olunmaqla müvafiq sənədlər verilmişdir. Bundan sonra onlar yaşadıqları ünvana gəlmişlər. 30.11.2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ciyərlərində olan ağrı səbəbindən həkimilə məsləhətləşib Şəmkir rayonuna “KT” müayinəsinə getmişdir. Oğlu Şəmkir rayonuna özünə məxsus “Niva” markalı avtomobil ilə getmişdir. O, yaşadıqları evdən səhər saatlarında çıxmış və təxminən 16 radələrində evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Qarnizon Hospitalına Şəmkir rayonu Sarıtıpə kəndində yerləşən Şəhərcik Hospitalında yerləşən Endoskopiya bölmə rəisi vəzifəsində xidmət edir. İşlədiyi bölmədə insanları kompuyter tomoqrafiyası ilə müayinə edir. 30.11.2020-ci il tarixdə adını sonradan bildiyi Gədəbəy rayonu, Səbətkeçməz kənd sakini Təqsirləndirilən şəxs işlədiyi bölməyə müraciət edərək qarın boşluğu orqanlarının ultrasəs müayinəsini və ağ ciyərlərinin rentgen müayinəsini etdirmişdir. Müayinənin nəticələrinə görə hər iki ağ ciyəri damar şəklinin güclənməsini görmüş, ona görə də Təqsirləndirilən şəxs Covid-19 virusunun olması ehtimalının olmasını nəzərə alaraq ona labarator müayinə keçməsini tövsiyyə etmişdir. İşlədiyi bölməyə növbəli şəkildə gün ərzində 50 nəfərə qədər vətəndaşlar müraciət etmişdir. Təqsirləndirilən şəxs digər xəstələr ilə birlikdə növbə təşkili edib qəbula düşmüşdür. Təqsirləndirilən şəxs Covid- 19 xəstəsi olması haqqında hər hansı bir məlumat olmamış, sonuncu müayinə olunan zaman ona hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs işlədiyi şöbəyə müraciət edənə qədər Hərbi Hospitalın girişində mühafizəçilərlə, qeydiyyat şöbəsində işləyən işçilərlə və növbə gözləyən zaman orada olan şəxslərlə təmasda olmuşdur. İşlədiyi xəstəxanada işçilərdən həmin tarixdən sonra Covid-19 xəstəliyinə yoluxan olmamış, müayinə etdiyi şəxslərin xəstəliyə yoluxmaları barədə məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilmiş X5 şahid kimi dindirilmə protokolundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Şəmkir rayon Mərkəzi xəstəxanasının yoluxma şöbəsində həkim ordinator işləyir. Koronavirus infeksiyası yayıldığı vaxtdan o, “Covid” xəstələrini müalicə edir. Təqsirləndirilən şəxs xəstəsi kimi tanıyır. 22.11,2020-ci il tarixdə Təqsirləndirilən şəxs, atası Oktay ilə birlikdə xəstəxanaya gəlmişlər. Onları 5 gün müddətində müalicə edib səhhətləri ilə maraqlanmışdır. Onların 5 gün müddətində ümumi vəziyyətləri yaxşı olduğundan ev şəraitində 14 gün karantində qalmaq şərti ilə evə buraxmışdır. Evə buraxılarkən onlara ətrafında yaşayan şəxsləri yoluxdurmamaq üçün 14 gün müddətində yaşadıqları evi tərk etməmələrini tövsiyyə etmişdir. Bu barədə onlara yazılı surətdə bildiriş vərəqəsi də vermişdir. Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə danışıb ona böyrəklərinin ağrıması ilə bağlı dərman məsləhət görmüşdür. Ona qətiyyətlə bildirmişdir ki, 14 gün müddətində evdən çıxmamalıdır. Asəfə 14 gündən tez evdən çıxıb həkimə getməsini məsləhət görməmişdir. Asəf yalandan həkimin məsləhəti ilə evdən çıxmasını bildirmişdir. Asəf mobil telefonla danışan zaman ona Şəmkir rayonuna gəlməsi barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 Bayram oğlunun şahid qismində dindirilmə protokolundan görünür ki, 21 noyabr 2020-ci il tarixdə Gədəbəy Rayon Polikilinikasında özünü narahat hiss etdiyinə görə COVİD-19 virusundan test vermişdir. Həmin günün sabahısı testin cavabı pozitiv olduğuna görə 22.11.2020-ci il tarixdə onu qonşu kənddə yaşayan Təqsirləndirilən şəxs və onun atası Şahid2 ilə birlikdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına stasionar müalicəyə aparmışlar. Bundan iki gün sonra Asəfin arvadı Tahirə və anası Bəsti də həmin virsua yoluxmaqları səbəbindən Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilmişlər. 27.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ailəsini və onu evlərinə buraxmışlar. Evə buraxılarkən ona və Təqsirləndirilən şəxs ailəsinə izah etmişlər ki, 14 gün müddətində özlərini qorusunlar və evdən çıxmasınlar. Bu səbəbdən o, yaşadığı ünvana qayıtmış və təcrid olunma qaydalarına riayət etməklə yaşadığı evdə müalicə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy Rayon X10 X7 Şöbəsinin 18.02.2021-ci il tarixli 140 nömrəli arayışından görünür ki, 20.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “Koronavirus Pondemiyyası ilə əlaqədar olaraq “Test” müayinəsindən keçmiş, müayinənin cavabı Pozitiv (+) olmuş, yəni virus aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəyəb Rayon X10 X7 Şöbəsinin 18.02.2021-ci il tarixli 141 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonunun Səbətkeçməz kənd sakini Təqsirləndirilən şəxs 20.11.2020-ci il tarixdə Gədəbəy MRX-da “Test” müayinəsindən keçmiş, analizin cavabı pozitiv (+) olunmuşdur. Təqsirləndirilən şəxs poliklinkanın həkimi İbrahimova Afina tərəfindən telefon vasitəsi ilə müalicə təyin edilmişdir. X4 vəziyyəti pisləşdiyi üçün 22.11.2020-ci il tarixdə tərəflərindən X17 maşını və bir nəfər tibb işçisi ayıraraq “Covid-19” diaqnozu ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasına göndərilmişdir. Təqsirləndirilən şəxs 22.11.2020-ci il tarixdən həmin xəstəxanaya qəbul olunaraq 27.11.2020-ci il tarixə qədər stasionar müalicə olunaraq sağalma ilə ev müşahidəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 Arayışından görünür ki, Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü X12 22.11.2020 - 27.11.2020-ci tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Covid-19 ilə mübarizə tədbirləri çərçivəsində stasionar müalicə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş-lnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş 23.02.2021-ci il tarixli 020-2153-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs (AA1354606) Covid 19 virusuna yoluxması və 20.11.2020-ci il 12:02:29 tarixdən 04.12.2020-ci il 12:02:29 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat X16 Agentliyinin Tibbi Ərazi X6 (TƏBİB) informasiya sistemindən 20.11,2020-ci il 13:59:24 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İşdə olan 17 fevral 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefonuna İTS.GOV.AZ ünvanından “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 20.11,2020-ci il tarixində Covid 19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur ki, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nərərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda SMS daxil olmuş, bundan iki gün sonra onu Şəmkir rayonu Mərkəzi xəstəxanasına stasionar müalicə üçün yerləşdirmişlər. Təqsirləndirilən şəxs baxış zamanı həmin SMS-i hal-hazırda telefonundan sildiyini bildirmişdir. İşdə olan 02 mart 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X8 məxsus ***-***-**-** mobil nömrə 30.11.2020-ci il tarixdə saat 10:50 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisində, həmin tarixdə saat 11-12 radələrində Şəmkir rayonu ərazisində, 12:45-də isə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən anten dairəsində olmuşdur. Baxışda iştirak edən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, göstərilən tarixdə o, Şəmkir rayonuna getmiş və oradan da yaşadığı ünvana qayıtmışdır. Bu səbəbdən ona məxsus telefon həmin anten dairələrində olmuşdur. İşdə olan Şəmkir Rayon Hərbi Hospitalının döş qəfəsi orqanlarının rentgenqrafiya müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdə Hərbi Hospitalın radiologiya şöbəsində müayinə olunmuşdur. Müayinə zamanı hər iki ağciyərin damar şəklinin gücləndiyi müəyyən olumuş və mövcud durum nəzərə alınaraq COVİD-19 görə labarator müayinə aparılması məsləhət görülmüşdür. İşdə olan X3 19.02.2021-ci il tarixli 98 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hazırkı ekspertiza zamanı SOMATİK ƏLAMƏTLƏRSİZ YÜNGÜL DƏRƏCƏLİ DEPRESSİYA XBT 10(psixi və davranış pozuntularının beynəlxalq əsnifatı 10-cu baxış) F32.00 xəstəliyi keçirmişdir. Təqsirləndirilən şəxs SOMATİK ƏLAMƏTLƏRSİZ YÜNGÜL DƏRƏCƏLİ DEPRESSİYA XBT 10 F32.00 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 14.01.2019-cu il tarixdə məsuliyyətə cəlb edilmiş, 21.10.2019-cu il tarixdə cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhəməsinə göndərilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 1(042)-3/2020 saylı Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cİnayət Kollegiyasının 14 aprel 2021-ci il tarixli 1(102)-364/2021 saylı Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-238/2020 saylı 31 avqust 2020-ci il tarixli Gədəbəy Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 1(042)-3 2020 saylı qərarının dəyişdirilmədən saxlanılması haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 23 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icra olunması haqqında hökm və göstəriş daxil olmamışdır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladları Mevalıyev Elgün 25 sentyabr 2009-cu il tarixdə və Mehvalızadə Nuray 17 fevral 2011-ci il tarixdə doğulmuşlar. İşdə olan Arayışlardan görünür ki, Təqsirləndirilən şəxs övladları Mehvalıyev Elgün və Mehvalızadə Nurayın sağlamlıqlarında məhdudiyyətlər var. İşdə olan Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlərlə əlaqədar İİ dərəcəli əlillik verilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Çaldaş İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini və digər yazılı sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və digər sənədlərə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə Gədəbəy Mərkəzi Rayon X10 Şəxsin inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə analiz vermiş, həmin tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Hörmətli Təqsirləndirilən şəxs Sizin 20 noyabr 2020-ci il tarixində “COVİD-19” virusu ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, Siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozuduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda bildiriş daxil olmuş, bundan sonra 22 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olub evə buraxılarkən, ona yazılı şəkildə evdən çıxmaması izah edilməsinə baxmayaraq, bilə-bilə özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda, bunlara əməl etməyərək, 30 noyabr 2020-ci il tarixdə saat 09 radələrində özünə məxsus Chevrolet-Niva markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşına minib Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən yaşadığı evi tərk edərək, müayinə olunmaq məqsədilə Şəmkir şəhəri, S.Vurğun küçəsində özünə məxsus avtomaşını saxlayaraq tanımadığı taksi ilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinin həkimi Şahid5 yanına getmiş, orada torakal kompyuter tomoqrafiya müayinəsindən keçib yenidən həmin taksi ilə maşınını saxladığı ünvana qayıtmış, qeyd edilən ünvanda yerləşən “Zəfəran” aptekinə daxil olaraq oradan tibbi ləvazimatlar alaraq yenidən Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən evinə qayıtmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış və bununla da Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən himayəsində yetkinlik yaşına çatmayan sağlamlıq imkanları məhdud uşaqlarının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan getmiş döyüşlərdə iştirak etməsini və yaralanaraq, ikinici dərəcəli əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Mehvalıyev X13 Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, lakin o, cəzasının çəkilməsinə başlamamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3. və 68.3.1.-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Gədəbəy Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlğın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmalı, həmin cəza ilə bu iş üzrə təyin edilən cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə тəqsirli bilinsin və ona 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla müəyyən edilmiş 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq, 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə-Şəmkir-Gədəbəy regionunun ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-32/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-32/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver