Məhkəmə qərarları › İş №1(042)-32/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-32/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-32/2024 13.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Miskinli kəndi ərazisində X2 onun mərhum atasını və özünü təhqir etməsindən əsəbləşib aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı sonuncuya qəsdən özü ilə gətirdiyi məişət əşyası olan dəmir maşa ilə baş nahiyyəsinə vuraraq başın əzilmiş-çapılmış yarası ilə müşaiyət olunan baş beyinin sol təpə payının minimal subarexnoidal qanaması qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və göstərdi ki, Gədəbəy rayonu, Miskinli kəndində ailə üzvlərlə birlikdə yaşayır. O, fərdi əməklə məşğuldur. Gədəbəy rayonu, Miskinli kənd sakini Şahid1 və X5 həmkəndliləri və qohumlarıdır. Onların heç biri ilə arasında narazılıq və ədavət yoxdur. 2023-cü ilin dekabr ayında həmkəndlisi Nənəş ləqəbli Pərnisə Cəfərovanın evində təmir işləri görərkən qonşuluqda yaşayan Zəhra Xıdırovadan 01 ədəd qırmızı rəngli dəmir dam örtüyünü borc kimi almışdır. 21 dekabr 2023-cü il tarixdə günorta Pərnisənin evində təmir işləri görən zaman X6 zəng vurmuşdur. Pərnisə və Zəhra mobil telefon ilə danışan zaman telefon səs ucaldıcıda olduğu üçün onların nə danışdığını eşitmişdir. Telefon danışığı zamanı Zəhra Xıdırova onun və mərhum atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin günü işdə bir qədər spirtli içki qəbul etmiş, saat 22 radələrində yaşadığı evə gedən zaman Zəhra Xıdırova və Şahid1 evinin yaxınlığından keçərkən Zəhranın söyüşləri yadına düşmüşdür. Evə gedib odun sobası üçün nəzərdə tutulmuş maşanı itdən qorunmaq üçün götürmüş və qonşuluqda yaşayan Şahid1 evinə qayıtmışdır. Evin ikinci mərtəbəsinə qalxmış, həddindən artıq içdiyi və əsəbi olduğu üçün Zəhra ilə söhbət etmək istəmişdir. Onların olduğu otağa daxil olanda Şahid1 üzərinə gəldiyi üçün onu itələmiş, Heydar qaçaraq aynabəndə çıxmış, Zəhra Xıdırovadan nə üçün mərhum atasını təhqir etdiyini soruşmuşdur. Əsəbi olduğu üçün əlində olan maşa ilə bir dəfə onun baş nahiyyəsinə zərbə endirmişdir. Zəhra ona polisə məlumat verilməsi barədə dedikdən sonra evi tərk etmişdir. Hal-hazırda etdiyi əmələ görə səmimi peşmandır. Onlardan buna görə üzr istəmişdir. Onlar barışmışlar və bu barədə məhkəməyə ərizə vermişdir. Zərər çəkmiş şəxs X5 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Evdar qadındır. Gədəbəy rayonu, Miskinli kənd sakini Təqsirləndirilən şəxs əri Şahid1 əmisi nəvəsidir. Aralarında heç bir narazılıq və ədavət yoxdur. 21 dekabr 2023-cü il tarixdə saat 22 radələrində əri Şahid1 ilə yaşadığı evdə olan zaman evin birinci mərtəbəsinin qapısının möhkəm açıldığını eşitmiş, həmin şəxs evin ikinci mərtəbəsinə, onların olduğu mərtəbəyə qalxmışdır. Qapını açıb onların otağına daxil olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Röyal əlində olan qara rəngli dəmirdən hazırlanmış soba maşası ilə çarpayıda uzanmış əri Heydarın üzərinə yerimiş, Röyal əri Heydarı vurmaq istəyən zaman maşanı tutmuşdur. Royalın əlindən maşanı almaq istəmiş, lakin bu mümkün olmamış, Royalı itələyə-itələyə otaqdan bayıra çıxarmaq istəmişdir. Otağın qapısının qarşısında Təqsirləndirilən şəxs əlində olan dəmir maşa ilə onun baş nahiyyəsinə zərbə endirmişdir. Həmin zərbənin təsirindən yerə yıxılmışdır. Əri DİN-in 102 xidmətinə məlumat vermiş, sonra o, Röyala “səni tutacaqlar qaç burdan” demişdir. Röyal evdən çıxaraq qaçmışdır. O, Röyaldan şikayətçi deyildir, dəymiş ziyanı ödəyib və onlar barışmışlar. Şahid1 məhkəmə iclasında zərər çəkmiş şəxs Zəhra Xıdırovanın ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -hadisə yerinə baxış keçirilməsi haqqında 21 dekabr 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Miskinli kəndi ərazisindən Miskinli-Çalburun kəndi istiqamətində olan yolda mərkəzdən 250 metr məsafədə olan aptektdən sol tərəfə düşən yoldan 150 metr məsafədə yerləşən Şahid1h oğlunun arvadı Zəhra Xıdırova ilə birlikdə yaşadığı evdir. Ev 2 mərtəbəli olmaqla 1-ci mərtəbəsi üçün nəzərdə tutulmuş və pilləkanla çıxdıqda eyvan və sola dönüb daxil olan zaman mətbəx yerləşir. Mətbəxdən küçib sola döndükdə isə Şahid1 və Zəhra Xıdırovanın birlikdə yaşadığı otaq yerləşir. İstintaq hərəkəti zamanı Şahid1 cinayət hadisəsinin həmin otaqda baş verdiyini bildirmişdir. - Əşyaya baxış keçirilmə və götürmə istintaq hərəkətləri aparılması haqqında 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maşa 54 santimetr uzunluqda olmaqla məişətdə odun sobasında istifadə olunmaqla dəmir materialından hazırlanmışdır. Masa 2 hissəyə qatlanmış baş hissəsi yumru olmaqla üzərində maşanın tərəflərini nizamlamaq üçün əlavə dəmir mövcuddur. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmin maşa ilə Zəhra Xıdırovanı vurduğunu bildirmişdir. - Məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 637 nömrəli ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-başın əzilmiş çapılmış yarası ilə müşaiyət olunun baş beyinin sol təpə payının minimal subarexnoidal qanaması, sol əlin və sağ dizin sıyrıqları küt əşyanın təsirindən, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 dekabr 2023-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın əzilmiş çapılmış yarası ilə müşaiyət olunan baş beyinin sol təpə payının minimal subarexnoidal qanaması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. X1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - Gədəbəy RİH Başçısının Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Xıdırov X3 rayonu Miskinli kəndində qeydiyyatdadır, kəndə yaşadığı dövrdə barəsində nümayəndəliyə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafları ilə yanaşı, zərər çəkmiş şəxsin, şahid ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onlarının törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs X5 məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın şdənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, maddi sübut Gədəbəy rayon Polis şöbəsinin maddi sübutlar saxlanc yerində saxlanılan cinayətin törədilmə aləti bir ədəd maşa məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqbinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - Gədəbəy rayon Polis şöbəsinin maddi sübutlar saxlanc yerində saxlanılan cinayətin törədilmə aləti bir ədəd maşa məhv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar