Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-33/2022 27.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamış, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olan, barəsində xx.xx.2022-ci il tarixdən həbs qətimkan tədbiri seçilən və hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 və xx.xx.1985-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşaq olan, işsiz, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (ləğv edilmiş) 09 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3, 132.1, 133.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilən və hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhər 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək 09 dekabr 2021-ci il tarixdə axşam Gədəbəy rayonu, Moruxlu kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs nəzarət etdiyi kənd sakinlərinin xeyir-şər mərasimləri üçün istifadə edilən əşyaların olduğu anbara qapısını açma yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən anbardan 850 manat dəyərində bir ədəd çəkisi 30 kiloqram və tutumu 180 litr olan mis materialdan hazırlanmış qazanı, 1200 manat dəyərində 2 ədəd hər birinin çəkisi 15 kiloqram və tutumu 150 litr olan mis materialdan hazırlanmış qazanları, 300 manat dəyərində bir ədəd ümumi çəkisi 7 kiloqram olan mis materialdan hazırlanmış sinini və 100 manat dəyərində bir ədəd ümumi çəkisi 4 kiloqram olan mis materialdan hazırlanmış çömçəni, ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək, 09 dekabr 2021-ci il tarixdə axşam saatlarında Gədəbəy rayon Moruxlu kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs nəzarət etdiyi kənd sakinlərinin xeyir-şər mərasimləri üçün istifadə edilən əşyaların olduğu anbara yaxın ərazidə qabaqcadan razılıq əsasında pusquda danmaqla gəlib-gedən şəxslər barədə məlumat vermək rolunu həyata keçirərək cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edib saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakının gizli talanmasında birgə icraçı kimi saxlanc yeri hesab edilən anbardan 850 manat dəyərində bir ədəd çəkisi 30 kiloqram və tutumu 180 litr olan mis materialdan hazırlanmış qazanı, 1200 manat dəyərində 2 ədəd hər birinin çəkisi 15 kiloqram və tutumu 150 litr olan mis materialdan hazırlanmış qazanları, 300 manat dəyərində bir ədəd ümumi çəkisi 7 kiloqram olan mis materialdan hazırlanmış sinini və 100 manat dəyərində bir ədəd ümumi çəkisi 4 kiloqram olan mis materialdan hazırlanmış çömçəni, ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğlu ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi iş yeri yoxdur. Fərdi əməklə, yəni fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs1 xeyli vaxtdır tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2021-ci ilin may ayında həmkəndlisi və qonşusu Şahid9 Gədəbəy rayonu, Qoşabulaq kənd sakinlərinə məxsus xeyir-şər mərasimlərində istifadə edilən qazanlar olduğunu ona bildirmiş, qazanları oğurlamağın mümkün olduğunu Eşqin ona təklif etmişdir. Şahid9 oğurluğu təşkil etmiş, lakin o məsuliyyətə alınmamışdır. 09 dekabr 2021-ci il tarixdə günorta Gəncə şəhərində olduğu zaman Eşqinlə yenidən telefonda danışmış, Eşqin ona bildirmişdir ki, “çıx gəl qazanları apar”. Bundan sonra o, Gəncə şəhərində *2244 taksi xidmətinə zəng etmiş, operatora Gədəbəy rayonuna gedib qayıtmaq üçün taksi sifariş vermişdir. Taksi sürücüsü Gəncə şəhərində “Skonnu” adlanan yerdə kirayədə yaşadığı ünvandan onu götürmüşdür. O, Şöhləddinə zəng etmiş, Şöhləddindən harada olduğunu soruşmuşdur. Şöhrəddin Şəmkirdə olduğunu bildirmişdir. O, Şöhləddinə onunla birgə Gədəbəy rayonuna gedibgəlməyi xahiş etmiş, Şöhləddinə əvvəlcədən qazan gətirmək üçün getdiklərini, qazanların isə Eşqinə məxsus olduğunu bildirmişdir. Onlar taksi sürücüsünə məxsus Toyota Corolla markalı avtomobillə axşam saat 20-21 radələrində Gədəbəy rayonu, Moruxlu kəndinə gəlib çatmış, kəndə yaxınlaşan zaman kənd məktəbinin yanında Şöhləddinə “sən avtomobildən düş, məndə qazanları götürüb gəlirəm” demişdir. Şöhləddin avtomobildən düşüb gözləmiş, taksi ilə irəli getmiş, taksi sürücüsü asfalt yolun kənarında avtomobilini saxlamış, avtomobildən düşüb, həmin yerdən təxminən 15 metr arlıda yerləşən açıq ərazidə, yəni kənd sakinlərinə məxsus xeyir-şər mərasimlərində istifadə edilməsi üçün nəzərdə tutulan əşyaların olduğu anbardan təxminən 3 ədəd qazanı, 1 ədəd çömçə və 1 ədəd sinini götürmüşdür. Həmin əşyaları apararaq avtomobilə yükləmiş, daha sonra avtomobilə əyləşib, oradan uzaqlaşmış, bir qədər irəlidə Şöhləddin də gəlib avtomobilə əyləşmişdir. Həmin gün saat 23 radələrində Gəncə şəhərinə yəni Şöhləddinin yaşadığı evə çatmışlar. Taksi sürücüsünə verməyə pulları olmamış, Şöhləddin özünə məxsus Honor markalı mobil telefonu girov kimi taksi sürücüsünə vermişdir. Qazanları evə qoyduqdan sonra Şöhləddin ona bir nəfər tanışının olduğunu bildirib, səhər qazanları tanışına satacaqlarını demişdir. 10 dekabr 2021-ci il tarixdə səhər Şöhləddinlə birgə əlvan metalların qiyməti ilə maraqlanmaq üçün getmiş, Gəncə şəhərində bir neçə yerə, o, cümlədən Köhnə Yevlax avtovağzalı kimi tanınan ərazidəki Arzu adlı şəxsin yanına getmişlər. Sonra Şöhləddinlə birgə taksi tutub qazanları götürmək üçün Şöhləddinin evinə getmiş, həmin gün günorta qazanları Şöhləddinin evindən birlikdə götürüb Arzu adlı şəxsin metal qəbulu yerinə aparmışlar. Şöhləddinlə birgə qazanları avtomobildən düşürmüş və Arzu adlı şəxs qazanları yoxlamışdır. O, qazanların mis materialdan deyil, sink materialdan olduğunu, bir ədəd sini və bir ədəd çömçənin isə mis materialdan olduğunu bildirmişdir. Şöhləddin əvvəlcə Arzu adlı şəxsdən taksiyə vermək üçün 5 manat pul almış, həmin pulu taksi sürücüsünə vermişdir. 3 ədəd qazan, 1 ədəd çömçə və 1 ədəd sininin müqabilində Arzu adlı şəxsdən cəmi 153 manat pul almışdır. Qazanların birini əvvəlcə satmamış, həmin qazanın Arzunun yanında saxlanmasını xahiş etmiş və qazan 23 manat dəyərində hesablamışlar. Sonra həmin qazanın da pulunu Arzudan almışdır. Əldə etdiyi pulun 30 manatını Şöhləddinə vermiş, sonra Şöhləddinlə birgə avtovağzala getmiş, oradan taksi ilə Gədəbəy rayonuna gəlmişdir. Gədəbəy şəhərinin mərkəzində Eşqinlə görüşmüş, Eşqinə baş verənləri danışmış, qazanların mis olmadığını söyləmişdir. Eşqin narazılıq etsə də 50 manat pul vermiş, sonra isə yenidən Gəncə şəhərinə qayıtmışdır. O, 2022-ci ilin 12 yanvar tarixində polislər tərəfindən saxlanılmış və beş gün Gədəbəy rayon Polis şöbəsində qalmışdır. Ona polis şöbəsində təzyiqlər olunmuşdur. Hadisəni Şöhləddin ilə törətməmiş, oğurluq edərkən Şöhləddin ümumiyyətlə iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs kimi verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi digər ifadələri, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan onun xx.xx.2022-ci il tarixdə verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi verdiyi həmin ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Şahid9 onun həmkəndlisidir. Əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Təqsirləndirilən şəxs1 təxminən bir ildir tanıyır. Aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Təxminən 2 ay bundan əvvəl Şahid9 ona Keşkənd və Qoşabulaq kənd sakinlərinin, həmçinin Moruxlu kənd sakinlərinin xeyr-şər mərasimlərində istifadə etdikləri mis materialından olan qazanların olduğunu, həmin qazanların kənd sakinlərinin mağarı və əşyalarını saxladıqları yerdə olmasını bildirib, həmin əşyaları götürüb aparıb satmağı ona təklif etmişdir. Bundan bir neçə gün sonra Şahid9 istifadəsində olan mobil nömrəyə zəng vuraraq qazanlar barədə yenidən soruşmuş, Şahid9 ona qazanlara baxdığını və qazanların yerində olduğunu bildirmişdi. Gəncə şəhərində birlikdə kirayədə yaşadıqları Təqsirləndirilən şəxs1 bu barədə demişdir. Şöhləddinlə həmin qazanları birgə ogurlamaq barədə razılıq əldə etmişlər. Hadisəni törətməkdə ona köməkçi lazım olmuş, çünki Şahid9 oğurluqda şəxsən iştirak etməyəcəyini, ona yalnızca telefon vasitəsilə istiqamət verəcəyini bildirmişdir. O, Gəncə şəhərində çıxan zaman mobil telefon vasitəsi ilə Eşqin Məmmədova zəng edərək Şöhləddin ilə birlikdə kəndə gəldiyini demişdir. Eşqin ona “baxmışam, qazanlar oradadı, işdən də çıxıb gedib baxacam orada olsa sənə deyəcəm” demişdir. 2021-ci ilin dekabr ayında yadında qalmayan günü saat 16 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhərindən “2244” taksi şirkətindən Gədəbəy rayonuna taksi şifariş vermiş, adını bilmədiyi taksi sürücüsü onu Gəncə şəhərində yerləşən Araz marketin qarşısından götürmüşdür. O, taksiyə əyləşən zaman sürücüyə Gədəbəy rayonu, Moruxlu kəndinə gedəcəklərini, orada özünə məxsus qazanlar olduğunu və həmin qazanları Gəncə şəhərinə gətirməli olduqlarını demişdir. Gəncə şəhərindən çıxan zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şöhləddinin istifadəsində olan mobil nömrəyə zəng vuraraq Şəmkir rayonu ərazisində yerləşən 3 yol adlanan əraziyə çıxmasını istəmişdir. O, taksi ilə 3 yol adlanan yerə çatıb Şöhləddini götürmüş və birlikdə həmin taksi ilə Gədəbəy rayonu istiqamətində getmişlər. Gədəbəy rayonu Slavyanka kəndinin ərazisində olan zaman Şahid9 zəng vuraraq məlumat vermiş. Eşqin ona “indi baxdım qazanlar oradadır, qapıda açıqdır” demişdir. Həmin gün saat 20 radələrində kəndə çatmışlar. Şöhləddin Moruxlu kənd məktəbinin yaxınlığında avtomobildən düşüb orada gözləyərək kiminsə gəlib-gəlmədiyinə nəzarət etmiş, o isə taksi sürücüsündən məktəbdən təxminən 100 metr kənarda qazanlar saxlanılan yerin qarşısında avtomobil saxlamasını istəmişdir. O, avtomobildən düşərək adını bilmədiyi taksi sürücüsü ilə birlikdə qazanlar saxlanılan yerin qapısının açıq olmasından istifadə edərək anbara daxil olub 3 ədəd dəqiq çəkisi xatırlamadığı qazanları, 1 ədəd sinini və 1 ədəd kəfkiri çıxarıb, sürücü ilə birlikdə avtomobilin yük yerinə qoymuşlar. Onlar geri qayıdaraq Şöhləddini avtomobildən düşürdüyü yerə gedib götürmüşlər və birlikdə Şöhləddinin kirayədə yaşadığı Gəncə şəhərində “Univermağın” yaxınlığında yerləşən evə getmişlər. Taksi sürücüsünə verməyə pulları olmadığı üçün Şöhləddin özünə aid olan sənədləri və mobil telefonu girov kimi taksi sürücüsünə vermişdir. Qazanları evə qoyduqdan sonra Şöhləddin ona bir nəfər tanışının olmasını bildirib səhər qazanları ona satacaqlarını demişdir. Həmin günün səhəri Gəncə şəhərində onun tanımadığı yerə qazanların hər üçünü aparmışlar. Şöhləddinin tanışı olan şəxs qazan almadığını bildirmişdir. Buna görə də Şöhləddinin tanıdığı başqa metal qəbulu yerinə getmişlər. Orada həmin şəxs onlara qazanları şəxsiyyət vəsiqəsi ilə birlikdə qəbul edəcəyini bildirmişdir. Şöhləddin onları Gədəbəy rayonuna aparan taksiyə yol pulları olmadığı üçün girov kimi qoyduqları mobil telefonu və sürücülük vəsiqəsini gətirməsini istəmişlər. Həmin taksi sürücüsü mobil telefonu və sürücülük vəsiqəsini Şöhləddin dediyi yerə gətirmişdir. Şöhləddin sürücülük vəsiqəsini metal qəbul məntəqəsində olan şəxsə təqdim edərək qazanları ona vermişir. Həmin şəxs də sürücülük vəsiqəsinin fotoşəklini çəkib saxlamışdır. Həmin şəxs onlara qazanların sink materialından olduğunu bildirib 3 qazanın bir yerdə 55 kiloqram gəlməsini bildirərək hər kiloqram üçün 2 manat verəcəyini bildirmişdir. Qazanların üçünün bir yerdə çəkisi təxminən 55-56 kiloqram hesablanmışdır. Metal qəbul edən Şöhləddinə 2 qazanın, kəfkirin və sininin qarşılığında 130 manat pul vermişdir. Şöhləddin qazanın birini də orada saxlamış, metal qəbul edən şəxs həmin qazana görə 23 manat hesablamış, onun pulunu da sonra verəcəyini demişdir. Onlar taksi sürücüsünə də 30 manat pul vermişlər Şöhləddin pulu götürdükdən sonra onlar oradan çıxıb getmişlər. Onlar oradan çıxdıqdan sonra Şöhləddin pulun 50 manatını Eşqin üçün ayırmış, 6 manatını ona vermiş, qalan pulu isə özünə götürmüşdür. Şöhləddinlə metal qəbul edən şəxsdə qalmış 23 manatın da ona çatması barədə razılaşmışlar. Həmin gün axşam üstü mən 23 manat pulu da gedib götürmüşdür. Beləliklə oğurluq hadisəsi ilə əldə etdikləri pulun cəmi 29 manatı onun payına düşmüşdür. Təqsirləndirilən şəxs2 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, ibtidai istintaq zamanı ifadəsinə dair dindirmə protokolunu o imzalamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir, sadəcə olaraq ona Gədəbəy rayonu Polis şöbəsində təzyiqlər olmuş, ona görə də, Şöhləddinin onunla birgə iştirakını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 onunla oğurluq hadisəsində iştirak etməmişdir. Ona məhkəmə iclasında elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsini qalan hissədə təsdiq edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Rspublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, bu cinayəti törətməmişdir. O, yol kənarından energetik içki qutularını yığıb satır. Hadisə yerinə Azadla birlikdə avtomobillə gəlmiş, ancaq o oğurluqda iştirakçı olmamışdır. Azad ona telefon vasitəsilə zəng edərək dəmir olduğunu, gəlib dəmirin ağır, yoxsa yüngül olmasını yoxlamağı istəmişdir. O, Azad deyən yerə gəlmiş, avtomobillə birlikdə Gədəbəy rayonu, Moruxlu kəndində reklam plakatının yanında avtomobildən düşmüşdür. Azad getmiş, gəldikdə əlində qazan olmuş, o, həmin qazanın oğurluq olduğunu bilməmişdir. İstintaq zamanı müstəntiq ona psixoloji təsir göstərmişdir. Təqsirləndirilən şəxs Ş..S.Quliyev məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Təqsirləndirilən şəxs Ş..S.Quliyevin ibtidai istintaq zamanı verdiyi və elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında arvadı Şahid2 və 2019-cu il təvəllüdlü qızı Şahnaz Quliyeva ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə yəni küçələrdən və yol kənarından enerji içkiləri qutuları toplayıb satmaqla məşğuldur. Gədəbəy rayonu, Moruxlu kənd sakini Təqsirləndirilən şəxs2 xeyli vaxtdır tanıyır. Azadı Gədəbəy rayon sakini Arzunun fermasında çoban işlədiyi vaxtdan tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, aralarında normal tanışlıq münasibətləri olmuşdur. Şahid9 şəxsən tanımır. Eşqini Azadın qonşusu və dostu kimi qiyabi tanımışdır. Hadisədən bir neçə gün əvvəl Azad qonşuluğunda yaşayan adını bilmədiyi şəxsin 300-400 kiloqram dəmir satdığını ona bildirmiş, o, həmin dəmirlərə baxmağa getməyi Azaddan xahiş etmişdir. 09 dekabr 2021-ci il tarixdə axşam saatlarında təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı sim nömrədən onun istifadəsində olan sim nömrəyə zəng edib, onunla birgə Gədəbəy rayonu, Moruxlu kəndində olan evinə kartof gətirmək üçün getməyi xahiş etmiş, Azadla razılaşmış, həm də Azadın qonşusunun satdığı dəmirlərə baxmaq üçün getmək qərarına gəlmişdir. Bundan sonra Azada Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində olduğunu bildirmiş, Şəmkir rayonu ərazisində yol kənarında topladığı enerji içkiləri qutularını Gəncə şəhərinə aparmaq istəmişdir. Azad gəlib onu taksi ilə götürəcəyini söyləmişdir. Həmin gün saat 19 radələrində Azad Şəmkir rayonuna gəlib, Kür qəsəbəsi istiqamətində gedən 3 yol adlanan yerə çatmış, o, Azadın olduğu avtomobilə əyləşmiş daha sonra Azadla birgə Şahid3 idarə etdiyi Toyota markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Gədəbəy rayonu istiqamətində getmişlər. Yol boyu söhbət əsnasında Azadın taksi sürücüsü Şahid3 *2244 taksi xidmətindən sifarişlə çağırdığını, Azadı Gədəbəy rayonuna aparıb-gətirməsi üçün 27 manata razılaşdığını bilmişdir. Həmin gün saat 20 radələrində Azadla birgə taksi ilə gəlib Gədəbəy rayonu, Moruxlu kəndinə çatmışlar. Azad ona kəndin girişində “Gədəbəy rayon Moruxlu kəndi’’ yazılmış lövhənin yanında avtomobildən düşüb gözləməsini söyləmiş, orada dayanıb gözləmiş, Azad isə taksi ilə getmişdir. Təxminən 15 dəqiqə sonra, həmin gün saat 21 radələrində Azad geri qayıtmış, o, isə gözlədiyi yerdə avtomobilə əyləşib, yenidən birgə Gəncə şəhəri istiqamətində yola davam etmişdir. Avtomobilə əyləşərkən avtomobilin arxa oturacağının üzərində 3 ədəd qazan, 1 ədəd sini və 1 ədəd çömçə olduğunu görmüş, bu barədə Azaddan soruşduqda əşyaların dostu Eşqinə məxsus olduğunu, əşyaları satıb pulunu Eşqinə verəcəyini bildirmişdir. Həmin gün saat 22 radələrində onlar Gəncə şəhərinə çatmış, Azadla birgə müvəqqəti yaşadığı evə getmişlər. Azadla birgə qazanları avtomobildən düşürüb evinin həyətinə qoymuşlar. Azad taksi sürücüsü Zeynala pulunu sabah verə biləcəyini söyləmiş, bu səbəbdən Azadla sürücü Zeynal arasında narazılıq yaranmışdır. O, isə narazılıq davam etməməsi üçün taksi sürücüsünə sabah pulunu verəcəyi barədə söz verib, “Honor” markalı mobil telefonunu girov saxlaması üçün vermişdir. Bundan sonra taksi sürücüsü çıxıb getmiş, Azad da gedib gecəni hardasa qalmış, ertəsi gün saat 09 radələrində Azad nömrəsini xatırlamadığı Qaz- 24 markal avtomobilə qazanları aparmaq üçün evinə gəlmiş, Azadla birgə qazanları metal qəbulu sexinə aparmışlar. Azad qazan alan şəxsdən 3 manat pul alıb taksi sürücüsünə vermiş, sürücü isə pulu götürüb getmişdir. O, bayırda gözləmiş, Azad özü içəri daxil olmuş, bir qədər sonra metal qəbul edən şəxs onu çağırıb, qazanı göstərərək qazanın mis yoxsa aliminium olduğunu soruşmuş, o, isə “başım çıxmır” demişdir. Daha sonra Azad qazanların əvəzində 130 manat pul almış, Azad ona borclu olduğu 38 manat pulu vermiş, sonra isə ondan ayrılıb Gədəbəy rayonuna getmişdir. Həmin gün metal qəbulu yerinin qarşısından keçərkən adı sonradan məlum olan Arzu adlı şəxs onu yanına çağırıb, bildirmişdir ki, “bu gün qazan satan o qaqanı tanıyırsanmı?”. Arzu Azadın qazanın birini orada qoyub getdiyini söylədiyi üçün ertəsi gün Azadla görüşmüş və bu barədə Azada söyləmişdir. Təqsirləndirilən şəxs2 və qeyrisi ilə birgə əlbir olaraq oğurluq etməmiş, Şahid1 qazan satmamış, qazanları Azad satmış, Arzudan metalların qiyməti ilə maraqlanmaq üçün də getməmişdir. Təqsirləndirilən şəxs2 həmin qazanların dostu Eşqinə məxsus olmuş, Eşqinin qazanları satması müqabilində hörmət edəcəyini ona söyləmiş, Azadın evində qalmasına görə onun 3 manat pul borclu qalmış, Azad ona olan borcunu ödəmişdir. X5 tanımamış, Azadın qazanları satarkən təqdim etdiyi sürücülük vəsiqəsini özü gətirmiş, əvvəl ifadəsində Azadın həmin sürücülük vəsiqəsini evindən tapdığını göstərmədiyini və bu barədə heçnə xatırlamadığını göstərmişdir. Əvvəlki ifadəsini verərkən özündə olmadığını, nə dediyini dərk etmədən ifadə verdiyini bildirərək, əvvəlki ifadəsində Təqsirləndirilən şəxs2 avtomobilə qazan yüklədiyini gördüyünü, ancaq bu barədə Azaddan heç nə soruşmadığını göstərmişdir. Eşqi Mehdiyevi şəxsən tanımamış, hadisənin baş verdiyi gün, yəni Gədəbəy rayonu Moruxlu kəndin gələrkən Təqsirləndirilən şəxs2 Şahid9lə görüşməmiş, nə də aralarında telefon əlaqəsini şahidi olmamış, Azadın ondan əvvəl yaxud o, avtomobildən düşəndən sonra Eşqinlə telefon danışa və ya görüşə biləcəyini göstərmişdir. 10 dekabr 2021-ci il tarixdə yəni qazanları satanda sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhərində yerləşən Avtovağzala getmiş, Azad orada taksiyə əyləşib Gədəbəy rayon Məhkəməsinə gedəcəyini bildirmiş, Azada etdiyi oğurluğa görə Gədəbəy rayon Məhkəməsi tərəfindən qandal gəzdirmək cəzası verildiyi söhbət əsnasında ona məlum olmuşdur. Təqsirləndirilən şəxs Ş..S.Quliyev elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, ibtidai istintaq zamanı ifadəsinə dair dindirmə protokolunu o imzalamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. O, bu cinayət əməlini törətməmişdir. İstintaq zamanı müstəntiq ona psixoloji təsir göstərmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Gədəbəy rayonu, Moruxlu kənd sakinlərinə məxsus xeyir-şər mərasimlərində istifadə üçün nəzərdə tutulmuş əşyalara nəzarət edir. Həmin əşyalar kəndin mərkəzində yerləşən kənd sakinləri tərəfindən tikilmiş anbarda saxlanılır. Həmin anbarda stol, stul, çadırlar, dəmirlər, qazan, sini, kəfkir və digər əşyalar saxlanılır. Kənd icra nümayəndəsi tərəfindən kənd sakinlərinin razılığı əsasında həmin anbarda əşyaların saxlanılmasına nəzarət etmək vəzifəsi ona tapşırılmışdır. Orada cəmi 4 ədəd mis materialdan hazırlanmış, 50-60 il əvvəl kənd sakinləri tərəfindən alınmış qazanlar olmuş, həmin əşyaların olduğu anbarın qapısı əvvəl qıfılla bağlanmış, sonra kənd sakinlərinin narazılığı səbəbindən qıfılı çıxarılmışdır. 27 dekabr 2021-ci il tarixdə Moruxlu kənd sakini X14 vəfat etmiş, həmin gün Aydın İsayevin dəfn mərasimi ilə bağlı əşyaları götürmək üçün anbara gedərkən 3 ədəd mis materialdan hazırlanmış qazanların, bir ədəd mis sininin və bir ədəd kəfkirin yerində olmamasını aşkar etmişdir. Bu barədə kənd icra nümayəndəsinə və Gədəbəy rayon Polis şöbəsinə məlumat vermişlər. Sonradan məlum olmuşdur ki, əşyaları Təqsirləndirilən şəxs2 oğurlamışdır. Qazanlar hazırda qaytarılmışdır. Onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Şahid1 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Gəncə şəhəri, Kəpəz rayonu ərazisində “Şans” tibb mərkəzinin yaxınlığında dəqiq məlum olmayan ünvanda əlvan metal qəbulu işi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 09 dekabr 2021-ci il tarixdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 və adı sonradan məlum olan Təqsirləndirilən şəxs1 işlədiyi metal qəbulu yerinə gəlmişlər. Həmin şəxslər mis, latun və digər metalların qiyməti ilə maraqlanmış, Təqsirləndirilən şəxs1 “qazan nə çıxır” deyə soruşmuşdur. O, qazanın mis, dur aliminium materialdan olduğunu və ancaq materiala dəqiq baxıb deyə biləcəyini söyləmişdir. Onlar getmişlər. Ertəsi gün yəni 10 dekabr 2021-ci tarixdə səhər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Qaz 31” markalı, nömrəsini xatırlamadığı ağ rəngli avtomobillə metal qəbulu yerinə yenidən gəlmiş, 3 ədəd qazan, bir ədəd qazan qapağı və bir ədəd kəfkiri avtomobilin yük yerindən düşürüb gətirmişlər. Azad və Şöhləddin həmin əşyaları satmaq istədiklərini bildirmişdir. O, laqonda ilə qazanları sıyırıb hansı materialdan olduğunu dəqiqləşdirmiş, qazanların dur aliminium materialdan, qapaq və kəfkirin isə mis materialdan olduğunu bildirmişdir. Onlar qazanlardan ikisini, kəfkir və qapağı satmaq istədiklərini, digər qazanı isə emalatxanada saxlamaq istədiklərini bildirmişlər. Həmin şəxslərin gətirdiyi bir ədəd kəfkir və bir ədəd qazan qapağı mis materialdan olmaqla çəkisi 5.7 kiloqram təşkil etmiş, digər qazanlar dur aliminium materialdan olmaqla ümumilikdə çəkisi 35-36 kiloqram təşkil etmişdir. Həmin vaxtlarda mis materialın bir kiloqramına dəyəri 12 manat, dur aliminium isə bir kiloqramına görə 2 manat təşkil etmişdir. O, həmin şəxslərdən əşyaları sənəd əsasında aldığını bildirmiş, Təqsirləndirilən şəxs1 sənəd kimi şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etmişdir. Ancaq vəsiqə üzərində şəkil tam görünmədiyi üçün həmin sənədi qəbul etməmişdir. Bundan sonra Azad bayıra çıxıb, sürücülük vəsiqəsi gətirmişdir. O, 2 ədəd qazan, 1 ədəd kəfkir və 1 ədəd qazan qapağına görə ümumilikdə 137 manat pul hesablamış, həmin pulu vermiş, Azad və Şöhləddin isə bir ədəd qazan saxlamasını, həmin qazanı gəlib aparacaqlarını bildirmişlər. Həmin gün saat 1 radələrində Təqsirləndirilən şəxs2 zəng etmiş, onun yanına gəlmişdir. Qalan bir ədəd qazana görə 24 manat da əlavə Azada pul vermişdir. İki gün sonra Azad və Şöhləddin yenidən işlədiyi metal qəbulu yerinə gəlmiş, Azad bildirmişdir ki, “dayım deyir qazanlardan biri mis olub”. O, Azada əvvəla qazanın satdığını, qazanları satan zaman da materialının mis olmadığını özünə dediyini xatırlatmışdır. O, Azad və Şöhləddinin öz aralarında narazılıq etdiklərini hiss etmiş, ancaq daha sonra çıxıb getmişlər. Bundan sonra həmin şəxsləri görməmiş, həmin şəxslərdən qazan almağı ilə bağlı izahat vermək üçün Gədəbəy rayon Polis şöbəsinə dəvət olunmuş, orada Azad və Şöhləddinin satdıqları qazanların oğurluq olduğunu bilmişdir. Şahid2 ifadəsində göstərdi ki, ünvan 8 ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 əridir. Təqsirləndirilən şəxs2 da ərinin dostudur, həm də Azad onların yaşadığı evdə müvəqqətı kirayədə yaşamışdır. 2021-ci il dekabr ayının əvvəllərində yəni dəqiq yadında qalmayan tarixdə gecə saatlarında Şöhləddin və Azad taksi ilə evə gəlmiş, 3 ədəd qazanlar, 1 ədəd kəfkir və 1 ədəd qazan qapağı gətirmişlər. Azad həmin əşyaları evdə qoyub getmişdir. Ertəsi gün səhər Azad “Qaz 24” markalı avtomobillə gəlmiş, sonra Şöhləddin evə gəlmiş, Azadla birlikdə qazanları satmaq üçün getmişlər. Sonradan Gədəbəy rayonunda yaşayan bacısından eşitmişdir ki, həmin əşyalar oğurluq olmuşdur. Bunu eşidəndə artıq əşyaları Azadgil satmışdılar. Qazanları gətirdikləri həmin günün sabahısı Azad getdikdən sonra eşitdiyi oğurluq barədə Şöhləddindən soruşmuş, Şöhləddin onluq bir şey olmadığını bildirmişdir. Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2ı əvvəllər tanımış, Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Onlarla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021ci ilin dekabrın axırlarında bibisi nəvəsi rəhmətə getmişdir. Yas mərasimi üçün xeyir-şər qazanlarını götürməyə getdikdə qazanlardan sadəcə biri tapılmış, qalanları tapılmamışdır. Qazanları xeyli axtarıb tapa bilmədikdə kənddə sonuncu rəhmətə gedən adam olan onun əmisi oğlunun ailəsindən soruşmuş, o qazanların kənddə sonradan tikilmiş xeyir-şər evinə aparıldığı bildirmişdir. Həmin xeyir-şər evinə də Təqsirləndirilən şəxs2 atası əvvəllər nəzarət etmişdir. Sonradan baxımsızlıqdan həmin yer pis vəziyyətə düşmüşdür. 3 ədəd qazan yoxa çıxmışdır. Kənd camaatı qazanları axtarıb tapa bilmədikdə qonşu kənddən qazanlar gətirərək hüzur yerini yola vermişlər. Bu barədə Gədəbəy rayon Polis şöbəsinə şikayət etmişlər. Kənd camaatı qazanların itməsinə görə narahat olmuşlar. Kəndə qayıdarkən təqsirləndirilən şəxs Azadın mağazanın qarşısında durduğunu görmüşdür. O, Azada yaxınlaşıb polis şöbəsində nə baş verdiyini, onlardan nə soruşduqlarını soruşmuşdur. Həmin vaxtdan ondan şübhələnmişlər. Şahidlər Şahid8, Şahid5, Şahid7 Mərifətağa oğlu, Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə verdilər. Şahid9 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətində sürücü işləyir. Evli olmaqla, himayəsində azyaşlı övladı vardır. Gədəbəy rayonu, Moruxlu kənd sakini Təqsirləndirilən şəxs2 qonşusudur. Azadı uşaq vaxtlarından, yəni xeyli müddətdir tanıyır. Təqsirləndirilən şəxs2 ilə aralarında normal qonşuluq münasibətləri var. Azadla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 tanımır. Onun istifadəsində ***-***-**-** saylı nömrə vardır, istifadəsində başqa mobil nömrə olmamışdır. 2021-ci ilin dekabr ayında, nə də digər vaxtda Azadla hər hansı cinayət hadisəsi törətməkdə iştirak etməmişdir. Gədəbəy rayonu, Moruxlu kənd sakinlərinə məxsus 3 ədəd mis qazan, 1 ədəd mis sini və 1 ədəd kəfkirin oğurlanmasından bu ilin yanvar ayının əvvəllərində xəbəri olmuşdur. Belə ki, yadında qalmayan tarixdə səhər saatlarında işə gedərkən kənd sakinlərindən həmkəndlisi müəllimin yas mərasiminə qazan aparmaq üçün gedərkən qazanların oğurlanmasının aşkar edildiyini öyrənmişdir. Daha sonra kəndin polis sahə rəisi Kənan müəllim tərəfindən hadisə ilə izahat vermək üçün rayon polis şöbəsinə dəvət edilmiş, hadisə barədə təhqiqatçıya izahat vermişdir. Azadın son zamanlar Gəncə şəhərində yaşamış, ancaq mütəmadi olaraq kəndə gəlib getmişdir. 2021-ci il noyabr ayında və dekabr ayının əvvəllərində Azad onu Gəncə şəhərində tanıdığı və münasibətdə olduğu qadının yaxını ilə tanış etmək istədiyini bildirmiş, dəfələrlə Azadla bu məsələ ilə əlaqədar danışmışlar. Təqsirləndirilən şəxs2 hansı səbəbdən bu cür ifadələr verməsini və onu oğurluqda ittiham etməsini bilmir. Təqsirləndirilən şəxs2 ilə oğurluq etmək mövzusunda danışıqlar aparmamış, nə də oğurluqda iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. Gəncə şəhəri ərazisində xidmət göstərən *2244 taksi xidmətində taksi sürücüsü işləyir. Onun özünə məxsus “Toyota Corolla” markalı, ** EL *** dövlət qeydiyyat nişanı avtomobili vardır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 09 dekabr 2021 -ci il tarixdə saat 17 radələrində işlədiyi şirkətin operatoru vasitəsilə ***-***-**-** saylı nömrədən Gədəbəy rayonuna gəlib-getmək üçün sifariş qəbul etmiş, öz istifadəsində olan ***-***-**-** saylı sim nömrə vasitəsilə adı sonradan məlum olan Təqsirləndirilən şəxs2 məxsus mobil nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 Gəncə şəhəri ərazisində avtomobilinə əyləşmişdir. O, Gədəbəy rayonu istiqamətində hərəkətə başlamışdır. Azad ona Gədəbəy rayonundan Gəncə şəhərində keçirilən yas mərasiminə qazanlar gətirmək üçün getdiyini söyləmişdir. Şəmkir rayonu ərazisində digər adı sonradan məlum olan Təqsirləndirilən şəxs1 də avtomobilə əyləşmiş, sonra yenidən Gədəbəy rayonu istiqamətində hərəkətə davam etmişdir. Yol boyu avtomobildə musiqi dinlədiyi üçün Azadla Şöhləddinin öz aralarında olan söhbətlərə qulaq asmamış, ancaq həmin gün saat 20 radələrində Gədəbəy rayonu, Moruxlu kəndinə çatdıqda kəndə yaxınlaşan zaman avtomobilin arxa oturacağında əyləşən Təqsirləndirilən şəxs1 “mən burda düşüb, gedib babamla görüşüm” demişdir. O, isə həmin yerdə avtomobil saxlamış, Şöhləddin avtomobildən düşmüşdür. Təxminən 150 metr irəli getdikdən sonra asfalt yolla kəndə yaxınlaşarkən, Azada avtomobilinin altı alçaq olduğu üçün torpaq yolda hərəkət edə bilməyəcəyini söyləmiş, ona görə də avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra Azad avtomobildən düşüb getmiş, təxminən 20-25 dəqiqə ərzində yol kənarında dayanaraq gözləmiş, həmin müddətdən sonra Azad iki ədəd qazan gətirib, avtomobilin yük yerinə qoymuş, daha sonra geri qayıtmış və yenidən gəlib 1 ədəd qazan, bir ədəd sini və bir ədəd çömçə gətirmişdir. O, əşyaları götürdükdən sonra geri qayıtmış, bir qədər irəli yəni təxminən 50-60 metr getdikdən sonra Şöhləddin yol kənarında avtomobilə əyləşmişdir. Bundan sonra Gəncə şəhəri istiqamətində hərəkət edib, həmin gün saat 22 radələrində Gəncə şəhəri, R.Qasımov küçəsində yerləşən evə çatmış, Azad və Şöhləddin əşyaları avtomobildən götürüb evin həyətinə qoymuşlar. O, pulunu tələb etdikdə Azad “pulum Gədəbəydə qalıb” demiş, o, narazılığını bildirib pulunu tələb etmiş Şöhləddin isə ona yaxınlaşıb, “Honor” markalı telefon verib, telefonu girov saxlamasını, sabah gəlib pulunu verəcəyini bildirmişdir. O, məcbur qalıb razılaşmış və telefonu götürüb getmişdir. Ertəsi gün yəni 10 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Azad ona zəng edib, Köhnə Yevlax avtovağzalının yanındakı “Lukoil” petrolun yanına gəlib, pulu götürməsini bildirmiş, o, həmin yerə getmiş, əlavə olaraq həmin yerə getməklə birlikdə Azad ona cəmi 30 manat vermiş, o, pulu alıb mobil telefonu Azada vermişdir. Bundan sonra həmin şəxsləri görməmiş, heç bir əlaqəsi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -hadisə yerinə baxış keçirilməsi haqqında 29 dekabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Moruxlu kəndinin mərkəzində kənd icra nümayəndəliyinin yanında yerləşən anbardır. Tikilinin uzunu 8 metr, eni 6 metr hündürlüyü isə 2 metr 50 santimetrdir. Tikilinin ətrafı daşla hörülmüş, üstü dəmir şiferlə örtülmüşdür qapası nazik dəmirlə şrtülür, lakin kənd sakinləri dediyinə görə açıq olur. Həmin anbarda stol, stul, çadırlar, dəmirlər, qazan, sini, kəfkir və digər əşyalar saxlanılır. Kənd sakinləri oğurlanmış 3 ədəd mis qazanlar, 1 ədəd sini və 1 ədəd çömçənin anbarda saxlandığını bildirmişlər. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9\275 nömrəli rəyindən görünür ki, analoji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi paramterlərinə uyğun olaraq, orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir.1 ədəd çəkisi 30 kiloqram olan 180 litr tutumu olan mis materialından hazırlanmış qazan- 850 manat, 2 ədəd hər birinin çəkisi 15 kiloqram olan 150 litr tutumu olan mis materialından hazırlanmış qazan-1200 manat, (2 ədəd x 600 manat) 1 ədəd ümumi çəkisi 7 kiloqram olan mis materialından hazırlanmış sini-300 manat,1 ədəd ümumi çəkisi 4 kiloqram olan mis materialından hazırlanmış çömçə-100 manat təşkil edir. -Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 18 fevral 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsidə olan ***-***-**-** nömrənin quraşdırıldığı mobil telefon cihazı 09 dekabr 2021-ci il tarixdə saat 08:53-dən 17:25-dək Gəncə şəhəri, saat 17:38-dən saat 23:29-dək Şəmkir rayonu, digər saatlarda isə Gəncə şəhəri ərazisində quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. - cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gədəbəy rayonu, Moruxlu kənd sakini Təqsirləndirilən şəxs2 09 dekabr 2021-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 Zirəddin oğlu ilə birgə Gəncə şəhər sakini Şahid3 məxsus Toyota Corolla markalı avtomobillə gələrək yaşadığı kənddə sakinlərə məxsus 3 ədəd qazanlar, 1 ədəd çömçə və 1 ədəd sinini gizli yolla talayaraq oğurlamışdır. Həmin şəxslər oğurladıqları əşyaları Gəncə şəhəri ərazisində Şahid1 satmışlar. Bundan başqa Şahid9 hadisədə iştirakı ilə bağlı müsbət nəticə əldə etmək mümkün olmamışdır. -cinayət işinə əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Moruxlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə verilmiş sorğu əsasında alınmış xx.xx.2022-ci il tarixi məktubdan görünür ki, Gədəbəy rayonu, Moruxlu kənd sakinlərinə məxsus yas mərasimləri üçün nəzərdə tutulmuş əşyalar həmin kəndin mərkəzində yerləşən anbarda saxlanılmış, həmin əşyaları nəzarət etmək kənd sakinləri tərəfindən Zərərçəkmiş şəxs tapşırılmışdır. - Gədəbəy rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X15 tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gədəbəy rayon polis şöbəsində fiziki təzyiqlərə məruz qalması barədə daxil olmuş müraciət əsasında araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Polis şöbəsində fiziki təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmadığından və cinayət hadisəsi müəyyən edilmədiyindən Emin Hümbətov tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın sürəti cinayət materiallarına əlavə edilmişdir. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Moruxlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,Təqsirləndirilən şəxs2 Gədəbəy rayon Moruxlu kəndində qeydiyyatda olmaqla yaşayır. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Moruxlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunmuşdur. - Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayonu, Keçili kəndində qeydiyyatdadır. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası ’’X17 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli 94 və 71 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 poliklinikanın ruhi-əsəb və narkoloji xəstəliklərin qeydiyyatında durmur. -Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şəmkir Rayon Xəstəxanası ’’X17 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli 34 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda durmur. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Moruxlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Hacıyev X9 rayon Moruxlu kəndində qeydiyyatda olmaqla yaşayır. - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Moruxlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2007-ci il tarix hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 132.1, 133.2.4 və 66.3-cı maddələri ilə təqsirli bilinərək 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Şəmkir rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 128 ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına zərərçəkmiş şəxsh barışıb, onda dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Zirəddinzadə X12 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Gədəbəy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycar Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində olan hökm xx.xx.2021-ci il tarixdə Gədəbəy RİPŞ-nin icraatına daxil olmuş, xx.xx.2021- ci il tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, cəza çəkmə müddətində yenidən cinayət törətməsi ilə əlaqədar Gədəbəy rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və bu səbəbdən üzərindən elektron nəzarət vasitəsi götürülmüşdür. Təqsirləndirilən şəxs2 hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası üzrə çəkilməmiş cəzası 02 il 04 ay 11 gün təşkil edir. Təqsirləndirilən şəxs2 məhkumluğu götürülməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə oğurluq cinayət hadisəsində iştirak etməməsi və oğurluq cinayətinin Təqsirləndirilən şəxs2 tərəfindən təklikdə törədilməsi barədə göstərdiyi xüsusatlara məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu üzrə onları müqayisəli təhlil edərək tənqidi yanaşır və hesab edir ki, bu cür ifadələrlə təqsirləndirilən şəxslər özlərini məsuliyyətdən qurtarmaq və ya məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdürlər. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs kimi verdiyi ifadəsində Təqsirləndirilən şəxs1lə oğurluq hadisəsi barədə qabaqcadan razılaşdığını, razılığa görə birlikdə Gədəbəy rayonu, Moruxlu kəndinə gəldiklərini, qabaqcadan razılığa görə Təqsirləndirilən şəxs1 Moruxlu kəndində plakatın yanında düşüb gəlib-gedəni gözləməsini, özünün isə xeyr-şər yerindən qazan və digər əşyaları götürüb, gətirib maşına yükləməyini, həmin əşyaların Təqsirləndirilən şəxs1 Gəncə şəhərində yerləşən kirayədə qaldığı evdə saxladıqlarını, sonra Təqsirləndirilən şəxs1 tanışı olan şəxsə sataraq əldə olunmuş pul vəsaitinin aralarında bölüşdürüldüyünü bildirmiş və qeyd etdiklərini üzləşmə istintaq hərəkəti zamanı Ş.Quluyevin üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi sonrakı ifadələrində, eləcə də məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin törədilmə mexanizmini ardıcıllığını uyğun olaraq bildirsə də, Təqsirləndirilən şəxs1lə oğurluq barədə razılaşmadığını, Təqsirləndirilən şəxs1 onun xeyr-şər mərasim anbarından oğurluq etməsindən xəbəri olmadığını bildirmiş, ifadələrindəki ziddiyyəti ona Gədəbəy rayon Polis şöbəsində fiziki və psixoloji təzyiq göstərilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiyi bu arqumentlərin yoxlanılması üçün məlumat Gədəbəy rayon prokurorluğuna göndərilmiş, məlumat üzrə araşdırma aparıldığı və Təqsirləndirilən şəxs2 Gədəbəy rayon Polis şöbəsində fiziki və psixoloji təzyiq göstərilməsi halları təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 ziddiyyətli ifadə verməsinin səbəbi kimi gətirdiyi arqumentlər təsdiqini tapmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə iclasında verdikləri ifadələrində də ziddiyyətlər müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 oğurladığı qazanlar və digər əşyaların Eşqin adlı şəxsə məxsus olduğunu bildirdiyini, Gədəbəy rayonuna məhz Eşqindən həmin qazanları gətirmək üçün getdiyini dediyi halda, Təqsirləndirilən şəxs1 ifadəsində A.Zirrədinzadənin onunla birgə Gədəbəy rayonu, Moruxlu kəndində olan evinə kartof gətirmək üçün getməyi xahiş etdiyini və onunla razılaşdığını, həm də, Azadın qonşusunun satdığı dəmirlərə baxmaq üçün getmək qərarına gəldiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, kartof gətirmək üçün və ya Təqsirləndirilən şəxs2 qonşuluğunda dəmirlərə baxmaq niyyəti olan şəxsin Gədəbəy rayonu, Moruxlu kəndində plakatın yanında avtomobildən düşüb gözləməsi, A.Zirrədinzadə ilə ünvana getməməsi, eləcə də, əgər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təklifi ilə Şəmkir rayonundan 45 km aralıda yerləşən Gədəbəy rayonuna getmiş və oradan Gəncə şəhərinə gəlmişdirsə, taksi sürücüsü gediş haqqını istəyərkən Təqsirləndirilən şəxs2 telefonu olduğu halda, öz mobil telefonunu və şəxsiyyət vəsiqəsini sürücüyə verməsi onun qabaqcadan birgə razılıqla oğurluq üçün deyil, Təqsirləndirilən şəxs2 təklifi ilə Gədəbəy rayonuna getməsi barədə ifadəsinə inanılmasında şübhələr yaradır. Eləcə də, Təqsirləndirilən şəxs1 ifadəsində Gədəbəy rayonu, Moruxlu kəndində plakatın yanında Təqsirləndirilən şəxs2 təklifi ilə düşdüyünü dediyi halda, şahid onları Gədəbəy rayonuna aparan taksi sürücüsü Şahid3 ifadəsində Təqsirləndirilən şəxs1 “mən burda düşüb, gedib babamla görüşüm“ deyərək maşından düşdüyünü qeyd etmişdir. Bu qeyd olunan ziddiyyətli hallar da digər işin müəyyən olunmuş halları ilə birlikdə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 A.R.Zirrəddinzadə ilə qabaqcadan oğurluq barədə razılıq əsasında birlikdə Gədəbəy rayonuna gəlmişlər və onlara qarşı irəli sürülmüş cinayət hadisəsini törətmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq barədə razılaşmadıqları, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 xeyr-şər mərasim anbarından oğurluq etməsindən xəbəri və iştirakı olmamaması barədə ifadələrində gətirdiyi arqumentləri məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə təhlil edərək, A.Zirrədinzadənin şübhəli şəxs kimi verdiyi ifadəsini və üzləşmə istintaq hərəkəti protokolunu digər sübutlarla birlikdə Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın əsası kimi daha inandırıcı və mötəbər sübut kimi qəbul edərək bir-birini və özlərini məsuliyyətdən qurtarmaq və ya məsuliyyətlərini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Məhkəmə həmçinin ona elan olunmuş ittiham üzrə oğurluq cinayət hadisəsinin Şahid9 təşkil etməsi və onun da oğurluq hadisəsində iştirakına münasibət bildirərək qeyd edir ki, məhkəməyədək icraat zamanı bu faktla əlaqədar yoxlama aparılmış, Gədəbəy rayon Polis şöbəsinin müstəntiqi Ülvi Salmanovun xx.xx.2022-ci il tarixli qərarı ilə Şahid9 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, Şahid9 barəsində cinayət təqibini istisna edən qanuni qüvvəsində olan cinayət prosesini həyata keçirən orqanın qərarı vardır və məhkəmə baxışı təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham həddində həyata keçirilir. Məhkəmə təqsirləndirilən şəxs X2 qarşı ibtidai istintaq orqanı tərəfindən edilmiş ittihamın məzmununda dəyişiklik edilməsini zəruri saymışdır. Belə ki, təqsirləndirilən şəxs X2 qarşı ibtidai istintaq orqanı tərəfindən edilmiş ittihamda onun saxlanc yerinə qanunsuz daxil olmaqla talama cinayətinin törədilməsi qeyd edilsə də, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 saxlanc yerinə qanunsuz daxil olmamış, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək, onun razılaşdırılmış rolu xeyir-şər mərasimləri üçün istifadə edilən əşyaların olduğu anbara yaxın ərazidə pusquda dayanmaqla, gəlib-gedən şəxslər barədə məlumat verməklə cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməkdən ibarət olmuşdur ki, bu da Təqsirləndirilən şəxs1 hərəkətlərinin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasında birgə icraçı hesab olunması qənaətinə gəlinməsinə əsas verir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın məzmununda dəyişiklik etməklə onun hərəkətlərinin məhkəmə iclasında sübutlarla müəyyən edilmiş təsvirinin qeyd edilməsini zəruri saymışdır. Belə ki, oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndində göztərilmişdir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə bütün məhkəmə iclasında tədqiq olunmuş sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edib qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eksper rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi ilə razılaşır və hesab edir ki, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təyin ediləcək cəza və onun həddi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşaq olmasını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.3, 132.1, 133.2.4 və 66.3-cı maddələri ilə təqsirli bilinib qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla müəyyən edilmiş qaydada və müddətə ödənilmədən və ya götürülmədən qəsdən yenidən cinayət əməli törətdiyindən onun əməli cinayətin residivini yaradır ki, bu da cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Zirəddinzadə X13 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar Odur ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və bu cəza residiv müəyyən edilərkən nəzərə alınmadığından Azərbaycan Respublikası CM-nin 18.1 və 18.4.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs2 əməlləri ilə cinayətin residivini yaratmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, onun əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də onların əməlində cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olduğunu, cinayətin residivi olduğunu nəzərə alıb belə hesab edir ki, ona cinayət hadisəsi törədərkən qüvvədə olan cinayət qanununun sanksiyası həddində daha ciddi cəza növünün yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi yeri xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs1 öz cinayət əməlləri ilə cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Təqsirləndirilən şəxs1 barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalı, həbsdə və ev dustaqlığında qaldığı müddət isə təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Gələcəkdə hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs1 barəsində olan ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, Hacıqabul rayon Məhkəməsinin qərarı ilə hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də onların əməlində cəzanı yüngülləşdirən halın olduğunu və ağırlaşdıran halın olmadığını nəzərə alıb belə hesab edir ki, ona cinayət hadisəsi törədərkən qüvvədə olan cinayət qanununun sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu məhkəməyədək icraat zamanı 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmədə müəyyən olundu ki, hazırkı cinayəti törətməmişdən əvvəl Təqsirləndirilən şəxs2 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən, onun çəkilməmiş cəzası 02 il 04 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırkı hökmlə təyin ediləcək cəzaya Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 50 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülməlidir. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197-198, 344- 347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 3 il 5 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 04 ay 12 gün hissəsi CM-nin 68.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulmaqla hesablanmış 1 il 02 ay 06 gün azadlıqdan məhrumetmə müddəti hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək tutulduğu 3 gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 il 6 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 17 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək həbsdə saxlandığı və 22 yanvar 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında qaldığı müddət təyin olunmuş cəza müddətinə hesablanmaqla cəzəçəkmə müddətinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində olan ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Hacıqabul rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində olan seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 50 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-33/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-33/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver