Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-33/2025 17.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət gösətərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü ildə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayında İsmayıllı rayonu, Xənəyi kəndi ərazisindən baxımsız sahədə bitmiş çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda yəni, 6,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, gəzdirmiş və daşımış, 06 noyabr 2024-cü il tarixdə saat 17:45-də Gədəbəy RPŞ-nin X6 Bölməsinin yol patrul xidməti əməkdaşları Gədəbəy rayonu, Xar-Xar kəndi ərazisində xidmətdə olan zaman o, İsmayıllı rayonu, Mican kəndində yaşayan Şahid1 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilinərək saat 18:10-da Gədəbəy RPŞ-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasında Şahid1 məxsus Mercedes Benz 612D Yük markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman sərnişin oturacaqlarının arxa üst tərəfində olan Təqsirləndirilən şəxs məxsus qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 03 ədəd və həmin cibin cırıq hissəsinin bel tərəfindən isə 01 ədəd aliminium rəngli siqaret folqasının içərisində kustar üsulla hazırlanmış, ümumilikdə, təmiz çəkisi 6,82 qram narkotik vasitə olan qurudulmuş maruixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. Şahid1 onun həm qonşusu, həm də qohumudur. 06 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Şahid1 ona zəng edərək, özünə məxsus “Mercedes” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gədəbəy rayonuna at almağa getməyi təklif etmiş, o da razılaşmışdır. Yolda olan zaman Şahid1 cibindən “Sobranie” siqaret qutusunun içərisindəki bir ədəd marixuana doldurulmuş siqaret yandırıb çəkməyə başlamış, o da Elşənlə içərisində marixuana olan həmin siqareti çəkmişdir. 2024-cü ilin oktyabr ayında həmin yerdən yabanı halda bitmiş marixuanadan yığıb qurutmuş 04 ədəd aluminium rəngli siqaret folqasına büküb özünə məxsus qara rəngli, qolsuz gödkçənin cibinə qoymuşdur ki, lazım olanda istifadə etsin. Həmin gödəkcə o vaxtdan Şahid1 avtomobilində qalmışdır. Onlar Gədəbəy rayonu ərazisinə daxil olan zaman yol polisi əməkdaşları onları saxlamış və Gədəbəy RPŞ-ə aparmışlar. Həmin gün, saat 17-18 radələrində onların üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra, Şahid1 məxsus avtomobilə də baxış keçirilmiş, avtomobilin kabinəsinin arxa oturacağının üzərində olan ona məxsus gödəkçənin cibində olan 04 ədəd falqaya bükülmüş marixuana aşkar edilmişdir. Ümumiyyətlə həmin gödəkçədə qurudulmuş marixuana olması özünün də yadından çıxmış, bir də onları aşkar ediləndə xatırlamışdır. Marixuananın maşında olmasını Şahid1 bilməmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Gədəbəy RPŞ-nin X7 Bölməsinin yol patrul xidməti baş inspektoru vəzifəsində işləyir. 06 noyabr 2024-cü il tarixdə iş yoldaşları Gədəbəy RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru X2 və yol patrul xidməti inspektoru Şahid4 ilə birlikdə xidməti ərazidə olarkən Gədəbəy rayonu, Xar-Xar kəndi ərazisndə “Mercedes Benz” markalı ** MR *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Saxlanıldıqdan sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim edib saxlanma səbəbini izah edib söhbət edən zaman sürücü Şahid1 və avtomobildə sərnişin qismində əyləşmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs gözlərinin həddindən artıq qızarması, qeyri-səlis nitqlə danışmaları, eləcə də qeyri-adekvat hərəkətlər edərək həyəcanlı davranışları onların narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olmaları barədə onlarda əsəsalı şübhələr yaratmışdır. Buna görə də, Şahid1 və Təqsirləndirilən şəxs həmin gün, saat 18:10-da Gədəbəy RPŞ-ə gətirmişlər. Onların üzərinə baxış keçirilmiş, lakin qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs də iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı sərnişin oturacaqlarının arxa üst tərəfində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 03 ədəd aluminium rəngli büküm, həmin cibin cırıq hissəsinin bel tərəfindən isə 01 ədəd aluminium rəngli büküm aşkar edilmişdir. Bükümlərə baxış keçirən zaman hər birinin içərisində marixuanaya bənzər bitki kütlələri aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-nin Cinayət Axtarış Bölməsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 noyabr 2024-cü il tarixdə xidmətdə olan zaman Gədəbəy RPŞ-nin X6 Bölməsinin yol patrul xidməti əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan şəxslərin şöbəyə gətirilməsi barədə Növbətçi Hissədən məlumat almışdır. Həmin şəxslərin, yəni, Şahid1 və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs də iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı sərnişin oturacaqlarının arxa üst tərəfində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 03 ədəd aluminium rəngli büküm, həmin cibin cırıq hissəsinin bel tərəfindən isə 01 ədəd aluminium rəngli büküm aşkar edilmişdir. Bükümlərə baxış keçirən zaman hər birinin içərisində marixuanaya bənzər bitki kütlələri aşkar edilmiş və bunun narkotik vasitə olması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Özünə məxsus “Mercedes” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə heyvan alveri edib dolanışığını təmin edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, sonuncu ilə münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs maddi vəziyyəti yaxşı olmadığı üçün onun yanında günəmuzd fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, Təqsirləndirilən şəxs zəng edib özünə məxsus “Mercedes” markalı **-MR- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayonuna at almağa getdiyini bildirərək birlikdə getmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşdıqdan sonra onlar birlikdə İsmayıllı rayonundan yola çıxmışlar. Yolda olan zaman hara olmasını dəqiq bilmədiyi yerdə Təqsirləndirilən şəxs onun cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindəki bir ədəd kiçik “VEST” siqaretinə doldurulmuş marixuananı yandırıb çəkməyə başlamışdır. O da Təqsirləndirilən şəxslə birlikdə həmin içərisində marixuana olan siqaretdən çəkmişdir. O, əvvəllər də narkotik vasitə olan marixuna çəkmişdir. Marixuananı İsmayıllı rayonu Xanagah kəndi ərazisində çay kənarından yabanı halda bitmiş çətənə kollarının üstündən yığırmış və şəxsi istifadəsi üçün az miqdarda saxlayıb arabir çəkirmiş. Sonuncu dəfə təxminən 2 ay öncə sözügedən yerdən yabanı halda bitmiş çətənə kollarından marixuana yığaraq istifadə etmişdir. Cəmisi bir dolumluq (çəkimlik) marixuna qalmışdır. Marixuananı bir ədəd siqaret kağızına büküb siqaretinin arasına qoymuşdur. Həmin marixunanaı da Təqsirləndirilən şəxslə birlikdə yolda çəkmişlər. Onlar Gədəbəy rayonu ərazisinə daxil olan zaman yol polisi əməkdaşları onları saxlamışlar və Gədəbəy RPŞ-nin inzibati binasına dəvət etmişlər. Bundan sonra Gədəbəy RPŞ-də onu və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutumuşlar. Əvvəlcə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra ona məxsus sözügedən avtomobilə ikisinin də iştirakı ilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı onun avtomobilinin kabinəsinin arxa oturacağının üzərində olan Təqsirləndirilən şəxs məxsus gödəkçənin cibindən 04 ədəd folqa kağızına bükülmüş marixuana aşkar edilərək, qablaşdırılıb götürülmüşdür. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs marixuananın onun olmadığını desə də, sonradan həmin bükümlərin ona məxsus olmasını demişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə isitifadəçisi olmasını bilsə də, sonuncunun üzərində narkotik vasitə olan marixuananın olmasından xəbəri olmamışdır. İşdə olan 06 noyabr 2024-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş diskindən görünür ki, həmin gün, saat 22-55 dən saat 23-18 dək Şahid1 məxsus “Mercedes Benz 612D Yük” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişin oturacaqlarının arxa üst tərəfində olan Təqsirləndirilən şəxs məxsus qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 03 ədəd və həmin cibin cırıq hissəsinin bel tərəfindən isə 01 ədəd aliminium rəngli siqaret falqasının içərisində ümumilikdə falqa ilə birlikdə çəkisi 7 qram narkotik vasitə olan qurudulmuş maruixuanaya bənzər kütlələr müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş üzrə məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/1062 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “İsmiyev Cehun...” yazılar və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,95 qram, 2,26 qram, 1,72 qram, 0,89 qram, ümumi təmiz çəkisi 6,82 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cəmi 6,82 qram qurudulmuş marixuanadan ümumilikdə 0,08 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 6,74 qram qurudulmuş marixuana qalmışdır). İşdə olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1988 nömrəli rəyindəın görnür ki, narkoloji-tibbi müayinədən keçmiş Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X3 xx.xx.2024-cü il tarixli 18-1- 47/2-1410/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində narkomaniya diaqnozu ilə dispanser qeydiyyatındadır. İşdə olan 06 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan və 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, 08 noyabr 2024cü il tarixdə azad edilmişdir. İşdə olan Arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X1 12 may 2008-ci il tarixdə doğulmuşdur. İşdə olan İsmayıllı RİHB-nın İsmayıllı Şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın- azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları iş üzrə yüngülləşdirici halların, ağırlaşdırıcı haldan artıq olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; İsmayıllı rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, o, narkomaniyadan məcburi müalicə olunmaı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Gədəbəy RPŞ-nin Saxlanc anbarında saxlanılan 6,74 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci olan 32,4 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, hökmün icrası İsmayıllı Rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Gədəbəy RPŞ Saxlanc anbarında saxlanılan 6,74 qram qurudulmuş marixuana sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-33/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-33/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver