Məhkəmə qərarları › İş №1(042)-35/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-35/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-35/2020 17.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, X7 və onların müdafiəçisi Gədəbəy rayon Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1, 177.2.2 və 177.2.4 -cü maddələri ilə, xx xxxxxx 1999-cu ildə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olmayan, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə və xx xxxxxx 1999-cu ildə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olmayan, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxx 2018ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu ərazisində yerləşən “Xatun” adlanan yaylağın örüş-otlaq sahəsindən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan ümumi dəyəri 4207,50 (dörd min iki yüz yeddi manat əlli qəpik) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 7 yaşlı sağmal, yerli cinsli, əla köklükdə ana inəyi və 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat 50 qəpik) manat dəyərində 6 yaşlı, yerli cins, əla köklükdə, sağmal ana inəyi, Zərərçəkmiş şəxs2 mülkiyyətində olan ümumi dəyəri 9355,50 (doqquz min üç yüz əlli beş manat əlli qəpik) manat təşkil edən 1 baş 2376 (iki min üç yüz yetmiş altı) manat dəyərində 7 yaşlı sağmal, yerli cinsli, əla köklükdə ana inəyi, 1 baş 2277 (iki min iki yüz yetmiş yeddi) manat dəyərində, 6 yaşlı, yerli cins, əla köklükdə, sağmal ana inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 4 yaşlı, boğaz, yerli cins, əla köklükdə ana inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins, boğaz, əla köklükdə ana inəyi və bir baş 1732,50 (bir min yeddi yüz otuz iki manat əlli qəpik) manat dəyərində, 4 yaşlı, yerli cins, boğaz, əla köklükdə ana inəyi, Zərərçəkmiş şəxs3 mülkiyyətində olan ümumi dəyəri 5049 (beş min qırx doqquz) manat təşkil edən bir baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində 10 yaşı olan sağmal, yerli cins, əla köklükdə ana inəyi, bir baş 1584 (bir min beş yüz səksən dörd) manat dəyərində, 3 yaşlı, yerli cins, əla köklükdə ana inəyi və bir baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 2 yaşında, yerli cins, əla köklükdə boğaz düyəni və Zərərçəkmiş şəxs6 mülkiyyətində olan ümumi dəyəri 8563,50 (səkkiz min beş yüz altmış üç manat, əlli qəpik) təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 5 yaşlı, sağmal, yerli cins, əla köklükdə ana inəyi, 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 3 yaşlı, yerli cins, əla köklükdə ana inəyi, 1 baş 1732,50 (bir min yeddi yüz otuz iki manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins, əla köklükdə inəyi, 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində 2 yaşlı, yerli cins, əla köklükdə, boğaz düyəni və 1 baş 891 (səkkiz yüz doxsan bir) manat dəyərində, 1 yaşlı, yerli cins, əla köklükdə düyəni, ümumilikdə 27175,5 (iyirmi yeddi min yüz yetmiş beş manat əlli qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu ərazisində yerləşən “Qoca dağ” adlanan yaylağın örüş-otlaq sahəsindən Zərərçəkmiş şəxs4 mülkiyyətində olan ümumi dəyəri 14.066,25 (on dörd min altmış altı manat, iyirmi beş qəpik) manat təşkil edən 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat dəyərində, 5 yaşlı, yerli cins, 5 aylıq boğaz, sağmal ana inəyi, 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, yerli cins, sağmal ana inəyi, 1 baş 1831,50 (bir min səkkiz yüz otuz bir manat əlli qəpik) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 2326,50 (iki min üç yüz iyirmi altı manat əlli qəpik) manat dəyərində, 4 yaşlı, yerli cins, 7 aylıq boğaz düyəni, 1 baş 1732,50 (bir min yeddi yüz otuz iki manat əlli) manat dəyərində, 3 yaşlı, yerli cins, 5 aylıq boğaz düyəni, 1 baş 1963,50 (bir min doqquz yüz altmış üç manat əlli qəpik) manat dəyərində, 2 yaş 6 aylıq olan, yerli cins erkək dananı və 1 baş 1905,75 (bir min doqquz yüz beş manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaş 6 aylıq olan yerli cins erkək dananı və Zərərçəkmiş şəxs5 mülkiyyətində olan ümumi dəyəri 3960 (üç min doqquz yüz altmış) manat təşkil edən 1 baş 1881 (bir min səkkiz yüz səksən bir) manat dəyərində, 6 yaşlı, 7 aylıq boğaz, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 2 yaşlı, yerli cins erkək dananı, ümumilikdə 18026,25 (on səkkiz min iyirmi altı manat iyirmi beş qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında tanışları X13 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Gədəbəy rayonu ərazisində yerləşən “Çayqarışan” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs7 mülkiyyətində olan ümumi dəyəri 15979,75 (on beş min doqquz yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat təşkil edən 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, sağmal, yerli cins inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 2310 (iki min üç yüz on) manat dəyərində, 3 yaşlı, Rusiya cins cöngəni (erkək dana), 1 baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana); 1 baş 1501,50 (bir min beş yüz bir manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana),(1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində) 1 yaşlı, yerli cins erkək dananı, (1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində?) 1 yaşlı, yerli cins erkək dananı, 1 baş 693 (altı yüz doxsan üç) manat dəyərində, 1 yaşlı, yerli cins düyəni, 1 baş 924 (doqquz yüz iyirmi dörd) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı və 1 baş 643 (altı yüz qırx üç) manat dəyərində, bir baş, 1 yaşlı, yerli cins dişi dananı, Zərərçəkmiş şəxs8 mülkiyyətində olan ümumi dəyəri 4059 (dörd min əlli doqquz) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 6 yaşda, sağmal, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 7 yaşlı, yerli cins, sağmal ana inəyi və Zərərçəkmiş şəxs10 İsfəndiyar oğlunun mülkiyyətində olan ümumi dəyəri 4314,75 (dörd min üç yüz on dörd manat, yetmiş beş qəpik) təşkil edən 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins ana inəyi, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, bir baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 1 yaş 6 aylıq, yerli cins cöngəni (erkək dana), ümumilikdə 24353,50 (iyirmi dörd min üç yüz əlli üç manat əlli qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 18-19 radələrində Gədəbəy rayonu Qalakənd kəndinin örüş otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs9 mülkiyyətində olan 1 baş 1089 (bir min səksən doqquz) manat dəyərində, 2 yaşda, 5 aylıq boğaz, yerli cins düyəni, 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat dəyərində, 10 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 4 yaşlı, 8 aylıq boğaz, holavar cins ana inəyi və 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat dəyərində, 8 yaşlı, holavar cins, sağmal ana inəyi, ümumilikdə 7029 (yeddi min iyirmi doqquz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxx 2019cu il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs1 və X13 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Gədəbəy rayonu ərazisində yerləşən “Çayqarışan” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs7 mülkiyyətində olan ümumi dəyəri 15979,75 (on beş min doqquz yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat təşkil edən 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, sağmal, yerli cins inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 2310 (iki min üç yüz on) manat dəyərində, 3 yaşlı, Rusiya cins cöngəni; erkək dana), 1 baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 1501,50 (bir min beş yüz bir manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı, (l baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində) yaşlı, yerli cins erkək dananı, 1 baş 693 (altı yüz doxsan üç) manat dəyərində, 1 yaşlı, yerli cins düyəni, 1 baş 924 (doqquz yüz iyirmi dörd) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı və 1 baş 643 (altı yüz qırx üç) manat dəyərində, bir baş, 1 yaşlı, yerli cins dişi dananı, Zərərçəkmiş şəxs8 mülkiyyətində olan ümumi dəyəri 4059 (dörd min əlli doqquz) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 6 yaşda, sağmal, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 7 yaşlı, yerli cins, sağmal ana inəyi və Zərərçəkmiş şəxs10 İsfəndiyar oğlunun mülkiyyətində olan ümumi dəyəri4314.75 (dörd min üç yüz on dörd manat, yetmiş beş qəpik) təşkil edən 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins ana inəyi, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, bir baş 1443.75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 1 yaş 6 aylıq, yerli cins cöngəni (erkək dana), ümumilikdə 24353,50 (iyirmi dörd min üç yüz əlli üç manat əlli qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. X13 özgənin əmlakını gizli yolla talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs1 və X13 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Gədəbəy rayonu ərazisində yerləşən “Çayqarışan” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs7 mülkiyyətində olan ümumi dəyəri 15979,75 (on beş min doqquz yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat təşkil edən 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, sağmal, yerli cins inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 2310 (iki min üç yüz on) manat dəyərində, 3 yaşlı, Rusiya cins cöngəni; <erkək dana), 1 baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 1501,50 (bir min beş yüz bir manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı, (l baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində) 1 yaşlı, yerli cins erkək dananı, 1 baş 693 (altı yüz doxsan üç) manat dəyərində, 1 yaşlı, yerli cins düyəni, 1 baş 924 (doqquz yüz iyirmi dörd) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı və 1 baş 643 (altı yüz qırx üç) manat dəyərində, bir baş, 1 yaşlı, yerli cins dişi dananı, Zərərçəkmiş şəxs8 mülkiyyətində olan ümumi dəyəri 4059 (dörd min əlli doqquz) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 6 yaşda, sağmal, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 7 yaşlı, yerli cins, sağmal ana inəyi və Zərərçəkmiş şəxs10 İsfəndiyar oğlunun mülkiyyətində olan ümumi dəyəri4314.75 (dörd min üç yüz on dörd manat, yetmiş beş qəpik) təşkil edən 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins ana inəyi, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, bir baş1443.75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 1 yaş 6 aylıq, yerli cins cöngəni (erkək dana), ümumilikdə 24353,50 (iyirmi dörd min üç yüz əlli üç manat əlli qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gədəbəy rayonu Miskinli kəndində yaşayır. Həm valideynləri çobanlıq etməklə məşğul olmuş, həm də özünün heyvan saxlamağa və otarmağa marağı olmuşdur. Maddi imkanı olmadığından asan yolla ayrı-ayrı şəxslərə məxsus heyvanları oğurlamaq və satmaqla pul qazanmaq fikrinə düşmüşdür. Bu məqsədlə xx xxxxxx 2018-ci il tarixdə yaşadığı Miskinli kəndində yerləşən “Daş körpü” adlanan çimərlikdə çimərkən piyada “Xatın” adlı yaylağa qalxmış və yaylaqda otlaq sahəsində sahibsiz iribuynuzlu heyvanların otladığını görmüşdür. Əvvəlcə ətrafa göz gəzdirmiş, adam olmadığına əmin olduqdan sonra 15 baş iribuynuzlu topa halda otlayan heyvanları qabağına qatıb piyada Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində yerləşən çökəkliyə gətirmişdir. Sonra maşın saxlamaq üçün Gədəbəy-Novosaratovka avtomobil yoluna çıxmışdır. Məqsədi həmin heyvanları Bərdə rayonuna satmağa aparmaq olmuşdur. Bir neçə dəqiqədən sonra Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan “Kamaz ” markalı yük maşınını işarə edərək saxlatmışdır. Sürücü ilə Bərdə rayonuna heyvan aparmaq istədiyini deyib danışıqlar aparmış və yol haqqı 280 manata razılaşaraq heyvanları yoldan keçən tanımadığı şəxslərin köməkliyi ilə maşına yığıb Bərdə rayonunda yerləşən mal-qara bazarına aparmışdır. Bazarda tanımadığı, adını bilmədiyi şəxsə həmin heyvanları cəmi 11500 manata satmışdır. Heyvanları satarkən öz şəxsi heyvanları olduğunu, azyaşlı uşağının xəstə olduğunu və uşağı təcili müalicəyə aparmalı olduğunu demişdir. Sonra Gəncə şəhərinə, oradan da Gədəbəy rayonuna qayıtmışdır. Bundan başqa, o Gədəbəy rayonu Miskinli kəndinin “Qoca dağ” adlanan yaylaq sahəsindən xx xxxxxxxx 2018-ci il tarixdə 9 baş iribuynuzlu heyvan oğurlamışdır. “Qoca dağ” adlanan yaylağın örüş sahəsində çoxlu sahibsiz heyvanların otladığını görmüşdür. Həmin heyvanların sonradan sahibini tanıyıb bildiyi Gədəbəy rayonu, Əlinağılar kənd sakini Zərərçəkmiş şəxs4 məxsus 7 baş və onun yanında çoban işləyən Gədəbəy rayonu, Dəyəqarabulaq kənd sakini Sərdar adlı şəxsə məxsus 2 baş iribuynuzlu, cəmi 9 baş iribuynuzlu heyvanları adam olmadığına əmin olandan sonra qabağına qatıb piyada Əlinağılar kəndinin yaxınlığında olan tövləyə doldurmuşdur. Sonra Gədəbəy rayonu, Pirbulaq kənd sakini Elvin adlı şəxsin “Qazel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə bir dəfə 4 baş heyvan yığıb apararaq Gəncə şəhərində yerləşən mal bazarında tanımadığı bir şəxsə bir yerdən 2700 manata, ikinci dəfə 5 baş yığaraq aparıb Bərdə rayonunda yerləşən mal bazarında tanımadığı şəxsə 3200 manata satmışdır. 2019-cu ilin aprel ayından o, arvadı İlhamə ilə birlikdə Beyləqan-İmişli rayonunun sərhədində yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-də saxlanılan heyvanlara çoban işləmişdir. Həmin MMC-nin təsərrüfat işlərinə Ənvər adında bir şəxs rəhbərlik etmişdir. O, Ənvərdən bir neçə dəfə borca pul almışdır. Ənvər mütəmadi olaraq ondan pulunu istədiyi üçün yenidən oğurluq edib onun pulunu qaytarmaq qərarına gəlmişdir. Bunun üçün də işlədiyi “Aqroservis”də su nasosxanasında işləyən Kənan və Ramin adlı şəxslərlə söhbət edəndə onlara Gədəbəy rayonundan heyvan oğurlayıb satmağı məsləhət bilmiş, dağda heyvanların sahibsiz otladığını və oğurlamağın asan olduğunu demişdir. Ramin və Kənan da onunla razılaşmışlar. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında onlar Gədəbəy rayonuna gəlməyi qərara almışlar. Əvvəlcə taksi ilə Yevlax şəhərinə gəlmişlər. Sonra Gədəbəy rayonunda taksi fəaliyyəti ilə məşğul olan Səddama zəng vuraraq gəlib onu Yevlax rayonundan götürüb rayona aparmasını xahiş etmişdir. Səddam ondan 80 manat pul istəmiş, o razılaşmışdır. Səddam “Mercedes” markalı maşını ilə gəlib onları Gədəbəy rayonu, Miskinli kəndinə gətirmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə evdən əvvəllər istifadə etdiyi paltarı götürüb Ramin və Kənan ilə birlikdə piyada “Qara arxac” adlanan yaylağa tərəf qalxmışlar. Onlar “Qara arxac” adlanan yaylaqda sahibsiz otlayan sonradan Gədəbəy rayonu Düzyurd kənd sakinləri Şöhrət, Binnət və Kazım adlı şəxslərə məxsus olduğunu bildiyi 18 baş iribuynuzlu ana-bala inək və dana görüb hər üçü həmin heyvanları piyada qabaqlarına qatıb Gədəbəy rayonu, Leşkər kəndi ilə həmsərhəd olan Gədəbəy rayonu Kiçik Qaramurad kəndinin aralığından axan çayın kənarındakı çökəyə gətirmişlər. Ramin və Kənan sabah işdə olacaqlarını və Beyləqana qayıtmaq istədiklərini, lakin yol pulu olmadıgını ona bildirmişlər. O, heyvanlardan birinin Gədəbəy rayonunda yerləşən mal bazarına aparıb satmaq, Kənan və Raminə yol pulu vermək, qalan heyvanları isə Beyləqana aparmaq qərarına gəlmiş, Kənan heyvanların yanında dayanmış, o və Ramin maşın saxlatmaq üçün yola çıxmışlar. UAZ markalı avtomobil gəldiyini görüb avtomobili saxlatmışlar. Maşın sürücüsünə bir baş dana olduğunu və bazara aparmaq istədiyini demiş, sürücü ondan 10 manat yol pulu istəmişdir. Sürücü ilə razılaşmış, tez bir baş təxminən 7-8 aylıq 80 kiloqram əti olan qara rəngli erkək dananı avtomobilə mindirmiş və Gədəbəy bazarına gətirmişdir. Dananı 800 manata satmışlar. Sonra digər heyvanları Beyləqana aparmaq üçün maşın axtarmışlar. Yolda “Mercedes” markalı yük avtomobili görmüşdür. Maşının üstünə yazılmış telefon nömrəsi ilə sürücünü tapmış və ona 17 baş iribuynuzlu heyvanları olduğunu, həmin heyvanları Bərdə rayonuna aparmaq istədiyini demişdir. Sürücü ondan heyvanın harada olduğunu soruşmuş, o, sürücüyə heyvanın bir az qabaqda çayın kənarında olduğunu demişdir. Sürücü tərəddüd etdikdə o, heyvanın özünə məxsus olduğunu, dağda otun quruduğunu, Beyləqan rayonunda fermada çoban işlədiyini və aparıb orada saxlayacağını demişdir. Sürücü onlardan gediş haqqı kimi 250 manat pul alacağını və üzərilərində pul olub-olmadığını soruşduqda, sürücüyə pulu nağd şəkildə verəcəyini bildirmişdir. Sonra da Ramin ilə birlikdə “Mercedes” markalı avtomobilə minərək heyvanların yanına getmişlər və 17 baş iribuynuzlu heyvanları avtomobilin yük yerinə yığmışlar. X21 yolu ilə Tovuz rayonu, Qovlar şəhərinə getmişlər. Qovlar şəhərində işıqforun yaxınlığında avtomobili saxladıb yemək almış və sürücüyə 250 manat pul verdikdən sonra Bərdə rayonu istiqamətində hərəkətə başlamışlar. Bərdə rayonuna çatanda o, sürücüdən xahiş etmişdir ki, heyvanları Beyləqan rayonuna apararsa əlavə 50 manat da verəcəkdir. Sürücü onunla razılaşmış və onlar Beyləqan rayonuna getmişlər. Həmin vaxt Ramin və Kənan işə tələsdiklərini bildirib çıxıb getmişlər. Beyləqan rayonunda bazarının girəcəyində onun xahişi ilə sürücü avtomobili saxlamış və o, heyvanları avtomobildən boşaltmışdır. Sürücü “Görüş” kafesində oturmuş, o isə kafedən çıxıb adını sonradan bildiyi “Qaz-2410” markalı avtomobilin sürücüsü Elşad adlı şəxsə yaxınlaşmış və iki baş heyvan satmaq istədiyini, uşağının xəstə olduğunu, fermada çoban işlədiyini bildirmişdir. Qaz-2410 markalı avtomobilin sürücüsü Elşad da Qara adlı bir şəxsə zəng vurmuş və tanış adam olduğunu, satlıq heyvanı olduğunu demişdir. Qara heyvanları işlədiyi qəssabxanaya gətirmələrini və baxıb qiymət edəcəyini bildirmişdir. Bundan sonra o, Elşadın avtomobili ilə heyvanların yanına getmiş və iki baş biri erkək, biri dişi cinsli heyvanı avtomobilin yük yerinə yığaraq Qaranın işlətdiyi Beyləqan şəhərində xəstəxananın yanındakı qəssabxanaya aparmışlar. Qara adlı şəxs heyvanlara baxdıqdan sonra razılaşmış və iki baş heyvanı 1400 manata almışdır. Elşad ilə birlikdə Qaranın yanından aralanıb şəhərin mərkəzinə gəlmiş və Elşada 30 manat yol pulu vermişdir. Sonra da taksi ilə Görüş kafesinə tərəf gəldikdə “Mercedes” markalı yük avtomobilin sürücüsünün getmək istədiyini görmüş, tez fit çalıb maşını saxladaraq sürücünün 50 manat pulunu və öz mobil nömrəsini ona vermişdir. Sonra gedib heyvanların yanında qalmışdır. Səhəri günü, yenidən Elşada zəng edərək 1 baş dana satmaq istədiyini bildirmişdir. Elşad da kiməsə zəng edəndən sonra ona zəng edib tanış qəssab olduğunu və heyvanı alacağını bildirmiş, Elşada əvvəlki yerdə olduğunu demiş və sonuncu onun yanına gəlmişdir. Sonra da onun avtomobilinə bir baş qara rəngdə təxminən 9 aylıq dişi dananı mindirib Elşadın tanışı Novruz adlı şəxsin yaşadığı ünvana getmişlər. Novruz danaya baxmış və öz aralarında razılaşıb dananı 670 manata satmışdır. Həmin puldan 30 manat Elşada vermişdir. Sonra da satılmamış heyvanları fermaya aparmaq qərarına gəlmişdir. Bunun üçün də heyvanları piyada qabağına qatıb yol ilə fermaya tərəf gedərkən heyvanlardan biri xəstə olduğu üçün dananı yolun kənarında sahibsiz olan köşkə salmış və 13 baş heyvanı qabağına qatıb fermaya aparmışdır. Aqroservis MMC-nin yanına çatanda Ənvər onu görüb heyvanların kimə məxsus olduğunu soruşmuşdur. O, yalandan heyvanların dayısına məxsus olduğunu bildirmişdir. Həmin vaxt Ənvər ondan pulunu istəmiş və gəlib əşyalarını götürüb fermadan çıxmağını tələb etmişdir. O, borclu olduğu üçün Ənvərə 550 manat pul vermiş və qalanını da əşyalarını aparan zaman verəcəyini bildirmişdir. Ənvər də razılaşıb getmişdir. O, yenə də heyvanları sahibsiz orada qoymuş və Elşada zəng edərək yerini demişdir. Elşad gəlmiş və həmin köşkə qoyduğu sahibsiz dananı avtomobilə mindirib yenidən Novruzun yanına aparıb Novruza dananı 550 manata satmışdır. O, həmin puldan 30 manat Elşada vermişdir. Sonra o, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndindən kirayəyə ev tutmuş, Mübariz adlı şəxsin “Qazel” markalı avtomobilinə minib fermaya gəlmişlər. Köçünü Mübarizin “Qazel”inə, heyvanları isə Yunisin avtomobilinə yığmış və kirayə tutduğu ünvana getmişlər. Bir neçə saatdan sonra Mübariz adlı Qazel sürücüsü onun kirayə qaldığı evə gəlmiş, inəkləri almaq istədiyini bildirmişdir. 3 baş ana-bala olan heyvanların bir başı üçün 1350 manat alacağını demiş, Mübariz onunla razılaşmış və onlar 3 baş ana-bala olan inəkləri Mübarizin “Qazel” markalı maşınına yığmışlar. Əvəzində Mübarizdən 4050 manat pul almışdır. Həmin günü axşam Mübariz yenidən onun ünvanına gəlmiş, iki baş düyəni də almaq istədiyini bildirmiş, o iki baş düyəni Mübarizə 1400 manata satmışdır. Oğurlayıb satdığı heyvanlardan əldə etdiyi puldan özünə avtomobil almaq qərarına gəlmiş və Bakı şəhərində Ələt qəsəbəsində tanımadığı şəxsdən 38xx xxxxxx 1997-ci ilin “Niva” markalı avtomobili etibarnamə əsasında İlhamənin adına almışdır. Onlar avtomobili alandan sonra Beyləqan rayonuna gəlmişlər və heyvanları baxmaq üçün qonşusu Ramizə tapşırmışdır. Ramiz bir baş danandan xoşu gəldiyini bildirmiş, o dananı sonuncuya 800 manata nisyə satmışdır. O və İlhamə Şəmkir rayonuna, oradan isə Gədəbəy rayonuna gəlmişlar. Gədəbəy rayonunda qalıb səhəri günü Beyləqan rayonuna qayıdanda Şəmkir rayonu ərazisində yerləşən Yasamal dağında avtomobili beton maneəyə vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Ramizə zəng vuraraq qalan heyvanları satmasını bildirmişdir. Ramiz heyvanları bazara apararaq bir başını 1200 manat satmış, digərini isə 800 manata razılaşmayıb qaytarıb həyətinə gətirmişdir. Ramiz pulu poçt vasitəsilə İlhamənin adına göndərmişdir. O, Niva markalı avtomobili Şəmkir rayonunda Posanlı kəndində məktəbin yuxarı tərəfində avtomobil ehtiyat hissələri alıb satan tanımadığı şəxsə 860 manata satmış, 60 manatını evakuatora vermiş, 800 manat pulu isə öz şəxsi işlərinə xərcləmişdir. Sonra Beyləqana qayıtmış, Ramiz 800 manat dananın pulunu vermiş, qalan 3 baş heyvanı isə cəmi 1600 manata Mübarizə satıb Şəmkir rayonuna köçüb gəlmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə yaşadığı Gədəbəy rayonu, Miskinli kəndinə gəlmiş və kəndə gəlməkdə məqsədi işlədiyi fermaya qış üçün geyim paltarları və ərzaq məhsulları aparmaq olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb Miskinli kəndinin mərkəzinə gəlmiş, kənd sakinləri ilə söhbət etdikdən sonra heyvan oğurlamaq məqsədi ilə piyada kəndin yuxarı tərəfinə yaylağa tərəf getmişdir. “Govdu yaylağı” deyilən yerə çatanda həmin yaylaqda 4 baş sahibsiz iribuynuzlu heyvan otladığını görmüş, ətrafa baxıb heç kim olmadığına əmin olub 4 baş iribuynuzlu heyvanları yaylaqdan oğurlayaraq piyada qabağında, Miskinli kəndində yerləşən daş körpü adlanan körpüdən keçib “Musa yalı” adlanan yaylağa tərəf, oradan da Gədəbəy rayonu, Qaradağ kəndinə gətirmişdir. Kənddən bir qədər aralıda heyvanları sahibsiz qoyub piyada Gədəbəy şəhərinə gəlmiş və səhərə qədər Gədəbəy şəhərinin mərkəzində yerləşən H.Əliyev adına parkda gəzişib səhərin açılmasını gözləmişdir. Səhəri günü yəni, xx xxxxxxxx 2019-cu il tarixdə isə heyvanları Beyləqan rayonuna aparıb satmaq qərarına gəlmişdir. Gədəbəy rayon avtovağzalına getmiş və orada ağımtıl rəngli “Qazel” markalı avtomobilə yaxınlaşaraq sürücüsünün adını sonradan bildiyi Gədəbəy rayonu, Slavyanka kənd sakini Şahid1 yaxınlaşıb 4 baş iribuynuzlu heyvanını Beyləqan rayonuna aparmaq istədiyini və aparıb-aparmayacağını soruşduqda Ariz ona heyvanları Beyləqan rayonuna 230 manata aparacağını bildirmişdir. Ariz də onunla razılaşmış və onlar Qaradağ kəndinə gedib heyvanları sahibsiz qoyub getdiyi yerdə avtomobilə yükləmişlər. İlkin olaraq avtomobilə benzin tökməsi üçün Slavyanka kəndində Arizə 30 manat pul vermişdir. Sonra Şəmkir rayonunda Yeni Həyat kəndinin avtomobil yolunda, “Şəmkir şadlıq sarayı” nı keçəndən sonra Ariz avtomobili saxladaraq ondan yol haqqını istədikdə, Arizə üzərində pul olmadığını demiş, Ariz onunla razılaşmamışdır. Şəmkir şəhərində birinci küçədə bir ədəd qırmızı rəngli Qazel markalı yük avtomobili görmüş, avtomobilə yaxınlaşaraq avtomobilin sürücüsü adını sonradan bildiyi Şahid8 ilə danışıb 4 baş iribuynuzlu heyvanı Beyləqana aparmaq üçün gediş haqqı kimi 200 manata razılaşmış, heyvanları onun maşınına Arazın avtomobilinə yükləmiş və Arazdan da 50 manat pul alaraq Arizə vermişdir. Həmin vaxt Araz ondan heyvanlardan satıb-satmamasını soruşduqda Araza bir baş dananı satmaq fikri olduğunu demişdir. Araz da ona tanış adam olduğunu deyib kiməsə zəng vurub yanlarına çağırmışdır. Bir qədər keçəndən sonra bənövşəyi rəngdə VAZ-2107 minik markalı avtomobil gəlmiş və avtomobildən bir nəfər orta yaşlı saqqalı oğlan düşüb danaya baxdıqdan sonra 680 manat pul verib dananı almışdır. Həmin puldan 250 manatını Qazel sürücüsü Araza vermiş və onlar Beyləqan rayonuna getmişlər. Onlar Beyləqan rayonun giriş hissəsində yolun sol tərəfində yerləşən “Görüş kafesi” nin qarşısına çatanda Araza avtomobili saxladaraq “qaldığı fermanın yolu palçıqlıdır, sənin avtomobilin ora gedə bilməz, getsə də sən avtomobili orada batıracaqsan” demişdir. O, heyvanları bazara gətirmiş, Mahmud adlı şəxs və bir nəfər də adını sonradan bildiyi Nəbi adlı şəxsə hərəsinə bir baş heyvanı 750 manatdan satmışdır. Bundan sonra qabağında qalan bir baş qara rəngdə olan inəyi 500 manata, digər heyvanı isə 680 manata tanımadığı şəxslərə satmışdır. O, ümumilikdə 4 baş heyvandan 2680 manat pul əldə etmiş və həmin puldan taksi sürücüsünə ümumilikdə 75 manat, Qazel markalı avtomobilin sürücüsü Araza 270 manat vermiş, 50 manat bazarda xərcləmiş, qalıq qalan 2285 manat puldan 220 manat fermaya bazarlıq etmiş, qalmış puldan 1780 manat pulu isə İlhaməyə vermişdir. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideyinləri ilə birlikdə Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayır. Beyləqan rayonunda yerləşən “xxxxxxxxxxxxxxxx MMC”-də suçu işləyir. X13 onun həmkəndlisi, həm də dostu və iş yoldaşıdır. Onun işlədiyi MMC-nin ferması yəni iribuynuzlu mal-qara və xırdabuynuzlu davarlar saxlamaqla əkin sahəsi var. Həmin fermaya Ənvər adında bir nəfər şəxs rəhbərlik edir. “xxxxxxxxxxxxxxxx MMC”-də Aslan adlı şəxsi fermada çoban işləyən zaman təxminən 7-8 ay hadisədən əvvəl tanımışdır. Təxminən 4 ay hadisədən əvvəl o və Ramin tanışları Aslan ilə birlikdə söhbət edən zaman Aslan onlara yaşadığı Gədəbəy rayonunun yaylaq sahəsində aylarla sahibsiz qalmış heyvanları yığıb gətirdiyini, Beyləqan, Bərdə və digər rayonlarda satdığını bildirmişdir. Onlar Aslandan heyvanların necə sahibsiz olduğunu soruşanda sonuncu, onlara bir çox kənd sakinlərinin şəxsi iribuynuzlu heyvanlarını yay mövsümündə yaylaq sahəsinə buraxdıqlarını və aylarla maraqlanmadıqlarını demişdir. xx xxxxxx 2019-cu il tarixdə o, Kənan ilə işdən çıxıb yaşadıqları ünvana gedəndə fermada Aslan ilə rastlaşıb söhbət edərək hal-əhval tutarkən Aslan Gədəbəy rayonuna getməyi, gedib orada gəzməyi, sonra da yaylaqdan sahibsiz heyvanlar gətirməkdə ona kömək etməyi məsləhət bilmişdir. Aslanın onlara etdiyi təklif ilə razılaşmışlar. Aslan da fermada öhdəsində olan heyvanları arvadı İlhaməyə təhvil vermiş və onlarla birlikdə Beyləqan rayonu Şərq kəndinin mərkəzinə gəlmişlər. Aslanın telefon ilə bir ədəd ağ rəngli VAZ-21074 markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı maşın çağırmış, Aslan, o və Ramin avtomobilə minmişlər. Onlar Yevlax şəhərinə gəlmiş, sonra sürücü tələsdiyini və onları Gədəbəy rayonuna apara bilməyəcəyini bildirərək onları Yevlax şəhərinin mərkəzdə olan dairədə düşürmüşdür. Həmin vaxt Aslan öz mobil nömrəsi ilə hansısa dostuna zəng vurub Yevlax rayonunda olduqlarını və gəlib onları götürməsini xahiş etmiş, təxminən 1 saat sonra qara rəngli “Mercedes” markalı nömrəsini xatırlamadığı və sürücüsü Səddam adlı şəxs gələrək, onları götürüb saat 02 radələrində Gədəbəy rayonu, Miskinli kəndində yerləşən Aslanın yaşadığı evə aparmışdır. Həmin vaxt Aslanın ailə üzvləri yatmışlar. 15-20 dəqiqə həyətdə oturandan sonra Aslan evdən çıxanda əlində paltar gətirib vermiş və bildirmişdir ki, dağda hava soyuq olduğuna görə paltarları geyinsinlər. Aslanın verdiyi paltarları geyinmişlər və sonra da onlar heyvanların dağda otlaq sahəsində olduğunu bildirərək dağa tərəf getmişlər. Onlar bir qədər gəzəndən sonra düzənlikdə iribuynuzlu heyvanların yatdıqlarını görmüşlər. Ona görə də Aslan heyvanları qaldırmış və onların qabaqlarına qatıb bir xeyli yol piyada heyvanları hansısa çayın kənarına gətirmişlər və həmin vaxt saat 05 radələri olmuşdur. Onlar Aslana bildirmişlər ki, bu gün mütləq işdə olmalıdırlar. Onları Beyləqana yola salmaq lazımdır. Aslan Raminlə yola çıxıb “UAZ” markalı yük maşını gətirmiş, heyvanın birini yükləyib satmağa aparmış, o isə heyvanların yanında qalmışdır. Bir neçə saatdan sonra Aslan ilə Ramin Qazel markalı yük yeri çadırla örtülü vəziyyətdə dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə gələrək bazara apardıqları bir baş dananı 800 manata satdıqlarını demişlər. Aslan dananın pulundan ona verməmişdir. Aslanın deməsinə əsasən sürücü heyvanları Beyləqan rayonuna aparmağa 300 manata razılaşmışdır. Sürücü avtomobili çayın kənarında saxlamış və onlar 17 baş iribuynuzlu heyvanları avtomobilə tərəf gətirib avtomobilə mindirəndə Aslan yanlarından keçən bir nəfəri çağırmış və onlara köməklik edərək heyvanları avtomobilə mindirmişlər. Onlar heyvanları avtomobilə mindirəndən sonra Aslan, Ramin və o, tez avtomobilə minmişlər və sonra da təxminən saat 11 radələri onlar avtomobil ilə asfalt yola çıxmış və Bərdə rayonuna getməyə başlamışlar. Şəmkir şəhərində işıqforu keçəndən sonra sürücü Aslandan pulu istədikdə sonuncu səhv etmirsə sürücüyə 250 manat ya da 300 manat pul vermiş və yollarına davam etmişlər. Bərdə rayonunda olan zaman Aslan sürücüyə demişdir ki, onları Beyləqan rayonuna aparsın, əlavə də pul verəcəkdir. Sürücü də razılaşmış və onlar Beyləqan rayonunun girişində “Görüş” kafesinin qarşısında avtomobili saxladaraq avtomobildən düşmüşlər. Avtomobildə gedərkən sürücünün yanında heyvanların oğurluq olmasını deməmişlər, nə də sürücü bu barədə maraqlanmamışdır. Həmin vaxt Aslan bildirmişdir ki, sonuncu gedib Beyləqan bazarına heyvanları satsın, onlar isə işə getsinlər. Bundan sonra onlar taksi avtomobili saxladıb iş yerlərinə getmiş və iş yerinin qabağında Ramin ona 100 manat pul verib bazarda satdıqları dananın pulundan olduğunu bildirdikdən sonra onlar işləri ilə məşğul olmuşlar və həmin gündən sonra Aslanı görməmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, Aslan Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və onların da Aslan ilə oğurluq etdiklərini bildirmişdir. Gədəbəy rayonuna gəlməkdə məqsədləri həm gəzmək, həm də ki, Aslanın onlara dediyi kimi yaylaqda sahibsiz qalmış heyvanlardan oğurlayıb aparıb satmaq olmuşdur. O, əməlindən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X13 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Beyləqan rayonu Şərq qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və Beyləqan rayonunda yerləşən “xxxxxxxxxxxxxxxx MMC”-də suçu işləyir. Təqsirləndirilən şəxs3 onun həmkəndlisi və iş yoldaşıdır. Onun işlədiyi MMC-nin ferması və əkin sahəsi olmaqla həmin fermaya Ənvər adında bir nəfər şəxs rəhbərlik etmişdir. Aslan adlı şəxsi fermada çoban işləyən zaman təxminən 5-6 ay olar ki, tanımışdır. Kənan və Aslanla söhbət edən zaman Aslan onlara bildirmişdir ki, yaşadığı Gədəbəy rayonun Miskinli kəndinin ətrafı yaylaq olmaqla həmin yaylaqlara xeyli adamlar öz şəxsi heyvanlarını gətirib buraxırlar və yaylaq sahəsində aylarla heyvanlar sahibsiz qalır. Aslan bu şəraitdən istifadə edərək heyvanları yığıb gətirdiyini və Beyləqan rayonunda, Bərdə rayonunda və digər rayonlarda satdığını, əldə etdiyi pulu özünə xərclədiyini, rayonda heç kəsin Aslandan şübhələnmədiyini, sonuncuya ilişib- dolaşmadığını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Kənanla işdən çıxıb yaşadıqları ünvana gedəndə fermada Aslan ilə rastlaşmışlar. Aslan Gədəbəy rayonuna getməyi, gedib orada gəzməyi, sonra da heyvanlar oğurlayıb gətirməyi məsləhət bildirdikdə onlar Aslanla razılaşmışlar. Onlar birlikdə kəndin mərkəzinə çıxmış, bir ədəd ağ rəngli VAZ-21074 markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə minərək əvvəlcə əvvəlcə Yevlax şəhərinə, oradan isə “Mercedes” markalı maşınla Gədəbəy rayonuna gəlmişlər. Aslan onları hansısa bir evin həyətinə aparmış, evin həyətində oturduqdan sonra gecə piyada dağa tərəf getmişlər. Onlar bir qədər gəzəndən sonra düzənlikdə iribuynuzlu heyvanlara rast gəlmişlər və həmin heyvanları qabaqlarına qatıb piyada adını bilmədiyi çayın kənarına gətirmişlər. Onlar heyvanı çayın kənarına gətirəndən sonra saymışlar ki, analı-balalı olmaqla cəmi 18 baş iribuynuzlu heyvan olmuşdur. O, Aslana bildirmişdir ki, maşın tapsın onları Beyləqana yola salsın, onlar işə getməlidirlər. Aslan da onlara “gözləyin, heyvanın birini satıb sizə yol pulu verim” demiş və onlar piyada avtomobil yoluna tərəf çıxmışlar. Həmin vaxt Aslan yolun kənarında bir ədəd kuzalı UAZ markalı avtomobil saxlatmış və oğurladıqları 18 baş heyvandan bir baş balaca qara rəngli danını həmin avtomobilə mindirdikdən sonra o, Aslanla birlikdə həmin maşınla Gədəbəy rayonuna mal bazarına gəlmişlər. Kənan isə çayın kənarında heyvanların yanında qalmışdır. O bazarda dananı 800 manata satmış, Aslan 800 manat pulu ondan almış və həmin puldan 400 manat ona vermişdir. Onlar qapıdan bayırda yol tərəfə getmiş və yolun kənarında dayanan göy rəngdə olan yük avtomobilini görüb avtomobilə yaxınlaşıb avtomobilin qabaq alın şüşəsində yazılı olan sürücünün nömrəsini Aslan götürüb sürücüyə zəng vuraraq heyvanı olduğunu və Bərdə bazarına aparmaq istədiyini bildirmişdir. Yük avtomobilinin sahibi ilə razılaşmış və təxminən bir saat yarımdan sonra sürücü gəlmişdir. Aslan heyvanı Bərdə rayonuna neçəyə aparacağını soruşmuş, sürücü də sonuncuya 300 manata aparacağını demişdir. Aslan “əmi qadan alım, Bərdədən qabağa Ağcabədiyə tərəf apararsan” 350 manat verərəm demişdir. Sürücü də Aslan ilə razılaşmış və sonuncu ilə birlikdə avtomobilə minərək heyvanları yığdıqları çayın kənarına getmişlər. Sürücü avtomobili çayın kənarında saxlamış və onlar avtomobildən düşüb heyvanları avtomobilə yükləmişlər. Təxminən saat 11 radələrində Bərdə rayonuna getmək üçün yola çıxmışlar. Bərdə rayonunda olan zaman Aslan sürücüyə onları Beyləqan rayonuna aparmasını, əlavə də pul verəcəyini dedikdə sürücü də razılaşmış və onlar Beyləqan rayonunun girişində “Görüş” kafesinin qarşısında avtomobildən düşmüşlər. Onlar taksi avtomobili saxlatdırıb iş yerlərinə getmişlər. İş yerinin qabağında Kənana 100 manat vermiş və həmin gündən sonra Aslanı görməmişlər. Etdiyi cinayət əməlindən səmimi peşman olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır və heyvandarlıqla məşğul olur. Təxminən 3 ildir ki, qızı Zərərçəkmiş şəxs3 ona məxsus 5 baş, qohumu Zərərçəkmiş şəxs1 məxsus 2 baş və özünə məxsus 12 baş iri buynuzlu mal-qaranı yay ayında “Xatun” adlanan yaylaq sahəsinə aparıb saxlamışdır. 2018-ci ilin iyun ayının 3-də qızı Şəhanə həmin şəxslərə məxsus heyvanları və əlavə digər şəxslərə məxsus heyvanlar ilə birlikdə ümumi 36 baş iri buynuzlu mal-qaranı “Xatun” adlanan yaylaq sahəsinə saxlamağa aparmışdır. Həmin iri buynuzlu mal-qaranı hər gün səhər saat 08:00 radələrində otlaması üçün arxacdan örüş sahəsinə buraxmışlar və heyvanların özləri otlayıb axşam üstü təxminən saat 17 radələrindən sonra arxaca qayıtmışlar. xx xxxxxx 2018-ci il tarixdə saat 08:00 radələrində sağmal heyvanları sağıb cəmi 36 baş iri buynuzlu mal-qaranı otlamaq üçün örüş sahəsinə buraxmışlar. Ancaq həmin gün hava çox dumanlı və çiskin olduğu üçün uzaq məsafə görünmədiyinə görə onlar heyvanlara nəzarət edə bilməmiş və axşam saat 17 radələrindən sonra örüş sahəsindən 36 baş iri buynuzlu mal-qaranın 21 başı arxaca gəlsə də, 15 baş sağmal inək arxaca gəlib çıxmamışdır. 15 baş heyvanın gəlmədiyini görüb Eldəniz və Zabil adlı qohumları gecə vaxtı da olsa atla həmin heyvanları axtarmağa getmişlər, lakin heyvanları tapa bilməmişlər. Ona görə də heyvanlarının oğurlanması barədə DİN 102 xidmətinə məlumat vermişlər. Ona vurulmuş ziyan ödənilməmiş, oğurlanmış heyvanlar qaytarılmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır və heyvandarlıqla məşğul olur. 2018-ci ilin iyul ayının 3-də qardaşı qızı Zərərçəkmiş şəxs3 ona məxsus 2 baş, anası X3 məxsus 5 baş və özünə məxsus 12 baş iri buynuzlu mal-qaranı yay ayında “Xatun” adlanan yaylaq sahəsinə aparıb saxlamışdır. Həmin iribuynuzlu mal-qaraları saat 08:00 radələrində örüş sahəsinə ötürmüş və heyvanlar axşam saat 17:00 radələrində örüş sahəsindən geri qayıtmışdır. xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 08:00 radələrində qardaşı qızı Şəhanə ona və qohumlarına məxsus iribuynuzlu heyvanları örüş sahəsinə ötürsə də, axşam saatlarında heyvanlardan 15 başı örüş sahəsindən arxaca qayıtmamışdır. Ona görə qohumları və qonşuları ilə birlikdə “Xatun” deyilən yaylağın ətraf ərazilərini və qonşu arxacları axtarmışlar, lakin heyvanların izinə rast gələ bilməmişlər. Ona vurulmuş ziyan ödənilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki,ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır və heyvandarlıqla məşğul olur. Təxminən 3 ildir ki, anası Zərərçəkmiş şəxs2 məxsus 5 baş, bibisi Zərərçəkmiş şəxs1 məxsus 2 baş və özünə məxsus 12 baş iri buynuzlu mal-qaranı yay ayında “Xatun” adlanan yaylaq sahəsinə aparıb saxlamışdır. Həmin yaylaqda onlar ilə bərabər ətrafda qohumlarına və digər şəxslərə məxsus arxaclar var. Onlar qaynı Eldəniz ilə birlikdə bir arxacda heyvanlarını saxlamışlar. Onlar 2018-ci ilin iyun ayının 3-də həmin şəxslərə məxsus heyvanları və əlavə digər şəxslərə məxsus heyvanlarla birlikdə ümumi 36 baş iri buynuzlu mal-qaranı “Xatun” adlanan yaylaq sahəsinə saxlamağa aparmışlar. Onlar həmin iri buynuzlu heyvanları hər gün səhər saat 08:00 radələrində otlaması üçün arxacdan buraxmışlar və axşam saat 17 radələrində isə heyvanlar otladıqdan sonra özləri arxaca qayıtmışlar. xx xxxxxx 2018-ci il tarixdə saat 08:00 radələrində onlar yenə 36 baş iri buynuzlu heyvanları otlamaq üçün örüş sahəsinə buraxmışlar. Ancaq həmin gün hava çox dumanlı olduğu üçün heyvanlara nəzarət edə bilməmişlər. Axşam saat 17 radələrində otlamaq üçün örüş sahəsinə gedən 36 baş iri buynuzlu mal-qaranın 21 başı arxaca gəlsə də 15 baş sağmal inək arxaca gəlib çıxmamışdır. Onlar yaylaqda olan qayınları Şahid3 və Şahid4 15 baş heyvanın gəlmədiyini dedikdə sonuncular atla həmin heyvanları axtarmağa getmişlər və saat 24 radələrində arxaca qayıtmışlar. Eldəniz və Zabil arxaca qayıtdıqdan sonra yaxınlıqda olan bütün arxacları gəzdiklərini, onların yaylaq sahəsi Ermənistan Respublikası ilə həmsərhəd olduğu üçün orada hərbiçilər yerləşən postlardan maraqlandıqlarını və onların heyvanları ən çox arxaclarının yaxınlığında arxacı olan Cəfər Yahyayevin arxacına getdiyi üçün həmin arxaca baxdıqlarını, ancaq heyvanları tapa bilmədiklərini demişlər. O, isə qayınları heyvanları axtarmağa gedəndə bu barədə kənddə olan bibisi Xatirəyə və həyat yoldaşı Rəşada bu barədə məlumat vermişdir. Ona görə də sabah tezdən həyat yoldaşı Rəşad, bibisi oğlu Xəyal və həyat yoldaşı Rəşadın dostu Xəqani yaylağa gəlmişlər və qayınları Eldəniz və Zabil ilə birlikdə hamısı atla heyvanları axtarmağa getsələrdə, lakin heyvanları tapa bilmədiklərinə görə anası Səmayə bu barədə DİN 102 xidmətinə zəng edərək onlara məxsus 15 baş iri buynuzlu mal-qaranın oğurlanması barədə məlumat vermişdir. xx xxxxxx 2018-ci il tarixdə “Xatun” adlanan yaylaq sahəsindən oğurlanmış cəmi 15 baş iri buynuzlu heyvanlardan 3 başı ona, 5 başı Zərərçəkmiş şəxs2, 2 başı Zərərçəkmiş şəxs1, 5 başı isə Zərərçəkmiş şəxs6 məxsus olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə “Xatun” adlanan yaylaqdan oğurlanmış 3 baş iribuynuzlu heyvanlarını dərhal aşağıda sadaladığı əlamətlərinə görə tanıya bilər. Ona məxsus olan heyvanlardan 1) bir baş 10 yaşı olan sağmal, sarı rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan, dəyər qiyməti 2000 manat olan inək; 2) bir baş 3 yaşı olan sağmal, sarı rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 320 kiloqram olan, dəyər qiyməti 1800 manat olan inək; 3) bir baş 2 yaşı olan, boz rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 300 kiloqram olan, dəyər qiyməti 1600 manat olan düyə olmuşdur. Zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Əlinağılar kəndində yaşayır və heyvandarlıqla məşğul olur. Bir neçə ildir ki, yay mövsümündə təsərrüfatında olan heyvanları “Xatun” adlanan yaylaq sahəsinə aparmışlar. Həmin yaylaqda onlar ilə bərabər ətrafda öz qohumlarına və digər şəxslərə məxsus arxaclarda var. 2018-ci ilin iyun ayının 3-də onlara məxsus 5 baş iribuynuzlu mal-qaranı yaylaq sahəsinə aparmışlar. xx xxxxxx 2018-ci il tarixdə saat 08:00 radələrində onlar yenə 36 baş iri buynuzlu mal-qaranı otlamaq üçün örüş sahəsinə buraxmışlar. Ancaq həmin gün hava çox dumanlı olduğu üçün onlar heyvanlara nəzarət edə bilməmişlər. Axşam saat 17 radələrində otlamaq üçün örüş sahəsinə gedən 36 baş iribuynuzlu mal-qaranın 21 başı arxaca gəlsə də 15 baş sağmal inək arxaca gəlməmişdir. Onlar buna görə orada olan Eldəniz və Zabilə 15 baş heyvanın gəlmədiyini dedikdə sonuncular atla həmin heyvanları axtarmağa getmişlər. Eldəniz və Zabil arxaca qayıtdıqda yaxınlıqda olan bütün arxacları gəzdiklərini, onların yaylaq sahəsi Ermənistan Respublikası ilə həmsərhəd olduğu üçün orada hərbiçilər yerləşən postlardan maraqlandıqlarını, ancaq tapa bilmədiklərini demişlər. Həmçinin Eldənizgil heyvanların çox onların arxacın yaxınlığında yerləşən Cəfər Yahyayevin arxacına getdiyi üçün həmin arxaca baxdıqlarını, amma heyvanları tapa bilmədiklərini bildirmişlər. xx xxxxxx 2018-ci il tarixdə “Xatun” adlanan yaylaq sahəsindən cəmi 15 baş iri buynuzlu mal-qaradan 5 başı ona, 5 başı Zərərçəkmiş şəxs2, 2 başı Zərərçəkmiş şəxs1, 3 başı isə Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə “Xatun” adlanan yaylaqdan oğurlanmış 5 baş iribuynuzlu heyvanlarını dərhal aşağıda sadaladığı əlamətlərinə görə tanıya bilər. Ona məxsus heyvanlardan 1) bir baş 5 yaşı olan sağmal, boz rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan, dəyər qiyməti 1800 manat olan inək; 2) bir baş 3 yaşı olan sağmal, qaramtıl rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan, dəyər qiyməti 2000 manat olan inək; 3) bir baş 2 yaşı olan sağmal, qırmızı rəngli, yerli cins, orta köklükdə, diri çəkisi təxminən 350 kiloqram olan, dəyər qiyməti 1800 manat olan inək; 4) bir baş 2 yaşı olan, boğaz, qara rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan, dəyər qiyməti 1800 manat olan inək; 5) bir baş 1 yaşı olan, qaramtıl rəngli, yerli cins, orta köklükdə, diri çəkisi təxminən 180 kiloqram olan, dəyər qiyməti 1200 manat olan düyə olmuşdur. Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, arvadı Şahid22, oğlanları Şahid11, Quliyev Ruslan ilə birlikdə Gədəbəy rayonu Əlinağılar kəndində yaşayır və fermer təsərrüfatı ilə məşğul olmaqla xırdabuynuzlu davarlar və iribuynuzlu heyvanlar saxlayır. Qış aylarında heyvanlarını “Ceyrançöl” qışlağına, yay aylarında isə həmişə olduğu kimi 2018-ci ilin may ayında Gədəbəy rayonu “Qoca dağ” adlanan yaylaq sahəsinə aparıb saxlamışdır. 2018-ci ilin avqust ayının əvvəllərindən Gədəbəy rayonu Dəyəqarabulaq kənd sakini Zərərçəkmiş şəxs5, sonuncunun arvadı X1 və 2018-ci ilin iyul ayının 6-dan isə Gədəbəy rayonun Plankənd kənd sakini Şahid18 Ülfət oğlu onun heyvanlarına razılaşdırılmış haqq müqabilində çobanlıq etmişlər. Yaylaqda öz şəxsi 820 baş xırdabuynuzlu davarlar və 75 baş iribuynuzlu və Sərdarın isə 5 baş iribuynuzlu heyvanlarını saxlamışlar. xx xxxxxxxx 2018-ci il tarixdə təxminən saat 07 radələrində xırda və iribuynuzlu heyvanlarını binədən yaylağın otlaq sahəsinə buraxmışlar. Ancaq iribuynuzlu heyvanları örüşə buraxdıqdan sonra Araz ilə o, qoyunlarını örüş sahəsinə aparıb otarmışlar. Nahar vaxtından sonra yaylaqda duman əmələ gələrək yavaş-yavaş ətrafın görünməsi çətinləşmiş və axşam üstü ətrafı duman tam bürümüşdür. xx xxxxxxxx 2018-ci il tarixdə saat 07 radələrində o, Sərdar və Arazla iribuynuzlu heyvanlarını yeniden sayanda görmüşdür ki, onun heyvanlarından 7 baş, Sərdarın heyvanlarından isə 2 baş iribuynuzlu müxtəlif yaşda, çəkidə, rəngdə olan heyvanlar yoxdur. Onlar heyvanları axtarmışlar, lakin tapmamışlar. Oğlu Şahid11 xx xxxxxxxx 2018-ci il tarixdə cəmi 9 baş iribuynuzlu heyvanlarının yaylaq sahəsindən itməsi barədə Gədəbəy rayon Polis şöbəsinə ərizə vermişdir. Heyvanlarını axtara-axtara tapa bilmədikdə heyvanların oğurlanmasına əmin olmuşdur. Ona vurulmuş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə verdi və ifadəsində ondan oğurlanmış iribuynuzlu 2 baş heyvanın bir baş 7 aylıq boğaz, qara rəngli, iri şeşə buynuzlu sağmal olmayan, yerli cinsli, diri çəkisi təxminən 380 kiloqram olan, 6 yaşlı, qabaq sağ qolunun yanında bir dəstə ağ rəngli tükləri olan, dəyər qiyməti 1500 manat olan ana inəkdən və bir baş boz rəngli, yerli cins, diri çəkisi 360 kiloqram olan, dəyər qiyməti 1600 manat olan erkək danadan ibarət olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini bildirdi. Şahidlər Şahid22, Şahid11, Şahid18 və X1 məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ifadələrinə uyğun ifadə verdilər. Zərərçəkmiş şəxs10 İsfəndiyar oğlu ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Düzyurd kəndində yaşayır və heyvandarlıqla məşğul olur. Düzyurd kəndində yaşayan Zərərçəkmiş şəxs7 onun qardaşıdır. Zərərçəkmiş şəxs8 isə bacısı Simuzərin əridir. O, yay mövsümü ilə əlaqədar 2019-cu ilin may ayında öz şəxsi 10 baş iribuynuzlu heyvanları saxlamaq üçün yaşadığı Gədəbəy rayonu “Çayqarışan” adlanan yaylaq sahəsinə aparmışdır. Ondan başqa həmin yaylağa qardaşı Zərərçəkmiş şəxs7 35 baş iribuynuzlu və bacısının əri Zərərçəkmiş şəxs8 öz şəxsi 10 baş iribuynuzlu mal-qara aparıb yaylaqda bır-birilərinə yaxın binə qurub saxlamış və heyvanları bir yerdə qarışıq örüş sahəsində otlamışlar. Hər gün örüş sahəsinə hayladıqları heyvanlar “Qara arxac” adlanan örüş sahəsinə sahəsində otlamışlar və axşam üstü heyvanların özləri qayıdaraq binələrinin qarşısına toplaşmışlar. xx xxxxxx 2019-cu il tarixdə o, Şöhrət və Kazım heyvanları sahibsiz yaylaqda saxlayaraq özləri yaşadıqları Gədəbəy rayonu, Düzyurd kəndinə gəlmiş və hazırlıq görərək xx xxxxxx 2019-cu il tarixdə Kazımın qızının toy məclisini yekunlaşdırıb xx xxxxxx 2019-cu il tarixdə qayıdıb yaylağa heyvanlarının yanına gedəndə görmüşlər ki, heyvanların bir neçə başı yoxdur. Hər biri öz iribuynuzlu heyvanlarını sayıb müəyyən etmişlər ki, onun 3 baş iribuynuzlu heyvanı, Binnətin 13 baş iribuynuzlu heyvanı və Kazımın isə 2 baş iribuynuzlu heyvanları yoxdur. Yaylaq sahəsini axtarsalar da heyvanları tapa bilməmişlər və xx xxxxxx 2019-cu il tarixdə axşam üstü heyvanlar itmələri və itmiş heyvanlarının tapılmasına köməklik göstərilməsi üçün Gədəbəy rayon Polis şöbəsinə rəsmi müraciət etmişlər. Son günlərdə eşidib bilmişdir ki, 2019-cu ilin avqust ayında yaylaq sahəsindən itmiş hesab etdikləri ona, Binnətə və Kazıma məxsus olan iribuynuzlu heyvanlar Gədəbəy rayonu, Miskinli kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış və oğurladığı heyvanlardan bir başını Gədəbəy rayon bazarında, 17 başını isə avtomaşınla Beyləqan rayonuna apararaq orada satmışdır. 2019- cu ilin avqust ayında “Çayqarışan” adlanan yaylağın “Qara arxac” adlanan örüş sahəsindən oğurlanmış 3 baş iribuynuzlu heyvanlarını görsə dərhal aşağıda göstərdiyi əlamətlərə görə tanıya bilər. 1) Bir baş 3 yaşı olan, sağmal olmayan, qara rəngli, orta buynuzlu, yerli cinsli, orta köklükdə, diri çəkisi təxminən 300 kiloqram olan, dəyər qiyməti 1200 manata ana inək; 2) bir baş qara rəngli, yerli cins, buynuzlu, 4 yaşı olan, orta köklükdə, diri çəkisi 280 kiloqram olan, sağmal, dəyər qiyməti 1000 manat olan ana inək; 3) bir baş qara rəngli, xırda buynuzlu, yerli cins, orta köklükdə, diri çəkisi 250 kiloqram olan, 1 yaş 6 aylıq, dəyər qiyməti 1200 manat olan cöngə (erkək dana) olmaqla onun cəmi dəyər qiymətləri 3.400 (üç min dörd yüz) manat olan 3 baş iribuynuzlu heyvanları oğurlanmışdır. O, həmçinin bildirdi ki, ibtidai istintaqın gedişində bir baş iribuynuzlu heyvan ona qaytarılmış, qalan ziyan isə ödənilməmişdir. Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 zərər çəkmiş şəxs Ş.İ.İskəndərovun ifadəsinə uyğun ifadələr verdilər. Həmçinin B.İ.İskəndərov ifadəsində ondan oğurlanmış 13 baş iribuynuzlu heyvanların bir baş 4 yaşda, sağmal, qara rəngli, orta uzunluqlu buynuzlu, yerli cinsli, orta köklükdə, diri çəkisi təxminən 280 kiloqram olan, dəyər qiyməti 1000 manat olan inəkdən, bir baş sarımtıl ala rəngli, yerli cins, iri şeşə buynuzlu, 5 yaşı olan, orta köklükdə, diri çəkisi 300 kiloqram olan, sağmal, dəyər qiyməti 1200 manat olan ana inəkdən, bir baş qara rəngli, şeşə buynuzlu, yerli cins, orta köklükdə, diri çəkisi 250 kiloqram olan, 2 yaşlı, dəyər qiyməti 1000 manat olan düyədən, bir baş qara rəngli, şeşə buynuzları yana, yerli cins, orta köklükdə, diri çəkisi 250 kiloqram olan, 2 yaşlı, eləyər qiyməti 1000 manat olan düyədən, bir baş ağ rəngli, şeşə buynuzlu, yerli cinsli, orta köklükdə, diri çəkisi 280 kiloqram olan, 4 yaşı olan, sağmal dəyər qiyməti 1200 manat olan ana inəkdən, bir baş sarı-ala rəngli, şeşə buynuzlu, Rusiya cinsli, diri çəkisi 400 kiloqram olan, 3 yaşlı, orta köklükdə, dəyər qiyməti 2000 manat olan cöngədən (erkək dana), bir baş qara rəngli, buynuzları yan tərəfə, yerli cins, diri çəkisi 250 kiloqram olan, 2 yaşlı, orta köklükdə, dəyər qiyməti 1200 manat olan cöngədən (erkək dana), bir baş qara rəngli, şeşə buynuzlu, yerli cins, orta köklükdə, diri çəkisi 260 kiloqram olan, 2 yaşlı, dəyər qiyməti 1200 manat olan cöngədən (erkək dana), bir baş qara rəngli, buynuzlu, yerli cins, orta köklükdə, diri çəkisi 150 kiloqram olan, 1 yaşlı, dəyər qiyməti 800 manat olan erkək danadan, bir baş qara rəngli, buynuzlu, yerli cins, diri çəkisi 150 kiloqram olan, 1 yaşlı, orta köklükdə, dəyər qiyməti 800 manat olan erkək danadan, bir baş qaramtıl bel nahiyəsi qırmızımtıl rəngli, buynuzlu, yerli cins, orta köklükdə, diri çəkisi 140 kiloqram olan, 1 yaşlı, dəyər qiyməti 700 manat olan düyədən, bir baş ağ rəngli, buynuzlu, yerli cins, diri çəkisi 160 kiloqram olan, 1 yaşlı, orta köklükdə dəyər qiyməti 800 manat olan erkək danadan, bir baş boz rəngli, buynuzlu, yerli cins, diri çəkisi 130 kiloqram olan, 1 yaşlı, orta köklükdə, dəyər qiyməti 700 manat olan dişi danadan ibarət olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini, Zərərçəkmiş şəxs8 isə ifadəsində ondan oğurlanmış 2 baş iribuynuzlu heyvanların bir baş 6 yaşda, sağmal, boz rəngli, buynuzlu, buynuzlarından biri sınmış vəziyyətdə, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan, dəyər qiyməti 1500 manat olan ana inəkdən, bir baş bel nahiyyəsi bozumtul, qalan nahiyyələri isə qaramtıl rəngli, yerli cins, şeşə buynuzlu, 7 yaşı olan, əla köklükdə, diri çəkisi 420 kiloqram olan, sağmal, dəyər qiyməti 1600 manat olan ana inəkdən ibarət olduğunu və vurulmuş ziyanı ödəmədiyini bildirdi. Ona ibtidai istintaqın gedişində iki baş iribuynuzlu heyvan qaytarılmış, maddi ziyanın qalan hissəsi isə ödənilməmişdir. Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, arvadı Şahid6 ilə birlikdə Gədəbəy rayonu, Qalakənd kəndində yaşayır və heyvandarlıqla məşğul olur. xx xxxxxxxx 2019-cu il tarixdə saat 08 radələrində 4 baş iribuynuzlu heyvanlarını Gədəbəy rayonu, Qalakənd kəndində yaşadığı evdə təxminən 200 metr aralı məsafəyə meşə ərazisində olan örüş sahəsinə buraxmışdır. Həmin günü axşam üstü saat 18 radələrinə kimi heyvanlarını gözləmiş, lakin heyvanlarının örüşdən gəlmədiklərini görüb axtarmağa başlamış, lakin tapa bilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 09 radələrində digər dost tanışlar kimi rayonun Əlinağılar kənd sakini Şahid2 zəng edərək onun heyvanlarını görübgörmədiyini soruşmuş, Altay xx xxxxxxxx 2019-cu il tarixdə axşam üstü Miskinli kəndindən bir qədər aralı məsafədə yerləşən “Qoşakörpü” adlanan ərazidə olan “Seyid qızı” adlanan ziyarətgahdan UAZ markalı avtomobili ilə Əlinağılar kəndinə gələrkən “Daş körpü” adlanan yerdən Təqsirləndirilən şəxs1 4 baş iribuynuzlu heyvanları Gədəbəy rayonu Musayalı adlanan kənd istiqamətində apardığını gördüyünü demişdir. Ona görə də dərhal 102 xidmətinə zəng edib 4 baş iribuynuzlu heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Sonra Gədəbəy rayon Polis şöbəsi əməkdaşları dəqiqləşdirmişlər ki, onun heyvanlarını Təqsirləndirilən şəxs1 oğurlamış, Şəmkir rayonunda və Beyləqan rayonunda satmışdır. Ona görə də polis əməkdaşları tərəfindən onun iştirakı ilə oğurlanmış bir baş inəyi Şəmkir rayonundan aşkar edilərək gətirilib protokol əsasında saxlanması üçün ona təhvil verilmişdir. Bundan başqa da bir baş inəyi də Beyləqan rayonunda aşkar edilmiş, lakin inəyini 750 manat pul verərək bazardan aldıqlarını və onun pulu verilmədiyi üçün inəyini verməkdən imtina etmişlər. Ona ibtidai istintaqın gedişində bir baş iribuynuzlu heyvan qaytarılmış və 1050 manat pul ödənilmişdir. Maddi ziyanın qalan hissəsi isə ödənilməmişdir. Şahid6 məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsinə uyğun ifadə verdi. Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır və heyvandarlıqla məşğul olur. Bir neçə il olar özünə və qardaşlarına məxsus iribuynuzlu heyvanları “Xatun” adlanan yaylaq aparıb saxlamışlar. Həmin yaylaqda qardaşı Zabilə məxsus arxac olmaqla, digər qardaşı Rəşadla birlikdə bir arxacda iribuynuzlu heyvanlarını saxlamışlar. Ümumilikdə arxacda 36 baş iri buynuzlu mal-qara olmaqla xx.xx.2018-ci il tarixdə axşam saat 17- 18 radələrində hər gün otlamaq üçün örüş sahəsinə gedən iri buynuzlu mal-qaradan 15 baş heyvan arxaca gəlməmişdir. Ona görə də qardaşı Zabil ilə birlikdə atla həmin gəlməyən 17 baş iri buynuzlu mal-qaranı axtarmağa getmişlər. Zabil ilə birlikdə yaxınlıqda arxacı olan Cəfər adlı şəxsin iri buynuzlu mal-qara saxlanan hissəsindən bir az aralıda 3 baş düyəni tapmış və digər yerləri axtarmağa getmişlər. Bir qədər axtardıqdan sonra saat 22-23 radələrində geri qayıtmış və həmin 3 baş düyəni oradan Cəfər adlı şəxsin iri buynuzlu mal-qara saxlanan yerinə gətirib heyvanları orada heyvanların yanına qoyaraq öz arxaclarına gəlmiş və gəldikdən sonra arxacda olan qardaşı Zabil, həyat yoldaşı Aynurə və qardaşının həyat yoldaşı Şəhanə ilə söhbət edən zaman 3 baş düyəni tapdığını bildirmişdir. Bundan sonra gecə və hava dumanlı olduğu üçün yatmış, səhəri gün saat 05 radələrində qardaşları Zabil, Rəşad və xalası oğlu Xəyal ilə birlikdə yenidən heyvanları axtarmağa getdikdə o, həmin gün birinci olaraq Cəfər adlı şəxsin arxacına getmiş və Cəfərin arxacına gedəndə arxaca qoyduğu 3 baş düyədən qardaşı Rəşada məxsus olan 2 baş heyvan orada olsa da ancaq ona məxsus olan 1 baş düyənin olmadığını görüb digər heyvanları axtarmağa getmiş, ancaq heyvanları tapa bilməmişlər. Həmin 15 baş iri buynuzlu mal-qaradan 5 başı Zərərçəkmiş şəxs2, 2 başı Zərərçəkmiş şəxs1, 3 başı qardaşı Şahid5, 5 başı ona və həyat yoldaşı Zərərçəkmiş şəxs6 məxsus olmuşdur. Şahid4 məhkəmə iclasında Şahid3 ifadəsinə uyğun ifadə verdi. Şahid5 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. Hazırda rəsmi olaraq heç yerdə işləmir və öz maddi təminatını heyvandarlıqla məşğul olmaqla təmin edir. Təxminən 15 ildir ki, heyvandarlıqla məşğul olur və həmişə qardaşları Eldəniz və Zabil ilə birlikdə heyvanlarını “Xatun” adlanan yaylaq sahəsində saxlamışlar. Həmin yaylaqda onlarla bərabər ətrafda öz qohumlarına, digər şəxslərə də məxsus arxaclar var. Onlar qardaşı Eldəniz ilə birlikdə bir arxacda heyvanlarını saxlamışlar, digər qardaşı Zabilin isə özünə məxsus arxacı olmuşdur. Yaylağa gedərkən ailə üzvləri köməklik etmək üçün onlarla birlikdə yaylağa getmişlər. Onlar 2018-ci ilin iyun ayının 3-də cəmi 36 baş iri buynuzlu mal-qaranı “Xatun” adlanan yaylaq sahəsinə saxlamağa aparmışlar. Həmin iri buynuzlu mal-qaranı hər gün səhər saat 08:00 radələrində otlaması üçün arxacdan buraxmışlar və heyvanlar axşam saat 17 radələrində özləri arxaca qayıtmışlar və örüş sahəsi arxaca yaxın olduğu üçün heyvanlara arxacdan nəzarət etmişlər. xx xxxxxx 2018-ci il tarixdə onun kənddə işləri olduğu üçün yaylaqdan enib kəndə gəlmişdir. xx.xx.2018-ci il tarixdə təxminən 22 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs3 ona zəng edib, həmişə olduğu kimi saat 08:00 radələrində 36 baş iri buynuzlu mal-qaranı otlamaq üçün örüş sahəsinə buraxdıqlarını, ancaq axşam örüş sahəsinə gedən 36 baş iri buynuzlu mal-qaranın 21 başı arxaca gəlsə də, 15 baş sağmal inək arxaca gəlmədiyini və qardaşları Eldəniz və Zabilin atla heyvanları axtarmağa getdiklərini bildirmişdir. Həmin vaxt gecə olduğuna görə yaylağa gedə bilmədiyi üçün Şəhanəyə zəng edib heyvanların tapılıb-tapılmaması ilə maraqlandıqda Şəhanə demiş ki, Zabil və Eldəniz yaxınlıqda olan bütün arxacları gəzmişlər, onların yaylaq sahəsi Ermənistan Respublikası ilə həmsərhəd olduğu üçün orada hərbiçilərin olduqları postlardan maraqlanmışlar ancaq heyvanları tapa bilməmişlər və hava çox dumanlı olduğuna görə heyvanları axtarmağı dayandırmışlar. Buna görə də sabah tezdən dostu Xəqani və Şəhanənin bibisi oğlu Xəyal heyvanları axtarmaq üçün yaylağa getmişlər. Yaylağa çatanda qardaşları Eldəniz və Zabil də onlara qoşulmuşlar və onlar heyvanları axtarmaq üçün hər biri ayrı-ayrı istiqamətlərə gedib yaylağın ətraflarını, qonşu yaylaqları gəzsələr də 15 baş iribuynuzlu heyvanlardan heç birini tapa bilməmişlər. Onlar əvvəl düşünmüşlər ki, hava dumanlı-çiskinli olduğuna görə heyvanları arxaca gəlməmiş, lakin heyvanları axtarıb, gedə biləcəkləri bütün yerlərə baxıb tapa bilmədiklərinə görə həmin heyvanların oğurlandıqları onlara məlum olmuşdur. Buna görə də kənddə olan qaynanası Səmayə onlara məxsus 15 baş iri buynuzlu mal- qaranın oğurlanması barədə DİN 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmin vaxtdan heyvanlarının kim tərəfindən oğurlanması həm ona, həm də qardaşları Eldəniz və Zabilə maraqlı olmuş və indilərdə eşidib bilmiş ki, xx xxxxxx 2018-ci il tarixdə “Xatun” adlanan yaylaq sahəsindən onlara məxsus 15 baş iri buynuzlu mal-qaranı Gədəbəy rayonu Miskinli kənd sakini Təqsirləndirilən şəxs1 oğurlayıb aparıb başqa-başqa rayonlarda satmışdır. “Xatun” adlanan yaylaqdan 15 baş iri buynuzlu mal-qaradan 5 başı Zərərçəkmiş şəxs2, 2 başı Zərərçəkmiş şəxs1, 5 başı Zərərçəkmiş şəxs6, 3 başı isə ona və həyat yoldaşı Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Əlinağılar kəndində yaşayır və fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 qonşu Miskinli kənd sakini kimi tanıyır . xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 19:20 radələrində Miskinli kəndindən bir qədər aralı məsafədə yerləşən “Qoşa körpü” adlanan ərazidə olan “Seyid qızı” adlanan ziyarətgahdan UAZ markalı **-DU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Əlinağılar kəndinə gələrkən “Daş körpü” adlanan yerdən Təqsirləndirilən şəxs1 4 baş qara rəngli iribuynuzlu heyvanları Gədəbəy rayonu Musayalı adlanan kəndi istiqamətində apardığını görmüşdür. Həmin heyvanları Zərərçəkmiş şəxs9 heyvanlarına oxşatsa da, lakin Təqsirləndirilən şəxs1 heyvanları oğurlaması ağlına gəlmədiyi üçün əhəmiyyət verməmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında kəndlərinin mərkəzində olan zaman həmkəndlilərindən Zərərçəkmiş şəxs9 4 baş iribuynuzlu heyvanlarını örüş sahəsindən yoxa çıxdığını eşitmiş və elə həmin ərəfələrdə Firudin ona zəng edərək “bəlkə yaylaqda və ya örüş sahəsində olarkən onun heyvanlarını görüb- görməməsini soruşmuşdur. Firudin belə dediyinə görə o, bilmişdir ki, “Daş körpü” adlanan yerdən Təqsirləndirilən şəxs1 apardığı 4 baş iribuynuzlu heyvanlar Zərərçəkmiş şəxs9 axtardığı heyvanlardır. Bunun üçün o, Firudinə heyvanlarını Təqsirləndirilən şəxs1 apardığını gördüyünü demişdir. Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Etibarnamə əsasında atası X5 məxsus olan QAZ-3302 minik markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yük daşımaqla məşğul olur. Təxminən 2019-cu ilin sentyabr ayında səhər saatlarında avtomobili ilə qohumunu yola salmaq üçün Gədəbəy şəhərində yerləşən avtovağzala gəlmişdir. Həmin vaxt arıq bədən quruluşlu adını sonradan bildiyi Aslan adlı şəxs ona yaxınlaşıb 4 baş iribuynuzlu heyvanı olduğunu, heyvanları Beyləqan rayonuna aparmaq istədiyini, onun aparıb- aparmayacağını soruşduqda o, apara biləcəyini, yol haqqı isə 230 manat alacağını demişdir. Aslan onunla razılaşmışdır. Aslan heyvanların Gədəbəy rayonu Qaradağ kəndində olduğunu dediyi üçün avtomobilini idarə edərək sonuncu ilə birlikdə Qaradağ kəndindən 200 metr aralı məsafədə yerləşən adını bilmədiyi dağa getmişlər və orada 4 baş iribuynuzlu heyvanları Aslan onun avtomobilinə yığmışdır. O, Aslandan yol haqqı olan pulu istədikdə sonuncu and vermişdir ki, üstündə pulu yoxdur, arvadı Şəmkir rayonundadır, ondan pul alıb verəcəkdir. Onlar Şəmkir rayonunda yerləşən bazarın yanına kimi getmişlər və avtomobilini saxlayıb orada pulunu tələb etdikdə Aslan pul tapa bilmədiyini, heyvanları Gəncə şəhərinə aparıb satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. O, Aslan ilə razılaşmamış, təkid ilə pulunu tələb etmişdir. Həmin vaxt tanımadığı bir nəfər qadın ona zəng edib Aslanın arvadı olduğunu və heyvanları Beyləqan rayonuna kimi aparmağı xahiş edərək yol haqqı olan pulu verəcəyini bildirmişdir. O, Aslan ilə razılaşmamış və bildirmişdir ki, bura kimi gəlmiş onun yol haqqı olan 50 manat pulunu versin heyvanlarıda avtomobilindən düşürtsün. Həmin vaxt Aslan ondan başqa avtomobil tapana kimi gözləməyi xahiş etdiyi üçün o, gözləmiş, Aslan isə gedib haradansa qırmızı rəngli Qazel markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı maşın tapıb gətirmişdir və 4 baş iribuynuzlu heyvanları onun maşınından düşürüb həmin avtomobilə yığmışdır. Sonra Aslan həmin Qazelin sürücüsündən 50 manat pul alıb onun yol haqqını vermiş və o, evinə gəlmişdir. O, heyvanların oğurluq olduğunu bilməmiş, Aslan ona heyvanların oğurluq olduğunu deməmişdir. Təqsirləndirilən şəxs1 heyvanları onun avtomobili ilə apararkən ona apardığı heyvanların özünə məxsus olduğunu, Beyləqan rayonunda ailəsi ilə birlikdə çoban işlədiyinə görə də həmin heyvanları aparıb işlədiyi fermada baxacağını bildirmişdir. Şahid23 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonun Günəşli qəsəbəsində yaşayır və heyvan alqı-satqısı ilə məşğul olur. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 00:30 radələrində o, əmisi oğlu Səxavət ilə birlikdə Beyləqan rayonunda olan heyvan satılan bazara quzu satmaq üçün getmişlər. Onlar bazarın girişində sağ tərəfdə bir nəfər xanım və bir nəfər cavan oğlan, adını sonradan bildiyi Aslanın iribuynuzlu heyvan satdığını görüb onlara tərəf yaxınlaşmışdır. Həmin vaxt xanımın qarşısında ikisi inək, biri isə düyə 3 baş iribuynuzlu heyvan var idi. O, heyvanlara yaxınlaşan kimi düyə xoşuna gəldiyi üçün tez düyə onundur, o, almışdır deyib Aslandan düyənin qiymətini soruşduqda sonuncu ona son qiymətin 800 manat olduğunu bildirmişdir. Aslanın bazara qadın ilə gəlməsi onda şübhə yaratdığı üçün o, Aslandan heyvanların oğurluq olubolmamasını soruşduqda sonuncu ona Qəhrəmanlı kəndində Natiqin fermasında işlədiyini, heyvanın özünə məxsus olduğunu demişdir. O, Aslanın konkret ad çəkdiyini və Beyləqan rayonunda çoban işlədiyini dediyi üçün sonuncuya inanmışdır. Həmin vaxt Aslanın qarşısında olan bir baş yaşlı inəyi bir nəfər cavan oğlan, o, isə düyəni 750 manata almışlar. Həmin vaxt Aslanın şəklini də mobil telefonuna çəkmişdir. Sonra da Aslandan aldığı düyəyə baxmış və görmüş ki, almış olduğu düyə bir qarın doğmuşdur, düyə deyildir. O, həmin inəyi bazarda 800 manata tanımadığı müştəriyə satmışdır. xx xxxxxxx 2019-cu il tarixdə Gədəbəy RPŞ-dən ona zəng edərək heyvan alıb-satdığını soruşduqlarında Aslandan heyvan aldığını, sonrada aldığı heyvanı satdığını demişdir. Şahid17 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri Rövşən Axundov küçəsi, ev 24-də yaşayır və özünə məxsus QAZ-2410 minik markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yük daşımaqla məşğul olur. Dəqiq tarix yaddaşında qalmamış, səhv etmirsə 2019-cu ilin avqust ayında günorta saatlarında Beyləqan şəhərində körpünün yaxınlığında dayanıb müştəri gözləyən zaman adını sonradan bildiyi Aslan adlı şəxs ona yaxınlaşaraq bildirmiş ki, uşağı xəstədir, özünün heyvanı var, həmin heyvanı satmaq istəyir, qəssab tanışı olmasını dedikdə qəssablıq fəaliyyəti ilə məşğul olan Qara adlı şəxsə zəng vurmuş və bir nəfər tanışda satlıq dana olduğunu bildirmişdir. Qara da heyvanı qapısına gətirməsini və xoşuna gəlsə ala biləcəyini bildirdikdə Aslan ilə birlikdə ona məxsus avtomobil ilə “Görüş ” kafesindən bir az aralıya yolun kənarına gedərək Aslan dananların ikisini avtomobilin yük yığmaq üçün düzəltdiyi yerə mindirmiş və onlar Qaranın yaşadığı Beyləqan şəhərinə gəlmişlər. Qara heyvanlara baxmış və Aslanla qiymət edib almışdır. Ancaq Aslanın heyvanları neçəyə satmasından xəbəri olmamışdır. Sonra da Aslan onun 30 manat pulunu vermiş və istifadəsində olan 050- ***-**-** saylı mobil nömrəni götürmüşdür. Həmin gündən bir neçə gün sonra Aslan ona zəng edərək xahiş etmiş ki, heyvanlarından yenə satmaq istəyir, alan olsa sonuncuya məlumat versin. Bunun üçün də o, tanışı qəssab Novruza zəng edərək satlıq mal olduğunu dedikdə heyvan kök olsa ala biləcəyini bildirmişdir. Aslan da onu yenə də “Görüş” kafesinin yaxınlığına çağıraraq bir baş dananı avtomobilinə mindirmiş və onlar Novruzun yaşadığı Beyləqan şəhərinə getmişlər. Novruz bir baş danaya baxmış və dananı Aslandan 670 manata almışdır. Aslan da ona 30 manat verdikdən sonra çıxıb getmişdir. Həmin gündən bir neçə gün keçəndən sonra Aslan ona yenə də zəng edərək bir baş danasını da satmaq istədiyini bildirmiş və Novruza zəng etməyini xahiş etdiyi üçün o, Novruz ilə danışmış və razı olandan sonra Aslanın dediyi yerə, yəni Sarısu kəndinə fermanın yaxınlığına getmişdir. Həmin vaxt Aslan fermanın yaxınlığındakı köşk kimi olan yerdən bir baş dana gətirmiş və həmin dananı da avtomobilə mindirdikdən sonra Novruzun həyətinə aparmışlar. Novruz danaya baxmış və 550 manata dananı almışdır. Həmin vaxt Aslan yenə də ona 30 manat vermişdir. Həmin gündən sonra Aslan ona zəng etməmişdir. Bu yaxınlarda bilmiş ki, Aslanın onun avtomobili ilə aparıb satdığı danalar oğurluq olmuş və sonuncu polis işçiləri tərəfindən tutulmuşdur. Həmin heyvanların oğurluq olduğundan şübhələnməmişdir. Şahid9 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Pirbulaq kəndində yaşayır və təsərrüfatla məşğul olur. Gədəbəy rayonu Miskinli kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və heç bir münasibətləri və ya əlaqələri olmamışdır. Səhv etmirsə xx xxxxxxxx 2018-ci il tarixdə təxminən saat 16 radələrində öz şəxsi Qaz-33021 yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy şəhər avtovağzalında Hamlet adlı şəxsin mağazasının qarşısında olarkən Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq avtomaşının ona məxsus olması ilə maraqlandıqdan sonra ona təklif etmiş ki, yaylaqda saxladıqları heyvanlardan dörd başı itmiş, qalan heyvanları isə atası yığıb Şəmkir rayonuna saxlamağa aparmışdır. Həmin itmiş iribuynuzlu heyvanlarından dörd başı Şəmkirə aparmaq istəyir. Aslan adlı şəxs ilə yol haqqı 100 manat razılaşmışlar və avtomobili idarə etdirərək Gədəbəy rayonu Qalakənd kəndinin çıxacağında “Şəmkir” adlanan çayı keçib orada olan tövlənin yanında avtomobili saxladıb düşərək tövlənin yanında çöldə bağlı vəziyyətdə olan dörd baş iribuynuzlu heyvanı gətirib onun avtomobilinə mindirmiş və Şəmkir rayonuna aparmışlar. Şəmkir rayonuna apararkən yolda Aslan ona demiş ki, atası onunla şərt kəsmiş ki, itmiş heyvanları tapsan sənindir və aparıb satıb özünə avtomobil alarsan. İndi həmin heyvanları aparıb satacaq və özünə orta vəziyyətdə olan bir avtomobil alacaqdır. Hətta ona kimdə ucuz satdıq avtomobil olmasını soruşsa da bilmədiyini demişdir. Şəmkir rayonunda avtomobildən düşüb qəssablara yaxınlaşmış və qayıdıb gələrək heyvanları Gəncə şəhərinə bazara aparmağı ona təklif etdikdə əlavə 70 manat da verəcəyini deyəndə onunla razılaşmış və 170 manata heyvanları Gəncə şəhərinə mal-qara bazarına aparmış və bazarda Aslan dərhal alıcı taparaq səhv etmirsə hər birini, yoxsa hamısını 2700 manata satmışdır. Aslanın heyvan satması məsələsinə qarışmadığına və alıcı ilə öz aralarında hansı qiymətə razılaşmalarını bilməsə də 2300 manat sözünü eşitmişdir. Aslan dörd baş iribuynuzlu heyvanları avtomobildən düşürərək tanımadığı şəxsə satmış və ona məlum olmayan məbləğdə pulu alıb cibinə qoyaraq həmin puldan ona 170 manat yol haqqı vermişdir. Sonra Aslan ondan telefon nömrəsini götürmüş ki, əgər birdən lazım olsa yük aparmağa əlaqə saxlaya bilsin. Gəncə şəhərindən Aslan onun avtomobilində gələrək Şəmkir şəhərində avtomobildən düşmüş ki, evlərinə getsin. O, Aslan düşəndən sonra getmiş və bir daha Aslan ilə nə əlaqə saxlamamışlar, nədə sonuncu ilə görüşməmişlər. 2019-cu ilin səhv etmirəm noyabr ayında polis əməkdaşı ona təklif etmiş ki, Gədəbəy rayon Polis Şöbəsinə gəlməlidir. O, Gədəbəy rayon Polis Şöbəsinə gələndən sonra polis şöbəsində eşidib bilmiş ki, Təqsirləndirilən şəxs1 onun avtomobili ilə aparıb Gəncə şəhərində satdığı dörd baş iribuynuzlu heyvanlar oğurluq olmuşdur. Əgər heyvanların oğurluq olduğunu bilsəymiş heç aparmazmış və özü inzibati orqanlara məlumat verərmiş. Şahid10 ifadəsində göstərdi ki, ailə üzvləri ilə və valideynləri ilə birlikdə Gədəbəy şəhəri Heydər Əliyev prospekti, ev 21-də yaşayır. Hazırda rəsmi olaraq heç yerdə işləmir lakin, xx xxx 2019-cu il tarixdə etibarnamə əsasında aldığı “Mercedes Benz C200 CDİ minik” markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərdən taksi kimi fəaliyyət göstərir. Gədəbəy rayonu Miskinli kənd sakini Təqsirləndirilən şəxs1 ilə təxminən 10-11 il olar ki, təsadüfən Gədəbəy şəhərində tanış olmuş, həmin vaxtdan sonra aralarında münasibət yaranmış və görüşəndə bir-biri ilə səmimi görüşmüşlər. Əvvəllər hərdən Gədəbəy şəhərində Aslan ilə görüşəndə sonuncunun xahişi ilə hərdən avtomobili ilə Aslanı yaşadığı kəndə və yaxud başqa yerlərə aparıb taksi sürücüsü kimi yol pulu almışdır. Eyni zamanda dəfələrlə Aslanın özünü, ailəsini və qardaşı Ruslanı, atası mərhum Raili avtomobilində Şəmkir rayonuna və yaxud yaşadıqları Gədəbəy rayonu Miskinli kəndinə aparıb-gətirmişdir. 2019-cu ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs1 sifarişi ilə sonuncunun və həyat yoldaşı İlhaməni avtomobilində yol haqqı 110 manata Beyləqan rayonuna aparıb düşürüb gəlmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs1 taksi kimi sifarişi əsasında sonuncunu, həyat yoldaşı İlhaməni, azyaşlı uşağını, qardaşı Ruslanı və geyim, ərzaq məhsullarını yol haqqı 100 manata avtomobili ilə aparıb Beyləqan rayonuna düşürmüşdür. 2019-cu ilin avqust ayının ortalarında Gədəbəy rayonunda olarkən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək yol pulu olmadığı üçün Yevlax rayonunda qaldığını, gələ bilmədiyini və gedib Aslanı Gədəbəy rayonuna gətirməyini xahiş edərək yol haqqı 60 manat pul verəcəyini bildirdiyi üçün o, “Mercedes benz C200 CDİ minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Yevlax rayonu “Dairə” adlanan yerə gedərək avtomobilini saxlamışdır. Təqsirləndirilən şəxs1 yanında iki nəfər gənc oğlanlar gələrək onun avtomobilinə minmişlər. Həmin vaxtı Aslan yanında olan sonradan tanıdığı Ramin və Kənan adlı şəxsləri ona əsgərlik yoldaşları olması kimi təqdim edərək hər üçünü Miskinli kəndinə gətirməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 yanında Beyləqan rayon sakinləri Ramin və Kənan adlı şəxslər olmaqla hər üçünü gətirib Gədəbəy rayonu Miskinli kəndində düşürmüşdür. O, Aslangili Miskinli kəndində düşürərkən gecə təxminən saat 23 radələri olmuşdur. Aslan hələlik pulu olmadığını və 2-3 gün ərzində gətirib pulunu verəcəyini bildirmişdir. Aslanı və yanındakıları evlərinin yaxınlığında düşürəndən sonra qayıdıb evlərinə gəlmişdir. Bundan bir neçə gün sonra Aslan ona zəng edərək Beyləqan rayonunda olduğunu və gəlib sonuncunu götürərək Bakı şəhərinə birlikdə gedib Aslana avtomobil almasını xahiş etmiş və yol haqqı kimi ona 120 manat pul verəcəyini bildirmişdir. O, “Mercedes benz C200 CDİ minik” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Beyləqan rayonuna getmiş və oradan Təqsirləndirilən şəxs1ı və onun həyat yoldaşı İlhaməni avtomobilinə mindirib Bakı şəhərinə aparmışdır. Aslan yolda ona demiş ki, almaq istədiyi avtomobili internet vasitəsi ilə tapmış və Aslanı Bakı şəhərində yerləşən “Təvəkkül Universitet” nin yanına aparıb avtomobilə baxmışlar ki, 1997-ci il buraxılışlı “Niva” markalı avtomobildir və avtomobilin sahibi ilə Aslan öz aralarında danışıb razılaşaraq hazırda xatırlamadığı qiymətə avtomobili almış və avtomobilə əyləşib Aslangil notariat kontoruna sənədləşdirməyə gedərək İlhamənin adına etibarnamə alıb avtomobil ilə gəlmişlər. O, avtomobil ilə Aslanın avtomobilinin qabağı ilə Bakı şəhərinin çıxacağına kimi gəlib oradan Aslanı Gədəbəy rayonu istiqamətə yola saldıqdan sonra özü qayıdıb “Lökbatanın dairəsi” adlanan yerdən avtomobilinə sərnişin mindirib Gədəbəy rayonuna gəlmişdir. Yolda gələrkən tez-tez Aslan ilə telefon əlaqəsi saxlamış ki, necə gələ bilmişlər. Aslan həmin günü axşam üstü telefon əlaqəsi saxlayaraq Şəmkir rayonuna çatdığını bildirmişdir. Bundan bir neçə gün sonra yəni xx xxxxxx 2019-cu il tarixdə təxminən nahar vaxtı Təqsirləndirilən şəxs1 ona zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini və Şəmkir rayonunda xəstəxanada olduğunu bildirərək, Aslan ilə gedib Beyləqan rayonundan sonuncunun əşyalarını gətirməyi və orada qalmış inəyini satıb gəlməyi xahiş etdiyi üçün o, avtomobilini idarə edərək Şəmkir rayonuna getmiş, oradan da Aslanı və İlhaməni avtomobilinə mindirərək Beyləqan rayonuna aparmışdır. Aslan Beyləqan rayonunda kirayədə yaşadığı evin yaxınlığında bir baş inəyi satmış və bundan sonra Aslanı, İlhaməni və sonuncuların geyim əşyalarını avtomobilə yükləyib gətirərək Şəmkir rayonuna İlhamənin anasının həyətinə boşaldıb Gədəbəy rayonuna gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1ı görməmiş, nədə heç bir yerə getməmişlər. O, Aslanın heyvan oğurluğu ilə məşğul olmasını bilməmiş, nədə düşünməmiş ki, Aslan heyvan oğurlayar. Təqsirləndirilən şəxs1 ilə küçədə və yaxud onun avtomobilindən taksi kimi istifadə etdiyi vaxtlarda Aslandan harada olması, nə işlə məşğul olması barədə soruşanda sonuncu bəzən vaxtları Şəmkir rayonunda kökəltmə heyvanlarına çobanlıq etdiyini, son vaxtlar isə Beyləqan rayonunda çoban işlədiyini bildirmişdir. Aslan Beyləqan rayonunda kirayədə yaşadığı evdən bir qədər aralı məsafədə yaşayan tanımadığı şəxsə inək satarkən özü bildirmiş ki, yol-nəqliyyat hadisəsi törədərkən avtomobili sıradan çıxdığına görə avtomobilini təmir etdirmək üçün pulu olmadığına görə öz inəyini satdığını bildirmiş və elə inəyi satarkən öz inəyi adı ilə alıcı ilə danışdığının şahidi olmuşdur. Lakin hansı qiymətə inək satıldığını xatırlamamaşdır. Yevlax rayonundan Təqsirləndirilən şəxs1ı, Ramini və Kənanı gətirərkən avtomobilə minən kimi Aslan, Raminin və Kənanın əsgərlik yoldaşları olduğunu və sonuncuları Gədəbəy rayonuna gəzməyə apardığını demişdir. Bir qədər gəldikdən sonra yorğun olduqları üçün yuxuları gəldiklərinə görə Aslan, Ramin və Kənan yolda yatmışlar. Yolda nə Aslan, nə Ramin, nədə Kənan oğurluq barədə söhbət etməmişlər, nədə oğurluq etməyə gəldiklərini ona deməmişlər. 2019-cu ilin noyabr ayının əvvəllərində eşidib bilmiş ki, Təqsirləndirilən şəxs1 yaylaq sahəsindən dəfələrlə heyvan oğurladığına görə tutulmuşdur. O, Aslanın tutulma xəbərini eşidənə kimi sonuncunun hər hansı bir oğurluq etməsindən xəbəri olmamışdır. Əgər Aslanın oğurluqla məşğul olduğunu bilsəydi sonuncu il nə əlaqə saxlamazmış, nədə taksi kimi avtomobili ilə heç bir yerə aparmazmış. Təxminən 2013-cü ildən “Nokia", “Samsung” markalı və müxtəlif telefonlardan istifadə etmiş, lakin, telefonunun markasından asılı olmayaraq, həmin ildən hal hazıra kimi yalnız 050-869- 78-70 nömrədən istifadə edir. ***-***-**-** nömrə öz adına olmaqla, özü istifadə edir. Təqsirləndirilən şəxs1 harasa getmək lazım olanda taksi sürücüsü kimi ona zəng etdikdə o, gedib Aslanı götürərək getdiyi məkana düşürmüşdür. Birdə ona yol haqqı verməyə pulu olmayanda 2.-3 gün ərzində onun pulunu verəcəyini demişdir. Şahid7 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Miskinli kəndində yaşayır və Azərbaycan Respublikasının Gədəbəy rayonunda, Beyləqan rayonunda və Şəmkir rayonunda şəxsi fermalarda çobanlıqla və yaxud təsərrüfatla məşğul olur. Gədəbəy rayonu Miskinli kənd sakini Təqsirləndirilən şəxs1 onun qardaşı olmaqla münasibətləri yaxşıdır və ayrı-ayrı təsərrüfatlarda çalışırlar. Dəfələrlə qardaşı Aslana xəbərdarlıq etsə də, oğurluqla məşğul olma və çalış öz əməyinlə, zəhmətinlə çörək qazan ye, lakin bu dediklərinə əməl etməyərək bir neçə dəfə heyvan oğurladığına görə cinayət məsuliyyətinə cəlb edilmiş və hal-hazırda cəza çəkmə müəssisəsində cəza çəkir. 2019-cu ilin oktyabr ayında, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qardaşı Aslanı axtardıqlarını eşidib bildikdə sonuncu ilə telefon əlaqəsi saxlayaraq polis əməkdaşlarının Aslanı axtarmasının səbəbini soruşduqda bildirmiş ki, 2018-ci ildən başlayaraq Gədəbəy rayonun yaylaq sahələrindən ayrı-ayrı şəxslərin iribuynuzlu heyvanlarını oğurlayıb gətirərək Gədəbəy, Şəmkir, Beyləqan, Bərdə rayonlarının və Gəncə şəhər bazarlarında satdığı üçün hazırda törətmiş olduğu cinayət əməllərinin üstü açıldığına görə axtarırlar. Bundan sonra Gədəbəy rayon Polis Şöbəsində qardaşı Təqsirləndirilən şəxs1 ilə görüşüb söhbət edərkən bildirmiş ki, 2018-ci ilin avqust ayında Gədəbəy rayonu “Xətin" adlanan yaylaq sahəsindən rayonun Parakənd sakini Zərərçəkmiş şəxs2 və onun qonşularının cəmi 15 baş iribuynuzlu heyvanlarını oğurlayaraq aparıb Beyləqan rayonunda satmışdır. Bundan başqa 2018-ci ilin sentyabr ayında Gədəbəy rayonu “Qoca dağ” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 cəmi 9 baş iribuynuzlu heyvanlarını oğurlayaraq aparıb Gəncə və Beyləqan rayonlarında satmışdır. Bunlardan sonra Aslan 2019-cu ilin sentyabr ayında Beyləqan rayon sakinləri X13 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gələrək Gədəbəy rayonu Düzyurd kənd sakinləri Binnətə, Şöhrətə və Kazıma məxsus olan cəmi 18 baş iribuynuzlu heyvanları oğurlayaraq aparıb Beyləqan rayonunda satmışdır. Daha sonra sonuncu dəfə 2019-cu ilin sentyabr ayının axırlarında Gədəbəy rayonu Qalakənd kəndinin örüş sahəsindən Zərərçəkmiş şəxs9 məxsus 4 baş iribuynuzlu heyvanları oğurlayaraq aparıb bir başını Şəmkir rayonunda, qalmışım isə aparıb Beyləqan rayonunda satmışdır. 2019-cu ilin iyun ayının 6 da o, atası mərhum Tağıyev Rail və anası Tağıyeva Elminaz birlikdə Beyləqan rayonunda Natiq və Ənvər adlı şəxslərin meyvə bağlarında suçu işləmiş və atası 2019-cu ilin iyun ayının 25 də Gədəbəy rayonu Miskinli kəndinə gəlmiş və özünü intihar etmişdir. Bundan sonra o, anasını da götürüb evlərinə gəlmiş və atasını dəfn edəndən sonra Beyləqan rayonuna getməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Bərdə rayonun 32-lər kəndinə gedib təxminən bir ay Şəhriyar adlı şəxsin şəxsi mal-qara fermasında çoban işləmişdir. Lakin yıxılıb qolu sındığı üçün oradan da qayıdaraq evlərində təsərrüfatla məşğul olur. Qardaşı Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan oğurluq cinayətlərindən başqa hansı cinayətləri törətməsi bilməmişdir. İstifadəsində olan ***-***-**-** nömrəni öz adına almış, lakin, ***-***-**-** nömrəni X11 öz adına almış və ona verdiyi üçün o, istifadə edir. Təqsirləndirilən şəxs1 onun qardaşı olduğuna görə tez-tez birbiri ilə telefon əlaqəsi saxlamışlar. Aslan ilə o, heç bir vaxt oğurluqla əlaqədar olaraq danışmamış və Aslanın yuxarıda qeyd olunan şəxslərin heyvanlarını oğurlamasını o, Gədəbəy rayon Polis Şöbəsində Aslandan və başqalarından eşidib bilmişdir. Şahid X14 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, M.Hüseynov küçəsi, ev 24-də yaşayır. Beyləqan şəhərində qəssab dükanı işlədir, tanıdığı insanlar iribuynuzlu və xırdabuynuzlu heyvan gətirirlər, həmin heyvanları o, qəssabxanada kəsir və hər kiloqram ətin üzərinə 1 manat pul qoyub satır. Şahid26 onun tanışıdır, sonuncu da bazardan heyvan alıb onun qəssabxanasında kəsdirir və ona satır. Dəqiq tarix yaddaşında qalmasa da, səhv etmirsə 2019-cu ilin avqust ayında o, işlədiyi qəssabxanada olan zaman tanışı Novruz adlı şəxs işlətdiyi qəssabxanaya gəlmiş və özü ilə bir baş dana gətirmişdir. Həmin dananı o, qəssabxanada kəsdikdə səhv etmirsə 83 kiloqram ət vermiş və ətin bir kiloqramını o., 9 manata Novruzdan alaraq sonuncuya 747 manat pul vermişdir. Həmin gündən bir neçə gün sonra Novruz yenə də işlətdiyi qəssabxanaya bir baş dana gətirmiş və o, dananı kəsdikdə dana səhv etmirsə 60 kiloqram ət vermişdir. Kəsdiyi həmin danaya görə Novruza 540 manat pul vermişdir. O, Novruzdan aldığı heyvanların ətini satmış, ancaq heyvanların oğurluq olmasını və Novruzun kimdən almasını bilməmişdir. Sonradan eşidib bilmiş ki, Aslan adında şəxs heyvanları oğrulayıb Novruza satmışdır. Şahid24 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmı iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid24 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Türklər qəsəbəsində yaşayır və İmişli rayonun ərazisində Beyləqan rayonu ilə sərhəddə yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-də təsərrüfat müdiri vəzifəsində işləyir. X13 və Təqsirləndirilən şəxs3 da işlədiyi MMC-də nasosxanada işləyirlər. Təqsirləndirilən şəxs1 2019-cu ilin aprel ayından tanıyır. Belə ki, işlədiyi MMC-də çoban lazım olduğu üçün Aslanı tanımışdır. Həmin vaxt Aslan 600 manat borcu olduğuna görə ailəsi ilə birlikdə işləmək istədiyini bildirmiş, Aslanın dediklərinə inanmış və sonuncuya 600 manat pul vermişdir. Təxminən 3 gündən sonra Aslan, İlhamə və qardaşı Ruslan ilə birlikdə MMC-yə gəlmiş, Aslana MMC-nin iribuynuzlu heyvanlarını otarmağı bildirmişdir. Bir müddət sonra onlara məlum olmuşdur ki, Aslanın atası infarkt keçirib və dünyasını dəyişmişdir. Yası yola vermək üçün Aslan ondan heyvan istəmiş, lakin o 800 manat pul tapıb vermişdir .7 mərasimindən sonra o Aslandan yas mərasimi üçün verdiyi 800 manat pulu istədikdə Aslan pulu olmadığını deyərək ondan icazə almışdır ki, gedib Gəncədən pulu alıb gətirəcəkdir. O, isə Aslana icazə vermiş, ancaq iki gün keçməsinə baxmayaraq Aslan gəlməmişdir. Sovxoz 4-də yaşayan Taleh adlı həmkəndlisi ona zəng vurmuş və bildirmişdir ki, sizin çoban buralarda heyvan satır. O, Talehin dediyi yerə getmiş görmüşdür ki, Aslan piyada qabağında heyvan MMC-yə tərəf gəlir. O, Aslandan heyvanların kimə məxsus olduğunu soruşanda dayısının heyvanları olduğunu dediyi üçün sonuncudan dayısının nömrəsini istəmiş, Aslan ona mobil nömrə vermiş və o, zəng edəndə görmüşdür ki, Aslanın atasının nömrəsidir. Aslan ondan almış olduğu borcdan 500, ya da 600 manatını vermiş, qalan hissəsini də səhəri günü verəcəyini deyib gətirdiyi heyvanları fermanın yaxınlığına gətirərək ondan təhvil alıb otardığı heyvanları sayıb ona təhvil vermişdir. Səhəri gün Aslan ona olan borcunun qalığını da verdikdən sonra çağırdığı bir ədəd Qazel və biri də Qazeldən böyük avtomobilin birinə köçünü, digərinə isə heyvanları yığmış və çıxıb Şəmkir rayonuna gedəcəyini bildirmişdir. Aradan bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, Aslanın Beyləqan rayonuna gətirmiş olduğu heyvanlar oğurluq olmuşdur. Şahid25 Əsgər oğlu məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmı iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid25 Əsgər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Yeni yaşayış massivində yaşayır və özünə məxsus Mercedes BENZ yük markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yük daşımaqla məşğul olur. O, idarə etdiyi avtomobil ilə Beyləqan şəhərində bazarın qarşısında dayanıb müştəri gözləmişdir. Dəqiq tarix yaddaşında qalmamış, səhv etmirsə 2019-cu ilin avqust ayında bazarın qarşısında müştəri gözləyən zaman adını sonradan bildiyi Aslan ona yaxınlaşaraq İmişli rayonu ilə Beyləqan rayonun sərhədində yerləşən xxxxxxxxxxxxxxxx MMC-də müdiri Rəcəb müəllimin fermasında heyvanlarının olduğunu və həmin heyvanları Beyləqan rayonunun Aşıqlı kəndinə gətirmək istədiyini bildirmişdir. O, Aslandan 60 manat gediş haqqı alacağını bildirmişdir. Fermada Aslan, yanında olan qadın, Ənvər və çobanlar köməklik edib avtomobilə 13 baş iribuynuzlu heyvanı yığmışlar. Sonra da Aslan ona məxsus avtomobildə əyləşmiş və onlar Aşıqlı kəndinə gəlmişlər. O, heyvanları Aşıqlı kəndində Aslanın göstərdiyi evin qarşısında yolda olan təpə kimi yerin yanında boşaltmış və çıxıb getmişdir. O, heyvanların oğurluq olmasını bilməmişdir. Şahid14 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində yaşayır və fərdi əməklə məşğul olur. O, şəxsi Qazel markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ehtiyacı olub yük daşımaq istəyənlərin yüklərini daşıyaraq müştərilərə pullu xidmət göstərir və həmçinin heyvan alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin avqust ayının ortalarından sonra dəqiq tarixini xatırlamadığı gün o, yaşadığı kənddən bir qədər aralı məsafədə olarkən həmkəndlisi Razi adlı şəxs xatırlamadığı nömrədən onun 050-558- 47- 08 nömrəsinə zəng edərək bir nəfər müştərinin köçünü və ev əşyalarını Beyləqan rayonun Sarısu kəndindən 1-ci Aşıqlı kəndinə gətirmək lazım olduğunu bildirmişdir. O, Qazel markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Sarısu kəndinin girəcəyində görüşüb Razinin vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və bilmişdir ki, aparmalı olduğu köç əşyaları Aslana məxsusdur. Aslan ilə İlhamə onun avtomobilinə əyləşmişlər və Aslanın göstərməsi əsasında Beyləqan rayonu Sarısu kəndindən bir qədər aralı məsafədə yerləşən mal-qara saxlanılan yatağa getmiş və orada Aslanın ev əşyalarını onun avtomobilinə, fermadan isə heyvanlarını sürücüsünü tanımadığı və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı ATEKO markalı avtomobilə yığıb gətirərək 1-ci Aşıqlı kəndinə Məhəmməd adlı şəxsin həyətinə boşaltmışlar və yol haqqı olaraq Aslandan 40 manat alıb getmişdir. Aslanın köçünü gətirəndə ona heyvanları olduğunu və heyvanlarını satmaq istədiyini demişdir. O, elə həmin günü gecə saat 22 radələrində Qazel markalı avtomobili ilə Aslanın kirayəyə qalmaq üçün köçdüyü evə gələrək 3 (üç) baş ana inəklərin yanında 4-5 aylıq 3 (üç) baş buzovları olmaqla hər bir baş 1350 manata cəmi 4050 manata alıb evinə aparmışdır. Bundan bir gün sonra yenidən o, avtomobilini idarə edərək Aslanın qaldığı evin həyətinə gəlmiş, 2(iki) baş erkək dananın hər bir başını 700 (yeddi yüz) manata cəmi 1400 manata alıb avtomobilinə yığıb həyətinə aparmışdır. Bundan iki gün sonra yenə də Aslan ilə zəngləşib gələndə görmüşdür ki, Aslanın heyvanları qonşusu Şahid13 evinin həyətindədir. Şahid13 onun qohumudur. Ramizin evinin həyətində Aslana məxsus cəmi 4 baş iribuynuzlu mal-qara olmuşdur. Şahid13 heyvanların içərisindən bir baş iribuynuzlu düyəni 800 (səkkiz yüz) manata, o, isə Aslandan iki baş inəkləri və bir baş erkək dananı cəmi 1800 (min səkkiz yüz) manata alıb Qazel markalı avtomobilinə mindirib evinə gətirib düşürmüşdür və hal-hazırda iki baş inəkləri, bir baş dananı evinin həyətində saxlayır. Aslandan aldığı 8 baş iribuynuzlu heyvanlardan 3 başını yanında balaları olmaqla cəmi 6 baş heyvanı aparıb İmişli rayonunda bazarda tanımadığı şəxslərə, hazırda məbləğini xatırlamadığı qiymətə, bundan bir neçə gün sonra isə Aslandan aldığı 2 baş iribuynuzlu erkək danaları isə Beyləqan rayonunda bazarda tammadığı şəxslərə satmışdır. 2019-cu ilin oktyabr ayının əvvəllərində Beyləqan rayon Polis şöbəsinə onu dəvət etdikləri üçün gedəndə görmüşdür ki, Təqsirləndirilən şəxs1 da oradadır. Polis şöbəsində eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs1 Gədəbəy rayonundan iribuynuzlu heyvanlar oğurlayıb Beyləqan rayonuna gətirmiş və həmin oğurluq heyvandan cəmi 11 (on bir) baş onlardan 5 baş ana inəkləri, 2 baş dişi danaları və 4 baş erkək danaları ona 7250 (yeddi min iki yüz əlli) manata, bir baş düyəni isə 800 manata Ramizə satmışdır. Aslandan aldığı heyvanların oğurluq olduqlarını bilməmiş və həmin gündən sonra Aslanı görməmişdir. Şahid26 Əsgər oğlu məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmı iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid26 Əsgər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, Nizami küçəsi, ev 93-də yaşayır. O, Beyləqan rayonun heyvan satılan bazardan və tanıdığı insanlardan iribuynuzlu heyvan alır və həmin heyvanı gətirib qəssabxanalarda kəsdirib hər kiloqram ətin üzərinə 1 manat pul qoyub sataraq ailəsini saxlayır. Dəqiq tarix yaddaşında qalmamış, səhv etmirsə 2019- cu ilin avqust ayında o, yaşadığı evdə olan zaman əvvəllər tanıdığı Elşad adlı taksi sürücüsü ona zəng vurmuş və bir nəfər müştərisi olduğunu və satlıq iribuynuzlu heyvanı olduğunu, alıbalmadığını soruşmuşdur. O, heç bir problem olmadığını, heyvanı qapısına gətirməsini dedikdən bir qədər vaxt keçəndən sonra Elşad adını sonradan bildiyi Aslan adlı şəxs onun qapısına gəlmişdir. Elşadın avtomobilinin yük yerində olan danaya baxmış, həmin dana qara rəngli olmaqla, orta köklüdə olmuşdur. O, danaya baxmış və həmin dananı 670 manata alacağını bildirdikdə Aslan onunla razılaşmışdır. O, dananı 670 manata alaraq səhəri günü Beyləqan şəhərində qəssablıqla məşğul olan Şahin adlı şəxsin qəssabxanasına aparmış və dananı qəssabxanada kəsdikdə səhv etmirsə 83 kiloqram ət vermişdir. Ətin bir kiloqramını qəssaba 9 manata verib 747 manat pul əldə etmişdir. Həmin gündən bir neçə gün sonra Elşad yenidən ona zəng edərək Aslanın bir baş da danasının olduğunu və alıb-almadığını soruşduqda o, yenə gətirməsini demişdir. Bir qədər sonra Elşad Aslan ilə birlikdə onun qapısına gəlmişlər və dananı Aslandan 550 manata almışdır. O, yenə də həmin dananı Şahinin qəssabxanasına aparmış və orada dananı kəsdirdikdə, dananın 60 kiloqram əti olmuşdur. O, ətin bir kiloqramını qəssaba 9 manata verib cəmi 540 manat pul əldə etmişdir. Bundan sonra Aslandan o, heç vaxt dana almamış, ümumiyyətlə Aslan ona hər hansı bir satlıq heyvanının olduğunu bildirməmişdir. Aslan ona və Elşada həmin heyvanların özünə məxsus olduğunu, fermada çoban işlədiyini və uşağı xəstə olduğu üçün satmaq istədiyini bildirmişdir. Aslan heyvanları günün günorta saatlarında satdığına görə sonuncudan zərrə qədər də şübhələnməmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin sübutlar siyahısında qeyd edilmiş aşağıdakı şahidlərin ifadələri də məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid8ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, E.Hüseynov küçəsi, ev 99-da yaşayır və rəsmi olaraq heç bir yerdə işləməsə də etibarnamə əsasında X8 adına olan QAZ 33021 markalı, **-KN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yük daşıyaraq ailəsini dolandırır. 2019-cu ilin sentyabr ayında təxminən saat 15:10 radələrində istifadəsində olan ***-***-**-** nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda tanımadığı şəxs ona iribuynuzlu heyvanları olduğunu, həmin heyvanları Beyləqan rayonuna apardığı maşının nasaz olduğunu, onun gəlib heyvanları avtomobili ilə Beyləqan rayonuna apara biləcəyini soruşmuşdur. Həmçinin zəng edən şəxs pulu olmadığına görə heyvanları gətirdiyi avtomobilin sürücüsünün yol haqqını vermək üçün ondan 50 manat borc pul istəmiş və yol haqqı olan pulu verəndə borcunu qaytaracağını bildirmişdir. O, sifarişçiyə 50 manat borc pul verə biləcəyini, heyvanları Beyləqan rayonuna aparmaq üçün yol haqqı 200 manat pul alacağını demişdir. Onlar razılaşmışlar. Şəmkir rayonun Yeni Həyat massivində yerləşən inşaat mağazasının qarşısına gəlmiş, orada 4 baş heyvanı onun maşınına yükləmişlər. Aslana 50 manat pul vermiş, həmin pulu əvvəlki sürücüyə vermişdir. Aslan ona geri qayıdıb heyvanlardan birini satıb sonra Beyləqan rayonuna getmələrini bildirdiyinə görə o, avtomobilini döndərib yenidən Yeni Həyat massivinə gəlmişlər. Aslan orada heyvanlardan 1 baş düyəni qəssabxanası olan Vüqar adlı şəxsə satmış və sonra onlar Beyləqan rayonuna getmişlər. Beyləqan rayonunun girişinə çatanda Aslan ona “avtomobili burda saxla, şəhərə getməyə icazə vermirlər” demişdir. Aslanın sözünə inanıb 200-300 metr avtomobili idarə edib gələrək yolun kənarında torpaqlıq yerdə avtomobili saxlamış və Aslan 3 baş iri buynuzlu heyvanları avtomobilindən düşürmüş və onun yol haqqı olan 200 manat pulunu vermişdir. O, qayıdıb Şəmkir rayonuna gəlmişdir. Sonradan ona məlum olmuşdur ki,həmin heyvanlar oğurluq olmuşdur. Şahid13 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonun 1-ci Aşıqlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, şəxsi təsərrüfatla məşğul olub ailəsini saxlayır. Şahid14 onun həmkəndlisi olmaqla yanaşı, həm də uzaq qohumudur, münasibətləri normal olmuşdur. Mübarizin Qazel markalı avtomobili vardır, həmin avtomobil ilə yük daşımaqla məşğul olub ailəsini saxlayır. Təqsirləndirilən şəxs1 2019-cu ilin avqust ayından tanıyır, belə ki, dəqiq tarix yaddaşında qalmamışdır, səhv etmirsə 2019-cu ilin avqust ayının 20-si ərəfələrində olarmış, Aslan ailəsi ilə birlikdə yaşadıqları kəndə onların evin yaxınlığına kirayəyə köçmüşdür. Aslan həmin evdə arvadı səhv etmirsə İlhamə adlı xanım ilə və iki azyaşlı qız uşağı ilə birlikdə qalmışdır. Həmin vaxt Aslanın ağ rəngli, “Niva” markalı avtomobili olmuşdur. Aslan ona həmin avtomobili Bakı şəhərindən 5000 manata aldığını bildirmişdir. Dəqiq tarix yaddaşında qalmamış, o, yaşadığı evdə olan zaman qonşuda Aslangildə heyvan mələşməsi səsini eşitmiş, həmin günü anasıgilə gedəndən sonra Aslanın arvadı İlhamə onlara gəlmiş və arvadı Xalidəyə qonşuluğa təzə köçdüklərini, Şəmkir rayonundan olduqlarını, Beyləqan rayonunda fermada çoban işlədiklərini və kəndə köçdüklərini, həmin kənddən torpaq alıb ev tikdirmək istədiklərini bildirərək münasibət qurmuş, sonra da heyvanlarının ac olduğunu və həyətlərində olan ot kiplərindən onların heyvanına verməsini xahiş etmiş və arvadı Xalidədən 4 ot kipi alaraq əvəzində 10 manat da pul vermişdir. Arvadı Xalidə əvvəlcə pulu götürmək istəməmiş, lakin İlhamə israrla pulu verərək Aslan gələndə heyvanı bazara çıxarıb satana kimi onlardan ot kipi alacağını, eyni zamanda həyətlərində saxladığı heyvandan satmaq istədiklərini və yaxşı damazlıq heyvan olduğunu bildirmişdir. Həmin günü o, evə gələndə arvadı Xalidə bu barədə ona məlumat verdikdə Xalidə ilə məsləhət eləmiş ki, özünə məxsus olan erkək cinsli heyvanı satsın və qonşu Aslanda yaxşı damazlıq heyvan olarsa sonuncudan damazlıq heyvan alsın. Bunun üçün də o, Xalidə ilə birlikdə Aslangilə getdikdə sonuncunun evində öz ailə üzvləri olmuşdur. O, Aslan ilə söhbət edərək həyətdə tövləyə baxmış və görmüş ki, Aslanın 5 baş iribuynuzlu heyvanı vardır. Aslanın olduğu evin tövləsində biri qara rəngdə olmaqla təxminən 4 dəfə doğmuş, boğaz inək olmuş, biri təxminən 2 dəfə doğmuş qonur rəngdə orta köklükdə inək olmuş, biri 2 dəfə doğmuş qonur ala rəngdə düyə, biri təxminən 7 aylıq qara rəngdə dişi dana olmuş, biri isə qara rəngdə təxminən 2 yaşında düyə olmuşdur. O, Aslandan heyvanların qiymətini soruşduqda sonuncu ona qiymətləri deyəndə qara rəngli təxminən 2 yaşı olan düyəni 800 manata satmaq istədiyini dediyinə görə Aslana elə həmin heyvandan xoşu gəldiyini və pulu çatacağını bildirmişdir. Eyni zamanda Aslana bildirmiş ki, səhəri günü erkək danasını satıb heyvanın pulunu verəcəkdir. Aslan da ona heyvanı qapısına aparmağını, heç bir problem olmadığını, heyvanı satıb sonuncunun pulunu verməyini bildirmişdir. Həmin günün axşamı Aslan onların evini gəlmiş və bildirmiş ki, atası rəhmətə getmişdir, bunun üçün də Şəmkir rayonuna getməldir. Buna görə də heyvanlarını onun qapısında saxlamağını xahiş etdiyində o, Aslan ilə razılaşmış və sonuncu heyvanlarını onun həyətinə gətirmişdir. Həmin vaxt Aslan ona qonur ala rəngdə olan düyəni və qonur rəngdə olan inəyi bazara aparmağını, gecə saat 5 radələrində bazara gəlib özü satacağını bildirdikdə Aslan ilə razılaşmış və həm də fikirləşmiş ki, Aslanın atası rəhmətə getmişdir, yəqin ki, pula ehtiyacı vardır, insanlıq naminə köməklik etsin. Aslan əlaqə saxlamaq üçün ona öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin gecəni saat təxminən 04 radələrində bazara yük aparan Qazel markalı avtomobil çağırmış və öz həyətindən özünə məxsus bir baş erkək dananı və Aslanın dediyi iki baş iribuynuzlu heyvanı avtomobilə mindirib Beyləqan rayon Mal Bazarına getmişdir. O, bazarda Aslanı çox gözləmiş, lakin sonuncu gəlib çıxmadığı üçün istifadəsində olan ***-***-**-** mobil nömrəyə öz istifadəsində olan 051-883-98- 68 saylı mobil nömrədən zəng vurduqda Aslan telefona cavab verərək bazara gələ bilməyəcəyini, qonur ala rəngdə olan düyəni 1200 manata, o, biri inəyi isə 1000 manata satmağını xahiş etmişdir. O, isə düyə kök olduğu üçün bazarda həmin heyvanı 1300-1400 manata qiymətləndirmişdir. Ətrafda olan alıcılar isə 1200 manata qiymətləndirmişlər.O, Aslana yenə zəng vuraraq düyəni 1200 manata, o birisini isə 700 manata istədiklərini demiş, sonuncu birini 1200 manata satmağını, o, birisi inəyi isə geri qaytarmağını bildirmişdir. O, həmin düyəni 1200 manata tanımadığı şəxsə satmış, o, biri düyəni isə qaytarıb qapısına gətirmişdir. O, öz danasını isə bazarda 850 manata satdıqdan sonra evinə gəlmişdir. Yolda olan zaman Aslan ona zəng edərək xahiş etmiş ki, Beyləqan rayonuna axşam gələcəkdir, lakin sonuncuya təcili pul lazımdır, həmin 1200 manat pulu poçt vasitəsi ilə arvadı İlhamənin adına göndərsin. O, Aslanın dediyi ilə razılaşaraq Beyləqan rayon Mərkəzi Poçtuna gəlmiş və oradan İlhamənin adına 1200 manat pul göndərdikdən sonra evinə qayıtmışdır. O, evdə olan zaman Aslan ona zəng vurub bildirmiş ki, yol-nəqliyyat hadisəsi törətmişdir, ona görə də Beyləqan rayonuna gec gələcəkdir. Həmin gündən təxminən 3-4 gün keçəndən sonra Aslan arvadı İlhamə ilə birlikdə kirayə tutduqları evə Mercedes markalı, qara rəngli avtomobil ilə gəldiklərini görüb evinin həyətinə getmiş və Aslan və İlhamə yüngül olsa da yaralanmış vəziyyətdə olmuşlar. Mercedes markalı avtomobilin sürücüsü isə alçaqboy, orta köklükdə sarışın cavan oğlan idi. Aslan onunla və Mercedes markalı avtomobilin sürücüsü ilə birlikdə heyvana baxmaq üçün onların qapılarına getdikdə Aslan ondan ona satmış olduğu düyənin pulunu, yəni 800 manat pulu almışdır. Sonra da Aslan ona bildirmiş ki, Mübariz adlı şəxslə danışmışdır, həmin heyvanları Mübariz alacaqdır. Aradan təxminən 15 dəqiqə keçəndən sonra Mübariz özünə məxsus Qazel markalı avtomobil ilə oğlanları ilə birlikdə onların qapılarına gələrək heyvanlara baxandan sonra 3 baş iribuynuzlu heyvanı alası olmuş və heyvanları oğlanları ilə birlikdə Qazel markalı avtomobilinə mindirdikdən sonra çıxıb getmişlər. Həmin vaxt Aslan səhv etmirsə Mübarizdən 1600 ya da 1800 manat pul almışdır. Aradan 3 gün keçəndən sonra axşam saat 23 radələrində İlhamə bir nəfər cavan oğlan ilə birlikdə kirayədə qaldığı evə gələrək köçünü Qazel markalı avtomobilə oxşar avtomobilə yükləmiş və sonra da İlhamə onlara gedərək qonşuluq etdiklərinin, üzrxahlıq edərək hadisə başlarına gəldiyini, ona görə də Beyləqan rayonunda torpaq ala bilmədiklərini, Şəmkir rayonuna köçdüklərini və nə vaxtsa Şəmkir rayonuna gələndə qonaq kimi gəlmələrini xahiş etmişdir. İlhaməgil kirayədə qaldıqları evdən köçüb gedəndən təxminən bir həftə sonra evdə olan zaman qapılarına ağ rəngli Niva markalı avtomobil gəldikdə o, evdən bayıra çıxmış və danışıq zamanı məlum olmuş ki, həmin şəxslərdən biri Beyləqan rayon Polis Şöbəsinin əməkdaşıdır, iki nəfər isə heyvanı oğurlanmış şəxsdir. Həmin şəxslər heyvana baxmış və onlara məxsus olmadığını görmüşlər. O, başa düşmüş ki, Aslanın onlara satmış olduğu heyvan oğurluq olmuşdur. Aslan ona heyvanların özünə məxsus olduğunu bildirmişdir. O, heyvanların oğurluq olmasını bilməmiş və Aslan da ona bu barədə heç nə deməmişdir. Şahid12 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonun 2-ci Aşıqlı kəndində yaşayır və VAZ-21074 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. Dəqiq tarix yaddaşında qalmamış, səhv etmirsə 2019-cu ilin sentyabr ayının 27-də o, “Görüş” kafesinin qarşısında idarə etdiyi avtomobil ilə dayanıb müştəri gözləyən zaman təxminən saat 20 radələrində sonradan bildiyi Aslan adlı şəxs ona yaxınlaşmış və ondan heyvanların satışı olan bazarın işləyib-işləmədiyini soruşmuşdur. O, Aslana hələ tezdir, işləməz desə də, sonuncu ondan həmin bazara gedib baxmalarını xahiş etmişdir. O, nə məsələ olduğunu Aslandan soruşanda bazara satmaq üçün heyvan gətirdiyini bildirmişdir. O, Aslan ilə bazara getdikdə bazarda az sayda adam olduğunu görmüşlər. Həmin vaxt Aslan bazarı işlədən şəxsə heyvanı gətirib bazara bağlamağını demiş, lakin bazarda işləyən şəxslər razı olmamışlar. Bunun üçün də onlar geri qayıtmışlar və yolda gələrkən qazel markalı avtomobilin sürücüsü Aslana tez-tez zəng etdiyi üçün Aslandan şübhələnmiş və geri qayıdanda o, Qazel markalı avtomobilin seriya nömrəsini telefonuna yazmışdır. Həmin Qazelin seriya nömrəsi **-KN-*** olmuşdur. Aslan Qazel markalı avtomobilin sürücüsünə əlavə 20 manat verəcəyini, bir az gözləməyini demişdir. Aslan ondan sonuncunu Qəhrəmanlı kəndinə fermaya aparmasını xahiş etdikdə o, ora aparmağa 25 manat alacağını deyib razılaşdıqdan sonra Aslan ilə birlikdə fermaya getmişdir. Onlar yolda olan zaman Qazel markalı avtomobilin sürücüsü Aslana zəng vurub demiş ki, gəlirsən gəl, gəlmirsənsə heyvanı maşından boşaldır. Aslan da məcbur olub geri heyvanın olduğu yerə qayıdaraq qazel markalı avtomobilə əl işarəsi vermiş ki, avtomobili onların arxaları ilə bazara tərəf sürsün. Aslan bazarda Qazel markalı avtomobildən ikisi inək, biri isə düyə olmaqla cəmi 3 baş iribuynuzlu heyvan düşürmüşdür. Sonra Aslan ondan xahiş etmiş ki, Qəhrəmanlı kəndinə gedib arvadını götürüb bazara gəlsin. O, ümumilikdə Aslandan yol haqqı 60 manat alacağını dedikdə sonuncu ona 55 manat verəcəyini bildirmiş və fermaya getmişdir. Fermaya çatmış, orada Aslanın arvadını da avtomobilə mindirdikdən sonra bazara gəlmişdir. O, Aslandan pulunu almış və geriyə qayıtmaq istədikdə Aslan gecə “zəng etsəm məni gəlib götürüb fermaya apara bilərsənmi” dedikdə, o, heç bir problem olmadığını, zəng etməsini demişdir. Aradan təxminən bir saat keçdikdən sonra Aslan ona zəng edərək gəlib sonuncunu bazardan aparmağını dedikdə o, Aslana fermaya apara bilməyəcəyini, yalnız Beyləqan şəhərinə apara biləcəyini demişdir. Bazara gedib Aslangili götürüb Beyləqan şəhərinə gətirmiş və gecə işləyən taksi ilə Aslan fermaya, o, isə evinə getmişdir. Həmin hadisədən təxminən 5-6 gün sonra polis işçiləri ona zəng etmişlər və onunla görüşüb bu barədə izahatını almışlar. Aslan heyvanları onun yanında satmamışdır. Şahid16ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, Koroğlu küçəsi, ev 30-da yaşayır və Beyləqan rayonun Aşıqlı kəndində fermada çoban işləyir. O, çobanlıq edib aylıq aldığı pulu yığmış və öz şəxsi təsərrüfatına iribuynuzlu heyvan alıb saxlamaq fikri olduğu üçün xx xxxxxxxx 2019-cu il tarixdə həftənin beşinci günündən altıncı günə keçən gecə o, bazara getmişdir. O, bazara gedəndə cəmi 800 manat pulu olmuşdur. Bazarda satışa çıxarılan heyvanlara baxarkən Aslan adlı şəxs ilə qarşılaşmış və sonuncunun qarşısında 3 baş iribuynuzlu heyvan olduğunu görüb buynuzlu qara rəngdə olan yaşlı inəyin qiymətini soruşduqda Aslan ona həmin soruşduğu inəyi 850 manata satmaq istədiyini demişdir. O, Aslana 800 manat pulu olduğunu, inəyinə 750 manat pul verəcəyini dedikdə sonuncu onunla razılaşmışdır. Bu zaman Aslanın yanına bir nəfər xanım gəlmişdir. O, 750 manat pulu Aslana verdikdən sonra inəyin hər hansısa bir probleminin olub-olmadım soruşanda, Aslan ona inəyin boğaz olduğunu, dekabr ayında doğacağını və əgər dekabr ayında doğmazsa ***-***-**-** nömrəyə zəng etməyini demişdir. Aslandan şübhələndiyi üçün sonuncunun şəklini çəkmiş və Aslanın yanındakı qadının razı olub-olmadığını soruşduqda qadın razı olduğunu bildirmişdir. O, heyvanı alandan sonra Aslandan inəyi buraxmasını və onun sağlamlığına baxmaq istədiyini bildirdikdə Aslan inəyi buraxan kimi inək bazarda olan çayır otunu yediyini üçün sonuncudan inəyin niyə belə etdiyini soruşanda Aslan ona Qəhrəmanlı kəndində Natiqin fermasında işlədiyini, Natiqin inəklərə ot yem vermədiyini, inəyi satıb qoyun alacağını və inəyin ac olduğunu demişdir. Aslana inanmış və inəyi alıb evinə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə də axşam saatlarında Gədəbəy RPŞ- dən ona zəng edərək Aslandan almış olduğu inəyin oğurluq olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 almış olduğu bir baş inək hazırda həyətindədir və Təqsirləndirilən şəxs1 vermiş olduğu 750 manat ödənilsə o, həmin heyvanı könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Şahid20ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, S.Qarayevə küçəsi, ev 104-də yaşayır. Onun əsl adı Malik olmasına baxmayaraq bütün rayon sakinləri onu “Qara” ləqəbi ilə tanıyırlar. O, Beyləqan rayonu heyvan satılan bazardan və tanıdığı insanlardan iribuynuzlu heyvan alaraq gətirib Beyləqan şəhərindəki qəssabxanasında kəsib hər kiloqram ətin üzərinə 1 manat pul qoyub sataraq ailəsini saxlamışdır. Dəqiq tarix yaddaşında qalmasa da, səhv etmirsə 2019-cu ilin avqust ayında o, yaşadığı evdə olan zaman əvvəllər tanıdığı Elşad adlı taksi sürücüsü ona zəng edərək “rayonun Sarısu kəndindən 2 baş iribuynuzlu heyvan gətirirəm, alırsanmı deyə” soruşduqda o, Elşada “heyvanları qapıya gətirsin, baxım xoşum gəlsə alaram” demişdir. Aradan bir qədər keçəndən sonra Elşad adını sonradan bildiyi Aslan adlı şəxslə birlikdə onun qapısına gəlmişlər. O, Elşadın avtomobilinin yük yerində olan 2 baş danaya baxmış, həmin dananın biri göy rəngli, digəri isə sarı rəngli dana olmaqla, danlardan biri erkək, digəri isə dişi olmuşdur. Danaya baxmış və həmin danaları 1400 manata Aslandan alacağını dedikdə, sonuncu onunla razılaşmışdır. Aldığı dananın erkək olan dananı Beyləqan rayonunda bazarda 750 manata satmış, dişi olan dananı isə qəssabxanasında kəsmişdir. Bundan sonra Aslandan o, heç vaxt dana almamış, ümumiyyətlə Aslan ona hər hansı bir satlıq heyvanının olduğunu bildirməmişdir. Aslan ona və Elşada həmin heyvanların özünə məxsus olduğunu və uşağı xəstə olduğu üçün satmaq istədiyini dediyinə görə Aslanın ona satmış olduğu heyvanların oğurluq olmasından şübhələnməmişdir. Şahid29 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı, şəhəri, Ö.F.Nemanzadə küçəsi, mənzil 15, ev 88-də yaşayır. O, özünə məxsus BMC PRO 827 yük markalı, **-NN- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yük daşıyıb ailəsini saxlayır. Ailəsi ilə birlikdə Bakı şəhərində yaşasa da, Gədəbəy rayonu Qalakənd kəndində torpaq sahəsi olmaqla həmin torpaq sahəsində tikinti işləri aparmaq istədiyi üçün 2019-cu ilin iyul ayında ailəsi ilə birlikdə özünə məxsus BMC PRO 827 yük markalı, **-NN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gədəbəy rayonun Qalakənd kəndinə gəlmişlər. Bir neçə gün rayonda qalmaq fikrinə düşmüş və buna görə də avtomobilini Gədəbəy rayonunda mal bazarında saxlamış ki, rayonda qalan müddət ərzində müştəri olan zaman yük aparıb yanacaq pulu çıxarsın. Dəqiq tarix yaddaşında qalmasa da, səhv etmirsə avqust ayının ya 11, ya da ki, 18-si idi, həftənin bazar günü rayonda olan zaman səhər saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəldiyi zaman telefona cavab vermiş və həmin vaxt bir nəfər oğlan ondan avtomobilin boş olub-olmadığını soruşduqda o, avtomobilin boş olduğunu demişdir. Həmin vaxt ona zəng edən şəxs heyvanları olduğunu, həmin heyvanları Bərdə rayonuna bazarın yanına aparacaqlarını deyərkən zəng edən şəxsə bir az gec gələcəyini bildirmiş və zəng edən şəxs onunla razılaşmışdır. Təxminən 1,5 saatdan sonra o, rayonun yaşadığı Qala kəndindən özünə məxsus RANGE ROVER markalı avtomobilinə azyaşlı oğlunu da mindirmiş və Gədəbəy rayonuna mal bazarına gəlmişdir. Bazarında olan avtomobilinin yanına getdikdə bir nəfər qarayanız, arıq bədən quruluşlu 23-25 yaşlarında cavan oğlan ona yaxınlaşmışdır. O, heyvanın harada olduğunu soruşanda sifarişçi ona bildirmiş ki, heyvanlar bir az qabaqda çayın kənarındadır. Sifarişçidən şübhələndiyi üçün heyvanları nəyə görə Bərdəyə apardığını soruşanda ona bildirmiş ki, dağda ot quruyubdur, yağış da yağmır, özü çobandır heyvanı arana saxlamağa aparır. Elə dediyinə görə o, sifarişçiyə inanmışdır. O, heyvanları Bərdə rayonuna aparmaq üçün sifarişçidən 250 manat alacağını bildirdikdə həmin şəxs onunla razılaşmışdır. Sifariş verən oğlan bir nəfər də yanına çağırıb avtomobilə minmişlər və avtomobili idarə edib Kiçik Qaramurad kəndinə çayın kənarına getdiklərində heyvanın yanında bir nəfər şəxsin olduğunu görmüşdür. Onlar heyvanları avtomobilin ətrafına toplayan zaman bir nəfər sarıyanız oğlan gələrək köməklik etmişdir. Həmin heyvanlardan biri əyribuynuzlu qara rəngli qoca inək, ikisi erkək dana, biri balaca olmaqla buzov idi. Sonra da heyvanın yanında olan, ona sifariş verən və sifarişçinin yanında olan şəxs avtomobilə minmişlər. Sifariş verən şəxs avtomobili Qovlar yolu ilə sürməyini, Qovlardan pul alıb onun pulunu verəcəyini dediyinə görə o, avtomobili idarə edib Qovlar şəhərinə getmiş və Qovlar şəhərində işıqforu keçəndən sonra avtomobili saxlamışdır. Həmin vaxt ona sifariş verən və bir nəfər oğlan avtomobildən düşüb gedəndə o, həmin şəxslərdən mobil nömrə istədikdə sifariş verən oğlan ona yanındakı şəxsin yaddaşında qalmayan nömrəsini vermişdir. Aradan bir qədər keçdikdə həmin nömrəyə zəng edib həmin şəxsləri çağırmış ki, gəlin gedək burada dayanmağa qoymurlar. Bir qədər keçəndən sonra sifarişçi oğlan və yanındakı digər şəxs gəlmişlər və sifarişi verən oğlan ona 250 manat pul verdikdən sonra Bərdə rayonuna getmişlər. Bərdə rayonuna çatanda sifarişçi ondan, heyvanları Beyləqan rayonunda yerləşən fermaya aparmasını xahiş etdiyinə görə o, Beyləqan rayonuna getmək üçün əlavə olaraq 50 manat pul istədikdə sifarişçi onunla razılmamış və avtomobili Beyləqan-İmişli avtomobil yoluna sürmüşdür. O, avtomobili yolun kənarında saxlamış və avtomobildən heyvanları boşaltmışlar. Ona sifariş verən oğlan gedib müdirindən pul alıb gətirib onun pulunu verəcəyini deyib ora gəlmiş Volqa markalı avtomobilə minib getmişdir. O, bir müddət gözləmiş, lakin sifarişçi gəlmədiyi üçün fikirləşmiş ki, gözləməsin getsin. Bunun üçün də avtomobili işə salıb getmək istəyəndə həmin ona sifariş verən oğlan gələrək avtomobildə qalan paltarı götürmüş, həmdə onun 50 manat pulunu vermiş və o, sağollaşıb getmişdir. Aradan bir müddət keçəndən sonra ona polis şöbəsindən zəng edib bildirmişlər ki, avtomobilində apardığı heyvanlar oğurluq olmuşdur. Ancaq o, heyvanların oğurluq olmasını bilməmiş və əvvəl sifarişçidən şübhələnsə də, lakin sonra sifarişçi heyvanları dağdan gətirdiklərini, dağda ot quruduğunu, arana fermaya apardığını dediyinə görə şübhələnməmişdir. Şahid28ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Miskinli kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə hadisədən təxminən 8 ay bundan əvvəl Şəmkir şəhərinin 13-cü küçənin sonunda olan mağazanın qarşısında meyvə-tərəvəz satarkən alıcı kimi tanış olmuş və həmin vaxtdan sonra aralarında münasibət yaranmış, sonra Aslan ilə öz aralarında danışıb razılaşaraq təxminən 7 ay olar ki, ailə qurmuşlar. Ailə qurandan sonra Aslan öz razılığı ilə onu Beyləqan rayonu Sarısu kəndinə aparmış və orada fermer təsərrüfatı ilə məşğul olan Ənvərin 97 baş iribuynuzlu heyvanlarını öhdəsinə götürüb çobanlıq etmişlər. Çobanlıq etmək üçün Ənvər onlara hər bir ay üçün 500 manat pul və bir kisə un vermişdir. Beyləqan rayonunda çobanlıq edərkən Aslan bir neçə dəfə Gədəbəy rayonuna getmək adı ilə çıxmış və 2-3 gündən sonra qayıtmışdır. Aslan olmayan vaxtlarda heyvanları otarıb saxlamışdır. Aslanın Beyləqan rayonundan çıxdığı vaxtları xatırlamır. Təqsirləndirilən şəxs1 2019-cu ilin avqust ayında Beyləqan rayonundan çıxmış və bir neçə gündən sonra işlədikləri fermaya 17 baş iribuynuzlu heyvanlar gətirmişdir. Səhəri günü ferma sahibi Ənvər gəlib heyvanlara baxmış və kimin heyvanları olması ilə maraqlandıqda Aslan 17 baş heyvanlar dayısına məxsus olmaqla saxlaması üçün sonuncuya verdiyini bildirmişdir. Ənvər isə icazə verməmiş ki, aparsın dayısının heyvanlarını özünə qaytarsın, sonra gəlsin. Ona görə də Aslan çobanlıqdan çıxmış və sonradan tanıdığı Mübariz adlı sürücünün Qazel markalı avtomobilini gətirib evlərini əşyalarını yığmış, başqa bir maşında təşkil edərək malları yığıb Beyləqan rayonun 1-ci Aşıqlı kəndinə gəlib kirayədə yaşamaq üçün ev tapmış və əşyaları və heyvanları evin həyətinə boşaltmışlar. Kirayəyə köçdükləri günü Aslan Gədəbəy rayonundan oğurlayıb gətirdiyi 17 baş heyvanlardan 6 baş Mübarizə, bir baş isə qonşuları olan Ramiz adlı şəxsə satmışdır. Həmin günü gecə Mübariz qayıdıb gələrək əlavə 2 baş dana və bundan 2-3 gün sonra əlavə olaraq 3 baş heyvan alıb aparmışdır. Lakin, heyvanların hər bir başını Aslan neçə manata Mübariz və Ramiz ilə razılaşıb satmasını bilməmişdir. 17 baş heyvanları satıb qurtarandan sonra Beyləqan rayonundan köçüb gələrək Gədəbəy rayonun Miskinli kəndinə Aslanın ata evinə gəlib yaşamışlar. Həmin vaxtı Aslanın satmaq üçün Beyləqan rayonunda Şahid13 adlı şəxsə verdiyi bir baş iribuynuzlu heyvanı satıb pulunu onun adına Şəmkir rayon Poçtuna 1200 manat pul göndərmişdir. O, həmin pulu gedib poçtdan götürmüş və pulun üstündən təxminən 150 manat xərcləmişdir. Bundan təxminən 6-8 gün keçmiş Aslan telefon vasitəsi ilə Beyləqan rayonun Qəhrəmanlı kəndində çobanlıq etmək üçün Natiq adlı fermer təsərrüfatı tapmış və Aslan onu da özü ilə götürüb Qəhrəmanlı kəndinə aparmışdır. Aslan orada Natiq adlı şəxslə danışıb öz aralarında belə qənaətə gəlmişlər ki, hər bir ay üçün Aslana 400 manat əmək haqqı verəcəkdi. 2019-cu ilin sentyabr ayının 20-dən sonra Aslan Gədəbəy rayonuna getmiş və 2-gündən sonra Aslan ***-***-**-** nömrədən ona zəng edərək Beyləqan rayonun mal-qara bazarına onu çağırdığı üçün getmiş və bazara gedəndə görmüş ki, Aslanın qabağında 4 baş iribuynuzlu mal-qara vardır. Aslan ona həmin heyvanları satmağı təklif etdikdə soruşmuş ki, bu nə heyvanlardı. Həmin vaxtı Aslan bildirmiş ki, heyvanları Gədəbəy rayonundan oğurlayıb gətirmişdir. Aslan onun yanında 4 baş iribuynuzlu heyvanları dəqiq bilmədiyi qiymətlərə satandan sonra qayıdıb kirayədə yaşadıqları evə gəlmişlər. Bir neçə gündən sonra Aslanı Beyləqan rayon Polis Şöbəsindən çağıraraq Gədəbəy rayon Polis Şöbəsinə göndərmişlər ki, səni axtarırlar. Aslan Gədəbəy rayon Polis Şöbəsinə getmiş, lakin o, Beyləqan rayonunda qalmışdır. Bır gündən sonra o, Aslanın arxasınca Gədəbəy rayonuna gəlmiş və maraqlandıqda məlum olmuş ki, Aslanın dəfələrlə Gədəbəy rayonu yaylaqlarından oğurladığı iribuynuzlu heyvanlar polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Aslan özü ilə Beyləqan rayonundan onlarla fermada suçu işləyən Kənan və Ramin adlı şəxsləri 2019-cu ilin avqust ayında Gədəbəy rayonuna gətirərək yaylaqdan Şöhrət, Binnət və Kazım adlı şəxslərə məxsus 18 baş iribuynuzlu heyvanları oğurlayıb Leşkər kəndinə çayın yanına kimi gətirmişlər və həmin heyvanlardan bir başını Gədəbəy rayon bazarında satıb yol pulu edərək 17 baş heyvanları gətirib Beyləqan rayonunda Mübariz, Ramiz adlı şəxslərə və qeyrilərinə ucuz qiymətə satmışdır. Lakin həmin 17 baş heyvanları Aslan tək satmışdır. Aslan 2019-cu ilin sentyabr ayının 26 da Gədəbəy rayonu Arısu kəndinin örüş sahəsindən Zərərçəkmiş şəxs9 4 baş heyvanları oğurlayıb Qazel markalı avtomobil ilə Beyləqan rayonuna gətirmiş və orada bazara aparıb onun iştirakı ilə heyvanları satmışdır. Təqsirləndirilən şəxs1 yaylaqdan 11 baş quzu oğurladığına'' görə hazırda onun barəsində olan cinayət işi Gədəbəy rayon Məhkəməsində baxılmamış vəziyyətdədir. Bundan başqa Aslanın yalnız Gədəbəy rayonun yaylaq sahəsindən 2019-cu ilin avqust ayında 18 baş və 2019-cu ilin sentyabr ayında isə 4 baş heyvanlar oğurladığını bilmişdir. Bunlardan başqa eşidib bildiyinə görə Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə Gədəbəy rayonu ərazisində yerləşən “Xatın” adlanan yaylağın örüş-otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 2 baş iribuynuzlu heyvanları, Zərərçəkmiş şəxs2 məxsus 5 baş iribuynuzlu heyvanları, Zərərçəkmiş şəxs3 məxsus 3 baş iribuynuzlu heyvanları və Zərərçəkmiş şəxs6 məxsus 5 baş iribuynuzlu heyvanları oğurlamışdın xx xxxxxxxx 2018-ci il tarixdə yaylaqdan Zərərçəkmiş şəxs4 məxsus 7 baş iribuynuzlu və Zərərçəkmiş şəxs5 məxsus 2 baş iribuynuzlu heyvanları oğurlayaraq aparıb Gəncə, Bərdə, Beyləqan rayonlarında ona məlum olmayan şəxslərə satmışdır. Lakin Aslan sonuncu qeyd etdiyi heyvan oğurluqlarını onunla tanış olmamış və evlənməmişdən əvvəl törətdiyi üçün tam dəqiqliyi ilə bilməmişdir. Aslan ilə təxminən 2019-cu ilin aprel ayında evlənərək ailə qurmuşlar. Aslan onunla ailə quranda sonuncunun qoyunu, quzusu, iribuynuzlu heyvanı, avtomobili, torpağı, pulu, evi və hər hansı bir obyekti olmamışdır. Heyvanları Aslan oğurlayıb gətirdikdən sonra sonra o, bilmiş ki, sonuncunun gətirdiyi heyvanlar oğurluqdur. Lakin Aslanın oğurlayıb gətirdiyi heyvanların hamısını özü satmışdır. O, Aslanın gətirdiyi heyvanların oğurluq olduğunu bilsə də ancaq sonuncudan qorxduğu üçün polisə məlumat verməmişdir. Aslan başqabaşqa şəxslərə məxsus heyvanları oğurlayıb gətirərək bazarda və başqa yerlərdə satdığı heyvanların pulundan evlərinə bazarlıq və gündəlik tələbatlarına xərcləmiş və maşın almışdır. Aslan yalnız heyvanların pulundan ona cəmi 1200 (min iki yüz) manat pul vermişdir. Həmin puldan 150 ( yüz əlli ) manatım ehtiyaclarına xərcləmiş və qalmış 1050 (min əlli) manat pulu gətirib Polis Şöbəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini gizlətdiyinə görə əməlindən peşman olmuşdur. Şahid30 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, Vəli Xuluflu küçəsi, ev-108 də yaşayır və heyvan alıb qəssab kimi kəsib satmaqla məşğul olur. Gədəbəy rayonu Miskinli kənd sakini Təqsirləndirilən şəxs1 təxminən 2 il olar ki, ailəlikcə tanımış və heç bir ədavətləri, düşmənçilikləri olmamış və münasibətləri yaxşıdır. xx xxxxxxxx 2020-ci il tarixdə nahar vaxtından sonra o, yaşadığı Şəmkir rayonunda olarkən əmisi oğlu Şahid8 050- ***-**-** nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng edərək bildirmiş ki, tanışı Təqsirləndirilən şəxs1 heyvan satır. O, isə öyrənmiş ki, Şəmkir şəhərində yerləşən bazardan rayonu Yeni həyat kəndinə gedilən yolda dayanmışlar. O, avtomobilini idarə edərək gedəndə görmüş ki, Şahid8 idarə etdiyi şəxsi Qaz-33021 markalı 99-KN- 330 dövlət qeydiyyat nişanlı avtomobilində 4 baş iribuynuzlu heyvanlar vardır. Həmin heyvanlardan iki baş inək, iki baş isə böyük dişi danalar olmuşdur. Aslanı bir neçə il bundan əvvəl tanıdığına görə heyvanların kimə məxsus olmasını və satılma məqsədini soruşanda bildirmiş ki, ailəlikcə Beyləqan rayonunda fermada çoban işlədiklərinə görə öz heyvanlarımda fermaya aparır ki, orada saxlasın. Təqsirləndirilən şəxs1 ilə öz aralarında danalardan bir başını 680 (altı yüz səksən) manata razılaşmışlar. Sonra Şahid8 avtomaşını idarə edərək yaşadığı Şəmkir mərkəzi rayon xəstəxanasının yaxınlığına heyvanları Aslan ilə birlikdə gətirib onun aldığı bir baş qara-qırmızımtıl, balaca buynuzlu, dişi, təxminən bir illik dananı maşından düşürüb ona təhvil vermişlər və o, 680 manat pulu Aslana vermişdir. Araz maşını idarə idarə edərək Aslan ilə getmişlər. Aldığı bir baş dananı evinin həyətində tövlədə bir neçə gün saxlayandan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları yanlarında bir nəfər mülki vətəndaş olmaqla evlərinin həyətinə gəlmişlər və ondan Aslandan dana almağını soruşduqda aldığı dananı həmin şəxslərə təqdim etmişdir. Səhv etmirsə Firudin adlı şəxs danaya baxan kimi sonuncunun oğurlanmış danası olduğunu bildirdikdə o, könüllü dananı Firudinə vermiş ki, dananı damazlıq üçün almış, lakin bu oğurluq olduğuna görə ona nə dana, nədə dananın pulu lazım deyil. Bir baş dananı onun iştirakı ilə sənədləşdirib götürüb aparmışlar. Təqsirləndirilən şəxs1 bir baş dananı ona 680 manata satmış və bildirmiş ki, öz heyvanları olmaqla çoban işlədiyi Beyləqan rayonuna saxlamağa aparır. Lakin yol pulu olmadığına görə bir baş dananı satır. O, Aslanı tanıdığına və çobanlıq etdiyinə görə inanıb sonuncudan bir baş dana almışdır. Dananın oğurluq olmasını ona nə Aslan, nə də digər hər hansı şəxs deməmiş və o, bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxx 2018-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 özlərinə məxsus cəmi 15 baş iribuynuzlu heyvanları buraxdıqları örüş sahəsi Ermənistanla sərhədin qərb istiqamətində, Gədəbəy rayonu ərazisində yerləşən “Xatun” adlı yaylaqdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxxxx 2018-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məxsus cəmi 9 baş iribuynuzlu heyvanları buraxdıqları örüş sahəsi Ermənistanla sərhəddin qərb istiqamətində, Gədəbəy rayonu ərazisində yerləşən “Qocadağ” adlı yaylaqdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs9 özünə məxsus 4 baş iribuynuzlu heyvanları buraxdığı örüş sahəsi Gədəbəy rayonu, Qalakənd kəndi ərazisində yerləşir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 İsfəndiyər oğlu və Zərərçəkmiş şəxs8 özlərinə məxsus cəmi 18 baş iribuynuzlu heyvanları buraxdıqları örüş sahəsi Gədəbəy rayonu ərazisində yerləşən “Çayqarışan” adlı yaylaqdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxxx 2019-cu il tarixli baxış və götürmə istintaq hərəkəti aparılması haqqında protokoldan görünür ki, Şahid30 təqdim etdiyi 1 baş 2 yaşlı, qara rəngli, dişi düyəyə Zərərçəkmiş şəxs9 iştirakı ilə baxış keçirilərkən, sonuncu həmin heyvanın özünə məxsus olduğunu bildirmiş, Şahid30 könüllü olaraq təqdim etdiyi heyvan götürülməklə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs9 təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxx 2019-cu il tarixli baxış və götürmə istintaq hərəkəti aparılması haqqında protokoldan görünür ki, Şahid28 təqdim etdiyi 07 ədəd 100 manatlıq və 07 ədəd 50 manatlıq cəmi 1050 (min əlli) manat pul əskinasları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi götürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxx 2019-cu il tarixli baxış və götürmə istintaq hərəkəti aparılması haqqında protokoldan görünür ki, Şahid13 könüllü olaraq təqdim etdiyi 1 baş 2 yaşlı, qara rəngli, orta köklükdə olan düyəyə Zərərçəkmiş şəxs10 İsfəndiyar oğlunun iştirakı ilə baxış keçirilərkən, sonuncu həmin heyvanın özünə məxsus olduğunu bildirmiş, Şahid13 könüllü olaraq təqdim etdiyi həmin heyvan götürülməklə maddi sübut kimi tanınaraq saxlanılması məqsədilə sahibi Zərərçəkmiş şəxs10 İsfəndiyar oğluna qaytarılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxx 2019-cu il tarixli baxış və götürmə istintaq hərəkəti aparılması haqqında protokoldan görünür ki, Şahid14 təqdim etdiyi 3 baş iribuynuzlu heyvan və bir baş balaca buzova Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 iştirakları ilə baxış keçirilərkən, sonuncular həmin heyvanların özlərinə məxsus olduğunu bildirmişlər, Şahid14 könüllü olaraq təqdim etdiyi həmin heyvanlar götürülməklə maddi sübut kimi tanınaraq saxlanılması məqsədilə sahibləri Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 qaytarılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş xx xxxxxx 2020-ci il tarixli telefon danışıqlarına baxış istintaq hərəkəti aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, X7 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrələrin antena dairəsi 17-xx xxxxxx 2019-cu il tarixlərdə Gədəbəy rayonu Miskinli (Rüstəm Əliyev) kəndinin ərazisində qeydə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1.njistifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən X7 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrələr arasında qeyd olunan tarixlərdə qarşılıqlı və intensiv danışıqlar aparılmışdır.Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2019-cu il tarixdə saat 05:35 dəqiqədən başlayaraq iribuynuzlu heyvanları özünə məxsus “BMC PRO 827” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gədəbəy rayonundan Beyləqan rayonuna aparmış sürücü Şahid29 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyəzənglər edilməklə danışıqlar aparılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3179 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 məxsus - bir baş 2 yaşda, 5 aylıq boğaz, qara rəngli, yerli cinsli, orta köklükdə, diri çəkisi təxminən 220 kiloqram olan düyənin ət çıxarı 110 kq (220kq) 2), qiyməti təxminən 990,00 (9,Om x 110kq) manat, digər hissələri 20% əlavə etdikdə 1089,00 manat; bir baş qara rəngli, yerli cins, 10 yaşı olan, diri çəkisi 450 kiloqram olan sağmal, orta köklükdə ana inək 2227,50 manat; bir baş qara rəngli, holavar cinsli, diri çəkisi 300 kiloqram olan, 8 aylıq boğaz, 4 yaşlı, orta köklükdə, ana inək 1485,00 manat; bir baş qara rəngli, holavar cinsli, diri çəkisi 450 kiloqram olan, 8 yaşı olan, sağmal, orta köklükdə ana inək 2227,50 manat, Zərərçəkmiş şəxs7 məxsus - bir baş 4 yaşda, sağmal, yerli cins, orta köklükdə, diri çəkisi təxminən 280 kiloqram olan inəyin ət çıxarı 140 kq ( 280kq:2), qiyməti təxminən 1260,00 (9,Om x 140kq) manat, digər hissələri 10% əlavə etdikdə1386,00 manat; bir baş yerli cins, 5 yaşı olan, orta köklükdə, diri çəkisi 300 kiloqram olan, sağmal, ana inək 1485,00 manat; bir baş yerli cins, orta köklükdə, diri çəkisi 250 kiloqram olan, 2 yaşlı düyə 1237,50 manat; bir baş yerli cins, orta köklükdə, diri çəkisi 250 kiloqram olan, 2 yaşlı düyə 1237,50 manat; bir baş yerli cins, orta köklükdə, diri çəkisi 280 manat olan, 4 yaşı olan, sağmal, ana inək 1386,00 manat; bir baş Rusiya cinsli, diri çəkisi 400 kiloqram olan, 3 yaşlı, orta köklükdə cöngə (erkək dana) 2310,00 manat; bir baş yerli cins, diri çəkisi 250 kiloqram olan, 2 yaşlı, orta köklükdə cöngə (erkək dana) 1443,75 manat; bir baş yerli cins, orta köklükdə, diri çəkisi 260 kiloqram olan, 2 yaşlı cöngə (erkək dana) 1501,50 manat; bir baş yerli cins, orta köklükdə, diri çəkisi 150 kiloqram olan, 1 yaşlı erkək dana 866,25 manat; bir baş yerli cins, diri çəkisi 150 kiloqram olan, 1 yaşlı, orta köklükdə erkək dana 866,25 manat; bir baş yerli cins, orta köklükdə, diri çəkisi 140 kiloqram olan, 1 yaşlı düyə 693,00 manat; bir baş yerli cins,diri çəkisi 160 kiloqram olan, 1 yaşlı, orta köklükdə erkək dana 924,00 manat; bir baş yerli cins, diri çəkisi 130 kiloqram olan, 1 yaşlı, orta köklükdə dişi dana 643,00 manat, Zərərçəkmiş şəxs8 məxsus-bir baş 6 yaşda, sağmal, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan ana inək 1980,00 manat; bir baş yerli cins,7 yaşı olan, əla köklükdə, diri çəkisi təxminən 420 kiloqram olan, sağmal, ana inək 2079,00 manat, Zərərçəkmiş şəxs10 İsfəndiyar oğluna məxsus-bir baş 3 yaşda, sağmal olmayan, yerli cins, orta köklükdə, diri çəkisi təxminən 300 kiloqram olan ana inək 1485,00 manat; bir baş yerli cins, 4 yaşı olan, orta köklükdə, diri çəkisi təxminən 280 kiloqram olan, sağmal ana inək 1386,00 manat; bir baş yerli cins, orta köklükdə, diri çəkisi 250 kiloqram olan, 1 yaş 6 aylıq, cöngə (erkək dana) 1443,75 manat təşkil edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3180 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus -bir baş 7 yaşı olan sağmal, ağmtıl rəngli, buynuzunun biri kəsik, yerli cinsli, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan ana inəyin ət çıxarı 200 kq (400kq : 2), qiyməti təxminən 1800,00 (9,0 m x 200 kq) manat, digər hissələri 10% əlavə etdikdə 1980,00 manat; bir baş 6 yaşlı, İ qırmızımtıl rəngli, yerli cins, əla köklükdə, diri çəkisi 450 kiloqram olan sağmal dəyər qiyməti 2200 manat olan ana inək 2227,50 manat; Zərərçəkmiş şəxs2 məxsus - bir baş 7 yaşı olan sağmal, qara rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 480 kiloqram olan ana inək 2376,00 manat; bir baş 6 yaşlı, ağ rəngli, yerli cins, sağmal, əla köklükdə, diri çəkisi təxminən 460 kiloqram olan ana inək 2277,00 manat; bir baş 4 yaşı olan boğaz, qara rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 300 kiloqram olan ana inək 1485,00 manat; bir baş 3 yaşlı, qaramtıl rəngli, yerli cins, boğaz, əla köklükdə, diri çəkisi təxminən 300 kiloqram olan ana inək 1485,00 manat; bir baş 4 yaşlı, ağ rəngli, yerli cins, boğaz, əla köklükdə, diri çəkisi təxminən 350 kiloqram olan ana inək 1732,50 manat, Zərərçəkmiş şəxs3 məxsusbir baş 10 yaşı olan sağmal, sarı rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan ana inək 1980,00 manat; bir baş sarı rəngli, 3 yaşlı, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 320 kiloqram olan ana inək 1584,00 manat; bir baş boz rəngli, 2 yaşında, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 300 kiloqram olan, dəyər qiyməti 1600 manat olan boğaz düyə 1485,00 manat, Zərərçəkmiş şəxs6 məxsus-bir baş 5 yaşı olan sağmal, boz rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan ana inək 1980,00 manat; bir baş 3 yaşı olan, qaramtıl rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan ana inək 1980,00 manat; bir baş 2 yaşında, qırmızı rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 350 kiloqram olan inək 1732,50 manat; bir baş 2 yaşı olan, qara rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 400 kiloqram olan boğaz düyə 1980,00 manat; bir baş 1 yaşında, qaramtıl rəngli, yerli cins, əla köklükdə, diri çəkisi təxminən 180 kiloqram olan düyə 891,00 manat təşkil edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3181 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus - bir baş 5 aylıq boğaz, qara-qırmızımtıl rəngli, buynuzları yana şeşəbuynuz, sağmal, yerli cinsli, diri çəkisi təxminən 450 kiloqram olan ana inəyin ət çıxarı 225 kq (450kq : 2), qiyməti təxminən 2025,00 (9,0 m x 225 kq) manat, digər hissələri 10% əlavə etdikdə 2227,50 manat; bir baş qırmızı rəngli, sol qulağı haça formada kəsik, sağ qulağı düzünə kəsik olan, yerli cins, diri çəkisi 420 kiloqram olan sağmal ana inək 2079,00 manat; bir baş qara rəngli, şeşəbuynuzlu, sol qulağı haça formada kəsik, sağ qulağı düzünə kəsik olan, yerli cins, diri çəkisi 370 kiloqram olan sağmal 5 yaşlı ana inək 1831,50 manat; bir baş qara-qırmızımtıl rəngli, qarın nahiyəsinin alt hissəsi ağ rəngli, şeşəbuynuzlu, sol qulağı haça formada kəsik, sağ qulağı düzünə kəsik olan, yerli cins, diri çəkisi 470 kiloqram olan 7 aylıq boğaz, 4 yaşı olan düyə 2326,50 manat; bir baş ağ rəngli, buynuzsuz, sol qulağı haça formada kəsik, sağ qulağı düzünə kəsik olan, yerli cins, diri çəkisi 350 kiloqram olan, 5 aylıq boğaz, 3 yaşı olan düyə 1732,50 manat; bir baş qara rəngli, xırda buynuzlu, sol qulağı haça formada kəsik, sağ qulağı düzünə kəsik olan, yerli cins, diri çəkisi 340 kiloqram olan, 2 yaş 6 aylıq olan erkək dana 1963,50 manat; bir baş boz rəngli, başın alın nahiyəsinin qabaq tərəfi ağ rəngli, buynuzlu, sol qulağı haça formada kəsik, sağ qulağı düzünə kəsik olan, yerli cins, diri çəkisi 330 kiloqram olan, 2 yaş 6 aylıq olan erkək dana 1905,75 manat, Zərərçəkmiş şəxs5 məxsus bir baş 7 aylıq boğaz, qara rəngli, sağmal olmayan, yerli cins, diri çəkisi təxminən 380 kiloqram olan, 6 yaşlı ana inək 1881,00 manat; bir baş 2 yaşında, yerli cins, diri çəkisi 360 kiloqram olan, orta köklükdə erkək dana 2079,00 manat təşkil edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Əməliyyat və X2 tərtib edilmiş tələbnamədən görünür ki, X13 məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Əməliyyat və X2 tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası 68.1.1-1-ci maddəsinə əsasən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 3 ay 3 günü azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablamaqla 7 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamələrdən görünür ki, X13 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.4cü maddələrində, R.B.Hüseynlinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-ci maddələrində və K.M.Baxşəliyevin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri etirafları ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Ona görə də onlar ittiham olunduqları həmin maddələrlə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təyin ediləcək cəza və onun həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran və yüngülləşdirə hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək belə hesab edir ki, ona cinayət hadisəsi törədərkən qüvvədə olan cinayət qanununun normalarının sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ittiham verilmiş, həmin maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin cəza çəkdiyi vaxt islah olunmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 artıq bir dəfə CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin islah olunmamış və islah yoluna qədəm qoymamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayətləri törədərkən və ondan sonrakı davranışlarını, şəxsiyyətini və törətdikləri cinayətin törədilmə mexanizmlərini, üsul və vasitələrini nəzərə alaraq onu cəmiyyətdən tam təcrid etmədən cəzanın məqsədlərinə nail olunmasının qeyri mümkünlüyü qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ədalətli və qanunidir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə cinayət əməllərini Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə, və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1- 126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməli, cəzasının çəkilmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, eləcə də ilk dəfə az ağır cinayət törətmələrini, əməllərindən səmimi peşman olmalarını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs3 cəzalarını agırlaşdıran hallar yoxdur. Məhkəmə X10 və Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, eləcə də onların əməlində cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, onların törədilmiş cinayətlərdə iştirakları dərəcəsini nəzərə alıb belə hesab edir ki, onlara cəmiyyətdən tam təcrid etmədən islah etmək mümkündür, ona görə də cinayət hadisəsi törədərkən qüvvədə olan cinayət qanununun sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər X10 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2 və 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlar - bir baş iribuynuzlu heyvan və 1050 manat pul vəsaiti ona vurulmuş maddi ziyana hesablanmaqla Zərərçəkmiş şəxs9, bir baş iribuynuzlu heyvan Zərərçəkmiş şəxs10 İsfəndiyar oğlunun, bir baş iribuynuzlu heyvan və bir baş buzov Zərərçəkmiş şəxs8, 2 baş iribuynuzlu heyvan isə Zərərçəkmiş şəxs7 İlham oğlunun sahibliyində saxlanılmadır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 150 manat Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197-198, 344- 347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.1 və 66.5-ci maddələrinə əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Beyləqan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 7:00-dək Beyləqan rayonu, Şərq qəsəbəsində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X7 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X7 üzərinə Beyləqan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 7:00-dək Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X13 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə maddi sübutlar - bir baş iribuynuzlu heyvan və 1050 manat pul vəsaiti ona vurulmuş maddi ziyana hesablanmaqla Zərərçəkmiş şəxs9, bir baş iribuynuzlu heyvan Zərərçəkmiş şəxs10 İsfəndiyar oğlunun, bir baş iribuynuzlu heyvan və bir baş buzov Zərərçəkmiş şəxs8, 2 baş iribuynuzlu heyvan isə Zərərçəkmiş şəxs7 İlham oğlunun sahibliyində saxlansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci- 150 manat Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına, X10 və Təqsirləndirilən şəxs3 münasibətdə Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar