Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-35/2022 19.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü il tariхdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Rеspublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 26-da yaşayan, barəsində 26 aprel 2022-ci il tariхdən polisin nəzarəti altına vermə qətiмkan tədbiri sеçilмiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 iyul 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğu 30 mart 2022-ci il tariхdə Gədəbəy Rayоn Мərkəzi Хəstəхanası Publik Hüquqi Şəхsin inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə analiz verib 30 mart 2022-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranмalı, digər şəхslərlə minimum kоntaktda оlmalı, insanların sıх tоplaşdığı yеrlərə gеtməməli, хüsusi karantin rеjiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 04 aprel 2022-ci il tarixdə, təxminən, saat 11:40 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 26 ünvanında yaşadığı evdən çıxıb atası Şahid3 məxsus VAZ- 21214 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində yerləşən yancaq doldurma məntəqəsində getməklə еpidеmiya əlеyhinə, еləcə də, karantin rеjimlərini pоzaraq “CОVİD-19” хəstəliyinin yayılması üçün rеal təhlükə yaratdığına görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi əməklə məğuldur. Gədəbəy şəhəri,Səməd Vurğun küçəsi, ev 26-da ailə üzvüləri ilə birlikdə yaşayır. “Corona virus” daşıyıcısı olduğundan şübhələndiyi üçün 28 mart 2022-ci il tarixdə saat 09-10 radələrində Gədəbəy MRX-nın X8 müraciət etmişdir. Həmin tarixdə yaşadığı evə gələn həkimlər ondan yaxma üsulu ilə test götürmüşdürlər. 30 mart 2022-ci il tarixdə atası Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə onun COVİD-19 virusuna yoluxması ilə bağlı məlumat verilmiş və onun üçün ayrılmış dərman paketini götürməsini xahiş etmişlər. Həmiçinin atası Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobi nömrəyə İTS.GOV.AZ sistemindən onun COVİD-19 virusuna yoluxmağı ilə bağlı sms bildiriş gəlmişdir. X10 Gədəbəy MRX-nın Poliklinka şöbəsində ona verilməli olan dərman paketini götürüb yaşadığı evə gətirmişdir. Həmin dərmanlar COVİD-19 əleyhinə dərmanlar olmuşdur. Həmin dərmanlardan bir necə gün istifadə etmişdir. 04 aprel 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən atası Şahid3 məxsus VAZ-21214 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy şəhərinin mərkəzində yerləşən aptekə getmək istəmişdir. Buna görə də əmisi oğlu Şahid1 Zülfüqar oğlundan onun ilə getməsini xahiş etmiş və birlikdə Gədəbəy şəhərinin mərkəzinə doğru hərəkət etmişdirlər. Avtomobilin yanacağı az olduğu üçün aptekə dönmədən birbaşa Gədəbəy rayonu, Arıxdam kəndi ərazində yerləşən yanacaqdoldurma məntəqəsinə getmişlər. Yanacaq doldurduqdan sonra geri yaşadığı evə qayıdan zaman Gədəbəy rayonu, Arıxdam kənd qəbirstanlığının yanında DYP Bölməsinin əməkdaşı avtomobili saxlamışdır. Ötmə yol hərəkət qaydasını pozduğunu bildirib sənədləri tələb etdikdə, sənədlərini təqdim etmiş və onun atasının adına olan avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olmuşdur. Avtomobili Gədəbəy RPŞ-nin müvəqqəti duracağına gətirmişlər. Polis əməkdaşına aktiv Covid-19 virus daşıyıcısı olduğunu demişdir. Gədəbəy RPŞ-nin həyətində olan polis əməkdaşları Gədəbəy MRX-a məlumat vermiş və oraya X11 avtomobili gəlib onu yaşadığı evə aparmışdır. Koronavirusa yoluxmağı barədə 30 mart 2022-ci il tarixdə mesaj aldıqdan sonra Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 26 ünvanında yaşadığı evdə olmuşdur. Həmin müddət ərzində ailə üzvləri də həmin evdə olmuş, lakin ailə üzvlərindən heç kim koronavirusa yoluxmamışdır. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zülfüqar oğlu ifadə verərək, bildirmişdir ki, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs əmisi oğludur, həm də qonşudurlar. 04 aprel 2022-ci il tarixdə saat 11 radələrində evə gələn zaman Təqsirləndirilən şəxs VAZ-21214 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy şəhəri istiqamətində getdiyini görmüş, ona əl edib avtomobili saxlamasını istəmişdir. Təqsirləndirilən şəxs avtomobili saxladıqda qabaq sərnişin oturacağında əyləşmişdir. Röyal ona aptekə gedəcəyini demişdir. Avtomobilin yanacağı olmadığı üçün birlikdə Gədəbəy rayonu, Arıxdam kəndi ərazində yolun sol kənarında yerləşən yanacaq doldurma məntəqəsinə getmişdirlər. Röyal avtomobilə benzin vurduqdan sonra geri yaşadıqları evə qayıdan zaman Gədəbəy RPŞ-nin DYP Bölməsinin əməkdaşı ondan avtomobili saxlamasını tələb etmişdir. Röyal avtomobili saxladıqda, həmin polis əməkdaşı ona yol hərəkət qaydasını pozduğunu bildirib sənədlərini tələb etmiş, Röyalın etibarnamə olmadan atası İlqara məxsus avtomobili idarə etməsi məlum olmuşdur. Buna görə də maşını Gədəbəy RPŞ-nin duracağına gətirmişlər. Orada olan zaman əmisi oğlu Təqsirləndirilən şəxs aktiv Corona virus daşıyıcısı olması məlum olmuşdur. Bu barədə Gədəbəy MRX-a məlumat verilmiş, X13 avtomobili gəlib Röyalı yaşadığı evə aparmışdır. Əmisi oğlu Təqsirləndirilən şəxs aktiv Corona virus xəstəsi olması barədə məlumatı olmamışdır. Həmin vaxtı avtomobildə ondan başqa heç kim olmamışdır. Ətrafa başqa şəxslər toplaşmamışdır. Əmisi oğlu Təqsirləndirilən şəxs onu COVİD-19 virusuna yoluxdurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs Rusiya Federasiyasında işləmişdir. 09 fevral 2022-ci il tarixdə Rusiya Federasiyasından yaşadığı ünvan 1 ünvanında birlikdə yaşayırlar. 25 mart 2022-ci il tarixdə yaşadığı evdə olan zaman oğlu Röyal səhətində nasalıq hiss etmişdir. Corona virus daşıyıcısı olduğundan şübhələndikləri üçün 28 mart 2022-ci il tarixdə saat 09-10 radələrində Gədəbəy MRX-nın X8 müraciət etmişdir. Həmin tarixdə yaşadığı evə gələn həkimlər oğlu Təqsirləndirilən şəxs yaxma üsulu ilə test götürmüşlər. 30 mart 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə oğlu Təqsirləndirilən şəxs COVİD-19 virusuna yoluxması ilə bağlı məlumat verib onun üçün ayrılmış dərman paketini götürməyini istəmişlər. Həmiçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə İTS.GOV.AZ sistemindən oğlu Təqsirləndirilən şəxs COVİD-19 virusuna yoluxmağı ilə bağlı sms bildiriş gəlmişdir. O, Gədəbəy MRX-nın X2 verilməli olan dərman paketini götürüb yaşadığı evə gəlmişdir. Həmin dərmanlar COVİD- 19 əleyhinə dərmanlar olmuşdur. Oğlu Təqsirləndirilən şəxs həmin dərmanlardan bir necə gün istifadə etmişdir. 04 aprel 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən ona məxsus VAZ-21214 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy şəhərinin mərkəzində yerləşən aptekə getmək istəmişdir. Evdən şəhər mərkəzində gedən zaman yolda Şahid1 Zülfüqar oğlundan onun ilə getməsini xahiş etmişdir. Şahid1 onun razılaşmışdır. Avtomobilin yanacağı az olduğu üçün aptekə dönmədən birbaşa Gədəbəy rayonu, Arıxdam kəndi ərazində yerləşən yanacaq doldurma məntəqəsinə getmişlər. Yanacaq doldurduqdan sonra geri yaşadığı evə qayıdan zaman Gədəbəy rayonu, Arıxdam kənd qəbirstanlığının yanında DYP Bölməsinin əməkdaşı onu saxlamış, yol hərəkət qaydasını pozduğunu bildirib sənədləri tələb etdikdə, Təqsirləndirilən şəxs avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olmuşdur. Ona görə də avtomobil Gədəbəy RPŞnin müvəqqəti duracağına aparilmışdır. Oğlu Təqsirləndirilən şəxs polis əməkdaşına aktiv Covid-19 virus daşıyıcısı olduğunu demişdir. Gədəbəy RPŞ-nin həyətində olan polis əməkdaşları Gədəbəy MRX-a məlumat vermiş, X11 avtomobili Röyalı evə gətirmişdir. Təqsirləndirilən şəxs koronavirusa yoluxmağı barədə 30 mart 2022-ci il tarixdə mesaj aldıqdan sonra Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 26 ünvanında yerləşən yaşadığı evdə olmuşdur. Həmin müddət ərzində ailə üzvləri də həmin evdə olmuşdur. Oğlu Təqsirləndirilən şəxs kənar şəxslərdən heç kimi Corona virus xəstəliyinə yoluxdurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, 2022-ci ildən Gədəbəy Rayon Polis Şöbəsinin DYP X9 İnspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvələr tanımamış aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 04 aprel 2022-ci il tarixdə saat 11:40-də xidmətdə olan zaman Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində yerləşən kənd qəbiristanlığının yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21214 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə üfuqi nişanlanma xəttinin tələblərini pozduğu üçün tərəfindən saxlanılmışdır. Avtomobildən düşərək həmin şəxsə özünü təqdim edərək sənədlərini tələb etmişdir. Təqsirləndirilən şəxs sənədlərini təqdim edən zaman onun etibarnamə olmadan atası Şahid3 məxsus olan avtomobili idarə etməsi məlum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən Gədəbəy RPŞ-nin duracağına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs yol hərəkət qaydasını pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə İXP ******* saylı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs Gədəbəy RPŞ-nin inzibati binasının həyətində olan zaman özünün aktiv Covid-19 virus daşıyıcısı olduğunu bildirmişdir. Tərəfindən bu barədə şöbə rəhbərliyinə məlumat verdildikdən sonra. Təqsirləndirilən şəxs həqiqətən aktiv Covid- 19 virus daşıyıcısı olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə aparılması üçün Gədəbəy RMX-nın X13 Şöbəsinə məlumat verilmiş və o, X13 avtomobili ilə yaşadığı evə aparılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş-İnformasiya-Komunikasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 020-5654-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (AZE ********) “COVİD-19” virusuna yoluxduğu və xx.xx.2022-ci il saat 12:10:44-dən xx.xx.2022-ci il saat 12:10:44-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat X12 Agentliyinin Tibbi Ərazi X3 (TƏBİB) informasiya sistemi tərəfindən xx.xx.2022-ci il saat 16:20:03-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İşdə olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X6 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli 286 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gədəbəy RMX-ın Poliklinika şöbəsində “COVİD-19” virusuna qarşı test müayinəsindən keçmiş müayinənin cavabı Pozitiv (+) olmuş, 30 mart 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılaraq məlumat verilmiş, 30 mart 2022-ci il tarixdən ev müşahidəsinə cəlb olunmuşdur. İşdə olan 26 aprel 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 məхsus 1 ədəd ***-***-**-** nömrəli «SAMSUNG DUAS» markalı mоbil tеlефоnun SMS-lər səhifəsinə daхil оlarkən 30 mart 2022-ci il tarixdə həmin tеlефоn nömrəsinə İTS.CОV.AZ-dan mesaj daхil оlduğu müəyyən еdilmişdir. Həmin mesaja baхış zamanı “Hörmеtli Təqsirləndirilən şəxs. Sizin xx.xx.2022-ci il tariхdə CОVİD-19 ilə bağlı vеrdiyiniz tеstin nеticеsi Pоzitivdir. Хahiş оlunur siz və ailе uzvlеriniz yaşayış yеrinizi tеrk еtmеyеsiniz. Karantin rеjimini pоzduğunuz tеqdirdе Azərbaycan Rеspublikasının İnzibati Хеtalar və Cinayеt mеcеllеsindе nеzеrdе tutulmuş qaydada mеsuliyyеtе cеlb оluna bilеrsiniz. İD:********** tеl 1542» sözləri yazılmışdır” sözlərinin yazılması müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Rеspublikası Daхili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnfоrmasiya İdarəsindən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cinayət işinə əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. İşdə olan Gədəbəy RİHB-nın Şəhər İƏD tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini və digər yazılı sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin protokolları və digər sənədlərə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tariхdə Gədəbəy Rayоn Мərkəzi Хəstəхanası Publik Hüquqi Şəхsin inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə analiz verib 30 mart 2022-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranмalı, digər şəхslərlə minimum kоntaktda оlmalı, insanların sıх tоplaşdığı yеrlərə gеtməməli, хüsusi karantin rеjiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 04 aprel 2022-ci il tarixdə, təxminən, saat 11:40 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, ev 26 ünvanında yaşadığı evdən çıxıb atası Şahid3 məxsus VAZ-21214 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində yerləşən yancaq doldurma məntəqəsində getməklə еpidеmiya əlеyhinə, еləcə də, karantin rеjimlərini pоzaraq “CОVİD-19” хəstəliyinin yayılması üçün rеal təhlükə yaratmış və bununla da Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən təqsirini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-35/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-35/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver