Məhkəmə qərarları › İş №1(042)-35/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-35/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-35/2023 24.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1999-cu il тарiхdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu оlmаyan, Gədəbəy rayonu, Söyüdlü kəndində yаşаyаn, bаrəsində 26 may 2023-cü il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 avqust 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə yaşadıqları Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı sonuncunun baş nahiyyəsinə təpiklə vuraraq, ona sağ qaş üstü nahiyyənin, sol göz altının qançırları, sol əlin üst səthinin sıyrıqları sağ və sol dirsək oynaqlarının arxa səthlərinin sıyrıqları qismində sağlamlığa zərər vurmayan xəsarətlər və başın geniş ölçülü hematomaları və geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Özünə məxsus avtomobillə taksi fəaliyyəti göstərir. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla yanaşı,həm də babasının qardaşı nəvəsidir. Orxanla aralarında münasibətlər yaxşı olmamışdır. Buna baxmayaraq, düşmənçilik və ədavəti də olmamışdır. 08 mart 2023-cü il tarixdə saat 21 radələrində Gədəbəy rayonu mərkəzi dairəsində avtomobilində əyləşib müştəri gözləyən zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə gəlib onun avtomobilinə əyləşmiş, onu Gədəbəy rayonu, Söyüdlü kəndinə aparmağını demişdir. O, Orxana onu aparmayacağını deyib, avtomobilindən düşməsini xahiş etmişdir. Bundan sonra Orxan onun avtomobilindən düşmüş, gedib Elşən adlı taksi sürücüsünün avtmobilinə əyləşmişdir. Təxminən 3-4 dəqiqə sonra dayısı Şahid2 ona zəng edib Orxana nə dediyini və Orxanın ona zəng edib, nalayiq ifadələr işlətdiyini demişdir. Buna görə də o, əsəbləşib avtomobilində Orxanın arxasınca Gədəbəy rayonu, Söyüdlü kəndinə gəlmişdir. O, Elşənin avtomobilini kənd mərkəzinə az məsafə qalmış saxlatmış, avtomobilindən düşüb Orxana yaxınlaşmıdır. Orxan da avtomobildən düşüb onun üzərinə gəlmişdir. O, Orxandan onun və ailə üzvlərinin ünvanına niyə görə nalayiq ifadələr işlətdiyini soruşduqda, Orxan ona yumruqla vurmaq istəmişdir. O da əsəbləşib Orxanı tutub yerə yıxmışdır. Yerdə olan zaman da Orxan onu söyməkdə davam etdiyinə görə,onun baş nahiyyəsindən bir neçə təpik vurmuşdur. Bu zaman dayısı Seymur oraya gəlib onların dalaşmağını görmüş, yaxınlaşıb onları ayırmış və əvvəl onun üzündən bir şillə, daha sonra isə Orxanın üzündən bir sillə vurub onları dalaşdılarına görə danlamış və Orxanı həmin taksi ilə evlərinə yola salmışdır. Bundan sonra o, yenidən Gədəbəy rayon mərkzinə qayıtmışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkmişlə barışmışdır.Yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. 08 mart 2023-cü il tarixdə Şəmkir rayonundan Gədəbəy rayon mərkəzinə gəlmişdir. O, Şəmkir rayonundan Gədəbəy şəhərinə gəlmiş, avtovağzal kompleksinin həyətində yerləşən hamamın ikinci mərtəbəsində yerləşən kafedə oturub spirtli içki qəbul etmişdir. Təxminən, saat 22 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən evinə getmək üçün Gədəbəy şəhər mərkəzində yerləşən dairəyə gəlmişdir. Orada dayanıb əvvəlcə siqaret çəkmişdir. Bu zaman tanıdığı Təqsirləndirilən şəxs avtomobilinin qapısını açıb onu yanına çağırmış, o da Nicatın VAZ 2107 markalı avtomobilinə əyləşmişdir. Aralarında mübahisə baş vermiş,Nicat onu avtomobilindən qovmuşdur. O da avtomobildən düşüb Elşən adlı şəxsin avtomobilinə əyləşmiş və onu Söyüdlü kəndinə aparmasını xahiş etmişdir. O, yolda olan zaman Nicatın dayısı Seymura zəng edib Nicatı başa salmasını demişdir. Həmin vaxt o, Nicatın ünvanına nalayiq ifadə işlətdiyi üçün Seymur da onu təhqir etmişdir. Onlar Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzi adlanan yerə çatdıqda Nicat qəflətən taksinin qarşısını kəsmiş, o, maşından düşmüş, aralarında mübahisə olmuş, onlar dava etmişlər. Bu zaman Nicat onu xəsarətlər yetirmişdir. Hazırda Nicat ondan üzr istəmiş, onlar barışmışlar. Nicatdan heç bir şikayəti yoxdur. Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu Söyüdlü kəndində yaşayır. 08 mart 2022-ci il tarixdə saat təxminən 21 radələrində atası Seymurla birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzinə doğru gəlmiş, burada Orxanla Nicatın dalaşdıqlarını görmüş, tez onlara yaxınlaşıb onları ayırmışlar. Onları ayırdıqdan sonra atası Seymur Nicata bir şillə, Orxana da bir şillə vurmuş, onlara nəsihətlər verib, evlərinə yola salmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. X5 onun bacısı oğlu, Zərərçəkmiş şəxs isə əmisi nəvəsidir. 08 mart 2022-ci il tarixdə saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs ona zəng edib bacısı oğlu Nicatı nalayiq söyüşlərlə söymüşdür. O, Orxana irad birlidirdikdə, Orxan onu da söymüşdür. Bundan sonra o, bacısı oğlu Nicata zəng edib Orxanın ona zəng edib söyüşlər söydüyünü demiş, Nicat isə Orxanın Gədəbəbəy rayonunda olduğunu demişdir. Daha sonra Orxan yenidən ona zəng edib, telefonda söyüşlər söyməyə davam etmişdir. Telefon danışıqları zamanı Orxan onu Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzinə gəlməyini istəmişdir. O da oğlu Sübhanla birlikdə Söyüdlü kəndinin mərkəzinə gəlmiş, Orxanla Nicatın dalaşdıqlarını görmüş, tez onlara yaxınlaşıb onları ayırmışdır. Onları ayırdıqdan sonra bacısı oğlu Nicata bir şillə, Orxana da bir şillə vurub evlərinə yola salmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspеrtizаsının 09 mart 2023-cü il tаriхli 83 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində аşkаr оlunmuş хəsаrətlər- başın (tüklü və tüksüz hissələrinin) dəri altı hematomaları, geniş ölçülü qançırları, sağ qaş üstü nahiyyənin, sol göz altının qançırları, sol əlin üst səthinin sıyrıqları sağ və sol dirsək oynaqlarının arxa səthlərinin sıyrıqları küt əşyaların təsirindən törənmiş törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 08 mart 2023-cü il tarixə uyğun gəlir. Qеyd оlunаn хəsаrətlərdən başın (tüklü və tüksüz hissələrinin) dəri altı hematomaları, geniş ölçülü qançırları sаğlаmlığın qısа müddətdə pоzulmаsınа səbəb оlаn sаğlаmlığа yüngül zərəvurmаyа аiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyysindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Аzərbаycаn Rеspublikаsı DİN-nin Bаş Əməliyyаt və Stаtistik İnfоrmаsiyа İdаrəsindən аlinmiş Tələbnаmədən görünür ki, X2 barəsində Gədəbəy RPŞ-nin İB-də Azərbaycan Respublikasi CM-nin 128-ci maddəsi ilə ********* sayli cinayət işi olmuş və cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasi CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, X4 yaşayiş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarini, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasi CM-nin 128-ci maddəsinə əsasən sağlamliğin qisa müddətə pozulmasina və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamliğa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qirx saatdan üç yüz altmiş saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadliğin məhdudlaşdirilmasi və ya bir ilədək müddətə azadliqdan məhrumetmə ilə cəzalandirilir. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, ekspertiza rəyi və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, X4 08 mart 2023-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə yaşadiqlari Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzində aralarinda şəxsi münasibətlərin pozulmasi zəmnində yaranmiş mübahisə və münaqişə zamani sonuncunun baş nahiyyəsinə təpiklə vuraraq, ona sağ qaş üstü nahiyyənin, sol göz altinin qançirlari, sol əlin üst səthinin siyriqlari sağ və sol dirsək oynaqlarinin arxa səthlərinin siyriqlari qismində sağlamliğa zərər vurmayan xəsarətlər və başin geniş ölçülü hematomalari və geniş ölçülü qançirlari qismində sağlamliğin qisa müddətdə pozulmasina səbəb olan qəsdən sağlamliğina yüngül zərər yetirmiş və bununla da Azərbaycan Respublikasi CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, istintaq orqani tərəfindən təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikasi CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baximindan cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandirilmalidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasini aradan qaldiran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alir ki, Azərbaycan Respublikasi CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqinda tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalidir, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarina, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalidir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasi CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzani yüngülləşdirən və ağirlaşdiran hallari, habelə təyin olunmuş cəzanin onun islah olunmasina və ailəsinin həyat şəraitinə təsirini nəzərə alir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 sayli Qərarinin 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzalarin təyin edilməsinə fərdi yanaşilmali, cinayət qanunun vəzifələri və cəzanin məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarinin həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarin 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasi azadliqdan məhrumetmə ilə yanaşi yüngül cəza növləri də nəzərdə tutursa, hökm çixarilarkən azadliqdan məhrumetmə cəzasi təyin edildikdə bu qərar hökmdə əsaslandirilmalidir. İş üzrə təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikasi CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağirlaşdirici hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasi CM-nin 59.1.12. və 59.2-ci maddələrinə əsasən zərərçəkmişlə barışıq əldə etməsini,təqsirini səmimi etiraf etməsini və yaşayiş yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzani yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarina və təqsirləndirilən şəxsin cəzasini yüngülləşdirən hallarin məcmusuna qiymət verərək, Azərbaycan Respublikasi CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanin onun sonraki həyat tərzinə, davranişina, başqalarina münasibətinə təsiri nəzərə alinmali, təqsirləndirildiyi maddənin sanksiyasinda nəzərdə tutulan hədd daxilində təqsirləndirilən şəxs X3 cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqinda iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Hökmün icrasi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarida göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X4 Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarinda cərimə cəzasi təyin edilsin. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqinda iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan kimi dəyişdirilməsin. Hökmün icrasi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar