Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-35/2025 04.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyyə Cəmil qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1969-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Gəncə şəhəri, Zərdabi küçəsi, Döngə 4, ev 1-də yaşayan, barəsində başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şəmkir rayonu, Atabəy kənd sakini Zərərçəkmiş şəxs pensiya təyin etdirəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs inandıraraq ondan vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin dekabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 1500 (bir min beş yüz) manat, 2019-cu ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda 3000 (üç min) manat pulunu Şəmkir rayonu, Çənlibel kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı ünvanda əlbəəl alaraq və sonuncu dəfə isə 20 avqust 2020-ci il tarixdə saat 15:23 radəsində 1000 (bir min) manat pulunu Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində yerləşən Fərid marketində olan “milli ön” ödəmə terminalından özünə məxsus kart hesabına göndərtdirməklə ümumilikdə Zərərçəkmiş şəxs 5500 (beş min beş yüz) manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gəncə şəhəridə yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs tanışı vasitəsilə tanımışdır. Belə ki, 2020-ci ilin yanvar ayında Gədəbəy rayonu, Qaradağ kəndində yaşayan Xaliq adlı ailəvi dostugilə qonaq getmiş, orada olan zaman Zərərçəkmiş şəxs arvadı Rəna ilə birlikdə həmin yerdə olduğunu görmüşdür. Rəna və Asif ona sonuncunun şəkər xəstəliyinin olduğunu, həmin xəstəliklə Asifə pensiya düzəldilməsinə köməklik etməyini xahiş etmişlər. O da Asifə pensiya düzəldilməsinə köməklik edə biləcəyini, lakin bunun müəyyən xərc tələb etdiyini bildirmişdir. Asif nə qədər xərc tələb etdiyini soruşduqda o, pensiya düzəldilməsinə kömək etməsi üçün ondan 4000 manat istəmişdir. Asif həmin pulu birdəfəlik verə bilməyəcəyini, hissə-hissə verə biləcəyini dedikdə, o, etiraz etməyərək ilkin sənədlər üçün 1500 manat verməsini bildirmişdir. Asif də onunla razılaşaraq həmin gün ona 1500 manat pul vermişdir. Pulu aldıqdan sonra Asifə pensiya düzəldəcəyinə dair söz vermişdir. Bir müddət sonra Asifə zəng edərək pensiyanı 4000 manata düzəldə bilməyəcəyini, 5500 manat lazım olduğunu demişdir. Asif də onunla razılaşmışdır. Bundan sonra o, Asifin yaşadığı evə gedərək, razılaşmış olduqları pulun 2000 manatını da istəmiş, Asif də etiraz etməyərək ona 2000 manat vermişdir. Daha sonra Asifdən yaşadığı ünvanda yenə 1000 manat pul almışdır. Sonuncu dəfə isə razılaşmış olduqları 5500 manatdan qalan 1000 manat pulu Asif xx.xx.2020-ci il tarixdə onun kart kesabına göndərmişdir. Bununla da, o, Asifdən pensiya düzətmək adı ilə hissə-hissə olmaqla ümumilikdə 5500 manat pul almışdır. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət edib. Bundan sonra o, Asifdən aldığı pulu hissə-hissə tam qaytarmış, onunla barışmışdır. Məhkəmə istintaq zamanı isə zərərçəkmişə vurduğu ziyanın məbləğinə uyğun olarq, dövlət büdcəsinə 1375 manat ödəmişdir. Törətdiyi əməldən peşmandır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Şəmkir rayonu, Atabəy kəndində pasport qeydiyyatında olmaqla Şəmkir rayonu, Çənlibel kəndində yaşayır və fərdi əməklə məşğul olur. Uzun müddətdir şəkər xəstəliyi var. 2018-ci ilin dekabr ayında arvadı Şahid ona Təqsirləndirilən şəxs xəstəliklə bağlı ona pensiya düzəldə biləcəyini demişdir. Əvvəlcə o, arvadı ilə razı olmasa da, sonradan Kamalə ilə görüşmək qərarına gəlmişdir. Bu məqsədlə Kamalənin istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəyə zəng edərək, onun pensiya düzətməsi məsələsi ilə maraqlanmışdır. Kamalə ona şəkər xəstəliyi ilə əlaqədar pensiya düzəldə biləcəyini demişdir. Bu danışıqdan bir müddət sonra, Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, pensiya düzəldilməsi ilə bağlı bir qədər söhbət etdikdən sonra onda Kamaləyə qarşı inam və etibar yaranmışdır. Kamalə pensiyanın düzəlməsinin müəyyən xərc tələb etdiyini, epikrizi düzgün yazmaq və müvafiq sənədləri toplamaq üçün ondan 4000 manat istəmişdir. Onda Kamaləyə qarşı inam və etibar yarandığı üçün sonuncu ilə razılaşmışdır. Lakin, Kamaləyə həmin pulu birdəfəlik verə bilməyəcəyini, hissə-hissə verə biləcəyini demişdir. Kamalə də etiraz etməyərək ilkin sənədlər üçün 1500 manat verməsini demiş, o da Kamalə ilə razılaşaraq, həmin gün 1500 manat vermişdir. Pulu verdikdən sonra Kamalə ona pensiya düzəldəcəyinə dair söz vermişdir. Bir müddət sonra Kamalə ona zəng edərək pensiyanı 4000 manata düzəldə bilməyəcəyini, düzəldə bilməsi üçün ümumilikdə 5500 manat lazım olduğunu demişdir. O da Kamalə ilə razılaşmışdır. 2019-cu ilin fevral ayında Kamalə yenidən onun yaşadığı ünvana gələrək, razılaşmış olduqları pulun 2000 manatını da istəmiş, o da etiraz etməyərək Kamaləyə 2000 manat vermişdir. Daha sonra yaşadığı ünvanda Kamaləyə yenə 1000 manat vermişdir. Sonuncu dəfə isə razılaşmış olduqları 5500 manatın qalan 1000 manatı xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonu, Zəhmət kəndində olan zaman “Fərid” adlı marketdən terminal vasitəsilə Kamalənin ona göndərdiyi özünə aid kart kesabına göndərmişdir. Bununla da, Kamaləyə pensiya düzətməsi ilə bağlı hissə-hissə olmaqla ümumilikdə 5500 manat vermişdir. Kamalədən hər dəfə işin nə yerdə olduğunu soruşduqda,Kamalə narahat olmamasını, işin düzələcəyini deyirmiş. Lakin uzun müddət keçməsinə baxmayaraq, Kamalə ona pensiya düzəltməmiş, artıq aldadıldığını başa düşdüyünm üçün xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Şəmkir RPŞ-ə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında elan dilmiş Şahid ifadəsindən görünür ki, Şəmkir rayonu, Atabəy kəndində pasport qeydiyyatında olmaqla Şəmkir rayonu Çənlibel kəndində yaşayır və işsizdir. Zərərçəkmiş şəxs onun əridir. Asifin uzun illərdir şəkər xəstəliyi olmuşdur. 2018ci ilin dekabr ayında Gədəbəy rayonu, Qaradağ kəndində yaşayan Xaliq adlı ailəvi dostugilə qonaq getmişlər. Orada olan zaman əvvəldən tanımadığı, həmin vaxt ad, soyad və ata adının X3 olmasını öyrəndiyi şəxsin həmin yerdə olduğunu görmüşdür. Kamalə ilə tanış olub bir qədər söhbət edən zaman Kamalə ona pensiya düzəltməklə məşğul olduğunu demişdir. O, Kamaləyə əri Asifin şəkər xəstəliyi olduğunu, sonuncuya pensiya düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Kamalə ona problem olmadığını, Asifə pensiya düzəldə biləcəyini demişdir. O, bu barədə Asifə dedikdə sonuncu əvvəlcə onunla razı olmasa da, sonradan bu barədə Kamalə ilə söhbət etmək qərarına gəlmişdir. Bu məqsədlə Asif Kamalənin istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəyə zəng edərək ona pensiya düzətməsi məsələsi ilə maraqlanmış, Kamalə də Asifə şəkər xəstəliyi ilə əlaqədar pensiya düzəldə biləcəyini demişdir. Bu danışıqdan bir müddət sonra, Kəmalə Cəfərova yaşadıqları evə gəlmiş, pensiya düzəldilməsi ilə bağlı bir qədər söhbət etdikdən sonra onlarda Kamaləyə qarşı inam və etibar yaranmışdır. Kamalə pensiyanın düzəlməsinin müəyyən xərc tələb etdiyini, epikrizi düzgün yazmaq və müvafiq sənədləri toplamaq üçün onlardan 4000 manat istəmişdir. Asif razı olmasa da, o, Kamaləyə inandığı üçün Asifi razı salmışdır. Lakin, Asif Kamaləyə həmin pulu birdəfəlik verə bilməyəcəyini, hissə-hissə verə biləcəyini demişdir. Kamalə də etiraz etməyərək ilkin sənədlər üçün 1500 manat verməsini demişdir. Onlar da Kamalə ilə razılaşaraq, sonuncuya həmin gün 1500 manat vermişlər. Pulu verdikdən sonra Kamalə onlara pensiya düzəldəcəyinə dair söz vermişdir. Bir müddət sonra, Kamalə Asifə zəng edərək pensiyanı 4000 manata düzəldə bilməyəcəyini, düzəldə bilməsi üçün ümumilikdə 5500 manat lazım olduğunu bildirmişdir. Asif də Kamalə ilə razılaşmışdır. 2019-cu ilin fevral ayında Kamalə yenidən onların yaşadığı ünvana gələrək Asiflə razılaşmış olduğu pulun 2000 manatını da istəmiş, Asif də etiraz etməyərək Kamaləyə 2000 manat pul vermişdir. Daha sonra, 2019-cu ilin fevral ayında yaşadıqları ünvanda Asif Kamaləyə yenə 1000 manat vermişdir. Sonuncu dəfə isə razılaşmış olduqları 5500 (beş min beş yüz) manat puldan qalan 1000 manat pulu xx.xx.2020-ci il tarixdə Asiflə Gədəbəy rayonu, Zəhmət kəndində olan zaman Asif “Fərid” adlı marketdən ödəmə terminalı vasitəsilə Kamalənin kart kesabına göndərmişdir. Bununla da, Asif Kamaləyə pensiya düzətməsi ilə bağlı hissə-hissə olmaqla ümumilikdə 5500 manat vermişdir. Asif və o, Kamalədən hər dəfə işin nə yerdə olduğunu soruşduqda sonuncu narahat olmamalarını, işin düzələcəyini demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Kamalə Asifə pensiya düzəltməmiş, Asif aldadıldığını başa düşdüyü üçün X3 barəsində Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, X3 əvvəllər məhkum edilməmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs 01 mart 2025-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dələduzluq yolu ilə vurduğu 5500 (beş min beş yüz) manat zərəri tam ödəyərək, onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində heç bir şikayət, tələb və iddiası yoxdur. İşdə olan Ödəniş Tapşırığı və Mədaxil Qəbzindən görünür ki, X3 dövlət büdcəsinə 1375 manat ödəniş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs X4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şəmkir rayonu, Atabəy kənd sakini Zərərçəkmiş şəxs pensiya təyin etdirəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs inandıraraq ondan vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin dekabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda 1500 (bir min beş yüz) manat, 2019-cu ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda 3000 (üç min) manat pulunu Şəmkir rayonu, Çənlibel kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı ünvanda əlbəəl alaraq və sonuncu dəfə isə 20 avqust 2020-ci il tarixdə saat 15:23 radəsində 1000 (bir min) manat pulunu Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində yerləşən Fərid marketində olan “milli ön” ödəmə terminalından özünə məxsus kart hesabına göndərtdirməklə ümumilikdə Zərərçəkmiş şəxs 5500 (beş min beş yüz) manat pulunu ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bununla belə, o, törətdiyi əməldən pеşman olmuş, zərərçəkmiş şəхsə dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə еtmiş, vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 39.1.11; 346-347; 356 və 358-ci maddələrini rəhbər tutaraq, qərar verdi: X2 barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. X2 barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və apеllyasiya prоtеsti vеrilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-35/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-35/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver