Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-36/2021 22.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olan, ali təhsilli, Gədəbəy rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin Çanaqçı kənd tam orta məktəb bölməsində dama üzrə məşqçi müəllimə işləyən, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu, Çanaqçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 və xx.xx.1939-cu il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu, Çanaqçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Mərkəzi rayon X11 Şəxsin inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar boğaz nahiyəsindən yaxı götürmə üsulu ilə analiz vermiş, xx xxxxxx 2020-ci il tarixdə saat 10:32-də onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Hörmətli Təqsirləndirilən şəxs1. Sizin xx.xx.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, Siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda bildiriş daxil olmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda bunlara əməl etməyərək, xx xxxxxx 2021-ci il tarixdə saat 09 radələrində tanımadığı taksi avtomaşına minib Gədəbəy rayonu Çanaqçı kəndində yerləşən yaşadığı evi tərk edərək, müayinə olunmaq məqsədilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinə getmiş, orada torakal kompüter tomoqrafiya müayinəsindən keçib yenidən həmin taksi ilə Şəmkir rayonu Mərkəzi Xəstəxanasının həkimi Şahid yanına gedərək yenidən Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən evinə qayıtmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs2, xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Mərkəzi rayon X11 Şəxsin inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar test analizi vermiş, xx xxxxxx 2020-ci il tarixdə saat 10:32-də “İTS.GOV.AZ”-dan onun gəlini Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Hörmətli NAZANGÜL ZEYNALABDİYEVA. Sizin xx xxxxxx 2020-ci il tarixində “COVİD-19”-la bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, Siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda bildiriş daxil olmuş, bu barədə gəlini Təqsirləndirilən şəxs1 tərəfindən ona məlumat verilməsinə baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda bunlara əməl etməyərək, xx xxxxxx 2021-ci il tarixdə saat 09 radələrində tanımadığı taksi avtomaşınına minib Gədəbəy rayonu Çanaqçı kəndində yerləşən yaşadığı evi tərk edərək, müayinə olunmaq məqsədilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinə getmiş, orada torakal kompüter tomoqrafiya müayinəsindən keçmiş, daha sonra həmin taksi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Şahid yanına gedib oradan yenidən Gədəbəy rayonu, Çanaqçı kəndində yerləşən evinə qayıtmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Çanaqçı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə onlarla birlikdə yaşayan qayınanası Təqsirləndirilən şəxs2 səhətində nasazlıq hiss etmişlər. İlk öncə qayınanasına soyuqdəymə və qrip olduğunu düşünmüşlər. Qayınanasının vəziyyətinin günü-gündən ağırlaşdığını görüb onu Gədəbəy rayon Poliklinikasına Covid-19 virusu ilə bağlı test müayinəsi verməsi üçün aparmışdır. Orada hər ikisinin də boğazından yaxı götürmə üsulu ilə Covid-19 virusuna görə test müayinəsindən keçmişlər. Qayınanası Nazangül mobil telefon işlətmədiyinə görə ikisinin də əlaqə nömrəsi kimi onun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Gədəbəy rayon Poliklinikasından onlarla əlaqə saxlanılmışdır. Telefonla zəng edən xanım onların Covid-19 virusu ilə bağlı verdikləri testin nəticəsinin pozitiv olduğunu yəni virusa yoluxmalarını bildirmişdir. Həmin şəxs evdən çıxmamalarını yaşadıqları evdə müalicə olunmalarını, səhhətlərində ciddi problem olarsa həmin nömrə ilə əlaqə saxlamalarını demişdir. Telefonla danışdıqdan bir neçə dəqiqə sonra istifadəsində olan mobil nömrəyə onun və qayınanası Nazangülün Covid-19 virusuna yoluxmaları barədə bildiriş sms-i daxil olmuşdur. O, telefon uşaqlarında olduğu üçün SMS-ə baxmamışdır. Bundan sonra ev şəraitində müalicələrini davam etmişlər. Onlar ev şəraitində müalicələrini Bakı şəhərində yaşayan qohumlarının tanıdığı həkimdən telefon vasitəsi ilə almışlar. xx.xx.2020-ci il tarixdə qayınanası Təqsirləndirilən şəxs2 vəziyyəti daha da ağırlaşmışdır. Belə ki, onun temperatoru 38-39 dərəcəyə qalxmış və nəfəs darlığı yaranmışdır. Həmin vaxt əri Elçin Zeynalabdıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyinə görə qayınanasını həkimə aparacaq başqa şəxs olmamış, ona görə də qayınanası ilə xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadıqları evi tərk edərək, kənd mərkəzinə çıxıb tanımadıqları taksiyə minib Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinə getmişlər. Hər ikisi torokal kompüter tomoqrafiya müayinəsindən keçmişlər. Müayinənin nəticələrinə dair sənədləri götürdükdən sonra Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Orada qəbul şöbəsində həkim Şahid onların müayinə sənədlərinə baxdıqdan sonra müvafiq müalicə resepti yazmışdır. Bundan sonra onlar eyni taksi ilə yaşadıqları ünvana qayıtmışlar. Yaşadığı evi köməksiz vəziyyətdə olduğu üçün məcbur tərk etmişdir. Qayınanasının vəziyyəti yaxşı olmadığına görə təlaş içində olub, heç bir yerə məlumat verməmişdir. Əməllərindən səmimi peşmandırlar. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Çanaqçı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə səhətində nasazlıq hiss etmişdir. İlk öncə soyuqdəymə və qrip olduğunu düşünmüş, daha sonra onun vəziyyətinin günü-gündən ağırlaşdığını görüb gəlini Təqsirləndirilən şəxs1 ilə birlikdə Covid-19 virusu ilə bağlı test müayinəsi verməsi üçün Gədəbəy rayon Poliklinikasına getmişlər. Orada hər ikisinin də boğazından yaxma götürmək üsulu ilə Covid-19 virusuna görə test müayinəsindən keçmişlər. O, mobil telefon işlətmədiyinə görə ikisinin də əlaqə nömrəsi kimi gəlini Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə qeyd olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Gədəbəy rayon Poliklinikasından onlarla əlaqə saxlanılmışdır. Telefonla zəng edən şəxsin onların Covid- 19 virusu ilə bağlı verdikləri testin nəticəsinin pozitiv olduğunu yəni virusa yoluxmalarını bildirmişdir. Həmin şəxs evdən çıxmamalarını yaşadıqları evdə müalicə olunmalarını, səhhətlərində ciddi problem olarsa həmin nömrə ilə əlaqə saxlamalarını ona dediyini gəlini Səbinə ona da demişdir. Bundan sonra ev şəraitində müalicələrini davam etmişlər. xx xxxxxx 2020-ci il tarixdə onun vəziyyəti dahada ağırlaşmış, temperatoru 38-39 dərəcəyə qalxmış və nəfəs darlığı yaranmışdır. Həmin vaxt oğlu Elçin Zeynalabdıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə onu həkimə aparacaq başqa şəxs olmadığına görə gəlini ilə xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadıqları evi tərk edərək, kənd mərkəzinə çıxıb tanımadıqları taksiyə minib Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən Hərbi Hospitalın radiologiya şöbəsinə gedərək hər ikisi torokal kompüter tomoqrafiya müayinəsindən keçmişlər. Müayinənin nəticələrinə dair sənədləri götürdükdən sonra Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Orada qəbul şöbəsində həkim Şahid onları qəbul edib müayinə sənədlərinə baxdıqdan sonra müvafiq müalicə resepti yazmışdır. Bundan sonra onlar eyni taksi ilə yaşadıqları ünvana qayıtmışlar. Evi tərk edərkən heç bir yerə məlumat verməmişlər. Əməlindən səmimi peşmandır. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon Zəyəm-Cırdaxan kəndində yaşayır və həmin kənddə yerləşən həkim məntəqəsinin həkimidir. Onun ixtisası terapevt ailə həkimidir. Koronavirus Pandemiyyası ilə əlaqədar olaraq 2020-ci il iyun ayından o, Şəmkir MRX-da Covid-19 xəstələrinin müayinə və müalicəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə o, koronavirus xəstələri olan Gədəbəy rayon Çanaqçı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balakişi qızını Şəmkir MRX-na Covid-19 üçün nəzərdə tutuluş qəbul şöbəsində müayinə etmişdir. Onların fiziki müayinəsi və KT göstəricilərinə baxılmış xəsətələrin ümumi vəziyyəti qənaət bəxş olduğuna görə və xəstəxananın təlimatına əsasən (yüngül xəstələr evə yazıla bilər çün ki, ağır xəstələr çox olmuşdur) onlara ev müşahidə vərəqləri verilmiş və evə müalicəyə yazılmışlar. Həmin şəxslərin Covid-19 xəstəsi olduqları onların KT müayinəsi cavabından və özlərinin verdikləri yaxmanın pozitiv olmasından aydın olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və iş materiallarında olan digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx xxxxxx 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:32-də onun telefonuna İTS.GOV.AZ ünvanından ona “Hörmətli Təqsirləndirilən şəxs1. Sizin xx.xx.2020-ci il tarixində Covid-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur ki, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. :1542. “Hörmətli Təqsirləndirilən şəxs2. Sizin xx.xx.2020-ci il tarixində Covid- 19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur ki, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Tel:1542. Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nərərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” məzmununda SMS daxil olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, qayınanası Təqsirləndirilən şəxs2 mobil telefonu olmaması səbəbindən qayınanası Təqsirləndirilən şəxs2 adına da bildiriş sms-i onun istifadəsində olan mobil telefona gəlmişdir. O, da həmin vaxt qayınanası Nazangül Züynalabdıyevaya bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs2 da ona COVİD-19 virusuna yoluxması barədə bildiriş sms-nin gəldiyini gəlini Təqsirləndirilən şəxs1 dediyini qeyd etmişdir. - xx xxxx 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrə xx.xx.2020-ci il tarixdə saat 09:53 radələrində Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində, həmin tarixdə saat 11:37-dən 12:04-dək Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində, 12:21-də isə Şəmkir rayon Dəllər- Cəyir kəndi ərazisində, 12:34-də Şəmkir rayonu Qaryağdı qəsəbəsi ərazisində, 12:54 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində, 13:21-də Şəmkir rayonu Qasımalılar, 12:54 radələrində Gədəbəy rayonu, Xar-Xar kəndi ərazisində 15:28-də isə Gədəbəy rayonu, Ağamalı kəndi ərazisində yerləşən anten dairələrində olmuşdur. Baxışda iştirak edən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, göstərilən tarixdə onlar müayinə olunmaq məqsədilə Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən Hərbi Hospitala, oradan Şəmkir rayon X9 həkimin yanına getmişlər, oradan isə yaşadıqları ünvana qayıtmışlar. Bu səbəbdən həmin telefon qeyd edilən anten dairələrində olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy Rayon X11 X4 Şöbəsinin xx.xx.2021-ci il tarixli 146 nömrəli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Koronavirus Pandemiyası ilə əlaqədar “Test” müayinəsindən keçmiş və müayinənin cavabı Pozitiv (+) olmuşdur, yəni virus aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy Rayon X11 X4 Şöbəsinin xx.xx.2021-ci il tarixli 145 nömrəli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 “Koronavirus Pandemiyası ilə əlaqədar olaraq “Test” müayinəsindən keçmiş müayinənin cavabı Pozitiv (+) olmuşdur, yəni virus aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy Rayon X11 X4 Şöbəsinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonu, Çanaqçı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Gədəbəy MRX-da “Test” müayinəsindən keçmişlər. Onların hər ikisində test müayinəsinin cavabı pozitiv (+) olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ev şəraitində müalicəyə cəlb olunmuşlar. Onlara təyinatı telefon vasitəsi ilə poliklinikanın həkimi Afina İbrahimova tərəfindən məlumat verilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş-İnformasiya-Komunikasiya idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 020-2465-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 (AZE********) Covid 19 virusuna yoluxduğu və xx.xx.2020-ci il 10:44:53 tarixdən xx.xx.2020-ci il 10:44:53 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X5 (TƏBİB) informasiya sistemi xx.xx.2020-ci il 23:39:03 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. - Şəmkir rayon Hərbi Hospitalının torakal Kompüter Tomaqrafiya müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Hərbi Hospitalın radiologiya şöbəsində müayinə olunmuşdur. Müayinə zamanı hər iki ağciyərin aşağı paylarında çox olmaqla bütün paylarında periferal tutulum üstünlüyü təşkil edən hər iki ağciyərin təqribən 5-10%-ni tutan buzlu şüşə mənzərəsində və yer-yer konsolidasiya sahəsi olan kölgəliklər izlənilir(ilkin olaraq viral pnevmoniya lehinə dəyərləndirilir). - Şəmkir rayon Hərbi Hospitalının Torakal Kompüter Tomaqrafiya müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Hərbi Hospitalın radiologiya şöbəsində müayinə olunmuşdur. Müayinə zamanı hər iki ağciyərin bütün paylarında periferal tutulum üstünlüyü təşkil edən hər iki ağciyərin təqribən 5- 10%-ni tutan buzlu şüşə mənzərəsində kölgəliklər və xətti fibrotik dəyişikliklər izlənilir(ilkin olaraq viral pnevmoniya lehinə dəyərləndirilir). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. - Azərbaycan Respublikası Gədəbəy RİH Başçısının Çanaqçı kənd İƏD üzrə nümayəndəliyinin xx xxxx 2021-ci il tarixli, 85 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Çanaqçı kənd İƏD üzrə nümayəndəliyin 06 №-li təsərrüfatbaşına kitabın 35-ci səhifəsində qeydiyyatda olmaqla yaşayır və aşağıdakı tərkibdə ailə üzvü var.
1. özü- Təqsirləndirilən şəxs2 xx.xx.1939, pensiyaçı
2. oğlu- X7 xx.xx.1972, Gədəbəy RİH şöbə müdiri
3. gəlini- Təqsirləndirilən şəxs1 xx.xx.1975, 2-ci qrup əlil
4. nəvəsi- X6 xx.xx.2004, məktəbli
5. nəvəsi- X8 xx.xx.2005, məktəbli - Gədəbəy RİH Başçısının Çanaqçı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Gədəbəy rayon Uşaq gənclər idman şahmat məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1975-ci ildə Gədəbəy rayonunun Çanaqçı (Ağamalı) kəndində anadan olmuşdur. 1982-ci ildə Ağamalı kənd orta məktəbinin İ sinfinə getmiş, 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1993-1997-ci illərdə Azərbaycan Texniki Universitetinin cihazqayırma fakültəsində təhsil almışdır. Həyat yoldaşı Qarabağ qazisidir. Ailəlidir, iki övlad anasıdır. xx.xx.2018-ci il tarixdən Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin Çanaqçı kənd tam orta məktəb bölməsində dama üzrə məşqçi-müəllimə işləyir. Gədəbəy RUGİŞM-i və Çanaqçı kənd tam orta məktəbi kollektivi arasında savadlı və əxlaqına görə yüksək hörmətə malikdir. - Azərbaycan Respublikası Nigahın Bağlanması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2002-ci il tarixdə X7 ilə nigahlarını bağlamışlar. Bu barədə nigahın bağlanması haqqında akt qeydlər kitabında xx xxxxxx 2002-ci il tarixdə qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1972-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Anası Təqsirləndirilən şəxs2dır. - Hərbi biletdən görünür ki, X7 xx.xx.2004 - xx.xx.2005-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, rütbəsi leytenant olmuş, ehtiyata buraxıldıqdan sonra xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy şöbəsi tərəfindən Silahlı Qüvvələrə çağrılmış, 3314 №-li komandaya daxil edilmiş və 777-ci motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, leytenant X7 “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, leytenant X7 “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, leytenant X7 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, X7 həqiqətən xidməti vəzifələrinin icrası ilə bağlı olaraq xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. X2, anası Təqsirləndirilən şəxs1dır. - Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Şəmkir şəhərində doğulmuşdur. X2, anası Təqsirləndirilən şəxs1dır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışlar. Odur ki, onların əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Hadisələrin təsadüfü axarı zəminində tibbi ehtiyaclarını ödəmək üçün ilk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, qadın olması, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaq olması, ərinin ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunması, əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Hadisələrin təsadüfü axarı zəminində tibbi ehtiyaclarını ödəmək üçün ilk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, qadın olması, təqaüdçü olması, oğlunun ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunması, əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cəza təyin edərkən onların əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətlərini səciyyələndirən digər hallar nəzərə alınmalı və onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsi sosial ədalətin bərpası, eləcə də onların islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cərimə cəzasının həddini müzakirə edərkən məhkəmə iclasında müəyyən edilmiş müstəsna halların məcmusunu əsas götürməklə onların barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanun cinayətə görə müəyyən edilmiş cəzanı daha yüngül cəza təyin edilməsinin üç formasını müəyyənləşdirmişdir. a) cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi; b) cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi; c) təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında cərimədən müəyyən müddətə azadlıqdan məhrumetməyədək alternativ cəzalar nəzərdə tutulmuşdur. Həmin cinayətə görə cərimə artıq ən yüngül cəza növü kimi müəyyən edildiyindən burada daha yüngül cəza təyin edilə bilməz. Bu zaman məhkəmə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən az ciddi cəza təyin edilməsi prinsipini tətbiq edə bilər. Eləcə də, qanun işin müstəsna halları sayılan anlayışını müəyyən etmir. Ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qızı və Təqsirləndirilən şəxs2 bir ailənin üzvüdürlər. Aralarında gəlin-qaynana qohumluq münasibətləri var və bir evdə yaşayırlar. Hər iki təqsirləndirilən şəxs COVİD-19 virusuna yoluxmuşlar. Onlar yaşadığı evi xəstəliyə görə tibbi ehtiyaclarını ödəmək üçün tərk etmişlər. Birbaşa xəstəxanaya və tibbi müayinədən sonra evlərinə qayıtmışlar. Məhkəmə, COVİD-19 pandemiyasının yayılma sürəti və yayılma mənbələrinin çoxluğu səbəbindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri digər şəxslər üçün real təhlükələr yaratsa da cəzanın fərdiləşdirilməsi prinsipini rəhbər tutaraq müxtəlif ictimai yerlərdə (mağazalarda, parklarda, insanların sıx olduğu nəqliyyat vasitələrində, yas və ya digər mərasimlərdə) bu cür ictimai təhlükəli əməli törədənlərə nisbətdə onların davranışlarının və şəxsiyyətlərinin az ictimai təhlükəli olmasını, onların əməllərində cəzanı yüngülləşdirən halların məcmusunu, cinayət törətdikdən sonrakı davranışlarını, hər ikisinin 2-ci Qarabag Müharibəsi iştirakçısı və qazisinin ailə üzvü olmalarını cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qiymətləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə istinad edilməklə, Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının həddindən aşağı həddə cərimə cəzası təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq baxımından məqsədəmüvafiq və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla ona 500 manat məbləgində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla ona 350 manat məbləgində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerı getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Marif Kazımov