Məhkəmə qərarları › İş №1(042)-36/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-36/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-36/2024 27.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1967-ci il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yataqxana 1 ünvanında qeydiyyatda olmaqla Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qohumu X8 və tanışı, Gədəbəy rayon məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 7(042)-11/2023 nömrəli qərarı əsasında Gədəbəy rayon Polis şöbəsinin Cinayət axtarış bölməsində açılmış 490418 nömrəli axtarış işi üzrə axtarışda olan məhkum X4 ilə birlikdə 16 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Elman Cəfərovun yaşadığı Gədəbəy rayonu, Şəkərbəy kəndindəki evində birlikdə yemək yedikləri zaman xidməti vəzifələrinin icrası ilə əlaqədar Gədəbəy rayon Polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Şahid1 və həmin şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 evə daxil olaraq özlərini təqdim edib, X6 rayon Polis şöbəsinə getməyi təklif etdikdə tabesizlik göstərərək evin giriş qapısına doğru qaçan Nəsib Hüseynovun hakimiyyət nümayəndəsi olan və xidməti vəzifəsini yerinə yetirən əməliyyat qrupunun üzvü, baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs tərəfindən saxlanılması zamanı sonuncunun sifət nahiyəsinə yumruqla bir dəfə qəsdən zərbə endirib ona sol yanağın şişkinliyi və qançırı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirərək hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 16 oktyabr 2023-cü il tarixdə 19 radələrində atasının əmisi oğlu Elman Cəfərov zəng edərək onu yaşadığı Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən evinə birgə nahar etmək üçün çağırmışdır. O, Elmangilə yemək yeməyə getmişdir. Elmanın yaşadığı evdə başqa heç kəs olmamışdır. Elman ona yeməyi isitməyi tapşırmış, bu vaxt, təxminən saat 19 radələrində Gədəbəy rayonu, Sarıhasanlı kənd sakini Yusif kimi tanıdığı X11 Cəfərovun yaşadığı evə gəlmiş və birbaşa yemək masasında əyləşmişdir. Nəsib Hüseynov evə gələndə əlində ov tüfəngi də olmuşdur. Nəsib Hüseynov özü ilə sellefonda gətirdiyi qırmızı rəngli spirtli içkidən stəkana töküb içmiş və yemək yeməyə başlamışdır. Nəsib Hüseynov ona özü ilə gətirdiyi spirtli içkidən içməyi təklif etmiş, o, namaz qıldığı üçün içki içmədiyini bildirmişdir. Belə olduqda Nəsib Hüseynov ona “deyəsən şiə namazı qılırsan, iranlılarmı fitva verib?” demişdir. O isə Nəsib Hüseynova “əvvəldən öz bildiyim kimi namaz qılıram" demişdir. Bu vaxt evin qapısı açılmış və mülki geyimdə şəxslər içəri girərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bu vaxt Nəsib Hüseynov əlindəki silahı polislərə tərəf çevirmiş, o isə üzü üstə yerə uzanmışdır. Bundan sonra o üzü yerə tərəf olduğundan və şok vəziyyətində olduğundan otaqda nə baş verdiyini görməmişdir. Hadisə zamanı 2-3 dəfə atəş səsi eşidilmişdir. Ola bilər ki, onun otaqda polis əməkdaşlarından kiməsə əli dəysin, ancaq müqavimət göstərmək niyəti olmamışdır. Sonra onu da Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. O, əməlindən səmimi peşmandır. Polis əməkdaşlarından üzr istəyir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan iclasın keçirilməsini xahiş etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Sarıhasanlı kənd sakini X1 əvvəllər tanımamış, aralarında əlaqə və ya münasibət olmamışdır. Nəsib Hüseynov barəsində Gədəbəy rayon Polis şöbəsində axtarış işinin olmasından məlumatı olmuşdur. 16 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində o, Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında olmuşdur. Bu zaman axtarışda olan Nəsib Hüseynovun at belində çiynində ov tüfəngi ilə Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayan X5 məxsus evinə gəlməsi və orada gizlənməsi barədə Gədəbəy rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Gədəbəy rayon Polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Şahid1 rəhbərliyi, o, Gədəbəy rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis baş leytenantı Şahid4, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və rayon polis şöbəsinin fiziki və döyüş hazırlığı üzrə idman təlimatçısı polis baş serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və axtarışda olan şəxsin tutularaq aidiyyəti üzrə təhvil verilməsi məqsədilə o və əməliyyat qrupunun yuxarıda adlarını qeyd etdiyi üzvləri 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasını tərk edərək, Gədəbəy rayonu, Şəkərbəy kəndinə, X3 yaşadığı evin yaxınlığına getmişlər. Elman Cəfərovun evinin yaxınlığına çatanda saat 21 radələri olmuşdur. Elman Cəfərovun yaşadığı evin işıqlarının yanılı olduğunu və evin həyətində bir rəst atın olduğunu görmüş və X9 Cəfərovun evində olmasına əmin olmuşlar. Sonra o və əməliyyat qupunun üzvləri Elman Cəfərovun evinin arxa tərəfində olan tövlənin yanındakı qapıdan həyətə daxil olmuşlar. Onlar orada qısa toplantı keçirmiş, qrupa rəhbərlik edən Şahid1 qrup üzvləri arasında vəzifə bölgüsü aparmışdır. Toplantıda evə öndə Şahid2, arxasınca Şahid1 daxil olması, digər əməkdaşlardan o və Şahid3 evin giriş qapısının qarşısında, Şahid4 və Şahid5 isə evin sağ və sol küncündə dayanıb gözləmə mövqeyi tutması qərara alınmışdır. Onlar planlaşdırdıqları kimi evin pilləkənlərinin qarşısına gəlmişlər. Evin həyətində 3 ədəd it olsa da, tam sakit, səssiz hərəkət etdiklərinə görə həmin itlər onlara hürməmişdir. Pilləkənlərin qarşısında dayandıqları vaxt Elman Cəfərovun evinin içərisindən bir neçə kişinin danışıq səslərini eşitmişlər. Bundan sonra Şahid2 öndə, Şahid1 isə onun arxasınca pilləkənlə Elman Cəfərovun evinə qalxmışlar. O və Şahid3 də Şahid2 və Şahid1 arxalarınca pilləkənlə yuxarı qalxmışlar. O, pilləkənlərin yuxarı tərəfindəki ayaqyolunun qarşısında, Şahid3 isə ondan bir qədər aşağıda pilləkənin üzərində dayanmışdır. Şahid2 öndə, Şahid1 isə arxasınca giriş qapısından içəri daxil olmuşlar. Şahid2 otağa daxil olan kimi sağ əlində xidməti tabel silahı olan “Makarov” markalı tapançanın lüləsini yuxarı tutub digər əlində isə xidməti vəsiqəsini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və Nəsib Hüseynova təslim olub onlarla gəlməsini demişdir. Nəsib Hüseynov qəflətən ayağının arasında saxladığı tüfəngi götürüb ayağa qalxmış və həmin tüfəngi Şahid2 tərəf istiqamətləndirmək istədikdə bunu görən Şahid2 özünü itirməyib əlində olan xidməti tabel silahından sağa doğru pəncərəyə tərəf bir dəfə xəbərdarlıq atəşi açmışdır. Nəsib Hüseynov isə əlində olan tüfəngi yerə qoymaq əvəzinə tüfəngi Şahid2 tərəf çevirdikdə Şahid2 Nəsib Hüseynovun ayağının altına, yəni döşəməyə 2 dəfə atəş açmışdır. Şahid1 Nəsib Hüseynovun əlində olan tüfəngi Şahid2 tuşladığını görüb cəld Nəsib Hüseynova doğru getmiş, bu zaman Şahid2 Nəsib Hüseynovun ayağına bir dəfə atəş açmışdır. Nəsib Hüseynov əlindəki silahı Şahid2 doğruldub atəş açmaq istəyərkən Şahid1 tüfəngin lüləsindən tutub yuxarı qaldırmışdır. Bu vaxt Şahid2 atəşdən yayınmaq üçün yerə uzanmışdır. Şahid1 tüfəngin lüləsini tutub yuxarı qaldıran vaxt Nəsib Hüseynov atəş açmış, atəş açılan kimi o, güllənin ona dəyməməsi üçün qapının arxasına keçmişdir. Daha sonra o, qapıdan içəri baxdıqda Şahid1 Nəsib Hüseynovu əlində silahla birlikdə tutub saxladığını görmüşdür. Nəsib Hüseynov dartınıb qaçmaq istmişdir. Bu zaman Elman Cəfərov qəflətən stulla Şahid1 kürək nahiyəsinə zərblə vurub Nəsib Hüseynovun qaçmasına şərait yaratmışdır. Müvazinətini itirən Şahid1 əlindən çıxmış Nəsib Hüseynov isə evin giriş qapısına, yəni ona tərəf qaçmışdır. O, Nəsibin əynində olan şalvarın üzərindəki kəmərdən tutub saxlayan zaman Təqsirləndirilən şəxs ona çatıb yumruqla ağız nahiyəsindən bir dəfə zərbə endirmişdir. O, zərbənin təsirindən bir anlıq özünü itirmiş və Nəsib Hüseynov dartılaraq pilləkənlərlə aşağı doğru qaçmışdır. Onun dodağı içəridən partlamış və o xəsarət almışdır. Şahid1 ifadəsində göstərdi ki, 16 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Gədəbəy rayon polis şöbəsinə axtarışda olan Nəsib Hüseynov at belində çiynində ov tüfəngi ilə Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayan X5 məxsus evinə gəlməsi və orada gizlənməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə məlumat aldıqdan dərhal sonra onun rəhbərliyi ilə Gədəbəy rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs, əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid4, polis baş leytenantı Şahid2, Gədəbəy rayon polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və rayon polis şöbəsinin fiziki və döyüş hazırlığı üzrə idman təlimatçısı polis baş serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasını tərk edərək Gədəbəy rayonu, Şəkərbəy kəndinə X3 yaşadığı evin yaxınlığına getmişlər. Elman Cəfərovun yaşadığı evin işıqlarının yanılı vəziyyətdə olduğunu və evin həyətində bir rəst atın olduğunu gördükdə X9 Cəfərovun evində olmasından əmin olmuşlar. Bundan sonra o və əməliyyat qupunun üzvləri Elman Cəfərovun evinin arxa tərəfində olan tövlənin yanındakı qapıdan həyətə daxil olmuşlar. Onlar orada qısa toplantı keçirmiş və o, əməliyyat qrupu üzvləri arasında vəzifə bölgüsü aparmışdır. Həmin vaxt evə əməliyyat müvəkkili Şahid2lə onun daxil olması, digər əməkdaşlardan Şahid3 və Zərərçəkmiş şəxs evin giriş qapısının qarşısında, Şahid4 və Şahid5 isə evin sağ və sol küncündə dayanıb gözləmə mövqeyi tutmaları qərara alınmışdır. Onlar planlaşdırdıqları kimi evin pilləkənlərinin qarşısına gəlmişlər. Evin həyətində 3 ədəd it olsa da, tam sakit, səssiz hərəkət etdiklərinə görə həmin itlər onlara hürməmişdir. Pilləkənlərin qarşısında dayandıqları vaxt Elman Cəfərovun evinin içərisindən bir neçə kişinin danışıq səslərini eşitmişlər. Bundan sonra əməliyyat müvəkkili Şahid2 öndə, o isə Şahid2 arxasınca Elman Cəfərovun evinə qalxmışlar. Qapıdan içəri daxil olduqda aynabəndin mərkəz hissəsində masa olduğunu, Elman Cəfərovun üzü giriş qapısına tərəf masanın əks tərəfində, pəncərənin kənarında oturduğunu, Elman Cəfərov ilə üzbəüz masanın əks tərəfində Nəsib Hüseynovun oturduğunu, Nəsib Hüseynodan sol tərəfində isə sonradan şəxsiyyəti onlara məlum olan Elman Cəfərovun əmisi oğlu Təqsirləndirilən şəxs Ələsgər oğlunun oturduğunu görmüşlər. Həmin şəxslər masa arxasında əyləşib yemək yemişlər. Şahid2 öndə, o isə arxasınca içəri, yəni otağa daxil olan kimi Şahid2 sağ əlində xidməti tabel silahı olan “Makarov” markalı tapançanın lüləsini yuxarı tutub digər əlində isə xidməti vəsiqəsini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və Nəsib Hüseynova təslim olub onlarla gəlməsini demişdir. Bu zaman Nəsib Hüseynov qəflətən ayağının arasında saxladığı tüfəngi götürüb ayağa qalxmış və həmin tüfəngi Şahid2 tərəf yönəltdikdə bunu görən Şahid2 özünü itirməyib əlində olan xidməti tabel silahından sağa doğru pəncərəyə tərəf bir dəfə xəbərdarlıq atəşi açmışdır. Nəsib Hüseynov isə əlində olan tüfəngi yerə qoymaq əvəzinə tüfəngi Şahid2 tərəf çevirəndə Şahid2 Nəsib Hüseynovun ayağının altına, yəni döşəməyə 2 dəfə atəş açmışdır. O, Nəsib Hüseynovun əlində olan tüfəngi Şahid2 tuşladığını görüb cəld Nəsib Hüseynova doğru getmiş, bu zaman Şahid2 Nəsib Hüseynovun ayağına bir dəfə atəş açmışdır. Nəsib Hüseynov əlindəki silahı Şahid2 doğruldub atəş açmaq istəyərkən o, tüfəngin lüləsindən tutub yuxarı qaldırmışdır. Bu vaxt Seymur atəşdən yayınmaq üçün yerə uzanmış, o, tüfəngin lüləsini tutub yuxarı qaldıran vaxt Nəsib Hüseynov atəş açmışdır. Nəsib Hüseynovun açdığı atəş isə evin tavanına dəymişdir. O, Nəsib Hüseynovu qaçmaması üçün əlindəki silahla birlikdə tutub saxlamışdır. Buna baxmayaraq Nəsib Hüseynov dartınıb qaçmaq istəmişdir. O, Nəsib Hüseynovu tutub saxlayan zaman qəflətən kürəyindən küt əşyanın dəymə zərbəsini hiss etmişdir. Zərbənin təsirindən bir anlıq müvazinətini itirmiş, bu fürsətdən istifadə edən Nəsib Hüseynov silahı buraxaraq qapı istiqamətində qaçmışdır. O, geriyə çevrilən zaman Elman Cəfərovun arxasında olduğunu və yerdə aşmış halda stulun olmasını görmüş və Elman Cəfərovun onu vurmasını başa düşmüşdür. Elman Cəfərov onu Nəsib Hüseynovu buraxması üçün stulla vurmuşdur. Nəsib Hüseynov evin giriş qapısına tərəf qaçmış, otaqda olan Təqsirləndirilən şəxs da Nəsib Hüseynovun arxasınca qapıya tərəf qaçmış və Nəsib Hüseynov qapıdan çıxan vaxt baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs Nəsib Hüseynovu tutub saxlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq Nəsib Hüseynovun qaçmasına şərait yaratmış və Nəsib Hüseynov qaçıb getmişdir. Həyətdə olan digər polis əməkdaşları Şahid4 və Şahid5 Nəsib Hüseynovu tutub saxlamışlar. Şahid5 ifadəsində göstərdi ki, 16 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində o Gədəbəy rayon polis şöbəsinin inzibati binasında olmuşdur. Həmin vaxt Gədəbəy rayon polis şöbəsinə axtarışda olan Nəsib Hüseynov at belində çiynində ov tüfəngi ilə Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayan X5 məxsus evinə gəlməsi və orada gizlənməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Gədəbəy rayon Polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Şahid1 rəhbərliyi, o, Gədəbəy rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və axtarışda olan şəxsin tutularaq aidiyyəti üzrə təhvil verilməsi məqsədilə o və əməliyyat qrupunun yuxarıda adlarını qeyd etdiyi üzvləri 16 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Gədəbəy rayon polis şöbəsinin inzibati binasını tərk edərək Gədəbəy rayonu, Şəkərbəy kəndinə X3 yaşadığı evin yaxınlığına getmişlər. Elman Cəfərovun yaşadığı evin işıqlarının yanılı vəziyyətdə olması və evin həyətində bir rəst atın olduğunu gördükdə onlar X9 Cəfərovun evində olmasından əmin olmuşlar. Bundan sonra o və əməliyyat qupunun üzvləri Elman Cəfərovun evinin arxa tərəfində olan tövlənin yanındakı qapıdan həyətə daxil olmuşlar. Onlar orada qısa toplantı keçirmiş, qrupa rəhbərlik edən Şahid1 qrup üzvləri arasında vəzifə bölgüsü aparmışdır. Evə öndə Şahid2, arxasınca Şahid1 daxil olması, digər əməkdaşlardan Zərərçəkmiş şəxs və Şahid3 evin giriş qapısının qarşısında, o və Şahid4 isə həyətdə dayanıb gözləmə mövqeyi tutmaları qərara alınmışdır. O, evin sol küncündə, Hikmət isə evin sağ küncündə gözləmə mövqeyi tutmuşlar ki, əgər Nəsib Hüseynov qaçarsa onu saxlasınlar. Şahid2, Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 isə planlaşdırıldığı kimi evin pilləkənləri istiqamətində getmişlər. O və Hikmətin olduqları yerdən evin içərisi görsənməmişdir. Şahid2, Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 pilləkənlərlə yuxarı qalxdıqdan bir neçə dəqiqə sonra evdən atəş səsləri eşidilmişdir. Hikmət atəş səslərini eşidən kimi dərhal qaçaraq evin pilləkənlərinin qarşısına gəlmiş, bu zaman Nəsib Hüseynov pilləkənlərlə qaçaraq evin bağına doğru getmişdir. Belə olduqda o və X7 arxasınca qaçmış və təxminən 500 metr məsafədən sonra Nəsib Hüseynova çatıb tutaraq saxlamışlar. O, çöldə olduğu üçün otaqda nə baş verdiyini görməmişdir. Lakin ona polis əməkdaşları bildirmişlər ki, Nəsib Hüseynov evin giriş qapısına tərəf qaçarkən Zərərçəkmiş şəxs onu tutub saxlamış, bu vaxt otaqda olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq Nəsib Hüseynovun qaçmasına şərait yaratmışdır. Şahidlər Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Onlar da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid5 ifadələrinə uyğun ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi materiallarında olan istintaq hərəkəti protokollarını və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri – Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən, X5 məxsus irmərtəbəli, kürsülü fərdi yaşayış evidir. Həmin evə Şəkərbəy kənd tam orta məktəbinin inzibati binasının qarşısından keçən torpaq örtüklü avtomobil yolu ilə sağ istiqamətdə dönüb təxminən 2 km irəlilədikdə çatmaq mümkündür. Elman Cəfərova məxsus fərdi yaşayış evinə evin sol küncündə olan daş örtüklü pilləkanlar vasitəsi ilə yuxarı qalxılaraq daxil olmaq mümkündür. Həmin yaşayış evi 1 aynabənd və 3 yaşayış otağından ibarətdir. Evə daxil olduqda evdən barıt iyinin gəldiyi hiss edildi. Hadisənin baş verdiyi otaq evin aynabənd otağı olmaqla 3.5x11.5 metrdir. Otağın hündürlüyü 250 sm-dir. Həmin otağa 120x185 sm ölçülü, iki taylı, içəri istiqamətə açılan, taxta materialdan hazırlanmış qapıdan daxil olunur. Otağa daxil olduqda mərkəz hissədə, pəncərələr olan divarın qarşısında maili ziyyətdə dayanmış stol, ətrafında səliqəsiz halda 03 ədəd stul, aynabəndin sol divarında iki yaşayış otağının giriş qapısının arasında 01 ədəd bir qapılı soyuducu, otağın girişlə üzbəüzsağ divarının qarşısında çarpayı və kreslo dəsti, döşəmədə isə 04 ədəd gilizlər həmçinin, 02 ədəd güllə izi mövcuddur. 1-ci stuldan masayadək məsafə 90 sm, 2-ci stuldan masayadək məsafə 40 sm, 3-cü stuldan masayadək məsafə 50 sm-dir. 1 və 2-ci stullar dikinə dayandığı halda, 3-cü stul yıxılmış, arxa hissəsi pəncərəyə, baş hissəsi isə giriş qapısı istiqamətindədir. 4 nömrəli giliz hadisənin baş verdiyi otağın giriş qapısının qarşısında, qapıdan 60 sm məsafədə aşkar edildi. 1 nömrəli giliz yemək stolunun yanında, 2 və 3 nömrəli gilizlər Elman Cəfərovun yatdığı otağın giriş qapısının qarşısında aşkar edildi. Girişdən 2 nömrəli gilizədək məsafə 555 sm, 1 və 3 nömrəli gilizlərədək məsafə isə 505 smdir. 3 nömrəli gilizdən soyuducuyadək məsafə 119 sm, 2 nömrəli gilizdən soyuducuyadək məsafə 66 sm, 2 və 3 nömrəli gilizlər arasındakı məsafə isə 60 sm-dir. 1 nömrəli gilizdən 2 nömrəli gilizədək məsafə 180 sm, 3 nömrəli gilizədək olan məsafə isə 190 sm-dir. Otağın tavan hissəsində 01 ədəd güllə izi aşkar edilmişdir. Tavandakı zədənin diametri 8x3 sm-dir. Güllə dəliyindən giriş qapısınadək məsafə 1.60 metr, yemək masasınadək məsafə isə 4.1 metrdir. Baxış zamanı hadisənin baş verdiyi otağın çöl divarında olan 3-cü pəncərənin 1-ci pəncərə qapısının sol alt küncündə və çərçivəsində deşib keçmiş güllə izi aşkar edilmişdir. - Məhkəmə tibbi ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 542 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol yanağın şişkinliyi və qançırı küt əşyanın təsirindən törəmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 16 oktyabr 2023-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokolizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılamağa xarakterik xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarləri onun yumruqla vurulması zamanı ala bilməsi inkar edilmir. -Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 12 fevral 2024-cü il tarixli, 96 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə ona şamil edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs 16 oktyabr 2023 -cü il tarixdə ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdixüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. 16 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisənin hansı şəraitdə və necə baş verməsini xatırlamaması ehtimalı inandırıcı deyil. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və statistik İnformasiya idarəsinin 31 oktyabr 2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. -Gədəbəy RİHB-nın Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyinin 17 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlu nümayəndəliyin ərazisində qeydiyyatsız yaşadığı müddət ərzində onun barəsində yazılı və şifahi şikayət xarakterli məlumat daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəməyədək icraat zamanı toplanılmış bütün sübutlar məhkəmə iclasında yoxlanılmış, tədqiq olunmuş və bütün sübutlara məhkəmə tərəfindən mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə təqsirini etiraf etməsə də, məhkəmə iclasında qismən təqsirli olduğunu bildirdi. Buna baxmayaraq məhkəmə onun ifadəsində “müqavimət göstərmək niyətinin olmaması”, eləcə də “qəsdən deyil, kiməsə əlinin dəyməsi” barədə bildirdiklərinə tənqidi yanaşır, onun bu cür ifadə verməsini özünü müdafiə cəhdi kimi qiymətləndirir və hesab edir ki, bu ifadələri hadisə barədə daha müfəssəl, aydın və məntiqi ardıcıl olan zərər çəkmiş şəxsin, şahidlərin ifadələri ilə, həmin ifadələri tamamlayan ekspert rəyləri və digər sübutlarla tam təkzib olunur. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edildi ki, Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsi hesab edilən Gədəbəy rayon Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Odur ki, məhkəmə istintaq orqanı tərəfindən onun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə tövsifi ilə razılaşır və hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə caza təyin edərkən məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirini qismən etiraf etməsini, ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsdən üzr istəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddini müzakirə edərək, cəzanı yüngülləşdirən halların məcmusunu, əməlində ağırlaşdıran halın olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə olduğu müddət ona cəza təyin edərkən nəzərə alınmalı, həmin müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə, cinayət -prosessual qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini və bununla da barəsində seçilmiş həbs qətimkan tədbirinin saxlanmasına ehtiyac olmadığını nəzərə alaraq həbs qətimkan tədbirinin polisin nəzarəti altına vermək qətimkan tədbiri ilə əvəz edilməsini və hökmün gələcəkdə icrasının təmin edilməsi məqsədilə bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 31 manat 50 qəpik manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib ona 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək həbsdə saxlandığı 8 ay 11 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 il 07 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək Gədəbəy rayonu, Şəkərbəy kəndi ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermək qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci - 31 manat 50 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar