Məhkəmə qərarları › İş №1(042)-37/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-37/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-37/2020 17.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruVerdiyev Mövlanverdi Allahverdi oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, X7 Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan, barəsində xx xxxxx 2020-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 18.30 radələrində Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində “Coronavirus” (Covid-19) pandemiyasına görə ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar yaşadığı Şəmkir rayonuna qayıda bilməməsi səbəbindən hiddətlənərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan ünvansız nalayiq söyüşlər söyüb üzərində olan mətbəx bıçağı və ülgüc ilə özünün qol və qarın nahiyələrinə xəsarətlər yetirmiş, bu zaman oraya gəlmiş polis əməkdaşlarını görüb onlardan yayınmaq üçün qaçaraq həmin kənd sakini Şahid3 məxsus evin həyətyanı sahəsinə daxil olmuş, orada da öz ictimai təhlükəli hərəkətlərini davam etdirməklə özünə silah qismində istifadə etdiyi bıçaq və ülgüclə xəsarətlər yetirəcəyi ilə hədələyib Şahid3 və ailə üzvləri üçün ciddi təhlükə və qorxu hissi yaratmış, daha sonra Slavyanka kəndinin mərkəzində yerləşən “OBA” adlı marketin qarşısına gəlmiş, orada cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərini davam etdirməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək özü, habelə ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb nalayiq ifadələr işlədərək şəxslər üzərində zor tətbiq edəcəyi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlərini davam etdirən zaman Slavyanka kəndi ərazisində xidmətdə olmaqla hadisə yerinə gəlmiş Gədəbəy rayon Polis şöbəsinin post patrul xidməti tağımının komandiri, polis leytenantı Zərərçəkmiş şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət edib əlində olan bıçaq və ülgücü yerə atmasını və sakitləşməsini tələb etdikdə o, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs müqavimət göstərməklə əlində olan bıçağı silah qismində istifadə edərək zor tətbiq edib onun sol əl nahiyyəsinə qəsdən bir dəfə zərbə endirməklə ona sol əlin ovuc səthinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərəkifadəsində göstərdi ki, Şəmkir rayonu,Şiştəpə kəndində yaşayır. Gədəbəy rayonuna gündəlik müxtəlif həyətlərdə günəmuzd fəhlə kimi işləmək üçün gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə spirtli içki olan araq və pivə içib sərxoş vəziyyətdə kirayədə yaşadığı Nəzakət adlı qadının evinin həyətində qonşularla mübahisə yaratmişdır. Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi Şahid2 və polis sahə nəfəri Fizuli Quliyevin həmin vaxt gəlib onu sakitləşdirmək istəmiş, o isə oradan qaçıb Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısına getmişdir. Arxasınca polis əməkdaşları Şahid2 və Fizuli Quliyevin gələrək ona “karantin” rejimidir sakitləş və çıx evinə get” deyə bildirmişlər. O, əsəbləşib evdə qala bilmədiyini, Gədəbəy rayonuna işləməyə gəldiyini söyləmişdir. Polis əməkdaşları tərəfindən ona evə getmədiyi halda barəsində tədbir görüləcəyi və rayon polis şöbəsinə aparılacağını bildirildikdə əsəbiləşib üstündə olan bıçağı və lezvanı çıxardıb özünü kəsməyə başlamışdır.Polis əməkdaşları və ətrafda olan insanların onu sakitləşdirməyə çalışsalar da, heç kəsə məhəl qoymamış, uca səslə “mənə yaxınlaşsanız, sizi də doğrayacağam” demişdir. Polis əməkdaşları onunla razılaşmadıqda o, qaçmağa başlamış, qaçarkən Şahid3 adlı Gədəbəy rayonu, Slavyanka kənd sakininin yaşadığı evin həyətinə keçmişdir. Polislər arxasınca gəldiyi üçün Şahid3 həyətindən qaçıb yenidən Slavyanka kəndinin mərkəzinə gəlmiş, sonradan adını bildiyi post patrul xidmətinin komandiri Zərərçəkmiş şəxs və bir neçə polis əməkdaşları da gəlib onu sakitləşdirib bıçağı əlindən almağa çalışmışlar. Belə olduqda onlara məhəl qoymamış, əlində olan lezva və bıçağı yerə atmamış, polis əməkdaşlarına “mənə yaxın gəlməyin sizinlə maşına oturub polis şöbəsinə getməyəcəyəm” demişdir.Bu vaxt komandir Hikmət ona yaxınlaşıb bıçağı əlindən almaq istəmiş, qorxutmaq üçün bıçağı ona tərəf atarkən əlindəki bıçaq Zərərçəkmiş şəxs sol əlinin iç hissəsini kəsib yaralamış, daha sonra polis əməkdaşları tərəfindən əlindəki kəsici alətlər alınmışdır. Onun özü isə Gədəbəy rayon Polis şöbəsinə aparılmışdır. Əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci ildən DİO-da, 2019-cu ildən isə Gədəbəy rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün taqım komandiri vəzifəsində xidmət edir. Şəmkir rayonu, Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti, yaxud ziddiyyətli münasibəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 18.30 radələrində Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində xidmətdə olarkən həmin kəndin sahə rəisi, polis leytenantı Şahid2 ona zəng etmiş, Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Slavyanka kəndinin mərkəzində “OBA” marketin qarşısında əlində lezva və bıçaq olması, ətrafdakı insanların ünvanına nalayiq söyüşlər söyməsini, Təqsirləndirilən şəxs zərərsizləşdirilməsi üçün əlavə kömək lazım olduğunu bildirmişdir. O, həmin vaxt xidmətdə olan Gədəbəy rayon Polis şöbəsinin Post patrul xidməti taqımının polis nəfərləri, polis serjantı Şahid9 və polis serjantı Şahid8 Kamran oğlu ilə birlikdə Slavyanka kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısına getmiş, hadisə yerinə çatarkən,Familin bir əlində bıçaq, digər əlində isə lezva olmasını, sonuncunun sərxoş vəziyyətdə yaxınlıqda olan şəxslərin və polis əməkdaşların yanında ünvansız nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozmasını görmüşdür. Vətəndaşların təhlükəsizliyini və asayişi təmin etmək üçün orada olan digər polis əməkdaşları ilə birlikdə Famili zərərsizləşdirmək üçün sonuncuya yaxınlaşmışlar.Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki köynəyi qaldırıb əlində olan lezva ilə qarnına və eləcə də qollarına xəsarətlər yetirməsi, ünvanına nalayiq söyüşlər söyərək təhqir edib onu öldürəcəyi ilə hədələmiş və heç kimi yaxınına buraxmamışdır. Təqsirləndirilən şəxs sakitləşməsini, əlində olan kəsici alətləri yerə atmasını və nizam intizamlı olmasını, ətrafda olan şəxslərin narahatçılığına səbəb ola biləcək hərəkətlər etməməsini bildirmiş, Təqsirləndirilən şəxs isə onun sözlərinə məhəl qoymayaraq daha da azğınlaşıb kobud formada nalayiq ifadələr işlədərək bıçaqla üzərinə hücum çəkmiş, özünü müdafiə edib bıçağı onun əlindən almaq istəyərkən Təqsirləndirilən şəxs onun sol əlinə qəsdlə bıçaqla zərbə vurub xəsarət yetirmişdir. Sonra o və yanında olan polis əməkdaşları tərəfindən bıçaq Təqsirləndirilən şəxs əlindən alınmış, özü isə Gədəbəy rayon Polis şöbəsinə aparmışlar.Hadisə yerinə gəldikləri vaxt orada təxminən 10-15 nəfər tanımadığı insanlar toplaşmış, Təqsirləndirilən şəxs onları nalayiq söyüşlərlə söyüb təhqir etmiş, eyni zamanda özünə əlində olan bıçaq və lezva ilə xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs bu kimi hərəkətlərinin təxminən yarım saat ərzində davam etdirmişdır. Şahidlər Şahid9 və Şahid8 Kamran oğlu zərər çəkmiş şəxs H.F.İskəndərovun ifadəsinə uyğun ifadə verdi. Şahid1 Bəhrəm oğlu ifadəsində göstərdi ki, 1995-ci ildən DİO-da, 2008-ci ildən isə Gədəbəy RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. Şəmkir rayonu, Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti yaxud ziddiyyətli münasibəti yoxdur və olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 17.40 radələrində xidməti ərazisi olan Slavyanka kəndində olarkən həmin kəndin icra nümayəndəsi Şahid11 ona zəng edərək həmin kənddə Nəzakət adlı qadının evində kirayədə yaşayan Şəmkir rayonu, Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə münaqişə yaradaraq qonşuları narahat etdiyini bildirib həmin ünvana getməklərini xahiş etmişdir. O, həmin vaxt yanında olan sahə rəisi, polis leytenantı Şahid2la birlikdə bu barədə aidiyyəti üzrə rəhbərliyə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvana getmişdir. Onlar evin həyətinə çatanda Təqsirləndirilən şəxs məhlədə olmuş, onları görən kimi çəpərdən tullanıb qaçmağa başlamışdır. Onlar geriyə, kəndin mərkəzinə qayıtmışdır. Kəndin mərkəzində yerləşən “OBA” marketin qarşısına çatanda görmüşdür ki, Təqsirləndirilən şəxs bir əlində bıçaq, digər əlində isə lezva var və o, ucadan nalayiq söyüşlər söyərək ətrafda yaşayan insanların üzərinə gedir. Familin sərxoş vəziyyətdə aqressiv davrandığını, ətrafdakı şəxslər üçün təhlükəli olduğunu, onu sahə rəisi Şahid2la saxlaya bilməyəcəyini görüb köməyə əlavə qüvvə çağırmışdır. Hadisə yerinə ərazidə xidmət edən rayon Polis şöbəsinin Post patrul xidməti taqımının komandiri, polis leytenantı Zərərçəkmiş şəxs və polis nəfərləri, polis serjantı Şahid9 və polis serjantı Şahid8 Kamran oğlu gəlmişlər. Vətəndaşların təhlükəsizliyini və asayişi təmin etmək üçün Familə yaxınlaşmışlar ki, onu zərərsizləşdirsinlər. Famil sərxoş olduğu üçün ətrafdakı şəxslər üçün ciddi təhlükə yaratmış, qarnını açıb əlindəki lezva ilə qarnına və qollarına yenidən xəsarət yetirəcəyini deyib polis əməkdaşlarının ünvanına nalayiq söyüşlərə söymüşdür. Həmin vaxt köməyə gəlmiş rayon Polis şöbəsinin PPX taqımının komandiri polis leytenantı Zərərçəkmiş şəxs Famili zərərsizləşdirərkən Famil əlində olan bıçaqla Zərərçəkmiş şəxs sol əlinə xəsarət yetirmişdir. Bundan sonra onlar Familin əlindəki bıçağı alıb rayon Polis şöbəsinə gətirmişlər. Həmin hadisə zamanı ərtafda təxminən 10-15 nəfər şəxslər olmuş, Familin qanunsuz hərkətlərini yaxınlıqda yerləşən mağaza sahibləri və kənd sakinləri görmüşlər Şahid2 Şahid1 Bəhrəm oğlu ilə eyni məzunlu ifadə verdi. ŞahidSüleymanova Nəzakət Ovçu qızı ifadəsində göstərdi ki,ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Ona məxsus evdə bir otaqda üç yataq dəsti qoymuşdur ki, gündəlik fəhləlik üçün Slavyanka kəndinə gələn fəhlələr hər gecəsi üçün iki manat pul verib orada qalsınlar. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə onun evinə gəlib gündəlik olaraq kirayədə yaşayıb kənd ərazsisində fəhləlik etmək istədiyini ona demişdir. O da Famillə razılaşıb evinin kirayəyə hazırladığı otağında Familin gündəlik qalması üçün yataq dəsti vermişdir. Təqsirləndirilən şəxs gecələr orada qalaraq gündüzlər günəmuzd fəhləlik etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 08.00 radələrində Təqsirləndirilən şəxs günəmuzd fəhləlik etmək üçün evdən getmişdir. Familin “OBA” marketin qarşısında özünü doğrayaraq daha sonra polis əməkdaşına xəsarət yetirdiyini sahədən qayıdanda yəni xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində qonşulardan eşidib bilmişdir. Şahid3 ifadəsində göstərdi ki,ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs üzdən tanıyır. Familin kənd ərazisində fəhləlik etdiyini bilmiş,lakin onunla əvvəllər heç bir münasibəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 18.30 radələrində ailə üzvləri ilə birlikdə evdə olan zaman Təqsirləndirilən şəxs qəflətən əkin sahəsi tərəfindən qaçaraq evin həyətinə gəlmişdir. Həmin vaxt Familin üstü qanlı vəziyyətdə və əlində bıçaq olmuşdur. Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələrlə söyüşlər söyüb səs-küy salmış, əlində olan bıçaqla özümü doğrayacam demişdir. Famil 10-15 dəqiqə ərzində evin həyətində səs-küy salmış ailəüzvlərini və uşaqlarını qorxutmuşdur. Səs-küyə qonşuluqda yaşayan Ələsgər və Nemət oraya gəlmişdir. Sonra evin həyətindən çıxıb oradan uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları qapısına gəlmişlər. Familin qanunsuz hərəkətləri nəticəsinə ailə üzvləri qorxduğuna görə yazılı ərizə ilə polisə müraciət etmişdir. Famil 10-15 dəqiqə evin həyətində səs-küy salmışdır. O və ailə üzvləri Familin bu hərəkətlərindən qorxu hissi keçirmişlər. Şahid12 ifadəsində göstərdi ki,hazırda Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində Slavyanka kəndinin mərkəzində olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs üst başı qanlı vəziyyətdə əlində lezva və bıçaq yaşayış evinin hasarından aşmaqla Şahid3 evinin həyətinə daxil olmasını və Familin söyüşlər söydüyünü görmüşdür. Şahid Məhərrəmov X2 Nemət Arzu oğlu ilə eyni məzunlu ifadə verdi. Şahid13 ifadəsində göstərdi ki,Gədəbəy rayonunun Slavyanka kəndində yaşayır. “OBA” marketlər şəbəkəsinin Slavyanka kəndinin mərkəzində yerləşən mağazasında satıcı işləyir. Şəmkir rayonunun Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavətim, yaxud ziddiyyətli münasibəti yoxdur və olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Slavyanka kəndinin mərkəzində yerləşən “OBA” marketdə işlədiyi vaxt marketin qarşısında olan meyvələri içəri yığmaq üçün çıxdıqda adını sonradan bildiyi Təqsirləndirilən şəxs bir əlində lezva, bir əlində isə bıçaq üst başı qan içində ucadan nalayiq söyüşlər söyərək ətrafda yaşayan insanların üzərinə getdiyini görmüşdür. Həmin vaxt polis əməkdaşları Familin sərxoş vəziyyətdə aqressiv davrandığını, ətrafdakı şəxslər üçün təhlükəli olduğuna görə onunla profilaktiki söhbətlər aparmışlar. Famil onlara məhəl qoymamışdır. Həmin vaxt köməyə gəlmiş adını sonradan bildiyi polis əməkdaşı olan Zərərçəkmiş şəxs Famili zərərsizləşdirən zaman Famil əlində olan bıçaqla onun sol əlinə xəsarət yetirmişdir. Şahid X1 Kamil Kamran oğlu ilə eyni məzunlu ifadə verdi. Şahid11ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki,2017-ci ildən Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Slavyanka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ziyadaxan oğlunu əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində Təqsirləndirilən şəxs karantin rejimini pozaraq kəndin mərkəzində dayandığını görüb ona iradını bildirmişdir. Təqsirləndirilən şəxs fəhləlik etmək üçün gəkldiyini bildirərək, kirayədə yaşadığı evə gedəcəyini bildirmiş və oradan getmişdir. Bundan bir neçə saat sonra, təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs səs-küy salıb qonşuları narahat etdiyini eşitmiş və Gədəbəy rayon Polis şöbəsinin polis sahə nəfəri Fizuli Quliyevə zəng etmişdir. Fizuli Quliyev onun zəngindən sonra Nəzakətin evinə getmişdir. Sonra o, Təqsirləndirilən şəxs kəndin mərkəzində görmüşdür. Həmin vaxt Famil bir əlində bıçaq, digər əlində isə lezvanı nümayiş etdirərək özünə xəsarət yetirə-yetirə ətrafda olan şəxsləri qorxutmuş, ucadan nalayiq söyüşlər söymüşdür. Oraya gələn polis əməkdaşlarının onu nizam-intizama dəvət etməsinə məhəl qoymamış və daha da aqressivləşib onların da ünvanına nalayiq söyüşlər söymüş və onları da xəsarət yetirəcəyi ilə hədələmişdir. Həmin vaxt adını sonradan bildiyi Hikmət adlı polis əməkdaşı yaxınlaşıb Familin əlindən kəsici alətləri almaq istədikdə sonuncu, əlində olan bıçaqla Hikmətin əlinə vurub ona xəsarət yetirmişdir. Bundan sonra “OBA” marketin qarşısında polis əməkdaşları Famili zərərsizləşidirib polis şöbəsinə aparmışlar. Famil nümayişkaranə hərəkətlərini kəndin mərkəzində təxminən 20-25 dəqiqə müddətində davam etdirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 218 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol əlin ovuc səthinin kəsilmiş yarası deşici-kəsici əşyanın tiyəsinin kəsici hissəsinin təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxxx 2020-ci il tarixə uyğun gəlir.Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs sol əlin ovuc səthində aşkar edilmiş xəsarətin bıçağın kəsici hissəsindən törənməsi inkar olunmur. - xx xxxxx 2020-ci il tarixli götürmə istintaq hərəkəti protokoldan görünür ki, Gədəbəy rayon polis şöbəsinin, Post patrul xidməti tağımının komandiri Zərərçəkmiş şəxs həmin tarixdə Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi dəstəyi sarı rəngdə plastik materialdan hazırlanmış tiyəsinin uzunluğu 15 sm olan 1 ədəd bıçağı təhqiqat orqanına təqdim etmiş və həmin bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla möhürlənib götürülmüşdür. -Məhkəmə-trasoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 16/299 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq əldəqayırma üsulu ilə hazırlanmış bir tərəfi kəsici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014cü ildə cəzasının sonu ilə azad edilmişdir. X7 Məhkəməsinin xx.xx.2015-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan mərumetmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən cəzası 04 il 06 aya endirilmiş, xx.xx.2019cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. -X7 Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 1(088)-111/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Qeyd olunan hüquq normaları baxımından məhkəmə tədqiq olunmuş sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edib qiymətləndirir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstəriməklə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətməsi təqsirləndirilən şəxsin öz etrafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutetmə vasitələri ilə tam sübuta yetir. Ona görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalı, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs X8 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Həmin cinayət əməli üzrə onun məhkumluğu hazırkı cinayət əməlini törədərkən ödənilmişdir. Bundan başqa, o, X7 Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(088)-111/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2019-cu ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Göründüyü kimi, F.Z.İsnmayılov qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı agırlaşdıran haldır. Odur ki, Təqsirləndirilən şəxs öz cinayət əməlləri ilə cinayətin residivini yaratması onun cəzasını agırlaşdıran haldır. Azərbaycan Respublikası 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunan hüquq normaları tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət əməlləri ilə cinayətin residivini yaratması ona cəza təyin edilməsi, cəzanın növü və həddi müəyyən edilərkən nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi yeri xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs öz cinayət əməlləri ilə cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlama müddəti şübhəli şəxs kimi tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza çəkmə müddətinin əvvəli də onun şübhəli şəxs kimi tutulduğu vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd soyuq silah hesab olunmayan mətbəx bıçağı CPM-nin 132.1.1-ci maddəsinə əsasən, cinayətin aləti olduğundan məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci-53 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197-198, 132, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd soyuq silah hesab olunmayan mətbəx bıçağı məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci – 53 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar