Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-37/2021 29.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər uşaq olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyun 2015-ci il tarixdən hesablanmaqla, 13 avqust 2005-ci il təvəllüdlü X1 və 15 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay bir uşağa 75.00 manat, iki uşağa cəmi 150.00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Gədəbəy rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 avqust 2015-ci il tarixli, 2(041)-780/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 21 iyul 2020ci il tarixli, 3(042)-141/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək iyirmi gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 21 oktyabr 2016-cı il, 06 aprel 2018-ci il, 12 avqust 2020-ci il, 25 avqust 2020-ci il, 14 sentyabr 2020-ci il və sonuncu dəfə 29 sentyabr 2020-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə 09 oktyabr 2020-ci il tarixədək cəmi 9750.00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə qeyri -rəsmi olaraq ailə həyatı qurmuş, birlikdə yaşadıqları müddətdə 13 avqust 2005-ci il təvəllüdlü Ramil Qafarov və 15 yanvar 2008-ci il təvəllüdlü Ömər Qafarov adlı iki övladları dünyaya gəlmişdir. Sonradan Zərərçəkmiş şəxs ilə münasibətləri pozulduğu üçün ayrılmışlar və uşaqlar Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Zərərçəkmiş şəxs aliment tələbi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 03 avqust 2015-ci il tarixli, 2(041)-780/2015 saylı qətnaməsinə əsasən əvvəli 10 iyun 2015-ci il tarixdən hesablanmaqla övladları 13 avqust 2005-ci il təvəllüdlü X1 və 15 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 75.00 manat, iki uşağa cəmi 150.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, aliment borcunu ödəməmiş, Gədəbəy rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 3(042)- 141/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək iyirmi gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, əməlini səmimi etiraf edir. Məhkəmə istintaqı dövründə 1000 manat ödəniş etmiş, hava şəraiti ilə əlaqədar olaraq ziyana düşdüyü üçün qalan borcdan ödəniş edə bilməmişdir. Hazır ki, tarixədək 8750.00 manat aliment borcu var. Həmin borcu və alimenti ödəyəcəkdir. Təqsirləndirilən şəxs cinayət əməli ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ailə qurmuş, birgə yaşadıqları müddətdə 13 avqust 2005-ci il təvəllüdlü Ramil Qafarov və 15 yanvar 2008-ci il təvəllüdlü Ömər Qafarov adlı uşaqları doğulmuşdur. Təqsirləndirilən şəxsla yola getmədiklərindən ayrılmışlar və övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamışdır. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanılması üçün ona maddi köməklik göstərməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı Gədəbəy rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin 03 avqust 2015-ci il tarixli, 2(041)-780/2015 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 10 iyun 2015-ci il tarixdən hesablanmaqla övladları 13 avqust 2005-ci il təvəllüdlü X1 və 15 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 75.00 manat, iki uşağa cəmi 150.00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Ramin aliment ödəməkdən imtina etmişdir. Raminə dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, hətta Gədəbəy rayon Məhkəməsinin 3(042)-141/2020 saylı, 21 iyul 2020-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib iyirmi gün müddətinə inzibati qaydada həbs edilmişdir. 20 oktyabr 2020-ci il tarixədək qeyd edilən yığılıb qalmış 9750.00 manat aliment borcundan məhkəmə gedişində cəmi 1000 manat pul ödəmişdir. O, Təqsirləndirilən şəxs tutulmasını istəmir, lakin uşaqlarının saxlanması üçün alimentin ödənilməsini tələb edir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli, 2(041)-780/2015 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən 13.08.2005-ci il təvəllüdlü Ramil və 15.01.2008-ci il təvəllüdlü Ömər adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 75,00 manat, iki uşağa cəmi 150,00 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə 06.02.2017-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasını təmin edilməsi üçün bildiriş göndərilmişdir. Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Gədəbəy rayon Məhkəməsinin 05.06.2017-ci il tarixli, 8(042)-91/2017 saylı qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Gədəbəy rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli, 2(041)- 780/2015 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs verilmiş könüllü icra müddətində, habelə ona dəfələrlə edilmiş xəbərdarlıqlar və məlumatlar verilməsinə baxmayaraq tələbi yerinə yetirməkdən yayınmış, buna görə onun barəsində 21.07.2020-ci il tarixdə inzibati protokol tərtib edilərək Gədəbəy Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 21.07.2020-ci il tarixli, 3(042)- 141/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinib iyirmi gün müddətinə inzibati həbs növündə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra borclu Təqsirləndirilən şəxs yeni icra müddətinin verilməsinə dair 12.08.2020-ci il tarixli bildiriş təqdim olunmuş, habelə 25.08.2020-ci il, 14.09.2020-ci il və 29.09.2020-ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilməklə yaranmış aliment borcunu ödəməyəcəyi halda, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə izah verilmişdir. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs aliment üzrə heç bir ödəniş etməmiş, təqdimat verilən günə, yəni 20 oktyabr 2020-ci il tarixədək 9750,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə icraatı vaxtı tələbkar bildirdiyinə görə 1000 manat ödəniş etmişdir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Gədəbəy rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli, 2(041)-780/2015 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2005-ci ildə anadan olmuş X1 və 15 yanvar 2008-ci ildə anadan olmuş X4 atası olması faktının müəyyən edilməsi və Təqsirləndirilən şəxs 10 iyun 2015-ci il tarixdən başlayaraq, 13 avqust 2005-ci ildə anadan olmuş Ramilin və 15 yanvar 2008-ci ildə anadan olmuş Ömərin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 75 (yetmiş beş) manat miqdarında, cəmi hər ay 150 (yüz əlli) manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin tələbin könüllü icra edilməsi haqqında bildirişindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 03.08.2015 tarixli, 2(041)-780/2015 saylı icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 8(042)-91/2017 nömrəli qərardadından görünür ki, xx.xx.1982-ci ildə Gədəbəy rayonunun Maarif kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılması qərara alınmışdır. - Xəbərdarlıq məktublarından görünür ki, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla 21 oktyabr 2016-cı il, 06 aprel 2018-ci il, 12 avqust 2020ci il, 25 avqust 2020-ci il, 14 sentyabr 2020-ci il və sonuncu dəfə 29 sentyabr 2020-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli 3(042)-141/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-25248-1120 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə Şəmkir Rayon Məhkəməsinin 17.02.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 132 və 221.1-ci maddələri ilə təqsirli bilinərək qazancının on beş faizi dövlət nəfinə tutulmaqla bir il islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18.06.2004-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında X5 qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 16.04.2015-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında X7, anası qrafasında X5 qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcundan qismən ödəniş etməsi, himayəsində iki nəfər uşaq olması onun cəzasını yüngülləşdirən hallardır. Onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. Təqsirləndirilən şəxsə hansı cəza növünün təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs yığılmış aliment borcunu qismən ödəmişdir və hissə-hissə ödənilməsini vəd edir. Onun himayəsində iki nəfər uşaq var. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olduğunu nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, digər vəzifələrlə yanaşı, ona cəza çəkdiyi müddətdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yığılmış aliment borc məbləğini ödəmək vəzifəsi də tapşırılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş mövcud qətimkan tədbiri hökmün icrasının təmin edilməsinə maneə yaratmadığından və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, cəza çəkdiyi müddətdə 8750 manat məbləğində aliment borcunu ödəmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-37/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-37/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver