Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-37/2022 10.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşaq olan, işləməyən, Samux rayonu, Sarıqaya kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayan, barəsində Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsi tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, Şəmkir rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 29 aprel 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri Səməd Vurğun küçəsində yerləşən avtomobil ehtiyat hissələri satış mağazasına müştəri qismində daxil olaraq mağazada heç kəsin onu görmədiyinə əmin olduqdan sonra oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan 550 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilin 5-lik sürət ötürücüsünü, 310 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilə məxsus ön ötürücü körpünü, 95 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilə məxsus olan sükanın rulavoy kalonkasını, 125 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş VAZ- 21074 markalı avtomobilin kalburyatorunu, 110 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ markalı avtomobillərin statyorunu gizli yolla talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 1190 (min yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Gəncə şəhərində qardaşı Vüqar Məmmədova məxsus 45-BL- 691 dövlət qeydiyyat nişanlı avtomobillə taksilik fəaliyyəti ilə məşğul olur. 29 aprel 2022-ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri ərazində yerləşən Şəmkir avtovağzalından tanımadığı 4 nəfər şəxsi bir nəfərini 5 manatdan olmaqla Gədəbəy şəhərinə gətirmişdir. Sonra idarə etdiyi VAZ-21074 markalı avtomobil üçün səs boğucu axtarırmışdır. Gədəbəy şəhərinin mərkəzində yolun sol kənarında yerləşən mağazaya daxil olub, satıcı adını sonradan öyrəndiyi X4 idarə etdiyi avtomobil üçün səs boğucu olub-olmadığını soruşmuş, Nurlan Quliyev mağazanın anbarına baxıb geri qayıdaraq səs boğucu olduğunu bildirmişdir. Sonra mağazadan çıxmış, mağazanın çölündən Nurlan Quliyevin başının mobil telefona qarışdığına əmin olub mağazanın qarşısına gəlib içəri qapının önündə olan VAZ markalı avtomobilin statyorunu, VAZ markalı avtomobilə məxsus rulavoy kalonkasını və VAZ markalı avtomobillərin kalburyatorun götürüb idarə etdiyi avtomobilə aparıb qoymuş, sonra geri qayıdıb mağazanın qarşısında olan rəfdə VAZ markalı avtomobilin sürət qutusunu götürüb avtomobilinə yükləmişdir. Yenidən geri qayıdıb həmin rəfdə olan VAZ-2121 markalı avtomobilin qabaq mostunu (reduktor) götürüb avtomobilinə qoyaraq avtomobili ilə oranı tərk edib Gəncə şəhərinə getmişdir. Oğurladığı ehtiyat hissələrini Gəncə şəhərində Təzə Şəmkir avtovağzalı adlanan yerdə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Neni ləqəbli Şahid mağazasına aparıb satmaq istəmişdir. Şahid avtomobil ehtiyat hissələrinin alışı ilə məşğul olmadığını bildirmişdir. Pula ehtiyacı olduğundan o, Firdovsidən 500 manat borc istəmiş, əvəzində ehtiyat hissələrini girov qoymağı təklif etmişdir. Firdovsiyə ehtiyat hissələrini borc əvəzi aldığını demişdir. Şahid razı olmuşdur. Firdovsi ona 500 manat pulu vermiş, o isə ehtiyat hissələrini girov qoyub getmişdir. 03 may 2022-ci il tarixdə polis əməkdaşları Gəncə şəhərində ona yaxınlaşmışlar və Gədəbəy rayonunda baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyinə görə onu Gədəbəy RPŞ-nə gətirmişlər. Əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy şəhəri Səməd Vurğun küçəsində ona məxsus avtomobil ehtiyat hissələri mağazası var. 29 aprel 2022-ci il tarixdə saat 09:00 radələrində mağazanı açmışdır. Mağazanın içərisində olan bir necə avtomobil ehtiyat hissələrini mağazadan bayıra çıxarıb yığmışdır. Saat 11 radələrində mağazada olan zaman bir nəfər sonradan tanıdığı Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı tünd rəngli VAZ-21074 markalı avtomobillə mağazanın qarşısına gəlmiş, mağazanın qarşısına yığdığı rəfdə olan avtomobil ehtiyat hissələrinə baxdığını görmüşdür. Təqsirləndirilən şəxs köməklik etmək məqsədi ilə nə axtardığını soruşmuş, o isə VAZ-21074 markalı avtomobil üçün səs boğucu axtardığını demişdir. Sonra Elmir yolun kənarına maşınının yanına getmişdir. Qonşuluqda olan Sadiq adlı şəxsin mağazasında pul xırdaladıb yenidən mağazaya qayıtmış, saat 20 radələrində mağazanı bağlayıb gedən zaman bir necə avtomobil ehtiyat hissəsinin yerində olmadığını müəyyən etmişdir. Yenidən mağazaya daxil olub ehtiyat hissələrini saymış və bir necə ehtiyat hissəsinin əksik olduğunu görmüş, Sadiq adlı şəxsin mağazasında olan müşahidə kameralarına baxmışdır. Bu zaman həmin günü saat 12 radələrində mağazadan avtomobil ehtiyat hissəsi soruşan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs mağazanın qarşısına qoyduğu 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilin 5-li sürət ötürücüsünü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilə məxsus qabaq diferi, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilə məxsus olan sükanın rulavoy kalonkasını, 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilin kalburyatorunu və 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ markalı avtomobillərin statyorunu oğurlayaraq öz avtomobilinə yığdığını görmüşdür. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona qeyd olunan əşyalar qaytarılmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs şikayətçidir və ağır cəza verilməsini məhkəmədən xahiş edir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Samux rayon Sarıqaya kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 29-30 aprel 2022-ci il tarixində günorta Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun Gəncə şəhəri Gəncə- Şəmkir şosesinin kənarında yerləşən avtomobil ehtiyat hissələri satdığı mağazasına gəlmişdir. Təqsirləndirilən şəxs avtomobilinin yük yerində olan ehtiyat hissələrini göstərərək adını demədiyi bir nəfər şəxsin ona olan pul borcu əvəzində həmin avtomobil ehtiyat hissələrini verdiyini deyib həmin avtomobil ehtiyat hissələrini alıb-almadığını ondan soruşmuşdur. Həmin avtomobil ehtiyat hissələrinə baxmış, keyfiyyətinə əmin olmadığı üçün almaqdan imtina etmişdir. Sonra Təqsirləndirilən şəxs həmin avtomobil ehtiyat hissələrini verərək ona borca 500 manat pul verməsini istəmiş, Elmirlə razılaşmışdır. Təqsirləndirilən şəxs avtomobilin yük yerində olan 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilin 5-li sürət ötürücüsünü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilə məxsus qabaq diferi, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilə məxsus olan sükanın rulavoy kalonkasını, 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilin kalburyatorunu və 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ markalı avtomobillərin statyorunu düşürərək mağazaya yığmışdır. O, Elmirə 500 manat borca vermişdir. Təqsirləndirilən şəxs 3-4 günə ondan aldığı 500 manat pulu geri qaytarıb verdiyi avtomobil ehtiyat hissələrini geri götürəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs qardaşı Vüqar Məmmədov onun mağazasına gəlmiş, qardaşı Elmirin verdiyi avtomobil ehtiyat hissələrini oğurladığı üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib həmin avtomobil ehtiyat hissələrini istəmişdir. Vüqara qardaşının həmin avtomobil ehtiyat hisələrinin qarşılığında ondan 500 manat pul götürdüyünü demiş, Vüqar Elmirə verdiyi 500 manat pulu ona verdikdən sonra ehtiyat hissələrini avtomobilə yığaraq aparmışdır. Təqsirləndirilən şəxs onun mağazasına tək gəlmiş, yanıda heç kim olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert rəyini, istintaq hərəkəti protokollarını və digər iş materiallarında olan dəlilləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy şəhəri Səməd Vurğun küçəsində Köhnə Bazar adlanan əraziyə dönən yolun sağında Gədəbəy şəhəri, Novosaratovka avtomobil yolunun sol kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələri satılan mağazadır. Oğurlanmış avtomobil ehtiyat hissələri mağazanın qarşısında yerləşən piştaxtanın üzərində və mağazanın içərisində olmuşdur. Hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. - Baxış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:03 dəqiqədə Zərərçəkmiş şəxs məxsus olan Gədəbəy şəhəri Səməd Vurğun küçəsində yerləşən mağazanın qarşısında qara rəngli VAZ-21074 markalı avtomobilin dayanması, qara köynək və qara rəngli şalvarda olan şəxsin Zərərçəkmiş şəxs mağazasında heç bir məhdudiyyət olmadan müxtəlif ölçüdə olan ehtiyat hissələrini mağazadan çıxararaq idarə etdiyi avtomobilə yığması görünür. Video görüntüdə avtomobil ehtiyat hissələrini avtomobilə yığan şəxsə kənar şəxslərdən heç kimin mane olmadığı və kömək etmədiyi görünür. -04 may 2022-ci il tarixli könüllü təqdim edilmiş əşyaya baxış keçirmə və götürmə protokolundan görünür ki, bir ədəd üzərində PEKAR firmasının istehsalı olan K 177.2017- 20 yazısı olan avtomobilin kalbulyator saz vəziyyətdədir, etiketlər üzərindədir. Bir ədəd TRUCKMAN firmasında istehsal olunmuş üzərində CTATEP, K-11, 60301/2A-02 yazısı olan ehtiyat hissəsi saz vəziyyətdədir, üzərində heç bir zorakılıq əlamətləri yoxdur. Bir ədəd üzərində VAZ 2101, 3401015, 6A AL4 yazıları olan sükan dönmə mexanizmi adlı avtomobil ehtiyat hissəsi, saz vəziyyətdədir, üzərində heç bir zorakılıq və kənar müdaxilə izləri yoxdur. Bir ədəd üzərində VAZ 2101, 230 2018, AQ 35 4 yazıları olan ön ötürücü körpü mexanizmi adlı avtomobil ehtiyat hissəsi, saz vəziyyətdədir, üzərində heç bir zorakılıq və kənar müdaxilə izləri yoxdur. Bir ədəd VAZ markalı avtomobilin üzərində VAZ, A2-1, al 35 urovenı masla, vaz 2***-*******, al 35 5-1 yazıları olan 5-li sürət qutusu adlı avtomobil ehtiyat hissəsi, saz vəziyyətdədir, üzərində heç bir zorakılıq və kənar müdaxilə izləri yoxdur. -məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 iyun 2022-ci il tarixli, 9/3438 saylı rəyindən görünür ki, ekspertiza mallarının istifadə edilməsi nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində VAZ, A2-1, al 35 urovenı masla, vaz 2107- 1702015, al 35 5-1 yazıları olan VAZ-2121 markalı avtomobilin 5-li sürət ötürücüsünün 550 manat, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində VAZ 2101, 3401015, 6A AL4 yazıları olan VAZ-2121 markalı avtomobilə məxsus ön ötürücü körpüsü 310 manat, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində VAZ 2101, 3401015, 6A AL4 yazıları olan VAZ-21074 markalı avtomobilə məxsus olan sükanın rulavoy kalonkası 95 manat, 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş üzərində K 177.2017-20 yazısı olan VAZ-21074 markalı avtomobilin kalburyatoru 125 manat, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində TRUCKMAN, CTATEP, K-11, 60301/2A-02 yazıları olan VAZ markalı avtomobillərin statyoru 110 manatdır. Qərarın təsviri hissəsində göstərilən mallarının istifadə olunmaması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1190,00 manat müəyyən edilir. -05 may 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində VAZ, A2-1, al 35 urovenı masla, vaz 2***-*******, al 35 5-1 yazıları olan VAZ-2121 markalı avtomobilin 5-li sürət ötürücüsü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində VAZ 2101, 3401015, 6A AL4 yazıları olan VAZ-2121 markalı avtomobilə məxsus ön ötürücü körpüsü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində VAZ 2101, 3401015, 6A AL4 yazıları olan VAZ- 21074 markalı avtomobilə məxsus olan sükanın rulavoy kalonkası, 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş üzərində K 177.2017- 20 yazısı olan VAZ-21074 markalı avtomobilin kalburyatoru, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş üzərində TRUCKMAN, CTATEP, K- 11, 60301/2A-02 yazıları olan VAZ markalı avtomobillərin statyoru ondan götürülmüş, avtomobil ehtiyat hissələri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək sahibi zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -Samux RİH Başçısının Lək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə müsbət xarakterizə olunur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Samux Mərkəzi Rayon Xəstəxanasının “X10” X2 xx.xx.2022-ci il tarixli 260 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Samux RİH Başçısının Lək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 adlı bir azyaşlı uşaq var. Məhkəmə, tədqiq olunmuş sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özgənin əmlaklarını gizli olaraq talamaqla oğurluq etdiyini etiraf etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid verdiyi ifadələr, eləcə də məhkəmə iclasında tədqiq olunmuş digər mötəbər sübutlar onun etirafedici ifadəsi ilə üst-üstə düşmüş və onun etirafedici ifadəsini tamamlayaraq təsdiq etmişdir. Odur ki, məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında tam, obyektiv və hərtərəfli qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən avtomobil ehtiyat hissələri satış mağazasından özgənin əmlakı hesab edilən Zərərçəkmiş şəxs mülkiyyətində olan 550 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilin 5-lik sürət ötürücüsünü, 310 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilə məxsus ön ötürücü körpünü, 95 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilə məxsus olan sükanın rulavoy kalonkasını, 125 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş VAZ- 21074 markalı avtomobilin kalburyatorunu, 110 manat dəyərində 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ markalı avtomobillərin statyorunu gizli yolla talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 1190 (min yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə caza təyin edilməsi məzələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və himayəsində bir nəfər azyaşlı uşaq olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, qeyd etməyi zəruri sayır ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, cinayət hadisəsi törədildikdən sonrakı davranışlarını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin qərarı ilə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Hökmün icrasının təmin edilməsi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalı, onun cəza çəkmə müddətinin əvvəli hökm çıxdığı gündən yəni, 10 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış və ibtidai istintaq zamanı qaytarılmış 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilin 5-lik sürət ötürücüsü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilə məxsus ön ötürücü körpü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilə məxsus olan sükanın kalonkası, 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş VAZ- 21074 markalı avtomobilin kalburyatoru, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ markalı avtomobillərin statyoru qanuni sahibi Zərərçəkmiş şəxs sahibliyində saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla təyin edilmiş cəzasından çıxılaraq qəti olaraq ona 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Şəmkir rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hökm çıxdığı gündən yəni, 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilin 5-lik sürət ötürücüsü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-2121 markalı avtomobilə məxsus ön ötürücü körpü, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilə məxsus olan sükanın kalonkası, 01 ədəd Rusiya Federasiyasında PEKAR firmasında istehsal olunmuş VAZ-21074 markalı avtomobilin kalburyatoru, 01 ədəd Rusiya Federasiyasında LADA firmasında istehsal olunmuş VAZ markalı avtomobillərin statyoru qanuni sahibi Zərərçəkmiş şəxs sahibliyində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-37/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-37/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver