Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-37/2023 03.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X2 və X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 və X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X3 tərəfindən Gədəbəy rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, bəzi özünü mətbuat işçisi, jurnalist kimi cəmiyyətə təqdim edən www.deryaz.az və www.bizimxeber.tv saytları "MƏDƏT ZEYNALOVUN HƏDİYYƏ ETDİYİ FƏXRİ AD NİYƏ ARVADİNİ QANE ETMƏYİB", “ Ağstafa Təhsil Şöbəsində katibə-müdir qalmaqalı" adlı xx.xx.2023-cü il tarixli yayımlanmış məqalədə, youtube və tiktok sosial şəbəkəsində, internet informasiya ehtiyatlarında o, Bayram Bayramovu və Afaq Mustafayevanı 8.000 (səkkiz min) manat məbləğində rüşvəti Mədət Zeynalova verməkdə - işə qəbul üçün 8.000 manat rüşvət verməklə, ağır cinayətdə, o, Afaq Mustafayevanı həm də dövlət qulluqçusu və operator vəzifəsində çalışdığı halda "katibə kimi işlədiyini və Ağstafa rayon Təhsil Sektorunun müdiri Mədət Zeynalovun yoldaşı Təhminə xanımla qısqanclıq zəmnində dava etdiklərini və Mədət Zeynalovun ona diqqət və qayğı göstərməsi və onun bütün maxinasiyalardan, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərdən xəbərdar olduğunu və valideynlərdən təmənna ummağına göz yumulduğunu, onu təkrar cinayət etməkdə və s-də ittiham edirlər. Məlumatı yayan baş direktor Gədəbəy rayonu, Hacılar kəndində qeydiyyatda olan X7 Dəryaz Oraqov təxəllüsü ilə məqaləni saytda dərc etmiş, saytın tiktok sosial şəbəkəsində də yaymışdır. Habil Tağıyev tərəfindən saytda mətbu orqanın yerləşdiyi ünvandan (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529- cu məhəllə,"Azərbaycan nəşriyyatı" 2-ci mərtəbə) yayılmış məqalənin linki belədir: https://deryaz.az/2p-10351 Habil Tağıyev qeyd etdikləri cinayət hadisəsini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə,"Azərbaycan nəşriyyatı" 2-ci mərtəbədə etmişdir. Həmin məlumatları yayarkən hansı araşdırmaya, hansı mənbəyə əsaslandığını qeyd etməmişlər və faktları təsdiq edən sübutları dərc etməmişlər. Həmin kütləvi informasiya vasitələrində yayılmış məlumatlar tamamilə əsassızdır, yalandır, qərəzlidir, şər-böhtandır. Onların yaydığı qərəzli, əsassız, qanunsuz şər-böhtan xarakterli məlumatlara görə onlar həm iş yerlərində, həm cəmiyyətdə, gündəlik həyatlarında, qohumdost və qonşular arasında rüsvay olmuşlar və mənəvi iztirab və mərhumiyyətlər yaşayırlar. Onların bu hüquqazidd hərəkətlər KİV haqqında Qanunun tələblərinə jurnalistikanın qaydalarına da ziddir. Bu rüsvayedici, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqdan sonra sağlamlıqlarında, əsəb-psixoloji vəziyyətlərində də pozulma halları baş vermiş və sağlamlıqlarının pozulma, pisləşmə halları davam etməkdədir. Onlarla bərabər övladları Toğrul və Türqay da öz cəmiyyətləri arasında rüsvay olmuş və onların da sağlamlığı, səhhəti, və psixologiyaları pozulmaqdadır. Şikayətlərinin digər hüquqi əsasları isə onlardan ibarətdir ki, X7 onların barəsində kütləvi-informasiya vasitələrində, internet informasiya ehtiyatlarında “şər-böhtan xarakterli, yəni qəsdən nəlayiq formada, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan, onları ağır cinayət etməkdən ittihamedici məlumatları yaymış və şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltmışdır. Baş redaktor Habil Tağıyev həmin qərəzli, böhtan xarakterli məlumatları yaymaqla və onları ağır cinayət etməkdə ittiham etməklə ifadə olunan hərəkətləri edərkən əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş olmuşdur. Bundan başqa, H.Tağıyev həmin məlumatları yayarkən o, operator vəzifəsində və dövlət qulluğunda çalışdığı halda, onu “katibə” kimi qələmə verməklə və ona Mədət Zeynalovun dərin diqqət və qayğı göstərməsini qeyd etməsi və M.Zeynalovun həyat yoldaşının onunla qısqanclıq zəmnində dava etməsini yazması onu təhqir etməkdir. xx.xx.1972-ci il təvəllüdlü, Gədəbəy rayonu, Hacılar kəndində doğulmuş və qeydiyyatda olan X4 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə , eyni zamanda həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə qəti olaraq, 3 (üç ) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxslər X5 və X3 eyni forma və məzmunda Bakı şəhəri Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verdiklərini və həmin məhkəmə tərəfindən şikayətin icraata qəbulundan imtina edildiyini bildirdilər və şikayətin icraata qəbul edilməsini və X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayətin verildiyi yer və tarix göstərilməmişdir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Eləcə də, məhkəmə müəyyən edildi ki, xüsusi ittham qaydasında şikayət aidiyyyət qaydası pozulmaqla Gədəbəy rayon Məhkəməsinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerinyurisdiksıyasınaaid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə qeyd edir ki, barəsində şikayət verilmiş şəxs “Dəryaz.az” sayıtının baş redaktorudur və “Dəryaz.az” sayıtı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospketi 529-cu məhəllə, “Azərbaycan nəşriyyatı” 2-ci mərtəbə ünvanında yerləşir. Xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas isə həmin sayıtda qeyd edilən məlumatların dərc edilməsi olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Xüsusi ittiham qaydasında şikayətə “Dəryaz.az” sayıtının yerləşdiyi yerinyurisdiksıyasınaaid olan birinci instansiya məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlir. CPM-in 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 300, 302-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 və X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-37/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-37/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver