Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-37/2024 18.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2024-ci il tarixdə saat 15 radələrində Gədəbəy rayonu Maarif kəndi ərazisində olan həyətyanı torpaq sahəsi ilə Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsinin sərhəddindəki ağacın qurumuş budaqlarının anası Şahid tərəfindən kəsməsi səbəbindən Adilə Abdullayevə ilə aralarında qonşuluq münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruq və təpiklə vuraraq sol bazunun, sağ çiyin oynağının şişkinliyi və geniş ölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə baş verən günü o evdə olmuş və yatmışdır. Anası torpaqlarını əkdirmək üçün gedib traktor gətirmiş, traktor torpağı əkən zaman ağac maneçilik törətmişdir. O yuxudan qalxmış və ağacı kəsmək üçün anasının yanına getmişdir. O, mişar ilə ağacı kəsmiş, bu zaman Zərərçəkmiş şəxs oraya gəlmişdir. Adilə oraya gələrkən onların ünvanına nalayiq ifadələr işlətmiş, lakin o, Adiləyə cavab verməmişdir. Adilənin əlində ağac olmuş, həmin ağac ilə onu vurmuş, daha sonra anasına əl-qol atmış, anasını cırmaqlamış, yenidən ona dönərək bir daha onu ağacla vurduqda ağacı əlindən almış və ona bir dəfə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, onlar zərər çəkmiş şəxs ilə qohum olmuş, zərər çəkmiş şəxsin anası ilə yer üstündə mübahisəsi olmuşdur. Zərər çəkmiş şəxsi bir dəfə yumruqla vurmuş, lakin o xəsarət almamış, xəsarət alması barədə yalan demişdir. Adilə onu ağac ilə qolundan və ayağından vurmuşdur. Hadisə zamanı orada anası, o, zərər çəkmiş şəxs və Şəmkirli traktor sürücüsü olmuşdur. Hadisədən sonra onlar barışıq üçün adam göndərsələr də, Adilə onlardan 300 manat pul və məhləyə çəpər çəkdirməsini istəmiş, lakin anası icazə verməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, məhləsində tək başına kartof səpirmiş, bu zaman Təqsirləndirilən şəxs məhlələri arasındaki çəpərin dəmirlərini sökərək dəmiralana satmasını görmüşdür. Bu zaman o, Bəxtiyara yaxınlaşaraq satmamasını bildirdikdə, Bəxtiyar onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış, dəmiralan qorxaraq dəmirləri almaq istəmədiyini bildirdikdə Bəxtiyar yenidən onu təhqir etməyə başlamışdır. O, hadisə barədə Daxili İşlər Nazirliyi 102 qaynar xəttinə məlumat vermiş, bir müddətdən sonra polis əməkdaşları gələrək onu Polis Şöbəsinə dəvət etsələrdə o polislərə kartofunun sahədə olmasını və sonra gələcəyini bildirmişdir. Hadisənin sabahsı günü Bəxtiyarın məhlədə çiçəklənmiş ağacları kəsməsini görmüş, buna görə Bəxtiyara iradını bildirmiş, bu zaman Bəxtiyar onu yerə yıxaraq döymüşdür. Onun qolu, kürəyi, qılçası və başı zədələr almış, bunların hamısını telefona çəkmişdir. O, təqsirləndirilən şəxsdən çəpərinin çəkilməsini və ona dəymiş zərərin ödənilməsini istəyir. Başqa istəyi yoxdur. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs onu əvvəllər də döymüşdür. O, təqsirləndirilən şəxsdən çəpərinin yerinə bərpa edilməsini istəyir. Anası Şahid, Bəxtiyara dəlilik kağızı almasını, buna görə də, onu polisin tutmayacağını dediyi üçün Bəxtiyar rahat hərəkət etmişdir. Şahid ifadəsində göstərdi ki, may ayında məhləsinin torpağını əkdirən zaman traktorçu ona ağacın mane olduğunu bildirmiş, o, Bəxtiyara ağacı arxaya qatlamağı demişdir. Traktor əkib qurtardıqdan sonra o, Bəxtiyara bir azdan şumlamaq üçün atın gəlməsini, ağacın ata da maneçilik yaradacağını bildirmiş və ağacı kəsməsini demişdir. Bəxtiyar mişar gətirərək ağacı kəsmiş, bu zaman Adilə oraya gələrək onları təhqir etməyə başlamış, daha sonra gedərək əlində ağac ilə gələrək Bəxtiyara üç dəfə ağacla vurmuş, sonra Bəxtiyarın boğazını cırmaqlamış, sonra Bəxtiyar Adiləni əli ilə vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Maarif kəndində X2 məxsus həyətyanı əkin sahəsi ilə Təqsirləndirilən şəxs məxsus həyətyanı əkin sahəsinin sərhəddinə yaxın yerdir. Həmin yerdən təxminən 150-200 metr aralıda X2 və Təqsirləndirilən şəxs məxsus yaşayış evi var, lakin yaxınlıqda kənar şəxslərə məxsus yaşayış evləri yoxdur. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 142 saylı rəyindən görünür ki, vət. X1 bədən səthində aşkar olunmuş xəsarətlər- başın qançırı, sol bazunun, sağ çiyin oynağının şişkinliyi geniş ölçülü qançırları, sol budun və sol baldırın qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 25 aprel 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sol bazunun, sağ çiyin oynağının şişkinliyi geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. X1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətlərin onun özü-özünə yetirə bilməsi inandırıcı deyil, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. - Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 25 aprel 2024-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs anası Şahid özlərinə məxsus həyətyanı torpaq sahəsi ilə X2 məxsus olan torpaq sahəsinin sərhəddindəki ağacların qurumuş budaqlarını kəsməsi səbəbindən Adilə ilə Bəxtiyar arasında yaranmış mübahisə və münaqişə zamanı X3 yerə yıxaraq yumruq və təpiklə döyərək ona xəsarət yetirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şəmkir rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli İş N°-1(076)-51\2018 hökmündən görünür ki, Orucov X4 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu olmayan şəxs hesab edilmişdir. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-ci il tarixdə saat 15 radələrində Gədəbəy rayonu Maarif kəndi ərazisində həyətyanı torpaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında qonşuluq münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı sonuncunu qəsdən yumruq və təpiklə vuraraq sol bazunun, sağ çiyin oynağının şişkinliyi və geniş ölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetir. Odur ki, məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə tövsif edilməsi ilə razılaşır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cazasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərək, belə hesab edir ki, təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar, cinayət hadisəsinin törədilməsinə zərər çəkmiş şəxsin davranışlarının təsirini, eləcə də təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməsi ədalətlidir, cəzanın məqsədlərinə, təqsirkarın şəxsiyyətinə, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Bu cəza təqsirləndirilən şəxsin islah olunması üçün yetərlidir. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-37/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-37/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver