Məhkəmə qərarları › İş №1(042)-37/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-37/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-37/2025 19.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Nübar Yusif qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Gədəbəy rayonu, Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy şəhəri Səməd Vurğun küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı ildə Gədəbəy rayonu Arıqdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Arıqdam kəndində qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcələsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 10 fevral 2025-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Gədəbəy şəhəri Heydər Əliyev prospekti ilə piyada hərəkətdə olan zaman Zərərçəkmiş şəxs mülkiyyətində olan “VAZ-21063” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibsiz gördükdən sonra Gəncə şəhərinə getmək məqsədilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək avtomobilin sahibinin iradəsinə zidd olaraq avtomobilin sükanı arxasında, Təqsirləndirilən şəxs2 isə qabaq sağ oturacaqda əyləşdikdən sonra mühərriki işə salaraq Gəncə şəhərinə getməklə talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Təqsirləndirilən şəxs2 10 fevral 2025-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Gədəbəy şəhəri Heydər Əliyev prospekti ilə piyada hərəkətdə olan zaman Zərərçəkmiş şəxs mülkiyyətində olan “VAZ-21063” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibsiz gördükdən sonra Gəncə şəhərinə getmək məqsədiləTəqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək avtomobilin sahibinin iradəsinə zidd olaraq özü qabaq sağ oturacaqda, Təqsirləndirilən şəxs1 isə avtomobilin sükanı arxasında əyləşdikdən sonra mühərriki işə salaraq Gəncə şəhərinə getməklə talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə marketdən 2 litrlik 2 (iki) butulka spirtli içki olan pivə və tərkbində alkoqol olan “Go” içkisi alaraq işlədiyi çay evinə getmiş. Orada birlikdə pivəni və “Go”-nu içməyə başlamışlar. Həmin içkiləri içib qurtardıqdan sonra saat 23 radələrində çay evindən çıxıb Gədəbəy rayonu Arıqdam kəndi istiqamətində üzü aşağı piyada getməyə başlamışlar. Piyada gəzən zaman Asimlə avtomobil qaçıraraq avtomobil ilə gəzmək qərarına gəlmişlər. Bu məqsədlə Gədəbəy şəhəri ərazisində gəzən zaman Heydər Əliyev prospektində yol kənarında dayanmış vəziyyətdə olan avtomobil görüb həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilə yaxınlaşdıqda “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşlər. Onlar avtomobili qaçırmaq məqsədilə qapısının açıq olub-olmamasını yoxladıqda avtomobilin qapısının açıq olmasını, həmçinin avtomobili işə salmaq üçün istifadə olunan açarın avtomobilin üzərində olmasını müəyyən etmişlər. Bundan sonra o, avtomobilin sükan arxasında, Asim isə avtomobilin sağ ön sərnişin oturacağında əyləşmişlər. O, mühərriki işə salaraq avtomobili idarə etməyə başlamışdır. Gədəbəy rayonu Qaradağ kəndi ərazisində hərəkətdə olan zaman Asim ilə gəzmək üçün Gəncə şəhərinə getmək qərarına gəlmişlər və bu məqsədlə Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Şəmkir rayonu ərazisində Yasamal adlı aşırımda üzü enişə doğru hərəkətdə olan zaman o, yoldan bir qədər sol istiqamətdə kənara çıxmış, həmin vaxt avtomobilin altı yol kənarında olan daş parçasına dəymişdir. Sonra idarəetməni düzəldərək öz yoluna davam etmiş, lakin avtomobilin altı daşa dəydiyi üçün avtomobil sola doğru çəkmişdir. O, avtomobili ehtiyatla idarə edərək Gəncə şəhəri istiqamətində yoluna davam etmişdir. xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Gəncə şəhərinə çatmışlar. Gəncə şəhərində avtomobil ilə bir qədər gəzdikdən sonra Yeni Gəncə ərazisində Heydər Əliyev parkının qarşısında polis əməkdaşları tərəfindən saxlanmışdır. Polis ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda o, spirtli içki qəbul etdiyini bildirmişdir. Sonra polislər ondan avtomobilin kimin olmasını soruşmuşlar. O, polislərə avtomobilin kimə məxsus olmasını bilmədiyini, həmin avtomobili Gədəbəy rayonu ərazisindən qaçırdıqlarını demişdir. Bundan sonra onları polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Birdə belə hərəkətə yol verməyəcəkdir. Odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Arıqdam kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə marketdən 2 litrlik 2 (iki) butulka spirtli içki olan pivə və tərkibində alkoqol olan “Go” içkisi alaraq Turacın işlədiyi çay evinə gedib orada ikisi birlikdə pivəni və “Go”nu içməyə başlamışlar. Həmin içkiləri içib qurtardıqdan sonra saat 23 radələrində çay evindən çıxıb Gədəbəy rayonu Arıqdam kəndi istiqamətində üzü aşağı piyada getməyə başlaməşlar. Piyada gəzən zaman Turacla avtomobil qaçıraraq avtomobil ilə gəzmək qərarına gəlmişlər. Bu məqsədlə Gədəbəy şəhəri ərazisində fırlanan zaman Heydər Əliyev prospektində yol kənarında dayanmış vəziyyətdə olan avtomobil görüb həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilə yaxınlaşdıqda «VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşlər. Onlar avtomobili qaçırmaq məqsədilə qapısının açıq olub-olmamasını yoxladıqda avtomobilin qapısının açıq olmasını, həmçinin avtomobili işə salmaq üçün istifadə olunan açarın avtomobilin üzərində olmasını müəyyən etmişlər. Bundan sonra Turac avtomobilin sükan arxasında, o isə avtomobilin sağ ön sərnişin oturacağında əyləşmişdir. Turac mühərriki işə salaraq idarə etməyə başlamışdır. Turac ilə gəzmək üçün Gəncə şəhərinə getmək qərarına gəlmişlər və bu məqsədlə Gəncə şəhəri istiqamətində yola düşmüşlər. Şəmkir rayonu ərazisində Yasamal adlı aşırımda üzü enişə doğru hərəkətdə olan zaman Turac yoldan bir qədər sol istiqamətdə kənara çıxmış, həmin vaxt avtomobilin altı yol kənarında olan daş parçasına dəymişdir. xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Gəncə şəhərinə çatmışlar. Gəncə şəhərində avtomobil ilə bir qədər gəzdikdən sonra Yeni Gəncə ərazisində Heydər Əliyev parkının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis Turacdan spirtli içki qəbul edib-etmədiyini soruşduqda Turac spirtli içki qəbul etdiklərini bildirmişdir. Sonra polislər onlardan avtomobilin kimin olmasını soruşduqda onlar polislərə avtomobilin kimə məxsus olmasını bilmədiklərini, həmin avtomobili Gədəbəy rayonu ərazisindən qaçırdıqlarını demişlər. Bundan sonra onları polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Birdə belə hərəkətə yol verməyəcəkdir. Odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy şəhəri H.Əliyev prospekti ev A8-də yaşayır. Gədəbəy rayonu Mərkəzi Xəstəxanasında daxili mühafizə xidmətində işləyir. O, 10 fevral 2025-ci il tarixdə saat 23 radələrində Gədəbəy şəhəri ərazisində kafelərdən birində çay içdikdən sonra baş etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ünvana getmişdir. Yaşadığı ünvana çatdıqdan sonra avtomobili evinin arxasında yol kənarında saxlayaraq evə gedib yatmışdır. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində çölə çıxan zaman avtomobilinin yerində olmadığını görmüşdür. Bu zaman avtomobilinin qaçırılmasından şübhələnmiş və bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat vermişdir. Müraciəti əsasında aparılan araşdırma zamanı avtomobilin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən qaçırıldığı məlum olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, ona dəymiş zərərin ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2025-ci il tarixdə xidmətdə olan zaman Gədəbəy şəhəri Heydər Əliyev prospektindən Zərərçəkmiş şəxs məxsus “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaçırılması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10 fevral 2025-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qaçırılıb. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri X4 İdarəsinə aparılmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Gədəbəy RPŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Gəncə şəhəri X4 İdarəsinə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhəri X4 İdarəsinin inzibati binasında, “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə həmin İdarənin inzibati duracağında olmasını görmüşlər. Bundan sonra o, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən gətirilərək Gədəbəy RPŞ-nin İstintaq Bölməsinə təqdim edilmişdir. Həmçinin, “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi Zərərçəkmiş şəxs iştirakı ilə tərəflərindən Gədəbəy RPŞ-yə gətirilmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il tarixdən Gədəbəy rayonu Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində işləyir. 11 fevral 2025-ci il tarixdə xidmətdə olan zaman Gədəbəy şəhəri Heydər Əliyev prospektindən Zərərçəkmiş şəxs məxsus “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaçırılması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10 fevral 2025-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qaçırılıb. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri X4 İdarəsinə aparılmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Gədəbəy RPŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Gəncə şəhəri X4 İdarəsinə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhəri X4 İdarəsinin inzibati binasında, “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə həmin İdarənin inzibati duracağında olmasını görmüşlər. Bundan sonra o, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən gətirilərək Gədəbəy RPŞ-nin İstintaq Bölməsinə təqdim edilmişdir. Həmçinin, “VAZ-21063” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi Zərərçəkmiş şəxs iştirakı ilə tərəflərimdən Gədəbəy RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” tibbi sənədin 534/2025 nömrəli protokolundan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 07:20-də 1,7% (promile) miqdarda, yəni orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” tibbi sənədin 535/2025 nömrəli protokolundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 07:30-da 1,8% (promile) miqdarda, yəni orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. - Gədəbəy RPŞ-nin X4 Bölməsinin 12 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı avtomobili idarə etmək hüquqları, yəni sürücülük vəsqələri yoxdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X2 26 fevral 2025-ci il tarixli 18-1-38/2-135/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gədəbəy RMXın polklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmurlar. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Gədəbəy RİHB-nın Gədəbəy şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onların tutulduğu 02 gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, onların üzərinə yaşadıqları ünvanı saat 23:30-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onların üzərlərinə yaşadıqları ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifəsi qoyulmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, saxlanılması üçün sahibi- Zərərçəkmiş şəxs qaytarılmış “VAZ- 21063” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Ə. Quliyevin istifadəsində saxlanılmalı, hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 3 ünvanını saat 23:30-dan saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Gədəbəy rayonu, Arıqdam kəndində olan ünvanını saat 23:30-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, saxlanılması üçün sahibi- Zərərçəkmiş şəxs qaytarılmış “VAZ-21063” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar