Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-38/2021 29.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli 08 iyun 2012-ci il tarixdən hesablanmaqla 07 iyul 2006-cı il təvəllüdlü X3 və 25 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 45.00 manat olmaqla ümumilikdə 90.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi və həmçinin ondan 20,00 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsinə dair Gədəbəy rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-853/2012 saylı, 09 iyul 2012- ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, Gədəbəy rayon Məhkəməsinin 2(042)-44/2020 saylı, 15 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 01 oktyabr 2019-cu il tarixdən başlayaraq X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəməli olduğu 45 manat aliment ödənişindən azad olunmasına baxmayaraq, X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 45.00 manat məbləğində alimenti ödəməkdən yayındığına və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 28 fevral 2020-ci il tarixli, 3(042)-50/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500.00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 20.04.2020-ci il, 05.05.2020-ci il, 08.06.2020-ci il və sonuncu dəfə 26.10 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, 11 noyabr 2020-ci il tarixinədək cəmi 6623.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 07 iyul 2006-cı il təvəllüdlü X6 və 25 mart 2008-ci il təvəllüdlü X7 adında övladları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və Sevil 2012-ci ildə ona qarşı Gədəbəy rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmışdır. Həmin məhkəmənin 2(041)-853/2012 saylı, 09 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən ondan 08 iyun 2012-ci il tarixdən hesablanmaqla, 07 iyul 2006-cı il təvəllüdlü X3 və 25 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 45.00 manat olmaqla ümumilikdə iki uşağa 90.00 manat sabit pul məbləğində aliment tutularaq X8 verilməsi və həmçinin 20,00 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, alimenti ödəməmişdir. Dəfələrlə ona xəbərdarlıqlar edilmiş, hətta Gədəbəy rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 3(042)-50/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500.00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, təqdimat verilən günə, yəni 11 noyabr 2020-ci il tarixədək yığılıb qalmış 6623.00 manat aliment borcunu X8 ödəməmişdir. Övladı X6 onun yanında qaldığından 2020-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı Gədəbəy rayon Məhkəməsinə uşağın atanın himayəsində olması faktının müəyyən edilməsi və yığılmış alimentin ləğv edilməsi tələbinə dair iddia qaldırmış və həmin məhkəmənin 15 yanvar 2020 ci il tarixli, 2(042)-44/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 07 iyul 2006-cı il təvəllüdlü övladları X6 onun himayəsində olması faktı müəyyən edilmişdir. 01 oktyabr 2019-cu il tarixdən etibarən Gədəbəy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(041)-853/2012 saylı, 09 iyul 2012-ci il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödəməli olduğu 45.00 manat aliment ödənişindən azad olunmuşdur. O, ailəsi ilə barışıb yaşamaq üçün mübarizə aparmış, uşaqlarına daim diqqət göstərmişdir. Məhz Sevilin günahı ilə əlaqədar onun ailəsi dağılmışdır. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə evli olduqları müddətdə 07 iyul 2006-cı il təvəllüdlü X6 və 25 mart 2008-ci il təvəllüdlü X7 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs ilə yola getmədiklərindən övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamışdır. Uşaqlarını tək başına saxlaya bilmədiyindən 2012-ci ildə sonuncuya qarşı Gədəbəy rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış, həmin məhkəmənin 2(041 )-853/2012 saylı, 09 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2012-ci il tarixdən hesablanmaqla, 07 iyul 2006-cı il təvəllüdlü X3 və 25 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 45.00 manat olmaqla ümumilikdə iki uşağa 90.00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi və həmçinin ondan 20,00 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə Musaya xəbərdarlıq edilmiş, Gədəbəy rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 3(042)-50/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500.00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni 11 noyabr 2020-ci il tarixədək yığılıb qalmış 6623.00 manat aliment borcunu ödəməmiş, ona və uşaqlarına nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Onun uşaqları psixoloji xəstəlikdən əziyyət çəkir. Uşaqlara müalicə lazımdır. Musa nə aliment öhdəliyini yerinə yetirir, nə də uşağın müalicəsinə köməklik edir. O, məhkəmənin ədalətinə inanır. Qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayon Məhkəməsinin 09.07.2012-ci il tarixli, 2(041)-853/2012 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxsdan 2012-ci il iyunun 08-dən başlayaraq uşaqları 2006-cı il iyulun 07-də doğulmuş X5 və 2008- ci il martın 25-də doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa 45,00 manat olmaqla, ümumilikdə 90,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli, 2(042)-44/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən isə borclu Təqsirləndirilən şəxs 01.10.2019-cu il tarixdən etibarən uşaqlardan biri olan X6 üçün hər ay ödəməli olduğu 45,00 manat məbləğində aliment ödənişindən azad olunmuşdur. İcra sənədi üzrə icraata 16.06.2016-cı il tarixdə Gədəbəy Rayon İcra və Probasiya şöbəsi tərəfindən başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs ölkədən getmək hüququ təqdimata əsasən, Gədəbəy rayon Məhkəməsinin 03.02.2014-cü il tarixli, 8(041)-05/2014 saylı qərardadı ilə müvəqqəti yəni, aliment borcu ödənilənədək məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün Gədəbəy rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 3(042)-50/2020 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmiş, eyni zamanda onun izahatı alınmış və izahatında yenə də borcunu şərtlərlə ödəyəcəyini qeyd edərək qərəzçilik etmiş, borclu ona verilmiş yeni bildirişə və verdiyi izahata məhəl qoymadığı üçün ona 05.05.2020-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq təqdim edilmiş və yaranmış aliment borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah edilmişdir. Ona bundan əlavə yenidən 11.06.2020-ci il, 08.06.2020-ci il və 26.10.2020-ci il tarixli sonuncu xəbərdarlıqlar təqdim edilərək bütün məsuliyyəti geniş şəkildə izah olunmuş, bununla bağlı son izahatı alınmış və izahatından məlum olmuşdur ki, aliment borcunu ödəmək fikrində deyildir. Görülmüş bütün məcburi icra tədbirlərinə, habelə alimenti ödəməkdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmış, onun 08.11.2020-ci il tarixədək 6623.00 manat aliment borcu yaranmışdır. Şahid Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2012-ci il tarixli, 2(041)-853/12 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il iyunun 08-dən başlayaraq uşaqları - 2006-cı il iyulun 07-də doğulmuş X5 və 2008-ci il martın 25-də doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər uşağa 45 (qırx beş) manat olmaqla, ümumilikdə 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, Təqsirləndirilən şəxs 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli, 2(042)-44/20 saylı qətnaməsindən görünür ki, 01 iyul 2006-cı il təvəllüdlü X3 iddiaçı Təqsirləndirilən şəxs himayəsində olması faktının müəyyən edilməsi, iddiaçı Təqsirləndirilən şəxs 01 oktyabr 2019-cu il tarixdən başlayaraq Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2012-ci il tarixli, 2(041)-853/12 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs hər ay sabit pul məbləğində ödəməli olduğu 45 manat məbləğində aliment ödənişindən azad olunması qət edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra qrupu tərəfindən göndərilmiş 14.09.2012-ci il tarixli 786 nömrəli tələbin könüllü icra edilməsi haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2012-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməyi üçün 10 gün müddətinə vaxt verilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 03 fevral 2014-cü il tarixli 8(041)-05/2014 nömrəli qərardadından görünür ki, Gədəbəy rayon Məhkəməsinin 09.07.2012-ci il tarixli 2(041)- 853/2012 saylı icra sənədinə əsasən borclu, xx.xx.1960-cı ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış – subay, məhkumluğu olmayan, şəxsi təsərrüfatında işləyən, Gədəbəy rayonunun Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş aliment borcunu ödəyənədək məhdudlaşdırılması qərara alınmışdır. - Gədəbəy Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 3(042)-50/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500.00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla 11.06.2019-cu il, 16.01.2020-ci il, 20.04.2020-ci il, 05.05.2020-ci il, 08.06.2020ci il və sonuncu dəfə 26.10 2020- ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 3(042)-50/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiəsi və ona 500 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-1318-1121 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 1995-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 220 M 1 his, 101, 146, 227 M 1 his, 38, 55-ci maddələrinə əsasən təqsirli bilinərək beş il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 12 avqust 2000-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. -Gədəbəy MRX –nın poliklinika şöbəsinin 28.01.2021-ci il tarixli məktubundan görünür ki, Həsənov X11 MRX-nın poliklinika şöbəsində “bronxial astma” xəstəliyinə görə dispanser qeydiyyatındadır. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01.07.2006-cı il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında Zərərçəkmiş şəxs qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs himayəsində bir uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunu da nəzərə alır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. İctimai işlər və islah işləri hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, daha səmimiyyət göstərib ibtidai istintaq və məhkəmə mərhələsində ödəniş edən, cəzasını yüngülləşdirən halları olan təqsirləndirilən şəxslərlə ödəniş etməyib belə yüksək aliment borcu yığılan şəxs arasında fərqlilik baxımından hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər və islah işləri cəzalarından birinin təyin edilməsi cəzanın məqsədinə xidmət etməyəcəkdir. Eləcə də, təqsirləndirilən şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır. Ona azadlıqdan məhrum etmə cazasının təyin edilməsi uşağın sağlamlığı və saxlanılması üçün mənfi nəticələrə gətirib çıxara bilər. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmadığını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, digər vəzifələrlə yanaşı, ona cəza çəkdiyi müddətdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yığılmış aliment borc məbləğini ödəmək vəzifəsi də tapşırılmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamış, eləcə də mövcud qətimkan tədbiri hökmün icrasının təmin edilməsinə maneə yaratmadığından barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, cəza çəkdiyi müddətdə 6623.00 manat məbləğində aliment borcunu ödəmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-38/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-38/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver