Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-38/2022 09.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Gədəbəy rayonu, Maarif kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin X10 sürücü işləyən, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Maarif kəndində yаşаyаn, bаrəsində bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 09 sentyabr 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tаrixdə Gədəbəy Rаyоn Мərkəzi Xəstəxаnаsı X21 inzibаti binаsındа “CОVİD-19” virusu ilə əlаqədаr boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə аnаliz verib, 08 fevral 2022-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünütəcrid tədbirlərinə uyğun dаvrаnmаlı, digər şəxslərlə minimum kоntаktdа оlmаlı, insаnlаrın sıx tоplаşdığı yеrlərə gеtməməli, xüsusi kаrаntin rеjiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 10 fevral 2022-ci il tarixdə təxminən saat 14 radələrində Gədəbəy rayonu, Maarif kəndində yaşadığı evdən çıxıb Gədəbəy rayonu, Slavyanka kəndinə getməklə еpidеmiyа əlеyhinə, еləcə də, kаrаntin rеjimlərini pоzаrаq “CОVİD-19” xəstəliyinin yаyılmаsı üçün rеаl təhlükə yaratdığına görə Azərbaycan Rerspublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, o, Gədəbəy rayonu, Maarif kəndində atası X11, anası X13, arvadı X3, övladları 2007-ci il təvəllüdlü Günay Ələsova, 2010-cu il təvəllüdlü Nuray Ələsova və 2013-ci il təvəllüdlü Tural Ələsovla birgə yaşayır. Hazırda Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətinin X10 sürücü işləyir. 07 fevral 2022-ci il tarixdə səhhətində narahatlıqlar hiss etdiyi üçün COVİD-19 virusu ilə bağlı analiz vermək üçün Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, xəstəxanada onun boğazından yaxma götürülmüş və analiz edilməsi üçün göndərilmişdir. 08 fevral 2022-ci il tarixdə saat 09:39 dəqiqədə istifadəsində olan və ***-***-**-** nömrəli sim nömrədə işləyən mobil telefona İTS.CОV.АZ-dаn “Hörmеtli ZAUR ELESOV. Sizin xx.xx.2022-ci il tаrixdə CОVİD-19 ilə bаğlı vеrdiyiniz tеstin nеticеsi Pоzitivdir. Xаhiş оlunur siz və аilе uzvlеriniz yаşаyış yеrinizi tеrk еtmеyеsiniz. Kаrаntin rеjimini pоzduğunuz tеqdirdе Аzərbаycаn Rеspublikаsının İnzibаti Xеtаlаr və Cinаyеt mеcеllеsindе nеzеrdе tutulmuş qаydаdа mеsuliyyеtе cеlb оlunа bilеrsiniz” məzmununda sms daxil olmuş, o, smsin məzmunu ilə tanış olduqdan sonra özünü təcrid qaydalarına riayət etməklə karantin müddətini yaşadığı evdə keçirməyə başlamışdır. 10 fevral 2022-ci il tarixdə saat 14 radələrində atası Məhəmməd Ələsova məxsus Vaz 21074 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində meyvə satışı ilə məşğul olan Pərviz adlı şəxsdən meyvə almaq üçün getmişdir. O, meyvəni alıb evə qayıdanda, polis əməkdaşları Şahid1 və Şahid2 avtomobilini saxladıb, ondan “Məhəmmədin evi hansıdır” deyə soruşmuşlar. O, isə evini göstərib Məhəmmədin oğlu olduğunu söyləmiş, polis əməkdaşlarından nə lazım olduğunu soruşmuşdur. Həmin vaxtı sahə rəisi Şahid1 cibindən mobil telefonu çıxarıb, onunla sorğu sual etməyə başlamış, onun xəstə olduğu halda, evi hansı səbəbdən tərk etdiyini soruşmuşdur. O, polis əməkdaşlarına xəstə olsa da, özünün və ailə üzvlərinin ac qalmamalı olduğunu, bu səbəbdən ərzaq almaq üçün qonşu Slavyanka kəndinə getdiyini, səhhətinin isə normal olduğunu, hətda evdən çıxmaqla hər hansı şəxsi virusa yoluxdurma təhlükəsi yaratmadığını bildirmişdir. Bir qədər söhbətdən sonra polis əməkdaşlarından uzaqlaşıb, öz evinə getmiş, bundan sonra bir daha evini tərk etməmişdir. 18 fevral 2022-ci il tarixdə təkrar analiz vermiş, verdiyi analizin nəticəsinin neqativ olduğu və yaşadığı evi tərk edə biləcəyi bildirilmiş, bundan sonra gündəlik həyat tərzinə qayıtmışdır. O, özündə olan virusu hər hansı şəxsə yoluxdurmamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəm iclasında şahid qismində dindirlmiş X12 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. Gədəbəy rayonu, Maarif kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 10 fevral 2022-ci il tarixdə xidməti ərazisində Gədəbəy Rayon Polis X6 Bölməsinin sahə rəisi Şahid1 ilə birgə xidmət aparan zaman xidməti ərazidə yaşayan Covid-19 virusuna yoluxmuş şəxslərin karantin qaydalarına əməl edib-etmələrini yoxlamışlar. Həmin vaxt bir neçə nəfər Covid-19 virusuna yoluxmuş şəxslərin yaşadıqları evə gedib, evlərində olmaqla karantin qaydalarına ciddi əməl etmələrini aşkar etmişlər. Növbəti dəfə Gədəbəy rayonu, Maarif kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib karantin qaydalarına əməl edib-etməməsini yoxlamışlar. Onlar Təqsirləndirilən şəxs evinə yanına çatanda Vaz 21074 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yaxınlaşmasını görüb və həmin avtomobildə Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu üçün yaşadığı evi tərk etməməli olduğunu izah etmiş, Təqsirləndirilən şəxs evindən çıxaraq karantin qaydalarını pozmasını “Redmi” markalı mobil telefonla videoçəkiliş aparılmaqla qeydə almışlar. Söhbət zamanı Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Slavyanka kəndinə evinə bazarlıq etmək üçün getdiyini bildirmişdir. Bundan sonra növbətçi hissəyə telefonla məlumat verərək Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi barədə məlumat vermiş, Təqsirləndirilən şəxs istintaq-əməliyyat qrupunun dəvət edilməsini görüb, oradan uzaqlaşaraq, evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Salvyanka kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Gədəbəy rayonu, Salvyanka kəndinin mərkəzində meyvə-tərəvəz satmaqla məşğuldur. Gədəbəy rayonu, Maarif kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir narazılıq ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin fevral ayında Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində meyvə satmışdır. Həmin ayın dəqiq yadında qalmayan günündə Təqsirləndirilən şəxs meyvə-tərəvəz satdığı yerə gələrək ondan meyvə-tərəvəz almışdır. Təqsirləndirilən şəxs həmin vaxtı aktiv koronavirus daşıyıcısı olması barədə məlumatı olmamış, sonuncu onu virusa yoluxdurmamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid1 dindirilmə protokolundan görünür ki, Gədəbəy Rayon Polis X6 Bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. Gədəbəy rayonu, Maarif kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 10 fevral 2022-ci il tarixdə xidməti ərazisində Gədəbəy Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri X12 ilə birgə xidmət aparan zaman, xidməti ərazidə yaşayan Covid-19 virusuna yoluxmuş şəxslərin karantin qaydalarına əməl edibetmələrini yoxlamışlar. Həmin vaxtı bir neçə nəfər Covid-19 virusuna yoluxmuş şəxslərin yaşadıqları evə gedib, evlərində olmaqla karantin qaydalarına ciddi əməl etmələrini aşkar etmişlər. Növbəti dəfə Gədəbəy rayonu, Maarif kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib karantin qaydalarına əməl edib-etməməsini yoxlamışlar. Onlar Təqsirləndirilən şəxs evinə yanına çatmış, bu vaxtı Vaz 21074 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yaxınlaşmasını görüb,həmin avtomobildə Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu üçün yaşadığı evi tərk etməməli olduğunu izah etmiş, Təqsirləndirilən şəxs evindən çıxaraq karantin qaydalarını pozmasını “Redmi” markalı mobil telefonla videoçəkiliş aparılmaqla qeydə almışlar. Söhbət zamanı Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Slavyanka kəndinə evinə bazarlıq etmək üçün getdiyini bildirmişdir. Bundan sonra növbətçi hissəyə telefonla məlumat verərək Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi barədə məlumat vermiş, Təqsirləndirilən şəxs istintaq-əməliyyat qrupunun dəvət edilməsini görüb, oradan uzaqlaşaraq evinə getmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan 13 aprel 2022-ci il tarixdə Şahid1 təqdim etdiyi bir ədəd DVD diskə baxış protokolundan görünür ki, Gədəbəy rayonu, Maarif kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə Şahid1 Təqsirləndirilən şəxsla sorğu sual aparır, ona Covid-19 xəstəsi olduğu üçün yaşadığı evi tərk etməməsini izah edir. Təqsirləndirilən şəxs isə Gədəbəy rayonu, Slavyanka kəndinə evinə ərzaq almaq üçün getdiyini və xəstəlik yoluxucusu olmadığını bildirir. İşdə olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X17 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli 623 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olmaqla yaşayan Ələsov X9 RMX-da xx.xx.2022-ci il tarixdə “COVİD-19” virusu ilə bağlı yaxma vermiş, xx.xx.2022-ci il tarixdə onda “COVİD-19” virusu aşkar edilmiş və ev müşahidəsinə götürülmüşdür. Eləcə də ona telefon vasitəsilə karantin qaydaları haqqında və evdən çıxmaması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 1-ci doza, xx.xx.2022-ci il tarixdə 2-ci doza, xx.xx.2021-ci il tarixdə isə 3-cü doza peyvənd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 020-9265-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (AA 0907234) “COVİD-19” virusuna yoluxduğu və xx.xx.2022-ci il saat 12:05:48-dən xx.xx.2022-ci il saat 12:05:48-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X4 (TƏBİB) informasiya sistemi tərəfindən xx.xx.2022-ci il saat 05:20:01-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İşdə olan X7 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaq: 25 may 2007-ci il tarixdə doğulmuş X14, 18 dekabr 2010-cu il tarixdə doğulmuş X16 və 23 may 2013-cü il tarixdə doğulmuş X18 var. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhəri İzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarala müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tаrixdə Gədəbəy Rаyоn Мərkəzi Xəstəxаnаsı X21 inzibаti binаsındа “CОVİD-19” virusu ilə əlаqədаr boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə аnаliz verib, 08 fevral 2022-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünütəcrid tədbirlərinə uyğun dаvrаnmаlı, digər şəxslərlə minimum kоntаktdа оlmаlı, insаnlаrın sıx tоplаşdığı yеrlərə gеtməməli, xüsusi kаrаntin rеjiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 10 fevral 2022-ci il tarixdə təxminən saat 14 radələrində Gədəbəy rayonu, Maarif kəndində yaşadığı evdən çıxıb Gədəbəy rayonu, Slavyanka kəndinə getməklə еpidеmiyа əlеyhinə, еləcə də, kаrаntin rеjimlərini pоzаrаq “CОVİD-19” xəstəliyinin yаyılmаsı üçün rеаl təhlükə yaratmış və bununla da Azərbaycan Rerspublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən himayəsində üç azyaşlı uşaqların olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini və peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qərara gəlir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia yоxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-38/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-38/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver