Məhkəmə qərarları › İş №1(042)-39/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-39/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-39/2020 20.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Verdiyev Mövlanverdi Allahverdi oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gədəbəy rayonu, Çobankənd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs taxta parçası ilə vurub ona başın əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki,hazırda Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Zərərçəkmiş şəxs qardaşıdır. Azadla əvvəllər münasibəti yaxşı olmuş, 2020-ci ilin yanvar ayında onun yaşadığı ata mülkinə köçəndən sonra mülk üstündə mübahisələri başlamışdır. xx xxxxx 2020-ci il tarixdə səhər qardaşı Vəkil ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə kartof əkirmiş. Qonşuları Əvəz və İspəndiyar, eləcə də qardaşı oğlu Vüsal da onlara kömək etmişlər. İşlərini qurtaqdıqdan sonra o, Əvəz, İspəndiyar və Vüsal nahar etmək üçün evə keçmişlər. Qardaşı Vəkil isə bazarlıq etmək üçün mağazaya getmişdir. Həmin vaxt qardaşı Azad o biri otaqda maqnitofonun səsini qaldırıb musiqi dinləmişdir. O Azadı səsləyərək, “bu maqnitofonu aşağı elə, xalamız can üstündədir, camaat görür, yaxşı deyil” demişdir. Azad o biri otaqdan “mənim kefim belə istiyir” demiş və maqnitofonu söndürərək öz otağından çıxıb onun olduğu otağa gəlmişdir. Azad onu təhqir edərək əlindəki odun parçasını üstünə atmışdır. O, çəkilmiş və odun parçası divara dəymişdir. Sonra o, qaçaraq digər otağa keçmişdir. Azad ardınca həmin otağa gəlmiş və saçından tutub sürüyərək onu yemək yedikləri otağa gətirmişdir. Həmin vaxt Əvəz və Vüsal Azadı tutub sakitləşdirməyə çalışmışlar. Azad Vüsalı görən kimi ona “sən burda nə gəzirsən” demiş və masanın üstündə olan plastik fincanı götürüb Vüsalın üstünə atmışdır. Fincan Vüsala dəyməyib üstündən keçib divara dəyib qırılmışdır. X2 üstünə gedib yaxasından tutmuşdur. O, Azadın hərəkətlərindən əsəbiləşib yerdə olan odun parçasını götürüb Azadın başına atmışdır. Odun parçası Azadın baş nahiyəsinə dəymişdir və o, xəsarət almışdır. Azadın başından qan gəlmişdir. Bu vaxt qardaşı Vəkil mağazadan qayıtmış və Azadı sakitləşdirib aparmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Təqsirləndirilən şəxs bacısı, Quliyev Vəkil Məmməd oğlu qardaşı, Şahid1 isə qardaşı oğludur. Sümbül, Vəkil və Vüsal ilə əvvəllər münasibətləri normal olmuş, onlara qarşı əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxxxx 2020-ci ildə Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən ata mülkü hesab olunan evə köçmüş, bundan sonra Vəkil və Sümbüllə arasında mübahisə başlamışdır. xx xxxxx 2020ci il tarixdə 15 radələrində evin eyvanında oturub çay içirmiş. Bu vaxt Sümbül eyvana çıxmış və ona qarşı qarğış etməyə başlamışdır. O, Sümbülü sakitləşdirmək üçün yanına çağırmışdır. Qardaşı oğlu Vüsal Sümbülə, “qorxma, düş aşağı gör nə deyir?” demişdir. Sümbül eyvandan aşağı düşüb ona tərəf gəlmiş, Sümbül ona yaxınlaşan kimi qəflətən əlində olan odun parçası ilə başından vurmaq istəmişdir. O, əlini atıb odun parçasını tutmuş və buna imkan verməmişdir. Sonra Əvəz onu tutub saxlamış, Sümbül isə əlindəki odun parçası ilə onun çiyin nahiyəsinə vurmuşdur. Vüsal onunla əlbəyaxa olmuş, o, müvazinətini saxlaya bilməyib yerə yıxılmış, Vüsal onu vurmağa başlamışdır. Qardaşı Vəkil gəlib onları sakitləşdirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Sümbül deyil, Vüsal onun baş nahiyəsinə əlləri ilə vuraraq xəsarət yetirmişdir. Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Zərərçəkmiş şəxs əmisidir. Azadla əvvəllər münasibətləri yaxşı olmuş, ona qarşı düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs bibisidir. xx xxxxx 2020-ci il tarixdə əmisi Vəkilin xahişi ilə kartof əkininə kömək etmək üçün onlara gəlmiş, bibisi Sümbül, həmkəndliləri Əvəz və İspəndiyarla birlikdə kartof əkmişlər. Sonra o, Sümbül, Əvəz və İspəndiyar birlikdə nahar etmək üçün Sümbülün evinə daxil olmuşlar. Əmisi Vəkil isə mağazaya getmişdir. Əmisi Azad maqnitofonu qoşub uca səslə mahnı dinləmiş, o, Əvəz və İspəndiyar isə masa arxasında əyləşmişlər. Bibisi Sümbül isə onlara yemək hazırlayıb gətirmişdir. Yemək yeyən zaman bibisi Sümbül Azadı səsləyərək “mahnının səsini kəs, yemək yeyirik” demişdir. Azad Sümbülü söymüş və ona “kefim belə istiyir” demişdir. Həmin vaxt mobil telefonuna zəng gəldiyinə görə masadan qalxıb yataq otağına keçmiş və telefonla danışmağa başlamışdır. Bu vaxt Azad əlində odun parçası ilə içəri keçmiş və odun parçasını Sümbülün üstünə atmışdır. Sümbül qaçdığına görə odun parçası ona dəyməmişdir. Azad Sümbülün arxası ilə onun olduğu otağa keçmişdir. Əvəz Azadı sakitləşdirmək istəyəndə o, buna məhəl qoymayıb Əvəzin əlindən çıxıb Sümbülün üstünə getmiş, onun saçından tutaraq sürüyüb o biri otağa aparmışdır. Əvəz Azadı sakitləşdirib otaqdan bayıra çıxarmışdır. O isə otağın qapısına keçib Azadın qayıtmasına mane olmağa çalışmışdır. Azad: “burda nə gəzirsən” – deyib eyvandakı masanın üstündə olan fincanı götürüb ona tərəf atmışdır. Sonra onlar bir-birinin yaxasından tutub çəkişəndə hər ikisi yerə yıxılmışlar. Bu vaxt bibisi Sümbül taxta parçası ilə Azadın baş nahiyəsinə vurmuşdur. Sonra əmisi Vəkil gəlmiş və Azadı sakitləşdirib aparmışdır. Şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 202 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın əzilmiş və sıyrılmış yaraları, sol qaşın, sol almacıq nahiyəsinin qançırları, sol saidin sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özüözünə yetirə bilməsi mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsin “onu Təqsirləndirilən şəxs deyil, Şahid1 vuraraq xəsarət yetirməsi” barədə ifadəsinə digər sübutlarla müqayisəli qiymət verərək hesab edir ki, onun bu ifadəsi məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, hadisəni bilavasitə görmüş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə təkzib olunur. Eləcə də, cinayət işi materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin İB-nin müstəntiqinin xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxslə Şahid1 arasında xx xxxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə baş vermiş hadisəyə ibtidai istintaq orqanı tərəfindən qiymət verilmiş, Zərərçəkmiş şəxs və Şahid1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan barələrində həmin maddə ilə tədbirlərin görülməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edib qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs vurub sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutetmə vasitələri ilə tam sübuta yetir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə hadisələrin təsadüfü axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsi, qadın olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını agırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə islah işləri cəzasına məhkum edilməsi ilə cəzanın məqsədinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar