Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-39/2022 23.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1957-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, məhkum olmamış, təqaüdçü, Şəmkir rayonu, Çənlibel kəndində pasport qeydiyyatında olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdə saat 17 radələrındə idarə etdiyi “Ford Escape” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisindən keçən hissəsində Gədəbəy şəhəri istiqamətində saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək öz hərəkətini davam etdirib qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Naz Lifan” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs2 sağlamlığına alt çənənin, sağ bud sümüyünün qapalı sınığı, qasıq sümüyünün, sağ sirkə kasasının minimal yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, kəllədaxili hematoma və ödemlə müşaiyət olunan qapalı kəllə beyin travması, pnevmotoraksla müşaiyət olunan döş qəfəsinin qapalı küt travması, sol bazu və sol bud sümüyünün açıq qəlpəli sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, habelə sonuncunun idarə etdiyi avtomobildə olan sərnişin X2 və boyunun sıyrıqları, sağ və sol əlin, hər iki aşağı ətrafların çox saylı sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarət, üst dodağın və sağ dizin əzilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər, sol bazunun, sağ saidin, sol budun şişkinliyi ilə müşaiyət olunan sol bazu, sağ said sümüklərinin, sol bud sümüyünün qapalı sınıqları qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, politravma, başın hematoması ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, daxili qan axma, döş qəfəsinin sağ yarısının qançırı ilə müşaiyət olunan sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınıqları, sağ ağ ciyərin zədələnməsi, qarının qapalı travması, qara ciyərin zədələnməsi, sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək daxili qanaxma səbəbindən 20 may 2020-ci il tarixdə saat 21:45-də X6 ölümünə, eləcə də “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11 11892 (on bir min səkkiz yüz doxsan iki) manat və “Naz Lifan” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 5400 (beş min dörd yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə verdiyi ifadəsində göstərdi ki, Şəmkir rayonu Çənlibel kəndində yaşayır. “Ford Escape” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobil oğlu Çingiz Qarayevə məxsusdur. Həmin avtomobili etibarnamə ilə idarə etmişdir. 20 may 2020-ci il tarixdə saat 16 radələrində Çənlibel kəndindən avtomaşına əyləşib oğlu Çingizin dəvəti ilə Gədəbəy rayonu ərazisinə istirahətə gedərkən, o, avtomobili idarə edib Gədəbəy rayonuna daxil olmuş, həmin gün saat 17 radələrində rayonun Zəhmət kəndi ərazisində Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan zaman qarşı hərəkət zolağında hərəkətdə olan “Mersedes” markalı qara rəngli nömrəsini xatırlamadığı avtomobili sol tərəfində, yəni onun hərəkət zolağında 5-6 metr məsafədə qarşısında “Naz Lifan” markalı avtomobilin ötmə əməliyyatını görmüş və hər iki avtomobil saatda təqribən 130-140 km/saat surətlə hərəkətdə olmuşdur. Hərəkət zolağında olan “Naz Lifan” markalı avtomobili qəfildən 5-6 metr məsafədə qarşısında gördüyünə görə hadisədən yayınmaq üçün idarə etdiyi avtomobili hərəkət zolağından yolun zağ ehtiyyat hissəsinə tam çıxartmış olsa da, “Naz Lifan” markalı avtomobil üzərinə yüksək surətlə gələrək onun avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilinin hava yastığı açılmış, sağ, sol qol nahiyyəsindən və hər iki diz nahiyyəsindən güclü travma almışdır. Həmin vaxt avtomobildə ondan başqa heç kəs olmamış, “Naz Lifan” markalı avtomobilin qabaq oturacağında 2 nəfər olmuşdur. Hadisədən sonra avtomobildən düşmüş, 2-3 addım atdıqdan sonra huşunu itirib yerə yıxılmışdır. Bu vaxt yoldan keçən avtomobillərdən biri yanında saxladığı üçün ona xəsarət aldığını bildirmiş və oğlu Çingizin yanına aparmasını xahiş etmişdir. Həmin şəxs də onu oğlunun yanına aparmış, oğlu Çingiz isə onu Şəmkir rayon xəstəxanasına aparmışdır. Xəstəxanada yoxlandıqdan sonra oğlu onu hadisə yerinə qaytarmışdır. Hadisə zamanı avtomobili ayıq şəkildə 50-60 km surətdə idarə etmişdir. O, həmçinin ölüm olduğundan, onun özü də xəsarət aldığından, ona və digər şəxslərə maddi ziyan dəydiyindən peşmançılıq hissi keçirir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq, cinayət işinə onun iştirakı olmadan baxılmasını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. X4 tanıyır. Elxan onun uşaqlıq dostu olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs adını isə baş vermiş yol nəqliyyat hadisəsindən sonra özünə gəldikdə valideyinlərindən eşitmişdir. Belə ki, valideyinlərinin deməsinə görə xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonu Zəhmət kəndində yaşayan babası Rəşidin yanına mərhum Elxan ilə gəlmişdir. Babasının yanından Gəncə şəhərinə qayıtmaq istəyərkən babası iftar süfrəsinə qalmasını xahiş etmişdir. Bundan sonra babasının deməsinə görə onu iftar süfrəsi üçün bazarlığa göndərmişdir. Bazarlığa dostu Elxanla birlikdə getmişdir. Bazarlıqdan qayıdarkən isə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman maşının sükanı arxasında olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsini və həmin günü ümumiyyətcə xatırlamır. İfadəsində göstərdiklərini isə ona valideyinləri və babası danışdıqlarına əsasən bildirir. Həmin hadisə zamanı bir çox bədən xəsarətləri almışdır. Bunlardan iki ayağı, bir qolu qırılmış, kəllə beyin travması və daxili qanaxma xəsarətlərini almışdır. Qeyd edilən tarixdə iştirakçısı olduğu yol nəqliyyat hadisəsinin necə baş verməsini almış olduğu kəllə beyin travması xəsarəti səbəbindən xatırlamamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək , təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 38, xətt-14 ünvanda yaşayır. 2-ci qrup Qarabağ müharibəsi veteranıdır, hazırda işsizdir, hərbi və prezident təqaüdü alır. xx.xx.1999-cu il təvəllüdlü X15 doğma oğlu olmuşdur. Mərhum oğlu Elxan Məmmədov işsiz olmuşdur. 20 may 2020-ci il tarixdə günorta saatlarında Elxan yaşadıqları evdən dostu Təqsirləndirilən şəxs ilə görüşüb onun idarə etdiyi “Naz Lifan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayonuna Rəşidin babasıgilə getmişlər. Həmin günü saat 16-17 radələrində ona zəng gəlmişdir. Telefon əlaqəsi zamanı Elxanın və Rəşidin yol nəqliyyat hadisəsi zamanı xəsarət aldıqlarını və hazırda müayinə və müalicə üçün Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanasına göndərildiklərini bilmişdir. Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanaya getmiş və oğlu Elxanın və Rəşidin vəziyyətinin ağır olduğunu görmüşdür. Həmin gün gecə saatlarında oğlu Elxan yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən dünyasını dəyişmişdir. 21 may 2020-ci il tarixdə mərhum oğlu Elxanın meyiti müayinə olunduqdan sonra günorta saatlarında Gəncə şəhərində yerləşən “İmamzadə” qəbirstanlığında dəfn olunmuşdur. X18 heç bir xəstəliyi olmamış və həmin gün oğlu Elxan dostu Rəşidlə bir yerdə olmuşdur. Elxan sipirtli içkiyə meyilli olmamışdır. Həmin gün oğlu Elxan və Rəşid Oruclu olmuşlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1363 saylı ölüm haqqında şəhadətnamədən X8 ölməsi müəyyən edilmişdir. Buna görə də Çingiz Qarayevin arvadı X14 ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq cinayət prosesinə buraxılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, hadisə günün işıqlı vaxtında, aydın hava şəraitində baş vermişdir. Hadisə baş verən yerdə hərəkət zolağının evi 7 metrdir, yaşayış məntəqəsi deyildir. Yol düz, hamar və asfalt örtüklüdür. Sağ zolağın eni 3,5 metrdir. Yolun sol hərəkət zolağında arxası Gədəbəy şəhəri istiqamətində, ön hissəsi Şəmkir rayonu istiqamətində olan qara rəngli ön və yan tərəfləri tamamilə parçalanmış, üzərində **-DK-*** dövlət qeydiyyat nişanı olan “Naz Lifan” markalı avtomobil dayanmışdır. Sonuncu avtomobilin arxa sağ təkərindən Şəmkir-Gədəbəy avtomobil yolunun sağ hərəkət zolağının kənarına 0,9 metr məsafə vardır. “Naz Lifan” markalı avtomobil, “Ford Escape” markalı **-MK-*** avtomobil ilə qarşı-qarşıya hərəkət zolağındadır. Hər iki avtomobil yolunun ehtiyyat hissəsinə tam çıxmışlar. Avtomobillərin toqquşması nəticəsində “Naz Lifan” markalı avtomobilin ön və yan hissələri tamamilə, “Ford Escape” markalı avtomobilin isə ön və ön sol hissəsi yararsız vəziyyətə düşmüşdür. Naz Lifan markalı avtomobilin ön şüşəsi yerə düşmüş, həmçinin yerdə plastmass hissələr tökülüb qalmışdır. Toqquşma yerindən Şəmkir-Gədəbəy avtomobil yolunun hərəkət hissəsinə Gədəbəy şəhəri istiqamətində sağ hərəkət hissəsinə qədər olan məsafə 2,6 metr, yolun sol ehtiyyat zolağının başlanğıcına qədər olan məsafə 4,4 metrdir. Baş vermiş ərazidə, yəni, Şəmkir-Gədəbəy avtomobil yolunun ərazidə surət həddi 60 km/saatdır və 1.1 üfiqi nişanlanma xətti nişanı vardır. Hədisədən sonra “Ford Escape” markalı **-MK-*** avtomobilə baxış keçirilən zaman avtomobilin surəti ölçən mexanizmində sonuncu surət 70 km/saat olması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən “Naz Lifan” markalı avtomobilin hava yastığı açıldığından və üzərində qan ləkələri olduğundan hava yastığının açılmış hissəsi və həmin avtomobilin qabaq sağ və sol oturacaqlarının üzlükləri (çexolları) götürülmüşdür. - 21 may 2021-ci il tarixli meyitə baxış istintaq hərəkəti protokolundan görünür ki, müayinə olunan meyit kişi cinsi olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, uzunluğu 186 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələlərdə kafi dərəcədə inkişaf etmişdir. Gövdənin arxa səthində çəhrayımtıl rəngli meyit ləkələri vardır ki, barmaqla təzyiq etdikdə avazıyır, 1-2 dəqiqədən sonra əvvəlki vəziyyətinə bərpa olunur. Başın tüklü hissəsində-sağ təpə və ənsə nahiyyəsində dəri altı hematoma əllənir. Göz qapaqları örtülüdür, bəbəklər dairəvi olub, 0,7 sm diametrindədir, ağlı qişalarda qansızma yoxdur. Sümüyü əllədikdə sınmışdır, burun boşluğundan ifrazat yoxdur. Ağzı qapalıdır, dil ağız boşluğunda sərbəst yerləşir, dişləri yoxdur, diş yuvaları dolmuş, zədəsizdir. Üst dodağın selikli, ətrafı qırmızımtıl qansızmalı yara vardır. Üst dodağın dəri hissəsinin sağ yarısında 1,5x0,6 sm. 1x0,3 sm, alt çənənin sağ yarısında 4,5x3 sm, 1x0,2 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və qalınlıqdadır. Boyunun yuxarı üçdə birinin sağ yan səthində 2,2x0,4 sm, aşağı üçdə birinin ön səthində 2,5x0,3 sm ölçüdə qırmızımtıl rəngli sıynıq vardır. Döş qəfəsi silindirik olub, simmetrikdir. Döş qəfəsinin ön səthində sol 8-9-cu qabırğalar proyeksiyasında zəif göyümtül rengli, arası kəsilən 7x6 sm ölçüdə qançır vardır. Qarnı qabırğa qövsü səviyyəsindədir, köpməmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Sol bazunun orta və aşağı üçdə birini əhatə edən şişkinlik qeyd olunur, sol bazu sümüyü aşağı üçdə birində qəlpəli sinmişdir. Sol əlin üst səthində 2-ci daraq sümüyü proyeksiyasında 1.7x0,3 sm ölçüdə, 4cü daraq sümüyü proyeksiyasında 1x0,3 sm, 2-ci barmağın əsas falaqasının üst səthində 1x0,3 sm, 3-cü barmağın əsas falanqasinin üst səthində 1,5x0,3 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sağ dirsək oynağının arxa səthində 3x2 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sağ saidin orta və aşağı üçdə birində şişkinlik qeyd olunur, sağ said sümükləri aşağı üçdə birində qəlpəli sınmışdır. Sağ əlin 2-ci barmağın əsas falanqasinin üst səthində 1x0,2 sm ölçüdə qırmızımtıl rəngli sınıq vardır. Sol budun aşağı üçdə birində şişkinlik və deformasiya qeyd olunur, sol bud sümüyü aşağı üçdə birində qəlpəli sınmışdır. Sol baldırın yuxarı və orta üçdə birin ön səthində 7 ədəd 0,6X0,3 sm-dən 1,5x0.4 sm kimi qırmızımtıl rəngli sıyrıq vardır. Sağ budun aşağı üçdə birinin ön səthində 2,2x0,3 sm ölçüdə nahamar kənarlı yara, 1x0,4 sm, 1,5x0,5 sm ölçüdə qırmızımtıl rengli sıyrıq vardır. Sağ baldırın yuxarı üçdə birinin ön səthində 3x1 sm ölçüdə nahamar kənarli yara vardır, həmin nahiyyədə baldır sümüklərinin açıq, qəlpəli sınığı qeyd olunur. Sağ baldırın orta üçdə birinin ön səthində 1x0,4 sm, 1,4x0,4 sm, 2x0,3 sm, aşağı üçdə birinin ön səthində 1,5x0,3 sm, 1,8x0,4 sm. Sağ ayağın üst səthində 2-3-cü daraq sümükləri proyeksiyasında 1,6x0,3 sm, 2x0,4 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilməmişdir. - məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 09 nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- politravma, başın hematoması ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, üst dodağın əzilmiş yarası, sifətin və boyunun sıyrıqları, daxili qan axma, döş qəfəsinin sağ yarsının qançırı ilə müşaiyət olunan sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınıqları, sağ ağ ciyərin zədələnməsi, qarının qapalı travması, qara ciyərin zədələnməsi, sol bazunun, sağ saidin sol şişkinliyi ilə müşaiyət olunan sol bazu, sağ said sümüklərinin, sol bud sümüyünün qapalı sınıqları, sağ baldır sümüklərinin açıq, qapalı sınıqları, sağ və sol əlin, hər iki aşağı ətrafların çox saylı sıyrıqları, sağ dizin əzilmiş yarası küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 20 may 2020-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişdir. Qeyd olunan xəsarətlərdən başın hematoması ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, daxili qan axma, döş qəfəsinin sağ yarasının qançırı ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, daxili qan axma, döş qəfəsinin sağ yarasının qançırı ilə müşaiyət olunan sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınıqları, sağ ağ ciyərin zədələnməsi, qarının qapalı travması, qara ciyərin zədələnməsi, sağ baldır sümüklərinin açıq, qəlpəli həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurma əlamətlərinə, sol bazunun, sağ saidin sol budun şişkinliyi ilə müşaiyət olunan sol bazun, sağ said sümüklərinin, sol sümüyünün qapalı sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma əlamətlərinə, üst dodağın və sağ dizin əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb daxili qan axma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 8-10 saat əvvəl müddətə baş vermişdir. X3 meyitinin bədənində aşkar olunmuş xəsarətlər avtomobillərin toqquşması nəticəsində törənə bilərdilər. X3 meyitindən götürülmüş qanda məhkəməkimya müayinəsində etil spirti aşkar edilməmişdir. - məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 641 nömrəli canlı şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər kəllədaxili hematoma və ödemlə müşaiyət olunan qapalı kəllə-beyin travması, pnevmotoraksla müşaiyət olunan döş qəfəsinin qapalı, küt travması, alt çənənin sınığı, sol bazu və sol bud sümüyünün açıq, qəlpəli sınığı, sağ bud sümüyünün qapalı, qəlpəli sınığı, qasıq sümüyünün və sağ sirkə kasasının minimal yer dəyişən sınığı küt əşyaların, ola bilsin qərarın təsviri hissəsində göstərilən 20 may 2020-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən kəllə daxili hematoma və ödemlə müşaiyət olunan qapalı kəllə-beyin travması, pnevmotoraksla müşaiyət olunan döş qəfəsinin qapalı, küt travması, sol bazu və sol bud sümüyünün açıq, qəlpəli sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər murmaya, alt çənənin, sağ bud sümüyünün qapalı sınığı, qasıq sümüyünün, sağ sirkə kasının minimal yer dəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - 180 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs Bəhram oğlu hadisə zamanı ayıq olmuşdur. - Gədəbəy rayon Məhkəməsinin 1(042)-68/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs2 20 may 2020-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi “Naz Lifan minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq öz hərəkət zolağında hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X9 ehtiyyatsızlıqdan ölümünə, “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmasına, “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11 11892 (on bir min səkkiz yüz doxsan iki) manat və “Naz Lifan” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 5400 (beş min dörd yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı toplanmış sübutları ayrı-ayrılıqda və müqayisəli təhlil edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə iş üzrə zərər çəkmiş şəxsin, digər zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsini, məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri və digər sübutlarla müqayisəli təhlil edib həmin sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasları kimi mötəbər sübutlar kimi qəbul edir, həmin sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdə saat 17 radələrındə idarə etdiyi “Ford Escape” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu Zəhmətkənd kəndi ərazisindən keçən hissəsində Gədəbəy şəhəri istiqamətində saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək öz hərəkətini davam etdirib qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Naz Lifan” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs2 sağlamlığına alt çənənin, sağ bud sümüyünün qapalı sınığı, qasıq sümüyünün, sağ sirkə kasasının minimal yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər, kəllədaxili hematoma və ödemlə müşaiyət olunan qapalı kəllə beyin travması, pnevmotoraksla müşaiyət olunan döş qəfəsinin qapalı küt travması, sol bazu və sol bud sümüyünün açıq qəlpəli sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, habelə sonuncunun idarə etdiyi avtomobildə olan sərnişin X9 ehtiyatsızlıqdan ölümünə, eləcə də “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11 11892 (on bir min səkkiz yüz doxsan iki) manat və “Naz Lifan” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 5400 (beş min dörd yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsi, zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmaması, təqaüddə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını cəza təyini zamanı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şikayət və tələbinin olmamasını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilib-çəkilməməsi məsələsini müzakirə edərkən yüngülləşdirici halları, hazırkı cinayət hadisənin törədilməsində iştirakı dərəcəsini, onun cinayət hadisəsi baş verərkən və ondan sonrakı davranışını və əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, cinayət hadisəsi törədildikdən sonra əməlindən səmimi peşmançılıq çəkdiyini nümayiş etdirmişdir. O, ali təhsillidir, pensiya yaşına çatmış və pensiya alır. Zərər çəkmiş şəxsin və digər zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəza çəkmədən islah olunmasının mümkün sayılmasına əsas verir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldıqdan sonra hesablanmalı, barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 185 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci - 185 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-39/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-39/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver