Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-39/2023 31.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, pensiyaçı, məhkumluğu olmayan, Gədəbəy rayonu, Çslavyanka kəndində yaşayan, barəsində 05 iyun 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 avqust 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində aralarında mübahisəli torpaq sahəsinin olması səbəbindən həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən əl və ayaq zərbələri ilə vuraraq ona sağ göz altının şişkinliyi və qançırı, sağ burun dodaq büküşünün, üst dodağın sıyrıqları, sol yanağın şişkinliyi və qançırı, selikli qişasının qançırı və əzilmiş səthi yarası, sağ böyrək nahiyyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, Slavyanka yaşayır. Zərərçəkmiş şəxs qonşusudur, aralarında qonşu kimi münasibətlər yaxşı deyildir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs əri Alikin atı onun biçənək yerinin otunu yeyib ziyan vurduğu üçün Alikin barəsində Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. 19 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları gəlib həmin yerə baxış keçirmişlər. İcraçılar getdikdən sonra Alikin arvadı Xəyalə, qızı Ayşən və oğlu Zaur onun üstünə gəlib onları məhkəməyə verdiyi üçün münaqişə yaratmışlar. Münaqişə zamanı Zərərçəkmiş şəxs əli ilə onun sifətinin sol tərəfinə cırıb, sifətinə xəsarət yetirmişdir. O, əli ilə Xəyaləni itələyib özündən uzaqlaşdırmaq istəyən zaman Xəyalənin oğlu Şahid2 və qızı Şahid3 araya girib onları ayırmışlar. Xəyalə bir qədər geri çəkilmiş, ayağı xəndəyə ilişib yerə oturmuşdur. O isə çıxıb evinə getmişdir. Zərərçəkmiş şəxs yalan danışır. Hadisə zamanı Xəyaləni vurmamışdır. Münaqişə zamanı Xəyaləni özündən uzaqlaşdırmaq üçün əlini atıb itələmək istəsə də, Xəyalənin övladları Ayşən və Zaur araya girib ayırdığı üçün Xəyaləyə əli dəyməmişdir. Ona görə dəö qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs Cəlal oğlu qonşusudur. Aralarında 2022-ci ilin yaz aylarından torpaq üstündə mübahisə yaranmış, həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs dəfələrlə onlarla münaqişə yaratmış, nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir. Bununla bağlı AR DİN-nin 102 xidmətinə də müraciət etmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evin arxasında 3 metr eni olan torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Bununla bağlı 19 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları gəlib mübahisəli torpaq sahəsinə baxmışlar. İcra məmurları getdikdən sonra Təqsirləndirilən şəxs onun həyətyanı sahəsinə keçib indiyədək torpaqla bağlı çəkdiyi xərcləri, rüsumları ödədəcəyini deyib onu nalayiq söyüşlərlə söymüşdür. O, da Təqsirləndirilən şəxs söyüşlərini özünə qaytarmış, bunu görən Təqsirləndirilən şəxs təpik və yumruqla onu vurmağa başlamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs təpiklə onun sol ayağına, şillə ilə sifətinin sol tərəfinə, yumruqla sifətinin sağ tərəfinə vurmuşdur. Bəxtiyarın yumruqla sifətinə vurması nəticəsində özünü saxlaya bilməyib arxası üstə yerə yıxılmışdır. Həmin vaxt yanında oğlu Şahid2 olmuşdur. Səs-küyə qızı Şahid3 da oraya gəlmiş və onu yerdən qaldırıb evə gətirmişlər. Bəxtiyar onu yalnız əli və ayağı ilə vurmuş, başqa heçnədən istifadə etməmişdir.Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirlən şəxs ondan üzr istəməmiş, onlar barışmamışlar. Təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır, Slavyanka kənd 2 saylı tam orta məktəbinin 7-ci sinfində oxuyur. Zərərçəkmiş şəxs anasıdır. Təqsirləndirilən şəxs Cəlal oğlu isə qonşusudur. 19 dekabr 2022-ci il tarixdə saat 17 radələrində onların həyətinə icra məmurları gəlib həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Onlar getdikdən sonra Təqsirləndirilən şəxs söyüş söyərək, Zərərçəkmiş şəxs üstünə gəlmiş, yumruqla onun sifətinə, təpiklə ayağına vurmuşdur. Həmin vaxt o, anası Zərərçəkmiş şəxs yanında olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduqdan sonra o, yerə yıxılmışdır. Bacısı Şahid3 isə həmin vaxt evdə olmuş və səs-küyə evdən çölə çıxmışdır. Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid kimi dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır, Slavyanka kənd 2 saylı Tam Orta Məktəbinin 10-cu sinfində oxuyur. Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs Cəlal oğlu isə qonşusudur. 19 dekabr 2022-ci il tarixdə saat 17 radələrində həyətlərinə məhkəmə işçiləri gəlmiş və torpaq sahəsinə baxmaq üçün anası Zərərçəkmiş şəxs çağırmışlar. Zərərçəkmiş şəxs həyətə çıxmış, o isə evdə qalmışdır. Məhkəmə işçiləri torpağa baxıb getdikdən təxminən 5 dəqiqə sonra həyətdən səs-küy gəldiyini eşitmişdir. Həyətə çıxıb Zərərçəkmiş şəxs yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs təxminən 2 metr məsafədə dayanıb, onu nalayiq ifadələrlə söymüşdür. Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onu vurub yıxıb. Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs üstünə gəlib vurmaq istəyən zaman qardaşı Şahid2la araya girib Bəxtiyarın Xəyaləni yenidən vumasına imkan verməmiş və onu evə aparmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu görməmişdir. Çünki o, hadisə yerinə çatanda Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndində ailə üzvləri ilə birliklikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs qonşusudur. Onunla münasibətləri yaxşı deyil. Beləki, Təqsirləndirilən şəxsla aralarında torpaq üstündə mübahisə yaranmış və bununla bağlı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişlər. Bundan əvvəl də bir neçə dəfə Təqsirləndirilən şəxs onun həyat yoldaşı Zərərçəkmiş şəxs söyüb təhqir edərək, münaqişə yaratmışdır. 19 dekabr 2022-ci il tarixdə saat 18 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söyərək münaqişə yaratdığını, hadisə zamanı Bəxtiyarın onu vurub xəsarət yetirdiyini, bununla bağlı polisə müraciət etdiyini bildirmişdir. Evə gələn zaman həqiqətən də Xəyalənin gözünün altında, sifətində xəsarətlər olduğunu görmüşdür. Lakin o, hadisə zamanı orda olmamışdır. Təqsirləndirilən şəxs Xəyaləni döyüb xəsarət yetirən zaman oğlu Şahid2 hadisə yerində olmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X3 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 723 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ göz altının şişkinliyi və qançırı, sağ burun dodaq büküşünün, üst dodağın sıyrıqları, sol yanağın şişkinliyi və qançırı, selikli qişanın qançırı və əzilmiş səthi yarası, sağ böyrək nahiyyəsinin qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddəti 19 dekabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ göz altının və sol yanağın şişkinliyi və geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə lokalizasiyasına əsasən həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 725 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol göz altının və sol yanağın sıyrıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri 19 dekabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə lokalizasiyasına əsasən həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Slavyanka Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətmədiyini, zərərçəkmişə xəsarət yetirmədiyini bildirmiş, eyni zamanda, həm ibtidai, həm də məhkəmə istintaq zamanı zərərçəkmişlə mübahisə etdiyini təsdiq etmişdir. Məhkəmə zərərçəkmişdə olan xəsarətlərin xarakterini, ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edildiklərini, həmçinin, zərərçəkmiş və şahidlərin ifadələrini, onların təqsirləndirlən şəxslə zərərçəkmiş arasında mübahisə və dava olduğunu təqsirləndirlən şəxsin zərərçəkmişə əl və ayaqla zərbələr endirdiyini təsdiq etmələrini, bu dava ilə əlaqədar zərərçəkmiş X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyini, eləcə də istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyini nəzərə alaraq, belə nəyticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində aralarında mübahisəli torpaq sahəsinin olması səbəbindən həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən əl və ayaq zərbələri ilə vuraraq ona sağ göz altının şişkinliyi və qançırı, sağ burun dodaq büküşünün, üst dodağın sıyrıqları, sol yanağın şişkinliyi və qançırı, selikli qişasının qançırı və əzilmiş səthi yarası, sağ böyrək nahiyyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarını, o cümlədən, təqsirləndirlən şəxsin zərərçəkmişlə barışmağa cəhd etmədiyini nəzərə alaraq və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-39/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-39/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver