Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-4/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlu, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Gədəbəy rayonunda doğulmuş, Аzərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Zamanlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayonu, Zamanlı kəndində yerləşən biçənək sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunu belin sapı ilə vurub ona sol sağrının geniş ölçülü qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, hazırda valideyinləri ilə birlikdə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. Şahid3 anası, Şahid2 isə qardaşıdır. Zərərçəkmiş şəxs həmkəndlisi və qonşusudur. Telmanla əvvəllər münasibətləri normal olmuş, ona qarşı heç vaxt düşmənçiliyi və ya ədavəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 10 radələrində ona məxsus qoyun-quzunu otarmaq üçün kəndin ərazisində yerləşən “Ballı Qaya” adlanan otlaq sahəsinə aparmışdır. Həmin gün günorta saatlarında otlaq sahəsində olan zaman uzaqdan polis avtomobilinin qapılarına gəldiyini görmüşdür. Ona görə də nə baş verdiyini bilmək üçün evlərinə gəlmişdir. Evə gəldikdə qardaşı Səbuhi və anası Almazdan bilmişdir ki, həyətlərinin kənarından keçən çəpəri düzəldən zaman Telman arvadı Nulifər ilə oraya gəlmiş və guya çəpəri yola tərəf çəkdiklərinə görə çəpərin armaturunu çıxarmaq istəmişdir. X5 mane olmaq istədikdə, o, əlində olan taxta parçası ilə onun baş nahiyəsinə vurmuşdur. X7 əlindən taxta parçasını almaq istəyən zaman, Telman onun qolundan tutub yerə yıxıb sürümüş, alt çənəsinə xəsarət yetirmiş və sonra sağ qolunu burub sındırmışdır. Münaqişə baş verən zamanı otlaq sahəsində olmuşdur. O, zərərçəkmişə heç bir xəsarət yetirməmişdir. Ona görə də ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, hazırda arvadı Şahid1 ilə birlikdə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. X2 və onun övladları Şahid2 və Təqsirləndirilən şəxs həmkəndliləri olmaqla yanaşı qonşularıdır. Əvvəllər münasibətləri normal olmuş, onlara qarşı düşmənçiliyi və ya ədavəti olmamışdır. Bir neçə il bundan əvvəl Almaz və ailə üzvləri çöllük sahədə yerləşən biçənəyini biçidiklərinə görə aralarında bir neçə dəfə münaqişələri olmuşdur. Lakin həmin münaqişələrə görə polisə və ya başqa hüquq mühafizə orqanlarını şikayət ərizəsi ilə müraciət etməmişdir. 2019-cu ilin payız aylarında Səbuhi və Ayazın atası Araz evinə gedən 70 illik yolua qum töküb bağlamışdır. Yaşadığı evə başqa yol olmadığına görə həmin yolu açmalarını xahiş etsə də, onu dinləməmişlər. O, məcbur olub sonradan öz vəsaiti hesabını həmin yolu düzəltdirmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində arvadı Nilufərlə yaşadığı evdə olan zaman qonşuları Səbuhi və Ayazın biçənək sahəsinə gedən yolun kənarındakı dəmir tordan olan hasarı söküb yola tərəf təzə hasar çəkdiklərini görmüşdür. Ona görə də arvadı Nulifərlə evdən çıxıb oraya getmişdir. Onlar Ayaz və Səbuhinin yanına gəlib nə etdiklərini soruşmuşlar. Sonra Ayaz və Səbuhiyə hasarı söküb biçənək sahəsinə gedən yola çıxdıqlarına görə iradını bildirmişdir. Ayaz və Səbuhi ona cavab qaytarmış və mübahisə yaratmışlar. Mübahisə zamanı Səbuhi yabanın sapıyla, Ayaz isə belin sapıyla ayaq və arxa oturacaq nahiyələrinə vurmağa başlamışar. Həmin vaxt Almaz ona yaxınlaşıb yaxasından tutub çəkməyə başlamışdır. Almaz yaxasından tutub çəkən zaman hər ikisi həyətin kənarındakı uçurumdan axan çayın içinə yıxılmışlar. O, yerə yıxılan zaman huşunu itirmişdir. Amma çayın suyu bədəninə dəydiyinə görə özünə gəlib ayılmışdır. Çayın suyu gur axdığına görə onu yıxıldığı yerdən 10-15 metr aralıya qədər aparmışdır. Sonra o, çaydan çıxıb arvadı Nulifərlə evlərinə gəlmişdir. Daha sonra rayon polis şöbəsinə şikayət etmişdir. Həmin mübahisə 3-4 dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı orada səs-küy və nalayiq söyüşlər olmamışdır. Həmin vaxt yanında arvadı Şahid1 olmuşdur. Orada kənar şəxslər olmamış, mübahisəni kənardan heç kim görməmişdir. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. Şahid2 və Təqsirləndirilən şəxs doğma övladlarıdır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Ona qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə oğlu Səbuhi həyətlərinin kənarından keçən çəpəri düzəltməyə getmişdir. Saat 12 radələrində evdə olan zaman oğlu Səbuhi onu köməyə çağırmışdır. O, Səbuhi ilə birlidkə çəpəri düzəldən zaman Telman və arvadı Nulifər gəlmiş, çəpərin çəkilməməsini tələb etmişlər. Lakin onlar razılaşmamış və mübahisə yaranmışdır. Telman çəpərə basdırdıqları armaturu əli ilə çıxarmaq istəmişdir. Lakin oğlu Səbuhi Telmanın armaturu çıxarmasına imkan verməmişdir. Səbuhi Telmana mane olmaq istədikdə, Telman ağac parçası ilə baş nahiyəsinə vurmuşdur. O, Telmanın əlindən ağacı almaq istəmiş, Telman onun sağ qolundan tutub yerə yıxıb sürümüşdür. Telman onu yerdə sürüyən zaman alt çənəsinə əli ilə xəsarət yetirmiş və sonra sağ qolunu burub qırmışdır. Sonra Telman sağ qolundan tutaraq sürüyüb çaya atmaq istəyəndə ayağı dolaşmış və hər ikisi çayın içinə düşmüşlər. Həmin günü Telman ilə arasında olan münaqişə 4-5 dəqiqə davam etmiş. Mübahisə zamanı orada səs-küy və nalayiq söyüşlər olmamışdır. Mübahisə zamanı orada Telmanın arvadı Nulifər orada olmuşdur. Kənardan heç kim mübhahisəni görməmiş oraya toplaşmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, o, hazırda ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. Şahid3 anas, Təqsirləndirilən şəxs qardaşıdır. Zərərçəkmiş şəxs həmkəndlisidir. O, qonşuluqdakı evdə yaşayır. Telmana qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb həyətlərinin kənarından keçən çəpəri düzəltmişdir. Sonra çəpər çəkməkdə ona kömək etməsi üçün anası Almazı çağırmışdır. Həmin günü saat 12 radələrində anası ilə birlikdə çəpər çəkən Telman və arvadı Nulifər gəlmişlər. Nulifər anasından çəpəri yuxarı çəkməyi tələb etmişdir. Onlar isə razılaşmamışlar. Həmin vaxt Telman onun çəpərə basdırdığı armaturu əli ilə çıxarmaq istəmişdir. Lakin o, armaturu çıxarmasına imkan verməyib ona mane olmuşdur. Telman ağac parçası ilə onun baş nahiyəsindən bir dəfə vurmuşdur. Almaz Telmanın əlində olan ağacı almaq istəmişdir. Lakin Telman anasının sağ qolundan tutub yerə yıxmış və sürümüşdür. Telman anası Almazı sürüyən zaman alt çənəsinə əli ilə xəsarət yetirmişdir. O, Telmanı sakitləşdirmək istəmişdir. Mübahisə zamanı Telman anasının sağ qolunu burmuş və yaxınlığından keçən çaya atmaq istəyəndə ayağı dolaşmışdır. Telmanın ayağı dolaşdığına görə hər ikisi çaya yıxılmışlar. O, çaya girib anasını çaydan çıxarmışdır. Bundan sonra Telman və Nulifər çıxıb getmişlər. Həmin günü Telman ilə münaqişə 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada səs-küy və nalayiq söyüşlər olmamışdır. Kənar heç kim mübhahisəni görməmiş oraya toplaşmamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, əri Zərərçəkmiş şəxs ilə Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır. Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs həmkəndliləri olmaqla qonuşuluqda yaşayırlar. Onlarla əvvəllər münasibətləri normal olmuş, onlara qarşı əvvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Almaz və ailə üzvləri onlara məxsus biçənəyə gedən yola qum töküb bağlamışlar. Ona görə də aralarında bir neçə dəfə münaqişələri olsa da heç bir yerə şikayət etməmişlər. Onlara gediş-gəliş üçün yol açmalarını demişlər. Lakin onlar biçənəyə gedən yolu açmamışlar. Əri Telman məcbur qalıb yolu düzəltdirmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində əri Telmanla evdə olan zaman Almazın oğulları Səbuhi və Ayazla həyətlərinin köhnə çəpərini söküb yola tərəf təzə çəpər çəkdilərini görmüşlər. Telmanla birlikdə evdən çıxıb onların yanına getmişlər. Telman onlara yaxınlaşıb niyə görə icazəsiz çəpəri dağıdıb yola tərəf çəkdiklərinə soruşmuş və onlara iradını bildirmişdir. Həmin vaxt Səbuhi və Ayazın anası Almaz da Telmanın yanına gəlmişdir. Onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Səbuhi yabanın sapı ilə, Ayaz isə belin sapı ilə əri Telmanın ayaq nahiyələrinə vurmağa başlamışlar. X9 yaxasından tutub dartışdırmağa başlamışdır. Almaz Telmanın yaxasından tutub dartdığına görə hər ikisi həyətin yanından axan çayın içinə yıxılmışlar. Həmin günü əri Telmanla Səbuhi, Ayaz və Almaz arasında olan münaqişə 3-4 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada səs-küy olmamış, söyüş söyülməmişdir. Orada kənar şəxslər olmamış, mübahisəni kənardan heç kim görməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gədəbəy Rayon Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Şöbəsinin xx xxxxx 2020-ci il tarixli 229 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ dirsək oynağının arxa səthinin, sağ baldırın, sol baldırın sıyrıqları, sol sağrının genişölçülü qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol sağrının geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İşdə olan Gədəbəy RPŞ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayonu Zamanlı kəndində Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs istifadələrində olan torpaq sahəsinə çəpər çəkən zaman həmkəndliləri Təqsirləndirilən şəxs ona məxsus biçənək sahəsinə gedən yola çıxdıqları üçün iradını bildirdikdə aralarında şəxsi münasibətlər zəmnində münaqişə baş vermişdir. Münaqişə zamanı Zərərçəkmiş şəxs taxta parçası ilə Şahid2 baş nahiyəsinə vurduğuna görə sonuncu qardaşı Təqsirləndirilən şəxs və anası Təqsirləndirilən şəxs ilə birlikdə bel və yabanın sapı ilə ilə Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmiş, Zərərçəkmiş şəxs isə Şahid3 sağ qoluna xəsarət yetirmişdir. Hadisə zamanı səs-küy və nalayiq söyüşlər olmamış, kənar şəxslərdən münaqişəni görən şəxslər və şahidlər müəyyən edilməmişdir. Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs ilə Təqsirləndirilən şəxs arasında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs Şahid2 baş nahiyəsinə vurduğu taxta parçası, Şahid2 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdikləri bel və yabanın yerinin müəyyən edilib istintaqa təqdim edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin İTB-ə göndərilməsi qərara alınmışdır. İşdə olan Hərbi Biletin surətindən görünür ki, Hüseynov X3, Qubadlı, Laçın rayonları istiqamətində manqa komandiri vəzifəsində döyüşlərdə iştirak etmişdir. İşdə olan Gədəbəy RİHB-nın Mormor Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Zamanlı kəndində yaşayır və müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə yerində olmadığını, zərərçəkmiş şəxsi vurmadığını, ona hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs xəsarətin ona məhz təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. İş üzrə Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən də görünür ki, zərərçəkmişin sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuş xəsarətlər məhz təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir. Məhkəmə tərəflər arasında yaranmış münaqişənin xarakterini və davamlılığını, hadisə nəticəsində tərəflərin qarşılıqlı olaraq xəsarətlər almasını nəzərə alaraq və daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayonu, Zamanlı kəndində yerləşən biçənək sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunu belin sapı ilə vurub ona sol sağrının geniş ölçülü qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Vətən Uğrunda döyüşlərdə iştirak etməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 03 ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-4/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-4/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver