Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-4/2022 17.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki nəfər uşaq olan, işləməyən, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs2 ilə yaşadığı kənddə görüşərək sonuncunun arvadı X3 və oğlu Tural Qurbanova əlillik dərəcəsi ilə bağlı pensiya düzəltmək barədə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs2 hissə-hissə, yəni 2018-ci ilin sentyabr ayının əvvəllərindən 2020-ci ilin sentyabr ayına qədər olan müddət ərzində dəqiq tarixləri məlum olmayan vaxtlarda cəmi 2750 manat ( iki min yeddi yüz əlli ) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 11 noyabr 2020-ci il tarixdə Gədəbəy rayon Arıxdam kənd sakini Zərərçəkmiş şəxs1 ilə Gədəbəy şəhəri ərazisində yerləşən "Aysu” mebel mağazasının birinci mərtəbəsindəki çayxanada görüşərək sonuncunun arvadı X7 əlillik dərəcəsi ilə pensiya düzəltmək adı ilə onu aldadaraq 1300 manat və ümumi dəyəri 1700 manat təşkil edən 1000 ABŞ dolları, ümumilikdə 3000 (üç min) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Onların arasında düşmənçilik və ya ədavət yoxdur. Zərərçəkmiş şəxs2 2018-ci ilin sentyabr ayında qaynı Aslanın vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 ona arvadı Ofelya Qurbanovanın özündən getməsi və oğlu Tural Qurbanovun isə gözlərinin zəif olması xəstəlikləri olduğunu bildirmiş, onlara əlillik dərəcəsinin təyin edilməsinin mümkün olub-olmamasını soruşmuşdur. O, Telmana demişdir ki, oğlu Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz institutunda yoxlanıldıqdan sonra dəqiq diaqnoz təyin edilə bilər. Razılıq əsasında 2018-ci ilin oktyabrnoyabr ayında Telmanın oğlu Turalı Bakı şəhərinə Zərifə Əliyeva adına göz klinikasına aparıb yoxlatmışdır. Klinikadan Turalın 3 ay orada qalmalı olduğunu bildirmişlər. Telman oğlunun yatmasına razılaşmamışdır. O, Telmana ehtiyacının olduğunu bildirib 500 manat pul istəmişdir. Telman onun istədiyi məbləği ona nəğd şəkildə xəstəxananın qarşısında vermişdir. Həmin günü birlikdə geri qayıtmışlar. O, Telmanın arvadı Ofeliyaya əlillik dərəcəsi ilə bağlı pensiya düzəltmək üçün Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya getmişdir. Orada ona Ofeliyanın xəstəxanada stasionar qaydada yatmalı olduğunu bildirmişlər. Bu barədə mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs2 məlumat vermişdir. Telman arvadının xəstəxanada yatmasına icazə verməmişdir. Bundan sonra, 2020-ci ilin sentyabr ayına kimi Zərərçəkmiş şəxs2 arvadı və oğlu üçün 2-ci qrup əlillik dərəcəsi ilə pensiya düzəltmək istəsə də, düzəldə bilməmişdir. Həmin müddət ərzində Zərərçəkmiş şəxs2 arvadı və oğlu üçün pensiya düzəltmək məqsədilə dəqiq tarixini xatırlamadığı müxtəlif vaxtlarda, ümumilikdə 2750 manat pul almışdır. Telmandan aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmiş, pulu geri qaytara bilməmişdir. Hazırda isə qeyd olunan pul məbləğini tam olaraq Telmana qaytarmışdır. Bundan başqa, o, 11 noyabr 2019-cu il tarixdə Gədəbəy şəhərində tanışı Şahidla əlillik dərəcəsi ilə bağlı söhbət edən zaman Zərərçəkmiş şəxs1 də orada olmuşdur. Zərərçəkmiş şəxs1 böyrək problemləri olan X24ya pensiya düzəldə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Azərə arvadının 2-ci qrup əlillik dərəcəsi ilə pensiya düzəldə biləcəyini deyib, bunun qarşılığında ondan 3000 manat pul istəmişdir. Azər 1000 ABŞ dolları və 1300 manat pulu həmin adını bilmədiyi çayxanada vermişdir. Azərə arvadının 6 ay satsionar qaydada xəstəxanada yatmalı olduğunu bildirmiş, Azər bununla razılaşmamışdır. Azərdən aldığı pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 aldığı pulu da qaytarmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirdi ki, Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayında qaynı Aslan Məmmədəliyevin vasitəsilə tanımışdır. Həmin vaxtı qaynı Aslan Təqsirləndirilən şəxs onun əlillik ilə bağlı pensiya almasına köməklik edəcəyini buna görə də səndələrini ona verdiyini bildirmişdir. Aslandan Təqsirləndirilən şəxs harada yaşadığını öyrənmiş, onun yaşadığı Şəmkir rayon Seyfəli kəndinə getmişdir. Orada Təqsirləndirilən şəxs anası Püstə adlı qadın onu qarşılamışdır. Həmin qadına oğlunu Aslanın işinə görə axtardığını demiş, qadın isə Mustafanın onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 3 gündən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq Təqsirləndirilən şəxslə danışmış, Gədəbəyə gəldiyini, onunla görüşmək istədiyini bildirmişdir. Gədəbəy rayonunda yerləşən “Ləzzət“ kafesində Aslan ilə birlikdə Mustafa ilə görüşmüşdür. Birlikdə yemək yeyən zaman ona arvadı X1 qıcolmasını, oğlu Tural Qurbanovun isə gözünün zəif olduğunu, həmin diaqnozlarla onlara əlillik pensiyasını düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona “əlim hər yerə çatır, mənlikdi düzəldə bilərəm” demişdir. Təqsirləndirilən şəxs oğlu Turalın və arvadı Ofeliyanın şəxsiyyət vəsiqələrinin kserosurətini istəmiş, ondan başqa heç bir sənəd almamışdır. 2019-cu ildə dəqiq tarixi xatırlamadığı vaxt Təqsirləndirilən şəxs ondan oğlu Turalı Bakı şəhərinə aparmasını istəmişdir. O, razılaşmış, Turalı Bakı şəhərinə aparmışdır. Təqsirləndirilən şəxs avtovağzalda onları qarşılamış və birlikdə “Zərifə Əliyeva” adına göz xəstəxanasına getmişlər. Orada həyətdə gözləmiş, Təqsirləndirilən şəxs isə oğlu Turalı götürərək getmişlər. Bir müddətdən sonra qayıdıb gəlmiş və ona iş düzələcək demişdir. Təqsirləndirilən şəxs işi kimin vasitəsilə düzəldəcəyini soruşduqda “sənin nəyinə lazımdır, mən düzəldəcəm” demişdir. Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə zəng edərək müxtəlif miqdarlarda pul göndərməsini istəmiş, ona 2018-ci ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına kimi ümumilikdə 2750 manat pul vermişdir. Pulu verən zaman yanında heç kim olmamışdır. O, notarial qaydada ərizə verərək hazırda ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il bundan əvvəl həmkəndlisi Şahid vasitəsilə tanımışdır. 2019-cu ilin noyabr ayının 11-də Gədəbəy rayonunda Şahidla “Aysu” mebel salonun birinci mərtəbəsində olan çayxanada olan zaman Təqsirləndirilən şəxs ora gəlmişdir. Orada Mustafa Rüstəmə əlillik dərəcəsi ilə pensiya düzəldəcəyini bildirmişdir. Onların söhbəti maraq yaratdığı üçün Mustafadan böyrək xəstəsi olan arvadı X13 üçün pensiya düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Mustafa ona problem olmadığını, 6 ay ərzində X24ya 2-ci qrup əllilik dərəcəsi ilə bağlı pensiya düzəldə biləcəyini, buna görə pulun 3000 (üç min) manatını indi, qalan 2000 (iki min) manatını isə pensiya kartını aldıqdan sonra alacağını bildirmişdir. Orada Mustafanın dediyi ilə razılaşmışdır. Yaşadığı evə gedib maaşından öz ehtiyacları üçün yığdığı puldan 1000 ABŞ dolları və 1300 manat pulu gətirib həmkəndlisi Şahid yanında “Aysu” mebelin birinci mərtəbəsində yerləşən çayxanada Mustafaya vermişdir. Təqsirləndirilən şəxs ondan X24nın böyrəyinin rentgen sənədini, həkimin onun üçün yazdığı reseptləri və şəxsiyyət vəsiqəsini istəyib qalan sənədləri özünün toplayacağını bildirmişdir. Təqsirləndirilən şəxs sənədləri düzəldən zaman arvadı Günayın adına xəstəlik tarixi açdırdığını, 6 aydan sonra isə arvadı Günayı Bakı şəhərinə aparmalı olduğunu, orada onları özünün qarşılayıb xəstəxanaya aparacağını, bir həftə orada qaldıqdan sonra yenidən geri qayıdacaqlarını demişdir. Ancaq Təqsirləndirilən şəxs bu dediklərinin heç birini etməmişdir. X24 pensiya almaqla bağlı heç bir xəstəxanada ambulator və ya stasionar qaydada müalicə almamışdır. Arvadı Günay əlillik dərəcəsi ilə bağlı TSEK-ə müraciət etməmişdir. Mustafa pulu aldıqdan sonra bir müddət ona zəng vuraraq ondan arvadı Günayı Gəncə şəhərində yerləşən adını demədiyi xəstəxanalardan birinə aparmaq üçün iş yerindən icazə almağını istəmişdir. Mustafanın sözlərinə əsasən iş yerindən icazə almışdır. Həmin vaxtı Mustafaya zəng vursa da, onun mobil telefonuna zəng çatmamışdır. 3-4 gün sonra Mustafa başqa mobil nömrədən zəng vuraraq müxtəlif bəhanələr gətirmişdir. Belə hallar dəfələr ilə təkrar olunmuşdur. Təxminən iki ay sonra Gədəbəy rayonunda yenidən Mustafa ilə görüşən zaman ona sənədlər yığılan qovluqda olan bir necə sənədi göstərərək həmin sənədlərin arvadı X17 şəhərində yerləşən adını demədiyi xəstəxanada açılmış xəstəlik tarixinin və Forma 88 adlanan sənədlərin olduğunu bildirmişdir. Mustafanın göstərdiyi sənədləri oxumadığı və ötəri baxdığı üçün həmin sənədlərin arvadı Günayın barəsində olub-olmamasını bilməmişdir. 6 aydan sonra Mustafa ilə əlaqə saxlamışdır. Mustafa ondan 2 ay müddət istəmişdir. Mustafanın dediyi müddəti gözləyib 2 ay sonra yenidən Mustafanın yaşadığı ünvana getmişdir. Orada Mustafa ona “yaxın günlərdə düzələcək, düzəlməsə sənin pulunun 5 qatını qaytaracam” demişdir. Mustafanın sözlərinə inanıb yaşadığı kəndə geri qayıtmışdır. Mustafa bir müddət sonra ona zəng edərək bacısının korona virus xəstələndiyindən vəfat etdiyini, pandemiya olduğu üçün işlərin dayandığını bildirmişdir. Mustafadan arvadı üçün pensiya düzəltmək üçün aldığı sənədləri istədikdə şəxsiyyət vəsiqəsini geri qaytarsa da, qalan sənədlərin işin düzəldiyini sənədlərin pensiya düzəldən dövlət qurumunda olduğunu bildirib sənədləri geri qaytarmamışdır. Mustafanın arvadının pensiyasını düzəldə bilməyəcəyini və pulunu geri qaytarmadığı üçün 27.04.2021-ci il tarixdə yenidən Mustafanın yaşadığı Şəmkir rayon Yuxarı Seyfəli kəndində getmişdir. Orada Mustafanın anası oğlunun evdə olmadığını bildirmişdir. Şahid ifadəsində göstərdi ki, Gədəbəy rayonunda yerləşən Qızıl emalı mədənində fəhlə işləyir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Onlar həmkəndliləridir. Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayının sonunda həmkəndlisi X2 vasitəsilə tanımışdır. Mustafa ona əlillik dərəcəsi ilə bağlı pensiya düzəldə biləcəyini demişdir. Söhbət zamanı, o, Təqsirləndirilən şəxs işlədiyi şirkətdə tunel qazan zaman xəsarət aldığını bildirmiş, Təqsirləndirilən şəxs problem olmadığını əlillik dərəcəsi ilə bağlı pensiya düzəldə biləcəyini ona demişdir. 11.11.2019-cu il tarixdə Təqsirləndirilən şəxslə Gədəbəy rayonunda yerləşən “Aysu” mebelin birinci mərtəbəsində yerləşən çayxanada söhbət edən zaman oraya Zərərçəkmiş şəxs1 gəlmişdir. Zərərçəkmiş şəxs1 ona X24ya əlillik ilə bağlı pensiya düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Mustafa Azərə 6 ay müddətində arvadı Günay üçün pensiya düzəldə biləcəyini bildirmişdir. X25 inanıb razılaşmışdır. Azər onun yanında 1300 (min üç yüz) manat və 1000(min) ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Gədəbəy Rayon Mərkəzi X14 şəxsin 03.06.2021-ci il tarixli 449 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Arıxdam kənd sakini X6 adına Gədəbəy RMX-da 2019-cu ilin sentyabr ayından 29.05.2021-ci il tarixədək olan müddət ərzində xəstəlik tarixinin açılmamışdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Gədəbəy Rayon Mərkəzi X12 şəxsin 03.06.2021-ci il tarixli 450 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Arıxdam kənd sakinləri X4 adına 2019-cu ilin sentyabr ayından 29.05.2021-ci il tarixədək olan müddət ərzində Gədəbəy RMX-da xəstəlik tarixi və forma 88 açılmamışdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs” Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxs A.Səhhət adına xəstəxananın 08.06.2021-ci il tarixli 483 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Arıxdam kəndində qeydiyyatda olan X6 01.09.2019-cu il tarixdən 09.05.2021-ci il tarixədək hər hansı stasionar qaydada xəstəxanaya müraciət etməmiş və poliklinika şöbəsində adına forma -88 yazılmamışdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ” Publik Hüquqi şəxs “ Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxs A.Səhhət adına xəstəxananın 30.07.2021-ci il tarixli 624 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Arıxdam kəndində qeydiyyatda olan X4 və X5 01.09.2018-ci il tarixdən 31.05.2021 -ci il tarixə kimi hər hansı xəstəliklə stasionar və ya ambulator qaydada xəstəxanaya müraciət etməmişlər və xəstəxananın poliklinika şöbəsində forma-88 yazılmamışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsi tərəfindən CM-nin 178.1-ci maddisi ilə təqsirli bilinib CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına 02.05.2018-ci il tarixdə xitam verilmişdir. -Şəmkir rayon İHB-nın Yuxarı Seyfəlli kənd nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.04.2007-ci il təvəllüdlü X10 və 16.03.2011-ci il təvəllüdlü X8 adlı iki nəfər uşaq vardır. - Şəmkir rayon İHB-nın Yuxarı Seyfəlli kənd nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam ödəmişdir, ondan şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahid ifadələri, məhkəmə iclasında tədqiq olunmuş digər sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək formalaşmış daxili inamına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif vaxtlarda Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs2 2750 manat və Gədəbəy rayon Arıxdam kənd sakini Zərərçəkmiş şəxs1 3000 manat pulunu ələ keçirməklə dələduzluq cinayətini törətmişdir və onun əməlləri düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi, təqsirini səmimi etiraf etməsi, himayəsində iki uşaq olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların olmasını və cəzanı agırlaşdıran halın olmadığını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun normasının sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətlidir və cəzanın məqsədlərinə nail olunması üçün yetərlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şəmkir rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-4/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-4/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver