Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-40/2020 17.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Gədəbəy rayonu, Pirbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olmayan, Gədəbəy rayonu, Pirbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altina vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 90,00 manat alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gədəbəy rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(041)-523/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gədəbəy rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə AzərbaycanRespublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 20 gün, həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxxxx 2019-cu il tarixədək cəmi 3590,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2012-ci il tarixdə Zərərçəkmiş şəxs ilə qeyri rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan xx xxxxxx 2013-cü il tarixdə Gülnar adlı bir övladları anadan olmuşdur. Bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş, 2015-ci ilin noyabr ayında Mehparə ilə ayrılmışlar. Mehparə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsi ondan xx xxxx 2016-cı il tarixdən başlayaraq, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair xx xxx 2016-cı il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. O, ailəsi ilə barışmaq istədiyinə görə, həmçinin maddi imkanı zəif olduğundan müəyyən edilmiş alimenti ödəməmişdir. Aliment borcunun yarandığını bilir. Həmin məbləği bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. O uşağını tələb edir. Təqsirləndirilən şəxs cinayət əməli ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxsZərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə qeyri rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan xx xxxxxx 2013-cü il tarixdə Gülnar adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban və səmimi yaşamış, lakin sonra ailə münasibətləri pozulmuşdur. 2015-ci ilin noyabr ayından Bayramla ayrılmışlar. Bayram onunla və uşağı ilə maraqlanmadığından aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsi xx xxx 2016-cı il tarixdə Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən dörd ilə yaxın müddətinkeçməsinə baxmayaraq, Bayram məhkəmə qətnaməsinə məhəl qoymur və müəyyən olunmuş alimenti ödəmir. Halbuki, Bayram fərdi qaydada işləyir, həmçinin təsərrüfatla məşğul olur. Qətnamənin icrasından qərəzli olaraq yayınır. Uşaq böyüdüyündən onun maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Odur ki, ağır maddi vəziyyətdə olduğunu, uşağın maddi tələbatının ödənilməsində çətinliklər çəkdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. ŞahidGədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(041 )-523/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədi onun icraatındadır. Həmin icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 90,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx xxxx 2016-cı il tarixli qərarla icra sənədi üzrə icraat balanılmış, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs müvafiq bildiriş verilmişdir. Müəyyən olunmuş müddətdə borclu tərəfindən tələbin icrası təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu icra qurumuna çağırılaraq icra sənədinin mahiyyəti ona izah edilmiş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu Təqsirləndirilən şəxs izahat verərək ailəsi ilə barışmaq istədiyini və işləmədiyini əsas gətirərək alimenti ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 3(042)-114/2016 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, müəyyən edilmiş alimentin ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmiş, borclu qətnamənin icrasını təmin etməmişdir. Həmçinin, görülmüş tədbirlər nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2018-ci il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb onun İcra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. İcra şöbəsində bir daha alimentin ödənilməsi borcludan tələb olunmuşdur. Borclu izahat verərək ailəsi ilə barışmaq istədiyini, bir ay müddətində bu mümkünolmadıqda isə aliment borcunu ödəyəcəyini bildirmiş və ona vaxt verilməsini xahiş etmişdir. Borclunun xahişi nəzərə alınaraq ona vaxt verilmişdir. Borclu qətnamə üzrə heç bir ödəniş etməmişdir. Odur ki, borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 3(042)-98/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar olunmuşdur. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, tələbin icrası üçün dəfələrlə müddətin verilməsinə, iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, habelə məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilməsinə baxmayaraq hərəkətlərində dönüş yaratmamış, ötən müddətdə ödəniş etməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. Nəticədə xx xxxxxxxx 2019-cu il tarixə 3590,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olsn aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)523/2016 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiasına baxılmış, iddia tələbi atalıq faktının müəyyən edilməsi hissəsində tam, aliment tələbi hissəsi qismən təmin edilmiş, xx xxxxxx 2013-cü il tarixdə Zərərçəkmiş şəxs doğulmuş Gülnar adlı uşağın atasının Təqsirləndirilən şəxs olması faktı müəyyən edilmiş, xx xxxx 2016-cı ildən başlayaraq, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 90 manat alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. -Gədəbəy rayon İcra şöbəsinin icra məmuru işləmiş Məhərrəm Bağırovunxx.xx.2016ci il tarixli qərarından və bildirişdən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(041)523/2016 saylı icra sənədi üzrə icraata başlanılmış, ona icra sənədinin könüllü icrası üçün müddət verilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-523/2016 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatı əsaında Təqsirləndirilən şəxs məcburi qaydada Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-523/2016 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaında Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılması qərara alınmışdır. -“xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına “xxxxxxxxxxxxın” Gədəbəy filialında hesabı, əmanəti, və başqa sərvəti yoxdur. -Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublarından və əlavə edilmiş xəbərnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)523/2016 saylı icra sənədi üzrə alimentin və yığılmış borcun ödənilməsi, əks halda cinayət məsuliyyəti nəzərdə tutulması barədə xəbərdarlıqlar edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi idarəsinin xx xxxxxx 2019-cu il tarixli **********88 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Şəmkir və Gədəbəy rayonları üzrə hər hansı bir əmlaka dair reyestrdən çıxarış verilməmişdir. -Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin Gədəbəy rayon Məşğulluq mərkəzinin xx xxxx 2019-cu il tarixli 319 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məşğulluq mərkəzinə müraciət etməmiş, işsiz kimi qeydiyyata alınmamış və işsizlikdən siğorta ödənişi almamışdır. -Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 274 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin uçot sistemində heç bir məlumatı mövcut deyil. -Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət X6 Gədəbəy rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 44 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs pensiya almır. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsiniqərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, habelə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunu nəzərə alır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilibedilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. İctimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs aliment ödəməli olduğunu bildiyi ilk vaxtda, sonradan icra məmurları icra sənədini məcburi icraya yönəldərkən, ibtidai istintaq dövründə və məhkəmə baxışının ilkin mərhələlərində valideynlik öhdəliyinin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməmiş və qərəzli şəkildə öz üzərinə yüksək məbləğdə aliment borcu yığmışdırsa, hazırda ona ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə aliment borcunu ödəməsi, ondan sonra davamlı olaraq alimenti vaxtlı-vaxtında verəcəyi və bununla da cəzanın məqsədinə nail olunacağı inandırıcı görünmür. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmadığını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətdiyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onun barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İşüzrəmaddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-40/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-40/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver